77

Əl-Mürsəlat Surəsi

50 Ayə 29-ci Cüz Məkkə
سُورَةُ المرسلات Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 77 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Mürsəlat Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Mürsəlat Surəsi, Ayə 1

وَٱلْمُرْسَلَٰتِ عُرْفًۭا ﴿1﴾

Oxunuşu (Transkripsiya): Val mursalati'urfa
Mişkini Tərcüməsi: And olsun bir-birinin ardınca (yaradılış aləminin işlərinin idarəsi üçün) göndərilən mələk dəstələrinə (və and olsun «həşr» (dirilmə) günündə öz yeni bədənlərinə doğru sıx bir tərzdə – göndərilən möminlərin Bərzəx ruhlarına).
2 Əl-Mürsəlat Surəsi, Ayə 2

فَٱلْعَٰصِفَٰتِ عَصْفًۭا ﴿2﴾

Oxunuşu (Transkripsiya): Fal'asifati 'asfa
Mişkini Tərcüməsi: (And olsun öz məqsədlərinə doğru) şiddətli yel kimi gedənlərə.
3 Əl-Mürsəlat Surəsi, Ayə 3

وَٱلنَّٰشِرَٰتِ نَشْرًۭا ﴿3﴾

Oxunuşu (Transkripsiya): Vannaşirati naşra
Mişkini Tərcüməsi: And olsun xüsusi bir tərzlə yayan mələklərə (həyat ruhunu canlılara, ruzini dirilərə, vəhyi peyğəmbərlərə və əməl dəftərlərini Məhşər əhlinə yetirən mələklərə),
4 Əl-Mürsəlat Surəsi, Ayə 4

فَٱلْفَٰرِقَٰتِ فَرْقًۭا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Falfariqati farqa
Mişkini Tərcüməsi: (And olsun) aydın və aşkar bir tərzlə (haqqı batildən) ayıranlara,
5 Əl-Mürsəlat Surəsi, Ayə 5

فَٱلْمُلْقِيَٰتِ ذِكْرًا ﴿5﴾

Oxunuşu (Transkripsiya): Falmulqiyati zikra
Mişkini Tərcüməsi: (And olsun) zikri (Quranı və öyüd-nəsihəti insanların qəlbinə) çatdıranlara ki,
6 Əl-Mürsəlat Surəsi, Ayə 6

عُذْرًا أَوْ نُذْرًا ﴿6﴾

Oxunuşu (Transkripsiya): 'Uzran av nuzra
Mişkini Tərcüməsi: (Bütün bu çatdırılmış və yayılmış mərifətlər təkzib edənlərin bəhanə gətirmələrinə yer qoymamaq üçün) dəlil-sübutların (təqdim edilərək) tamamlanması, ya (öyüd-nəsihət qəbul edənlərin) qorxudulması və xəbərdarlıq edilməsi üçündür.
7 Əl-Mürsəlat Surəsi, Ayə 7

إِنَّمَا تُوعَدُونَ لَوَٰقِعٌۭ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Innama tu'aduna lavaqi'
Mişkini Tərcüməsi: (Bütün bunlara And olsun ki,) sizə vəd edilən (Qiyamət günü) şübhəsiz, baş verəcəkdir.
8 Əl-Mürsəlat Surəsi, Ayə 8

فَإِذَا ٱلنُّجُومُ طُمِسَتْ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Fa izam nucumu tumisat
Mişkini Tərcüməsi: Ulduzlar məhv olacağı,
9 Əl-Mürsəlat Surəsi, Ayə 9

وَإِذَا ٱلسَّمَآءُ فُرِجَتْ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va izas sama'u furicat
Mişkini Tərcüməsi: Göy yarılacağı,
10 Əl-Mürsəlat Surəsi, Ayə 10

وَإِذَا ٱلْجِبَالُ نُسِفَتْ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va izal cibalu nusifat
Mişkini Tərcüməsi: Dağlar yerindən qopacağı,
11 Əl-Mürsəlat Surəsi, Ayə 11

