سُبْحَٰنَ ٱلَّذِىٓ أَسْرَىٰ بِعَبْدِهِۦ لَيْلًۭا مِّنَ ٱلْمَسْجِدِ ٱلْحَرَامِ إِلَى ٱلْمَسْجِدِ ٱلْأَقْصَا ٱلَّذِى بَٰرَكْنَا حَوْلَهُۥ لِنُرِيَهُۥ مِنْ ءَايَٰتِنَآ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Subhanal lazi asra bi'abdihi lailam minal Mascidil Harami ilal Mascidil Aqsal-lazi barakna hav lahu linuriyahu min ayatina;innahu Huvas Sami'ul-Basir
Mişkini Tərcüməsi:
Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır).
وَءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ وَجَعَلْنَٰهُ هُدًۭى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ أَلَّا تَتَّخِذُوا۟ مِن دُونِى وَكِيلًۭا
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Va ataina Musal-Kitaba va ca'alnahu hudal-liBani Isra'il;
Mişkini Tərcüməsi:
Biz Musaya kitab (Tövrat və səhifələr) verdik və onu və onun kitabını İsrail övladlarının bələdçisi etdik ki, (onlara) «Məndən başqa heç kəsi (dünya və axirət işlərinizin) vəkil və idarə edən(i) tutmayın» (desinlər).
ذُرِّيَّةَ مَنْ حَمَلْنَا مَعَ نُوحٍ ۚ إِنَّهُۥ كَانَ عَبْدًۭا شَكُورًۭا
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Zurriyyata man hamalna ma'a Nuh innahu kana 'abdan şakura
Mişkini Tərcüməsi:
(İsrail övladları) Nuhla birlikdə (gəmiyə) mindirdiyimiz kəslərin övladlarıdır. Çünki o, şükr edən bir bəndə idi.
وَقَضَيْنَآ إِلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ فِى ٱلْكِتَٰبِ لَتُفْسِدُنَّ فِى ٱلْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّۭا كَبِيرًۭا
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Va qadaina ila Bani Isra'ila fil Kitabi latufsidunna fil ardi marratain; va lata'lunna'uluvvan kabira
Mişkini Tərcüməsi:
Biz İsrail övladlarına (Tövrat) kitablarında qəti hökm verdik və elan etdik ki: Şübhəsiz, siz yer üzündə (Fələstində) iki dəfə fəsad törədəcək və böyük bir itaətsizliyə mürtəkib olacaqsınız.
فَإِذَا جَآءَ وَعْدُ أُولَىٰهُمَا بَعَثْنَا عَلَيْكُمْ عِبَادًۭا لَّنَآ أُو۟لِى بَأْسٍۢ شَدِيدٍۢ فَجَاسُوا۟ خِلَٰلَ ٱلدِّيَارِ ۚ وَكَانَ وَعْدًۭا مَّفْعُولًۭا
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Fa-iza ca'a va'duulahuma ba'asna 'alykurr 'ibadai-lana uli basin şadidin facasu xilalad diyar; va kana va'dam maf'ula
Mişkini Tərcüməsi:
Beləliklə, o iki itaətsizliyin birincisinin (cəzasının) vəd edilmiş vaxtı çatanda, Özümüzün çox döyüşkən olan bəzi bəndələrimizi sizin üzərinizə göndərərik. Beləliklə onlar (sizi öldürmək üçün hətta) evlərin içini axtararlar (ki, heç kimi diri qoymasınlar). Bu, baş verəcək qəti bir vəddir.
ثُمَّ رَدَدْنَا لَكُمُ ٱلْكَرَّةَ عَلَيْهِمْ وَأَمْدَدْنَٰكُم بِأَمْوَٰلٍۢ وَبَنِينَ وَجَعَلْنَٰكُمْ أَكْثَرَ نَفِيرًا
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Summa radadna lakumul karrata 'alaihim va amdad-nakum-bi amvalinuv va banin; va ca'alnakum aksara nafira
Mişkini Tərcüməsi:
Sonra onlar üzərində qələbə və hakimiyyəti yenidən sizə qaytarar, sizə mallar və oğullarla kömək edər və sizi say baxımından (onlardan) çox edərik.
إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَآءَ وَعْدُ ٱلْءَاخِرَةِ لِيَسُۥٓـُٔوا۟ وُجُوهَكُمْ وَلِيَدْخُلُوا۟ ٱلْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍۢ وَلِيُتَبِّرُوا۟ مَا عَلَوْا۟ تَتْبِيرًا
﴿7﴾
Oxunuşu (Transkripsiya):
In ahsantum ahsantum li anfusikum va in asatum falaha; fa iza ca'a va'dul axirati liyasu'u vucu hakum va liyadxulul mascida kama daxaluhu avvala marratinv va liyutabbiru mass'alav tatbira
Mişkini Tərcüməsi:
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik).
عَسَىٰ رَبُّكُمْ أَن يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدتُّمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَٰفِرِينَ حَصِيرًا
﴿8﴾
Oxunuşu (Transkripsiya):
'Asa rabbukum anyyarhamakum; va in 'uttum 'udna; va ca'alna cahannama lilkafirina hasira
Mişkini Tərcüməsi:
(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.
إِنَّ هَٰذَا ٱلْقُرْءَانَ يَهْدِى لِلَّتِى هِىَ أَقْوَمُ وَيُبَشِّرُ ٱلْمُؤْمِنِينَ ٱلَّذِينَ يَعْمَلُونَ ٱلصَّٰلِحَٰتِ أَنَّ لَهُمْ أَجْرًۭا كَبِيرًۭا
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Inna hazal Qurana yahdi lillati hiya aqvamu va yubaşşirul mu'mininal lazina ya'malunas salihati anna lahum acran kabira
Mişkini Tərcüməsi:
Həqiqətən, bu Quran (insan cəmiyyətini) ən möhkəm və sabit yola və dinə hidayət edir və həmişə yaxşı işlər görən möminlərə, onlar üçün (dünyada və axirətdə) böyük bir mükafat olması müjdəsini verir.
10
Əl-İsra Surəsi, Ayə 10
وَأَنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Va annal lazina la yu'minuna bil axirati a'tadna lahum 'azaban alima
Mişkini Tərcüməsi:
Və axirətə iman gətirməyənlər üçün isə ağrılı bir əzab hazırlamağımızı!
11
Əl-İsra Surəsi, Ayə 11
وَيَدْعُ ٱلْإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلْخَيْرِ ۖ وَكَانَ ٱلْإِنسَٰنُ عَجُولًۭا
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Va yad'ul insanu bişşarri du'a 'ahu bilxayr; va kanal insanu 'acula
Mişkini Tərcüməsi:
İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir).
12
Əl-İsra Surəsi, Ayə 12
وَجَعَلْنَا ٱلَّيْلَ وَٱلنَّهَارَ ءَايَتَيْنِ ۖ فَمَحَوْنَآ ءَايَةَ ٱلَّيْلِ وَجَعَلْنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبْصِرَةًۭ لِّتَبْتَغُوا۟ فَضْلًۭا مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ وَكُلَّ شَىْءٍۢ فَصَّلْنَٰهُ تَفْصِيلًۭا
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Va ca'alnal laila vannahara Aayatayni famahavna Aayatal laili va ca'alna Aayatan nahari mubsiratal litabtağu fadlam mir Rabbikum va lita'lamu 'adadas sinina valhisab; va kulla şai'in fassalnahu tafsila
Mişkini Tərcüməsi:
Biz, gecə ilə gündüzü (Öz tovhid, qüdrət və hikmətimizin) iki nişanə(si) etdik. Beləliklə, gecə olan nişanəni qaranlıq, gündüz olan nişanəni isə işıqlı etdik ki, siz (aydınlıqda) Rəbbinizdən lütf və mərhəmət istəyəsiniz (işləmək və qazanc əldə etməklə məşğul olasınız) və həmçinin (gecə ilə gündüzün birləşməsindən ay, ayların birləşməsindən il düzəldəsiniz və onun vasitəsi ilə) illərin sayını və hesabı (işlərin, müqavilələrin, ömürlərin, hadisələrin hesabını) biləsiniz. Biz hər bir şeyi ona münasib təfsilatı ilə izah etmişik.
13
Əl-İsra Surəsi, Ayə 13
وَكُلَّ إِنسَٰنٍ أَلْزَمْنَٰهُ طَٰٓئِرَهُۥ فِى عُنُقِهِۦ ۖ وَنُخْرِجُ لَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ كِتَٰبًۭا يَلْقَىٰهُ مَنشُورًا
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Va kulla insanin alzamnahu ta'irahu fe 'unuqihi va nuxrici lahu Yavmal Qiyamati kitabany yalqahu manşura
Mişkini Tərcüməsi:
Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq.
14
Əl-İsra Surəsi, Ayə 14
ٱقْرَأْ كِتَٰبَكَ كَفَىٰ بِنَفْسِكَ ٱلْيَوْمَ عَلَيْكَ حَسِيبًۭا
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Iqra kitabak kafa binafsikal Yavma 'alaika hasiba
Mişkini Tərcüməsi:
(Ona deyilər:) «Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən».
15
Əl-İsra Surəsi, Ayə 15
مَّنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌۭ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًۭا
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Manihtada fa innama yahtadi linafsihi va man dalla fa innama yadillu 'alaiha; va la taziru vaziratunv vizra uxra; va ma kunna mu'azzibina hatta nab'asa Rasula
Mişkini Tərcüməsi:
Kim doğru yola gəlsə ancaq öz xeyirinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir. Biz (dünyada heç bir millətə, onları oyatmaq üçün) bir peyğəmbər göndərməyincə (köklərini kəsəcək) əzab verməmişik.
16
Əl-İsra Surəsi, Ayə 16
وَإِذَآ أَرَدْنَآ أَن نُّهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا۟ فِيهَا فَحَقَّ عَلَيْهَا ٱلْقَوْلُ فَدَمَّرْنَٰهَا تَدْمِيرًۭا
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Va iza aradna an nuhlika qaryatan amarna mutrafiha fafasaqu fiha fahaqqa 'alaihal qavlu fadammarnaha tadmira
Mişkini Tərcüməsi:
Biz hər hansı bir cəmiyyəti (azğınlıqlarına görə) həlak etmək istəyəndə, onların böyüklərinə və əyyaşlarına (Qiyamətdə bəhanə gətirmələrinə yer qoymamaq üçün bir daha Allaha itaət etmələrini) əmr edərik (yaxud onların dünyadakı imkanlarını artırarıq). Belə olduqda onlar həmin mühitdə Allaha qarşı itaətsizlik edərlər (və digər təbəqələr də onlara tabe olarlar, yaxud onların günahlarına razı olarlar). Beləliklə, Bizim (azğınları məhv etməkdən ibarət) qəti və əzəli hökmümüz onların barəsində gerçəkləşər və onları şiddətlə həlak edərik.
