بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
1
Əl-Mücadilə Surəsi, Ayə 1
قَدْ سَمِعَ ٱللَّهُ قَوْلَ ٱلَّتِى تُجَٰدِلُكَ فِى زَوْجِهَا وَتَشْتَكِىٓ إِلَى ٱللَّهِ وَٱللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَآ ۚ إِنَّ ٱللَّهَ سَمِيعٌۢ بَصِيرٌ
﴿1﴾
Oxunuşu (Transkripsiya):
Qad sami'al lahu qavlal lati tucadiluka fi zavciha va taştaki ilal lahi vallahu yasma'u tahavurakuma; innal laha sami'um basir
Mişkini Tərcüməsi:
Şübhəsiz, Allah əri barəsində səninlə mücadilə (mübahisə) edən və Allaha şikayət edən qadının sözünü eşitdi və qəbul etdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah eşidən və görəndir.
2
Əl-Mücadilə Surəsi, Ayə 2
ٱلَّذِينَ يُظَٰهِرُونَ مِنكُم مِّن نِّسَآئِهِم مَّا هُنَّ أُمَّهَٰتِهِمْ ۖ إِنْ أُمَّهَٰتُهُمْ إِلَّا ٱلَّٰٓـِٔى وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنكَرًۭا مِّنَ ٱلْقَوْلِ وَزُورًۭا ۚ وَإِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٌۭ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Allazina yuzahiruna minkum min nisa'ihim ma hunna ummahatihim in ummahatuhum illal la'i valadnahum; va innahum la yaquluna munkaram minal qavli va zura; va innal laha la'afuvvun ğafur
Mişkini Tərcüməsi:
Sizdən öz qadınları ilə zihar edən kimsələrin (əbədilik haram etmək məqsədi ilə: «Səninlə cinsi əlaqədə olmağım, mənim üçün anamla cinsi əlaqədə olmağım kimidir» deyən kəslərin) zövcələri onların anaları deyildir. Onların anaları yalnız onları dünyaya gətirənlərdir. Onlar əlbəttə, pis və yalan söz danışırlar (və o sözün qadının haram edilməsinə heç bir təsiri yoxdur). Həqiqətən, Allah çox əfv edən və bağışlayandır.
3
Əl-Mücadilə Surəsi, Ayə 3
وَٱلَّذِينَ يُظَٰهِرُونَ مِن نِّسَآئِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا۟ فَتَحْرِيرُ رَقَبَةٍۢ مِّن قَبْلِ أَن يَتَمَآسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِۦ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Vallazina yuzahiruna min nisa'ihim summa ya'uduna lima qalu fatabriru raqabatim min qabli any-yatamassa; zalikum tu'azuna bih; vallahu bima ta'maluna xabir
Mişkini Tərcüməsi:
Qadınları ilə zihar edib sonra da dediklərindən dönənlərin, həmin zövcələri ilə təmasda olmazdan əvvəl bir qul azad etmələri vacibdir. Bu, sizə verilən bir öyüddür. Allah etdiklərinizdən xəbərdardır.
4
Əl-Mücadilə Surəsi, Ayə 4
فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِن قَبْلِ أَن يَتَمَآسَّا ۖ فَمَن لَّمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًۭا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۚ وَتِلْكَ حُدُودُ ٱللَّهِ ۗ وَلِلْكَٰفِرِينَ عَذَابٌ أَلِيمٌ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Famal lam yacid fa siyamu şahraini mutatabi'ayni min qabli any-yatamassa famal lam yastati' fa-it'amu sittina miskina; zalika litu'minu billahi va rasulih'va tilka hududul lah; va lilkafirina 'azabun alim
Mişkini Tərcüməsi:
Kim (azad etməyə qul) tapmazsa, həmin zövcəsi ilə təmasda olmazdan öncə onun iki ay dalbadal oruc tutması vacibdir. (Oruc tutmağa da) qadir olmayan bir kəs altmış fəqiri doyuzdurmalıdır. Bu, Allaha və Onun Rəsuluna iman gətirməniz (və cahiliyyət adətlərindən əl çəkməniz) üçündür. Bunlar Allahın hüdudları və hökmləridir. Kafirlər üçün ağrılı bir əzab vardır.
