23

Əl-Möminun Surəsi

118 Ayə 18-ci Cüz Məkkə
سُورَةُ المؤمنون Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 23 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Möminun Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Möminun Surəsi, Ayə 1

قَدْ أَفْلَحَ ٱلْمُؤْمِنُونَ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Qad aflahal mu'minun
Mişkini Tərcüməsi: Həqiqətən, (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).
2 Əl-Möminun Surəsi, Ayə 2

ٱلَّذِينَ هُمْ فِى صَلَاتِهِمْ خَٰشِعُونَ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Allazina hum fi Salatihim xaşi'un
Mişkini Tərcüməsi: O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar.
3 Əl-Möminun Surəsi, Ayə 3

وَٱلَّذِينَ هُمْ عَنِ ٱللَّغْوِ مُعْرِضُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Vallazina hum 'anillağvimu'ridun
Mişkini Tərcüməsi: Və o kəslər ki, bütün pis və çirkin (iş)lərdən üz döndərirlər.
4 Əl-Möminun Surəsi, Ayə 4

وَٱلَّذِينَ هُمْ لِلزَّكَوٰةِ فَٰعِلُونَ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Vallazina hum liz Zakati fa'ilun
Mişkini Tərcüməsi: Və o kəslər ki, zəkat verir və nəfslərini təmizləyirlər.
5 Əl-Möminun Surəsi, Ayə 5

وَٱلَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَٰفِظُونَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Vallazina hum lifuru cihim hafizun
Mişkini Tərcüməsi: Və o kəslər ki, öz şəhvət qüvvələrini cilovlayırlar.
6 Əl-Möminun Surəsi, Ayə 6

إِلَّا عَلَىٰٓ أَزْوَٰجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Illa 'ala azvacihim av ma malakat aimanuhum fa innahum ğairu malumin
Mişkini Tərcüməsi: Öz zövcələrinə və kənizlərinə qarşı istisna olmaqla ki, onlar (zövcə və kənizləri ilə şəhvətlə davranmağa görə) qınanmazlar.
7 Əl-Möminun Surəsi, Ayə 7

فَمَنِ ٱبْتَغَىٰ وَرَآءَ ذَٰلِكَ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْعَادُونَ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Famanib tağa vara'a zalika fa ula'ika humul 'adun
Mişkini Tərcüməsi: Odur ki, bundan (bu ikisindən) başqasını axtaranlar (bu ikisindən başqasından hər hansı cinsi ləzzət alanlar İslamın müəyyənləşdirdiyi) həddi aşanlardır.
8 Əl-Möminun Surəsi, Ayə 8

وَٱلَّذِينَ هُمْ لِأَمَٰنَٰتِهِمْ وَعَهْدِهِمْ رَٰعُونَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Vallazina hum li amanatihim va 'ahdihim ra'un
Mişkini Tərcüməsi: Və o kəslər ki, özlərinin (xalqla və yaradanla) əmanətlərinə və (Allahın onlarla bağladığı, yaxud özləri öz aralarında bağladıqları və ya camaatla bağladıqları) əhd-peymanlarına riayət edirlər.
9 Əl-Möminun Surəsi, Ayə 9

وَٱلَّذِينَ هُمْ عَلَىٰ صَلَوَٰتِهِمْ يُحَافِظُونَ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Vallazina hum 'ala Salavatihim yuhafizun
Mişkini Tərcüməsi: Və o kəslər ki, namazlarını (tam və kamil olması baxımından) qoruyurlar.
10 Əl-Möminun Surəsi, Ayə 10

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْوَٰرِثُونَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Ula'ika humul varisun
Mişkini Tərcüməsi: Onlardır varislər!
11 Əl-Möminun Surəsi, Ayə 11

ٱلَّذِينَ يَرِثُونَ ٱلْفِرْدَوْسَ هُمْ فِيهَا خَٰلِدُونَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Allazina yarisunal Firdavsa hum fiha xalidun
Mişkini Tərcüməsi: Uca Cənnətə varis olanlar (şəxsi malları kimi Cənnətə mütləq və daimi sahib olanlar və ya kafirlərin Cənnət payına da varis çıxıb yiyələnənlər)! Onlar orada əbədidirlər.
12 Əl-Möminun Surəsi, Ayə 12

وَلَقَدْ خَلَقْنَا ٱلْإِنسَٰنَ مِن سُلَٰلَةٍۢ مِّن طِينٍۢ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va laqad xalaqnal insana min sulalatim mintin
Mişkini Tərcüməsi: Şübhəsiz, Biz insanı(n ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq.
13 Əl-Möminun Surəsi, Ayə 13

ثُمَّ جَعَلْنَٰهُ نُطْفَةًۭ فِى قَرَارٍۢ مَّكِينٍۢ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Summa ca'alnahu nutfatan fi qararim makin
Mişkini Tərcüməsi: Sonra onu(n nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq.
14 Əl-Möminun Surəsi, Ayə 14

ثُمَّ خَلَقْنَا ٱلنُّطْفَةَ عَلَقَةًۭ فَخَلَقْنَا ٱلْعَلَقَةَ مُضْغَةًۭ فَخَلَقْنَا ٱلْمُضْغَةَ عِظَٰمًۭا فَكَسَوْنَا ٱلْعِظَٰمَ لَحْمًۭا ثُمَّ أَنشَأْنَٰهُ خَلْقًا ءَاخَرَ ۚ فَتَبَارَكَ ٱللَّهُ أَحْسَنُ ٱلْخَٰلِقِينَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Summa xalaqnan nutfata 'alaqatan faxalaqnal 'alaqata mudğatan faxalaq nal mudğata 'izaman fakasavnal 'izama lahman summa anşanahu xalqan axar; fatabarakal lahu ahsanul xaliqin
Mişkini Tərcüməsi: Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!
15 Əl-Möminun Surəsi, Ayə 15

ثُمَّ إِنَّكُم بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Summa innakum ba'da zalika la maiyitun
Mişkini Tərcüməsi: Siz ondan (dünyaya gəlib yaşadıqdan) sonra mütləq öləcəksiniz.
16 Əl-Möminun Surəsi, Ayə 16

ثُمَّ إِنَّكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ تُبْعَثُونَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Summa innakum Yavmal Qiyamati tub'asun
Mişkini Tərcüməsi: Daha sonra siz şübhəsiz, Qiyamət günü (özünüzün torpaqdan başlayıb belləri, bətnləri, dünyanı və Bərzəx aləmini keçmiş hərəkətinizi kamala çatdırmaq üçün qəbirlərdən) qaldırılacaqsınız.
17 Əl-Möminun Surəsi, Ayə 17

وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَآئِقَ وَمَا كُنَّا عَنِ ٱلْخَلْقِ غَٰفِلِينَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Va laqad xalaqna favqakum sab'a tara'iqa va ma kunna 'anil xalqi ğafilin
Mişkini Tərcüməsi: Həqiqətən, Biz sizin başınız üzərində yeddi yol (mələklərin get-gəl yerləri olan yeddi göy) yaratmışıq və Biz yaradılış və yaradılmışların işində əsla qafillərdən deyilik.
18 Əl-Möminun Surəsi, Ayə 18

وَأَنزَلْنَا مِنَ ٱلسَّمَآءِ مَآءًۢ بِقَدَرٍۢ فَأَسْكَنَّٰهُ فِى ٱلْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍۭ بِهِۦ لَقَٰدِرُونَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va anzalna minas sama'i ma'am biqadarin fa-askannahu fil ardi va inna 'ala zahabim bihi laqa dirun
Mişkini Tərcüməsi: Və göydən (yağış, qar və dolu şəklində) müəyyən miqdarda (yer və insanların layiq olduqarı qədər) su endirdik. Sonra onu yer(in dərinliklərin)də yerləşdirdik. Əlbəttə, Biz onun hamısını yox etməyə qadirik.
19 Əl-Möminun Surəsi, Ayə 19