17
Əl-İsra Surəsi, Ayə 17
وَكَمْ أَهْلَكْنَا مِنَ ٱلْقُرُونِ مِنۢ بَعْدِ نُوحٍۢ ۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Va kam ahlakna minal quruni mim ba'di Nuh; va kafa bi Rabbika bizunubi 'ibadihi Xabiram Basira
Mişkini Tərcüməsi:
Nuhdan sonra (Ad, Səmud və Lut qövmü kimi bir-birlərinə yaxın əsrlərdə olmuş) neçə-neçə cəmiyyətləri həlak etdik. Sənin Rəbbinin Öz bəndələrinin günahlarını (onlara uyğun cəza verməsi üçün) bilməsi və görməsi kifayətdir.
18
Əl-İsra Surəsi, Ayə 18
مَّن كَانَ يُرِيدُ ٱلْعَاجِلَةَ عَجَّلْنَا لَهُۥ فِيهَا مَا نَشَآءُ لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُۥ جَهَنَّمَ يَصْلَىٰهَا مَذْمُومًۭا مَّدْحُورًۭا
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Man kana yuridul 'acilata 'accalna lahu fiha ma naşa'u liman nuridu summa ca'alna lahu Cahannama yaslaha mazmumammad hura
Mişkini Tərcüməsi:
Kim yalnız bu ötəri nəqdi (dünyanı) istəsə, Biz dünyada istədiyimiz şeyi istədiyimiz şəxsə verməkdə tələsər, sonra onun üçün Cəhənnəmi müəyyənləşdirərik ki, orada məzəmmət olunmuş və qovulmuş halda yanar.
19
Əl-İsra Surəsi, Ayə 19
وَمَنْ أَرَادَ ٱلْءَاخِرَةَ وَسَعَىٰ لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًۭا
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Va man aradal Aaxirata va sa'a laha sa'yaha va huva mu'minun fa ula'ika kana sa'yuhum maşkura
Mişkini Tərcüməsi:
Və kim axirəti istəsə və mömin olan halda axirət üçün ona layiq tərzdə çalışsa, onda belə şəxslərin səyləri qəbul ediləcək və mükafatlandırılacaqdır.
20
Əl-İsra Surəsi, Ayə 20
كُلًّۭا نُّمِدُّ هَٰٓؤُلَآءِ وَهَٰٓؤُلَآءِ مِنْ عَطَآءِ رَبِّكَ ۚ وَمَا كَانَ عَطَآءُ رَبِّكَ مَحْظُورًا
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Kullan numiddu ha 'ula'i va ha'ula'i min 'ata'i rabbik; va ma kana 'ata'u rabbika mahzura
Mişkini Tərcüməsi:
Bunların və onların (axirət və dünya istəyənlərin) hər birinə Rəbbinin əta etdiyindən kömək yetirərik. Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur).
21
Əl-İsra Surəsi, Ayə 21
ٱنظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ ۚ وَلَلْءَاخِرَةُ أَكْبَرُ دَرَجَٰتٍۢ وَأَكْبَرُ تَفْضِيلًۭا
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Unzur kaifa faddalna ba'dahum 'ala ba'd; va lal Aaxiratu akbaru daracatinv va akbaru tafdila
Mişkini Tərcüməsi:
Bax gör (maddi və mənəvi nemətlər baxımından) onların bəzisini bəzisindən necə üstün etmişik və əlbəttə, axirət dərəcələr və üstünlüklər baxımından daha böyükdür.
22
Əl-İsra Surəsi, Ayə 22
لَّا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتَقْعُدَ مَذْمُومًۭا مَّخْذُولًۭا
﴿22﴾
Oxunuşu (Transkripsiya):
La tac'al ma'al lahi ilahan axara fataq'uda mazumam maxzula
Mişkini Tərcüməsi:
Allahla birlikdə əsla başqa bir məbud götürmə ki, (mələklərin və saleh insanların yanında) qınanmış və (Allahın yanında) məzəmmət olunmuş, xar və köməksiz düşüb qalarsan.
23
Əl-İsra Surəsi, Ayə 23
۞ وَقَضَىٰ رَبُّكَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًا ۚ إِمَّا يَبْلُغَنَّ عِندَكَ ٱلْكِبَرَ أَحَدُهُمَآ أَوْ كِلَاهُمَا فَلَا تَقُل لَّهُمَآ أُفٍّۢ وَلَا تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلًۭا كَرِيمًۭا
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Va qada Rabbuka alla ta'budu illa iyyahu va bilvalidaini ihsana; imma yabluğanna 'indakal kibara ahaduhuma av kilahuma fala taqul lahuma uffinv va la tanharhuma va qullahuma qavlan karima
Mişkini Tərcüməsi:
Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de».
24
Əl-İsra Surəsi, Ayə 24
وَٱخْفِضْ لَهُمَا جَنَاحَ ٱلذُّلِّ مِنَ ٱلرَّحْمَةِ وَقُل رَّبِّ ٱرْحَمْهُمَا كَمَا رَبَّيَانِى صَغِيرًۭا
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Vaxfid lahuma canahaz zulli minar rahmati va qur Rabbir hamhuma kama rabbayani sağira
Mişkini Tərcüməsi:
Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!
25
Əl-İsra Surəsi, Ayə 25
رَّبُّكُمْ أَعْلَمُ بِمَا فِى نُفُوسِكُمْ ۚ إِن تَكُونُوا۟ صَٰلِحِينَ فَإِنَّهُۥ كَانَ لِلْأَوَّٰبِينَ غَفُورًۭا
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Rabbukum a'lamu bima fi nufusikum; in takunu salihina fa innahu kana lil avvabina Ğafura
Mişkini Tərcüməsi:
Rəbbiniz sizin ürəklərinizdə olanı (əgər qəlbinizdə ata-ananızdan bezarsınızsa və ya onlara zülm etmisinizsə, bunları) daha yaxşı bilir. Əgər özünüzü islah etsəniz (və etdiyiniz səhvdən Allaha tərəf qayıtsanız) Allah qayıdanları mütləq bağışlayandır.
26
Əl-İsra Surəsi, Ayə 26
وَءَاتِ ذَا ٱلْقُرْبَىٰ حَقَّهُۥ وَٱلْمِسْكِينَ وَٱبْنَ ٱلسَّبِيلِ وَلَا تُبَذِّرْ تَبْذِيرًا
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Va ati zal qurba haqqahu valmiskina vabnas sabili va la tubazzir tabzira
Mişkini Tərcüməsi:
Və qohumların haqqını (öz qohumlarının və Peyğəmbərinin (s) qohumlarının haqqını) və yoxsulun və yolda (möhtac) qalmışın haqqını ver və heç bir şəkildə israf və artıq xərc etmə (malı haram yolda xərcləmə və halal yolda xərcləməkdə həddini aşma).
27
Əl-İsra Surəsi, Ayə 27
إِنَّ ٱلْمُبَذِّرِينَ كَانُوٓا۟ إِخْوَٰنَ ٱلشَّيَٰطِينِ ۖ وَكَانَ ٱلشَّيْطَٰنُ لِرَبِّهِۦ كَفُورًۭا
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Innal mubazzirina kanu ixvanaş şayatini va kanaş şaytanu li Rabbihi kafura
Mişkini Tərcüməsi:
Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və Şeytan həmişə öz Rəbbinin qarşısında çox kafir və nankor olub.
28
Əl-İsra Surəsi, Ayə 28
وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ٱبْتِغَآءَ رَحْمَةٍۢ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلًۭا مَّيْسُورًۭا
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Va imma turidanna 'anhumub tiğa'a rahmatim mir rabbika tarcuha faqul lahum qavlam maisura
Mişkini Tərcüməsi:
Əgər (əlin boş olduğuna görə və) Rəbbin tərəfindən axtardığın rəhmət (sənə gəlməsi və sənin də onlara verərək ehtiyaclarını aradan qaldırmaq) ümidi ilə onlardan üz çevirməli olsan da, onlara yumşaq bir söz de.
29
Əl-İsra Surəsi, Ayə 29
وَلَا تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَىٰ عُنُقِكَ وَلَا تَبْسُطْهَا كُلَّ ٱلْبَسْطِ فَتَقْعُدَ مَلُومًۭا مَّحْسُورًا
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Va la tac'al yadaka mağlulatan il 'unuqika va la tabsut ha kullal basti fataq'uda malumam mahsura
Mişkini Tərcüməsi:
Və əlini bağlayıb boynuna qoyma (vacibləri verməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, qınanmış və aciz halda düşüb qalarsan.
30
Əl-İsra Surəsi, Ayə 30
إِنَّ رَبَّكَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Inna Rabbaka yabsuturrizqa limai yaşa'u va yaqdir; innahu kana bi'ibadihi Xabiram Basira
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).
31
Əl-İsra Surəsi, Ayə 31
وَلَا تَقْتُلُوٓا۟ أَوْلَٰدَكُمْ خَشْيَةَ إِمْلَٰقٍۢ ۖ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْـًۭٔا كَبِيرًۭا
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Va la taqtulu avladakum xaşyata imlaq; nahnu narzuquhum va iyyakum; inna qatlahum kana xitan kabira
Mişkini Tərcüməsi:
Öz övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Həqiqətən, onları öldürmək böyük günahdır.
32
Əl-İsra Surəsi, Ayə 32
وَلَا تَقْرَبُوا۟ ٱلزِّنَىٰٓ ۖ إِنَّهُۥ كَانَ فَٰحِشَةًۭ وَسَآءَ سَبِيلًۭا
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Va la taqrabuz zina innahu kana fahişatanv va sa'a sabila
Mişkini Tərcüməsi:
Və zinaya yaxınlaşmayın (hətta onun üçün müqəddimə ola biləcək əməllərdən uzaq olun), çünki o çox çirkin (bir əməl) və (cəmiyyətin pozulması və onun mənəviyyatsızlığı ilə nəticələnən) pis bir yoldur.
33
Əl-İsra Surəsi, Ayə 33
وَلَا تَقْتُلُوا۟ ٱلنَّفْسَ ٱلَّتِى حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلْحَقِّ ۗ وَمَن قُتِلَ مَظْلُومًۭا فَقَدْ جَعَلْنَا لِوَلِيِّهِۦ سُلْطَٰنًۭا فَلَا يُسْرِف فِّى ٱلْقَتْلِ ۖ إِنَّهُۥ كَانَ مَنصُورًۭا
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Va la taqtulun nafsal lati harramal lahu illa bilhaqq; va man qutila mazluman faqad ca'alna livaliyyihi sultanan fala yusrif fil qatli innahu kana mansura
Mişkini Tərcüməsi:
Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şəri hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).