5
Əl-Mücadilə Surəsi, Ayə 5
إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥ كُبِتُوا۟ كَمَا كُبِتَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۚ وَقَدْ أَنزَلْنَآ ءَايَٰتٍۭ بَيِّنَٰتٍۢ ۚ وَلِلْكَٰفِرِينَ عَذَابٌۭ مُّهِينٌۭ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Innal lazina yuhaddunal laha va Rasulahu kubitu kama kubital lazina min qablihim; va qad anzalna ayatim baiyinat; va lilka firina 'azabum muhin
Mişkini Tərcüməsi:
Əlbəttə, Allah və Onun Rəsulu ilə düşmənçilik və müxalifət edənlər özlərindən öncəkilər xar və zəlil olduqları kimi xar və zəlil olacaqlar. Və həqiqətən, Biz aydın ayələr və nişanələr nazil etdik və kafirlər üçün alçaldıcı bir əzab vardır.
6
Əl-Mücadilə Surəsi, Ayə 6
يَوْمَ يَبْعَثُهُمُ ٱللَّهُ جَمِيعًۭا فَيُنَبِّئُهُم بِمَا عَمِلُوٓا۟ ۚ أَحْصَىٰهُ ٱللَّهُ وَنَسُوهُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Yavma yab'asuhumul lahu cami'an fayunabbi'uhum bima 'amilu; ahsahul lahu va nasuh; vallahu 'ala kulli şai'in şahid
Mişkini Tərcüməsi:
Allah onların hamısını dirildəcəyi gün etdikləri əməlləri onlara xəbər verəcəkdir; (o işlər barəsində ki,) Allah onların hamısını axıradək saymış, onlar özləri isə unutmuşlar. Allah hər şeyə şahiddir və hazırdır.
7
Əl-Mücadilə Surəsi, Ayə 7
أَلَمْ تَرَ أَنَّ ٱللَّهَ يَعْلَمُ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ مَا يَكُونُ مِن نَّجْوَىٰ ثَلَٰثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَآ أَدْنَىٰ مِن ذَٰلِكَ وَلَآ أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا۟ ۖ ثُمَّ يُنَبِّئُهُم بِمَا عَمِلُوا۟ يَوْمَ ٱلْقِيَٰمَةِ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Alam tara annal laha ya'lamu ma fis samavati va ma fil ardi ma yakunu min nacva salasatin illa Huva rabi'uhum va la xamsatin illa huva sadisuhum va la adna min zalika va la aksara illa huva ma'ahum ayna, ma kanu summa yunabbi'uhum bima 'amilu yavmal qiyamah; innal laha bikulli şai'in alim
Mişkini Tərcüməsi:
Məgər (qəlb gözü ilə) görmədinmi ki, Allah göylərdə və yerdə nə varsa hamısını bilir? Üç nəfər arasında elə bir pıçıltılı və gizli söhbət baş verməz ki, O, onların dördüncüsü olmasın və nə də beş nəfər arasında ki, O, onların altıncısı olmasın. Onlar bundan az və çox olsalar da, harada olsalar belə, O (Allah) onlarladır. Sonra – Qiyamət günü – hamıya etdiklərini xəbər verəcəkdir. Həqiqətən, Allah hər şeyi biləndir.
8
Əl-Mücadilə Surəsi, Ayə 8
أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ نُهُوا۟ عَنِ ٱلنَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا۟ عَنْهُ وَيَتَنَٰجَوْنَ بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَمَعْصِيَتِ ٱلرَّسُولِ وَإِذَا جَآءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ ٱللَّهُ وَيَقُولُونَ فِىٓ أَنفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا ٱللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ ٱلْمَصِيرُ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Alam tara ilal lazina nuhu 'anin nacva summa ya'uduna lima nuhu 'anhu va yatanacavna bil ismi val'udvani va ma'siyatir rasuli va iza ca'uka haiyavka bima lam yuhai yika bihil lahu va yaquluna fi anfusihim lav la yu'azzibunal lahu bima naqul; hasbuhum cahannnamu yaslavnaha fabi'sal masir
Mişkini Tərcüməsi:
Məgər pıçıltı və gizli danışıq qadağan olunduqdan sonra yenidən qadağan olunmuş əmələ qayıdıb daim günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıltı ilə danışanı görmədinmi?! Onlar sənin yanına gəldikdə səni Allahın salamlamadığı bir tərzdə salamlayır və öz ürəklərində (ya öz aralarında) deyirlər: «(Əgər bu kişi Peyğəmbərdirsə), bəs niyə Allah (dünyada) bizə dediklərimizə görə əzab vermir?» Onlara daxil olacaqları və hərarətini dadacaqları Cəhənnəm kifayət edər. Ora necə də pis bir dönüş yeridir.
