28

Əl-Qəsəs Surəsi

88 Ayə 20-ci Cüz Məkkə
سُورَةُ القصص Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 28 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əl-Qəsəs Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əl-Qəsəs Surəsi, Ayə 1

طسٓمٓ ﴿1﴾

Oxunuşu (Transkripsiya): Ta-Sin-Mim
Mişkini Tərcüməsi: Ta, Sin, Mim. (Bu hərflər Allahla Onun Rəsulu arasında olan rəmzlərdir. Və bu kitab həmin hərflərdən təşkil olunmuşdur, lakin heç bir kəsin onun oxşarını gətirməyə qüdrəti yoxdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.) And olsun Turi-Sinaya və Məkkəyə, Tuba və Sidr ağaclarına və Muhəmmədə (s) ki,
2 Əl-Qəsəs Surəsi, Ayə 2

تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ ﴿2﴾

Oxunuşu (Transkripsiya): Tilka Aayatul Kitabil mubin
Mişkini Tərcüməsi: bu surə bu aşkar və aydınlıq gətirən kitabın ayələrindən ibarətdir.
3 Əl-Qəsəs Surəsi, Ayə 3

نَتْلُوا۟ عَلَيْكَ مِن نَّبَإِ مُوسَىٰ وَفِرْعَوْنَ بِٱلْحَقِّ لِقَوْمٍۢ يُؤْمِنُونَ ﴿3﴾

Oxunuşu (Transkripsiya): Natlu 'alaika min naba-i Musa va Fi'avna bilhaqqi liqavminy yu'minun
Mişkini Tərcüməsi: Biz iman gətirən qövm(ü düz yola gətirmək) üçün Musa və Fironun xəbərindən (sərgüzəştindən) bəzisini haq və düzgünlüklə (Cəbrailin dili ilə) sənə oxuyuruq.
4 Əl-Qəsəs Surəsi, Ayə 4

إِنَّ فِرْعَوْنَ عَلَا فِى ٱلْأَرْضِ وَجَعَلَ أَهْلَهَا شِيَعًۭا يَسْتَضْعِفُ طَآئِفَةًۭ مِّنْهُمْ يُذَبِّحُ أَبْنَآءَهُمْ وَيَسْتَحْىِۦ نِسَآءَهُمْ ۚ إِنَّهُۥ كَانَ مِنَ ٱلْمُفْسِدِينَ ﴿4﴾

Oxunuşu (Transkripsiya): Inna Fir'avna 'ala fil ardi va ca'ala ahlaha şiya'ai yastad'ifu ta'ifatam minhum yuzabbihu abna'ahum va yastahyi nisa'ahum; innahu kana minal mufsidin
Mişkini Tərcüməsi: Həqiqətən, Firon (Misrin padşahı) o torpaqda baş qaldırdı və hakimiyyət tapdı və oranın camaatını müxtəlif dəstələrə parçaladı (hər dəstəyə öz dövlətinin işlərinin bir hissəsini tapşırdı və hər bir dəstəni o birisi ilə düşmən etdi.) Onlardan bir dəstəni (İsrail övladlarından ibarət olan dəstəni) zəifliyə (və qul olmağa) sürüklüyürdü (və bu nəslin kökünün kəsilməsi üçün) oğlanlarının hamısının başını kəsir və qadınlarını (isə) sağ buraxırdı. Həqiqətən, o, fəsad törədənlərdən idi.
5 Əl-Qəsəs Surəsi, Ayə 5

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ فِى ٱلْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةًۭ وَنَجْعَلَهُمُ ٱلْوَٰرِثِينَ ﴿5﴾

Oxunuşu (Transkripsiya): Va nuridu an namunna 'alal lazinas tud'ifu fil ardi va nac'alahum a'immatanv va nac'alahumul varisin
Mişkini Tərcüməsi: Biz (isə) istədik ki, o yerdə (məmləkətdə) zəif salınmışlara mərhəmət göstərək və onları (camaata) imam, (yer üzünə) varis edək.
6 Əl-Qəsəs Surəsi, Ayə 6

وَنُمَكِّنَ لَهُمْ فِى ٱلْأَرْضِ وَنُرِىَ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا۟ يَحْذَرُونَ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Va numakkina lahum fil ardi va nuriya Fir'avna va Hamana va cunudahuma minhum ma kanu yahzarun
Mişkini Tərcüməsi: Və onlar üçün o torpaqda qüdrət və hakimiyyət vasitələri hazırlayaq (ya onları o torpaqda yerləşdirək), Firona və (onun vəziri) Hamana və qoşunlarına onların (İsrail övladları) tərəfindən qorxduqları və çəkindikləri şeyi göstərək.
7 Əl-Qəsəs Surəsi, Ayə 7

وَأَوْحَيْنَآ إِلَىٰٓ أُمِّ مُوسَىٰٓ أَنْ أَرْضِعِيهِ ۖ فَإِذَا خِفْتِ عَلَيْهِ فَأَلْقِيهِ فِى ٱلْيَمِّ وَلَا تَخَافِى وَلَا تَحْزَنِىٓ ۖ إِنَّا رَآدُّوهُ إِلَيْكِ وَجَاعِلُوهُ مِنَ ٱلْمُرْسَلِينَ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Va avhaina ila ummi Musa an ardi'ihi faiza xifti 'alaihi fa alqihi filyammi va la taxafi va la tahzani inna radduhu ilaiki va ca'iluhu minal mursalin
Mişkini Tərcüməsi: Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik».
8 Əl-Qəsəs Surəsi, Ayə 8

فَٱلْتَقَطَهُۥٓ ءَالُ فِرْعَوْنَ لِيَكُونَ لَهُمْ عَدُوًّۭا وَحَزَنًا ۗ إِنَّ فِرْعَوْنَ وَهَٰمَٰنَ وَجُنُودَهُمَا كَانُوا۟ خَٰطِـِٔينَ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Faltaqatahu Aalu Fir'avna li yakuna lahum 'aduvvanv va hazana; inna Fir'avna va Hamana va cunuda huma kanu xati'in
Mişkini Tərcüməsi: Beləliklə, Fironun ailəsi onu (suyun üzündən) götürdülər ki, sonunda onlar üçün (məqam, mal və can) düşmən(i), hüzn və kədər səbəbi olsun! Həqiqətən, Firon, Haman və qoşunları xatakar idilər.
9 Əl-Qəsəs Surəsi, Ayə 9

وَقَالَتِ ٱمْرَأَتُ فِرْعَوْنَ قُرَّتُ عَيْنٍۢ لِّى وَلَكَ ۖ لَا تَقْتُلُوهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا وَهُمْ لَا يَشْعُرُونَ ﴿9﴾

Oxunuşu (Transkripsiya): Va qalatim ra atu Fir'avna qurratu 'aynil li va lak; la taqtuluhu 'asa aiyanfa'ana av nattaxizahu valadanv va hum la yaş'urun
Mişkini Tərcüməsi: Və Fironun zövcəsi dedi: «(Bu körpə) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik». Onlar (işin aqibətindən) xəbərsiz idilər.
10 Əl-Qəsəs Surəsi, Ayə 10

وَأَصْبَحَ فُؤَادُ أُمِّ مُوسَىٰ فَٰرِغًا ۖ إِن كَادَتْ لَتُبْدِى بِهِۦ لَوْلَآ أَن رَّبَطْنَا عَلَىٰ قَلْبِهَا لِتَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿10﴾

Oxunuşu (Transkripsiya): Va asbaha fu'adu ummi Musa fariğan in kadat latubdi bihi lav la arrabatna 'ala qalbiha litakuna minal mu'minin
Mişkini Tərcüməsi: (Övladından çox narahat olduğuna görə) Musanın anasının ürəyində (övladının fikrindən savayı) heç bir şey yox idi. Əgər Biz möminlərdən olması üçün onun qəlbini möhkəm etməsəydik, az qala mətləbi büruzə verəcəkdi.
11 Əl-Qəsəs Surəsi, Ayə 11

