67

Əl-Mülk Surəsi

30 Ayə 29-ci Cüz Məkkə
سُورَةُ الملك Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 67 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Mülk Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Mülk Surəsi, Ayə 1

تَبَٰرَكَ ٱلَّذِى بِيَدِهِ ٱلْمُلْكُ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Tabarakal lazi biyadihil mulku va huva 'ala kulli şai-in qadir
Mişkini Tərcüməsi: Varlıq aləminin həqiqi mülkiyyəti və hakimiyyəti (qüdrət) əlində olan Allah müqəddəsdir, ucadır və çox xeyir-bərəkətlidir (çünki kainatın yaradılışı, qorunması və idarə olunması Onun iradəsinə bağlıdır) və O hər şeyə qadirdir.
2 Əl-Mülk Surəsi, Ayə 2

ٱلَّذِى خَلَقَ ٱلْمَوْتَ وَٱلْحَيَوٰةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۚ وَهُوَ ٱلْعَزِيزُ ٱلْغَفُورُ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Allazi xalaqal mavta valhayata liyabluvakum ayyukum ahsanu 'amala; va huval 'azizul ğafur
Mişkini Tərcüməsi: Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur. O, yenilməz qüdrət sahibi və bağışlayandır.
3 Əl-Mülk Surəsi, Ayə 3

ٱلَّذِى خَلَقَ سَبْعَ سَمَٰوَٰتٍۢ طِبَاقًۭا ۖ مَّا تَرَىٰ فِى خَلْقِ ٱلرَّحْمَٰنِ مِن تَفَٰوُتٍۢ ۖ فَٱرْجِعِ ٱلْبَصَرَ هَلْ تَرَىٰ مِن فُطُورٍۢ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Allazi xalaqa sab'a samavatin tibaqam ma tara fi xalqir rahmani min tafavutin farci'il basara hal tara min futur
Mişkini Tərcüməsi: Yeddi göyü təbəqələrlə (bir-birinin üzərində) yaradan Odur. Sən Rəhman (olan Allah)ın yaratdığında (gözəllik, möhkəmlik və sabitlik baxımından) əsla bir uyğunsuzluq görməzsən. Belə isə yenidən bax, məgər (məxluqatın yaradılışında) bir nöqsan, yarıq (və hikmətlə uyğunsuzluq) görürsənmi?
4 Əl-Mülk Surəsi, Ayə 4

ثُمَّ ٱرْجِعِ ٱلْبَصَرَ كَرَّتَيْنِ يَنقَلِبْ إِلَيْكَ ٱلْبَصَرُ خَاسِئًۭا وَهُوَ حَسِيرٌۭ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Summar ci'il basara karrataini yanqalib ilaikal basaru xasi'anv va huva hasir
Mişkini Tərcüməsi: Sonra bir daha (varlıq aləminə) bax. (Qəlbinin) göz(ü) (yaradılışda bir nöqsan və çatışmazlığı tapmaqdan) aciz qalıb sənə tərəf qayıdacaqdır.
5 Əl-Mülk Surəsi, Ayə 5

وَلَقَدْ زَيَّنَّا ٱلسَّمَآءَ ٱلدُّنْيَا بِمَصَٰبِيحَ وَجَعَلْنَٰهَا رُجُومًۭا لِّلشَّيَٰطِينِ ۖ وَأَعْتَدْنَا لَهُمْ عَذَابَ ٱلسَّعِيرِ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va laqad zaiyannas sama'ad dunya bimasa biha va ca'alnaha rucumal liş şayatini va a'tadna lahum 'azabas sa'ir
Mişkini Tərcüməsi: Və şübhəsiz, Biz (sizə) ən yaxın olan göyü çıraqlarla (ulduzlarla) zinətləndirdik və onları şeytanların daşlanması üçün vasitə etdik, onlar üçün (şeytanlar üçün axirətdə) yandırıcı odun əzabını hazırlamışıq.
6 Əl-Mülk Surəsi, Ayə 6

وَلِلَّذِينَ كَفَرُوا۟ بِرَبِّهِمْ عَذَابُ جَهَنَّمَ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va lillazina kafaru bi rabbihim 'azabu cahannama va bi'sal masir
Mişkini Tərcüməsi: Rəbbinə kafir olanlar üçün Cəhənnəm əzabı vardır və (ora çox) pis dönüş yeridir!
7 Əl-Mülk Surəsi, Ayə 7

إِذَآ أُلْقُوا۟ فِيهَا سَمِعُوا۟ لَهَا شَهِيقًۭا وَهِىَ تَفُورُ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Iza ulqu fiha sami'u laha şahiqanv va hiya tafur
Mişkini Tərcüməsi: Oraya atıldıqları zaman onun daim qaynamaqda və coşmaqda olan ürək qopardan uğultusunu eşidərlər.
8 Əl-Mülk Surəsi, Ayə 8