34
Əl-İsra Surəsi, Ayə 34
وَلَا تَقْرَبُوا۟ مَالَ ٱلْيَتِيمِ إِلَّا بِٱلَّتِى هِىَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُۥ ۚ وَأَوْفُوا۟ بِٱلْعَهْدِ ۖ إِنَّ ٱلْعَهْدَ كَانَ مَسْـُٔولًۭا
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Va la taqrabu malal yatimi illa billati hiya ahsanu hatta yabluğa aşuddah; va avfu bil'ahd, innal 'ahda kana mas'ula
Mişkini Tərcüməsi:
Və yetimin malına – gözəl bir tərzdə olan (şəriətin icazə verdiyi və malın və ya onun sahibinin xeyirinə olan) istisna olmaqla – o (yetim), həddi-büluğa çatana (onun cismi və əqli qüvvələri zahir olana) kimi yaxınlaşmayın (heç cür toxunmayın). Və əhdpeymanınıza (istər Allahın sizlə olan əhd-peymanı olsun, istər sizin Allahla olan əhd-peymanınız, yaxud sizin özünüzün birbirinizlə olan əhd-peymanınız) vəfa edin. Həqiqətən, (Qiyamət günü) peymandan soruşulacaqdır (peyman sahibindən, ya canlandırılaraq peymanın özündən soruşacaqlar).
35
Əl-İsra Surəsi, Ayə 35
وَأَوْفُوا۟ ٱلْكَيْلَ إِذَا كِلْتُمْ وَزِنُوا۟ بِٱلْقِسْطَاسِ ٱلْمُسْتَقِيمِ ۚ ذَٰلِكَ خَيْرٌۭ وَأَحْسَنُ تَأْوِيلًۭا
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Va avful kaila iza kiltum va zinu bilqistasil mustaqim; zalika xairunv va ahsanu tavila
Mişkini Tərcüməsi:
Və (hər hansı bir malı verəndə və ya alanda) ölçən zaman, ölçü qabını doldurun və (həmçinin) düzgün tərəzi ilə çəkin ki, bu (ölçü və çəkidə xəyanət etməmək ağıl baxımından) xeyirdir və (cəmiyyətin etimadının qorunması baxımından) onun sonu və nəticəsi daha gözəldir.
36
Əl-İsra Surəsi, Ayə 36
وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۚ إِنَّ ٱلسَّمْعَ وَٱلْبَصَرَ وَٱلْفُؤَادَ كُلُّ أُو۟لَٰٓئِكَ كَانَ عَنْهُ مَسْـُٔولًۭا
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Va la taqfu ma laisa laka bihi 'ilm; innas sam'a valbasara valfu'ada kullu ula'ika kana 'anhu mas'ula
Mişkini Tərcüməsi:
(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır).
37
Əl-İsra Surəsi, Ayə 37
وَلَا تَمْشِ فِى ٱلْأَرْضِ مَرَحًا ۖ إِنَّكَ لَن تَخْرِقَ ٱلْأَرْضَ وَلَن تَبْلُغَ ٱلْجِبَالَ طُولًۭا
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Va la tamşi fil ardi marahan innaka lan taxriqal arda va lan tabluğal cibala tula
Mişkini Tərcüməsi:
Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən.
38
Əl-İsra Surəsi, Ayə 38
كُلُّ ذَٰلِكَ كَانَ سَيِّئُهُۥ عِندَ رَبِّكَ مَكْرُوهًۭا
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Kullu zalika kana sayyi'uhu inda Rabbika makruha
Mişkini Tərcüməsi:
Bunların (sadalanın bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).
39
Əl-İsra Surəsi, Ayə 39
ذَٰلِكَ مِمَّآ أَوْحَىٰٓ إِلَيْكَ رَبُّكَ مِنَ ٱلْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلْقَىٰ فِى جَهَنَّمَ مَلُومًۭا مَّدْحُورًا
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Zalika mimma avha ilaika Rabbuka minal hikmah; va la tac'al ma'allahi ilahan axara fatulqa fi Cahannama malumam mad hura
Mişkini Tərcüməsi:
Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır). Və Allahla yanaşı əsla başqa bir məbud götürmə ki, (Allah və vicdan tərəfindən) qınanmış və (yaxşıların zümrəsindən) qovulmuş halda Cəhənnəmə atılarsan.
40
Əl-İsra Surəsi, Ayə 40
أَفَأَصْفَىٰكُمْ رَبُّكُم بِٱلْبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلْمَلَٰٓئِكَةِ إِنَٰثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًۭا
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Afa asfakum rabbukum bilbanina vattaxaza minal mala'ikati inasa; innakum lataquluna qavlan 'azima
Mişkini Tərcüməsi:
Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən, siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.
41
Əl-İsra Surəsi, Ayə 41
وَلَقَدْ صَرَّفْنَا فِى هَٰذَا ٱلْقُرْءَانِ لِيَذَّكَّرُوا۟ وَمَا يَزِيدُهُمْ إِلَّا نُفُورًۭا
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Va laqad sarrafna fi hazal Qurani liyazzakkaru va ma yaziduhum illa nufura
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz bu Quranda onların xatırlamaları və öyüd-nəsihət almaları üçün (Allahın tovhidi, şərikinin olmaması və digər məsələlər barəsində) müxtəlif açıqlamalar gətirdik. Lakin (bu) onlarda nifrət və uzaqlaşmaqdan başqa bir şey artırmır.
42
Əl-İsra Surəsi, Ayə 42
قُل لَّوْ كَانَ مَعَهُۥٓ ءَالِهَةٌۭ كَمَا يَقُولُونَ إِذًۭا لَّٱبْتَغَوْا۟ إِلَىٰ ذِى ٱلْعَرْشِ سَبِيلًۭا
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Qul lav kana ma'ahu alihatun kama yaquluna izal labtağav ila zil 'Arşi Sabila
Mişkini Tərcüməsi:
De: «Əgər onların dediyi kimi Allahla birgə (başqa) məbudlar (da) olsaydı, onda onlar (qalib gəlib Onu aradan götürmək və ya Onun mülkündə şərik olmaq və yaxud heç olmasa Onun dərgahına yaxın olmaq üçün) mütləq ərşin sahibi olan Allaha bir yol axtarardılar.
43
Əl-İsra Surəsi, Ayə 43
سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوًّۭا كَبِيرًۭا
﴿43﴾
Oxunuşu (Transkripsiya):
Subhanahu va Ta'ala 'amma yaquluna 'uluvvan kabira
Mişkini Tərcüməsi:
(Allah) onların dediklərindən pakdır və uca, çox-çox ucadır!
44
Əl-İsra Surəsi, Ayə 44
تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبْعُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ وَإِن مِّن شَىْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِۦ وَلَٰكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورًۭا
﴿44﴾
Oxunuşu (Transkripsiya):
Tusabbihu lahus samavatus sab'u val ardu va man fihinn; va im min şai'in illa yusabbihu bihamdihi va lakil la tafqahuna tasbihahum; innahu kana Haliman Ğafura
Mişkini Tərcüməsi:
Yeddi göy, yer və onlarda olan hər bir kəs Onu pak sifətlərlə mədh edir. Və (cansız təbiət, bitkilər aləmi, heyvanlar və onlardan üstün) elə bir şey yoxdur ki, (adi bəşər eşitmədiyi dilləri və vəziyyətləri ilə nöqsansızlığını) tərifləyərək Onu pak sifətlərlə mədh etməsin. (Çünki hər bir məxluqun vücudu Onun vücuduna, mümkün olması Onun vacibliyinə, hadisliyi – sonradan yaranması Onun qədimliyinə – elə əzəldən, həmişə olmasına, naqisliyi Onun kamalına və məhdudluğu Onun qeyriməhdud olmasına dəlalət edir.) Və lakin siz onların (həmin) mədhini başa düşmürsünüz (dilləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi ona qüdrətinizin çatmaması, vəziyyətləri ilə etdikləri mədhi başa düşməməyinizin səbəbi isə səhlənkarlığınızdır). Həqiqətən, O həlim və bağışlayandır (başa düşməyiniz üçün sizə möhlət verir, əgər başa düşməsəniz bağışlayır).
45
Əl-İsra Surəsi, Ayə 45
وَإِذَا قَرَأْتَ ٱلْقُرْءَانَ جَعَلْنَا بَيْنَكَ وَبَيْنَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ حِجَابًۭا مَّسْتُورًۭا
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Va iza qaratal Qurana ca'alna bainaka va bainal lazina la yu'minuna bil axirati hicabam mastura
Mişkini Tərcüməsi:
Quran oxuduğun zaman səninlə axirətə inanmayanların arasında görünməz bir pərdə çəkərik (onların rəzil əxlaqı, itaətsizlikləri və küfrləri görünməz bir pərdədir və onların Quran maarifinə diqqət yetirmələrinə mane olur).
46
Əl-İsra Surəsi, Ayə 46
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَن يَفْقَهُوهُ وَفِىٓ ءَاذَانِهِمْ وَقْرًۭا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِى ٱلْقُرْءَانِ وَحْدَهُۥ وَلَّوْا۟ عَلَىٰٓ أَدْبَٰرِهِمْ نُفُورًۭا
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Va ca'alna 'ala qulu bihim akinnatan any yafqahuhu va fi azanihim vaqra; va iza zakarta Rabbaka fil Qurani vahdahu vallav 'ala adbarihim nufura
Mişkini Tərcüməsi:
Və (küfrlərinin cəzası olaraq) onların qəlblərinə onu (Quranı) başa düşməmələri üçün (qürur, mal, və məqam məhəbbətindən ibarət) örtüklər çəkmişik və qulaqlarında bir ağırlıq (qoymuşuq). Və Quranda Rəbbinin birliyini yad etdiyin zaman, nifrətlə arxa çevirirlər.
47
Əl-İsra Surəsi, Ayə 47
نَّحْنُ أَعْلَمُ بِمَا يَسْتَمِعُونَ بِهِۦٓ إِذْ يَسْتَمِعُونَ إِلَيْكَ وَإِذْ هُمْ نَجْوَىٰٓ إِذْ يَقُولُ ٱلظَّٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلًۭا مَّسْحُورًا
﴿47﴾
Oxunuşu (Transkripsiya):
nahnu a'lamu bima yastami'una bihi iz yastami'una ilaika va iz hum nacva iz yaquluz zalimuna in tattabi'una illa raculam mas hura
Mişkini Tərcüməsi:
Biz onlar (istehza və məsxərə üçün) sənə qulaq asan zaman səni nə məqsədlə dinlədiklərini, həmçinin bu zalımların (birbirlərinə) «siz yalnız ovsunlanmış bir kişiyə tabe olursunuz» deyən zaman onların bir-birləri ilə pıçıldaşmalarını daha yaxşı bilirik.