وَإِذَا ٱلرُّسُلُ أُقِّتَتْ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Va izar Rusulu uqqitat
Mişkini Tərcüməsi: (Allah) peyğəmbərlər(in)in (ümmətin mühakimə olunması və onlara şahidlik etmələri üçün) hazır ediləcəkləri vaxt müəyyən olduqda (Qiyamət baş verər).
12 Əl-Mürsəlat Surəsi, Ayə 12

لِأَىِّ يَوْمٍ أُجِّلَتْ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Li ayyi yavmin uccilat
Mişkini Tərcüməsi: (Bu hadisələrin baş verməsi) hansı bir gün üçün təxirə salınmışdır?
13 Əl-Mürsəlat Surəsi, Ayə 13

لِيَوْمِ ٱلْفَصْلِ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Li yavmil Fasl
Mişkini Tərcüməsi: Mühakimə və (yaxşıların pislərdən) ayrılma günü üçün.
14 Əl-Mürsəlat Surəsi, Ayə 14

وَمَآ أَدْرَىٰكَ مَا يَوْمُ ٱلْفَصْلِ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va ma adraka ma yavmul fasl
Mişkini Tərcüməsi: Sən nə bilirsən «ayrılma» günü nədir (nə qədər əhəmiyyətlidir)?!
15 Əl-Mürsəlat Surəsi, Ayə 15

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Vailuny yavma 'izillilmukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
16 Əl-Mürsəlat Surəsi, Ayə 16

أَلَمْ نُهْلِكِ ٱلْأَوَّلِينَ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Alam nuhlikil avvalin
Mişkini Tərcüməsi: Məgər Biz əvvəlki (tüğyankar və kafir)ləri məhv etmədikmi?!
17 Əl-Mürsəlat Surəsi, Ayə 17

ثُمَّ نُتْبِعُهُمُ ٱلْءَاخِرِينَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Summa nutbi'uhumul axirin
Mişkini Tərcüməsi: Sonra axırda gələnləri də onların ardınca (məhvə və əzaba) daxil edərik.
18 Əl-Mürsəlat Surəsi, Ayə 18

كَذَٰلِكَ نَفْعَلُ بِٱلْمُجْرِمِينَ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Kazzlika naf'alu bilmucrimin
Mişkini Tərcüməsi: Biz günahkarlarla belə rəftar edirik.
19 Əl-Mürsəlat Surəsi, Ayə 19

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Vailunv yavma 'izil lil mukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
20 Əl-Mürsəlat Surəsi, Ayə 20

أَلَمْ نَخْلُقكُّم مِّن مَّآءٍۢ مَّهِينٍۢ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Alam naxlukkum mimma'im mahin
Mişkini Tərcüməsi: Məgər sizi (Adəm övladını) zəif və dəyərsiz sudan (nütfədən) yaratmadıqmı?.
21 Əl-Mürsəlat Surəsi, Ayə 21

فَجَعَلْنَٰهُ فِى قَرَارٍۢ مَّكِينٍ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Faca'alnahu fi qararim makin
Mişkini Tərcüməsi: Biz onu möhkəm bir yerdə (ana bətnində) qoyduq.
22 Əl-Mürsəlat Surəsi, Ayə 22

إِلَىٰ قَدَرٍۢ مَّعْلُومٍۢ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Illa qadrim ma'lum
Mişkini Tərcüməsi: Müəyyən bir müddətədək.
23 Əl-Mürsəlat Surəsi, Ayə 23

فَقَدَرْنَا فَنِعْمَ ٱلْقَٰدِرُونَ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Faqadarna fani'mal qadirun
Mişkini Tərcüməsi: Beləliklə, Biz (insanı həmin sudan düzəltməyə) qadir olduq. Nə gözəl qadir olanlarıq. Biz (Onu cism, üzvlər, ruh, xüsusiyyətlər və ehtiyac baxımından) ölçdük. Nə gözəl ölçənlərik Biz.
24 Əl-Mürsəlat Surəsi, Ayə 24

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Vailuny yavma 'izil lilmukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
25 Əl-Mürsəlat Surəsi, Ayə 25

أَلَمْ نَجْعَلِ ٱلْأَرْضَ كِفَاتًا ﴿25﴾

Oxunuşu (Transkripsiya): Alam nac'alil arda kifata
Mişkini Tərcüməsi: Məgər yeri fəzada sürətlə hərəkət edən və (müxtəlif sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?
26 Əl-Mürsəlat Surəsi, Ayə 26