تَكَادُ تَمَيَّزُ مِنَ ٱلْغَيْظِ ۖ كُلَّمَآ أُلْقِىَ فِيهَا فَوْجٌۭ سَأَلَهُمْ خَزَنَتُهَآ أَلَمْ يَأْتِكُمْ نَذِيرٌۭ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Takadu tamayyazu minal ğaizi kullama uliqya fiha favcun sa alahum xazanatuha alam yatikum nazir
Mişkini Tərcüməsi: Az qala qəzəbin şiddətindən parça-parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»
9 Əl-Mülk Surəsi, Ayə 9

قَالُوا۟ بَلَىٰ قَدْ جَآءَنَا نَذِيرٌۭ فَكَذَّبْنَا وَقُلْنَا مَا نَزَّلَ ٱللَّهُ مِن شَىْءٍ إِنْ أَنتُمْ إِلَّا فِى ضَلَٰلٍۢ كَبِيرٍۢ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Qalu bala qad ca'ana nazirun fakazzabna va qulna ma nazzalal lahu min şai in in antum illa fi dalalin kabir
Mişkini Tərcüməsi: Deyərlər: «Bəli, şübhəsiz, bizə (Allah tərəfindən) bir qorxudan gəlmişdi, lakin biz onu təkzib etdik və dedik: «Allah heç bir şey nazil etməmişdir. Siz ancaq böyük bir azğınlıq içindəsiniz».
10 Əl-Mülk Surəsi, Ayə 10

وَقَالُوا۟ لَوْ كُنَّا نَسْمَعُ أَوْ نَعْقِلُ مَا كُنَّا فِىٓ أَصْحَٰبِ ٱلسَّعِيرِ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va qalu lav kunna nasma'u avna'qilu ma kunna fi as habis sa'ir
Mişkini Tərcüməsi: Və deyərlər: «Əgər Biz (həqiqətən,) eşitsəydik, ya düşünsəydik, əsla yanar Cəhənnəm odunun əhli zümrəsində olmazdıq».
11 Əl-Mülk Surəsi, Ayə 11

فَٱعْتَرَفُوا۟ بِذَنۢبِهِمْ فَسُحْقًۭا لِّأَصْحَٰبِ ٱلسَّعِيرِ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Fa'tarafu bizambihim fasuhqal li as habis sa'ir
Mişkini Tərcüməsi: Beləliklə, öz günahlarını etiraf edərlər və (Allahın rəhmətindən) uzaq olsun yanar Cəhənnəm odunun əhli! Ölüm olsun onlara!
12 Əl-Mülk Surəsi, Ayə 12

إِنَّ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ لَهُم مَّغْفِرَةٌۭ وَأَجْرٌۭ كَبِيرٌۭ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Innal lazina yaxşavna rabbahum bilğaibi lahum mağfiratunv va acrun kabir
Mişkini Tərcüməsi: Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
13 Əl-Mülk Surəsi, Ayə 13

وَأَسِرُّوا۟ قَوْلَكُمْ أَوِ ٱجْهَرُوا۟ بِهِۦٓ ۖ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Va asirru qavlakum avicharu bihi innahu 'alimum bizatis sudur
Mişkini Tərcüməsi: Sözünüzü istər (ürəyinizdə) gizlədəsiniz, istərsə də aşkar edəsiniz, mütləq Allah sinələrdə olanı biləndir.
14 Əl-Mülk Surəsi, Ayə 14

أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ ٱللَّطِيفُ ٱلْخَبِيرُ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Ala ya'lamu man xalaq va huval latiful xabir
Mişkini Tərcüməsi: Məgər yaradan bunu bilməzmi? Agah ol, (düşüncə sahibini və onun düşünmək qüdrətini) yaradan kəs (onun düşündüklərini də) bilir. O, (hər şeyi) incəliyinə qədər görür və (hər şeydən) xəbərdardır.
15 Əl-Mülk Surəsi, Ayə 15

هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلْأَرْضَ ذَلُولًۭا فَٱمْشُوا۟ فِى مَنَاكِبِهَا وَكُلُوا۟ مِن رِّزْقِهِۦ ۖ وَإِلَيْهِ ٱلنُّشُورُ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Huval lazi ca'ala lakumul arda zalulan famşu fi manakibiha va kulu mir rizqihi va ilaihin nuşur
Mişkini Tərcüməsi: Yeri sizə ram edən Odur. Belə isə, onun qoynunda gəzin (yer kürəsinin hər bir yeri onun qoynudur) və ruzisindən yeyin. (Bilin ki,) diriltmə (əmri) Onun əlindədir və dirilənlərin dönüşü də Ona tərəfdir.
16 Əl-Mülk Surəsi, Ayə 16

ءَأَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يَخْسِفَ بِكُمُ ٱلْأَرْضَ فَإِذَا هِىَ تَمُورُ ﴿16﴾

Oxunuşu (Transkripsiya): 'A-amintum man fissama'i aiyaxsifa bi kumul arda fa iza hiya tamur
Mişkini Tərcüməsi: Məgər göydə olandan (Allahdan, yaxud Allahın izni ilə əmri göydə keçən qüdrətli varlıqlar, məsələn mələklərdən) əminsinizmi ki, sizi yerə batırmayacaq? Belə ki, qəfildən yer çalxalanar, titrəyər (və sizi xurd-xəşil edər)!
17 Əl-Mülk Surəsi, Ayə 17

أَمْ أَمِنتُم مَّن فِى ٱلسَّمَآءِ أَن يُرْسِلَ عَلَيْكُمْ حَاصِبًۭا ۖ فَسَتَعْلَمُونَ كَيْفَ نَذِيرِ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Am amintum man fissama'i ai yursila 'alaikum hasiban fasata'lamuna kaifa nazir
Mişkini Tərcüməsi: Yaxud göydə olanın sizə (üstünüzə) daş yağdıran şiddətli bir külək göndərməyəcəyindən əminsinizmi? Tezliklə Mənim qorxutmağımın necə olduğunu biləcəksiniz!
18 Əl-Mülk Surəsi, Ayə 18

وَلَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ فَكَيْفَ كَانَ نَكِيرِ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Va laqad kazzabal lazina min qablihim fakaifa kana nakir
Mişkini Tərcüməsi: Bunlardan (Məkkə müşriklərindən) öncəkilər də (Bizim peyğəmbərimizi) təkzib etmişdilər, Bizim onlara qarşılığımız və cəzamız necə idi?!
19 Əl-Mülk Surəsi, Ayə 19

أَوَلَمْ يَرَوْا۟ إِلَى ٱلطَّيْرِ فَوْقَهُمْ صَٰٓفَّٰتٍۢ وَيَقْبِضْنَ ۚ مَا يُمْسِكُهُنَّ إِلَّا ٱلرَّحْمَٰنُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍۭ بَصِيرٌ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Avalam yarav ilat tairi favqahum saffatinv va yaqbidn; ma yumsikuhunna illar rahman; innahu bikulli şai im basir
Mişkini Tərcüməsi: Və məgər onlar başları üstündə uçan, gah qanadlarını açan, gah da yığan quşları görmürlərmi?! Onları (havada) saxlayan ancaq Rəhman (olan Allah)dır. Həqiqətən, O, hər şeyi görəndir!
20 Əl-Mülk Surəsi, Ayə 20

أَمَّنْ هَٰذَا ٱلَّذِى هُوَ جُندٌۭ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَٰنِ ۚ إِنِ ٱلْكَٰفِرُونَ إِلَّا فِى غُرُورٍ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Amman hazal lazi huva cundul lakum yansurukum min dunir rahman; inilkafiruna illa fi ğurur
Mişkini Tərcüməsi: Sizin ordunuz (köməkçiləriniz) kimlərdir ki, Rəhman (olan Allah)a qarşı sizə köməklik etsin?! Kafirlər yalnız qəflətdə və aldanmaqdadırlar.
21 Əl-Mülk Surəsi, Ayə 21

أَمَّنْ هَٰذَا ٱلَّذِى يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُۥ ۚ بَل لَّجُّوا۟ فِى عُتُوٍّۢ وَنُفُورٍ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Amman hazal lazi yarzuqukum in amsaka rizqah; bal laccu fi 'utuvvinv va nufur
Mişkini Tərcüməsi: Yaxud kimdir o kəs ki, Allah ruzisini sizdən əsirgəsə, sizə ruzi versin? (Haqq onlara gizli deyildir), əksinə (əslində onlar) asi olmaqda və (haqdan) qaçmaqda inadkarlıq edirlər.
22 Əl-Mülk Surəsi, Ayə 22

أَفَمَن يَمْشِى مُكِبًّا عَلَىٰ وَجْهِهِۦٓ أَهْدَىٰٓ أَمَّن يَمْشِى سَوِيًّا عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Afamai yamşi mukibban 'ala vachihi ahda ammany yamşi saviyyan 'ala siratim mustaqim
Mişkini Tərcüməsi: Belə isə, məgər (yolun enişli-yoxuşlu olması üzündən) yıxılaraq və üzü üstə sürünərək yol gedən şəxs daha artıq hidayət tapmışdır, yoxsa dik qamətlə düzgün yolda gedən şəxs?! (Daim küfr və pozğunluq sapqınlığında həyat yolu gedən kafir, ya dinin düz yolunda imana söykənən bir mömin daha artıq hidayət olunmuşdur?!)
23 Əl-Mülk Surəsi, Ayə 23