وَقَالَتْ لِأُخْتِهِۦ قُصِّيهِ ۖ فَبَصُرَتْ بِهِۦ عَن جُنُبٍۢ وَهُمْ لَا يَشْعُرُونَ ﴿11﴾

Oxunuşu (Transkripsiya): Va qalat li uxtihi qussihi fabasurat bihi 'an cunubinv vahum la yaş'urun
Mişkini Tərcüməsi: O, Musanın bacısına dedi: «Onun dalınca get»; beləliklə, bacısı onu (körpənin Fironun adamlarının əlinə düşdüyünü) uzaqdan gördü, onlar isə xəbərsiz idilər (körpəyə kənardan nəzarət edən olduğunu bilmirdilər).
12 Əl-Qəsəs Surəsi, Ayə 12

۞ وَحَرَّمْنَا عَلَيْهِ ٱلْمَرَاضِعَ مِن قَبْلُ فَقَالَتْ هَلْ أَدُلُّكُمْ عَلَىٰٓ أَهْلِ بَيْتٍۢ يَكْفُلُونَهُۥ لَكُمْ وَهُمْ لَهُۥ نَٰصِحُونَ ﴿12﴾

Oxunuşu (Transkripsiya): Va harramna 'alaihil maradi'a min qablu faqalat hal adullukum 'ala ahli baitiny yakfulunahu lakum va hum lahu nasihun
Mişkini Tərcüməsi: Biz (bacısının onu tapmasından) öncə, bütün süd verən qadınları(n südünü) ona haram etdik. (Bu yaradılışda onun təbiətinə qoyulmuş bir haram idi.) (Körpə) heç kimin döşünü qəbul etmirdi (əmmirdi). Bacısı onlara dedi: «İstəyirsinizmi sizə zamin olub ona (uşağa) yaxşı baxacaq və ona qarşı xeyirxah olacaq bir ailəni nişan verim?»
13 Əl-Qəsəs Surəsi, Ayə 13

فَرَدَدْنَٰهُ إِلَىٰٓ أُمِّهِۦ كَىْ تَقَرَّ عَيْنُهَا وَلَا تَحْزَنَ وَلِتَعْلَمَ أَنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿13﴾

Oxunuşu (Transkripsiya): Faradadnahu ila ummihi kai taqarra 'ainuha va la tahzana va lita'lama anna va'dal lahi haqqunv va lakinna aksarahum la ya'lamun
Mişkini Tərcüməsi: Beləliklə, onu anasına qaytardıq ki, gözü aydın olsun, qəm yeməsin və bilsin ki, həqiqətən, Allahın vədi haqdır. Lakin onların (camaatın) əksəriyyəti (bunu) bilmir.
14 Əl-Qəsəs Surəsi, Ayə 14

وَلَمَّا بَلَغَ أَشُدَّهُۥ وَٱسْتَوَىٰٓ ءَاتَيْنَٰهُ حُكْمًۭا وَعِلْمًۭا ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُحْسِنِينَ ﴿14﴾

Oxunuşu (Transkripsiya): Va lamma balağa aşuddahu vastava atai nahu hukmanv va 'ilma; va kazalika naczil muhsinin
Mişkini Tərcüməsi: (Musanın) cismi qüvvələri kamilləşəndə və əqli gücü möhkəmlənəndə (təqribən qırx yaşlarında) Biz ona hikmət (və əqli elmlər) və (keçmiş şəriətlər barəsində) elm verdik. (Biz) yaxşı əməl sahiblərini beləcə mükafatlandırırıq.
15 Əl-Qəsəs Surəsi, Ayə 15

وَدَخَلَ ٱلْمَدِينَةَ عَلَىٰ حِينِ غَفْلَةٍۢ مِّنْ أَهْلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيْنِ يَقْتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنْ عَدُوِّهِۦ ۖ فَٱسْتَغَٰثَهُ ٱلَّذِى مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِى مِنْ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيْهِ ۖ قَالَ هَٰذَا مِنْ عَمَلِ ٱلشَّيْطَٰنِ ۖ إِنَّهُۥ عَدُوٌّۭ مُّضِلٌّۭ مُّبِينٌۭ ﴿15﴾

Oxunuşu (Transkripsiya): Va daxalal madinata 'ala hine ğaflatim min ahliha favacada fiha racu laini yaqtatilani haza min şi'atihi va haza min 'aduvvihi fastağasahul lazi min şi'atihi 'alal lazi min 'aduvvihi favakazahu Musa faqada 'alaihi qala haza min 'amaliş Şaitani innahu 'aduvvum mmudillum mubin
Mişkini Tərcüməsi: (Musa Fironun qəsrindən) şəhərə əhalisi xəbərsizkən (istirahət vaxtı) daxil oldu. İki nəfərin bir-birilə vuruşduğunu gördü. Biri onun tərəfdarlarından idi, o biri düşmənlərindən. Tərəfdarlarından olan şəxs düşməninə qarşı ondan kömək istədi. Belə olduqda Musa bir yumruq vuraraq onu öldürdü, dedi: «Bu (dava) Şeytan əməlindəndir, həqiqətən, (Şeytan insanı) açıq-aşkar zəlalətə salan bir düşməndir».
16 Əl-Qəsəs Surəsi, Ayə 16

قَالَ رَبِّ إِنِّى ظَلَمْتُ نَفْسِى فَٱغْفِرْ لِى فَغَفَرَ لَهُۥٓ ۚ إِنَّهُۥ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ ﴿16﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi inni zalamtu nafsi fağfir li fağafaralah; innahu Huval Ğafurur Rahim
Mişkini Tərcüməsi: (Musa) dedi: «Ey Rəbbim, əlbəttə ki, mən (bu qibtini vurub öldürməklə) özüm-özümə zülm etdim, (çünki, özümü Fironun adamlarının təhlükəsinə atdım). Buna görə məni bağışla (onun pis nəticələrindən məni qoru)». Allah onu bağışladı. Həqiqətən, O, bağışlayan və mehribandır.
17 Əl-Qəsəs Surəsi, Ayə 17

قَالَ رَبِّ بِمَآ أَنْعَمْتَ عَلَىَّ فَلَنْ أَكُونَ ظَهِيرًۭا لِّلْمُجْرِمِينَ ﴿17﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi bima an'amta 'alaiya falan akuna zahiral lilmucrimin
Mişkini Tərcüməsi: (Musa) dedi: «Ey Rəbbim, (bütün ömrüm boyu) mənə əta etdiyin nemətlərə görə, əsla günahkarlara arxa olmayacağam».
18 Əl-Qəsəs Surəsi, Ayə 18

فَأَصْبَحَ فِى ٱلْمَدِينَةِ خَآئِفًۭا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِى ٱسْتَنصَرَهُۥ بِٱلْأَمْسِ يَسْتَصْرِخُهُۥ ۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِىٌّۭ مُّبِينٌۭ ﴿18﴾

Oxunuşu (Transkripsiya): Fa asbaha fil madinati xa'ifany yataraqqabu fa izal lazis tansarahu bil amsi yastasrixuh; qala lahu musa innaka lağaviyyum mubin
Mişkini Tərcüməsi: Beləliklə, Musa şəhərdə (Misirdə) qorxu və vəhşət içərisində– (öz törətdiyi işin nəticəsini) gözləyən halda sübhü qarşıladı (gecəni keçirtdi). Bir də (gördü ki,) dünən ondan kömək istəyən şəxs, (yenə) onu köməyə çağırır. Musa ona dedi: «Həqiqətən, sən açıq-aşkar bir azğınsan!».
19 Əl-Qəsəs Surəsi, Ayə 19

فَلَمَّآ أَنْ أَرَادَ أَن يَبْطِشَ بِٱلَّذِى هُوَ عَدُوٌّۭ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقْتُلَنِى كَمَا قَتَلْتَ نَفْسًۢا بِٱلْأَمْسِ ۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارًۭا فِى ٱلْأَرْضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلْمُصْلِحِينَ ﴿19﴾

