الٓر ۚ كِتَٰبٌ أَنزَلْنَٰهُ إِلَيْكَ لِتُخْرِجَ ٱلنَّاسَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِ رَبِّهِمْ إِلَىٰ صِرَٰطِ ٱلْعَزِيزِ ٱلْحَمِيدِ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Alif-Lam-Ra; Kitabun anzalnahu ilaika lituxrican-nasa minaz zulumati ilan nuri bi-izni Rabbihim ila siratil 'Azizil Hamid
Mişkini Tərcüməsi:
Əlif, Lam, Ra. (Mən hər bir şeyi görən Allaham. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, amma heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır. Bu hərflər Allahla Onun Peyğəmbəri arasında olan rəmzlərdir. Bu Quran dünyadakı) insanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan (əqidə, əxlaq və əməl əyriliklərindən) nura (ilahi hidayətə) tərəf çıxarmağın və O qüdrət və mədh olunmuş xislətlər sahibi olan (Allah)ın yoluna istiqamətləndirməyin üçün (Öz əzəli elmimizdən Lövhə, oradan Cəbrailin qəlbinə və oradan da) sənə nazil etdiyimiz bir kitabdır.
ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَوَيْلٌۭ لِّلْكَٰفِرِينَ مِنْ عَذَابٍۢ شَدِيدٍ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Allahil lazi lahu ma fis samavati va ma fill ard; va vailul lilkafirina min 'azabin şadid
Mişkini Tərcüməsi:
O Allah ki, göylərdə və yerdə olanların hamısı (onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür (çünki onların yaradılışı, qorunması, idarə edilməsi və sonda yox edilməsi Onun istək və iradəsindən asılıdır). Çətin əzaba görə vay və ölüm olsun kafirlərə!
ٱلَّذِينَ يَسْتَحِبُّونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا عَلَى ٱلْءَاخِرَةِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًا ۚ أُو۟لَٰٓئِكَ فِى ضَلَٰلٍۭ بَعِيدٍۢ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Allazina yastahibbu nal hayatad dunya 'alal axirati va yasudduna 'ansabilil lahi va yabğunaha 'ivaca; ula 'ika fi dalalim ba'id
Mişkini Tərcüməsi:
O kəslərə ki, dünya həyatını sevir və onu axirətdən üstün tuturlar, (insanları) Allahın yolundan saxlayır və onun əyriliyini istəyirlər (onun qanunlarını əyri kimi təqdim edir və camaatı ondan azdırırlar). Onlar uzun-uzadı bir azğınlıq içərisindədirlər.
وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِۦ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Va ma arsalna mir Rasulin illa bilisani qavmihi liyubaiyina lahum faiudillul lahu mai yaşa'u va yahde mai yaşa'; va Huval 'Azizul Hakim
Mişkini Tərcüməsi:
Biz hər bir peyğəmbəri (hətta peyğəmbərlik dairəsi digər dillərdə olan insanları da əhatə etmiş olsa belə) yalnız öz qövmünün dilində göndərdik ki, (həqiqətləri) onlara bəyan etsin. Beləliklə, Allah (ilahi dəlil-sübutu qəbul etməyənlərdən) istədiyini azğınlıqda boşlayır və istədiyini (ilahi dəlil-sübutu qəbul etdikdən sonra, kamilliklərə doğru) hidayət edir. Odur yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibi!
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَآ أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ وَذَكِّرْهُم بِأَيَّىٰمِ ٱللَّهِ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍۢ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Va laqad arsalna Musa bi Aayatina an axric qavmaka minaz zulumati ilan nuri va zak kirhum bi ayyamil lah; inna fi zalika la ayatil likulli sabbarin şakur
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz Musanı (əsa, şəffaf əl və Tövrat kimi) Öz nişanə və möcüzələrimizlə göndərdik ki: Öz qövmünü (nadanlıq, küfr və itaətsizlik) zülmətlər(in)dən (iman) nur(un)a tərəf çıxart. Və Allahın günlərini (qələbə və məğlubiyyət, böyük nemətlərin baş verməsi, acı hadisələr, dini bayram və vəfat günləri kimi Allaha mənsub olan günləri) onların yadlarına sal ki, həqiqətən, bunda (bu xatırlatmada) hər bir səbr və şükr edən üçün (oyaqlıq və ibrət) nişanələr(i) vardır.
وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ أَنجَىٰكُم مِّنْ ءَالِ فِرْعَوْنَ يَسُومُونَكُمْ سُوٓءَ ٱلْعَذَابِ وَيُذَبِّحُونَ أَبْنَآءَكُمْ وَيَسْتَحْيُونَ نِسَآءَكُمْ ۚ وَفِى ذَٰلِكُم بَلَآءٌۭ مِّن رَّبِّكُمْ عَظِيمٌۭ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Va iz qala Musa liqavmihiz kuru ni'matal lahi 'alaikum iz ancakum min Aali Fir'avna yasumu nakum su'al 'azabi va yuzabbihuna abna'akum va yastahyuna nisa'akum; va fi zalikum bala'um mir Rabbikum 'azim
Mişkini Tərcüməsi:
Və (yada sal) o zaman(ı) ki, Musa öz qövmünə dedi: «Allahın sizi fironçulardan – sizə pis işkəncələr verən, oğlanlarınızı kütləvi şəkildə qətlə yetirən və qadınlarınızı (xidmət etmək üçün) diri saxlayanlardan nicat verən zaman sizə olan nemətini xatırlayın. Bu işdə sizin üçün Rəbbiniz tərəfindən böyük bir bəla və imtahan var idi».