فَأَنشَأْنَا لَكُم بِهِۦ جَنَّٰتٍۢ مِّن نَّخِيلٍۢ وَأَعْنَٰبٍۢ لَّكُمْ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Fa anşana lakum bihi Cannatim min naxilinv va a'nab; lakum fiha favakihu kasiratunv va minha takulun
Mişkini Tərcüməsi: Sonra həmin su ilə sizin üçün xurma ağacları və üzüm tənəklərindən bağlar yaratdıq. Onda sizin (dolanışığınızı təmin etməyiniz) üçün çoxlu meyvələr vardır və ondan həm də yeyirsiniz.
20 Əl-Möminun Surəsi, Ayə 20

وَشَجَرَةًۭ تَخْرُجُ مِن طُورِ سَيْنَآءَ تَنۢبُتُ بِٱلدُّهْنِ وَصِبْغٍۢ لِّلْءَاكِلِينَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va şacaratan taxrucu min Turi Saina'a tambutu bidduhni va sibğil lil akilin
Mişkini Tərcüməsi: Və (adətən) Sina dağından çıxan bir ağac (da yaratdıq) ki, yeyənlər üçün (zeytun) yağ(ı) və yavanlıq bitirir.
21 Əl-Möminun Surəsi, Ayə 21

وَإِنَّ لَكُمْ فِى ٱلْأَنْعَٰمِ لَعِبْرَةًۭ ۖ نُّسْقِيكُم مِّمَّا فِى بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٌۭ وَمِنْهَا تَأْكُلُونَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Va inna lakum fil an'ami la'ibrah; nusqikum mimma fi butuniha va lakum fiha manafi'u kasiratunv va minha takulun
Mişkini Tərcüməsi: Həqiqətən, heyvanlarda (onların yaradılışında, növlərinin müxtəlifliyində, ram olmalarında və sizə möhtac olmalarında) sizin üçün ibrət (dərsi) vardır. (Xüsusilə bundan ibrət götürün ki,) onların qarınlarında olanlardan sizə (süd) içirdirik və onlarda (onların dirisində, kəsilmişində və nəslində) sizin üçün çoxlu mənfəətlər vardır və onlardan (onların ətlərindən) yeyirsiniz.
22 Əl-Möminun Surəsi, Ayə 22

وَعَلَيْهَا وَعَلَى ٱلْفُلْكِ تُحْمَلُونَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va 'alaiha va'alal fulki tuhmalun
Mişkini Tərcüməsi: Və onlara və gəmilərə minirsiniz.
23 Əl-Möminun Surəsi, Ayə 23

وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va laqad arsalna Nuhan ila qavmihi faqala ya qavmi'budul laha ma lakum min ilahin ğairuhu afala tattaqun
Mişkini Tərcüməsi: Həqiqətən, Biz (ilk şəriət sahibi olan) Nuhu (o vaxt yer üzündə olanların hamısını əhatə edən) öz qövmünə (pyeğəmbər) göndərdik. Beləliklə o, dedi: «Ey mənim qövmüm, tək olan Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Məgər (Onun qəzəbindən və Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?»
24 Əl-Möminun Surəsi, Ayə 24

فَقَالَ ٱلْمَلَؤُا۟ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَٰٓئِكَةًۭ مَّا سَمِعْنَا بِهَٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Faqalal mala'ul lazina kafaru min qavmihi ma haza illa başarum mislukum yuridu ai yatafaddala 'alaikum va lav şa'al lahu la anzala mala'ikatam ma sami'na bihaza fi aba'inal avvalin
Mişkini Tərcüməsi: Beləliklə, onun qövmünün küfr etmiş böyükləri dedilər: «Bu (kişi) sizin kimi yalnız bir bəşərdir ki, sizə üstün olmaq (və böyüklük etmək) istəyir. Əgər Allah (peyğəmbər göndərmək) istəsəydi (göydən) mələklər endirərdi. Biz öz ulu babalarımızın arasında belə bir şey eşitməmişik (ki, insan peyğəmbərlik iddiası etsin və bir Allaha tərəf dəvət edərək başqa tanrıları inkar etsin).
25 Əl-Möminun Surəsi, Ayə 25

إِنْ هُوَ إِلَّا رَجُلٌۢ بِهِۦ جِنَّةٌۭ فَتَرَبَّصُوا۟ بِهِۦ حَتَّىٰ حِينٍۢ ﴿25﴾

Oxunuşu (Transkripsiya): In huva illa raculum bihi cinnatun fatarabbasu bihi hattan hin
Mişkini Tərcüməsi: O, yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin (bəlkə sağaldı yaxud öldü).
26 Əl-Möminun Surəsi, Ayə 26

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbin surni bima kazzabun
Mişkini Tərcüməsi: Nuh dedi: «Ey Rəbbim, onların təkzibinin müqabilində mənə kömək et!»
27 Əl-Möminun Surəsi, Ayə 27

فَأَوْحَيْنَآ إِلَيْهِ أَنِ ٱصْنَعِ ٱلْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَآءَ أَمْرُنَا وَفَارَ ٱلتَّنُّورُ ۙ فَٱسْلُكْ فِيهَا مِن كُلٍّۢ زَوْجَيْنِ ٱثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَن سَبَقَ عَلَيْهِ ٱلْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَٰطِبْنِى فِى ٱلَّذِينَ ظَلَمُوٓا۟ ۖ إِنَّهُم مُّغْرَقُونَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Fa avhaina ilaihi anis na'il fulka bi a'yunina va vahyina fa iza ca'a amruna va farat tannuru fasluk fiha min kullin zavcainis naini va ahlaka illa man sabaqa 'alaihil qavlu minhum va la tuxat ibni fil lazina zalamu innahum muğraqun
Mişkini Tərcüməsi: Beləliklə, ona vəhy etdik ki, gəmini Bizim hüzurumuzda və Bizim vəhyimiz ilə (Bizim verdiyimiz quruluş əsasında) düzəlt. Bizim əmrimiz (kafirlər barəsindəki qəti hökmümüz) çatanda və təndirdən su qaynayan zaman hər heyvandan bir-birinin cütü olan iki dənə (bir dişi və bir erkək) və öz(ünün iman gətirənlərdən ibarət iman) ailəni – (məhvi) barəsində əvvəlcədən hökmümüz verilmiş kəs (zövcən və oğlanlarından biri) istisna olmaqla – həmin gəmiyə mindir və Mənimlə zülm etmiş kəslər barəsində danışma (vasitəçilik etmə). Çünki onlar (suda) batmağa məhkumdurlar.
28 Əl-Möminun Surəsi, Ayə 28

فَإِذَا ٱسْتَوَيْتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلْفُلْكِ فَقُلِ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى نَجَّىٰنَا مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Fa izas tavaita ata va mam ma'aka 'alal fulki faqulil hamdu lillahil lazi naccana minal qavmiz zalimin
Mişkini Tərcüməsi: Beləliklə, elə ki, sən və səninlə birlikdə olanlar gəmiyə yerləşdiniz, de: «Həmd və səna bizə zalım dəstədən nicat verən Allaha məxsusdur».
29 Əl-Möminun Surəsi, Ayə 29

وَقُل رَّبِّ أَنزِلْنِى مُنزَلًۭا مُّبَارَكًۭا وَأَنتَ خَيْرُ ٱلْمُنزِلِينَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Va qur Rabbi anzilni munzalam mubarakanv va Anta xairul munzilin
Mişkini Tərcüməsi: Və de: «Ey Rəbbim, məni (bu gəmidə və sonra yerdə) xeyir dolu (çox bərəkətli) məkanda endir. Sən yerləşdirənlərin ən yaxşısısan».
30 Əl-Möminun Surəsi, Ayə 30

إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ وَإِن كُنَّا لَمُبْتَلِينَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Inna fi zalika la Aayatinv va in kunna lamubtalin
Mişkini Tərcüməsi: Şübhəsiz, bunda (bu böyük hadisədə Allahın tovhid, qüdrət və əzəmətindən) nişanələr vardır və həqiqətən, Biz (bəndələrimizi) həmişə sınayırıq.
31 Əl-Möminun Surəsi, Ayə 31

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قَرْنًا ءَاخَرِينَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Summa anşana mim ba'dihim qarnan axarin
Mişkini Tərcüməsi: Sonra onların arxasınca digər bir cəmiyyət və nəsil vücuda gətirdik.
32 Əl-Möminun Surəsi, Ayə 32

فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًۭا مِّنْهُمْ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ أَفَلَا تَتَّقُونَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Fa arsalna fihim Rasulam minhum ani'budul laha ma lakum min ilahin ğairuhu afala tattaqun
Mişkini Tərcüməsi: Onların içinə (mələklərdən, cinlərdən və ya dillərini bilməyənlərdən deyil) özlərindən bir elçi göndərdik ki: Tək olan Allaha ibadət edin, sizin Ondan başqa bir məbudunuz yoxdur. Məgər (Ondan qeyrisinə ibadət etməkdən) çəkinmirsiniz?!
33 Əl-Möminun Surəsi, Ayə 33

وَقَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِ ٱلَّذِينَ كَفَرُوا۟ وَكَذَّبُوا۟ بِلِقَآءِ ٱلْءَاخِرَةِ وَأَتْرَفْنَٰهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مَا هَٰذَآ إِلَّا بَشَرٌۭ مِّثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Va qalal mala-u min qavmihil lazina kafaru va kazzabu bi liqa'il Aaxirati va atrafnahum fil hayatid dunya ma haza illa başarum mislukum yakulu mimma takuluna minhu va yaşrabu mimma taşrabun
Mişkini Tərcüməsi: Onun qövmündən küfr etmiş, axirət görüşünü təkzib etmiş və dünya həyatında rifah verdiyimiz başçılar (digərlərinə) dedilər: «Bu kişi (də) sizin kimi yalnız bir bəşərdir, yediklərinizdən yeyir, içdiklərinizdən içir. (Belə olan halda o, necə peyğəmbər ola bilər?!)»
34 Əl-Möminun Surəsi, Ayə 34

وَلَئِنْ أَطَعْتُم بَشَرًۭا مِّثْلَكُمْ إِنَّكُمْ إِذًۭا لَّخَٰسِرُونَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va la'in at'atum başaram mislakum innakum izal laxasirun
Mişkini Tərcüməsi: Əgər özünüz kimi (adi) bir insana tabe olsanız onda şübhəsiz, ziyana uğrayacaqsınız.
35 Əl-Möminun Surəsi, Ayə 35

أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنتُمْ تُرَابًۭا وَعِظَٰمًا أَنَّكُم مُّخْرَجُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): A-Ya'idukum annakum iza mittum va kuntum turabanv va izaman annakum muxracun
Mişkini Tərcüməsi: O, sizə ölüb bir ovuc torpaq və sümük olduqdan sonra (yenidən dirildilərək qəbirdən) çıxarılacağınızı vəd edir?
36 Əl-Möminun Surəsi, Ayə 36

۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Haihata haihata lima tu'adun
Mişkini Tərcüməsi: Sizə vəd edilən şey (həqiqətdən) çox-çox uzaqdır!
37 Əl-Möminun Surəsi, Ayə 37

إِنْ هِىَ إِلَّا حَيَاتُنَا ٱلدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): In hiya illa hayatunad dunya namutu va nahya va ma nahnu bimab'usin
Mişkini Tərcüməsi: Bizim ölüb dirildiyimiz (bir dəstənin ölüb digər bir dəstənin dirildiyi və ya bir dəstənin öldüyü və onların ruhlarının digər bir dəstənin cismində dirildiyi) bu dünya həyatından başqa bir həyat yoxdur və biz heç vaxt dirildilən deyilik.
38 Əl-Möminun Surəsi, Ayə 38

إِنْ هُوَ إِلَّا رَجُلٌ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا وَمَا نَحْنُ لَهُۥ بِمُؤْمِنِينَ ﴿38﴾

Oxunuşu (Transkripsiya): In huva illa raculunif tara 'alal lahi kazibanv va ma nahnu lahu bimu'minin
Mişkini Tərcüməsi: O, yalnız, Allaha yalan yaxan bir kişidir və biz ona əsla etiqad bəsləmirik.
39 Əl-Möminun Surəsi, Ayə 39

قَالَ رَبِّ ٱنصُرْنِى بِمَا كَذَّبُونِ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbin surni bima kazzabun
Mişkini Tərcüməsi: (Peyğəmbərləri) dedi: «Ey Rəbbim, onların təkzibləri müqabilində Mənə kömək et!»
40 Əl-Möminun Surəsi, Ayə 40

قَالَ عَمَّا قَلِيلٍۢ لَّيُصْبِحُنَّ نَٰدِمِينَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Qala 'amma qalilil la yusbihunna nadimin
Mişkini Tərcüməsi: Allah buyurdu: «Az bir zamandan sonra (ölüm zamanı və Bərzəx aləmində) mütləq peşman olacaqlar».
41 Əl-Möminun Surəsi, Ayə 41

فَأَخَذَتْهُمُ ٱلصَّيْحَةُ بِٱلْحَقِّ فَجَعَلْنَٰهُمْ غُثَآءًۭ ۚ فَبُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Fa axazat humus saihatu bilhaqqi faca'alnahum ğusa'a; fabu;dal lilqav miz zalimin
Mişkini Tərcüməsi: Beləliklə, haqlı olaraq (Allahın kamil hikmət və məsləhətinə əsasən) onları (göydən gələn bir) fəryad bürüdü. Onları sel üzərindəki çör-çöpə (kimi) etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun zalım dəstə!
42 Əl-Möminun Surəsi, Ayə 42

ثُمَّ أَنشَأْنَا مِنۢ بَعْدِهِمْ قُرُونًا ءَاخَرِينَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Summa anşana mim ba'dihim qurunan axarin
Mişkini Tərcüməsi: Sonra onların arxasınca, bir-birinin ardınca gələn əsrlərdə digər nəsilləri yaratdıq.
43 Əl-Möminun Surəsi, Ayə 43

مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَـْٔخِرُونَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Ma tasbiqu min ummatin acalaha va ma yastaxirun
Mişkini Tərcüməsi: Heç bir ümmət öz zamanından (Lövhi-Məhfuzda olan müəyyən həyat müdətindən) nə qabağa keçər və nə də geri qalar.
44 Əl-Möminun Surəsi, Ayə 44

ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَا ۖ كُلَّ مَا جَآءَ أُمَّةًۭ رَّسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُم بَعْضًۭا وَجَعَلْنَٰهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًۭا لِّقَوْمٍۢ لَّا يُؤْمِنُونَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Summa arsalna Rusulana tatra kulla ma ca'a ummatar Rasuluha kazzabuh; fa atba'na ba'dahum ba'danv va ca'alnahum ahadis; fabu'dal liqavmil la yu'minun
Mişkini Tərcüməsi: Sonra bir-birinin ardınca Öz peyğəmbərlərimizi göndərdik. Nə vaxt (hansısa) bir millətə öz peyğəmbəri gəldisə onu təkzib etdilər. Buna görə Biz də onları bir-birinin ardınca (məhvə) yola saldıq və onları (məhv olduqdan sonra dillərdə) hekayət və əfsanələr etdik. Buna görə də məhv və (Allahın rəhmətindən) uzaq olsun iman gətirməyən dəstə!
45 Əl-Möminun Surəsi, Ayə 45

ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَٰرُونَ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Summa arsalna Musa va axahu Haruna bi Aayatina va sultanim mubin
Mişkini Tərcüməsi: Sonra Musa və qardaşı Harunu Öz ayə və nişanələrimizlə (doqquz möcüzə) və (məntiq və isbat baxımından) aşkar dəlilsübutla göndərdik.
46 Əl-Möminun Surəsi, Ayə 46

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱسْتَكْبَرُوا۟ وَكَانُوا۟ قَوْمًا عَالِينَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Ila Fir'avna va mala'ihi fastakbaru va kanu qavman 'alim
Mişkini Tərcüməsi: Firona və onun (qövmünün) böyüklərinə və başçılarına tərəf. Onlar isə təkəbbür göstərdilər. Onlar üstünlük axtaran və məqampərəst bir dəstə idilər.
47 Əl-Möminun Surəsi, Ayə 47

فَقَالُوٓا۟ أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَٰبِدُونَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Faqalu annu'minu libaşaraini mislina va qavmuhuma lana 'abidun
Mişkini Tərcüməsi: Buna görə də dedilər: «Qövmləri bizim qulumuz və bizə müti ola-ola, özümüz kimi iki insana iman gətirək?»
48 Əl-Möminun Surəsi, Ayə 48

فَكَذَّبُوهُمَا فَكَانُوا۟ مِنَ ٱلْمُهْلَكِينَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Fakazzabuhuma fakanu minal mmuhlakin
Mişkini Tərcüməsi: Beləliklə, o iki nəfəri təkzib etdilər və (nəhayət) məhv edilənlərdən oldular.
49 Əl-Möminun Surəsi, Ayə 49

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ لَعَلَّهُمْ يَهْتَدُونَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Va laqad ataina Musal Kitaba la'allahum yahtadun
Mişkini Tərcüməsi: Və şübhəsiz, Biz Musaya (səma) kitab(ı olan Tövratı) əta etdik ki, bəlkə onlar (İsrail övladları) doğru yola yönəlsinlər.
50 Əl-Möminun Surəsi, Ayə 50

وَجَعَلْنَا ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥٓ ءَايَةًۭ وَءَاوَيْنَٰهُمَآ إِلَىٰ رَبْوَةٍۢ ذَاتِ قَرَارٍۢ وَمَعِينٍۢ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Va ca'alnab na Maryama va ummahu ayatannv va avainahuma ila rabvatin zati qararinv va ma'in
Mişkini Tərcüməsi: Məryəm oğlunu və onun anasını (dünyaya gəlməsinin necəliyi, peyğəmbərlik dövrü və kitabı əldə etməsi baxımından Öz tovhid və qüdrətimiz üçün) bir ayə və nişanə etdik. Və onların hər ikisini uca, yaşayış üçün yararlı və axar sulu bir torpaqda (Beytul-Müqəddəsdə, yaxud Şamda və ya Misirdə) yerləşdirdik.
51 Əl-Möminun Surəsi, Ayə 51

يَٰٓأَيُّهَا ٱلرُّسُلُ كُلُوا۟ مِنَ ٱلطَّيِّبَٰتِ وَٱعْمَلُوا۟ صَٰلِحًا ۖ إِنِّى بِمَا تَعْمَلُونَ عَلِيمٌۭ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Ya aiyuhar Rusulu kulu minat taiyibati va'malu salihan inni bima ta'maluna 'Alim
Mişkini Tərcüməsi: Ey Bizim elçilərimiz! (Bəşəriyyətə öyrətmək məqsədi ilə dünyada olan) bütün (yemək, içmək, geyim, hava, bitki və digər şeylərin) paklar(ın)dan bəhrələnin və yaxşı işlər görün ki, Mən etdiklərinizin hamısını bilirəm.
52 Əl-Möminun Surəsi, Ayə 52

وَإِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَأَنَا۠ رَبُّكُمْ فَٱتَّقُونِ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Va inna hazihi ummatukum ummatanv vahidatanv va Ana Rabbukum fattaqun
Mişkini Tərcüməsi: Həqiqətən, siz (peyğəmbərlərin, həmçinin nəsilləri kəsilənədək sizin ümmətləriniz)in bu (İslam) din(iniz) və şəriətiniz yeganə din və şəriətdir. (Çünki o, bütün şəriətləri özündə toplamış qüdrətli bir dindir ki, üsuliddin və füruiddindən təşkil olunmuşdur. Şəriətlər arasındakı fərqlər və onların sayının çoxluğu bəzi hökmlər baxımındandır.) Və Mən sizin Rəbbinizəm. Buna görə də Məndən qorxun!
53 Əl-Möminun Surəsi, Ayə 53

فَتَقَطَّعُوٓا۟ أَمْرَهُم بَيْنَهُمْ زُبُرًۭا ۖ كُلُّ حِزْبٍۭ بِمَا لَدَيْهِمْ فَرِحُونَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Fataqatta'u amrahum bainahum zubura; kullu hizbim bima ladaihim farihun
Mişkini Tərcüməsi: Beləliklə, onlar (ümmətlər kitab və şəriətin nazil olmasının lap əvvəlindən bütün əsrlərdə öz alimlərinə tabe olub din) işlərini öz aralarında parçalayaraq firqə və dəstələrə bölündülər. Hər bir firqə əlində olana sevinir.
54 Əl-Möminun Surəsi, Ayə 54

فَذَرْهُمْ فِى غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Fazarhum fi ğamratihim hatta hin
Mişkini Tərcüməsi: Buna görə də onları bir müddətədək (ölənə kimi) öz qəflət və keflilik burulğanında (vücudlarını bürülümüş əqidə və əməl azğınlığı dəryasında) boşla.
55 Əl-Möminun Surəsi, Ayə 55

أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُم بِهِۦ مِن مَّالٍۢ وَبَنِينَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): A-yahsabuna annnama numiduhum bihi mimmalinv va banin
Mişkini Tərcüməsi: Yoxsa belə güman edirlər ki, onlara yardım etdiyimiz mal-dövlət və oğullarla
56 Əl-Möminun Surəsi, Ayə 56

نُسَارِعُ لَهُمْ فِى ٱلْخَيْرَٰتِ ۚ بَل لَّا يَشْعُرُونَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Nusari'u lahum fil xairat; bal la yaş'urun
Mişkini Tərcüməsi: onların xeyirə nail olmalarına tələsirik? (Xeyr,) əksinə, anlamırlar (ki, onların sınanmaları və bədbəxtlikdə daha da irəliləmələri üçün vasitələr hazırlayırıq).
57 Əl-Möminun Surəsi, Ayə 57

إِنَّ ٱلَّذِينَ هُم مِّنْ خَشْيَةِ رَبِّهِم مُّشْفِقُونَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Innal lazina hum min xaşyati Rabbihim muşfiqun
Mişkini Tərcüməsi: Həqiqətən, Rəbblərinin (əzabının) qorxusundan iztirabda olanlar
58 Əl-Möminun Surəsi, Ayə 58

وَٱلَّذِينَ هُم بِـَٔايَٰتِ رَبِّهِمْ يُؤْمِنُونَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Vallazina hum bi Aayati Rabbihim yu'minun
Mişkini Tərcüməsi: və Rəbblərinin ayə və nişanələrinə iman gətirənlər
59 Əl-Möminun Surəsi, Ayə 59

وَٱلَّذِينَ هُم بِرَبِّهِمْ لَا يُشْرِكُونَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Vallazina hum bi Rabbihim la yuşrikun
Mişkini Tərcüməsi: və (uluhiyyat, xilqət, rübubiyyət, ibadət və itaətdə) Rəbblərinə şərik qoşmayanlar
60 Əl-Möminun Surəsi, Ayə 60

وَٱلَّذِينَ يُؤْتُونَ مَآ ءَاتَوا۟ وَّقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَٰجِعُونَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Vallazina yu'tuna ma atav va qulubuhum vacilatun annahum ila Rabbihim raci'un
Mişkini Tərcüməsi: (mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər
61 Əl-Möminun Surəsi, Ayə 61

