الٓر ۚ كِتَٰبٌ أُحْكِمَتْ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Alif-Lam-Ra; Kitabun uhkimat Aayatuhu summa fussilat mil ladun Hakimin Xabir
Mişkini Tərcüməsi:
Əlif, Lam, Ra. (Mən bütün əşyaları görən Allaham. Mənim kitabım həmin bu hərflərdən təşkil olunmuşdur, amma eyni zamanda möcüzədir. Mənim kitabımın möhkəm və bu cür mütəşabih ayələri vardır. Bu hərflər Allahla Onun peyğəmbəri Muhəmməd (s) arasında olan rəmzlərdir. Bu Quran) ayələri (kəlmələrinin fəsihliyinə, quruluşunun möhkəmliyinə, məzmununun xəta, ixtilaf və nəsx olunmaqdan amanda qalmasına görə) möhkəmlənmiş, sonra isə hikmətli və xəbərdar (Allah) tərəfindən (surələr, ayələr, hökmlər, əxlaqi göstərişlər və digər müxtəlif maariflərlə) ətraflı şəkildə izah edilmiş bir kitabdır.
أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Alla ta'budu illal lah; innani lakum minhu nazirunv va başir
Mişkini Tərcüməsi:
(Mənim dəvətim bundan ibarətdir) ki: «Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizin üçün bir qorxudan və mücdə verənəm».
وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Va anis tağfiru Rabbakum summa tubu ilaihi yumatti'kum mata'an hasanan ila acalim musammanv va yu'ti kulla zi fadlin fadlahu va in tavallav fa inni axafu 'alaikum 'azaba Yavmin Kabir
Mişkini Tərcüməsi:
«Və öz Rəbbinizdən bağışlanmaq istəyəsəniz. Sonra (tövbə edərək) Ona tərəf qayıdın ki, sizi müəyyən müddətədək (dünya həyatının) gözəl bəhrələrindən bəhrələndirsin və hər bir fəzilət sahibinə öz dəyərini (hər bir kamal sahibinə kamalına uyğun olaraq onun dünya və axirət kamilliklərinin mükafatını) əta etsin. Və əgər üz döndərsəniz, şübhəsiz, mən sizin üçün böyük günün əzabından qorxuram».
إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Ilal lahi marci'ukum va Huva 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi:
Qayıdışınız (əvvəlcə Bərzəxə, sonra Qiyamətə və daha sonra daimi nemət və ya əzab məkanına daxil olmaqla) Allaha tərəfdir və O, hər şeyə qadirdir.
أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Ala innahum yasnuna sudurahum liyastaxfu minh; ala hina yastağşuna siyabahum ya'lamu ma yusiruna va ma yu'linun; innahu 'alimum bizatis sudur
Mişkini Tərcüməsi:
Bilin ki, onlar (müşriklər Quranı eşidən zaman) Peyğəmbərdən gizlənmək üçün sinələrini bükürlər və Allahı yada salmaqdan yayınmaq üçün qəlblərini (Qurana diqqət etməkdən) yayındırırlar. Bilin! Allah onlar öz paltarlarını başlarına və bədənlərinə bükəndə və ya yatarkən yorğanı başlarına çəkən zaman onların gizlətdiklərini də və (dillə) aşkar etdiklərini də bilir. Həqiqətən, O, ürəklərdəki sirləri biləndir.
۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَٰبٍۢ مُّبِينٍۢ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Va ma min dabbatin fil ardi illa 'alal lahi rizquha va ya'lamu mustaqarraha va mustavda'aha; kullun fi Kitabim Mubin
Mişkini Tərcüməsi:
Bu yer üzündə (heyvan, cin və insan olmasından asılı olmayaraq) hərəkət edən hər bir canlının ruzisi Allahın öhdəsindədir və O, onların əsil məkanlarını və müvəqqəti yerlərini (onların atalarının belində və analarının bətnində olan yerlərini) bilir. (Yaxud: O, onların (həyatda) məskunlaşdıqları məkanı və (ölümdən sonra) əmanət qoyulduqları yeri bilir.) (Bunların) hamısı aydın kitabda (uca aləmdə Allah dərgahına yaxın olanların nəzərlərində aydın olan Lövhi-Məhfuzda) qeyd olunmuşdur.
وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va Huval lazi xalaqas samavati val alrda fi sittati aiyaminv va kana 'Arşuhu alal ma'i liyablu vakum aiyukum ahsanu 'amala; va la'in qulta innakum mab'usuna mim ba'dil mavti la yaqulanal lazina kafaru in haza illa sihrum mubin
Mişkini Tərcüməsi:
Sizin hansınızın daha gözəl əməl sahibi olmasını imtahan etmək üçün göyləri və yeri (səltənət) taxtı suyun üzərində olan halda, altı gündə (altı günə və ya altı gecə-gündüzə bərabər olan bir müddətdə, ya altı mərhələdə) yaradan Odur. Və əgər «siz öldükdən sonra mütləq dirildiləcəksiniz» desən, kafirlər «bu (cür sözlər), açıq-aşkar cadudan başqa bir şey deyil» deyəcəklər.
وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Vala'in axxarna 'anhumul 'azaba ila ummatim ma'dudatil la yaqulunna ma yahbisuh; ala yavma yatihim laisa masrufan 'anhum va haqa bihim ma kanu bihi yastahzi'un
Mişkini Tərcüməsi:
Və əgər əzabı az bir müddətə qədər təxirə salsaq, mütləq (istehza ilə) «ona nə mane olur?!» deyəcəklər. Bilin, (əzab) onlara gələn gün, (o) əsla onlardan dəf olunan deyil və istehza etdikləri şey onları bürüyəcəkdir.
وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Va la'in azaqnal insana minna rahmatan summa naza'naha minhu, innahu laya'usun kafur
Mişkini Tərcüməsi:
Və şübhəsiz, əgər insana Öz tərəfimizdən (sağlamlıq, övlad və var-dövlət kimi) bir rəhmət daddırsaq, sonra onu (etdiyi günaha görə ya yaradılışın daha kamil quruluşunun tələbinə əsasən) ondan geri alsaq həqiqətən, o (gələcəyə) çox naümid və (keçmiş nemətlərə görə) nankordur.
وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Vala'in azaqnahu na'ma'a ba'da darra'a massat hu la yaqulanna zahabas saiyiatu 'anni; innahu lafarihun faxur
Mişkini Tərcüməsi:
Və əgər ona düçar olduğu çətinlikdən və pərişanlıqdan sonra (sağlamlıq, sərvət və əmin-amanlıq kimi) bir rahatlıq və nemət daddırsaq mütləq «çətinliklər və bəlalar məndən (keçib) getdi (və bir daha gəlməz)» deyəcəkdir və həmin halda sevinər və çox öyünər.
إِلَّا ٱلَّذِينَ صَبَرُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ أُو۟لَٰٓئِكَ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Illal lazina sabaru va 'amilus salihati ula'ika lahum mağfiratunv va acrun kabir
Mişkini Tərcüməsi:
Səbr edib yaxşı işlər görənlər (və nəticədə ruhları xatircəmlik məqamına çatmış və halların dəyişməsinin naümidlik, nankorluq, fərəh və məğrurluq yaratmadığı kəslər) müstəsnadır. Bağşılanma və böyük mükafat məhz onlar üçündür.
فَلَعَلَّكَ تَارِكٌۢ بَعْضَ مَا يُوحَىٰٓ إِلَيْكَ وَضَآئِقٌۢ بِهِۦ صَدْرُكَ أَن يَقُولُوا۟ لَوْلَآ أُنزِلَ عَلَيْهِ كَنزٌ أَوْ جَآءَ مَعَهُۥ مَلَكٌ ۚ إِنَّمَآ أَنتَ نَذِيرٌۭ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ وَكِيلٌ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Fala'allaka tarikum ba'da ma yuha ilaika va da'iqum bihi sadruka ai yaqulu lav la unzila 'alaihi kanzun av ca'a ma'ahu malak; innama anta nazir; vallahu 'ala kulli şai'inv vakil
Mişkini Tərcüməsi:
Buna görə də, bəlkə də sən onların «nə üçün ona bir xəzinə nazil olmayıb və ya onunla birgə bir mələk gəlməyib?» demələrinə görə, (bütlərə və onların cahiliyyət adət-ənənələrinə istehza etmək kimi) sənə vəhy edilənin bəzisini tərk edərsən və onun çatdırılmasından sinən (ürəyin) sıxılar! Əslində sən yalnız bir qorxudansan (xəzinə və mələk sənin ixtiyarında deyildir) və Allah hər bir şeyə nəzarət edən və qoruyandır.
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِعَشْرِ سُوَرٍۢ مِّثْلِهِۦ مُفْتَرَيَٰتٍۢ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Am yaqulunaf tarahu qul fatu bi'aşri Suvarim mislihi muftarayatinv vad'u manis tata'tum min dunil lahi in kuntum sadiqin
Mişkini Tərcüməsi:
Yoxsa «o, bunu (Quranı) özündən uydurmuşdur (və yalandan Allah nisbət verir)!» deyirlər! De: «Əgər doğruçusunuzsa, siz də onun kimi on uydurma surə gətirin və (onu düzəltmək üçün) Allahdan başqa, kimi bacarırsınız çağırın».