وَإِذْ تَأَذَّنَ رَبُّكُمْ لَئِن شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ ۖ وَلَئِن كَفَرْتُمْ إِنَّ عَذَابِى لَشَدِيدٌۭ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va iz ta azzana Rabbukum la'in şakartum la azidannakum va la'in kafartum inn'azabi laşadid
Mişkini Tərcüməsi:
Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir».
وَقَالَ مُوسَىٰٓ إِن تَكْفُرُوٓا۟ أَنتُمْ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا فَإِنَّ ٱللَّهَ لَغَنِىٌّ حَمِيدٌ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Va qala Musa in takfuru antum va man fil ardi cami'an fa innal laha la Ğaniyyun Hamid
Mişkini Tərcüməsi:
Musa (öz qövmünə) dedi: «Əgər siz və yer üzündə olanların hamısı Allaha kafir olsanız, yaxud Onun nemətlərinə qarşı nankorluq etsəniz (Ona bir zərər vurmazsınız, çünki) həqiqətən, Allah ehtiyacsızdır və sifət və işləri mədh olunandır (ki, mələklər və möminlər Onu dilləri ilə, yaratdıqlarının kamilliyi isə Onu öz halları ilə mədh edirlər)».
أَلَمْ يَأْتِكُمْ نَبَؤُا۟ ٱلَّذِينَ مِن قَبْلِكُمْ قَوْمِ نُوحٍۢ وَعَادٍۢ وَثَمُودَ ۛ وَٱلَّذِينَ مِنۢ بَعْدِهِمْ ۛ لَا يَعْلَمُهُمْ إِلَّا ٱللَّهُ ۚ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ فَرَدُّوٓا۟ أَيْدِيَهُمْ فِىٓ أَفْوَٰهِهِمْ وَقَالُوٓا۟ إِنَّا كَفَرْنَا بِمَآ أُرْسِلْتُم بِهِۦ وَإِنَّا لَفِى شَكٍّۢ مِّمَّا تَدْعُونَنَآ إِلَيْهِ مُرِيبٍۢ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Alam yatikum naba'ul lazina min qablikum qavmi Nuhinv va 'Aadinv va Samud, vallazina mim ba'dihim; la ya'lamuhum illallah; ca'at hum Rusuluhum bilbaiyinati faraddu aydiyahum fi afvahihim va qalu inna kafarna bima ursiltum bihi va inna lafi şakkim mimma tad'unana ilaihi murib
Mişkini Tərcüməsi:
Məgər sizdən qabaqkıların – Nuh, Ad və Səmud qövmünün və onlardan sonra olub (sayları və hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid və öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun və ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) və dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik və həqiqətən, biz sizin, tərəfinə çağırdığınız şey (tovhid və bütlərin batil olması etiqadı) barəsində tərəddüd doğuran və qaranlıq bir şəkk içərisindəyik (din və kitabınızı inkar edir, tovhid barəsindəki dəlillərinizi qənaətbəxş saymırıq)».
10
İbrahim Surəsi, Ayə 10
۞ قَالَتْ رُسُلُهُمْ أَفِى ٱللَّهِ شَكٌّۭ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى ۚ قَالُوٓا۟ إِنْ أَنتُمْ إِلَّا بَشَرٌۭ مِّثْلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا فَأْتُونَا بِسُلْطَٰنٍۢ مُّبِينٍۢ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Qalat Rusuluhum afillahi şakkun fatiris samavati val ardi yad'ukum liyağfira lakum min zunubikum va yu'axxirakum ila acalim musam ma; qalu in antum illa başarum misluna turiduna an tasudduna 'amma kana ya'budu aba'una fatuna bisul tanim mubin
Mişkini Tərcüməsi:
Peyğəmbərləri onlara dedilər: «Məgər göyləri və yeri yaradan Allah barəsində şübhə var?! O sizi günahlarınızdan bəzisini bağışlamağa və sizə (ömrünüzün) müəyyən bir müddət(in)ədək möhlət verməyə çağırır. Dedilər: «Siz də bizim kimi yalnız bir bəşərsiniz (və) bizi atalarımızın ibadət etdikləri şeylərdən saxlamaq istəyirsiniz.Odur ki, bizim üçün açıq-aşkar bir dəlil (bu gətirdiklərinizdən qeyrisini) gətirin».