9
Əl-Mücadilə Surəsi, Ayə 9
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا تَنَٰجَيْتُمْ فَلَا تَتَنَٰجَوْا۟ بِٱلْإِثْمِ وَٱلْعُدْوَٰنِ وَمَعْصِيَتِ ٱلرَّسُولِ وَتَنَٰجَوْا۟ بِٱلْبِرِّ وَٱلتَّقْوَىٰ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِىٓ إِلَيْهِ تُحْشَرُونَ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Ya ayyuhal lazina amanu iza tanacaytum fala tatanacav bil ismi val 'udvani va ma'siyatir rasuli va tanacav bil birri vattaqva vattaqul lahal lazi ilaihi tuhşarun
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, bir-birinizlə pıçıldaşdığınız, gizli söhbət etdiyiniz zaman (heç olmasa) günah, (hüquqlara) təcavüz və Bizim Rəsulumuza itaətsizlik barədə pıçıldaşmayın. Yaxşılıq və təqva(ya tövsiyə etmək üçün) pıçıldaşın. (Qiyamət günü) hüzuruna toplanacağınız Allahdan qorxun.
10
Əl-Mücadilə Surəsi, Ayə 10
إِنَّمَا ٱلنَّجْوَىٰ مِنَ ٱلشَّيْطَٰنِ لِيَحْزُنَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَلَيْسَ بِضَآرِّهِمْ شَيْـًٔا إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Innaman nacva minaş şaitani liyahzunal lazina amanu va laisa bidarrihim şai'an illa bi-iznil lah; va 'alal lahi falyatavakkalil mu'minun
Mişkini Tərcüməsi:
Şübhəsiz ki, iman gətirənləri qəmgin və nigaran etmək üçün (kafirlərin və münafiqlərin etdikləri) pıçıltı Şeytandandır. Halbuki, (Şeytan və o pıçıltılar) Allahın izni olmadan onlara heç bir zərər yetirə bilməz və möminlər yalnız Allaha təvəkkül etməlidirlər.
11
Əl-Mücadilə Surəsi, Ayə 11
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا۟ فِى ٱلْمَجَٰلِسِ فَٱفْسَحُوا۟ يَفْسَحِ ٱللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ ٱنشُزُوا۟ فَٱنشُزُوا۟ يَرْفَعِ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ وَٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ دَرَجَٰتٍۢ ۚ وَٱللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌۭ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Ya ayyuhal lazina amanu iza qila lakum tafassahu fil macalisi fafsahu yafsahil lahu lakum va iza qilan şuzu fanşuzu yarfa'il lahul lazina amanu minkum vallazina utul 'ilma daracat; vallahu bima ta'maluna xabir
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, sizə: «Məclislərdə yer verin!» deyildiyi zaman yer verin ki, Allah da sizə (yer, ruzi, qəlb və Behiştdə) vüsət versin. «(Yer vermək və fəzilət əhlini irəli çəkmək üçün) qalxın!»- deyildiyi zaman qalxın ki, Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin (dünyada və axirətdə) dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır.
12
Əl-Mücadilə Surəsi, Ayə 12
يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا نَٰجَيْتُمُ ٱلرَّسُولَ فَقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَةًۭ ۚ ذَٰلِكَ خَيْرٌۭ لَّكُمْ وَأَطْهَرُ ۚ فَإِن لَّمْ تَجِدُوا۟ فَإِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Ya ayyuhal lazina amanu iza nacitumur Rasula faqaddimu baina yadai nacvakum sadaqah; zalika xairul lakum va asar; fa il lam tacidu fa innal laha ğafurur Rahim
Mişkini Tərcüməsi:
Ey iman gətirənlər, Allah Rəsulu ilə xüsusi söhbət et(mək istə)diyiniz zaman, öz söhbətinizdən öncə sədəqə verin, bu, sizin üçün daha xeyirli və daha pakdır və əgər (sədəqə vermək üçün bir şey) tapmasanız (bilin ki,) Allah bağışlayan və mehribandır.