فَإِلَّمْ يَسْتَجِيبُوا۟ لَكُمْ فَٱعْلَمُوٓا۟ أَنَّمَآ أُنزِلَ بِعِلْمِ ٱللَّهِ وَأَن لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنتُم مُّسْلِمُونَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Fa il lam yastacibu lakum fa'lamu annama unzilla bi'ilmil lahi va al la ilaha illa Huva fahal antum muslimun
Mişkini Tərcüməsi:
Buna görə də (ey müsəlmanlar), əgər inkar edənlər sizin bu dəvətinizi qəbul etməsələr (və ey müşriklər, əgər alimləriniz bu üzləşmədən boyun qaçırsalar), onda bilin ki, şübhəsiz, bu (kitab) Allahın elmi ilə nazil olmuşdur və Ondan başqa bir məbud yoxdur. Belə isə (haqqa) təslim olacaqsınız?!
مَن كَانَ يُرِيدُ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَٰلَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Man kana yuridul hayatad dunya zinataha nuvaffi ilaihim a'ma lahum fiha va hum fiha la yubxasun
Mişkini Tərcüməsi:
Biz (dini qəbul etməyib) dünya həyatını və onun zinət və bəzəyini istəyənlərin (gözəl rəftarları, pul xərcləmələri, ixtiraları və müxtəlif xidmətlər kimi xeyir) əməllərini(n dünya mükafatını, mükafatın əməlin təbii nəticəsi, yaxud İlahi bəxşiş olmasından asılı olmayaraq) dünyada kamil surətdə onlara verərik və dünyada onlardan əsla bir şey kəsilməz.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَيْسَ لَهُمْ فِى ٱلْءَاخِرَةِ إِلَّا ٱلنَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا۟ فِيهَا وَبَٰطِلٌۭ مَّا كَانُوا۟ يَعْمَلُونَ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Ula'ikal lazina laisa lahum fil Aaxirati illan Naru va habita ma sana'u fiha va batilum ma kanu ya'malun
Mişkini Tərcüməsi:
Onlar o kəslərdir ki, axirətdə onlar üçün oddan başqa bir şey (pay) yoxdur. Onların yerinə yetirdikləri orada puç və təsirsiz olacaqdır və etdikləri əməllər (iman şərtinin və çox vaxt da Allaha yaxınlaşmaq qəsdinin olmaması üzündən, kökündən) boşa çıxacaqdır.
أَفَمَن كَانَ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّهِۦ وَيَتْلُوهُ شَاهِدٌۭ مِّنْهُ وَمِن قَبْلِهِۦ كِتَٰبُ مُوسَىٰٓ إِمَامًۭا وَرَحْمَةً ۚ أُو۟لَٰٓئِكَ يُؤْمِنُونَ بِهِۦ ۚ وَمَن يَكْفُرْ بِهِۦ مِنَ ٱلْأَحْزَابِ فَٱلنَّارُ مَوْعِدُهُۥ ۚ فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّنْهُ ۚ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يُؤْمِنُونَ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Afaman kana 'alas baiyinatim mir Rabbihi va yatluhu şahidum minhu va min qablihi Kitabu Musa imamanv va rahmah; ula 'ika yu'minuna bih; va mai yakfur bihi minal Ahzabi fan Naru mav'iduh; fala taku fi miryatim minh; innahul haqqu mir Rabbika va lakinna aksaran nasi la yu'minun
Mişkini Tərcüməsi:
Məgər (əməl və etiqadında) öz Rəbbi tərəfindən (Quran kimi) aydın bir dəlil üzərində dayanan, ardınca Allah tərəfindən bir şahidi (məsumun təsdiqi, eləcə də onun Quranın təsdiqi olan möcüzəsi və ağılın hökmü) olan və ondan qabaq Musanın rəhbər və rəhmət olan kitabı olmuş bir şəxs (yalnız gümana və şəkkə əsaslanan bir kəs kimidir)? (Bəli,) bu Qurana iman gətirənlər onlardır. Və dəstələrdən kim ona kafir olsa, onun vədə yeri oddur. Buna görə də, onun barəsində şəkk və tərəddüddə olma. Şübhəsiz, o, sənin Rəbbin tərəfindən olan sabit bir haqdır və lakin insanların çoxu iman gətirmirlər.
وَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا ۚ أُو۟لَٰٓئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ ٱلْأَشْهَٰدُ هَٰٓؤُلَآءِ ٱلَّذِينَ كَذَبُوا۟ عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Va man azlamu mimmanif tara 'alal lahi kaziba; ula'ika yu'raduna 'ala Rabbihim va yaqulul aşha duha'ula'il lazina kazabu 'ala Rabbihim; ala la'natul lahi alaz zalimin
Mişkini Tərcüməsi:
Kim Allaha yalan nisbət verəndən (Onu olmadığı kimi vəsf edəndən, qeyri-asimani bir dini Ona nisbət verəndən, şəriətdə bir bidət yaradandan) daha zalımdır? Onlar (Qiyamət günü) özlərinin Rəbbinə təqdim ediləcəklər və şahidlər (əməlləri yazan mələklər, hər bir əsrin məsumu və özlərinin bədən üzvləri) deyəcəklər: «Bunlardır özlərinin Rəbbinə yalan nisbət vermiş kəslər! Bilin! Allahın lənəti olsun zalımlara!
ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Allazina yasudduna 'an sabilil lahi va yabğunaha 'ivacanv va hum bil Aaxiratihum kafirun
Mişkini Tərcüməsi:
O kəslər(ə) ki, (insanları) Allahın yolundan saxlayır və onu əyri göstərirlər (yaxud ona əyri mətləblər daxil edirlər) və o kəslər ki, axirət gününə olduqca kafirdirlər.
أُو۟لَٰٓئِكَ لَمْ يَكُونُوا۟ مُعْجِزِينَ فِى ٱلْأَرْضِ وَمَا كَانَ لَهُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ۘ يُضَٰعَفُ لَهُمُ ٱلْعَذَابُ ۚ مَا كَانُوا۟ يَسْتَطِيعُونَ ٱلسَّمْعَ وَمَا كَانُوا۟ يُبْصِرُونَ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Ula'ika lam yakunu mu'cizina fil ardi va ma kana lahum min dunil lahi min avliya'; yuda'afu lahumul 'azab; ma kanu yastati'unas sam'a va ma kanu yubsirun
Mişkini Tərcüməsi:
Onlar yer üzündə (Allahı) əsla aciz qoya (Onunla mübarizə apara və ya Onun əzabından qaçıb qurtula) bilməzlər və onlar üçün Allahdan başqa yardımçı və başçılar yoxdur. Onların axirət əzabı (özlərinin və onlara tabe olanların əməllərnin cəzası olaraq) ikiqat olacaqdır. Onların (haqqı) eşitməyə taqətləri yox idi və heç vaxt (qəlb gözü ilə) haqqı görmürdülər.
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Ula'ikal lazina xasiru anfusahum va dalla 'anhum ma kanu yaftarun
Mişkini Tərcüməsi:
Öz vücudlarını ziyana vermiş kəslər onlardır və uydurduqları şey (onların yalançı məbudları) onlardan qeyb oldu və yoxa çıxdı.
لَا جَرَمَ أَنَّهُمْ فِى ٱلْءَاخِرَةِ هُمُ ٱلْأَخْسَرُونَ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
La carama annahum fil Aaxirati humul axsarun
Mişkini Tərcüməsi:
Şübhəsiz, axirətdə hamıdan çox ziyana uğrayan (da) onlardır.
إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَأَخْبَتُوٓا۟ إِلَىٰ رَبِّهِمْ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Innal lazina amanu va 'amilus salihati va axbatu ila Rabbihim ula'ika Aşabul Cannati hum fiha xalidun
Mişkini Tərcüməsi:
Şübhəsiz, iman gətirib yaxşı işlər görən və öz Rəbblərinə inamla könül verən kəslər Cənnət əhlidirlər və orada əbədi qalacaqlar.
۞ مَثَلُ ٱلْفَرِيقَيْنِ كَٱلْأَعْمَىٰ وَٱلْأَصَمِّ وَٱلْبَصِيرِ وَٱلسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Masalul fariqini kal a'ma val asammi valbasiri vassami'; hal yastaviyani masala; afala tazakkarun
Mişkini Tərcüməsi:
Bu iki dəstənin (kafirlərlə möminlərin) məsəli korla kar və görənlə və eşidən kimidir. Məgər bu ikisi sifət və hal baxımından birdirlər? Məgər ibrət götürmürsünüz?!
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦٓ إِنِّى لَكُمْ نَذِيرٌۭ مُّبِينٌ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Va laqad arsalna Nuhan ila qavmihi inni lakum nazirum mubin
Mişkini Tərcüməsi:
Həqiqətən, Nuhu öz qövmünə göndərdik ki (onlara de): «Şübhəsiz, mən sizin üçün (Allah tərəfindən açıq-aşkar) bir qorxudanam».
أَن لَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۖ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍۢ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Al la ta'budu illal laha inni axafu 'alaikum 'azaba Yavmin alim
Mişkini Tərcüməsi:
«Allahdan başqasına ibadət etməyin. Həqiqətən, mən sizin üçün ağrılı günün əzabından qorxuram».
فَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا نَرَىٰكَ إِلَّا بَشَرًۭا مِّثْلَنَا وَمَا نَرَىٰكَ ٱتَّبَعَكَ إِلَّا ٱلَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِىَ ٱلرَّأْىِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۭ بَلْ نَظُنُّكُمْ كَٰذِبِينَ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Faqalal mala ul lazina kafaru min qavmihi ma naraka illa başaram mislana va ma narakat taba'aka illal lazina hum araziluna badiyar rayi va ma nara lakum 'alaina min fadlim bal nazunnukum kazibin
Mişkini Tərcüməsi:
Beləliklə, onun qövmünün küfr edən əyan və başçıları dedilər: «Biz səni yalnız özümüz kimi bir bəşər görürük (sən nə mələksən, nə də maddi baxımdan və məqam cəhətdən bir üstünlük sahibi). Və sənə bizim nanəciblərimizdən başqa – (onlar da) fikirləşmədən və elə ilk baxışda – tabe olan bir kəs görmürük. Həmçinin sizdə özümüzdən heç bir üstünlük görmürük, əksinə, sizi yalançı hesab edirik».
قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى رَحْمَةًۭ مِّنْ عِندِهِۦ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنتُمْ لَهَا كَٰرِهُونَ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Qala ya qavmi ara'aitum in kuntu 'ala baiyinatim mir Rabbi va atani rahmatam min 'indihi fa'um miyat 'alaikum anulzimuku muha va antum laha karihun
Mişkini Tərcüməsi:
Nuh dedi: «Ey mənim qövmüm, mənə bir deyin görüm: Əgər mən Rəbbim tərəfindən (kamil möcüzə kimi) açıq-aydın bir dəlilə söykənmiş olsam və O, mənə Öz tərəfindən bir rəhmət (İlahi risalətin ləvazımatından olan elm və şəriət kitabı) əta etmiş olsa və o (inadınız və möcüzəyə diqqət yetirməməyiniz üzündən) sizə gizli qalmış olsa, istəmədiyiniz halda sizi ona vadar edə bilərikmi (halbuki ağıl baxımından və Allahın cari qanunlarına əsasən dində məcburiyyət yoxdur)?!
وَيَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱللَّهِ ۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ ۚ إِنَّهُم مُّلَٰقُوا۟ رَبِّهِمْ وَلَٰكِنِّىٓ أَرَىٰكُمْ قَوْمًۭا تَجْهَلُونَ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Va ya qavmi la as'alukum 'alaihi malan in acriya illa 'alal lah; va ma ana bitaridil lazina amanu; innahum mulaqu Rabbihim va lakinni arakum qavman tachalun
Mişkini Tərcüməsi:
«Və ey mənim qövmüm, mən bunun (risalətin) çatdırılması üçün sizdən bir mal istəmirəm, mənim muzdum yalnız Allahın öhdəsinədir. Və mən iman gətirənləri qovan deyiləm, çünki onlar (sabah) öz Rəbbləri ilə görüşəcəklər (və orada mənimlə düşmənçilik edərlər) və lakin sizi nadanlıq edən bir qövm görürəm».
وَيَٰقَوْمِ مَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Va ya qavmi mai yansuruni minal lahi in tarattuhum; afala tazak karun
Mişkini Tərcüməsi:
«Və ey məni qövmüm, əgər mən onları (öz yanımdan) qovsam, Allah qarşısında mənə kim kömək edəcəkdir? Məgər ibrət götürmürsünüz?!»
وَلَآ أَقُولُ لَكُمْ عِندِى خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعْلَمُ ٱلْغَيْبَ وَلَآ أَقُولُ إِنِّى مَلَكٌۭ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزْدَرِىٓ أَعْيُنُكُمْ لَن يُؤْتِيَهُمُ ٱللَّهُ خَيْرًا ۖ ٱللَّهُ أَعْلَمُ بِمَا فِىٓ أَنفُسِهِمْ ۖ إِنِّىٓ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Va la aqulu lakum 'indi xaza'inul lahi va la a'lamul ğaiba va la aqulu ini malakunv va la aqulu lillazina tazdari a'yunukum lai yu'tiyahumul lahu xairan Allahu a'lamu bima fi anfusihim inni izal laminaz zalimin
Mişkini Tərcüməsi:
Və mən sizə Allahın (malların çoxalması, istəklərin yerinə yetirilməsi, xəstələrin şəfası kimi rəhmət) xəzinələrinin mənim ixtiyarımda olmasını demirəm, mən qeybi də bilmirəm, mən mələyəm demirəm və gözlərinizin xarlıq və həqirliklə baxdığı kəslər haqqında «Allah onlara heç vaxt bir xeyir verməyəcəkdir» də demirəm. Allah onların batinlərində olanı daha yaxşı bilir. Əgər elə desəm, mütləq zalımlardan olaram». (Ənam surəsinin 50-ci ayəsinə müraciət edin.)
قَالُوا۟ يَٰنُوحُ قَدْ جَٰدَلْتَنَا فَأَكْثَرْتَ جِدَٰلَنَا فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya Nuhu qad cadaltana fa aksarta cidalana fatina bima ta'iduna in kunta minas sadiqin
Mişkini Tərcüməsi:
Dedilər: «Ey Nuh, doğrudan da sən bizimlə mübahisə etdin və (özü də) çox mübahisə etdin. Buna görə də əgər doğruçulardansansa (ilahi əzabdan) vəd etdiyini bizə gətir».
قَالَ إِنَّمَا يَأْتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعْجِزِينَ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Qala innama yatikum bihil lahu in şa'a va ma antum bimu'cizin
Mişkini Tərcüməsi:
Nuh dedi: «Əslində əgər Allah istəsə onu sizə gətirər və siz əsla (mübarizə etmək, ya qaçmaqla Onu) aciz edən deyilsiniz».
وَلَا يَنفَعُكُمْ نُصْحِىٓ إِنْ أَرَدتُّ أَنْ أَنصَحَ لَكُمْ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Va la yanfa'ukum nuşi in arattu an ansaha lakum in kanal lahu yuridu ai yuğvi yakum; Huva Rabbukum va ilaihi turca'un
Mişkini Tərcüməsi:
«Və əgər Allah sizi (azğınlığınıza görə) zəlalət vadisində (sərgərdan) buraxmaq istəsə, mən sizə xeyirxahlıq etmək istəsəm də xeyirxahlığım sizə əsla fayda verməyəcəkdir. O sizin Rəbbinizdir və Ona tərəf qaytarılacaqsınız».
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ إِنِ ٱفْتَرَيْتُهُۥ فَعَلَىَّ إِجْرَامِى وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تُجْرِمُونَ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Am yaqulunaf tarahu qul inif taraituhu fa'alaiya icrami va ana bari'um mimma tucrimun
Mişkini Tərcüməsi:
Yoxsa (sənin qövmün) «bunu (bu əhvalatı və ya bu Quranı) onun özü yalandan uydurmuşdur!» deyirlər. De: «Əgər onu özüm uydurmuş olsam (hətta elə fərz etsək belə yenə də) günahım öz boynumadır və mən sizin etdiyiniz (küfr və itaətsizliklər kimi) günahlardan uzağam».
وَأُوحِىَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤْمِنَ مِن قَوْمِكَ إِلَّا مَن قَدْ ءَامَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَفْعَلُونَ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Va uhiya ila Nuhin annahu lany-yu'mina min qavmika illa man qad amana fala tabta'is bima kanu yaf'alun
Mişkini Tərcüməsi:
Və Nuha vəhy olundu ki: «Sənin qövmündən (indiyədək) iman gətirənlərdən başqa daha heç vaxt bir kəs iman gətirməyəcəkdir. Buna görə onların etdiklərindən kədərlənmə».
وَٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۚ إِنَّهُم مُّغْرَقُونَ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Vasna'il fulka bi-a'yunina va vahyina va la tuxa tibni fil lazina zalamu; innahum muğraqun
Mişkini Tərcüməsi:
«Və gəmini (onun hissələrini, həcmini, quruluşunu və zaman və məkanı) Bizim nəzarətimiz altında və Bizim vəhyimizlə (vəhyimizin göstərişləri ilə) düzəlt və zülm edənlər barəsində Mənimlə danışma (onların barəsində şəfaət və vasitəçilik etmə) ki, onlar mütləq suda boğulmalıdırlar».
وَيَصْنَعُ ٱلْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌۭ مِّن قَوْمِهِۦ سَخِرُوا۟ مِنْهُ ۚ قَالَ إِن تَسْخَرُوا۟ مِنَّا فَإِنَّا نَسْخَرُ مِنكُمْ كَمَا تَسْخَرُونَ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Va yasn'ul fulka va kullama marra 'alaihi malaum min qavmihi saxiru minh; qala in tasxaru minna fa inna nasxaru minkum kama tasxarun
Mişkini Tərcüməsi:
Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə («quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!» deyib) ona məsxərə edirdilər. Dedi: «Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt) məsxərə edəcəyik».
فَسَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌۭ مُّقِيمٌ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Fasavfa ta'lamuna mai yatihi 'azabuny yauxzihi va yahillu 'alaihi 'azabum muqim
Mişkini Tərcüməsi:
Beləliklə, tezliklə (dünyada) xar və rüsvayedici əzabın kimə gələcəyini biləcəksiniz və (axirətdə) ona həmişəlik əzab nazil olacaqdır.
حَتَّىٰٓ إِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلْنَا ٱحْمِلْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ وَمَنْ ءَامَنَ ۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٌۭ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Hatta iza ca'a amruna va farat tannuru qulnah mil fiha min kullin zavcainis naini va ahlaka illa man sabaqa 'alaihil qavlu va man aman; va ma amana ma'ahu illa qalil
Mişkini Tərcüməsi:
(Nuh və onun qövmü gözləyirdilər.) Nəhayət Bizim əmrimiz (Bizim mələklərə əmrimiz, ya Bizim icrası qəti olan iradəmiz) yetişən və (su) təndir(dən) qaynayan zaman dedik: «O gəmiyə hər bir heyvandan bir cüt (bir erkək və dişi) və həmçinin (həlak olması) barəsində (Bizim əzəli) hökmümüz verilmiş (zövcən və bir oğlun) istisna olmaqla öz ailə (üzvləri)ni və iman gətirənləri mindir». Və onunla (qövmünün) çox az bir qismindən başqa (heç kəs) iman gətirməmişdi.
۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Va qalar kabu fiha bismil lahi macraiha va mursaha; inna Rabbi la Ğafurur Rahim
Mişkini Tərcüməsi:
Və (Nuh) dedi: «Onun hərəkət və sükunət halında «bismillah» deyərək ona (gəmiyə) minin və «Bismillah» onun hərəkət və sükunətidir (onun hərəkət və sükunətinin açarıdır). Doğrudan da mənim Rəbbim çox bağışlayan və mehribandır».
وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍۢ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍۢ يَٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَٰفِرِينَ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Va hiya tacri bihim fi mavcin kalcibali va nada Nuhunib nahu va kana fi ma'ziliny ya bunai yarkam ma'ana va la takum ma'al kafirin
Mişkini Tərcüməsi:
Və həmin gəmi onları dağlara bənzər dalğalar arasında aparırdı. Nuh (onun etiqadından və ya məkanından) bir kənarda olan oğlunu səslədi: «Ey mənim oğlum, bizimlə birgə (gəmiyə) min və kafirlərlə olma!»
قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍۢ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ
﴿43﴾
Oxunuşu (Transkripsiya):
Qala sa avi ila cabaliny ya'simuni minal ma'; qala la 'asimal yavma min amril lahi illa mar rahim; va hala bainahumal mavcu fakana minal muğraqin
Mişkini Tərcüməsi:
(Oğlu) dedi: «Tezliklə məni sudan qoruyacaq bir dağa sığınacağam». Nuh dedi: «Bu gün Allahın rəhm etdiyi kəsdən başqa Onun əmrindən bir qoruyan yoxdur». (Bu zaman) bir dalğa o ikisinin arasını kəsdi və (Nuhun oğlu) suda boğulanlardan oldu.
وَقِيلَ يَٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ
﴿44﴾
Oxunuşu (Transkripsiya):
Va qila ya ardubla'i ma'aki va ya sama'u aqi'i va ğidal ma'u va qudiyal amru vastavat 'alal cudiyyi va qila bu'dal lilqavmiz zalimin
Mişkini Tərcüməsi:
Və (Allahın qəti iradəsi ilə kafirlər suda batıb boğulduqdan sonra) deyildi: «Ey yer, öz suyunu ud və ey göy, (yağışını) saxla»! Su (yerə) hopdu və iş (kafirlərin mütləq baş verməli olan məhvi) bitdi. Və gəmi «Cudi» (dağı) üzərində qərar tutdu və (Allah yaxud Onun mələkləri tərəfindən) deyildi: «Ölüm olsun zalımlara! (Haqqın rəhmətindən) uzaq olsun zalımlar!»
وَنَادَىٰ نُوحٌۭ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَٰكِمِينَ
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Va nada nuhur Rabbahu faqala Rabbi innabni min ahli va inna va'dakal haqqu va Anta ahkamul hakimin
Mişkini Tərcüməsi:
Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən, (mənim ailəmin nicatı barədəki) Sənin vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)
قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَٰلِحٍۢ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Qala ya Nuhu innahu laisa min ahlika innahu 'amalun ğairu salihin fala tas'alni mma laisa laka bihi 'ilmun inni a'izuka an takuna minal cahilin
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: «Ey Nuh, o sənin ailəndən deyil (ögey oğlundur və ya küfr və itaətsizlik nəticəsində qohumluq tellərini qırıb, çünki) o (başdan-başa) nalayiq əməldir! Buna görə də Məndən, bilmədiyin şeyi istəmə. Mən nadanlardan olmayasan deyə sənə öyüd verirəm».
قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَٰسِرِينَ
﴿47﴾
Oxunuşu (Transkripsiya):
Qala rabbi inni a'uzu bika an as'alaka ma laisa li bihi 'ilmunv va illa tağfir li va tarhamni akum minal xasirin
Mişkini Tərcüməsi:
Dedi: «Ey Rəbbim, (barəsində) elmim olmayan şeyi Səndən istəməkdən Sənə sığınıram (peyğəmbərlərə hər hansı bir mövzunu müəyyən etməmiş onun xeyirinə olmayan hökmü istəmək yaraşmaz) və əgər məni bağışlamasan və mənə rəhm etməsən ziyankarlardan olacağam».
قِيلَ يَٰنُوحُ ٱهْبِطْ بِسَلَٰمٍۢ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍۢ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌۭ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Qila ya Nuhuh bit bisalamim minna va barakatin 'alaika va 'ala umamim mimmam ma'ak; va umamun sanumatti'uhum summa yamassuhum mina 'azabun alim
Mişkini Tərcüməsi:
(Allah tərəfindən) deyildi: «Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir. Sonra isə onlara (azğınlıqlarına və küfrlərinə görə) Bizim tərəfimizdən ağrılı bir əzab yetişəcəkdir».
تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَٰقِبَةَ لِلْمُتَّقِينَ
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Tilka min amba'il ğaibi nuhiha ilaika ma kunta ta'lamuha anta va la qavmuka min qabli haza fasbir innal 'aqibata lilmuttaqin
Mişkini Tərcüməsi:
Bunlar qeyb xəbərlərindəndir ki, sənə vəhy edirik. Onları bundan qabaq nə sən, nə də sənin qövmün bilirdi. Buna görə də (boynunda olan İlahi vəzifənin çatdırılmasında) səbr et, ki, həqiqətən, (gözəl) aqibət təqvalılara məxsusdur.
وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ
﴿50﴾
Oxunuşu (Transkripsiya):
Va ila 'adin axahum Huda; qala ya qavmi' budul laha ma lakum min ilahin ğairuhu in antum illa muftarun
Mişkini Tərcüməsi:
Və Ad qövmünə (qan ya qəbilə) qardaşları Hudu (göndərdik). O, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Həqiqətən, siz (bütləri Allaha şərik qoşmaqda) yalnız iftiraçılarsınız».
يَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ
﴿51﴾
Oxunuşu (Transkripsiya):
Ya qavmi la as'alukum 'alaihi acran in acriya illa 'alal lazi fatarani; afala ta'qilun
Mişkini Tərcüməsi:
«Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsinədir, heç düşünmürsünüz?!»
وَيَٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Va ya qavmis tağfiru Rabbakum summa tubu ilaihi yursilis sama'a 'alaikum midraranv va yazidkum quvvatan ila quvvatikum va la tatavallav mucrimin
Mişkini Tərcüməsi:
«Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin».
قَالُوا۟ يَٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍۢ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ
﴿53﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya Hudu ma ci'tana bibaiyinatinv va ma nahnu bitariki alihatina 'an qavlika va ma nahnu laka bimu'minin
Mişkini Tərcüməsi:
Dedilər: «Ey Hud, bizim üçün açıq-aydın bir dəlil (bizim bəyənəcəyimiz bir nişanə) gətirmədin. Biz heç vaxt sənin sözünlə öz tanrılarımızı tərk edən deyilik və biz sənə əsla inanan deyilik».
إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍۢ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ
﴿54﴾
Oxunuşu (Transkripsiya):
In naqulu illa' taraka ba'du alihatina bisu'; qala inni uşhidul laha vaş hadu anni bari'um mimma tuşrikun
Mişkini Tərcüməsi:
«Biz (sənin barəndə) yalnız bunu deyirik ki, bizim tanrılarımızın bəziləri sənə (ruhi cəhətdən) bir ziyan vurublar». Dedi: «Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin Ona şərik qoşduqlarınızdan uzağam.
مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًۭا ثُمَّ لَا تُنظِرُونِ
﴿55﴾
Oxunuşu (Transkripsiya):
Min dunihi fakiduni cami'an summa la tunzirun
Mişkini Tərcüməsi:
(Və həmçinin) Onun yerinə (ibadət etdiklərinizdən uzağam). Buna görə də hamılıqla mənim barəmdə (bacardığınız kimi) plan cızıb məkr və hiylə işlədin, sonra da (onu həyata keçirin və) mənə heç bir möhlət verməyin».
إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ
﴿56﴾
Oxunuşu (Transkripsiya):
Inni tavakkaltu 'alallahi Rabbi va Rabbikum; ma min dabbatin illa Huva axizum binasiyatiha; inna Rabbi 'ala Siratim mustaqim
Mişkini Tərcüməsi:
«Həqiqətən, mən özümün Rəbbim və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir hərəkət edən yoxdur ki, alını (vücudu) Onun ovcunda (ixtiyarında) olmasın. Həqiqətən, Rəbbim doğru yoldadır (yaradılış aləminin işlərinin idarə olunmasında ədalət və hikmət əsasında davranır)».
فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ
﴿57﴾
Oxunuşu (Transkripsiya):
Fa in tavallav faqad ablağtukum ma ursiltu bihi ilaikum; va yastaxlifu Rabbi qavman ğairakum va la tadur runahu şai'a; inna Rabbi 'ala kulli şai'in Hafiz
Mişkini Tərcüməsi:
«Beləliklə, əgər üz döndərsəniz, (bilin ki,) mən (çatdırılması) üçün göndərildiyim şeyi sizə çatdırdım. Və mənim Rəbbim (tezliklə sizi həlak edəcək və) sizin yerinizə sizdən başqa bir qövmü canişin edəcəkdir. Ona heç bir ziyan vura bilməzsiniz. Şübhəsiz, mənim Rəbbim hər bir şeyi qoruyandır».
وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَنَجَّيْنَٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ
﴿58﴾
Oxunuşu (Transkripsiya):
Va lamma ca'a amruna nacaina Hudanv vallazina amanu ma'ahu birahmatim minna va nacainahum min 'azabin ğaliz
Mişkini Tərcüməsi:
Və (onların əzabı barədə) Bizim əmrimiz (mələklərə) yetişən və Bizim istəyimiz qətiləşən zaman Huda və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və onları çox çətin bir əzabdan qurtardıq.