11
İbrahim Surəsi, Ayə 11
قَالَتْ لَهُمْ رُسُلُهُمْ إِن نَّحْنُ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ وَلَٰكِنَّ ٱللَّهَ يَمُنُّ عَلَىٰ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۖ وَمَا كَانَ لَنَآ أَن نَّأْتِيَكُم بِسُلْطَٰنٍ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Qalat lahum Rusuluhum in nahnu illa başarum mislukum va lakinnal laha yamunnu 'ala mai yaşa'u min 'ibadihi va ma kana lana an natiyakum bisul tanin illa bi iznil lah; va 'alal lahi falyatavakkalil mu'minonn
Mişkini Tərcüməsi:
Peyğəmbərləri onlara dedilər: «(Bəli,) biz də sizin kimi yalnız bir bəşərik. Lakin Allah Öz bəndələrindən istədiyinə lütf göstərir (və onu peyğəmbərliyə seçir). Allahın əmri və istəyi olmadan biz sizə bir dəlil (və möcüzə) gətirə bilmərik və (bu) ağıl baxımından (da) mümkün deyildir. Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər».
12
İbrahim Surəsi, Ayə 12
وَمَا لَنَآ أَلَّا نَتَوَكَّلَ عَلَى ٱللَّهِ وَقَدْ هَدَىٰنَا سُبُلَنَا ۚ وَلَنَصْبِرَنَّ عَلَىٰ مَآ ءَاذَيْتُمُونَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Va ma lana alla natavakkala 'alal lahi va qad hadana subulana; va lanasbiranna 'ala ma azaitumuna; va 'alal lahi falyatavakkalil mutavakkilun
Mişkini Tərcüməsi:
«Allah bizi öz yollarımıza (dünya və axirət kamilliklərinə) hidayət etdiyi halda biz nə üçün də Ona təvəkkül etməməliyik?! Şübhəsiz, bizə verdiyiniz əzab-əziyyətlərə səbr edəcəyik. Təvəkkül edənlər gərək yalnız Allaha təvəkkül etsinlər».
13
İbrahim Surəsi, Ayə 13
وَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ لِرُسُلِهِمْ لَنُخْرِجَنَّكُم مِّنْ أَرْضِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۖ فَأَوْحَىٰٓ إِلَيْهِمْ رَبُّهُمْ لَنُهْلِكَنَّ ٱلظَّٰلِمِينَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Va qalal lazina kafaru li Rusulihim lanuxricanna kum min ardina av lata'u dunna fi millatina fa avha ilaihim Rabbuhum lanuhlikannaz zalimin
Mişkini Tərcüməsi:
Və küfr edənlər öz peyğəmbərlərinə dedilər: «Əgər bizim dinimizə qayıtmasanız, biz sizi mütləq öz vilayətimizdən çıxaracağıq». Beləliklə, Rəbbi onlara vəhy etdi ki: «Zalımları mütləq həlak edəcəyik».
14
İbrahim Surəsi, Ayə 14
وَلَنُسْكِنَنَّكُمُ ٱلْأَرْضَ مِنۢ بَعْدِهِمْ ۚ ذَٰلِكَ لِمَنْ خَافَ مَقَامِى وَخَافَ وَعِيدِ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Va lanuskinan nakumul arda mim ba'dihim; zalika liman xafa maqami va xafa va'id
Mişkini Tərcüməsi:
«Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür».
15
İbrahim Surəsi, Ayə 15
وَٱسْتَفْتَحُوا۟ وَخَابَ كُلُّ جَبَّارٍ عَنِيدٍۢ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Vastaftahu va xaba kullu cabbarin 'anid
Mişkini Tərcüməsi:
Və peyğəmbərlər (Allahdan) hökm, qurtuluş və zəfər istədilər, (yaxud) kafirlər Allahın əzabını istədilər və (nəhayət) haqqa düşmən olan hər bir itaətsiz təkəbbür sahibi naümid oldu və ziyana uğradı (və qırmızı ya ağ ölümlə küfr halında dünyadan getdi).
16
İbrahim Surəsi, Ayə 16
مِّن وَرَآئِهِۦ جَهَنَّمُ وَيُسْقَىٰ مِن مَّآءٍۢ صَدِيدٍۢ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Minv vara'ihi cahannamu va yusqa mim ma'in sadid
Mişkini Tərcüməsi:
Onun (ölümünün) ardınca (gələn) Cəhənnəmdir və (ona) qanla qarışıq çirkli su içirdiləcəkdir.
17
İbrahim Surəsi, Ayə 17
يَتَجَرَّعُهُۥ وَلَا يَكَادُ يُسِيغُهُۥ وَيَأْتِيهِ ٱلْمَوْتُ مِن كُلِّ مَكَانٍۢ وَمَا هُوَ بِمَيِّتٍۢ ۖ وَمِن وَرَآئِهِۦ عَذَابٌ غَلِيظٌۭ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Yatacarra'uhu va la yakadu yusiğuhu va yatihil mavtu min kulli makaninv va ma huva bimaiyitinv va minv vara'ihi 'azabun ğaliz
Mişkini Tərcüməsi:
Onu çətinliklə qurtum-qurtum içər və rahat uda bilməz. Ölüm (Cəhənnəm işkəncələri) hər bir tərəfdən ona üz tutar, halbuki o ölən deyildir (çünki, o dünyada ölüm yoxdur) və onun ardınca çətin və ağır bir əzab vardır.