Oxunuşu (Transkripsiya): Falamma an arada ai yabtişa billazi huva 'aduvvul lahuma qala ya Musa aturidu an taqtulani kama qatalta nafsam bil amsi in turidu illa an takuna cabbaram fil ardi va ma turidu an takuna minal muslihin
Mişkini Tərcüməsi: Beləliklə, (Musa) hər ikisinin düşməni olan kəsi yaxalamaq istədikdə (o düşmən qibti, yaxud onun tərəfdarı olan sibti Musanın onu vurmaq istədiyini zənn edərək) dedi: «Ey Musa, dünən bir nəfəri öldürdüyün kimi, mənidəmi öldürmək istəyirsən?! Sən yer üzündə yalnız zülmkar və hökmran olmaq istəyirsən, islahedici (insanları islah edən) olmaq istəmirsən».
20 Əl-Qəsəs Surəsi, Ayə 20

وَجَآءَ رَجُلٌۭ مِّنْ أَقْصَا ٱلْمَدِينَةِ يَسْعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلْمَلَأَ يَأْتَمِرُونَ بِكَ لِيَقْتُلُوكَ فَٱخْرُجْ إِنِّى لَكَ مِنَ ٱلنَّٰصِحِينَ ﴿20﴾

Oxunuşu (Transkripsiya): Va ca'a raculum min aqsal madinati yas'a qala ya Musa innal mala a ya tamiruna bika liyaqtuluka faxruc inni laka minan nasihin
Mişkini Tərcüməsi: Və şəhərin o biri başından (bəlkə də Fironun sarayı yerləşdiyi yerdən) bir kişi tələsik gəldi, dedi: «Ey Musa, həqiqətən, qövmün böyükləri səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Odur ki, (Misirdən) çıx get. Şübhəsiz, mən sənin xeyirxahlarındanam».
21 Əl-Qəsəs Surəsi, Ayə 21

فَخَرَجَ مِنْهَا خَآئِفًۭا يَتَرَقَّبُ ۖ قَالَ رَبِّ نَجِّنِى مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ﴿21﴾

Oxunuşu (Transkripsiya): Faxaraca minha xa 'ifany-yataraqqab; qala Rabbi naccini minal qavmiz zalimin
Mişkini Tərcüməsi: (Musa) qorxu və vəhşət içərisində, (hansısa bir hadisənin baş verməsini) gözləyən halda şəhərdən çıxdı, dedi: «Ey Rəbbim, mənə zalımların qövmündən nicat ver».
22 Əl-Qəsəs Surəsi, Ayə 22

وَلَمَّا تَوَجَّهَ تِلْقَآءَ مَدْيَنَ قَالَ عَسَىٰ رَبِّىٓ أَن يَهْدِيَنِى سَوَآءَ ٱلسَّبِيلِ ﴿22﴾

Oxunuşu (Transkripsiya): Va lamma tavaccaha tilqa'a Madyana qala 'asa Rabbi ai yahdiyani Sava'as Sabil
Mişkini Tərcüməsi: O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: «Ümidvaram (ola bilsin ki,) Rəbbim məni düzgün yola (Mədyən şəhərinin yoluna) yönəltsin».
23 Əl-Qəsəs Surəsi, Ayə 23

وَلَمَّا وَرَدَ مَآءَ مَدْيَنَ وَجَدَ عَلَيْهِ أُمَّةًۭ مِّنَ ٱلنَّاسِ يَسْقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمْرَأَتَيْنِ تَذُودَانِ ۖ قَالَ مَا خَطْبُكُمَا ۖ قَالَتَا لَا نَسْقِى حَتَّىٰ يُصْدِرَ ٱلرِّعَآءُ ۖ وَأَبُونَا شَيْخٌۭ كَبِيرٌۭ ﴿23﴾

Oxunuşu (Transkripsiya): Va lamma varada ma'a Madyana vacada 'alaihi ummatam minannasi yasquna va vacada min dunihimum ra ataini tazudani qala ma xatubkuma qalata la nasqi hata yusdirar ri'a'u va abuna şaixun kabir
Mişkini Tərcüməsi: (Musa) Mədyən şəhərinin suyuna yetişdikdə, bir dəstə adamın (öz qoyunlarına) su verdiyini gördü. Onların yanında (isə) (öz heyvanlarını camaatın heyvanlarına qarışmağa) qoymayan iki qadın görüb dedi: «Sizin işiniz nədir? (Niyə burada durmusunuz?)» Dedilər: «Bu çobanlar (öz heyvanlarını) qaytarıb aparmayınca biz (öz heyvanlarımıza) su vermərik. Bizim atamız (Şüeyb adında) yaşlı qoca bir kişidir».
24 Əl-Qəsəs Surəsi, Ayə 24

فَسَقَىٰ لَهُمَا ثُمَّ تَوَلَّىٰٓ إِلَى ٱلظِّلِّ فَقَالَ رَبِّ إِنِّى لِمَآ أَنزَلْتَ إِلَىَّ مِنْ خَيْرٍۢ فَقِيرٌۭ ﴿24﴾

Oxunuşu (Transkripsiya): Fasaqa lahuma summa tavalla ilaz zilli faqala Rabbi inni lima anzalta ilaiya min xairin faqir
Mişkini Tərcüməsi: Beləliklə, (Musa) onlar üçün (heyvanları) suladı, sonra kölgəyə çəkildi və dedi: «Ey Rəbbim, həqiqətən, mən Sənin mənə nazil edəcəyin hər hansı bir xeyrə (yeməyə) möhtacam».
25 Əl-Qəsəs Surəsi, Ayə 25

فَجَآءَتْهُ إِحْدَىٰهُمَا تَمْشِى عَلَى ٱسْتِحْيَآءٍۢ قَالَتْ إِنَّ أَبِى يَدْعُوكَ لِيَجْزِيَكَ أَجْرَ مَا سَقَيْتَ لَنَا ۚ فَلَمَّا جَآءَهُۥ وَقَصَّ عَلَيْهِ ٱلْقَصَصَ قَالَ لَا تَخَفْ ۖ نَجَوْتَ مِنَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ ﴿25﴾

Oxunuşu (Transkripsiya): Faca'at hu ihdahuma tamşi 'alas tihya'in qalat inna abi yad'uka li yacziyaka acra ma saqaita lana; falamma ca'ahu va qassa 'alaihil qasasa qala la taxaf nacavta minal qavmiz zalimin
Mişkini Tərcüməsi: O iki qadından biri– yüksək həya ilə utana-utana onun yanına gəlib dedi: «Atam bizim üçün (heyvanlarımıza) su verməyinin muzdunu ödəməkdən ötrü səni çağırır». (Musa) onun yanına gəldikdə öz əhvalatını qocaya söylədi. (Qoca) dedi: «Qorxma, (artıq) zalımlar tayfasından nicat tapmısan (bura Fironun hökumətinin hüdudlarından kənardır)».
26 Əl-Qəsəs Surəsi, Ayə 26

قَالَتْ إِحْدَىٰهُمَا يَٰٓأَبَتِ ٱسْتَـْٔجِرْهُ ۖ إِنَّ خَيْرَ مَنِ ٱسْتَـْٔجَرْتَ ٱلْقَوِىُّ ٱلْأَمِينُ ﴿26﴾

Oxunuşu (Transkripsiya): Qalat ihdahuma ya abatis tacirhu inna xaira manistacartal qaviyyul amin
Mişkini Tərcüməsi: O iki qadından biri dedi: «Atacan, onu (muzdla) işə götür, çünki (bu) güclü və etibarlı (adam) muzdla tutduqlarının ən yaxşısıdır».
27 Əl-Qəsəs Surəsi, Ayə 27