أَحْيَآءًۭ وَأَمْوَٰتًۭا ﴿26﴾

Oxunuşu (Transkripsiya): Ahya'anv va amvata
Mişkini Tərcüməsi: Dirilər və ölülər üçün?
27 Əl-Mürsəlat Surəsi, Ayə 27

وَجَعَلْنَا فِيهَا رَوَٰسِىَ شَٰمِخَٰتٍۢ وَأَسْقَيْنَٰكُم مَّآءًۭ فُرَاتًۭا ﴿27﴾

Oxunuşu (Transkripsiya): Va ca'alna fiha ravasiya şamixatinv va asqainakum ma'an furata
Mişkini Tərcüməsi: Onun üzərində möhkəm durmuş uca dağlar yaratdıq və sizə şirin su içirtdik.
28 Əl-Mürsəlat Surəsi, Ayə 28

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Vailuny yavma 'izil lilmukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
29 Əl-Mürsəlat Surəsi, Ayə 29

ٱنطَلِقُوٓا۟ إِلَىٰ مَا كُنتُم بِهِۦ تُكَذِّبُونَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Intaliqu ila ma kuntum bihi tukazzibun
Mişkini Tərcüməsi: (Məhşər haqq-hesabı qurtardıqdan sonra onlara deyiləcəkdir:) «Təkzib etdiyinizə tərəf gedin».
30 Əl-Mürsəlat Surəsi, Ayə 30

ٱنطَلِقُوٓا۟ إِلَىٰ ظِلٍّۢ ذِى ثَلَٰثِ شُعَبٍۢ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Intaliqu ila zillin zi salasi şu'ab
Mişkini Tərcüməsi: «Gedin üç qolu olan kölgəyə tərəf (Bu qatı tüstüdən ibarət olan kölgə, dünyada heyvaniyyətin, yırtıcılığın və şeytançılığın nəfs üzərindəki qələbəsinin eynilə təcəssümüdür)».
31 Əl-Mürsəlat Surəsi, Ayə 31

لَّا ظَلِيلٍۢ وَلَا يُغْنِى مِنَ ٱللَّهَبِ ﴿31﴾

Oxunuşu (Transkripsiya): La zalilinv va la yuğni minal lahab
Mişkini Tərcüməsi: O nə kölgə salar və nə də odun şöləsindən qoruyar.
32 Əl-Mürsəlat Surəsi, Ayə 32

إِنَّهَا تَرْمِى بِشَرَرٍۢ كَٱلْقَصْرِ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Innaha tarmi bişararin kalqasr
Mişkini Tərcüməsi: Həqiqətən, elə qığılcımlar saçar ki, (böyüklükdə) sanki (hər biri) uca bir binadır (yaxud böyük xurma ağacının gövdəsidir).
33 Əl-Mürsəlat Surəsi, Ayə 33

كَأَنَّهُۥ جِمَٰلَتٌۭ صُفْرٌۭ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Ka annahu cimalatun sufr
Mişkini Tərcüməsi: (O qığılcımlar) sanki sarı rəngli dəvələrdir.
34 Əl-Mürsəlat Surəsi, Ayə 34

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Vailuny yavma 'izil lilmukazibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
35 Əl-Mürsəlat Surəsi, Ayə 35

هَٰذَا يَوْمُ لَا يَنطِقُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Haza yavmu la uantiqun
Mişkini Tərcüməsi: Bu elə bir gündür ki, onlar (Məhşərin bəzi duracaqlarında) danışmazlar dinməzlər.
36 Əl-Mürsəlat Surəsi, Ayə 36

وَلَا يُؤْذَنُ لَهُمْ فَيَعْتَذِرُونَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Va la yu'zanu lahum fa ya'tazirun
Mişkini Tərcüməsi: Və onlara (söz deməyə) izn verilməz, beləliklə də üzr istəyə bilməzlər (çünki heç bir üzrləri yoxdur).
37 Əl-Mürsəlat Surəsi, Ayə 37

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Vailunv yavma 'izil lilmukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
38 Əl-Mürsəlat Surəsi, Ayə 38