18
İbrahim Surəsi, Ayə 18
مَّثَلُ ٱلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ ۖ أَعْمَٰلُهُمْ كَرَمَادٍ ٱشْتَدَّتْ بِهِ ٱلرِّيحُ فِى يَوْمٍ عَاصِفٍۢ ۖ لَّا يَقْدِرُونَ مِمَّا كَسَبُوا۟ عَلَىٰ شَىْءٍۢ ۚ ذَٰلِكَ هُوَ ٱلضَّلَٰلُ ٱلْبَعِيدُ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Masalul lazina kafaru bi Rabbihim a'maluhum karamadiniş taddat bihir rihu fi yavmin 'asif; la yaqdiruna mimma kasabu 'ala şai'; zalika huvad dalalul ba'id
Mişkini Tərcüməsi:
Özlərinin Rəbbinə kafir olanların hallarının təsviri belədir: Onların (xeyir) əməlləri tufanlı bir gündə üzərindən şiddətli bir külək əsən (və qarşısındakı hər şeyi sovurub dağıdan) kül kimidir. Onlar kəsb etdiklərindən bir şey (dünyəvi nəticələr, mənəvi təsirlər və axirət mükafatları) əldə etməzlər. Budur həmin uzun-uzadı zəlalət!
19
İbrahim Surəsi, Ayə 19
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ بِٱلْحَقِّ ۚ إِن يَشَأْ يُذْهِبْكُمْ وَيَأْتِ بِخَلْقٍۢ جَدِيدٍۢ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Alam tara annal laha xalaqas samavati val arda bilhaqq; iny yaşa yujibkum va yati bixalqin cadid
Mişkini Tərcüməsi:
Məgər (qəlb gözü ilə) Allahın göyləri və yeri (və bu heyranedici əzəmətli quruluşu) haqq olaraq (uca və əqli bir məqsəd üçün) yaratdığını görmədin? Əgər istəsə sizi (azğınlıq və itaətsizlik edəcəyiniz təqdirdə) yox edər və (varlıq səhnəsinə) yeni bir məxluq gətirər.
20
İbrahim Surəsi, Ayə 20
وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٍۢ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Va ma zalika 'alal lahi bi 'aziz
Mişkini Tərcüməsi:
Və bu (yox etmək və yenisini vücuda gətirmək) Allaha çətin deyildir.
21
İbrahim Surəsi, Ayə 21
وَبَرَزُوا۟ لِلَّهِ جَمِيعًۭا فَقَالَ ٱلضُّعَفَٰٓؤُا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا كُنَّا لَكُمْ تَبَعًۭا فَهَلْ أَنتُم مُّغْنُونَ عَنَّا مِنْ عَذَابِ ٱللَّهِ مِن شَىْءٍۢ ۚ قَالُوا۟ لَوْ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيْنَٰكُمْ ۖ سَوَآءٌ عَلَيْنَآ أَجَزِعْنَآ أَمْ صَبَرْنَا مَا لَنَا مِن مَّحِيصٍۢ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Va barazu lillahi cami'an faqalad du'afa'u lillazinas takbaru inna kunna lakum taba'an fahal antum muğnuna 'anna min 'azabil lahi min şai'; qalu lav hadanal lahu lahadai nakum sava'un 'alaina acazi'na am sabarna ma lana mim mahis
Mişkini Tərcüməsi:
Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: «Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?» Onlar deyərlər: «Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbr edək, birdir, bizə heç bir çıxış yolu yoxdur».
22
İbrahim Surəsi, Ayə 22
وَقَالَ ٱلشَّيْطَٰنُ لَمَّا قُضِىَ ٱلْأَمْرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمْ وَعْدَ ٱلْحَقِّ وَوَعَدتُّكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِىَ عَلَيْكُم مِّن سُلْطَٰنٍ إِلَّآ أَن دَعَوْتُكُمْ فَٱسْتَجَبْتُمْ لِى ۖ فَلَا تَلُومُونِى وَلُومُوٓا۟ أَنفُسَكُم ۖ مَّآ أَنَا۠ بِمُصْرِخِكُمْ وَمَآ أَنتُم بِمُصْرِخِىَّ ۖ إِنِّى كَفَرْتُ بِمَآ أَشْرَكْتُمُونِ مِن قَبْلُ ۗ إِنَّ ٱلظَّٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Va qalaş Şaitanu lamma qudiyal amru innal laha va'adakum va'dal haqqi va va'attukum faxlaftukum va ma kana liya 'alaikum min sultanin illa an da'avtukum fastacabtum li fala talumuni va lumu anfusakum ma ana bimusrixikum va ma antum bimusrixiyya inni kafartu bima aşraktumuni min qabl; innaz zalimina lahum azabun alim
Mişkini Tərcüməsi:
(Qiyamət günü) iş tamam olduqda(n və cəhənnəmliklər öz yerlərini tutduqdan sonra böyük) Şeytan (və birinci İblis bütün cəhənnəm əhlinə xitab edərək) deyər: «Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi). Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz. Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır».