13
Əl-Mücadilə Surəsi, Ayə 13
ءَأَشْفَقْتُمْ أَن تُقَدِّمُوا۟ بَيْنَ يَدَىْ نَجْوَىٰكُمْ صَدَقَٰتٍۢ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا۟ وَتَابَ ٱللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ وَأَطِيعُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ وَٱللَّهُ خَبِيرٌۢ بِمَا تَعْمَلُونَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
'A-aşfaqtum an tuqaddimu baina yadai nacvakum sadaqat; fa-iz lam taf'alu va tabal lahu 'alaikum fa aqimus Salata va atuz Zakata va ati'ul laha va rasulah; vallahu xabirum bima ta'malun
Mişkini Tərcüməsi:
Yoxsa öz xüsusi söhbətinizdən qabaq sədəqə verməkdən qorxdunuz? İndi ki, bunu etmədiniz və Allah da bundan keçdi, onda namaz qılın, zəkat verin və Allaha və Onun Rəsuluna itaət edin. Allah etdiklərinizdən xəbərdardır.
14
Əl-Mücadilə Surəsi, Ayə 14
۞ أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ تَوَلَّوْا۟ قَوْمًا غَضِبَ ٱللَّهُ عَلَيْهِم مَّا هُم مِّنكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى ٱلْكَذِبِ وَهُمْ يَعْلَمُونَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Alam tara ilal lazina tavallav qavman ğadibal lahu 'alaihim ma hum minkum va la minhum va yahlifuna 'alal kazibi va hum ya'lamun
Mişkini Tərcüməsi:
Məgər Allahın qəzəb etdiyi qövmü (yəhudiləri) özlərinə dost tutanları (münafiqləri) görmədinmi?! Onlar nə sizdəndirlər və nə də onlardan. Onlar bilə-bilə yalandan and içirlər (ki, sizdəndirlər).
15
Əl-Mücadilə Surəsi, Ayə 15
أَعَدَّ ٱللَّهُ لَهُمْ عَذَابًۭا شَدِيدًا ۖ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
A'addal lahu lahum 'azaban şadidan innahum sa'a ma kanu ya'malun
Mişkini Tərcüməsi:
Allah onlara şiddətli bir əzab hazırlamışdır, çünki onların (dünyada) etdikləri şey olduqca pisdir.
16
Əl-Mücadilə Surəsi, Ayə 16
ٱتَّخَذُوٓا۟ أَيْمَٰنَهُمْ جُنَّةًۭ فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ فَلَهُمْ عَذَابٌۭ مُّهِينٌۭ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Ittaxazu aymanahum cunnatan fasaddu 'an sabilil lahi falahum 'azabum muhin
Mişkini Tərcüməsi:
Onlar (xəyanətlərini təmizə çıxarmaq üçün) andlarını bir sipər etmişlər. Beləliklə, (bu vasitə ilə özlərini və camaatı) Allahın yolundan saxlamışlar, onlar üçün alçaldıcı bir əzab vardır.
17
Əl-Mücadilə Surəsi, Ayə 17
لَّن تُغْنِىَ عَنْهُمْ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُم مِّنَ ٱللَّهِ شَيْـًٔا ۚ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Lan tuğniya 'anhum amvaluhum va la avladuhum minal lahi şai'a; ula 'ika As habun Nari hum fiha xalidun
Mişkini Tərcüməsi:
Malları və övladları Allah(ın əzabın)dan heç bir şeyi (azacıq belə) onlardan uzaqlaşdırmayacaq, onlar od əhlidirlər və orada əbədi qalacaqlar.
