74

Əl-Müddəssir Surəsi

56 Ayə 29-ci Cüz Məkkə
سُورَةُ المدثر Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 74 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Müddəssir Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Müddəssir Surəsi, Ayə 1

يَٰٓأَيُّهَا ٱلْمُدَّثِّرُ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Ya ayyuhal muddassir
Mişkini Tərcüməsi: Ey libasına bürünmüş və ey gecə əbasını başına çəkmiş (və ey nübuvvət libasını canına və kamal libasını ruhuna geyindirən).
2 Əl-Müddəssir Surəsi, Ayə 2

قُمْ فَأَنذِرْ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Qum fa anzir
Mişkini Tərcüməsi: Qalx və (ins və cin mükəlləflərini) qorxut!
3 Əl-Müddəssir Surəsi, Ayə 3

وَرَبَّكَ فَكَبِّرْ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va rabbaka fakabbir
Mişkini Tərcüməsi: Öz Rəbbinə «təkbir» de və (sözlə və əməllə) Onu uca tut!
4 Əl-Müddəssir Surəsi, Ayə 4

وَثِيَابَكَ فَطَهِّرْ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Va siyabaka fatahhir
Mişkini Tərcüməsi: Və libaslarını pak et (bədəninin libasını nəcislərdən və ruhunu haramlardan pak et və zövcələrini küfr və fisqdən paklandır).
5 Əl-Müddəssir Surəsi, Ayə 5

وَٱلرُّجْزَ فَٱهْجُرْ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Varrucza fahcur
Mişkini Tərcüməsi: Və pislikdən və əzaba səbəb olacaq şeylərdən uzaqlaş.
6 Əl-Müddəssir Surəsi, Ayə 6

وَلَا تَمْنُن تَسْتَكْثِرُ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va la tamnun tastaksir
Mişkini Tərcüməsi: Əvəzində daha çoxunu əldə etmək, ya onu öz nəzərində çox hesab etmək üçün bir şey bağışlama! Yaxud etdiyin ibadəti çox hesab etməklə Allaha minnət qoyma!
7 Əl-Müddəssir Surəsi, Ayə 7

وَلِرَبِّكَ فَٱصْبِرْ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va li Rabbika fasbir
Mişkini Tərcüməsi: Və öz Rəbbin üçün səbr et.
8 Əl-Müddəssir Surəsi, Ayə 8

فَإِذَا نُقِرَ فِى ٱلنَّاقُورِ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Fa iza nuqira fin naqur
Mişkini Tərcüməsi: Elə ki, sura üfürülər.
9 Əl-Müddəssir Surəsi, Ayə 9

فَذَٰلِكَ يَوْمَئِذٍۢ يَوْمٌ عَسِيرٌ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Fazalika yavma 'iziny yavmun 'asir
Mişkini Tərcüməsi: O gün çətin bir gündür.
10 Əl-Müddəssir Surəsi, Ayə 10

عَلَى ٱلْكَٰفِرِينَ غَيْرُ يَسِيرٍۢ ﴿10﴾

Oxunuşu (Transkripsiya): 'Alal kafirina ğayru yasir
Mişkini Tərcüməsi: Kafirlər üçün asan deyildir.
11 Əl-Müddəssir Surəsi, Ayə 11

ذَرْنِى وَمَنْ خَلَقْتُ وَحِيدًۭا ﴿11﴾

Oxunuşu (Transkripsiya): Zami va man xalaqtu vahida
Mişkini Tərcüməsi: Məni Öz yaratdığım kimsə ilə tək burax.
12 Əl-Müddəssir Surəsi, Ayə 12

وَجَعَلْتُ لَهُۥ مَالًۭا مَّمْدُودًۭا ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va ca'altu lahu malam mamduda
Mişkini Tərcüməsi: Ona bolluca mal-dövlət verdim.
13 Əl-Müddəssir Surəsi, Ayə 13

وَبَنِينَ شُهُودًۭا ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va banina şuhuda
Mişkini Tərcüməsi: Və (Məkkədə, ya əyan-əşrafların məclislərində, ya da xidmət göstərməyə) hazır oğullar (verdim).
14 Əl-Müddəssir Surəsi, Ayə 14