هَٰذَا يَوْمُ ٱلْفَصْلِ ۖ جَمَعْنَٰكُمْ وَٱلْأَوَّلِينَ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Haza yavmul fasli cama 'nakum val avvalin
Mişkini Tərcüməsi: Bu, sizi də, sizdən əvvəlkiləri də hamılıqla bir yerə topladığımız, mühakimə və (yaxşıları pislərdən) ayırma günüdür.
39 Əl-Mürsəlat Surəsi, Ayə 39

فَإِن كَانَ لَكُمْ كَيْدٌۭ فَكِيدُونِ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Fa in kana lakum kaidun fakidun
Mişkini Tərcüməsi: Əgər (bu gün əzabdan nicat tapmaq üçün) bir çarəniz və hiyləniz varsa, Mənə qarşı işlədin.
40 Əl-Mürsəlat Surəsi, Ayə 40

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Vailuny yavma'izil lilmukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
41 Əl-Mürsəlat Surəsi, Ayə 41

إِنَّ ٱلْمُتَّقِينَ فِى ظِلَٰلٍۢ وَعُيُونٍۢ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Innal muttaqina fi zilalinv va 'uyun
Mişkini Tərcüməsi: Həqiqətən, təqvalılar kölgəliklərdə və çeşmələr (başında)
42 Əl-Mürsəlat Surəsi, Ayə 42

وَفَوَٰكِهَ مِمَّا يَشْتَهُونَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Va favakiha mimma yastahun
Mişkini Tərcüməsi: Meylləri çəkən hər növ meyvələr (içində) olarlar.
43 Əl-Mürsəlat Surəsi, Ayə 43

كُلُوا۟ وَٱشْرَبُوا۟ هَنِيٓـًٔۢا بِمَا كُنتُمْ تَعْمَلُونَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Kulu vaşrabu hani 'am bima kuntum ta'malun
Mişkini Tərcüməsi: Etdiyiniz yaxşı əməllərin müqabilində mükafat olaraq yeyin və için, sizə nuş olsun!
44 Əl-Mürsəlat Surəsi, Ayə 44

إِنَّا كَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Inna kazalika naczil muhsinin
Mişkini Tərcüməsi: Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
45 Əl-Mürsəlat Surəsi, Ayə 45

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Vailuny yavma 'izil lilmuzkazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
46 Əl-Mürsəlat Surəsi, Ayə 46

كُلُوا۟ وَتَمَتَّعُوا۟ قَلِيلًا إِنَّكُم مُّجْرِمُونَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Kulu va tamatta'u qalilan innakum mucrimun
Mişkini Tərcüməsi: (Siz isə, ey kafirlər dünyada) yeyin və qısa müddət ərzində azacıq bəhrələnin. Həqiqətən, siz günahkarsınız (və öz cəzanıza çatacaqsınız).
47 Əl-Mürsəlat Surəsi, Ayə 47

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Vailunny yavma 'izil lilmukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
48 Əl-Mürsəlat Surəsi, Ayə 48

وَإِذَا قِيلَ لَهُمُ ٱرْكَعُوا۟ لَا يَرْكَعُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Va iza qila lahumur ka'u a yarka'un
Mişkini Tərcüməsi: Onlara «(Allahın müqabilində) rüku edin, müti olun» – deyildiyi zaman rüku etməz, və müti olmazlar.
49 Əl-Mürsəlat Surəsi, Ayə 49

وَيْلٌۭ يَوْمَئِذٍۢ لِّلْمُكَذِّبِينَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Vailunny yavma 'izil lilmukazzibin
Mişkini Tərcüməsi: O gün vay halına təkzib edənlərin!
50 Əl-Mürsəlat Surəsi, Ayə 50

فَبِأَىِّ حَدِيثٍۭ بَعْدَهُۥ يُؤْمِنُونَ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Fabi ayyi hadisim ba'dahu yu'minun
Mişkini Tərcüməsi: (Əgər onlar bu kitaba da iman gətirmirlərsə,) bəs bundan sonra hansı bir sözə (kəlama) iman gətirəcəklər?!
Əvvəlki: 76. Əl-İnsan (Əd-Dəhr) Bütün Surələr ↑ Növbəti: 78. Ən-Nəbə

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...