وَتِلْكَ عَادٌۭ ۖ جَحَدُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍۢ
﴿59﴾
Oxunuşu (Transkripsiya):
Va tilka 'ad, cahadu bi Aayati Rabbihim va 'asav Rusulahu vattaba'u amra kulli cabbarin 'anid
Mişkini Tərcüməsi:
Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini (tövhidin aydın dəlillərini və Hudun peyğəmbərliyinin aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular.
وَأُتْبِعُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًۭا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّعَادٍۢ قَوْمِ هُودٍۢ
﴿60﴾
Oxunuşu (Transkripsiya):
Va utbi'u fi hazihid dunya la'natanv va Yavmal Qiyamah; ala inna 'Aadan kafaru Rabbahum; ala bu'dal li 'Aadin qavmin Hud
Mişkini Tərcüməsi:
Bu dünyada və Qiyamət günündə onların arxasınca (Allah və insanlar tərəfindən) bir lənət göndərildi. Bilin ki, Ad qövmü özlərinin Rəbbinə kafir oldular və özlərinin Rəbbinə nankorluq etdilər. Bilin! Hudun qövmü Ada nifrin olsun və (Allahın rəhmətindən) uzaq olsunlar!
۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌۭ مُّجِيبٌۭ
﴿61﴾
Oxunuşu (Transkripsiya):
Va ila Samuda axahum Saliha; qala ya qavmi' budul laha ma lakum min ilahim ğairuhu Huva anşa akum minal ardi vasta' marakum fiha fastağfiruhu summa tubu ilaih; inna Rabbi Qaribum Mucib
Mişkini Tərcüməsi:
Və Səmud qövmünə onların (qan və ya qəbilə) qardaşları Salehi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin Ondan başqa bir tanrınız yoxdur. Sizi (ilk ata və ananızı bilavasitə, onların nəslini isə vasitə ilə) yerdən (torpaqdan) yaradan və sizə orada həyat verən və sizdən oranı abadlaşdırmağınızı istəyən Odur. Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın. Şübəsiz, mənim Rəbbim (Öz bəndələrinə) yaxın və (onların dualarını) qəbul edəndir».
قَالُوا۟ يَٰصَٰلِحُ قَدْ كُنتَ فِينَا مَرْجُوًّۭا قَبْلَ هَٰذَآ ۖ أَتَنْهَىٰنَآ أَن نَّعْبُدَ مَا يَعْبُدُ ءَابَآؤُنَا وَإِنَّنَا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَآ إِلَيْهِ مُرِيبٍۢ
﴿62﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya Salihu qad kunta fina marcuvvan qabla haza atanhana an na'bu da ma ya'budu aba'una va innana lafi şakkim mimma tad'una ilaihi murib
Mişkini Tərcüməsi:
Dedilər: «Ey Saleh, sən bundan əvvəl bizim aramızda bir ümid yeri idin (bizim dinimizi qəbul edəcəyinə və ya bizə başçılıq edəcəyinə ümid bəsləyirdik). Bizi atalarımızın ibadət etdikləri şeydən çəkindirirsən?! Və doğrudan da biz, bizi tərəfinə çağırdığın şey (şəriksiz Allah) barəsində tərəddüdlü və anlaşılmazlıq gətirən bir şəkk-şübhə içərisindəyik».
قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَءَاتَىٰنِى مِنْهُ رَحْمَةًۭ فَمَن يَنصُرُنِى مِنَ ٱللَّهِ إِنْ عَصَيْتُهُۥ ۖ فَمَا تَزِيدُونَنِى غَيْرَ تَخْسِيرٍۢ
﴿63﴾
Oxunuşu (Transkripsiya):
Qala ya qavmi ara'aytum in kuntu 'ala baiyinatim mir Rabbi va atani minhu rahmatan famai yansuruni minal lahi in 'asaituhu fama tazidunani ğaira taxsir
Mişkini Tərcüməsi:
Dedi: «Ey mənim qövmüm, mənə deyin görüm, əgər mən Rəbbimin tərəfindən aydın bir dəlilə əsaslansam və O Öz tərəfindən mənə bir rəhmət (peyğəmbərlik məqamı) əta etmiş olsa, (ilahi tapşırıqların çatdırılmasında) Ona itaətsizlik etsəm məni Allah(ın qəzəbindən və əzabın)dan kim qurtarar?! Deməli, siz mənə ziyan vurmaqdan başqa bir şey artırmırsınız».
وَيَٰقَوْمِ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةًۭ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابٌۭ قَرِيبٌۭ
﴿64﴾
Oxunuşu (Transkripsiya):
Va ya qavmi hazihi naqatul lahi lakum ayatan fazaruha takul fi ardil lahi va la tamassuha bisu'in fa yaxuzakum azabun qarib
Mişkini Tərcüməsi:
«Və ey mənim qövmüm, bu, Allahın sizin üçün (Onun tovhidi və mənim peyğəmbərliyim barəsində) bir əlamət və möcüzə olan dişi dəvəsidir (ki, Onun istəyi ilə birdən-birə daşın arasından çıxmışdır). Buna görə də, onu qoyun Allahın torpağında otlasın və ona əsla bir zərər-ziyan vurmayın ki, sizi çox yaxın bir əzab yaxalayar».
فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا۟ فِى دَارِكُمْ ثَلَٰثَةَ أَيَّامٍۢ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍۢ
﴿65﴾
Oxunuşu (Transkripsiya):
Fa 'aqaruha faqala tamatta'u fi darikum salasata aiyamin zalika va'dun ğairu makzub
Mişkini Tərcüməsi:
Beləliklə, onun ayaqlarını kəsdilər və öldürdülər. (Saleh) dedi: «Üç gün (möhlətiniz var) evlərinizdə bəhrələnin (sonra əzab gələcəkdir). Bu yalan olmayan bir vəddir».
فَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا صَٰلِحًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَمِنْ خِزْىِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ
﴿66﴾
Oxunuşu (Transkripsiya):
Falamma ca'a amruna naccaina Salihanv val lazina amanu ma'ahu birahmatim minna va min xizyi Yavmi'iz inna Rabbaka Huval Qaviyyul 'Aziz
Mişkini Tərcüməsi:
Beləliklə, (onların əzabı barəsində) Bizim əmrimiz yetişdikdə və Bizim istəyimiz qətiləşən zaman Saleh və onunla birlikdə iman gətirənlərə tərəfimizdən olan bir rəhmət ilə (həmin qövmün şərindən) və o günün xarlıq və rüsvayçılığından nicat verdik. Doğrudan da sənin Rəbbin O güclü və yenilməz qüdrət sahibidir.
وَأَخَذَ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ
﴿67﴾
Oxunuşu (Transkripsiya):
Va axazal lazina zalamus saihatu fa asbahu fi diyarihim casimina
Mişkini Tərcüməsi:
Və zülm etmiş kəsləri (göydən gələn öldürücü bir) bağırtı yaxaladı. Beləliklə, öz evlərində diz çöküb üzü üstə düşmüş ölülər oldular.
كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَآ إِنَّ ثَمُودَا۟ كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّثَمُودَ
﴿68﴾
Oxunuşu (Transkripsiya):
Ka al lam yağnav fiha; ala inna Samuda kafaru Rabbahum; ala bu'dal li Samud.
Mişkini Tərcüməsi:
Sanki əsla orada yaşamamışdılar. Bilin ki, Səmud qövmü özlərinin Rəbbinə küfr (və nankorluq) etdilər. Bilin! (Allahın rəhmətindən) uzaq olsun Səmud qövmü!
وَلَقَدْ جَآءَتْ رُسُلُنَآ إِبْرَٰهِيمَ بِٱلْبُشْرَىٰ قَالُوا۟ سَلَٰمًۭا ۖ قَالَ سَلَٰمٌۭ ۖ فَمَا لَبِثَ أَن جَآءَ بِعِجْلٍ حَنِيذٍۢ
﴿69﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ca'at Rusuluna Ibrahima bilbuşra qalu salaman qala salamun fama labisa an ca'a bi'icin haniz
Mişkini Tərcüməsi:
Həqiqətən, Bizim (mələklərdən olan) elçilərimiz İbrahimə (oğlu olacağı və Lut qövmünün həlak olması barədə) mücdə gətirdilər. Onlar salam verdilər, o da salam verdi. Sonra, dayanmadan (qonaqlar üçün) qumların üzərində qızardılmış və yağı daman bir buzov gətirdi.
فَلَمَّا رَءَآ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةًۭ ۚ قَالُوا۟ لَا تَخَفْ إِنَّآ أُرْسِلْنَآ إِلَىٰ قَوْمِ لُوطٍۢ
﴿70﴾
Oxunuşu (Transkripsiya):
Falamma ra a aidiyahum la tasilu ilaihi nakirahum va avcasa minhum xifah; qalu la taxaf inna ursilna ila qavmi Lut
Mişkini Tərcüməsi:
Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən, biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş (mələklərik)ik».
وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌۭ فَضَحِكَتْ فَبَشَّرْنَٰهَا بِإِسْحَٰقَ وَمِن وَرَآءِ إِسْحَٰقَ يَعْقُوبَ
﴿71﴾
Oxunuşu (Transkripsiya):
Vamra atuhu qa'imatun fadahikat fabaşşarnaha bi Işaqa va minv vara'i Işaqa Ya'qub
Mişkini Tərcüməsi:
Onun zövcəsi ayaq üstə durmuşdu. Beləliklə o, (sirli qonaqlar mələk çıxdıqları üçün) sevincindən güldü. Beləliklə ona İshaq (adlı oğulla) və İshaqın ardınca Yəqub (adlı nəvə) ilə mücdə verdik.