وَمَهَّدتُّ لَهُۥ تَمْهِيدًۭا ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va mahhattu lahu tamhida
Mişkini Tərcüməsi: Ona artıqlaması ilə (büsatlı cah-cəlal, mal-dövlət və övladlar) verdim.
15 Əl-Müddəssir Surəsi, Ayə 15

ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Summa yat ma'u an azid
Mişkini Tərcüməsi: Bununla belə (bütün bunları) artırmağıma tamahlanır.
16 Əl-Müddəssir Surəsi, Ayə 16

كَلَّآ ۖ إِنَّهُۥ كَانَ لِءَايَٰتِنَا عَنِيدًۭا ﴿16﴾

Oxunuşu (Transkripsiya): Kalla innahu kana li Aayatina 'anida
Mişkini Tərcüməsi: Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir.
17 Əl-Müddəssir Surəsi, Ayə 17

سَأُرْهِقُهُۥ صَعُودًا ﴿17﴾

Oxunuşu (Transkripsiya): Sa urhiquhu sa'uda
Mişkini Tərcüməsi: Tezliklə onu çox məşəqqətli bir yoxuşu çıxmağa vadar edərəm (çətin bir axirət əzabına düçar edərəm).
18 Əl-Müddəssir Surəsi, Ayə 18

إِنَّهُۥ فَكَّرَ وَقَدَّرَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Innahu fakkara va qaddar
Mişkini Tərcüməsi: Həqiqətən, o, (Quran barəsində) fikirləşdi, ölçdü-biçdi.
19 Əl-Müddəssir Surəsi, Ayə 19

فَقُتِلَ كَيْفَ قَدَّرَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Faqutila kayfa qaddar
Mişkini Tərcüməsi: Ölüm olsun ona! Necə ölçdü-biçdi!
20 Əl-Müddəssir Surəsi, Ayə 20

ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Summa qutila kaifa qaddar
Mişkini Tərcüməsi: Yenə də ölüm olsun ona! Necə ölçdü-biçdi?!
21 Əl-Müddəssir Surəsi, Ayə 21

ثُمَّ نَظَرَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Summa nazar
Mişkini Tərcüməsi: Sonra baxdı.
22 Əl-Müddəssir Surəsi, Ayə 22

ثُمَّ عَبَسَ وَبَسَرَ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Summa 'abasa va basar
Mişkini Tərcüməsi: Bu zaman üz-gözünü turşutdu, qaş-qabağını tökdü.
23 Əl-Müddəssir Surəsi, Ayə 23

ثُمَّ أَدْبَرَ وَٱسْتَكْبَرَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Summa adbara vastakbar
Mişkini Tərcüməsi: Sonra (Quranın haqq olmasına) arxa çevirdi və təkəbbür göstərdi.
24 Əl-Müddəssir Surəsi, Ayə 24

فَقَالَ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ يُؤْثَرُ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Faqala in haza illa sihruny yu'sar
Mişkini Tərcüməsi: Və dedi: «Bu, yalnız (keçmiş cadugərlərdən) gəlib çatan bir cadudan savayı bir şey deyildir».
25 Əl-Müddəssir Surəsi, Ayə 25

إِنْ هَٰذَآ إِلَّا قَوْلُ ٱلْبَشَرِ ﴿25﴾

Oxunuşu (Transkripsiya): In haza illa qavlul başar
Mişkini Tərcüməsi: «Bu, bəşər kəlamından başqa bir şey deyildir».
26 Əl-Müddəssir Surəsi, Ayə 26

سَأُصْلِيهِ سَقَرَ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Sa uslihi saqar
Mişkini Tərcüməsi: Tezliklə onu Səqərə atacağam və yandıracağam.
27 Əl-Müddəssir Surəsi, Ayə 27

وَمَآ أَدْرَىٰكَ مَا سَقَرُ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va ma adraka ma saqar
Mişkini Tərcüməsi: Və sən nə bilirsən ki, Səqər nədir!
28 Əl-Müddəssir Surəsi, Ayə 28