48
Əl-İsra Surəsi, Ayə 48
ٱنظُرْ كَيْفَ ضَرَبُوا۟ لَكَ ٱلْأَمْثَالَ فَضَلُّوا۟ فَلَا يَسْتَطِيعُونَ سَبِيلًۭا
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Unzur kaifa darabu lakal amsala fadallu fala yastati'una sabila
Mişkini Tərcüməsi:
Gör sənə (şair, sehrbaz, kahin, divanə və ovsunlanmış kimi) necə məsəllər çəkdilər. Beləliklə onlar azıblar və (haqqa tərəf gedən) heç bir yol(u tapmağ)a (və onunla getməyə) qüdrətləri yoxdur.
49
Əl-İsra Surəsi, Ayə 49
وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًۭا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًۭا جَدِيدًۭا
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Va qalu'a iza kunna 'izamanv va rufatan 'a inna lamab'usuna xalqan cadida
Mişkini Tərcüməsi:
Və dedilər: «Məgər biz bir ovuc sümüklər və çürümüş üzvlər olduğumuz zaman, yeni bir məxluq surətində dirildiləcəyik?»
50
Əl-İsra Surəsi, Ayə 50
۞ قُلْ كُونُوا۟ حِجَارَةً أَوْ حَدِيدًا
﴿50﴾
Oxunuşu (Transkripsiya):
Qul kunu cicaratan av hadida
Mişkini Tərcüməsi:
De: «Siz (istəyirsiniz) daş olun, yaxud dəmir,
51
Əl-İsra Surəsi, Ayə 51
أَوْ خَلْقًۭا مِّمَّا يَكْبُرُ فِى صُدُورِكُمْ ۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَا ۖ قُلِ ٱلَّذِى فَطَرَكُمْ أَوَّلَ مَرَّةٍۢ ۚ فَسَيُنْغِضُونَ إِلَيْكَ رُءُوسَهُمْ وَيَقُولُونَ مَتَىٰ هُوَ ۖ قُلْ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبًۭا
﴿51﴾
Oxunuşu (Transkripsiya):
av xalqam mimma yakburu fi sudurikum; fasa yaquluna mai yu'iduna qulil lazi fatarakum avvala marrah; fasa yunğiduna ilaika ru'usahum va yaquluna mata huva qul 'asa any yakuna qariba
Mişkini Tərcüməsi:
ya zehinlərinizdə (möhkəmlik və həyat qəbul etməmək baxımından) böyük görünən hər hansı bir məxluq (Allah ona yenə ruh verib dirildəcəkdir). Onlar tezliklə «bizi (yeni həyata) kim qaytaracaqdır?» deyəcəklər. De: «Sizi ilk dəfə yoxluqdan var edən!» Onda dərhal (təəccüb və istehza ilə) başlarını sənə tərəf (uzadıb) bulayar və «bu (dirilmə) nə vaxt olacaqdır?» deyərlər. De: «Ümid var ki, yaxın olsun».
52
Əl-İsra Surəsi, Ayə 52
يَوْمَ يَدْعُوكُمْ فَتَسْتَجِيبُونَ بِحَمْدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًۭا
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Yavma yad'ukum fatastacibuna bihamdihi va tazunnuna il labistum illa qalila
Mişkini Tərcüməsi:
O gün ki, sizi (sizin Bərzəx ruhlarınızı və torpaqda dağılmış cəsədlərinizi yaradılış iradəsi ilə) çağıracaq, beləliklə siz (bədən üzvlərinizin bir yerə toplanması, dünyada olduğu şəkili alması və Bərzəx ruhlarının onlara daxil olması ilə) Ona sitayiş edən halda (Onun dəvətinə) cavab verəcək (və əmrini yerinə yetirəcək)siniz. Və (həmin vaxt dünyada və Bərzəx aləmində) yalnız az bir zaman qaldığınızı güman edərsiniz (dünya və Bərzəxin hər ikisi sizin nəzərinizdə axirət əbədiyyəti müqabilində az görünəcəkdir).
53
Əl-İsra Surəsi, Ayə 53
وَقُل لِّعِبَادِى يَقُولُوا۟ ٱلَّتِى هِىَ أَحْسَنُ ۚ إِنَّ ٱلشَّيْطَٰنَ يَنزَغُ بَيْنَهُمْ ۚ إِنَّ ٱلشَّيْطَٰنَ كَانَ لِلْإِنسَٰنِ عَدُوًّۭا مُّبِينًۭا
﴿53﴾
Oxunuşu (Transkripsiya):
Va qul li'ibadi yaqulul lati hiya ahsan; innaş şaitana yanzağu bainahum; innaş şaitana kana lil insani 'aduvvam mubina
Mişkini Tərcüməsi:
Və Mənim bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər (hər bir məqam üçün o məqama münasib sözün ən gözəlini seçsinlər). Həqiqətən, Şeytan (fəsad yaradan sözlərin vasitəsi ilə) onların arasını vurur. Çünki Şeytan həmişə insana açıq-aşkar düşmən olmuşdur (və indi də belədir).
54
Əl-İsra Surəsi, Ayə 54
رَّبُّكُمْ أَعْلَمُ بِكُمْ ۖ إِن يَشَأْ يَرْحَمْكُمْ أَوْ إِن يَشَأْ يُعَذِّبْكُمْ ۚ وَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ وَكِيلًۭا
﴿54﴾
Oxunuşu (Transkripsiya):
Rabbukum a'lamu bikum iny yaşa yarhamkum av iny yaşa yu'azzibkum; va ma arsalnaka 'alaihim vakila
Mişkini Tərcüməsi:
Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).
55
Əl-İsra Surəsi, Ayə 55
وَرَبُّكَ أَعْلَمُ بِمَن فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ ٱلنَّبِيِّۦنَ عَلَىٰ بَعْضٍۢ ۖ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًۭا
﴿55﴾
Oxunuşu (Transkripsiya):
Va Rabbuka a'lamu biman fis samavati val lard; va laqad faddalna ba'dan Nabiyyina 'ala ba'dinv va ataina Davuda Zabura
Mişkini Tərcüməsi:
Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.
56
Əl-İsra Surəsi, Ayə 56
قُلِ ٱدْعُوا۟ ٱلَّذِينَ زَعَمْتُم مِّن دُونِهِۦ فَلَا يَمْلِكُونَ كَشْفَ ٱلضُّرِّ عَنكُمْ وَلَا تَحْوِيلًا
﴿56﴾
Oxunuşu (Transkripsiya):
Qulid 'ul lazina za'amtum min dunihi fala yamlikuna kaşfad durri'ankum va la tahvila
Mişkini Tərcüməsi:
De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər».
57
Əl-İsra Surəsi, Ayə 57
أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَدْعُونَ يَبْتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلْوَسِيلَةَ أَيُّهُمْ أَقْرَبُ وَيَرْجُونَ رَحْمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓ ۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُورًۭا
﴿57﴾
Oxunuşu (Transkripsiya):
Ula'ikal lazina yad'una yabtağuna ila Rabbihimul vasilata ayyuhum aqrabu va yarcuna rahmatahu va yaxafuna 'azabah; inna 'azaba rabbika kana mahzura
Mişkini Tərcüməsi:
(Bu kafirlərin tanrı kimi) çağırdıqlarının özləri hansının (Allaha) daha yaxın olması(nı bilmək) üçün öz Rəbbinə bir vasitə axtarır, Onun rəhmətinə ümid bəsləyir və Onun əzabından qorxurlar. Həqiqətən, sənin Rəbbinin əzabı qorxulası və çəkiniləsidir.
58
Əl-İsra Surəsi, Ayə 58
وَإِن مِّن قَرْيَةٍ إِلَّا نَحْنُ مُهْلِكُوهَا قَبْلَ يَوْمِ ٱلْقِيَٰمَةِ أَوْ مُعَذِّبُوهَا عَذَابًۭا شَدِيدًۭا ۚ كَانَ ذَٰلِكَ فِى ٱلْكِتَٰبِ مَسْطُورًۭا
﴿58﴾
Oxunuşu (Transkripsiya):
Va im min qaryatin illa Nahnu muhlikuha qabla Yavmil Qiyamati av mu'az zibuha 'azaban şadida; kana zalika fil Kitabi mastura
Mişkini Tərcüməsi:
Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərlə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.
59
Əl-İsra Surəsi, Ayə 59
وَمَا مَنَعَنَآ أَن نُّرْسِلَ بِٱلْءَايَٰتِ إِلَّآ أَن كَذَّبَ بِهَا ٱلْأَوَّلُونَ ۚ وَءَاتَيْنَا ثَمُودَ ٱلنَّاقَةَ مُبْصِرَةًۭ فَظَلَمُوا۟ بِهَا ۚ وَمَا نُرْسِلُ بِٱلْءَايَٰتِ إِلَّا تَخْوِيفًۭا
﴿59﴾
Oxunuşu (Transkripsiya):
Va ma mana'ana an nursila bil ayati illa an kazzaba bihal avvalun; va ataina Samudan naqata mubsiratan fazalamu biha; va ma nursilu bil ayati illa taxvifa
Mişkini Tərcüməsi:
Möcüzələri (Qüreyşin istədikləri möcüzələri) göndərməyə Bizə yalnız keçmişdəkilərin onları təkzib etmələri (və əzaba layiq olmaları) mane oldu (və bunlar da təbiətcə onlara oxşar olduqları üçün Biz bunlara möhlət vermək istəyirik). Və Səmud qövmünə aşkarcasına dəvə (möcüzəsi)ni verdik. Beləliklə, onlar onunla (dəvəni öldürməklə ona və özlərinə) zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk.