23
İbrahim Surəsi, Ayə 23
وَأُدْخِلَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذْنِ رَبِّهِمْ ۖ تَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Va udxilal lazina amanu va 'amilus salihati Cannatin tacri min tahtihal anharu xalidina fiha bi izni Rabbihim tahiyyatuhum fiha salam
Mişkini Tərcüməsi:
İman gətirən və yaxşı işlər görən kəslər Rəbbinin iznilə əbədi qalacaqları (və evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə daxil edilərlər. Onların (bir-birlərinə, yaxud Allah və mələklərin onlara) oradakı xeyir-duaları «salam»dır.
24
İbrahim Surəsi, Ayə 24
أَلَمْ تَرَ كَيْفَ ضَرَبَ ٱللَّهُ مَثَلًۭا كَلِمَةًۭ طَيِّبَةًۭ كَشَجَرَةٍۢ طَيِّبَةٍ أَصْلُهَا ثَابِتٌۭ وَفَرْعُهَا فِى ٱلسَّمَآءِ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Alam tara kaifa darabal lahu masalan kalimatan taiyibatan kaşacaratin taiyibatin asluha sabitunv va far'uha fis sama'
Mişkini Tərcüməsi:
Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)
25
İbrahim Surəsi, Ayə 25
تُؤْتِىٓ أُكُلَهَا كُلَّ حِينٍۭ بِإِذْنِ رَبِّهَا ۗ وَيَضْرِبُ ٱللَّهُ ٱلْأَمْثَالَ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Tu'ti ukulaha kulla hinim bi izni Rabbiha; va yadribul lahul amsala linnasi la'allahum yatazak karun
Mişkini Tərcüməsi:
O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictiami həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər.
26
İbrahim Surəsi, Ayə 26
وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٍۢ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجْتُثَّتْ مِن فَوْقِ ٱلْأَرْضِ مَا لَهَا مِن قَرَارٍۢ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Va masalu kalimatin xabisatin kaşacaratin xabi satinic tussat min favqil ardi ma laha min qarar
Mişkini Tərcüməsi:
Pis (küfr və şirk) kəlmə(si)nin məsəli isə yerdən qopardılmış və əsla sabitlik və qərarı olmayan pis ağac kimidir. (Küfr və şirk əqidələri və ya hər hansı bir batil iş onu daşıyan fərdlərin ölümü ilə puç olacaqdır və həmçinin kafir cəmiyyət nəhayət bir gün məhv olacaqdır.)
27
İbrahim Surəsi, Ayə 27
يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱلْقَوْلِ ٱلثَّابِتِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّٰلِمِينَ ۚ وَيَفْعَلُ ٱللَّهُ مَا يَشَآءُ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Yusabbitul lahul lazina amanu bilqavlis sabiti fil hayatid dunya va fil Aaxirati va yudillul lahuz zalimin; va yaf'alul lahu ma yaşa'
Mişkini Tərcüməsi:
Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir.
28
İbrahim Surəsi, Ayə 28
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُوا۟ نِعْمَتَ ٱللَّهِ كُفْرًۭا وَأَحَلُّوا۟ قَوْمَهُمْ دَارَ ٱلْبَوَارِ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Alam tara ilal lazina baddalu ni'matal lahi kufranv va ahallu qavmahum daral bavar
Mişkini Tərcüməsi:
Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükrünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!
29
İbrahim Surəsi, Ayə 29
جَهَنَّمَ يَصْلَوْنَهَا ۖ وَبِئْسَ ٱلْقَرَارُ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Cahannama yaslavnaha va bi'sal qarar
Mişkini Tərcüməsi:
Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları Cəhənnəmə! Ora pis bir məskəndir.
30
İbrahim Surəsi, Ayə 30
وَجَعَلُوا۟ لِلَّهِ أَندَادًۭا لِّيُضِلُّوا۟ عَن سَبِيلِهِۦ ۗ قُلْ تَمَتَّعُوا۟ فَإِنَّ مَصِيرَكُمْ إِلَى ٱلنَّارِ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Va ca'alu lillahi andadal liyudillu 'an sabilih; qul tamatta'u fa inna masirakum ilan Nar
Mişkini Tərcüməsi:
Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir».
31
İbrahim Surəsi, Ayə 31
قُل لِّعِبَادِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ يُقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَيُنفِقُوا۟ مِمَّا رَزَقْنَٰهُمْ سِرًّۭا وَعَلَانِيَةًۭ مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا بَيْعٌۭ فِيهِ وَلَا خِلَٰلٌ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Qul li'ibadiyal lazina amanu yuqimus Salata va yunfiqu mimma razaqnahum sirranv va 'alaniyatam min qabli any yatiya Yavmul la bai'un fihi va la xilal
Mişkini Tərcüməsi:
İman gətirən bəndələrimə de ki, namaz qılsınlar və onlara ruzi olaraq verdiyimizdən (mal, məqam və canlarından) heç bir alış-verişin və dostluğun olmayacağı (mal və tanışlıq əlaqələrinin nə olacağı və nə də işə keçəcəyi) gün gəlməmişdən qabaq gizlində və aşkarda Allah yolunda xərcləsinlər.