قَالَ إِنِّىٓ أُرِيدُ أَنْ أُنكِحَكَ إِحْدَى ٱبْنَتَىَّ هَٰتَيْنِ عَلَىٰٓ أَن تَأْجُرَنِى ثَمَٰنِىَ حِجَجٍۢ ۖ فَإِنْ أَتْمَمْتَ عَشْرًۭا فَمِنْ عِندِكَ ۖ وَمَآ أُرِيدُ أَنْ أَشُقَّ عَلَيْكَ ۚ سَتَجِدُنِىٓ إِن شَآءَ ٱللَّهُ مِنَ ٱلصَّٰلِحِينَ ﴿27﴾

Oxunuşu (Transkripsiya): Qala inni uridu an unkihaka ihdab nataiya hataini 'ala an tacurani samaniya hicac; fa in atmamta 'aşran famin 'indika va ma uridu an aşuqqa 'alaik; sataciduni in şa'al lahu minas salihin
Mişkini Tərcüməsi: (Şüeyb) dedi: «Mən bu iki qızımdan birini sənə ərə vermək istəyirəm. Bunun müqabilində isə (mehriyyə belədir ki,) sən səkkiz il (ev işlərinin idarə olunması, ya heyvanların otarılması üçün) mənə xidmət edəsən. Əgər on ili tamamlasan ixtiyar səninlədir və mən səni çətinliyə salmaq istəmirəm. İnşallah, məni(m) salehlərdən (olduğumu) görəcəksən».
28 Əl-Qəsəs Surəsi, Ayə 28

قَالَ ذَٰلِكَ بَيْنِى وَبَيْنَكَ ۖ أَيَّمَا ٱلْأَجَلَيْنِ قَضَيْتُ فَلَا عُدْوَٰنَ عَلَىَّ ۖ وَٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌۭ ﴿28﴾

Oxunuşu (Transkripsiya): Qala zalika baini va bainaka aiyamal acalaini qadaitu fala 'udvana 'alaiya vallahu 'ala ma naqulu Vakil
Mişkini Tərcüməsi: (Musa) dedi: «Bu (müqavilə) mənimlə sənin aranda sabit olsun. Beləliklə, (bu) iki müddətdən hər birini tamamlamaqda, mənə qarşı heç bir təcavüz və zor olmamalıdır. Allah dediklərimizə vəkildir».
29 Əl-Qəsəs Surəsi, Ayə 29

۞ فَلَمَّا قَضَىٰ مُوسَى ٱلْأَجَلَ وَسَارَ بِأَهْلِهِۦٓ ءَانَسَ مِن جَانِبِ ٱلطُّورِ نَارًۭا قَالَ لِأَهْلِهِ ٱمْكُثُوٓا۟ إِنِّىٓ ءَانَسْتُ نَارًۭا لَّعَلِّىٓ ءَاتِيكُم مِّنْهَا بِخَبَرٍ أَوْ جَذْوَةٍۢ مِّنَ ٱلنَّارِ لَعَلَّكُمْ تَصْطَلُونَ ﴿29﴾

Oxunuşu (Transkripsiya): Falammma qada Musal acala va sara bi ahlihi anasa min canibit Turi naran qala li ahlihim kusu inni anastu naral la 'alli atikum minha bixabarin av cazvatim minan nari la 'allakum tastalun
Mişkini Tərcüməsi: Beləliklə, Musa (təyin olunmuş) müddəti tamamlayıb öz ailəsi ilə birlikdə (Mədyəndən Misrə tərəf) hərəkət etdikdə, Turun (Tur dağının) yanında bir od gördü, ailəsinə dedi: «Siz (burada) dayanın, mən bir od gördüm, bəlkə, gedib (yolu tapmaq üçün) ondan sizə bir xəbər, yaxud bir köz gətirim ki, qızınasınız».
30 Əl-Qəsəs Surəsi, Ayə 30

فَلَمَّآ أَتَىٰهَا نُودِىَ مِن شَٰطِئِ ٱلْوَادِ ٱلْأَيْمَنِ فِى ٱلْبُقْعَةِ ٱلْمُبَٰرَكَةِ مِنَ ٱلشَّجَرَةِ أَن يَٰمُوسَىٰٓ إِنِّىٓ أَنَا ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ ﴿30﴾

Oxunuşu (Transkripsiya): Falamma ataha nudiya min şati'il vadil aimani fil buq'atil mubarakati minaş şacarati ai ya Musa inni Anal lahu Rabbul 'alamin
Mişkini Tərcüməsi: Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli (mübarək) torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki; «Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm».
31 Əl-Qəsəs Surəsi, Ayə 31

وَأَنْ أَلْقِ عَصَاكَ ۖ فَلَمَّا رَءَاهَا تَهْتَزُّ كَأَنَّهَا جَآنٌّۭ وَلَّىٰ مُدْبِرًۭا وَلَمْ يُعَقِّبْ ۚ يَٰمُوسَىٰٓ أَقْبِلْ وَلَا تَخَفْ ۖ إِنَّكَ مِنَ ٱلْءَامِنِينَ ﴿31﴾

Oxunuşu (Transkripsiya): Va an alqi 'asaka falam ma ra aha tahtazzu ka annnaha cannunv valla mudbiranv va lam yu'aqqib; ya Musa aqbil va la taxaf innaka minal aminin
Mişkini Tərcüməsi: Və (nida gəldi ki,:) «Əsanı yerə at. (Atdı və) onun ilan (ya cin) kimi sürətlə hərəkət etdiyini gördükdə, geri dönüb qaçdı və arxasına (belə) baxmadı. (Buyuruldu:) «Ey Musa, irəli gəl və qorxma, həqiqətən, sən amanda olanlardansan».
32 Əl-Qəsəs Surəsi, Ayə 32

ٱسْلُكْ يَدَكَ فِى جَيْبِكَ تَخْرُجْ بَيْضَآءَ مِنْ غَيْرِ سُوٓءٍۢ وَٱضْمُمْ إِلَيْكَ جَنَاحَكَ مِنَ ٱلرَّهْبِ ۖ فَذَٰنِكَ بُرْهَٰنَانِ مِن رَّبِّكَ إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦٓ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًۭا فَٰسِقِينَ ﴿32﴾

Oxunuşu (Transkripsiya): Usluk yadaka fi caibika taxruc baida'a min ğairi su'inv vadmum ilaika canahaka minar rahbi fazanika burhanani mir Rabbika ila Fiv'avna va mala'ih; innahum kanu qavman fasiqin
Mişkini Tərcüməsi: «Əlini qoynuna qoy ki, əlin (oradan) ağappaq, eyibsiz-qüsursuz, parlaq çıxsın. Və hər hansı bir qorxu(dan çıxmaq) üçün əlini (ya əllərini) qoynuna qoy (ki, vahimən aradan getsin). Beləliklə, bu ikisi (iki möcüzə: əsa və parlaq əl) sənin Rəbbin tərəfindən Firona və onun əyanlarına qarşı iki dəlil-sübutdur. Həqiqətən, onlar öncədən fasiq bir tayfa idilər».
33 Əl-Qəsəs Surəsi, Ayə 33

قَالَ رَبِّ إِنِّى قَتَلْتُ مِنْهُمْ نَفْسًۭا فَأَخَافُ أَن يَقْتُلُونِ ﴿33﴾

Oxunuşu (Transkripsiya): Qala Rabbi inni qataltu minhum nafsan fa axafu ai yaqtulun
Mişkini Tərcüməsi: (Musa) dedi: «Ey Rəbbim, mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram (dəvətimi çatdırmazdan öncə) məni öldürsünlər».
34 Əl-Qəsəs Surəsi, Ayə 34

وَأَخِى هَٰرُونُ هُوَ أَفْصَحُ مِنِّى لِسَانًۭا فَأَرْسِلْهُ مَعِىَ رِدْءًۭا يُصَدِّقُنِىٓ ۖ إِنِّىٓ أَخَافُ أَن يُكَذِّبُونِ ﴿34﴾