60
Əl-İsra Surəsi, Ayə 60
وَإِذْ قُلْنَا لَكَ إِنَّ رَبَّكَ أَحَاطَ بِٱلنَّاسِ ۚ وَمَا جَعَلْنَا ٱلرُّءْيَا ٱلَّتِىٓ أَرَيْنَٰكَ إِلَّا فِتْنَةًۭ لِّلنَّاسِ وَٱلشَّجَرَةَ ٱلْمَلْعُونَةَ فِى ٱلْقُرْءَانِ ۚ وَنُخَوِّفُهُمْ فَمَا يَزِيدُهُمْ إِلَّا طُغْيَٰنًۭا كَبِيرًۭا
﴿60﴾
Oxunuşu (Transkripsiya):
Va iz qulna laka inna rabbaka ahata binnas; va ma ca'alnar ru'yal lati arainaka illa fitnatal linnasi vaşşacaratal mal'unata fil quran; va nuxav vifuhum fama yaziduhum illa tuğyanan kabira
Mişkini Tərcüməsi:
Və (yada sal) o zaman(ı) ki, sənə «həqiqətən, sənin Rəbbin insanları (elm və qüdrət baxımından) əhatə etmişdir, (buna görə də qəm yemə və öz işində möhkəm ol)» dedik. Və Biz sənə (meymunların sənin minbərindən yuxarı çıxmalarını) göstərdiyimiz o yuxunu və Quranda lənətlənmiş o ağacı (xəbis Bəni-Üməyyə ağacını) insanlar üçün yalnız bir sınaq etdik. Biz onları qorxuduruq, lakin (bu,) onlarda böyük itaətsizlikdən başqa bir şey artırmır.
61
Əl-İsra Surəsi, Ayə 61
وَإِذْ قُلْنَا لِلْمَلَٰٓئِكَةِ ٱسْجُدُوا۟ لِءَادَمَ فَسَجَدُوٓا۟ إِلَّآ إِبْلِيسَ قَالَ ءَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًۭا
﴿61﴾
Oxunuşu (Transkripsiya):
Va iz qulna lilma la'ikatis cudu li Aadama fasacadu illa Iblisa qala 'a-ascudu liman xalaqta tina
Mişkini Tərcüməsi:
Və (yada sal) o zaman(ı) ki, mələklərə «Adəmə səcdə edin» dedik. Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdi. O, «palçıqdan yaratdığın bir kəsə səcdə edim?!» dedi.
62
Əl-İsra Surəsi, Ayə 62
قَالَ أَرَءَيْتَكَ هَٰذَا ٱلَّذِى كَرَّمْتَ عَلَىَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُۥٓ إِلَّا قَلِيلًۭا
﴿62﴾
Oxunuşu (Transkripsiya):
Qala ara'aytaka hazal lazi karramta 'alaiya la'in axhartani ila Yavmil Qiyamati la-ah tanikanna zurriyyatahu illa qalila
Mişkini Tərcüməsi:
(Sonra) dedi: «Mənə de (görüm): Məndən üstün və şərafətli etdiyin bu kəs (nə üçün belə olmuşdur)? And olsun ki, əgər mənə (onun nəslinin həyatının sonu olan) Qiyamət gününədək möhlət versən, onun az bir qismi istisna olmaqla bütün övladlarına cilov vuracağam (və doğru yoldan azdıracağam)».
63
Əl-İsra Surəsi, Ayə 63
قَالَ ٱذْهَبْ فَمَن تَبِعَكَ مِنْهُمْ فَإِنَّ جَهَنَّمَ جَزَآؤُكُمْ جَزَآءًۭ مَّوْفُورًۭا
﴿63﴾
Oxunuşu (Transkripsiya):
Qalaz hab faman tabi'aka minhum fa inna Cahannama caza'ukum caza'am mavfura
Mişkini Tərcüməsi:
(Allah) buyurdu: «(Uca mələklər aləmindən xaric ol və öz məqsədinin ardınca) get! Onlardan kim sənə tabe olsa, şübhəsiz, kamil və bolluca bir cəza olan Cəhənnəm sizin cəzanızdır!»
64
Əl-İsra Surəsi, Ayə 64
وَٱسْتَفْزِزْ مَنِ ٱسْتَطَعْتَ مِنْهُم بِصَوْتِكَ وَأَجْلِبْ عَلَيْهِم بِخَيْلِكَ وَرَجِلِكَ وَشَارِكْهُمْ فِى ٱلْأَمْوَٰلِ وَٱلْأَوْلَٰدِ وَعِدْهُمْ ۚ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا
﴿64﴾
Oxunuşu (Transkripsiya):
Vastafziz manis tat'ta minhum bisavtika va aclib 'alaihim bixailika va racilika va şarik hum fil amvali val avladi va 'izum; va ma ya'iduhumuş Şaitanu illa ğurura
Mişkini Tərcüməsi:
Və onlardan bacardığın kəsi öz səsinlə (günaha tərəf) təhrik et və (onları itaətsizliklərə tərəf qovmaq üçün ordundakı) öz süvarilərin və piyadaların ilə onların üzərinə fəryad qopar; və onların mallarına və övladlarına şərik ol və (hər bir vacibin tərk olunmasında və hər bir haramın yerinə yetirilməsində) onlara vəd ver. (Onlar bilməlidirlər ki,) Şeytan onlara yalan və hiylədən başqa əsla bir vədə vermir».
65
Əl-İsra Surəsi, Ayə 65
إِنَّ عِبَادِى لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَٰنٌۭ ۚ وَكَفَىٰ بِرَبِّكَ وَكِيلًۭا
﴿65﴾
Oxunuşu (Transkripsiya):
Inna 'ibadi laisa laka 'alaihim sultan; va kafa bi Rabbika Vakila
Mişkini Tərcüməsi:
Şübhəsiz, sənin Mənim (itaətkar) bəndələrim üzərində (vəsvəsə etməkdən başqa) heç bir hökmranlığın yoxdur və Rəbbinin (Öz bəndələrinin işlərinin) vəkil(i) olması kifayətdir.
66
Əl-İsra Surəsi, Ayə 66
رَّبُّكُمُ ٱلَّذِى يُزْجِى لَكُمُ ٱلْفُلْكَ فِى ٱلْبَحْرِ لِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦٓ ۚ إِنَّهُۥ كَانَ بِكُمْ رَحِيمًۭا
﴿66﴾
Oxunuşu (Transkripsiya):
Rabbukumul lazi yuzci lakumul fulka fil bahri litabtağu min fadlih; innahu kana bikum Rahima
Mişkini Tərcüməsi:
Sizin Rəbbiniz Onun lütf və ruzisindən arayasınız deyə (gəmini icad etmək qüdrəti və onun düzəldilməsi üçün gərəkli olan ləvazimatları verməklə və suyun təbiətini yumşatmaqla) gəmiləri dənizdə sizin xeyirinizə hərəkət etdirəndir. Çünki O, sizə qarşı həmişə mehribandır.
67
Əl-İsra Surəsi, Ayə 67
وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِى ٱلْبَحْرِ ضَلَّ مَن تَدْعُونَ إِلَّآ إِيَّاهُ ۖ فَلَمَّا نَجَّىٰكُمْ إِلَى ٱلْبَرِّ أَعْرَضْتُمْ ۚ وَكَانَ ٱلْإِنسَٰنُ كَفُورًا
﴿67﴾
Oxunuşu (Transkripsiya):
Va iza massakumuddurru fil bahri dalla man tad'una illa iyyahu falamma naccakum ilal barri a'radtum; va kanal insanu kafura
Mişkini Tərcüməsi:
Dənizdə sizə (suda batmaq qorxusunun yaranmasına səbəb olan) bir çətinlik və müsibət üz verən zaman, Ondan başqa, (ibadət üçün) çağırdıqlarınızın hamısı (fikrinizdən) itər (diqqətiniz yalnız Ona yönələr). Sizə nicat verib quruya çıxaranda isə (Ondan) üz döndərərsiniz. İnsan həmişə çox nankordur.
68
Əl-İsra Surəsi, Ayə 68
أَفَأَمِنتُمْ أَن يَخْسِفَ بِكُمْ جَانِبَ ٱلْبَرِّ أَوْ يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًۭا ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ وَكِيلًا
﴿68﴾
Oxunuşu (Transkripsiya):
Afa amintum any yaxsifa bikum canibal barri av yursil 'alaikum hasiban summa la tacidu lakum vakila
Mişkini Tərcüməsi:
Belə isə, məgər (dənizdən çıxdıqdan sonra) sizi quruda yerə batırmasından, yaxud başınıza xırda daş yağdıran güclü külək göndərməsindən xatircəmsiniz?! Sonra özünüzə sizi müdafiə edəcək bir vəkil də tapmazsınız.
69
Əl-İsra Surəsi, Ayə 69
أَمْ أَمِنتُمْ أَن يُعِيدَكُمْ فِيهِ تَارَةً أُخْرَىٰ فَيُرْسِلَ عَلَيْكُمْ قَاصِفًۭا مِّنَ ٱلرِّيحِ فَيُغْرِقَكُم بِمَا كَفَرْتُمْ ۙ ثُمَّ لَا تَجِدُوا۟ لَكُمْ عَلَيْنَا بِهِۦ تَبِيعًۭا
﴿69﴾
Oxunuşu (Transkripsiya):
Am amintum any yu'idakum fihi taratan uxra fa yursila 'alaikum qasifam minar rihi fa yuğ riqakum bima kafartum summa la tacidu lakum 'alaina bihi tabi'a
Mişkini Tərcüməsi:
Yoxsa sizi yenidən ora (dənizə) qaytarıb üzərinizə dağıdıcı bir fırtına göndərərək küfrünüzün cəzası olaraq size batırmasından xatircəmsiniz?! (Bunu etdikdən) sonra (bu) işimizin müqabilində özünüz üçün Bizə qarşı (bu işlərin) arxasınca düşən bir kəs də tapmazsınız?!
70
Əl-İsra Surəsi, Ayə 70
۞ وَلَقَدْ كَرَّمْنَا بَنِىٓ ءَادَمَ وَحَمَلْنَٰهُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلْنَٰهُمْ عَلَىٰ كَثِيرٍۢ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًۭا
﴿70﴾
Oxunuşu (Transkripsiya):
Va laqad karramna Bani adama va hamalnahum fil barri valbahri va razaqnahum minat taiyibati va faddalnahum 'ala kasirim mimman xalaqna tafdila
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik, onları quruda və dənizdə (hər birinə münasib miniklərə) mindirdik, onlara müxtəlif paklardan (təbiətlərinə uyğun olan şeylərdən) ruzi verdik və onları yaratdıqlarımızın bir çoxundan (canlılardan, cinlərdən və mələklərin bir çoxundan) tam üstün etdik.