32
İbrahim Surəsi, Ayə 32
ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءًۭ فَأَخْرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزْقًۭا لَّكُمْ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْفُلْكَ لِتَجْرِىَ فِى ٱلْبَحْرِ بِأَمْرِهِۦ ۖ وَسَخَّرَ لَكُمُ ٱلْأَنْهَٰرَ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Allahul lazi xalaqas samavati val arda va anzala minas sama'i ma'an faxraca bihi minas samarati rizqal lakum va saxxara lakumul fulka litacriya fil bahri bi amrihi va saxxara lakumul anhar
Mişkini Tərcüməsi:
Allah göyləri və yeri yaradan, göydən (yağış, qar və dolu şəklində) su nazil edən, beləliklə, onun vasitəsilə müxtəlif məhsullardan sizin (yeməyiniz, müalicəniz və geyinməyiniz) üçün ruzi çıxardan və gəmiləri Onun istək və iradəsi ilə dənizdə üzsünlər deyə sizin üçün ram edən və həmçinin çayları sizin üçün ram edəndir.
33
İbrahim Surəsi, Ayə 33
وَسَخَّرَ لَكُمُ ٱلشَّمْسَ وَٱلْقَمَرَ دَآئِبَيْنِ ۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Va saxxara lakumuş şamsa valqamara da'ibaini va saxxara lakumul laila vannahar
Mişkini Tərcüməsi:
Həmçinin (yaradılış məcburiyyəti ilə) daim (hərəkətdə, nur saçmaqda və yerə təsir göstərməkdə) olan günəşi və ayı sizə ram etdi. Və (yerin hərəkətini günəşlə tənzim etməklə) gecə ilə gündüzü də sizə ram etdi.
34
İbrahim Surəsi, Ayə 34
وَءَاتَىٰكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا۟ نِعْمَتَ ٱللَّهِ لَا تُحْصُوهَآ ۗ إِنَّ ٱلْإِنسَٰنَ لَظَلُومٌۭ كَفَّارٌۭ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Va atakum min kulli ma sa altumuh; va in ta'uddu ni'matal lahi la tuhsuha; innal insana lazalu mun kaffar
Mişkini Tərcüməsi:
Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən, insan çox zalım və nankordur.
35
İbrahim Surəsi, Ayə 35
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ رَبِّ ٱجْعَلْ هَٰذَا ٱلْبَلَدَ ءَامِنًۭا وَٱجْنُبْنِى وَبَنِىَّ أَن نَّعْبُدَ ٱلْأَصْنَامَ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Va iz qala Ibrahimu Rabbic 'al hazal balada aminanv vacnubni va baniyya an na'budal asnam
Mişkini Tərcüməsi:
Və (yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, (sonralar Məkkə adlandırılacaq) bu şəhəri təhlükəsiz hərəm et və məni və oğlanlarımı bütlərə ibadət etməkdən uzaq saxla!» (O, Bəqərə surəsinin 126-cı ayəsində də belə bir istək istəyib.)
36
İbrahim Surəsi, Ayə 36
رَبِّ إِنَّهُنَّ أَضْلَلْنَ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ ۖ فَمَن تَبِعَنِى فَإِنَّهُۥ مِنِّى ۖ وَمَنْ عَصَانِى فَإِنَّكَ غَفُورٌۭ رَّحِيمٌۭ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Rabbi innahunna adlalna kasiram minan nasi faman tabi'ani fa innahu minni va man 'asani fa innaka Ğafurur Rahim
Mişkini Tərcüməsi:
«Ey Rəbbim, o bütlər insanların çoxunu azdırmışlar (onların azmalarına səbəb olmuşlar). Odur ki, kim mənə tabe olsa, o məndəndir və kim mənə itaətsizlik etsə, həqiqətən, Sən çox bağışlayan və mehribansan».
37
İbrahim Surəsi, Ayə 37
رَّبَّنَآ إِنِّىٓ أَسْكَنتُ مِن ذُرِّيَّتِى بِوَادٍ غَيْرِ ذِى زَرْعٍ عِندَ بَيْتِكَ ٱلْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا۟ ٱلصَّلَوٰةَ فَٱجْعَلْ أَفْـِٔدَةًۭ مِّنَ ٱلنَّاسِ تَهْوِىٓ إِلَيْهِمْ وَٱرْزُقْهُم مِّنَ ٱلثَّمَرَٰتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Rabbana inni askantu min zurriyyati bivadin ğairi zi zar'in 'inda Baitikal Muharrami Rabbana liyuqimus Salata fac'al af'idatam minan nasi tahvi ilaihim varzuqhum minas samarati la'allahum yaşkurun
Mişkini Tərcüməsi:
«Ey Rəbbimiz, həqiqətən, mən övladlarımdan bəzisini (İsmaili anası ilə birgə) Sənin möhtərəm və toxunulmaz evinin yanında əkinsiz bir dərədə sakin etdim ki, – ey Rəbbimiz, – namaz qılsınlar. Buna görə də elə et ki, insanların bir qisminin qəlbləri onlara meyl etsin. Və müxtəlif məhsullardan onlara ruzi ver, bəlkə şükr etsinlər».