Oxunuşu (Transkripsiya): Va axi Harunu huva afsahu minni lisanan fa arsilhu ma'iya rid ai yusaddiquni inni axafu ai yukazzibun
Mişkini Tərcüməsi: «Və qardaşım Harunun dili mənimkindən daha fəsahətlidir (tutarlıdır). Buna görə onu da mənimlə kömək və arxa (olaraq) göndər ki, məni təsdiq etsin. Çünki qorxuram məni təkzib etsinlər (və mən məqsədimi aydın bəyan edə bilməyəm)».
35 Əl-Qəsəs Surəsi, Ayə 35

قَالَ سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ وَنَجْعَلُ لَكُمَا سُلْطَٰنًۭا فَلَا يَصِلُونَ إِلَيْكُمَا ۚ بِـَٔايَٰتِنَآ أَنتُمَا وَمَنِ ٱتَّبَعَكُمَا ٱلْغَٰلِبُونَ ﴿35﴾

Oxunuşu (Transkripsiya): Qala sanaşuddu 'adudaka bi axika va nac'alu lakuma sultanan fala yasiluna ilaikuma; bi Aayatina antuma va manit taba'akumal ğalibun
Mişkini Tərcüməsi: (Allah) buyurdu: «Tezliklə sənin qolunu qardaşınla möhkəmlədərik və siz ikinizə (mübarizə və mübahisə etməkdə) qüdrət və qələbə əta edərik. Belə ki, Bizim ayə və möcüzələrimiz sayəsində əsla sizə əlləri çatmayacaq; siz və sizə tabe olanlar qalib gələcəksiniz!»
36 Əl-Qəsəs Surəsi, Ayə 36

فَلَمَّا جَآءَهُم مُّوسَىٰ بِـَٔايَٰتِنَا بَيِّنَٰتٍۢ قَالُوا۟ مَا هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّفْتَرًۭى وَمَا سَمِعْنَا بِهَٰذَا فِىٓ ءَابَآئِنَا ٱلْأَوَّلِينَ ﴿36﴾

Oxunuşu (Transkripsiya): Falamma ca'ahum Musa bi Aayatina baiyinatin qalu ma haza illa sihrum muftaranv va ma sami'na bihaza fi aba'inal avvalin
Mişkini Tərcüməsi: Beləliklə, Musa Bizim aydın ayələrimizi onlara gətirdikdə, dedilər: «Bu uydurulmuş (quraşdırılmış) sehrdən başqa bir şey deyildir və biz belə bir şeyi (tovhidə dəvəti) öz ata-babalarımız arasında eşitməmişik».
37 Əl-Qəsəs Surəsi, Ayə 37

وَقَالَ مُوسَىٰ رَبِّىٓ أَعْلَمُ بِمَن جَآءَ بِٱلْهُدَىٰ مِنْ عِندِهِۦ وَمَن تَكُونُ لَهُۥ عَٰقِبَةُ ٱلدَّارِ ۖ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلظَّٰلِمُونَ ﴿37﴾

Oxunuşu (Transkripsiya): Va qala Musa Rabbi a'alamu biman ca'a bilhuda min 'indihi va man takunu lahu 'aqibatud dari innahu la yuflihuz zalimun
Mişkini Tərcüməsi: Musa dedi: «Mənim Rəbbim Onun tərəfindən (insanlara) düz yola dəvət gətirən kəsi(n halını) və bu evin (gözəl) aqibətinin kimə məxsus olacağını daha yaxşı bilir. (Dünya evinin gözəl aqibəti axirət evinin xoşluğudur). Şübhəsiz, zalımlar nicat tapmazlar».
38 Əl-Qəsəs Surəsi, Ayə 38

وَقَالَ فِرْعَوْنُ يَٰٓأَيُّهَا ٱلْمَلَأُ مَا عَلِمْتُ لَكُم مِّنْ إِلَٰهٍ غَيْرِى فَأَوْقِدْ لِى يَٰهَٰمَٰنُ عَلَى ٱلطِّينِ فَٱجْعَل لِّى صَرْحًۭا لَّعَلِّىٓ أَطَّلِعُ إِلَىٰٓ إِلَٰهِ مُوسَىٰ وَإِنِّى لَأَظُنُّهُۥ مِنَ ٱلْكَٰذِبِينَ ﴿38﴾

Oxunuşu (Transkripsiya): Va qala Fir'avnu ya aiyuhal mala-u ma 'alimtu lakum min ilahin ğairi fa avqid li ya Hamanu 'alattini fac'al li sarhal la'alli attali'u ila ilahi Musa va inni la azunnuhu minal kazibin
Mişkini Tərcüməsi: Firon dedi: «Ey ölkə başçıları, mən sizin üçün özümdən başqa bir tanrı tanımıram. Ey Haman, (işin məlum olması üçün) palçıq üzərində od qala (və kərpic bişir), mənim üçün uca bir bina tik, bəlkə Musanın tanrısını görəm (ya ulduzların vəziyyətindən Onun varlığını dərk edəm). Əlbəttə, mən onu yalançılardan hesab edirəm».
39 Əl-Qəsəs Surəsi, Ayə 39

وَٱسْتَكْبَرَ هُوَ وَجُنُودُهُۥ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ وَظَنُّوٓا۟ أَنَّهُمْ إِلَيْنَا لَا يُرْجَعُونَ ﴿39﴾

Oxunuşu (Transkripsiya): Vastakbara huva va cunuduhu fil ardi biğairil haqqi va zannu annahum ilaina la yurca'un
Mişkini Tərcüməsi: O və (onun) qoşunları yer üzərində haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, Bizim hüzurumuza qaytarılmayacaqlar.
40 Əl-Qəsəs Surəsi, Ayə 40

فَأَخَذْنَٰهُ وَجُنُودَهُۥ فَنَبَذْنَٰهُمْ فِى ٱلْيَمِّ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ ﴿40﴾

Oxunuşu (Transkripsiya): Fa axaznahu va cunu dahu fanabaznahum fil yammi fanzur kaifa kana 'aqibatuz zalimin
Mişkini Tərcüməsi: Beləliklə, onu və qoşunlarını yaxaladıq və dənizə atdıq; (Ya peyğəmbər!) bax gör ki, zülmkarların aqibəti necə oldu?!
41 Əl-Qəsəs Surəsi, Ayə 41

وَجَعَلْنَٰهُمْ أَئِمَّةًۭ يَدْعُونَ إِلَى ٱلنَّارِ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ لَا يُنصَرُونَ ﴿41﴾

Oxunuşu (Transkripsiya): Va ca'alnahum a'immatany yad'una ilan Nari va Yavmal Qiyamati la yunsarun
Mişkini Tərcüməsi: Biz onları (küfr və tüğyanları ilə gələcək nəsilləri) (Cəhənnəm) od(un)a sarı çağıran rəhbərlər etdik. Qiyamət günü (heç bir şəfaət sahibi tərəfindən) onlara kömək edilməyəcək!
42 Əl-Qəsəs Surəsi, Ayə 42

وَأَتْبَعْنَٰهُمْ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ هُم مِّنَ ٱلْمَقْبُوحِينَ ﴿42﴾

Oxunuşu (Transkripsiya): Va atba'nahum fi hazihid dunya la'natanv va Yavmal Qiyamati hum minal maqbuhin
Mişkini Tərcüməsi: Bu dünyada onların ardınca (böyük) bir lənət qoyduq. (Mələklərin və möminlərin lənəti, bu cür şəxslərə tabe olanların günahları onlar üçün həqiqi lənətdir.) Qiyamət günü (onlar) eybəcər üzlülərdən, rüsvay edilmişlərdən və mənfurlardan olacaqlar.
43 Əl-Qəsəs Surəsi, Ayə 43

وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ مِنۢ بَعْدِ مَآ أَهْلَكْنَا ٱلْقُرُونَ ٱلْأُولَىٰ بَصَآئِرَ لِلنَّاسِ وَهُدًۭى وَرَحْمَةًۭ لَّعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿43﴾