قَالَتْ يَٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌۭ وَهَٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عَجِيبٌۭ
﴿72﴾
Oxunuşu (Transkripsiya):
Qalat ya vailata 'alidu va ana 'acuzunv va haza ba'li şaixan inna haza laşai'un 'acib
Mişkini Tərcüməsi:
Dedi: «Vay! Mən (doxsan yaşlı) qoca bir qarı və bu ərim də (yüz yaşlı) qoca bir kişi ola-ola doğacağam?! Doğrudan da bu, çox təəccüblü bir şeydir».
قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌۭ مَّجِيدٌۭ
﴿73﴾
Oxunuşu (Transkripsiya):
Qalu ata'cabina min amril lahi rahmatul lahi va barakatuho 'alaikum Ahlal Bayt; innahu Hamidum Macid
Mişkini Tərcüməsi:
(Mələklər) dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən, O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir».
فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَٰدِلُنَا فِى قَوْمِ لُوطٍ
﴿74﴾
Oxunuşu (Transkripsiya):
Falamma zahaba an Ibrahimar rav'u va ca'at hul buşra yucadiluna fi qavmi Lut
Mişkini Tərcüməsi:
Beləliklə, elə ki, İbrahimin qorxusu getdi və (övlad) mücdə(si) ona yetişdi, Lut qövmü barəsində bizim (mələklərimiz)lə söhbət və mübahisə etməyə başladı.
إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌۭ مُّنِيبٌۭ
﴿75﴾
Oxunuşu (Transkripsiya):
Inna Ibrahima lahalimun avvvahum munib
Mişkini Tərcüməsi:
Doğrudan da, İbrahim çox həlim və camaata ürəyi yanan, dərindən ah çəkən və (Bizə tərəf) qayıdan idi.
يَٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍۢ
﴿76﴾
Oxunuşu (Transkripsiya):
Ya Ibrahimu a'rid 'an haza innahu qad ca'a amru Rabbika va innahum atihim 'azabun ğairun mardud
Mişkini Tərcüməsi:
«Ey İbrahim, bundan (bu vasitəçilikdən) əl çək ki, şübhəsiz, artıq (mələklərə) Rəbbinin (onların əzabı barədəki) əmri yetişmişdir və onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir».
وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌۭ
﴿77﴾
Oxunuşu (Transkripsiya):
Va lamma ca'at Rusuluna Lutan si'a bihim va daqa bihim zar'anv va qala haza yavmun 'asib
Mişkini Tərcüməsi:
Və bizim elçilərimiz Lutun yanına gələn zaman o, onlara görə narahat oldu və (öz qövmünün qonaqlar barəsində pis niyyətdə olmalarından) sıxıntıya düşdü. Və əli onları himayə etməkdən üzüldü və dedi: «Bu gün çox çətin bir gündür».
وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَٰقَوْمِ هَٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌۭ رَّشِيدٌۭ
﴿78﴾
Oxunuşu (Transkripsiya):
Va ca'ahu qavmuhu yuhra'una ilaihi va min qablu kanu ya'malunas saiyiat; qala ya qavmi ha'ula'i banati hunna asaru lakum fattaqul laha va la tuxzuni fi daifi alaisa minkum raculur raşid
Mişkini Tərcüməsi:
Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara qarşı hədlərini aşsınlar) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»
قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّۢ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ
﴿79﴾
Oxunuşu (Transkripsiya):
Qalu laqad 'alimta ma lana fi banastika min haqq, va innaka lata'lamu ma nurid
Mişkini Tərcüməsi:
Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».
قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍۢ شَدِيدٍۢ
﴿80﴾
Oxunuşu (Transkripsiya):
Qala lav anna li bikum quvvatan av avi ila ruknin şadid
Mişkini Tərcüməsi:
Dedi: Kaş ki, sizinlə mübarizə etməyə bir gücüm olaydı, ya möhkəm və sabit bir arxaya sığınaydım».
قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ
﴿81﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya Lutu inna Rusulu Rabbika lai yasilu ilaika fa asri bi ahlika biqit 'im minal laili va la yaltafit minkum ahadun illam ra ataka innahu musibuha ma asabahum; inna mav'i dahumus subh; alaisas subhu biqarib
Mişkini Tərcüməsi:
(Mələklər) dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz, sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!»
فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةًۭ مِّن سِجِّيلٍۢ مَّنضُودٍۢ
﴿82﴾
Oxunuşu (Transkripsiya):
Falamma ca'a amruna ca'alna 'aliyaha safilaha va amtama 'alaiha hicaratam min siccilim mandud
Mişkini Tərcüməsi:
Beləliklə, elə ki, Bizim əmrimiz (mələklərə) yetişdi və istəyimiz qətiləşdi, həmin şəhərləri alt-üst etdik və onların üzərinə bişmiş və möhkəm gildən ibarət daş parçalarından dolu yağdırdıq.
مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّٰلِمِينَ بِبَعِيدٍۢ
﴿83﴾
Oxunuşu (Transkripsiya):
Musavvamatan 'inda Rabbik; va ma hiya minaz zalimena biba'id
Mişkini Tərcüməsi:
Sənin Rəbbinin yanında (Onun sirli yaradılış aləmində) nişanlanmış, rəngbərəng və üzərinə adlar yazılmış daşlar! Bu (növ əzab) bu zalımlardan uzaq deyil.
۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍۢ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ مُّحِيطٍۢ
﴿84﴾
Oxunuşu (Transkripsiya):
Va ila Madyana axahum Şu'aiba; qala ya qavmi' budul laha ma lakum min ilahin ğairuhu va la tanqusul mikyala valmizan; inni arakum bixairinv va inni axafu 'alaikum 'azaba Yavmim muhit
Mişkini Tərcüməsi:
Və Mədyən (camaatına) onların (qan və ya qəbilə) qardaşları Şüeybi (göndərdik). O dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Ölçünü və çəkini əskiltməyin. Doğrudan da mən sizi xoşluq (və nemət bolluğu) içərisində görürəm və mən sizin üçün (malları əskik verdiyinizə görə) hər şey əhatə edən və həlakət gətirən günün əzabından qorxuram».
وَيَٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ
﴿85﴾
Oxunuşu (Transkripsiya):
Va ya qavmi avful mikyala valmizana bilqisti va la tabxasun nasa aşya'ahum va la ta'sav fil ardi mufsidin
Mişkini Tərcüməsi:
«Və ey mənim qövmüm, ölçünü və çəkini tam və ədalətlə verin və (bütün çəkilən və ölçülən şeylərdə haqlarını əda edərkən) camaatın mallarını əskik verməyin və yer üzündə fəsad törədən kimi gəzməyin!»
بَقِيَّتُ ٱللَّهِ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ
﴿86﴾
Oxunuşu (Transkripsiya):
Baqiyyatul lahi xairul lakum in kuntum mu'minin; va ma ana 'alaikum bihafiz
Mişkini Tərcüməsi:
«Əgər imanınız olsa (başqasının haqqını verdikdən sonra) Allahın sizin üçün saxladığı şey daha xeyirlidir və mən sizə məmur və gözətçi deyiləm (ki, sizin iman və əməlinizə nəzarət edəm və sizə savab və cəza verilməsi mənim öhdəmə olsun)».
قَالُوا۟ يَٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ
﴿87﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya Şu'aybu asalatuka tamuruka an natruka ma ya'budu aba'una av an naf'ala fi amvalina ma naşa'u innaka la antal halimur raşid
Mişkini Tərcüməsi:
Dedilər: «Ey Şüeyb, atalarımızın ibadət etdiklərini buraxmağımızı və ya öz mallarımızla istədiyimizi etməyi tərk etməyimizi sənə namazın əmr edir? (Bizi etiqad və əməldə azadlıqdan sənin namazın məhrum edir?) Axı sən həqiqətən, həlim və doğru yolu tapmış bir adamsan! (Belə olan halda bizim azadlığımızı necə məhdudlaşdırırsan?)»
قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًۭا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
﴿88﴾
Oxunuşu (Transkripsiya):
Qala ya qavmi ara'aitum in kuntu 'ala baiyinatim mir Rabbi va razaqani minhu rizqan hasana; va ma uridu an uxalifakum ila ma anhakum 'anh; in uridu illal islaha mastata't; va ma tavfiqi illa billah; 'alaihi tavakkaltu va ilaihi unib
Mişkini Tərcüməsi:
Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam».
وَيَٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَٰلِحٍۢ ۚ وَمَا قَوْمُ لُوطٍۢ مِّنكُم بِبَعِيدٍۢ
﴿89﴾
Oxunuşu (Transkripsiya):
Va ya qavmi la yacri mannakum şiqaqi ai yusibakum mislu ma asaba qavma Nuhin av qavma Hudin av qavma Salih; va ma qavmu Lutim minkum biba'id
Mişkini Tərcüməsi:
«Və ey mənim qövmüm, mənimlə müxalifət və düşmənçiliyiniz sizi Nuhun qövmünə, ya Hudun qövmünə, yaxud Salehin qövmünə gələnlərin (tufan, suda batmaq, zəhərli külək, səmadan gələn bağırtı və zəlzələnin) bənzərinin sizə də gəlməsinə gətirib çıxarmasın! Və Lutun qövmü (zaman və məkan baxımından) sizdən o qədər də uzaq deyildir».
وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌۭ وَدُودٌۭ
﴿90﴾
Oxunuşu (Transkripsiya):
Vastağfiru Rabbakum summa tubu ilaih; inna Rabbi Rahimunv Vadud
Mişkini Tərcüməsi:
«Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən, mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir».