لَا تُبْقِى وَلَا تَذَرُ ﴿28﴾

Oxunuşu (Transkripsiya): La tubqi va la tazar
Mişkini Tərcüməsi: (Elə bir Cəhənnəmdir ki,) nə (yandırmamış bir şeyi) qoyar qalsın, nə də (lap dərinliyinə kimi nüfuz etməyincə) buraxar, (yaxud məhv edildikdən sonra yenidən qaytarılar, yenə də yandırar).
29 Əl-Müddəssir Surəsi, Ayə 29

لَوَّاحَةٌۭ لِّلْبَشَرِ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Lavvahatul lilbaşar
Mişkini Tərcüməsi: (O gün) insanlar üçün aşkardır, bədənin dərisini yandıran və qaraldandır.
30 Əl-Müddəssir Surəsi, Ayə 30

عَلَيْهَا تِسْعَةَ عَشَرَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): 'Alaiha tis'ata 'aşar
Mişkini Tərcüməsi: Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.
31 Əl-Müddəssir Surəsi, Ayə 31

وَمَا جَعَلْنَآ أَصْحَٰبَ ٱلنَّارِ إِلَّا مَلَٰٓئِكَةًۭ ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةًۭ لِّلَّذِينَ كَفَرُوا۟ لِيَسْتَيْقِنَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَيَزْدَادَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِيمَٰنًۭا ۙ وَلَا يَرْتَابَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ وَٱلْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ وَٱلْكَٰفِرُونَ مَاذَآ أَرَادَ ٱللَّهُ بِهَٰذَا مَثَلًۭا ۚ كَذَٰلِكَ يُضِلُّ ٱللَّهُ مَن يَشَآءُ وَيَهْدِى مَن يَشَآءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِىَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va maca''alna As haban nari illa mala 'ikatanv va ma ca'alna 'iddatahum illa fitnatal lillazina kafaru liyastayqinal lazina utul kitaba va yazdadal lazina amanu imananv va la yartabal lazina utul kitaba valmu'minuna va liyaqulal lazina fi qulu bihim maradunv valkafiruna maza aradal lahu bihaza masala; kazalika yudillul lahu many yaşa'u va yahdi many yaşa'; va ma ya'lamu cunuda rabbika illa hu; va ma hiya illa zikra lil başar
Mişkini Tərcüməsi: Və Biz (Cəhənnəm) odun(un) məmurlarını yalnız mələklərdən etdik. Biz onların sayını ancaq kafirlərin imtahana çəkilməsi üçün (on doqquz) etdik ki, özlərinə kitab verilmiş kəslər (yəhudilər və məsihilər Quranın öz kitabları ilə uyğun gəlməsini görüb) yəqinlik hasil etsin, möminlərin imanı daha da artsın, kitab əhli və möminlər şəkk - şübhə etməsinlər, digər tərəfdən də qəlblərində (şəkk) xəstəliyi olanlar və bir də kafirlər desinlər: «Allah bu məsəllə (Cəhənnəm məmurlarının sayını deməklə) nə demək istəmişdir? (Heç ola bilərmi ki, yalnız on doqquz nəfər Cəhənnəmin saysız-hesabsız əhlinin yerləşdiyi geniş bir mühiti idarə etsin?!) Beləcə Allah istədiyi kəsi (dəlil-sübutların təqdim edilib tamamlanmasından və onun qəbul etməməsindən sonra) azğınlıqda buraxar və istədiyi kəsi də (dini qəbul etdikdən sonra başqa kamallara doğru) hidayət edər. Rəbbinin ordularını(n sayını) Özündən başqa heç kim bilməz. Bu (Quran ayələri) bəşər üçün yalnız bir xatırlatma (öyüd-nəsihət) vasitəsidir.
32 Əl-Müddəssir Surəsi, Ayə 32