71
Əl-İsra Surəsi, Ayə 71
يَوْمَ نَدْعُوا۟ كُلَّ أُنَاسٍۭ بِإِمَٰمِهِمْ ۖ فَمَنْ أُوتِىَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُو۟لَٰٓئِكَ يَقْرَءُونَ كِتَٰبَهُمْ وَلَا يُظْلَمُونَ فَتِيلًۭا
﴿71﴾
Oxunuşu (Transkripsiya):
Yavma nad'u kulla unasim bi imamihim faman utiya kitabahu bi yaminihi fa ula'ika yaqra'una kitabahum va la yuzlamuna fatila
Mişkini Tərcüməsi:
(Yada sal) o gün(ü) ki, (əməl kitabını almaq üçün) insanların hər bir dəstəsini (tabe olduqları) öz imamı və səma kitabları ilə çağıracağıq. Beləliklə, (əməl) kitabları sağ əllərinə verilən kəslər, öz kitablarını oxuyarlar və onlara xurma çərdəyinin arxasındakı tel qədər zülm edilməz (nə günahlarından artıq cəza görərlər və nə də layiq olduqlarından az mükafat alarlar).
72
Əl-İsra Surəsi, Ayə 72
وَمَن كَانَ فِى هَٰذِهِۦٓ أَعْمَىٰ فَهُوَ فِى ٱلْءَاخِرَةِ أَعْمَىٰ وَأَضَلُّ سَبِيلًۭا
﴿72﴾
Oxunuşu (Transkripsiya):
Va man kana fi hazihi a'ma fahuva fil axirati a'ma va adallu sabila
Mişkini Tərcüməsi:
(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır.
73
Əl-İsra Surəsi, Ayə 73
وَإِن كَادُوا۟ لَيَفْتِنُونَكَ عَنِ ٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ لِتَفْتَرِىَ عَلَيْنَا غَيْرَهُۥ ۖ وَإِذًۭا لَّٱتَّخَذُوكَ خَلِيلًۭا
﴿73﴾
Oxunuşu (Transkripsiya):
Va in kadu la yaftinunaka 'anil lazi avhaina ilaika litaftariya 'alaina ğairahu va izallat taxazuka xalila
Mişkini Tərcüməsi:
Həqiqətən, az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər.
74
Əl-İsra Surəsi, Ayə 74
وَلَوْلَآ أَن ثَبَّتْنَٰكَ لَقَدْ كِدتَّ تَرْكَنُ إِلَيْهِمْ شَيْـًۭٔا قَلِيلًا
﴿74﴾
Oxunuşu (Transkripsiya):
Va lav la an sabbatnaka laqad kitta tarkanu ilaihim şa'an qalila
Mişkini Tərcüməsi:
Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən, az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.
75
Əl-İsra Surəsi, Ayə 75
إِذًۭا لَّأَذَقْنَٰكَ ضِعْفَ ٱلْحَيَوٰةِ وَضِعْفَ ٱلْمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيْنَا نَصِيرًۭا
﴿75﴾
Oxunuşu (Transkripsiya):
Izal la azaqnaka di'falhayati va di'fal mamati summa la tacidu laka 'alaina nasira
Mişkini Tərcüməsi:
(Əgər elə olsaydı,) onda Biz sənə iki qat dünya əzabı və iki qat axirət əzabı (dünyada və axirətdə həmin günaha görə başqalarına verilən əzabın iki qatını) daddırardıq, sonra Bizim qarşımızda özünə bir köməkçi tapmazdın.
76
Əl-İsra Surəsi, Ayə 76
وَإِن كَادُوا۟ لَيَسْتَفِزُّونَكَ مِنَ ٱلْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًۭا لَّا يَلْبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلًۭا
﴿76﴾
Oxunuşu (Transkripsiya):
Va in kadu la yastafizzunaka minal ardi liyuxri cuka minha va izal la yalbasuna xilafaka illa qalila
Mişkini Tərcüməsi:
Və həqiqətən, az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o həzrəti çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar).
77
Əl-İsra Surəsi, Ayə 77
سُنَّةَ مَن قَدْ أَرْسَلْنَا قَبْلَكَ مِن رُّسُلِنَا ۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحْوِيلًا
﴿77﴾
Oxunuşu (Transkripsiya):
Sunnata man qad arsalna qablakamir Rusulina va la tacidu lisunnatina tahhvila
Mişkini Tərcüməsi:
(Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qaydaqanunlarımızda əsla bir dəyişiklik tapmazsan.
78
Əl-İsra Surəsi, Ayə 78
أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمْسِ إِلَىٰ غَسَقِ ٱلَّيْلِ وَقُرْءَانَ ٱلْفَجْرِ ۖ إِنَّ قُرْءَانَ ٱلْفَجْرِ كَانَ مَشْهُودًۭا
﴿78﴾
Oxunuşu (Transkripsiya):
Aqimis Salata lidulu kiş şamsi ila ğasaqil laili va quranal Facri inna qura nal Facri kana maşhuda
Mişkini Tərcüməsi:
Namazı (gündəlik vacib namazların dördünü – zöhr, əsr, məğrib və işa namazlarını və onların iyirmi iki rəkət nafilələrini) günəşin (hər bir kəsin öz məntəqəsinə uyğun olaraq günortanın tam yarısından) batmağa doğru meyl etməsinin əvvəlindən gecənin tam qaranlığına (gecə yarısına) qədər qıl və həmçinin sübh namazını (və onun nafiləsini də qıl). Həqiqətən, sübh namazı (gecə və gündüz mələkləri tərəfindən yazılmaq üçün) müşahidə olunur.
79
Əl-İsra Surəsi, Ayə 79
وَمِنَ ٱلَّيْلِ فَتَهَجَّدْ بِهِۦ نَافِلَةًۭ لَّكَ عَسَىٰٓ أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًۭا مَّحْمُودًۭا
﴿79﴾
Oxunuşu (Transkripsiya):
Va minal laili fatahaccad bihi nafilatal laka 'asa any yab'asaka Rabbuka Maqamam Mahmuda
Mişkini Tərcüməsi:
Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Quran oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın.
80
Əl-İsra Surəsi, Ayə 80
وَقُل رَّبِّ أَدْخِلْنِى مُدْخَلَ صِدْقٍۢ وَأَخْرِجْنِى مُخْرَجَ صِدْقٍۢ وَٱجْعَل لِّى مِن لَّدُنكَ سُلْطَٰنًۭا نَّصِيرًۭا
﴿80﴾
Oxunuşu (Transkripsiya):
Va qur Rabbi adxilni mudxala sidqinv va axricni muxraca sidqinv vac'al li milladunka sultanan nasira
Mişkini Tərcüməsi:
Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və mənə Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»
81
Əl-İsra Surəsi, Ayə 81
وَقُلْ جَآءَ ٱلْحَقُّ وَزَهَقَ ٱلْبَٰطِلُ ۚ إِنَّ ٱلْبَٰطِلَ كَانَ زَهُوقًۭا
﴿81﴾
Oxunuşu (Transkripsiya):
Va qul ca'al haqqu va zahaqal batil; innal batila kana zahuqa
Mişkini Tərcüməsi:
Və de: «Haqq gəldi və batil məhv oldu, həqiqətən, batil həmişə məhvə məhkumdur (küfr və şirkin büsatı bir gün yer üzündən silinəcəkdir)».
82
Əl-İsra Surəsi, Ayə 82
وَنُنَزِّلُ مِنَ ٱلْقُرْءَانِ مَا هُوَ شِفَآءٌۭ وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ ٱلظَّٰلِمِينَ إِلَّا خَسَارًۭا
﴿82﴾
Oxunuşu (Transkripsiya):
Va nunazzilu minal qurani ma huva şifa'unv va rahmatul lilmu;minina va la yaziduz zalimina illa xasara
Mişkini Tərcüməsi:
Biz, Qurandan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.
83
Əl-İsra Surəsi, Ayə 83
وَإِذَآ أَنْعَمْنَا عَلَى ٱلْإِنسَٰنِ أَعْرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ ۖ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسًۭا
﴿83﴾
Oxunuşu (Transkripsiya):
Va iza an'amna 'alal insani a'rada va na-a bicani bihi va iza massahuş şarru kana ya'usa
Mişkini Tərcüməsi:
İnsana (sağlamlıq, mal və məqam) nemət(i) bəxş edəndə o, üz döndərər və özünü Bizdən uzaqlaşdırar, ona (xəstəlik və yoxsulluq kimi) bir şər yetişəndə isə bərk naümid olar.
84
Əl-İsra Surəsi, Ayə 84
قُلْ كُلٌّۭ يَعْمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمْ أَعْلَمُ بِمَنْ هُوَ أَهْدَىٰ سَبِيلًۭا
﴿84﴾
Oxunuşu (Transkripsiya):
Qul kulluny ya'malu 'ala şakilatihi fa rabbukum a'lamu biman huva ahda sabila
Mişkini Tərcüməsi:
De: «Hər bir kəs öz vəziyyəti və nəfsi quruluşu əsasında davranır (çünki əməllərin mənşəyi insanın təbiəti və ya vərdişləridir). Lakin sizin Rəbbiniz (saf təbiəti əsasında) daha doğru yolda olanın halını daha yaxşı bilir».
85
Əl-İsra Surəsi, Ayə 85
وَيَسْـَٔلُونَكَ عَنِ ٱلرُّوحِ ۖ قُلِ ٱلرُّوحُ مِنْ أَمْرِ رَبِّى وَمَآ أُوتِيتُم مِّنَ ٱلْعِلْمِ إِلَّا قَلِيلًۭا
﴿85﴾
Oxunuşu (Transkripsiya):
Va yas'alunaka 'anirruh; qulir ruhu min amri rabbi va ma utitum minal 'ilmi illa qalila
Mişkini Tərcüməsi:
Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir».
86
Əl-İsra Surəsi, Ayə 86
وَلَئِن شِئْنَا لَنَذْهَبَنَّ بِٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيْنَا وَكِيلًا
﴿86﴾
Oxunuşu (Transkripsiya):
Va la'in şi'na lanaz habanna billazi avhaina ilaika summa la tacidu laka bihi 'alaina vakila
Mişkini Tərcüməsi:
Əgər istəsək şübhəsiz, sənə (əslində cəmiyyətin ruhu olan) vəhy etdiyimizi aradan apararıq (və zehn səhifən boş qalar), sonra Bizim müqabilimizdə onu geri almaq üçün bir vəkil tapa bilməzsən.
87
Əl-İsra Surəsi, Ayə 87
إِلَّا رَحْمَةًۭ مِّن رَّبِّكَ ۚ إِنَّ فَضْلَهُۥ كَانَ عَلَيْكَ كَبِيرًۭا
﴿87﴾
Oxunuşu (Transkripsiya):
Illa rahmatam mir Rabbik; inna fadlahu kana 'alaika kabira
Mişkini Tərcüməsi:
Lakin (sənə verilən) Rəbbin tərəfindən bir rəhmətdir (və geri alınası deyildir). Çünki doğrudan da Onun sənə lütf və mərhəməti daim böyükdür.