قَالُوا۟ يَٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًۭا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًۭا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍۢ
﴿91﴾
Oxunuşu (Transkripsiya):
Qalu ya Şu'aibu ma nafqahu kasiram mimma taqulu va inna lanaraka fina da'ifanv va lav la rahtuka laracamnaka va ma anta 'alaina bi'aziz
Mişkini Tərcüməsi:
Dedilər: «Ey Şüeyb, biz sənin (tək olan Allaha tərəf dəvətini və əskik satmağın tərk olunması kimi) dediklərinin çoxunu başa düşmürük və şübhəsiz, səni öz aramızda zəif görürük. Əgər o kiçik qəbilən olmasaydı səni daşqalaq edərdik. Sənin bizim üzərimizdə heç bir qüdrətin yoxdur (yaxud sənin bizim yanımızda heç bir qədir-qiymətin yoxdur)».
قَالَ يَٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌۭ
﴿92﴾
Oxunuşu (Transkripsiya):
Qala ya qavmi arahti a'azzu 'alaikum minal lahi vattaxaztumuhu vara'akum zihriyyan inna Rabbi bima ta'maluna muhit
Mişkini Tərcüməsi:
Dedi: «Ey mənim qövmüm, məgər sizin nəzərinizdə mənim qəbiləm Allahdan daha qüdrətlidir (ki, onları nəzərə alırsınız) və (lakin) Onu arxaya atıb unudursunuz? Şübhəsiz, mənim Rəbbim sizin etdiklərinizi əhatə etmişdir».
وَيَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌۭ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَمَنْ هُوَ كَٰذِبٌۭ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌۭ
﴿93﴾
Oxunuşu (Transkripsiya):
Va ya qavmi' malu 'ala makanatikum inni 'amilun savfa ta'lamuna mai yatihi 'azabuny yuxzihi va man huva kazib; vartaqibu innni ma'akum raqib
Mişkini Tərcüməsi:
«Və ey mənim qövmüm, elə bu (şirk və azğınlıq) hal(ın)da bacardığınızı edin ki, əlbəttə, mən də edəcəyəm. Tezliklə əzabın kimə yetişərək onu xar və rüsvay edəcəyini və kimin yalançı olduğunu biləcəksiniz. Və gözləyin ki, mən də mütləq sizinlə birgə gözləyirəm».
وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ
﴿94﴾
Oxunuşu (Transkripsiya):
Va lamma ca'a amruna naccaina şu'aibanv val lazina amanu ma'ahu birahmatim minna va axazatil lazina zalamus saihatu fa asbahu fi diyarihim casimin
Mişkini Tərcüməsi:
Və Bizim (onların əzabı barəsindəki) əmrimiz yetişən zaman, Şüeybə və onunla birgə iman gətirənlərə tərəfimizdən olan bir rəhmətlə nicat verdik və zülm edənləri (səmadan gələn öldürücü) bağırtı tutdu. Beləliklə onlar öz evlərində diz çökmüş halda ölüb üzü üstə düşdülər.
كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًۭا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ
﴿95﴾
Oxunuşu (Transkripsiya):
Ka-al-lam yağnav fiha; ala bu'dal li Madyana Kama ba'idat Samud
Mişkini Tərcüməsi:
Sanki heç vaxt orada yaşamamışdılar. Bilin! Səmud qövmü uzaq olduğu kimi, Mədyən (əhli) də uzaq olsun (Allahın rəhmətindən) və lənət olsun (onlara)!
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ
﴿96﴾
Oxunuşu (Transkripsiya):
Va laqad arsalna Musa bi Aayatina va sultanim mubin
Mişkini Tərcüməsi:
Və həqiqətən, Musanı Öz ayə və nişanələrimizlə və aşkar dəlil-sübutla göndərdik,
إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍۢ
﴿97﴾
Oxunuşu (Transkripsiya):
Ila Fir'avna va mala'ihi fattaba'u amra Fir'avna va ma amru Fir'avna biraşid
Mişkini Tərcüməsi:
Firona və onun qövmünün başçı və böyüklərinə tərəf. Onlar Fironun əmrinə tabe oldular. Fironun əmri əsla doğru və yol göstərən deyildi.
يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ
﴿98﴾
Oxunuşu (Transkripsiya):
Yaqdumu qavmahu Yavmal Qiyamati fa avrada humun Nara va bi'sal virdul mavrud
Mişkini Tərcüməsi:
O, (Firon) Qiyamət günü öz qövmünün qabağında gedəcək, beləliklə də onları (Cəhənnəm) od(un)a daxil edəcəkdir. Və onların düşəcəkləri yer necə də pisdir!
وَأُتْبِعُوا۟ فِى هَٰذِهِۦ لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ
﴿99﴾
Oxunuşu (Transkripsiya):
Va utbi'u fi hazihi la'natanv va Yavmal Qiyamah; bi'sar rifdul marfud
Mişkini Tərcüməsi:
Və burada (bu dünyada) və Qiyamət günündə onların arxasınca bir lənət göndərilmişdir. Onlara verilən (həmin lənət) necə də pis bir bəxşişdir!
ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌۭ وَحَصِيدٌۭ
﴿100﴾
Oxunuşu (Transkripsiya):
Zalika min amba'il qura naqussuhu 'alaika minha qa'imunv va hasid
Mişkini Tərcüməsi:
Bu, şəhərlərin və millətlərin xəbərlərindəndir ki, sənə söyləyirik. Onların bəzisi durur, bəzisi isə biçilib məhv olmuşdur.
وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ
﴿101﴾
Oxunuşu (Transkripsiya):
Va ma zalamnahum va lakin zalamu anfusahum fama ağnat 'anhum alihatuhumul lati yad'una min dunil lahi min şai'il lamma ca'a amru Rabbika va ma zaduhum ğaira tatbib
Mişkini Tərcüməsi:
Onlara Biz zülm etmədik və lakin onlar özlərinə zülm etdilər. Beləliklə, sənin Rəbbinin (onların əzabı barəsindəki) əmri yetişən zaman Allahın yerinə çağırdıqları tanrıları (əzabdan) heç bir şeyi onlardan uzaqlaşdırmadılar və onlara ziyan və həlakətdən başqa bir şey artırmadılar.
وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَآ أَخَذَ ٱلْقُرَىٰ وَهِىَ ظَٰلِمَةٌ ۚ إِنَّ أَخْذَهُۥٓ أَلِيمٌۭ شَدِيدٌ
﴿102﴾
Oxunuşu (Transkripsiya):
Va kazalika axzu Rabbika iza axazal qura va hiya zalimah; inna axzahu alimun şadid
Mişkini Tərcüməsi:
Sənin Rəbbin millət və cəmiyyətləri zalım olan zaman belə yaxalayır və cəzalandırır. Şübhəsiz, Onun yaxalaması və cəzası ağrılı və çətindir.
إِنَّ فِى ذَٰلِكَ لَءَايَةًۭ لِّمَنْ خَافَ عَذَابَ ٱلْءَاخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌۭ مَّجْمُوعٌۭ لَّهُ ٱلنَّاسُ وَذَٰلِكَ يَوْمٌۭ مَّشْهُودٌۭ
﴿103﴾
Oxunuşu (Transkripsiya):
Inna fi zalika la ayatal liman xafa 'azabal Aaxirah; zalika Yavmum macmu'ul lahun nasu va zalika Yavmum maşhud
Mişkini Tərcüməsi:
Şübhəsiz, bunda (bu hekayət və əhvalatlarda) axirət əzabından qorxan kəs üçün (Allahın qüdrət və əzəmətinə dair) bir nişanə vardır. O bütün insanların toplanılacağı bir gündür. O, elə bir gündür ki, (bütün cinlər, şeytanlar və heyvanlar mələklərin nəzarəti ilə) onda çağırılacaqlar və oranın bütün hadisələri orada olanların gözü qarşısında olacaqdır.
وَمَا نُؤَخِّرُهُۥٓ إِلَّا لِأَجَلٍۢ مَّعْدُودٍۢ
﴿104﴾
Oxunuşu (Transkripsiya):
Va ma nu'axxiruhu illa li acalim ma'dud
Mişkini Tərcüməsi:
Və Biz onu yalnız (Allahın əzəli elmində əvvəlindən axırınadək) hesablanmış və müəyyən olunmuş bir müddətə qədər təxirə salarıq.
يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِۦ ۚ فَمِنْهُمْ شَقِىٌّۭ وَسَعِيدٌۭ
﴿105﴾
Oxunuşu (Transkripsiya):
Yavma yati la takallamu nafsun illa bi iznih; faminhum şaqiyyunv va sa'id
Mişkini Tərcüməsi:
Və o (əcəl sona yetişən və Qiyamət) gəlib çatan zaman Onun izni olmadan heç kəs danışmaz. Beləliklə, onlardan bəzisi bədbəxtdir (öz vücudunun bütün xeyirlərini puç edib) və bəzisi xoşbəxt (öz vücudunun bütün xeyirlərini əldə edib).
فَأَمَّا ٱلَّذِينَ شَقُوا۟ فَفِى ٱلنَّارِ لَهُمْ فِيهَا زَفِيرٌۭ وَشَهِيقٌ
﴿106﴾
Oxunuşu (Transkripsiya):
Fa ammal lazina şaqu fafin Nari lahum fiha zafirunv va şahiq
Mişkini Tərcüməsi:
Bədbəxt olanlara gəlincə, onlar od içərisindədirlər, orada nalələri və (eşşəklərin anqırtısına bənzər) nəfəs alıb-vermələri vardır.
خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌۭ لِّمَا يُرِيدُ
﴿107﴾
Oxunuşu (Transkripsiya):
Xalidina fiha ma damatis samavatu val ardu illa ma şa'a Rabbuk; inna Rabbaka fa' 'alul lima yurid
Mişkini Tərcüməsi:
Orada (axirət aləminin) göylər(i) və yer(i) durduqca əbədi qalacaqlar, Rəbbinin istədiyi şey (əbədiliyi dəyişdirmək istəməsi) istisna olmaqla (hərçənd ki, şübhəsiz, O da bunu dəyişdirməyəcəkdir). Şübhəsiz, sənin Rəbbin istədiyi şeyi qüdrətlə yerinə yetirəndir.
۞ وَأَمَّا ٱلَّذِينَ سُعِدُوا۟ فَفِى ٱلْجَنَّةِ خَٰلِدِينَ فِيهَا مَا دَامَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ إِلَّا مَا شَآءَ رَبُّكَ ۖ عَطَآءً غَيْرَ مَجْذُوذٍۢ
﴿108﴾
Oxunuşu (Transkripsiya):
Va ammal lazina su'idu fafil Cannati xalidina fiha ma damatis samavatu val ardu illa ma şa'a Rabbuk; ata'an ğaira maczuz
Mişkini Tərcüməsi:
Xoşbəxt olanlara gəldikdə, onlar Cənnətdədirlər. (Axirət aləminin) göylər(i) və yer(i) durduqca, orada əbədi qalacaqlar, Rəbbinin istədiyi şey istisna olmaqla. (Bu, ardı-arası) kəsilməyən bir bəxşişdir.
فَلَا تَكُ فِى مِرْيَةٍۢ مِّمَّا يَعْبُدُ هَٰٓؤُلَآءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ ءَابَآؤُهُم مِّن قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنقُوصٍۢ
﴿109﴾
Oxunuşu (Transkripsiya):
Fala taku fi miryatim mimmma ya'budu ha'ula'; ma ya'buduna illa kama ya'budu aba'uhum min qabl; va inna lamuvaf fuhum nasibahum ğaira manqus
Mişkini Tərcüməsi:
Buna görə də onların ibadət etdikləri şey(in batil olması) barəsində şəkk və tərəddüddə olma. Onlar yalnız atalarının bundan qabaq ibadət etdikləri kimi (üsuliddində təqlid etməklə özlərinin düzəltdikləri məbuda) ibadət edirlər. Biz (dünyanın məhdud malından və axirətin qeyri-məhdud əzabından) onların paylarını şübhəsiz, kamil surətdə və əskiltmədən verəcəyik.
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَٱخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ
﴿110﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ataina Musal Kitaba faxtulifa fih; va lav la Kalimatun sabaqat mir Rabbika laqudiya bainahum; va innahum lafi şakkim minhu murib
Mişkini Tərcüməsi:
Şübhəsiz, Biz Musaya (səmavi) kitab verdik. Beləliklə onun barəsində (ümməti tərəfindən onun qəbul olunmasında, ümmətinin alimləri tərəfindən isə onun məzmununda) ziddiyyət yarandı. Əgər sənin Rəbbinin (azğınlara dəlil-sübutu tamamlamaq üçün müəyyənləşdirilmiş vaxta qədər möhlət verilməsi barəsindəki əzəldən) keçmiş hökmü olmasaydı onların arasında mütləq hökm olunardı (və işləri bitərdi). Həqiqətən, onlar (səninlə müasir olan yəhudilər) bunun (Quranın) barəsində tərəddüd doğuran və qaranlıq gətirən şəkk-şübhə içərisindədirlər.
وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ
﴿111﴾
Oxunuşu (Transkripsiya):
Va inna kullal lamma la yuvaffiyannahum Rabbuka a'malahum; innahu bima ya'maluna Xabir
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin (Qiyamət günü) ixtilaf edən tərəflərin hər ikisinin əməllərini(n cəzasını, yaxud əməllərin gerçək təzahürünü) kamil surətdə verəcəkdir. Çünki O, onların etdiklərindən xəbərdardır.
فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ
﴿112﴾
Oxunuşu (Transkripsiya):
Fastaqim kama umirta va man taba ma'aka va la tatğav; innahu bima ta'maluna Basir
Mişkini Tərcüməsi:
Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən, O, etdiklərinizi görür.
وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ
﴿113﴾
Oxunuşu (Transkripsiya):
Va la tarkanu ilal lazina zalamu fatamassa kumun Naru va ma lakum min dunil lahi min avliya'a summa la tunsarun
Mişkini Tərcüməsi:
Və zülm edən kəslərə ürək bağlamayın, meyl etməyin və arxalanmayın ki, sizin Allahdan başqa heç bir yardımçı və başçınız olmadığı halda od (Allahın qəzəbi) sizə yetişər və Allah tərəfindən sizə kömək də olunmaz.
وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًۭا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ
﴿114﴾
Oxunuşu (Transkripsiya):
Va aqimis Salata tarafayin nahari va zulafam minal layl; innal hasanati yujibnas saiyi at; zalika zikra liz zakirin
Mişkini Tərcüməsi:
Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən, (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür.
وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ
﴿115﴾
Oxunuşu (Transkripsiya):
Vasbir fa innal laha la yudi'u acral muhsinin
Mişkini Tərcüməsi:
Və səbr et və dözümlü ol ki, həqiqətən, Allah yaxşılıq edənlərin mükafatını zay etmir.
فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍۢ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًۭا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ
﴿116﴾
Oxunuşu (Transkripsiya):
Falv la kana minal quruni min qablikum ulu baqiyyatiny yanhavna 'anil fasadi fil ardi illa qalilam mimman ancaina minhum; vattaba'al lazina zalamu ma utrifu fihi va kanu mucrimin
Mişkini Tərcüməsi:
Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən) – onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa – (insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)? Zülm edənlər öz keflərini və eyş- işrətlərini davam etdirdilər və onların hamısı günahkar idilər. (Buna görə də tarix boyu bəşəriyyətin əksəriyyətinin yoldan çıxması təəccüblü və təəssüf doğurandır).
وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا مُصْلِحُونَ
﴿117﴾
Oxunuşu (Transkripsiya):
Va ma kana Rabbuka liyuhlikal qura bizulminv va ahluha muslihun
Mişkini Tərcüməsi:
Və sənin Rəbbin şəhər və kəndləri onların əhalisi əməlisaleh və islah edən olduqları halda zülmlə həlak edən deyildir.
وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةًۭ وَٰحِدَةًۭ ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ
﴿118﴾
Oxunuşu (Transkripsiya):
Va lav şa'a Rabbuka laca'alannnasa ummatanv va hidatanv va la yazaluna muxtalifin
Mişkini Tərcüməsi:
Və əgər Rəbbin qəti iradə ilə istəsəydi, insanların hamsını (məcburi surətədə) tək (bir dinə və bir şəriətə əməl edən) bir ümmət edərdi (hamının qəlb istəyini qeyri-ixtiyari olaraq tək bir etiqad və əməl üzərində möhkəmləndirərdi). (Lakin onları ixtiyar sahibi etdi) və (buna görə də) onlar həmişə ziddiyyətdədirlər.
إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ
﴿119﴾
Oxunuşu (Transkripsiya):
Illa mar rahima Rabbuk; va lizalika xalaqahum; va tammat Kalimatu Rabbika la amla'ana Cahannama minal cinnati vannnasi acma'in
Mişkini Tərcüməsi:
Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur.
وَكُلًّۭا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌۭ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ
﴿120﴾
Oxunuşu (Transkripsiya):
Va kullan naqussu 'alaika min amba'ir Rusuli ma nusabbitu bihi fu'adak; va ca'aka fi hazihil haqqu va mav'izatunv va zikra lilmu' minin
Mişkini Tərcüməsi:
Elçilər(imiz)in xəbərlərinin hər cürünü – vasitəsi ilə qəlbini sabitləşdirərək möhkəmləndirdiyimiz xəbərləri sənə nəql edirik. Bu hekayətlərdə sənə haqq və möminlər üçün bir öyüd-nəsihət gəlmişdir.
وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَٰمِلُونَ
﴿121﴾
Oxunuşu (Transkripsiya):
Va qul lillazina la yu'minuna' malu 'ala makanatikum inna 'amilun
Mişkini Tərcüməsi:
İman gətirməyənlərə de: «Özünüzün (həmin bu) durumunuzla bacardığınızı edin ki, həqiqətən, biz də (öz vəzifələrimizə) əməl edirik».
وَٱنتَظِرُوٓا۟ إِنَّا مُنتَظِرُونَ
﴿122﴾
Oxunuşu (Transkripsiya):
Vantaziru inna mun tazirun
Mişkini Tərcüməsi:
«Və (küfr və azğınlığınızın nəticəsini) gözləyin ki, həqiqətən, biz də gözləyirik».
وَلِلَّهِ غَيْبُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ ٱلْأَمْرُ كُلُّهُۥ فَٱعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعْمَلُونَ
﴿123﴾
Oxunuşu (Transkripsiya):
Va lillahi ğaibus samavati val ardi va ilaihi yurca'ul amru kulluhu fa'bu-zu va tavakkal 'alaih; va ma Rabbuka biğafilin 'amma ta'malun
Mişkini Tərcüməsi:
Göylərin və yerin gizli sirləri Allaha məxsusdur (Onun mülk, qüdrət və elminin əhatəsindədir) və (varlıq aləmində) bütün əmrlər və işlər (səbəb-nəticə qanunu yolu ilə) Ona qayıdır. Buna görə də Ona ibadət et və Ona təvəkkül et. Və Rəbbin etdiklərinizdən əsla xəbərsiz deyildir.