38
İbrahim Surəsi, Ayə 38
رَبَّنَآ إِنَّكَ تَعْلَمُ مَا نُخْفِى وَمَا نُعْلِنُ ۗ وَمَا يَخْفَىٰ عَلَى ٱللَّهِ مِن شَىْءٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Rabbana innaka ta'lamu ma nuxfi va ma nu'lin; va ma yaxfa 'alal lahi min şai'in fil ardi va la fis sama'
Mişkini Tərcüməsi:
«Ey Rəbbimiz, şübhəsiz, Sən bizim gizlətdiyimizi də, aşkar etdiyimizi də bilirsən. Yerdə və göydə heç bir şey Allahdan gizlin deyildir».
39
İbrahim Surəsi, Ayə 39
ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى وَهَبَ لِى عَلَى ٱلْكِبَرِ إِسْمَٰعِيلَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبِّى لَسَمِيعُ ٱلدُّعَآءِ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Alhamdu lillahil lazi vahaba li 'alal kibari Isma'ila va Işaq; inna Rabbi lasami'ud du'a
Mişkini Tərcüməsi:
«Həmd və şükr olsun qocalıq çağımda mənə İsmaili və İshaqı əta edən Allaha! Həqiqətən, mənim Rəbbim duanı eşidən və qəbul edəndir».
40
İbrahim Surəsi, Ayə 40
رَبِّ ٱجْعَلْنِى مُقِيمَ ٱلصَّلَوٰةِ وَمِن ذُرِّيَّتِى ۚ رَبَّنَا وَتَقَبَّلْ دُعَآءِ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Rabbic 'alni muqimas Salati va min zurriyyati Rabbana va taqabbal du'a'
Mişkini Tərcüməsi:
«Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!»
41
İbrahim Surəsi, Ayə 41
رَبَّنَا ٱغْفِرْ لِى وَلِوَٰلِدَىَّ وَلِلْمُؤْمِنِينَ يَوْمَ يَقُومُ ٱلْحِسَابُ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Rabbanağ fir li va livalidaiya va lilmu'minina Yavma yaqumul hisab
Mişkini Tərcüməsi:
«Ey Rəbbimiz, hesab (tərəziləri) qurulan gün məni, ata-anamı və möminləri bağışla!»
42
İbrahim Surəsi, Ayə 42
وَلَا تَحْسَبَنَّ ٱللَّهَ غَٰفِلًا عَمَّا يَعْمَلُ ٱلظَّٰلِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍۢ تَشْخَصُ فِيهِ ٱلْأَبْصَٰرُ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Va la tahsabannal laha ğafilan 'amma ya'maluz zalimun; innama yu'ax xiruhum li Yavmin taşxasu fihil absar
Mişkini Tərcüməsi:
Və Allahı zalımların etdiklərindən əsla xəbərsiz sanma! (Allah) onlara əslində yalnız gözlərin (Məhşərin dəhşətindən) bərələcəyi gün üçün möhlət verir.
43
İbrahim Surəsi, Ayə 43
مُهْطِعِينَ مُقْنِعِى رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْـِٔدَتُهُمْ هَوَآءٌۭ
﴿43﴾
Oxunuşu (Transkripsiya):
Muhti'ina muqni'i ru'usihim la yartaddu ilaihim tarfuhum va af'idatuhum hava'
Mişkini Tərcüməsi:
Boyunlarını uzadıb başlarını yuxarı qaldıran halda gözlərini belə qırpmazlar. Onların qəlbləri (dəhşətin çoxluğundan hər hansı bir fikir və diqqətdən) boşdur.
44
İbrahim Surəsi, Ayə 44
وَأَنذِرِ ٱلنَّاسَ يَوْمَ يَأْتِيهِمُ ٱلْعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُوا۟ رَبَّنَآ أَخِّرْنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ نُّجِبْ دَعْوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَ ۗ أَوَلَمْ تَكُونُوٓا۟ أَقْسَمْتُم مِّن قَبْلُ مَا لَكُم مِّن زَوَالٍۢ
﴿44﴾
Oxunuşu (Transkripsiya):
Va anzirin nasa Yavma yatihimul 'azabu fa yaqulul lazina zalamu Rabbana axxirna ila acalin qaribin nucib da'vataka va nattabi 'ir Rusul; avalam takunu aqsamtum min qablu ma lakum min zaval
Mişkini Tərcüməsi:
Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:) «Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»
45
İbrahim Surəsi, Ayə 45
وَسَكَنتُمْ فِى مَسَٰكِنِ ٱلَّذِينَ ظَلَمُوٓا۟ أَنفُسَهُمْ وَتَبَيَّنَ لَكُمْ كَيْفَ فَعَلْنَا بِهِمْ وَضَرَبْنَا لَكُمُ ٱلْأَمْثَالَ
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Va sakantum fi masakinil lazina zalamu anfusahum va tabaiyana lakum kaifa fa'alna bihim va darabna lakumul amsal
Mişkini Tərcüməsi:
«Və özlərinə zülm etmiş kəslərin mənzillərində məskunlaşdınız, sizə onlarla necə rəftar etdiyimiz (onları hansı əzablarla məhv etməyimiz) aydın oldu və sizin üçün məsəllər çəkdik (amma bütün bunların sizə heç bir təsiri olmadı)».