Oxunuşu (Transkripsiya): Va laqad ataina Musal Kitaba mim ba'di ma ahlaknal qurunal ula basa'ira linnasi va hudanv va rahmatal la'allahum yata zakkkarun
Mişkini Tərcüməsi: Biz (Nuh, Hud, Saleh və Lutun qövmü kimi) keçmiş cəmiyyətləri həlak etdikdən sonra camaat üçün bəsirət vasitəsi hidayət və rəhmət səbəbi olan (səmavi) kitab(ı Tövratı) Musaya əta etdik ki, bəlkə öyüd-nəsihət alsınlar.
44 Əl-Qəsəs Surəsi, Ayə 44

وَمَا كُنتَ بِجَانِبِ ٱلْغَرْبِىِّ إِذْ قَضَيْنَآ إِلَىٰ مُوسَى ٱلْأَمْرَ وَمَا كُنتَ مِنَ ٱلشَّٰهِدِينَ ﴿44﴾

Oxunuşu (Transkripsiya): Va ma kunta bicanibil ğarbiyyi iz qadaina ila Musal amra va ma kunta minaş şahidin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Biz risalət əmrini (elmləri və Tövratı vəhy etməklə) Musaya elan etdiyimiz və hökm verdiyimiz (möhkəmlətdiyimiz) zaman sən (müqəddəs vadinin) qərb tərəf(in)də deyildin və sən (o heyrətli səhnənin) şahidlər(in)dən deyildin.
45 Əl-Qəsəs Surəsi, Ayə 45

وَلَٰكِنَّآ أَنشَأْنَا قُرُونًۭا فَتَطَاوَلَ عَلَيْهِمُ ٱلْعُمُرُ ۚ وَمَا كُنتَ ثَاوِيًۭا فِىٓ أَهْلِ مَدْيَنَ تَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِنَا وَلَٰكِنَّا كُنَّا مُرْسِلِينَ ﴿45﴾

Oxunuşu (Transkripsiya): Va lakinna anşana qurunan fatatavala 'alaihimul 'umur; va ma kunta saviyan fi ahli Madyana tatlu 'alaihim Aayatina va lakinna kunna mursilin
Mişkini Tərcüməsi: Lakin Biz silsilə dövrlərdə bir sıra cəmiyyətlər yaratdıq, (onların) ömürləri çox uzun oldu (onların xəbərləri köhnəldi və dəyişdi. Biz o xəbərləri indi sənə vəhy edirik). Sən Mədyən əhalisi içində yaşamırdın ki, Bizim ayələrimizi bunlara (Məkkə müşriklərinə öz gördüklərini) söyləyəsən. Lakin Biz göndərənik (peyğəmbərləri göndərir və keçmişdəkilərin xəbərlərini onlara vəhy edirik ki, insanlara söyləsinlər).
46 Əl-Qəsəs Surəsi, Ayə 46

وَمَا كُنتَ بِجَانِبِ ٱلطُّورِ إِذْ نَادَيْنَا وَلَٰكِن رَّحْمَةًۭ مِّن رَّبِّكَ لِتُنذِرَ قَوْمًۭا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍۢ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿46﴾

Oxunuşu (Transkripsiya): Va ma kunta bicanibit Turi iz nadaina va lakir rahmatam mir Rabbika litunzira qavmam ma atahum min nazirim min qablika la'allahum yatazakkarun
Mişkini Tərcüməsi: Biz (Musanı «Nur» ağacından nübuvvət məqamı üçün) çağıranda da, sən Turun (Tur dağının) yanında deyildin (ki, öz gördüklərindən xəbər verəsən). Lakin sənin Rəbbindən olan bir mərhəmətə xatir (səni onlardan xəbərdar etdik) ki, səndən öncə (İsanın, ya İsmailin zamanından sənin əsrinə qədər) heç bir qorxudan (Peyğəmbər) gəlməyən bir qövmü qorxudasan, bəlkə öyüd nəsihət alsınlar.
47 Əl-Qəsəs Surəsi, Ayə 47

وَلَوْلَآ أَن تُصِيبَهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَيَقُولُوا۟ رَبَّنَا لَوْلَآ أَرْسَلْتَ إِلَيْنَا رَسُولًۭا فَنَتَّبِعَ ءَايَٰتِكَ وَنَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ ﴿47﴾

Oxunuşu (Transkripsiya): Va lav la an tusibahum musibatum bima qaddamat aidihim fa yaqulu Rabbana lav la arsalta ilaina Rasulan fanattabi'a Aayatika va nakuna minal mu'minin
Mişkini Tərcüməsi: Və əks təqdirdə özlərinin qabaqcadan göndərdiklərinin (dünyada etdikləri əməllərin) müqabilində onlara bir müsibət və əzab (cəza) yetişsəydi (dəlil-sübut gətirər və) deyərdilər: «Ey Rəbbimiz, nə üçün bizə bir rəsul göndərmədin ki, Sənin ayələrinə tabe olub, möminlərdən olaydıq» (Biz onları peyğəmbər göndərmədən küfr və günahlarının cəzasına düçar edərdik. Biz daim əqli dəlilləri nəqli dəllillərlə təsdiq edirik).
48 Əl-Qəsəs Surəsi, Ayə 48

فَلَمَّا جَآءَهُمُ ٱلْحَقُّ مِنْ عِندِنَا قَالُوا۟ لَوْلَآ أُوتِىَ مِثْلَ مَآ أُوتِىَ مُوسَىٰٓ ۚ أَوَلَمْ يَكْفُرُوا۟ بِمَآ أُوتِىَ مُوسَىٰ مِن قَبْلُ ۖ قَالُوا۟ سِحْرَانِ تَظَٰهَرَا وَقَالُوٓا۟ إِنَّا بِكُلٍّۢ كَٰفِرُونَ ﴿48﴾

Oxunuşu (Transkripsiya): Falamma ca'ahumul haqqu min 'indina qalu lav la utiya misla ma utiya Musa; avalam yakfuru bima utiya Musa min qablu qalu sihrani tazahara va qalu inna bikullin kafirun
Mişkini Tərcüməsi: Beləliklə, Bizim tərəfimizdən onlara (müşriklərə) (Peyğəmbər və) haqq (olan kitab) gəldikdə (onlar) dedilər: «Musaya verilənin (Tövratın birdəfəlik nazil olunması, əsa və ağ, parlaq, nurlu əl möcüzələrinin) bənzəri nə üçün ona verilməmişdir?!» Məgər bu müşriklər bundan öncə Musaya veriləni inkar etməmişdilərmi? Dedilər: «(Bu Tövrat və Quran) iki sehrdir (cadudur) ki, bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik». (Və məgər o müşriklər bundan öncə Musaya verdiyimizi inkar etməmişlərmi? Dedilər: «(Musa və Harun) iki məharətli sehrbazdır və bir-birlərinə arxa olmuşlar. Biz hər ikisini inkar edirik»).
49 Əl-Qəsəs Surəsi, Ayə 49

قُلْ فَأْتُوا۟ بِكِتَٰبٍۢ مِّنْ عِندِ ٱللَّهِ هُوَ أَهْدَىٰ مِنْهُمَآ أَتَّبِعْهُ إِن كُنتُمْ صَٰدِقِينَ ﴿49﴾

Oxunuşu (Transkripsiya): Qul fatu bi Kitabim min 'indil lahi huva ahda minhu ma attabi'hu in kuntum sadiqin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) de: «Əgər siz düz danışansınızsa, Allah tərəfindən elə bir kitab gətirin ki, bu ikisindən (Tövrat və Qurandan) daha doğru yol göstərən olsun ki, mən ona tabe olum».
50 Əl-Qəsəs Surəsi, Ayə 50

فَإِن لَّمْ يَسْتَجِيبُوا۟ لَكَ فَٱعْلَمْ أَنَّمَا يَتَّبِعُونَ أَهْوَآءَهُمْ ۚ وَمَنْ أَضَلُّ مِمَّنِ ٱتَّبَعَ هَوَىٰهُ بِغَيْرِ هُدًۭى مِّنَ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ ﴿50﴾