18
Əl-Mücadilə Surəsi, Ayə 18
يَوْمَ يَبْعَثُهُمُ ٱللَّهُ جَمِيعًۭا فَيَحْلِفُونَ لَهُۥ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَىْءٍ ۚ أَلَآ إِنَّهُمْ هُمُ ٱلْكَٰذِبُونَ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Yavma yab'asuhumul lahucami'an fa yahlifuna lahu kama yahlifuna lakum va yahsabuna annahum 'ala şai'; ala innahum humul kazibun
Mişkini Tərcüməsi:
Allah onların hamısını dirildəcəyi gün (orada da müsəlmanlıqlarını isbat etmək üçün) Allaha and içəcəklər, necə ki, (dünyada) sizin üçün and içirlər və bununla özlərinin bir şeydə olduqlarını ğüman edərlər (nifaqlarını möhkəm bir özül bilirlər). Agah ol ki, onlar həmin yalançılardır.
19
Əl-Mücadilə Surəsi, Ayə 19
ٱسْتَحْوَذَ عَلَيْهِمُ ٱلشَّيْطَٰنُ فَأَنسَىٰهُمْ ذِكْرَ ٱللَّهِ ۚ أُو۟لَٰٓئِكَ حِزْبُ ٱلشَّيْطَٰنِ ۚ أَلَآ إِنَّ حِزْبَ ٱلشَّيْطَٰنِ هُمُ ٱلْخَٰسِرُونَ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Istahvaza 'alaihimuş şaitanu fa ansahum zikral lah; ula'ika hizbuş şaitan; ala inna hizbaş şaitani humul xasirun
Mişkini Tərcüməsi:
Şeytan onlara hakim olub Allahı yad etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər. Agah ol ki, Şeytan firqəsi həmin ziyankarlardır.
20
Əl-Mücadilə Surəsi, Ayə 20
إِنَّ ٱلَّذِينَ يُحَآدُّونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ أُو۟لَٰٓئِكَ فِى ٱلْأَذَلِّينَ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Innal lazina yuhaddunal laha va Rasulahu ula'ika fil azallin
Mişkini Tərcüməsi:
Şübhəsiz, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlər ən zəlil kəslər zümrəsindədirlər.
21
Əl-Mücadilə Surəsi, Ayə 21
كَتَبَ ٱللَّهُ لَأَغْلِبَنَّ أَنَا۠ وَرُسُلِىٓ ۚ إِنَّ ٱللَّهَ قَوِىٌّ عَزِيزٌۭ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Katabal lahu la ağlibanna ana va Rusuli; innal laha qaviyyun 'Aziz
Mişkini Tərcüməsi:
Allah (Öz əzəli elmi ilə Lövhi-Məhfuzda) yazmış və qərara almışdır ki: «Mən və peyğəmbərlərim qalib gələcəyik». Şübhəsiz, Allah qüvvətli, qüdrətli və məğlubedilməzdir.
22
Əl-Mücadilə Surəsi, Ayə 22
لَّا تَجِدُ قَوْمًۭا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ يُوَآدُّونَ مَنْ حَآدَّ ٱللَّهَ وَرَسُولَهُۥ وَلَوْ كَانُوٓا۟ ءَابَآءَهُمْ أَوْ أَبْنَآءَهُمْ أَوْ إِخْوَٰنَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُو۟لَٰٓئِكَ كَتَبَ فِى قُلُوبِهِمُ ٱلْإِيمَٰنَ وَأَيَّدَهُم بِرُوحٍۢ مِّنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ رَضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ أُو۟لَٰٓئِكَ حِزْبُ ٱللَّهِ ۚ أَلَآ إِنَّ حِزْبَ ٱللَّهِ هُمُ ٱلْمُفْلِحُونَ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
La tacidu qavmany yu'minuna billahi val yavmil axiri yuvadduna man haddal laha va Rasulahu va lav kanu aba'ahum av abna'ahum av ixva nahum av 'aşiratahum; ula'ika kataba fi qulubihi mul imana va ayyadahum biruhimminhu va yudxilu hum cannatin tacri min tahtihal anharu xalidina fiha; radiyal lahu 'anhum va radu 'anh; ula 'ika hizbul lah; ala inna hizbal lahi humul muflihun
Mişkini Tərcüməsi:
Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə – hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Quran maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir. Onları (axirətdə) (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil edəcəkdir.Onlar orada əbədi qalarlar. Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər, bil ki, şübhəsiz, Allahın firqəsi həmin nicat tapanlardır.