46
İbrahim Surəsi, Ayə 46
وَقَدْ مَكَرُوا۟ مَكْرَهُمْ وَعِندَ ٱللَّهِ مَكْرُهُمْ وَإِن كَانَ مَكْرُهُمْ لِتَزُولَ مِنْهُ ٱلْجِبَالُ
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Va qad makaru makrahum va 'indal lahi makruhum va in kana makruhum litazula minhul cibal
Mişkini Tərcüməsi:
Və şübhəsiz, onlar (bizim peyğəmbərlərimizə qarşı) öz hiylələrini işə saldılar, halbuki onların hiylələri – dağları yerdən qoparacaq qədər güclü olsa da – (onu əzəldən bilmək, dünyada onunla mübarizə aparmaq yolu və onun axirətdəki cəzası) Allahın yanındadır.
47
İbrahim Surəsi, Ayə 47
فَلَا تَحْسَبَنَّ ٱللَّهَ مُخْلِفَ وَعْدِهِۦ رُسُلَهُۥٓ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌۭ ذُو ٱنتِقَامٍۢ
﴿47﴾
Oxunuşu (Transkripsiya):
Fala tahsabannal laha muxlifa va'dihi Rusulah; innal laha 'azizun zuntiqam
Mişkini Tərcüməsi:
Buna görə də Allahı Öz peyğəmbərlərinə verdiyi vədə xilaf çıxan sanma. Şübhəsiz, Allah yenilməz qüdrət və intiqam sahibidir.
48
İbrahim Surəsi, Ayə 48
يَوْمَ تُبَدَّلُ ٱلْأَرْضُ غَيْرَ ٱلْأَرْضِ وَٱلسَّمَٰوَٰتُ ۖ وَبَرَزُوا۟ لِلَّهِ ٱلْوَٰحِدِ ٱلْقَهَّارِ
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Yavma tubaddalul ardu ğairal ardi vassamavatu va barazu lillahil Vahidil Qahhar
Mişkini Tərcüməsi:
Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!
49
İbrahim Surəsi, Ayə 49
وَتَرَى ٱلْمُجْرِمِينَ يَوْمَئِذٍۢ مُّقَرَّنِينَ فِى ٱلْأَصْفَادِ
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Va taral mucrimina Yavma 'izim muqarranina filasfad
Mişkini Tərcüməsi:
Həmin gün günahkarları (məzhəb, məslək, günah, rəhbər və davamçılarının yaxınlığı baxımından) zəncirlərdə bir-birlərinə bağlanmış görəcəksən.
50
İbrahim Surəsi, Ayə 50
سَرَابِيلُهُم مِّن قَطِرَانٍۢ وَتَغْشَىٰ وُجُوهَهُمُ ٱلنَّارُ
﴿50﴾
Oxunuşu (Transkripsiya):
Sarabiluhum min qatiraninv va tağşa vucuhahumun Nar
Mişkini Tərcüməsi:
Onların köynək və libasları qətrandan (pis iyli və alışan tünd yağdan)dır və üzlərini od bürüyəcəkdir.
51
İbrahim Surəsi, Ayə 51
لِيَجْزِىَ ٱللَّهُ كُلَّ نَفْسٍۢ مَّا كَسَبَتْ ۚ إِنَّ ٱللَّهَ سَرِيعُ ٱلْحِسَابِ
﴿51﴾
Oxunuşu (Transkripsiya):
Liyacziyal lahu kulla nafsim ma kasabat; innal laha sari'ul hisab
Mişkini Tərcüməsi:
Allahın hər bir kəsi (küfr və itaətsizlikdən) kəsb etdiyinin müqabilində, yaxud həmin əqidə və əməllərin gerçək təzahürü ilə cəzalandırması üçün. Həqiqətən, Allah tez hesab çəkəndir (bütün əməllərin hesabı və cəzanın miqdarının təyin olunması dərhaldır, yaxud cəzanın müddəti, hətta Bərzəx ya Qiyamət olsa belə, Allahın nəzərində çox tezdir).
52
İbrahim Surəsi, Ayə 52
هَٰذَا بَلَٰغٌۭ لِّلنَّاسِ وَلِيُنذَرُوا۟ بِهِۦ وَلِيَعْلَمُوٓا۟ أَنَّمَا هُوَ إِلَٰهٌۭ وَٰحِدٌۭ وَلِيَذَّكَّرَ أُو۟لُوا۟ ٱلْأَلْبَٰبِ
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Haza balağul linnasi va liyunzaru bihi va liya'lamu annama Huva Illahunv Vahidunv va liyaz zakkara ulul albab
Mişkini Tərcüməsi:
Bu, insanlar üçün yetərli bir moizə və kifayət edən bir təbliğdir (ki, doğru yolu tapıb hidayət olunsunlar) və onunla qorxudulsunlar və bilsinlər ki, O, tək olan məbuddur və həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.