88
Əl-İsra Surəsi, Ayə 88
قُل لَّئِنِ ٱجْتَمَعَتِ ٱلْإِنسُ وَٱلْجِنُّ عَلَىٰٓ أَن يَأْتُوا۟ بِمِثْلِ هَٰذَا ٱلْقُرْءَانِ لَا يَأْتُونَ بِمِثْلِهِۦ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍۢ ظَهِيرًۭا
﴿88﴾
Oxunuşu (Transkripsiya):
Qul la'inic tama'atil insu valcinnu 'ala any yatu bimisli hazal qurani la yatuna bimislihi va lav kana ba'duhum liba 'din zahira
Mişkini Tərcüməsi:
De: «Şübhəsiz, əgər insan və cin tayfası bu Quranın (kəlmə və məna baxımından) bənzərini gətirmək üçün bir yerə toplaşsa, hətta bir-birlərinə kömək və arxa olsalar belə, onun bənzərini gətirə bilməzlər (çünki onu vücud, qüdrət və elm baxımından bütün varlıq aləmini əhatə etmiş bir qüvvə yaratmışdır)».
89
Əl-İsra Surəsi, Ayə 89
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِى هَٰذَا ٱلْقُرْءَانِ مِن كُلِّ مَثَلٍۢ فَأَبَىٰٓ أَكْثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورًۭا
﴿89﴾
Oxunuşu (Transkripsiya):
Qa laqad sarrafna linnasi fi hazal qurani min kulli masalin fa aba aksarun nasi illa kufura
Mişkini Tərcüməsi:
Həqiqətən, Biz bu Quranda insanlar üçün təkrar və müxtəlif (şəkillərdə) hər məsəldən çəkdik, lakin insanların çoxu inkar və nankorluqdan başqa bir şey istəmədilər.
90
Əl-İsra Surəsi, Ayə 90
وَقَالُوا۟ لَن نُّؤْمِنَ لَكَ حَتَّىٰ تَفْجُرَ لَنَا مِنَ ٱلْأَرْضِ يَنۢبُوعًا
﴿90﴾
Oxunuşu (Transkripsiya):
Va qalu lan nu'mina laka hatta tafcura lana minal ardi yambu'a
Mişkini Tərcüməsi:
Və (müşriklər möcüzələrin müqabilində aciz qaldıqdan sonra, tərslik üzündən qeyri-məntiqi bir təklif irəli sürərək) dedilər: «Bizim üçün yerdən (Məkkə torpağından) qaynayan və sabit bir bulaq çıxarıb axıtmayınca, sənə əsla iman gətirmərik».
91
Əl-İsra Surəsi, Ayə 91
أَوْ تَكُونَ لَكَ جَنَّةٌۭ مِّن نَّخِيلٍۢ وَعِنَبٍۢ فَتُفَجِّرَ ٱلْأَنْهَٰرَ خِلَٰلَهَا تَفْجِيرًا
﴿91﴾
Oxunuşu (Transkripsiya):
Av takuna laka cannatum min naxilinv va 'inabin fatufacciral anhara xilalaha tafcira
Mişkini Tərcüməsi:
«Yaxud da sənin xurma və üzüm ağaclarından elə bir bağın olsun ki, onların arasından çoxlu çaylar axıdasan».
92
Əl-İsra Surəsi, Ayə 92
أَوْ تُسْقِطَ ٱلسَّمَآءَ كَمَا زَعَمْتَ عَلَيْنَا كِسَفًا أَوْ تَأْتِىَ بِٱللَّهِ وَٱلْمَلَٰٓئِكَةِ قَبِيلًا
﴿92﴾
Oxunuşu (Transkripsiya):
Av tusqitas sama'a kama za'amta 'alaina kisafan av tatiya billahi valma la'ikati qabila
Mişkini Tərcüməsi:
«Yaxud da göyü, güman etdiyin (və bizi onunla qorxutduğun) kimi parça-parça bizim başımıza tökəsən və ya Allahı və mələkləri dəstə-dəstə bizim qarşımıza gətirəsən».
93
Əl-İsra Surəsi, Ayə 93
أَوْ يَكُونَ لَكَ بَيْتٌۭ مِّن زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِى ٱلسَّمَآءِ وَلَن نُّؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَٰبًۭا نَّقْرَؤُهُۥ ۗ قُلْ سُبْحَانَ رَبِّى هَلْ كُنتُ إِلَّا بَشَرًۭا رَّسُولًۭا
﴿93﴾
Oxunuşu (Transkripsiya):
Av yakuna laka baitum min zuxrufin av tarqa fis sama'i va lan nu'mina liruqiyyika hatta tunazzila 'alaina kitaban naqra'uh; qul Subhana Rabbi hal kuntu illa başarar Rasula
Mişkini Tərcüməsi:
«Yaxud da sənin qızıldan (və rəngarəng zinət əşyalarından) bir evin olsun, ya da göyə tərəf qalxasan. Və bizə, oxuya biləcəyimiz bir yazı gətirməyincə göyə qalxmağına (da) əsla iman gətirmərik». De: «Mənim Rəbbim pak və nöqsansızdır (kimsə Onu mələkləri ilə birlikdə öz hüzuruna çağıra bilməz və bu işləri Onun istək və iradəsi olmadan heç kəs yerinə yetirə bilməz)! Məgər mən yalnız peyğəmbərliyə göndərilmiş bir bəşər deyiləm?» (Peyğəmbərin, hətta millət istəsə belə, möcüzə seçmək haqqı yoxdur və o, Allahın seçdiyi möcüzə ilə dəvət edir).
94
Əl-İsra Surəsi, Ayə 94
وَمَا مَنَعَ ٱلنَّاسَ أَن يُؤْمِنُوٓا۟ إِذْ جَآءَهُمُ ٱلْهُدَىٰٓ إِلَّآ أَن قَالُوٓا۟ أَبَعَثَ ٱللَّهُ بَشَرًۭا رَّسُولًۭا
﴿94﴾
Oxunuşu (Transkripsiya):
Va ma mana'an nasa any yu'minu iz ca'ahumul huda illa an qalu aba'asal lahu başarar Rasula
Mişkini Tərcüməsi:
İnsanlara hidayət (Peyğəmbərin və Quranın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)
95
Əl-İsra Surəsi, Ayə 95
قُل لَّوْ كَانَ فِى ٱلْأَرْضِ مَلَٰٓئِكَةٌۭ يَمْشُونَ مُطْمَئِنِّينَ لَنَزَّلْنَا عَلَيْهِم مِّنَ ٱلسَّمَآءِ مَلَكًۭا رَّسُولًۭا
﴿95﴾
Oxunuşu (Transkripsiya):
Qul lav kana fil ardi mala 'ikatuny yamşuna mutma'innina lanazzalna 'alaihim minas sama'i malakar Rasula
Mişkini Tərcüməsi:
De: «Əgər yer üzündə arxayın hərəkət edənlər (Allah xofu olmayan və peyğəmbərlərin göndərilməsinə möhtac) mələklər olsaydı, göydən onlar üçün peyğəmbərliyə mütləq bir mələk nazil edərdik» (çünki yer əhli göydən hidayət olunmalı və peyğəmbərlə onun ümməti arasında cinsi uyğunluq olmalıdır).
96
Əl-İsra Surəsi, Ayə 96
قُلْ كَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنِى وَبَيْنَكُمْ ۚ إِنَّهُۥ كَانَ بِعِبَادِهِۦ خَبِيرًۢا بَصِيرًۭا
﴿96﴾
Oxunuşu (Transkripsiya):
Qul kafa billahi şahidam baini va bainakum; innahu kana bi'ibadihi Xabiram Basira
Mişkini Tərcüməsi:
(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz, O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir».
97
Əl-İsra Surəsi, Ayə 97
وَمَن يَهْدِ ٱللَّهُ فَهُوَ ٱلْمُهْتَدِ ۖ وَمَن يُضْلِلْ فَلَن تَجِدَ لَهُمْ أَوْلِيَآءَ مِن دُونِهِۦ ۖ وَنَحْشُرُهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمْ عُمْيًۭا وَبُكْمًۭا وَصُمًّۭا ۖ مَّأْوَىٰهُمْ جَهَنَّمُ ۖ كُلَّمَا خَبَتْ زِدْنَٰهُمْ سَعِيرًۭا
﴿97﴾
Oxunuşu (Transkripsiya):
Va mai yahdil lahu fahuval muhtad; va mai yudlil falan tacida lahum avliya'a min dunih; va nahşuruhum Yavmal Qiyamati 'ala vucuhihim umyanv va bukmanv va summa; ma vahum Cahannamu kullama xabat zidnahum sa'ira
Mişkini Tərcüməsi:
Allah kimi hidayət etsə, odur (əsl) doğru yolda olan və kimi öz zəlalətində boşlasa, onlar üçün Allahdan başqa heç bir köməkçi və başçı tapmazsan. Qiyamət günü onları kor, lal və kar halda üzləri üstə məhşərə gətirəcəyik (onlar üzləri üstə yeriyərlər, yaxud üzləri üstə süründürülərlər). Onların yeri Cəhənnəmdir. Hər zaman onun alovu azalsa, onlara bir şölə artırarıq.
98
Əl-İsra Surəsi, Ayə 98
ذَٰلِكَ جَزَآؤُهُم بِأَنَّهُمْ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا وَقَالُوٓا۟ أَءِذَا كُنَّا عِظَٰمًۭا وَرُفَٰتًا أَءِنَّا لَمَبْعُوثُونَ خَلْقًۭا جَدِيدًا
﴿98﴾
Oxunuşu (Transkripsiya):
Zalika caza'uhum biannahum kafaru bi ayatina va qalu 'a iza kunna 'izamanv va rufatan'a inna lamabusuna xalqan cadida
Mişkini Tərcüməsi:
Bu (əzab) Bizim ayə və nişanələrimizə küfr etdiklərinə və «biz bir ovuc sümük və çürümüş üzvlər olan zaman yeni bir yaradılışla diriləcəyik?!» dediklərinə görə onların cəzasıdır.
99
Əl-İsra Surəsi, Ayə 99
۞ أَوَلَمْ يَرَوْا۟ أَنَّ ٱللَّهَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ قَادِرٌ عَلَىٰٓ أَن يَخْلُقَ مِثْلَهُمْ وَجَعَلَ لَهُمْ أَجَلًۭا لَّا رَيْبَ فِيهِ فَأَبَى ٱلظَّٰلِمُونَ إِلَّا كُفُورًۭا
﴿99﴾
Oxunuşu (Transkripsiya):
Avalam yarav annal lahal lazi xalaqas samavati val arda qadirun 'ala any yaxluqa mislahum va ca'ala lahum acalal la raiba fi; fa abaz zalimuna illa kufura
Mişkini Tərcüməsi:
Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?! Lakin bu zalımlar inkar və küfrdən başqa hər bir şeydən boyun qaçırdılar.