قُلْ هُوَ ٱلَّذِىٓ أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۖ قَلِيلًۭا مَّا تَشْكُرُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Qul huval lazi anşa akum va ca'ala lakumus sam'a val absara val af'idata qalilam ma taşkurun
Mişkini Tərcüməsi: De: «Sizi yoxdan yaradan və sizə eşitmək qüvvəsi, gözlər və ürəklər verən Odur. Lakin siz az şükr edirsiniz!»
24 Əl-Mülk Surəsi, Ayə 24

قُلْ هُوَ ٱلَّذِى ذَرَأَكُمْ فِى ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Qul huval lazi zara akum fil ardi va ilaihi tuhşarun
Mişkini Tərcüməsi: De: «Sizi yer üzündə yaradan Odur və (axirətdə) Onun hüzuruna toplanacaqsınız».
25 Əl-Mülk Surəsi, Ayə 25

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Va yaquluna mata hazal va'du in kuntum sadiqin
Mişkini Tərcüməsi: (Kafirlər) deyərlər: «Əgər düz danışanlardansınızsa, bəs bu vəd (Qiyamət günü) nə zaman olacaqdır?!»
26 Əl-Mülk Surəsi, Ayə 26

قُلْ إِنَّمَا ٱلْعِلْمُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٌۭ مُّبِينٌۭ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Qul innamal 'ilmu 'indallahi va innama ana nazirum mubin
Mişkini Tərcüməsi: De: «Bunu bilmək yalnız Allaha məxsusdur və mən ancaq açıq-aşkar bir qorxudanam».
27 Əl-Mülk Surəsi, Ayə 27

فَلَمَّا رَأَوْهُ زُلْفَةًۭ سِيٓـَٔتْ وُجُوهُ ٱلَّذِينَ كَفَرُوا۟ وَقِيلَ هَٰذَا ٱلَّذِى كُنتُم بِهِۦ تَدَّعُونَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Falamma ra-avhu zulfatan si'at vucuhul lazina kafaru va qila hazal lazi kuntum bihi tadda'un
Mişkini Tərcüməsi: Beləliklə, onu (vəd olunmuş Cəhənnəmi) yaxından görəndə kafirlərin üzləri çirkin və eybəcər hala düşər və (onlara) deyilər: «Bu sizin (dünyada məsxərə ilə) istədiyiniz şeydir».
28 Əl-Mülk Surəsi, Ayə 28

قُلْ أَرَءَيْتُمْ إِنْ أَهْلَكَنِىَ ٱللَّهُ وَمَن مَّعِىَ أَوْ رَحِمَنَا فَمَن يُجِيرُ ٱلْكَٰفِرِينَ مِنْ عَذَابٍ أَلِيمٍۢ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Qul ara'aytum in ahlaka niyal lahu va mam ma'iya av rahimana famai-yucirul kafirina min 'azabin alim
Mişkini Tərcüməsi: De: «Mənə xəbər verin görüm, əgər Allah məni və mənimlə birgə olanları öldürsə, yaxud bizə rəhm etsə (və diri saxlasa, hər halda) kafirlərə (o) ağrılı əzabdan kim sığınacaq verəcək?»
29 Əl-Mülk Surəsi, Ayə 29

قُلْ هُوَ ٱلرَّحْمَٰنُ ءَامَنَّا بِهِۦ وَعَلَيْهِ تَوَكَّلْنَا ۖ فَسَتَعْلَمُونَ مَنْ هُوَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Qul huvar rahmanu amanna bihi va 'alaihi tavakkalna fasata'lamuna man huva fi dalalim mubin
Mişkini Tərcüməsi: De: «O (sizi tovhidinə dəvət etdiyim kəs bütün varlıq aləminə) rəhmət bəxş edən Allahdır, Ona iman gətirdik və Ona təvəkkül etdik. Beləliklə, tezliklə kimin açıq-aşkar bir azğınlıqda olduğunu biləcəksiniz».
30 Əl-Mülk Surəsi, Ayə 30

قُلْ أَرَءَيْتُمْ إِنْ أَصْبَحَ مَآؤُكُمْ غَوْرًۭا فَمَن يَأْتِيكُم بِمَآءٍۢ مَّعِينٍۭ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Qul ara'aytum in asbaha ma'ukum ğavran famai yatikum bima'im ma'in
Mişkini Tərcüməsi: De: «Mənə xəbər verin görüm, əgər sizin (çeşmələrdə, quyularda və çaylarda olan) suyunuz yerə hopsa (Allahdan başqa), kim sizə axar su gətirə bilər?!»
Əvvəlki: 66. Ət-Təhrim Bütün Surələr ↑ Növbəti: 68. Əl-Qələm

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...