أُو۟لَٰٓئِكَ يُسَٰرِعُونَ فِى ٱلْخَيْرَٰتِ وَهُمْ لَهَا سَٰبِقُونَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Ula'ika yusari'una fil xairati va hum laha sabiqun
Mişkini Tərcüməsi: (bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır.
62 Əl-Möminun Surəsi, Ayə 62

وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَٰبٌۭ يَنطِقُ بِٱلْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Va la nukallifu nafsan illa vus'aha va ladaina kitabuny yantiqu bilhaqqi v ahum la yuzlamun
Mişkini Tərcüməsi: Biz heç bir kəsə (iman və əməl mərhələlərində) qüdrətindən artıq vəzifə təyin etmirik. Bizim yanımızda (Lövhi-Məhfuz və ya hər bir bəndənin əməl dəftəri adlı) haqq danışan (və əməllərin xırdalıqlarını dəqiqliklə açıqlayan) bir kitab vardır. Onlar (cəza günü) zülmə və mükafatın kəsilməsinə məruz qalmazlar.
63 Əl-Möminun Surəsi, Ayə 63

بَلْ قُلُوبُهُمْ فِى غَمْرَةٍۢ مِّنْ هَٰذَا وَلَهُمْ أَعْمَٰلٌۭ مِّن دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَٰمِلُونَ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Bal qulubuhum fi ğamratim min haza va lahum a'malum min duni zalika hum laha 'amilun
Mişkini Tərcüməsi: Lakin (kafirlərin) qəlbləri bu barədə (dünya vəzifələri və axirət cəzaları barəsində) nadanlıq və qəflət içərisindədir və onların bundan (bu nadanlıq və qəflətdən) başqa etdikləri digər (küfr və günah) əməlləri də vardır.
64 Əl-Möminun Surəsi, Ayə 64

حَتَّىٰٓ إِذَآ أَخَذْنَا مُتْرَفِيهِم بِٱلْعَذَابِ إِذَا هُمْ يَجْـَٔرُونَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Hatta iza axzna mutrafihim bil'azabi iza hum yac'arun
Mişkini Tərcüməsi: (Bu keflilik və qəflətləri) o vaxta kimi (davam edər) ki, onların naz-nemət içində olub əyyaşlıq edənlərini (xəstəlik, yoxsulluq və müharibədə məğlubiyyət kimi) əzaba düçar edərik, (bu zaman) birdən fəryad qopararaq nalə edərlər.
65 Əl-Möminun Surəsi, Ayə 65

لَا تَجْـَٔرُوا۟ ٱلْيَوْمَ ۖ إِنَّكُم مِّنَّا لَا تُنصَرُونَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): La tac'arul yavma innakum minna la tunsarun
Mişkini Tərcüməsi: (Onlara deyilər:) Bu gün fəryad qoparıb nalə etməyin. Şübhəsiz, sizə Bizim tərəfimizdən kömək edilməyəcəkdir.
66 Əl-Möminun Surəsi, Ayə 66

قَدْ كَانَتْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُمْ عَلَىٰٓ أَعْقَٰبِكُمْ تَنكِصُونَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Qad kanat Aayati tutla 'alaikum fakuntum 'ala a'qabikum tankisun
Mişkini Tərcüməsi: Həqiqətən, Bizim ayə və nişanələrimiz sizə oxunur, amma siz dal-dala keçmişinizə qayıdırdınız (Bizim ayələrimizin müqabilində şirk, itaətsizlik və cahiliyyət adətlərinin arxasınca gedirdiniz).
67 Əl-Möminun Surəsi, Ayə 67

مُسْتَكْبِرِينَ بِهِۦ سَٰمِرًۭا تَهْجُرُونَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Mustakbirina bihi samiran tahcurun
Mişkini Tərcüməsi: Həmin üz döndərməklə lovğalanır və gecə yığıncaqlarında onların haqqında pis sözlər danışır və istehza edirdiniz.
68 Əl-Möminun Surəsi, Ayə 68

أَفَلَمْ يَدَّبَّرُوا۟ ٱلْقَوْلَ أَمْ جَآءَهُم مَّا لَمْ يَأْتِ ءَابَآءَهُمُ ٱلْأَوَّلِينَ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Afalam yaddabbarrul qavla am ca'ahum ma lam yati aba'ahumul avvalin
Mişkini Tərcüməsi: Belə isə heç bu kəlam (Quran) barəsində (onun insanın qürətindən xaric möcüzəvi bir söz olması haqqında) düşünüb fikirləşmədilər? Yoxsa onlara, keçmiş atalarına gəlməyən bir şey gəlib?
69 Əl-Möminun Surəsi, Ayə 69

أَمْ لَمْ يَعْرِفُوا۟ رَسُولَهُمْ فَهُمْ لَهُۥ مُنكِرُونَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Am lam ya'rifu Rasulahum fahum lahu munkirun
Mişkini Tərcüməsi: Yoxsa öz peyğəmbərlərini (onun əsl-kökünün paklığını, əxlaq və əməl baxımından keçmişinin gözəl olmasını) tanımadıqları üçün onu (onun peyğəmbərlik və kitabını) inkar edirlər?
70 Əl-Möminun Surəsi, Ayə 70

أَمْ يَقُولُونَ بِهِۦ جِنَّةٌۢ ۚ بَلْ جَآءَهُم بِٱلْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَٰرِهُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Am yaquluna bihi cinnnah; bal ca'ahum bilhaqqi va aksaruhum lil haqqi karihun
Mişkini Tərcüməsi: Yoxsa «onda bir dəlilik var» deyirlər? (Belə deyil,) əksinə, o, haqqı (səma kitabını və axırıncı şəriəti) gətirib, lakin onların çoxu haqqı xoşlamırlar.
71 Əl-Möminun Surəsi, Ayə 71

وَلَوِ ٱتَّبَعَ ٱلْحَقُّ أَهْوَآءَهُمْ لَفَسَدَتِ ٱلسَّمَٰوَٰتُ وَٱلْأَرْضُ وَمَن فِيهِنَّ ۚ بَلْ أَتَيْنَٰهُم بِذِكْرِهِمْ فَهُمْ عَن ذِكْرِهِم مُّعْرِضُونَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Va lavit taba'al haqqu ahva'ahum lafasadatis samavatu val ardu va man fihinnn; bal atainahum bizikrihim fahum 'an zikrihim mu'ridon
Mişkini Tərcüməsi: Əgər haqq və gerçəklik onların nəfsi istəklərinə tabe olsaydı (yəni, doğrudan da şirk və bir neçə tanrının olması gerçəklik olsaydı) şübhəsiz, göylər, yer və onlarda olan hər bir kəs (və hər bir şey vücuda gəlmək baxımından) pozuntuya düçar olaraq yaranmaz və ya tanrıların çoxluğu və aralarındakı çəkişmə səbəbindən (varlığını davam etdirmək baxımından) fəsad və məhvə sürüklənərdi. (Bəli, haqq onların istəklərinə tabe deyil,) Əksinə, Biz onlara öyüd-nəsihət və ibrət vasitəsi (olan səma kitabı) gətirdik, lakin onlar öz öyüd-nəsihət vasitələrindən üz döndərirlər.
72 Əl-Möminun Surəsi, Ayə 72

أَمْ تَسْـَٔلُهُمْ خَرْجًۭا فَخَرَاجُ رَبِّكَ خَيْرٌۭ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Am tas'aluhum xarcan faxaracu Rabbika xairunv va Huva xairur raziqin
Mişkini Tərcüməsi: Yoxsa (peyğəmbərliyinin yerinə yetirilməsi üçün) onlardan sabit muzd və xərclik istəyirsən? (Xeyir!) Rəbbinin (verəcəyi) muzd və xərclik daha yaxşıdır və O, ruzi verənlərin ən yaxşısıdır.
73 Əl-Möminun Surəsi, Ayə 73

وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Va innaka latad'uhum ila Siratim Mustaqim
Mişkini Tərcüməsi: Doğrudan da, sən onları (əqidə, əxlaq, əməl və davranışda) doğru yola dəvət edirsən.
74 Əl-Möminun Surəsi, Ayə 74

وَإِنَّ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱلْءَاخِرَةِ عَنِ ٱلصِّرَٰطِ لَنَٰكِبُونَ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Va innnal lazina la yu'minuna bil Aaxirati 'anis sirati lanakibun
Mişkini Tərcüməsi: Həqiqətən, axirətə iman gətirməyənlər (doğru) yoldan çıxıblar.
75 Əl-Möminun Surəsi, Ayə 75

۞ وَلَوْ رَحِمْنَٰهُمْ وَكَشَفْنَا مَا بِهِم مِّن ضُرٍّۢ لَّلَجُّوا۟ فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Va lav rahimnahum va kaşafna ma bihim min durril lalaccu fi tuğyanihim ya'mahun
Mişkini Tərcüməsi: Əgər onlara rəhm etsək, çətinlik və sıxıntılarını aradan qaldırsaq, mütləq yenə də öz itaətsizliklərində sərgərdancasına inadkarlıq göstərəcəklər.
76 Əl-Möminun Surəsi, Ayə 76

وَلَقَدْ أَخَذْنَٰهُم بِٱلْعَذَابِ فَمَا ٱسْتَكَانُوا۟ لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Va laqad axaznahum bil'azabi famastakanu li Rabbihim va ma yatadarra'un
Mişkini Tərcüməsi: Biz onları (Məkkədə qəhətlik və xəstəlik kimi) əzaba düçar etdik. Lakin onlar öz Rəbblərinin dərgahına nə baş əyib təvazökarlıq göstərdilər, nə də yalvarıb-yaxarırlar.
77 Əl-Möminun Surəsi, Ayə 77

حَتَّىٰٓ إِذَا فَتَحْنَا عَلَيْهِم بَابًۭا ذَا عَذَابٍۢ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Hatta iza fatahna 'alaihim baban za 'azabin şadidin iza hum fihi mublisun
Mişkini Tərcüməsi: Nəhayət (öldürməklə) üzlərinə ağır bir əzab qapısı açdığımız zaman, birdən həmin əzabın içində çaş-baş və (nicat tapmaqdan və hər şeydən) naümid olarlar.
78 Əl-Möminun Surəsi, Ayə 78

وَهُوَ ٱلَّذِىٓ أَنشَأَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi anşa a-lakumus sam'a val absara val af'idah; qalilam ma taşkurun
Mişkini Tərcüməsi: Sizin üçün qulaq, gözlər və qəlblər yaradan Odur. Lakin çox az şükr edirsiniz.
79 Əl-Möminun Surəsi, Ayə 79

وَهُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ﴿79﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi zara akum fil ardi va ilaihi tuhşarun
Mişkini Tərcüməsi: Sizi yer üzündə (onun tərkibindəki maddələrdən) yaradan Odur və (yer üzündə torpağa çevrildikdən sonra bir daha Qiyamətdə) Ona tərəf toplanılacaqsınız.
80 Əl-Möminun Surəsi, Ayə 80

وَهُوَ ٱلَّذِى يُحْىِۦ وَيُمِيتُ وَلَهُ ٱخْتِلَٰفُ ٱلَّيْلِ وَٱلنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Va Huval lazi yuhyi va yumitu va lahux tilaful laili vannahar; afala ta'qilun
Mişkini Tərcüməsi: (Həyat qabiliyyəti olan hər bir varlığı) dirildən və (ölüm qabiliyyəti olan hər bir varlığı) öldürən Odur və gecə ilə gündüzün get-gəli Ona məxsusdur (və Onun əlindədir). Belə isə heç düşünmürsünüz?!
81 Əl-Möminun Surəsi, Ayə 81

بَلْ قَالُوا۟ مِثْلَ مَا قَالَ ٱلْأَوَّلُونَ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Bal qalu misla ma qalal avvalun
Mişkini Tərcüməsi: Əksinə, onlar da keçmişdəkilərin dediklərini dedilər.
82 Əl-Möminun Surəsi, Ayə 82

قَالُوٓا۟ أَءِذَا مِتْنَا وَكُنَّا تُرَابًۭا وَعِظَٰمًا أَءِنَّا لَمَبْعُوثُونَ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Qalu 'a-iza mitna va kunna turabanv va 'izaman 'a-inna lamab 'usun
Mişkini Tərcüməsi: Dedilər: «Ölüb bir ovuc torpaq və sümük olduqdan sonra yenidən dirildilib qaldırılacağıq?!»
83 Əl-Möminun Surəsi, Ayə 83

لَقَدْ وُعِدْنَا نَحْنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبْلُ إِنْ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلْأَوَّلِينَ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Laqad vu'idna nahnu va aba'una haza min qablu in haza illa asatirul avvalin
Mişkini Tərcüməsi: Əlbəttə, bu vəd bundan əvvəl də bizə və atalarımıza verilmişdi. Bu, keçmişlərin əfsanələrindən başqa bir şey deyil.
84 Əl-Möminun Surəsi, Ayə 84

قُل لِّمَنِ ٱلْأَرْضُ وَمَن فِيهَآ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿84﴾

Oxunuşu (Transkripsiya): Qul limanil ardu va man fiha in kuntum ta'lamun
Mişkini Tərcüməsi: De: «Əgər bilirsinizsə (deyin görək) yer və onda olan hər bir kəs (hətta onların tanrıları) kimə məxsusdur?»
85 Əl-Möminun Surəsi, Ayə 85

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Sa-yaquluna lillah; qul afala tazakkkarun
Mişkini Tərcüməsi: Onlar «Allaha məxsusdur» deyə (cavab verə)cəklər. De: «Belə isə heç ibrət götürmürsünüz?! (Bəs Onun yenidən diriltməyə qadir olmasını nə əsasla inkar edirsiniz)?!»
86 Əl-Möminun Surəsi, Ayə 86

قُلْ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبْعِ وَرَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ ﴿86﴾

Oxunuşu (Transkripsiya): Qul mar Rabbus samavatis sab'i va Rabbul 'Arşil 'Azim
Mişkini Tərcüməsi: De: «Yeddi göyün Rəbbi və (aləmin işlərinin idarəsinin və ilahi hökmlərin çıxarılma məkanı olan) böyük ərşin Rəbbi kimdir?»
87 Əl-Möminun Surəsi, Ayə 87

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ ﴿87﴾

Oxunuşu (Transkripsiya): Sa yaquluna lillah; qul afala tattaqun
Mişkini Tərcüməsi: Deyəcəklər: «(onlar da) Allaha məxsusdur». De: «Belə isə heç (Onun qüdrət və qəzəbindən) çəkinmir (axirəti inkar edir)siniz?!»
88 Əl-Möminun Surəsi, Ayə 88

قُلْ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَىْءٍۢ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِن كُنتُمْ تَعْلَمُونَ ﴿88﴾

Oxunuşu (Transkripsiya): Qul mam bi yadihi malakutu kulli şai'inv va Huva yuciru va la yucaru 'alaihi in kuntum ta'lamun
Mişkini Tərcüməsi: De: «Əgər bilirsinizsə (deyin görək: Onun istəyi ilə vücuda gəlmiş) hər bir şeyin sahibliyi və onlar üzərində hakimiyyət əlində olan, (istədiyinə) sığınacaq verən və (əzabı) müqabilində heç bir kəsə sığınacaq verilməyən kimdir?»
89 Əl-Möminun Surəsi, Ayə 89

سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ ﴿89﴾

Oxunuşu (Transkripsiya): Sa yaquluna lillah; qul fa anna tus harun
Mişkini Tərcüməsi: Onlar deyəcəklər: «(Bunların hamısı) Allaha məxsusdur». De: «Belə isə (bu aydın həqiqətlər müqabilində) necə və haradan ovsunlanırsınız?!»
90 Əl-Möminun Surəsi, Ayə 90

بَلْ أَتَيْنَٰهُم بِٱلْحَقِّ وَإِنَّهُمْ لَكَٰذِبُونَ ﴿90﴾

Oxunuşu (Transkripsiya): Bal atainahum bil haqqi va innahum lakazibun
Mişkini Tərcüməsi: Əksinə, Biz (yaradılışın başlanğıcı, tovhid və yaradılışın sonu barəsində) onlara haqqı gətirdik və əlbəttə, onlar yalançıdırlar.
91 Əl-Möminun Surəsi, Ayə 91

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٍۢ وَمَا كَانَ مَعَهُۥ مِنْ إِلَٰهٍ ۚ إِذًۭا لَّذَهَبَ كُلُّ إِلَٰهٍۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍۢ ۚ سُبْحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿91﴾

Oxunuşu (Transkripsiya): Mat taxazal lahu minv valadinv va ma kana ma'ahu min ilah; izal lazahaba kullu ilahim bima xalaqa va la'ala ba'duhum 'ala ba'd; Subhannal lahi 'amma yasifun
Mişkini Tərcüməsi: Allah əsla Özünə (zatından ayrılmış və uluhiyyət sifətləri ilə vəsf edilən) övlad götürməmişdir və Onunla (birgə) əsla digər bir tanrı və məbud olmamışdır. Yoxsa (əgər elə olsaydı) hər tanrı öz yaratdığını aparardı (və həmin şeyə yiyələnmək və onun işlərinin idarə edilməsində məxsus üsulla davranardı və nəticədə dünyanın hissələri arasındakı vahid nizam-intizam, idarəçilik pozulardı). Və (ziddiyyətli işlərin həyata keçirilməsi istiqamətində) mütləq biri digərini üstələməyə çalışardı (müstəqil vücud, qüdrət və iradə bunu tələb edir). Allah (şəriki olması və övlad götürməsi barəsində müşriklərin) sadaladıqları sifətlərdən pak (və uzaq)dır.
92 Əl-Möminun Surəsi, Ayə 92

عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿92﴾

Oxunuşu (Transkripsiya): 'Aalimil Ğaibi vaş şahhadati fata'ala 'amma yuşrikun
Mişkini Tərcüməsi: Qeybi və aşkarı bilən Allah! Allah Ona qoşulan şəriklərdən üstündür.
93 Əl-Möminun Surəsi, Ayə 93

قُل رَّبِّ إِمَّا تُرِيَنِّى مَا يُوعَدُونَ ﴿93﴾

Oxunuşu (Transkripsiya): Qur Rabbi immma turiyanni ma yu'adun
Mişkini Tərcüməsi: De: «Ey Rəbbim! Əgər onlara vəd olunan (əzab)ı mənə göstərsən
94 Əl-Möminun Surəsi, Ayə 94

رَبِّ فَلَا تَجْعَلْنِى فِى ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ﴿94﴾

Oxunuşu (Transkripsiya): Rabbi fala tac'alni fil qavmiz zalimin
Mişkini Tərcüməsi: onda məni zalımların dəstəsinə daxil etmə ey Rəbbim!»
95 Əl-Möminun Surəsi, Ayə 95

وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمْ لَقَٰدِرُونَ ﴿95﴾

Oxunuşu (Transkripsiya): Va inna 'ala an nuriyaka ma na'iduhum laqadirun
Mişkini Tərcüməsi: Həqiqətən, Biz onlara vəd etdiyimizi sənə göstərməyə qadirik (necə ki, Bədrdə göstərdik).
96 Əl-Möminun Surəsi, Ayə 96

ٱدْفَعْ بِٱلَّتِى هِىَ أَحْسَنُ ٱلسَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ ﴿96﴾

Oxunuşu (Transkripsiya): Idfa' billate hiya ahsanus saiyi'ah; nahnu a'lamu bima yasifun
Mişkini Tərcüməsi: Onların pislik və hörmətsizliklərini ən gözəl üsulla dəf et. Biz onların dediklərini (Allaha şərik qoşmalarını, sənin dininə və kitabına istehza etmələrini) daha yaxşı bilirik.
97 Əl-Möminun Surəsi, Ayə 97

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ ﴿97﴾

Oxunuşu (Transkripsiya): Va qur Rabbi a'uzu bika min hamazatiş Şayatin
Mişkini Tərcüməsi: Və de: «Ey Rəbbim! Şeytanların vəsvəsə və təhriklərindən Sənə pənah gətirirəm».
98 Əl-Möminun Surəsi, Ayə 98

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحْضُرُونِ ﴿98﴾

Oxunuşu (Transkripsiya): Va a'uzu bika Rabbi ai-yahdurun
Mişkini Tərcüməsi: «Və onların (namaz halında və ölüm zamanı) mənim yanımda olmalarından Sənə pənah gətirirəm, ey Rəbbim!»
99 Əl-Möminun Surəsi, Ayə 99

حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ رَبِّ ٱرْجِعُونِ ﴿99﴾

Oxunuşu (Transkripsiya): Hatta iza ca'a ahada humul mavtu qala Rabbir ci'un
Mişkini Tərcüməsi: (Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar,
100 Əl-Möminun Surəsi, Ayə 100

لَعَلِّىٓ أَعْمَلُ صَٰلِحًۭا فِيمَا تَرَكْتُ ۚ كَلَّآ ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَا ۖ وَمِن وَرَآئِهِم بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿100﴾

Oxunuşu (Transkripsiya): La'alli a'malu salihan fima taraktu kalla; innaha kalimatun huva qa'iluha va minv vara'him barzaxun ila Yavmi yub'asun
Mişkini Tərcüməsi: bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyir, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır.
101 Əl-Möminun Surəsi, Ayə 101

فَإِذَا نُفِخَ فِى ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍۢ وَلَا يَتَسَآءَلُونَ ﴿101﴾

Oxunuşu (Transkripsiya): Fa iza nufixa fis Suri fala ansaba bainahum yavma'izinv va la yatasa'alun
Mişkini Tərcüməsi: Beləliklə, sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar.
102 Əl-Möminun Surəsi, Ayə 102

فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ ﴿102﴾

Oxunuşu (Transkripsiya): Faman saqulat mavazi nuhu fa ula'ika humul muflihun
Mişkini Tərcüməsi: Beləliklə, kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən, nicat taparlar.
103 Əl-Möminun Surəsi, Ayə 103

وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ فِى جَهَنَّمَ خَٰلِدُونَ ﴿103﴾

Oxunuşu (Transkripsiya): Va man xaffat mava zinuhu fa ula'ikal lazina xasirun anfusahum fi Cahannnama xalidun
Mişkini Tərcüməsi: Və kimin ölçülmüşləri yüngül və dəyərsiz (küfr əqidələri, əxlaqi rəzilliklər və haram əməllər) olsa, öz varlıqları barəsində ziyana düşmüş və Cəhənnəmdə əbədi qalacaq kəslər onlardır.
104 Əl-Möminun Surəsi, Ayə 104

تَلْفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمْ فِيهَا كَٰلِحُونَ ﴿104﴾

Oxunuşu (Transkripsiya): Talfahu vucuhahumun Naru va hum fiha kalihud
Mişkini Tərcüməsi: Od(un şölələri) şiddətlə üzlərinə çırpılar və onlar orada qaşqabaqlı və xar olarlar və dodaqları yandığı üçün dişləri görünər.
105 Əl-Möminun Surəsi, Ayə 105