100
Əl-İsra Surəsi, Ayə 100
قُل لَّوْ أَنتُمْ تَمْلِكُونَ خَزَآئِنَ رَحْمَةِ رَبِّىٓ إِذًۭا لَّأَمْسَكْتُمْ خَشْيَةَ ٱلْإِنفَاقِ ۚ وَكَانَ ٱلْإِنسَٰنُ قَتُورًۭا
﴿100﴾
Oxunuşu (Transkripsiya):
Qul lav antum tamlikuna xaza'ina rahmati Rabbi izal la amsaktum xaş yatal infaq; va kanal insanu qatura
Mişkini Tərcüməsi:
De: «Əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda, xərcləmək (vasitəsilə xəzinələrin qurtarması) qorxusundan mütləq xəsislik edərdiniz». İnsan (zatı ehtiyac və yoxsulluq üzündən təbiətcə) həmişə xəsisdir.
101
Əl-İsra Surəsi, Ayə 101
وَلَقَدْ ءَاتَيْنَا مُوسَىٰ تِسْعَ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ ۖ فَسْـَٔلْ بَنِىٓ إِسْرَٰٓءِيلَ إِذْ جَآءَهُمْ فَقَالَ لَهُۥ فِرْعَوْنُ إِنِّى لَأَظُنُّكَ يَٰمُوسَىٰ مَسْحُورًۭا
﴿101﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ataina Musa tis'a Aayatim baiyinatin fas'al Bani Isra'ila iz ca'ahum faqala lahu Fir'avnu ini la azunnuka ya Musa mas hura
Mişkini Tərcüməsi:
Həqiqətən, Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm».
102
Əl-İsra Surəsi, Ayə 102
قَالَ لَقَدْ عَلِمْتَ مَآ أَنزَلَ هَٰٓؤُلَآءِ إِلَّا رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ بَصَآئِرَ وَإِنِّى لَأَظُنُّكَ يَٰفِرْعَوْنُ مَثْبُورًۭا
﴿102﴾
Oxunuşu (Transkripsiya):
Qala laqad 'alimta ma anzala ha'ula'i illa Rabbus samavati val ardi basa'ira va inni la azun nuka ya Fir'avnu masbura
Mişkini Tərcüməsi:
Musa dedi: «Şübhəsiz, sən bilirsən ki, bu möcüzələri aydın dəlillər olmaq üçün yalnız, göylərin və yerin Rəbbi nazil etmişdir. Və əlbəttə – ey Firon – mən səni (artıq) həlak olmuş sanıram».
103
Əl-İsra Surəsi, Ayə 103
فَأَرَادَ أَن يَسْتَفِزَّهُم مِّنَ ٱلْأَرْضِ فَأَغْرَقْنَٰهُ وَمَن مَّعَهُۥ جَمِيعًۭا
﴿103﴾
Oxunuşu (Transkripsiya):
Fa arada any yastafizzahum minal ardi fa ağraqnahu va mam ma'ahu cami'a
Mişkini Tərcüməsi:
Beləliklə, Firon onları (öldürməklə) yer (üzün)dən (və ya sürgün etməklə Misir torpağından) çıxartmaq qərarına gəldi. Belə olduqda Biz onu və onunla birlikdə olanların hamısını suda batırdıq.
104
Əl-İsra Surəsi, Ayə 104
وَقُلْنَا مِنۢ بَعْدِهِۦ لِبَنِىٓ إِسْرَٰٓءِيلَ ٱسْكُنُوا۟ ٱلْأَرْضَ فَإِذَا جَآءَ وَعْدُ ٱلْءَاخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًۭا
﴿104﴾
Oxunuşu (Transkripsiya):
Va qulna mim ba'dihi li Bani Isra'ilas kunul arda faiza ca'a va'dulaxirati ci'na bikum lafifa
Mişkini Tərcüməsi:
Və ondan (Firondan) sonra İsrail övladlarına dedik: «(Misir və Şam) torpağ(ın)da məskunlaşın. Beləliklə, axirət vədəsi yetişəndə sizin hamınızı birlikdə (Məhşər səhnəsinə) gətirəcəyik (və mühakimə yürüdülüb hökm çıxarıldıqdan sonra ayıracağıq)».
105
Əl-İsra Surəsi, Ayə 105
وَبِٱلْحَقِّ أَنزَلْنَٰهُ وَبِٱلْحَقِّ نَزَلَ ۗ وَمَآ أَرْسَلْنَٰكَ إِلَّا مُبَشِّرًۭا وَنَذِيرًۭا
﴿105﴾
Oxunuşu (Transkripsiya):
Va bilhaqqi anzalnahu va bilhaqqi nazal; va ma arsalnaka illa mubaş şiranv va nazira
Mişkini Tərcüməsi:
(Bu Quranı) haqq olaraq nazil etdik, haqq olaraq da nazil oldu (onun vəhy mənbəyindən çıxması haqq və uca bir məqsəd üçündür, nazil olması və qalması haqdır və o, hər bir səhv və təhrifdən uzaqdır). Biz səni (iman gətirənlər üçün) yalnız müjdə verən və (inkar edənləri) qorxudan göndərmişik (imamın vəzifələrindən olan icraya məmur və ya Allahın işlərindən olan cəzalandırmağa vəkil deyilsən).
106
Əl-İsra Surəsi, Ayə 106
وَقُرْءَانًۭا فَرَقْنَٰهُ لِتَقْرَأَهُۥ عَلَى ٱلنَّاسِ عَلَىٰ مُكْثٍۢ وَنَزَّلْنَٰهُ تَنزِيلًۭا
﴿106﴾
Oxunuşu (Transkripsiya):
Va quranan faraqnahu litaqra ahu 'alan nasi 'ala muksinv va nazzalnahu tanzila
Mişkini Tərcüməsi:
Biz bu Quranı sənə hissə-hissə və ayrı-ayrı oxuduq (surə-surə və ayə-ayə nazil etdik və ya hadisələrin baş verməsinə uyğun olaraq böldük) ki, onu insanlara tələsmədən yavaş-yavaş oxuyasan və Biz onu tədricən (iyirmi üç il ərzində) nazil etdik.
107
Əl-İsra Surəsi, Ayə 107
قُلْ ءَامِنُوا۟ بِهِۦٓ أَوْ لَا تُؤْمِنُوٓا۟ ۚ إِنَّ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ مِن قَبْلِهِۦٓ إِذَا يُتْلَىٰ عَلَيْهِمْ يَخِرُّونَ لِلْأَذْقَانِ سُجَّدًۭا
﴿107﴾
Oxunuşu (Transkripsiya):
Qul animinu bihi av la tu'minu; innal lazina utul 'ilma min qablihi iza yutla 'alaihim yaxirruna lil azqani succada
Mişkini Tərcüməsi:
(Müşriklərə) de: «Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzü üstə düşürlər».
108
Əl-İsra Surəsi, Ayə 108
وَيَقُولُونَ سُبْحَٰنَ رَبِّنَآ إِن كَانَ وَعْدُ رَبِّنَا لَمَفْعُولًۭا
﴿108﴾
Oxunuşu (Transkripsiya):
Va yaquluna Subhana Rabbina in kana va'du Rabbina lamaf'ula
Mişkini Tərcüməsi:
Və deyirlər: «Pakdır bizim Rəbbimiz! Həqiqətən, Rəbbimizin vədi həmişə yerinə yetəndir».
109
Əl-İsra Surəsi, Ayə 109
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًۭا ۩
﴿109﴾
Oxunuşu (Transkripsiya):
Va yaxirruna lil azqani yabkuna va yaziduhum xuşu'a
Mişkini Tərcüməsi:
Və (Allahın hüzurunda) ağlayaraq üzü üstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır.
110
Əl-İsra Surəsi, Ayə 110
قُلِ ٱدْعُوا۟ ٱللَّهَ أَوِ ٱدْعُوا۟ ٱلرَّحْمَٰنَ ۖ أَيًّۭا مَّا تَدْعُوا۟ فَلَهُ ٱلْأَسْمَآءُ ٱلْحُسْنَىٰ ۚ وَلَا تَجْهَرْ بِصَلَاتِكَ وَلَا تُخَافِتْ بِهَا وَٱبْتَغِ بَيْنَ ذَٰلِكَ سَبِيلًۭا
﴿110﴾
Oxunuşu (Transkripsiya):
Qulid'ul laha avid'ur Rahmana ayyam ma tad'u falahul asma'ul Husna; va la tachar bi Salatika va la tuxafit biha vabtaği baina zalika sabila
Mişkini Tərcüməsi:
De: «(İstəyirsiniz bütün kamilliklərə malik, vücudu vacib olan tək varlıq üçün qoyulmuş) Allah (adın)ı çağırın, ya (Ona sifətləri baxımından qoyulmuş) Rəhman (adın)ı çağırın. Hansı birini çağırsanız (bir pak zata işarədir), çünki Onun çox gözəl adları vardır (ki, bəzisi Onun zatına, bəzisi zatının sifətlərinə və bəzisi də işlərinin sifətlərinə dəlalət edir). Və namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma və çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). Və bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə birbirlərindən fərqlənsin.
111
Əl-İsra Surəsi, Ayə 111
وَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى لَمْ يَتَّخِذْ وَلَدًۭا وَلَمْ يَكُن لَّهُۥ شَرِيكٌۭ فِى ٱلْمُلْكِ وَلَمْ يَكُن لَّهُۥ وَلِىٌّۭ مِّنَ ٱلذُّلِّ ۖ وَكَبِّرْهُ تَكْبِيرًۢا
﴿111﴾
Oxunuşu (Transkripsiya):
Va qulil hamdu lillahil lazi lam yattaxiz valadanv va lam yakul lahu şarikun fil mulki va lam yakul lahu valiyyum minaz zulli va kabbirhu takbira
Mişkini Tərcüməsi:
Və de: «Bütün həmdlər övlad götürməmiş (çünki, övladın dünyaya gəlməsinin müqəddiməsi və dünyaya gəlməsindən sonra olan xeyirləri Onun barəsində qeyri-mümkündür), (varlıq aləminə) hakimiyyət və (ona) həqiqi sahiblikdə heç bir şəriki olmayan və (qorxu, ehtiyac və) zillət üzündən bir köməkçi, başçı və dostu olmayan Allaha məxsusdur. Və (bütün namazlarda və hər bir halda) təkbir de, Onun böyüklüyünə tam etiqad bəslə və cəmiyyətdə imkanın qədər Onu böyük tut.