كَلَّا وَٱلْقَمَرِ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Kalla valqamar
Mişkini Tərcüməsi: Belə deyildir (Onların zənn etdikləri kimi deyil. Onlar Quran və Cəhənnəmi yalan zənn edirlər). And olsun aya,
33 Əl-Müddəssir Surəsi, Ayə 33

وَٱلَّيْلِ إِذْ أَدْبَرَ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Vallaili adbar
Mişkini Tərcüməsi: And olsun qayıdıb getməkdə olan gecəyə,
34 Əl-Müddəssir Surəsi, Ayə 34

وَٱلصُّبْحِ إِذَآ أَسْفَرَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Vassub hi iza asfar
Mişkini Tərcüməsi: Və and olsun işıqlanmaqda olan (səhərə) ki,
35 Əl-Müddəssir Surəsi, Ayə 35

إِنَّهَا لَإِحْدَى ٱلْكُبَرِ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Innaha la ihdal kubar
Mişkini Tərcüməsi: Həqiqətən, bu (Quran ayələri, yaxud bu Cəhənnəm) (Allahın lütfünün və qəzəbinin) ən böyük (nişanə)lər(in)dən biridir.
36 Əl-Müddəssir Surəsi, Ayə 36

نَذِيرًۭا لِّلْبَشَرِ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Naziral lilbaşar
Mişkini Tərcüməsi: Bəşər üçün bir qorxuducudur.
37 Əl-Müddəssir Surəsi, Ayə 37

لِمَن شَآءَ مِنكُمْ أَن يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Liman şa'a minkum any yataqaddama av yata axxar
Mişkini Tərcüməsi: Sizdən (iman və əməl vasitəsilə) irəli getmək, yaxud (küfr və üsyan vasitəsilə) geri qalmaq istəyən hər bir kəs üçün.
38 Əl-Müddəssir Surəsi, Ayə 38

كُلُّ نَفْسٍۭ بِمَا كَسَبَتْ رَهِينَةٌ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Kullu nafsim bim kasabat rahinah
Mişkini Tərcüməsi: Hər kəs öz əməlinin girovundadır (hər bir kəs yerinə yetirilməli olduğu vaciblərin və etdiyi haramların müqabilində girovdur. Vacibatları yerinə yetirdikdən və günahları yuduqdan sonra azadlığa buraxılar),
39 Əl-Müddəssir Surəsi, Ayə 39

إِلَّآ أَصْحَٰبَ ٱلْيَمِينِ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Illa as habal yamin
Mişkini Tərcüməsi: «Əshabi-yəmin»dən (girovdan azad olmuş əməl dəftəri sağ əlinə verilmiş salehlərdən) başqa.
40 Əl-Müddəssir Surəsi, Ayə 40

فِى جَنَّٰتٍۢ يَتَسَآءَلُونَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Fi cannatiny yata sa'alun
Mişkini Tərcüməsi: Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar,
41 Əl-Müddəssir Surəsi, Ayə 41

عَنِ ٱلْمُجْرِمِينَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): 'Anil mucrimin
Mişkini Tərcüməsi: Günahkarların halını;
42 Əl-Müddəssir Surəsi, Ayə 42

مَا سَلَكَكُمْ فِى سَقَرَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Ma salakakum fi saqar
Mişkini Tərcüməsi: (Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?»
43 Əl-Müddəssir Surəsi, Ayə 43

قَالُوا۟ لَمْ نَكُ مِنَ ٱلْمُصَلِّينَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Qalu lam naku minal musallin
Mişkini Tərcüməsi: Deyərlər: «Biz namaz qılanlardan deyildik.
44 Əl-Müddəssir Surəsi, Ayə 44

وَلَمْ نَكُ نُطْعِمُ ٱلْمِسْكِينَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Va lam naku nut'imul miskin
Mişkini Tərcüməsi: Fəqirə və yoxsula təam verməzdik.
45 Əl-Müddəssir Surəsi, Ayə 45

وَكُنَّا نَخُوضُ مَعَ ٱلْخَآئِضِينَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Va kunna naxudu ma'al xa'idin
Mişkini Tərcüməsi: Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq.
46 Əl-Müddəssir Surəsi, Ayə 46

وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ ٱلدِّينِ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Va kunna nukazzibu bi yavmid Din
Mişkini Tərcüməsi: Cəza gününü təkzib və inkar edərdik.
47 Əl-Müddəssir Surəsi, Ayə 47

حَتَّىٰٓ أَتَىٰنَا ٱلْيَقِينُ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Hatta atanal yaqin
Mişkini Tərcüməsi: Ölüm bizi yaxalayana qədər».
48 Əl-Müddəssir Surəsi, Ayə 48

فَمَا تَنفَعُهُمْ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Fama tanfa'uhum şafa'atuş şafi'in
Mişkini Tərcüməsi: Şəfaət edənlərin şəfaəti onlara heç bir fayda verməyəcəkdir.
49 Əl-Müddəssir Surəsi, Ayə 49

فَمَا لَهُمْ عَنِ ٱلتَّذْكِرَةِ مُعْرِضِينَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Fama lahum 'anittazkirati mu'ridin
Mişkini Tərcüməsi: Onlara nə olub ki, öyüd-nəsihətdən üz döndərirlər?!
50 Əl-Müddəssir Surəsi, Ayə 50

كَأَنَّهُمْ حُمُرٌۭ مُّسْتَنفِرَةٌۭ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Ka annahum humurum mustanfirah
Mişkini Tərcüməsi: Onlar sanki, hürkmüş vəhşi eşşəkdirlər,
51 Əl-Müddəssir Surəsi, Ayə 51

فَرَّتْ مِن قَسْوَرَةٍۭ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Farrat min qasvarah
Mişkini Tərcüməsi: (Elə eşşəklər ki,) Ovçunun (ya şirin) çəngindən qaçırlar.
52 Əl-Müddəssir Surəsi, Ayə 52

بَلْ يُرِيدُ كُلُّ ٱمْرِئٍۢ مِّنْهُمْ أَن يُؤْتَىٰ صُحُفًۭا مُّنَشَّرَةًۭ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Bal yuridu kullum ri'im minhum any yu'ta suhufam munaşşarah
Mişkini Tərcüməsi: (Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»).
53 Əl-Müddəssir Surəsi, Ayə 53

كَلَّا ۖ بَل لَّا يَخَافُونَ ٱلْءَاخِرَةَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Kalla bal la yaxafunal axirah
Mişkini Tərcüməsi: Belə deyil (qəbul etməmələrinin səbəbi məktubun gəlməməsi deyil), əslində onlar axirətdən qorxmurlar.
54 Əl-Müddəssir Surəsi, Ayə 54

كَلَّآ إِنَّهُۥ تَذْكِرَةٌۭ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Kalla innahu tazkirah
Mişkini Tərcüməsi: Belə deyil (onların söylədikləri kimi deyil, əslində) bu (Quran) öyüd-nəsihət və xatırlatma vasitəsidir.
55 Əl-Müddəssir Surəsi, Ayə 55

فَمَن شَآءَ ذَكَرَهُۥ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Fa man şa'a zakarah
Mişkini Tərcüməsi: Belə ki, kim istəsə onu xatırlaya (və ona əməl etməklə kamala çata) bilər.
56 Əl-Müddəssir Surəsi, Ayə 56

وَمَا يَذْكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ ۚ هُوَ أَهْلُ ٱلتَّقْوَىٰ وَأَهْلُ ٱلْمَغْفِرَةِ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Va ma yazkuruna illa any yaşa'al lah; Huva ahlut taqva va ahlul mağfirah
Mişkini Tərcüməsi: Və Allah istəməyincə onlar xatırlaya bilməzlər (çünki onların ixtiyari iradələri, istəkləri də əməlləri kimi Allahın yaradılış iradəsinə bağlıdır. O, istəməzsə, baş verməz). O, qorxub çəkinməyə də, bağışlamağa da layiqdir.
Əvvəlki: 73. Əl-Müzəmmil Bütün Surələr ↑ Növbəti: 75. Əl-Qiyamə

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...