أَلَمْ تَكُنْ ءَايَٰتِى تُتْلَىٰ عَلَيْكُمْ فَكُنتُم بِهَا تُكَذِّبُونَ ﴿105﴾

Oxunuşu (Transkripsiya): Alam takun Aayati tutla 'alaikum fakuntum biha tukazzibun
Mişkini Tərcüməsi: (Allah onlara deyər:) «Məgər Mənim ayə və nişanələrim həmişə sizə oxunmurdu və siz həmişə onları təkzib və inkar etmirdiniz?!»
106 Əl-Möminun Surəsi, Ayə 106

قَالُوا۟ رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًۭا ضَآلِّينَ ﴿106﴾

Oxunuşu (Transkripsiya): Qalu Rabbana ğalabat 'alaina şiqvatuna va kunna qavman dallin
Mişkini Tərcüməsi: Deyərlər: «Ey Rəbbimiz! (Pis seçim etdiyimiz və nəfsi istəklərə tabe olduğumuz üçün) bədbəxtliyimiz bizə qalib gəldi və biz yolunu azmış bir dəstə idik».
107 Əl-Möminun Surəsi, Ayə 107

رَبَّنَآ أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَٰلِمُونَ ﴿107﴾

Oxunuşu (Transkripsiya): Rabbana axricna minha fa in 'udna fa inna zalimun
Mişkini Tərcüməsi: «Ey Rəbbimiz, bizi buradan çıxar (və dünyaya qaytar). Beləliklə əgər (bir daha küfr və günah azğınlığına) qayıtsaq, deməli onda mütləq zalımıq».
108 Əl-Möminun Surəsi, Ayə 108

قَالَ ٱخْسَـُٔوا۟ فِيهَا وَلَا تُكَلِّمُونِ ﴿108﴾

Oxunuşu (Transkripsiya): Qalax sa'u fiha va la tukallimun
Mişkini Tərcüməsi: (Allah) buyurar: «Orada zəlil vəziyyətdə sakit və uzaq olun, Mənimlə əsla danışmayın!»
109 Əl-Möminun Surəsi, Ayə 109

إِنَّهُۥ كَانَ فَرِيقٌۭ مِّنْ عِبَادِى يَقُولُونَ رَبَّنَآ ءَامَنَّا فَٱغْفِرْ لَنَا وَٱرْحَمْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ﴿109﴾

Oxunuşu (Transkripsiya): Innahu kana fariqum min 'ibadi yaquluna Rabbana amanna fağfir lana varhamna va Anta xairur rahimin
Mişkini Tərcüməsi: Həqiqətən, Mənim bəndələrimdən bir dəstəsi «ey Rəbbimiz, biz iman gətirdik. Buna görə də bizi bağışla və bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan» deyərdilər.
110 Əl-Möminun Surəsi, Ayə 110

فَٱتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰٓ أَنسَوْكُمْ ذِكْرِى وَكُنتُم مِّنْهُمْ تَضْحَكُونَ ﴿110﴾

Oxunuşu (Transkripsiya): Fattaxaztumuhum sixriyyan hatta ansavkum zikri va kuntum minhum tazakun
Mişkini Tərcüməsi: Lakin siz onları ələ saldınız və nəhayət (bu halınız) sizə Məni yad etməyi unutdurdu və siz həmişə onlara (möminlərə) gülürdünüz.
111 Əl-Möminun Surəsi, Ayə 111

إِنِّى جَزَيْتُهُمُ ٱلْيَوْمَ بِمَا صَبَرُوٓا۟ أَنَّهُمْ هُمُ ٱلْفَآئِزُونَ ﴿111﴾

Oxunuşu (Transkripsiya): Ini cazaituhumul Yavma bima sabaru annahum humul fa'izun
Mişkini Tərcüməsi: Həqiqətən, bu gün Mən onları səbrləri müqabilində mükafatlandırdım. Doğrudan da onların hamısı uğur qazanıblar.
112 Əl-Möminun Surəsi, Ayə 112

قَٰلَ كَمْ لَبِثْتُمْ فِى ٱلْأَرْضِ عَدَدَ سِنِينَ ﴿112﴾

Oxunuşu (Transkripsiya): Qala kam labistum fil ardi 'adada sinin
Mişkini Tərcüməsi: (Allah və ya bir mələk kafirlərə) deyər: «Yer üzündə neçə il qaldınız? (Dünya həyatında və ya Bərzəx aləmində neçə il qalmısınız?)
113 Əl-Möminun Surəsi, Ayə 113

قَالُوا۟ لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍۢ فَسْـَٔلِ ٱلْعَآدِّينَ ﴿113﴾

Oxunuşu (Transkripsiya): Qalu labisna yavman av ba'da yavmin fas'alil 'addin
Mişkini Tərcüməsi: Onlar (axirətin əbədi olmasını bildikdən və onu dünya və Bərzəx ilə müqayisə etdikdən sonra) deyərlər: «Bir gün və ya günün bir hissəsini. (Sənin tərəfindən) sayanlardan soruş».
114 Əl-Möminun Surəsi, Ayə 114

قَٰلَ إِن لَّبِثْتُمْ إِلَّا قَلِيلًۭا ۖ لَّوْ أَنَّكُمْ كُنتُمْ تَعْلَمُونَ ﴿114﴾

Oxunuşu (Transkripsiya): Qala il labistum illa qalilal lav annakum kuntum ta'lamun
Mişkini Tərcüməsi: (Allah və ya mələk) deyər: «(Bəli,) lap az bir zaman qaldınız. Kaş (məsələnin həqiqətini və işinizin sonunu orada) biləydiniz!»
115 Əl-Möminun Surəsi, Ayə 115

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَٰكُمْ عَبَثًۭا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ ﴿115﴾

Oxunuşu (Transkripsiya): Afahsibtum annama xalaqnakum 'abasanv va annakum ilaina la turca'un
Mişkini Tərcüməsi: Yoxsa güman edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və (bir də) heç vaxt Bizə tərəf qaytarılmayacaqsınız?
116 Əl-Möminun Surəsi, Ayə 116

فَتَعَٰلَى ٱللَّهُ ٱلْمَلِكُ ٱلْحَقُّ ۖ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْكَرِيمِ ﴿116﴾

Oxunuşu (Transkripsiya): Fata'alal lahul Malikul Haqq; la ilaha illa Huva Rabbul 'Arşil Karim
Mişkini Tərcüməsi: Allah – varlıq aləminə mütləq hakim olan O haqq hökmdar ucadır! Ondan – o möhtərəm ərşin (varlıq aləminin quruluşunun qərara alındığı və mələklər tərəfindən həyata keçirildiyi ərşin) Rəbbindən başqa bir məbud yoxdur.
117 Əl-Möminun Surəsi, Ayə 117

وَمَن يَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ لَا بُرْهَٰنَ لَهُۥ بِهِۦ فَإِنَّمَا حِسَابُهُۥ عِندَ رَبِّهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَٰفِرُونَ ﴿117﴾

Oxunuşu (Transkripsiya): Va mai yad'u ma'allahi ilahan axara la burhana lahu bihi fa innnama hisabuhu 'inda Rabbih; innahu la yuflihul kafirun
Mişkini Tərcüməsi: Kim Allahla birgə barəsində dəlil-sübutu olmayan başqa bir məbudu çağırsa, onun haqq-hesabı yalnız Rəbbinin yanındadır. Şübhəsiz, kafirlər nicat tapmayacaqlar.
118 Əl-Möminun Surəsi, Ayə 118

وَقُل رَّبِّ ٱغْفِرْ وَٱرْحَمْ وَأَنتَ خَيْرُ ٱلرَّٰحِمِينَ ﴿118﴾

Oxunuşu (Transkripsiya): Va qur Rabbiğ fir varham va Anta xairur rahimin
Mişkini Tərcüməsi: Və de: «Ey Rəbbim, bizi bağışla və rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!»
Əvvəlki: 22. Əl-Həcc Bütün Surələr ↑ Növbəti: 24. Ən-Nur

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...