Oxunuşu (Transkripsiya): Fa il lam yastacibu laka fa'lam annama yattabi'una ahva'ahum; v aman adallu mimmanit taba'a havahu biğari hudam minal lah; innal laha la yahdil qavmaz zalimin
Mişkini Tərcüməsi: Beləliklə, əgər sən(in dəvətin)ə cavab verməsələr, bil ki, onlar öz (nəfsi) istəklərinə uymuşlar. Allahın hidayəti olmadan, öz (nəfsi) istəklərinə uyandan daha çox azğın kim ola bilər?! Həqiqətən, Allah zalım tayfanı doğru yola yönəltməz.
51 Əl-Qəsəs Surəsi, Ayə 51

۞ وَلَقَدْ وَصَّلْنَا لَهُمُ ٱلْقَوْلَ لَعَلَّهُمْ يَتَذَكَّرُونَ ﴿51﴾

Oxunuşu (Transkripsiya): Va laqad vassalna lahumul qavla la'allahum yatazakkarun
Mişkini Tərcüməsi: Həqiqətən, Biz öz sözümüzü (Quranın ayələrini və surələrini) bir-birinin ardınca və bir-biri ilə əlaqəli halda (bir neçə il ərzində ardıcıl) onlara yetirdik, bəlkə, öyüd-nəsihət alsınlar.
52 Əl-Qəsəs Surəsi, Ayə 52

ٱلَّذِينَ ءَاتَيْنَٰهُمُ ٱلْكِتَٰبَ مِن قَبْلِهِۦ هُم بِهِۦ يُؤْمِنُونَ ﴿52﴾

Oxunuşu (Transkripsiya): Allazina atainahu mul Kitaba min qablihi hum bihi yu'minun
Mişkini Tərcüməsi: Bundan öncə səmavi kitab verdiyimiz kəslər (məsələn, Tövrat və İncil əhlinin bəziləri), buna (bu Qurana) da iman gətirirlər.
53 Əl-Qəsəs Surəsi, Ayə 53

وَإِذَا يُتْلَىٰ عَلَيْهِمْ قَالُوٓا۟ ءَامَنَّا بِهِۦٓ إِنَّهُ ٱلْحَقُّ مِن رَّبِّنَآ إِنَّا كُنَّا مِن قَبْلِهِۦ مُسْلِمِينَ ﴿53﴾

Oxunuşu (Transkripsiya): Va iza yutla 'alaihim qalu amanna bihi innahul haqqu mir rabbina inna kunna min qablihi muslimin
Mişkini Tərcüməsi: Onlara Quran oxunan zaman deyərlər: «Ona iman gətirdik, şübhəsiz, bu bizim Rəbbimiz tərəfindən (nazil) olan həmin haqdır (həqiqətdir), həqiqətən, biz on(un nazil olmasın)dan qabaq (Tövratın və İncilin xəbərləri vasitəsilə) İslamı qəbul etmişdik».
54 Əl-Qəsəs Surəsi, Ayə 54

أُو۟لَٰٓئِكَ يُؤْتَوْنَ أَجْرَهُم مَّرَّتَيْنِ بِمَا صَبَرُوا۟ وَيَدْرَءُونَ بِٱلْحَسَنَةِ ٱلسَّيِّئَةَ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ ﴿54﴾

Oxunuşu (Transkripsiya): Ula'ika yu'tavna acrahum marratayni bima sabaru va yadra'una bil hasanatis saiyi'ata va mimmma razaq nahum yunfiqun
Mişkini Tərcüməsi: (İki səmavi kitaba iman gətirib əməl etməyə) səbr etdikləri üçün onlara iki dəfə muzd veriləcəkdir. Onlar (danışıqda və əməldə) yaxşılıq etməklə (insanların) pisliyi(ni) və əziyyətləri(ni) uzaqlaşdırarlar və onlara ruzi olaraq verdiklərimizdən (ehtiyacı olanlara) sərf edərlər.
55 Əl-Qəsəs Surəsi, Ayə 55

وَإِذَا سَمِعُوا۟ ٱللَّغْوَ أَعْرَضُوا۟ عَنْهُ وَقَالُوا۟ لَنَآ أَعْمَٰلُنَا وَلَكُمْ أَعْمَٰلُكُمْ سَلَٰمٌ عَلَيْكُمْ لَا نَبْتَغِى ٱلْجَٰهِلِينَ ﴿55﴾

Oxunuşu (Transkripsiya): Va iza sami'ul lağva a'radu 'anhu va qalu lana a'maluna va lakum a'malukum salamun 'alaikum la nabtağil cahilin
Mişkini Tərcüməsi: (Onlar) boş bir söz (məsxərə, söyüş, qeybət) eşitdikləri zaman, ondan üz döndərərlər və (bu hərəkətləri ilə) deyərlər: «Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam (Salamat qalın) olsun! Biz cahilləri (dostluq və yoldaşlıq üçün) istəmirik».
56 Əl-Qəsəs Surəsi, Ayə 56

إِنَّكَ لَا تَهْدِى مَنْ أَحْبَبْتَ وَلَٰكِنَّ ٱللَّهَ يَهْدِى مَن يَشَآءُ ۚ وَهُوَ أَعْلَمُ بِٱلْمُهْتَدِينَ ﴿56﴾

Oxunuşu (Transkripsiya): Innaka la tahdi man ahbata va lakinna laha yahdi mai yaşa'; va Huva'lamu bilmuhtadin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Şübhəsiz, sən özün istədiyin hər bir kəsi doğru yola yönəldə bilməzsən (onun qəlbini haqqa yönəldə bilməzsən, çünki sənin vəzifən yolu göstərməkdir). Lakin Allah istədiyi hər bir kəsi imana çatdırır (onu düz yola yönəldir) və O, doğru yola istedadı (qabiliyyəti) olanları daha yaxşı bilir.
57 Əl-Qəsəs Surəsi, Ayə 57

وَقَالُوٓا۟ إِن نَّتَّبِعِ ٱلْهُدَىٰ مَعَكَ نُتَخَطَّفْ مِنْ أَرْضِنَآ ۚ أَوَلَمْ نُمَكِّن لَّهُمْ حَرَمًا ءَامِنًۭا يُجْبَىٰٓ إِلَيْهِ ثَمَرَٰتُ كُلِّ شَىْءٍۢ رِّزْقًۭا مِّن لَّدُنَّا وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ ﴿57﴾

Oxunuşu (Transkripsiya): Va qalu in nattabi'il huda ma'aka nutaxattaf min ardina; avalam numakkkil lahum haraman aminany yucba ilaihi samaratu kulli şai'ir rizqam mil ladunna va lakinna aksarahum la ya'lamun
Mişkini Tərcüməsi: (Məkkə müşrikləri başqa bir bəhanə gətirərək) dedilər: «Əgər səninlə birlikdə haqq yola tabe olsaq, (başqa müşriklər) bizi torpaqlarımızdan (yurdlarımızdan) didərgin salar (və ölümə və əsirliyə sürükləyərlər)». Məgər Biz onları hər növ məhsulun daşınıb gətirildiyi əmin-amanlıq (hökm sürən) bir Hərəmdə yerləşdirmədikmi?! (Bu) Bizim tərəfimizdən (verilən) bir ruzidir, lakin onların əksəriyyəti (bunun qədrini) bilmirlər.
58 Əl-Qəsəs Surəsi, Ayə 58

وَكَمْ أَهْلَكْنَا مِن قَرْيَةٍۭ بَطِرَتْ مَعِيشَتَهَا ۖ فَتِلْكَ مَسَٰكِنُهُمْ لَمْ تُسْكَن مِّنۢ بَعْدِهِمْ إِلَّا قَلِيلًۭا ۖ وَكُنَّا نَحْنُ ٱلْوَٰرِثِينَ ﴿58﴾

Oxunuşu (Transkripsiya): Va kam ahlakna min qaryatim batirat ma'işataha fatilka masainuhum lam tuskam mim ba'dihim illa qalila; va kunna Nahnul varisin
Mişkini Tərcüməsi: Biz öz yaşayışlarında tüğyan və təkəbbür edən neçə-neçə insan toplumlarını məhv etdik. Budur onların özlərindən sonar yalnız az bir hissəsində yaşayış olan yurdları. (Yalnız səfərə çıxmış şəxslərin müvəqqəti yaşayış yeridir). (Onlara) Biz varis olmuşuq.
59 Əl-Qəsəs Surəsi, Ayə 59

وَمَا كَانَ رَبُّكَ مُهْلِكَ ٱلْقُرَىٰ حَتَّىٰ يَبْعَثَ فِىٓ أُمِّهَا رَسُولًۭا يَتْلُوا۟ عَلَيْهِمْ ءَايَٰتِنَا ۚ وَمَا كُنَّا مُهْلِكِى ٱلْقُرَىٰٓ إِلَّا وَأَهْلُهَا ظَٰلِمُونَ ﴿59﴾

Oxunuşu (Transkripsiya): Va ma kana Rabbuka muhlikal qura hatta yab'asa fi ummiha Rasulany yatlu 'alaihim ayatina; va ma kunna muhlikil qura illa va ahluha zalimun
Mişkini Tərcüməsi: Sənin Rəbbin mərkəzlərinə Bizim (tovhidimizin və xilqətin məqsədlərinə dair) ayə və nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri və kəndləri məhv etməmişdir. Biz (peyğəmbərləri göndərdikdən sonra da) yalnız əhalisi zülmkar olan şəhərləri və kəndləri yox etmişik.
60 Əl-Qəsəs Surəsi, Ayə 60

وَمَآ أُوتِيتُم مِّن شَىْءٍۢ فَمَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَزِينَتُهَا ۚ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ وَأَبْقَىٰٓ ۚ أَفَلَا تَعْقِلُونَ ﴿60﴾

Oxunuşu (Transkripsiya): Va ma utitum min şai'in famata'ul hayatid dunya va zinatuha; va ma 'indal lahi xairunv va abqa; afala ta'qilun
Mişkini Tərcüməsi: (Dünya malından) Sizə verilən şeylər yalnız dünya həyatında bəhrələnmək üçün bir qaynaq, onun bərbəzəyi və zinətidir. Allah yanında olan (axirət nemətləri isə) daha yaxşı və daha əbədidir. Məgər düşünmürsünüz?
61 Əl-Qəsəs Surəsi, Ayə 61

أَفَمَن وَعَدْنَٰهُ وَعْدًا حَسَنًۭا فَهُوَ لَٰقِيهِ كَمَن مَّتَّعْنَٰهُ مَتَٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ثُمَّ هُوَ يَوْمَ ٱلْقِيَٰمَةِ مِنَ ٱلْمُحْضَرِينَ ﴿61﴾

Oxunuşu (Transkripsiya): Afamanv va'adnahu va'dan hasanan fahuva laqihi kamam matta'nahu mata'al hayatid dunya summa huva Yavmal Qiyamati minal muhdarin
Mişkini Tərcüməsi: Beləliklə, (axirət səadəti barədə) mütləq qovuşacağı gözəl bir vəd verdiyimiz kimsə dünya malını verdiyimiz sonra da Qiyamət günü (hesab və əzab üçün) gətiriləcək kəslə eyni ola bilərmi?!
62 Əl-Qəsəs Surəsi, Ayə 62

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴿62﴾

Oxunuşu (Transkripsiya): Va Yavma yunadihim fa-yaqulu aina şuraka 'iyal lazina kuntum taz'umun
Mişkini Tərcüməsi: Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyər: «(Tanrılıqda, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklərim (bütlər, ulduzlar, cinlər və sairə) haradadırlar?!»
63 Əl-Qəsəs Surəsi, Ayə 63

قَالَ ٱلَّذِينَ حَقَّ عَلَيْهِمُ ٱلْقَوْلُ رَبَّنَا هَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَغْوَيْنَآ أَغْوَيْنَٰهُمْ كَمَا غَوَيْنَا ۖ تَبَرَّأْنَآ إِلَيْكَ ۖ مَا كَانُوٓا۟ إِيَّانَا يَعْبُدُونَ ﴿63﴾

Oxunuşu (Transkripsiya): Qalal lazina haqqa 'alaihimul qavlu Rabbana ha'ula'il lazina ağvaina ağvainahu kama ğavaina tabarrana ilaika ma kanu iyyana ya'budun
Mişkini Tərcüməsi: Haqlarında əzab vədi həyata keçən kəslər (adamları dünyada öz ibadət və itaətlərinə çağıranlar) deyərlər: «Ey Rəbbimiz, bizim azdırdıqlarımız (bizə sitayiş edənlər) bunlardır. Biz nə cür (öz ixtiyarımızla) azmışıqsa, onları da (öz ixtiyarları ilə) elə azdırdıq. İndi isə onlardan uzaqlaşıb Sənə tərəf gəldik. (Əslində) onlar bizə ibadət etmirdilər, (məcburi surətdə ibadət etmirdilər, yaxud şeytanlara və ya öz «əmmarə» nəfslərinə ibadət edirdilər).
64 Əl-Qəsəs Surəsi, Ayə 64

وَقِيلَ ٱدْعُوا۟ شُرَكَآءَكُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا۟ لَهُمْ وَرَأَوُا۟ ٱلْعَذَابَ ۚ لَوْ أَنَّهُمْ كَانُوا۟ يَهْتَدُونَ ﴿64﴾

Oxunuşu (Transkripsiya): Va qilad 'u şuraka'akum fada'avhum falam yastacibu lahum va ra avul 'azab; lav annahum kanu yahtadun
Mişkini Tərcüməsi: Və (ibadət edənlərə) deyiləcəkdir: «Belə isə, şəriklərinizi (Allahla bərabər hesab etdiklərinizi, köməyə) çağırın». Beləliklə, onları çağırarlar, amma onlar cavab (hay) verməzlər; və əzabı (eynül-yəqinlə) görərlər və arzu edərlər ki, «kaş (dünyada) hidayət olmuş olaydılar».
65 Əl-Qəsəs Surəsi, Ayə 65

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ مَاذَآ أَجَبْتُمُ ٱلْمُرْسَلِينَ ﴿65﴾

Oxunuşu (Transkripsiya): Va Yavma yunadihim fa yaqulu maza acabtumul mursalin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) (Yada sal,) o gün ki, (Allah Məhşər əhlinin hamısına) xitab edib, deyəcəkdir: «Bizim peyğəmbərlərimizə nə cavab verdiniz?»
66 Əl-Qəsəs Surəsi, Ayə 66

فَعَمِيَتْ عَلَيْهِمُ ٱلْأَنۢبَآءُ يَوْمَئِذٍۢ فَهُمْ لَا يَتَسَآءَلُونَ ﴿66﴾

Oxunuşu (Transkripsiya): Fa'amiyat 'alaihimul amba'u Yavma'izin fahum la yatasa'alun
Mişkini Tərcüməsi: Beləliklə, o gündə (cavaba və başqa məsələlərə aid) xəbərlər (zamanın uzunluğundan və dəhşətin çoxluğundan) onlardan gizli qalar. Hətta (onlar) bir-birlərindən belə soruşa bilməzlər.
67 Əl-Qəsəs Surəsi, Ayə 67

فَأَمَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا فَعَسَىٰٓ أَن يَكُونَ مِنَ ٱلْمُفْلِحِينَ ﴿67﴾

Oxunuşu (Transkripsiya): Fa amma man taba va amana va 'amila salihan fa'asa ai yakuna minal muflihin
Mişkini Tərcüməsi: Lakin (küfr və günahdan) tövbə edib, iman gətirən və yaxşı işlər görən kəsə gəlincə isə onun nicat tapanlardan olmasına ümid vardır.
68 Əl-Qəsəs Surəsi, Ayə 68

وَرَبُّكَ يَخْلُقُ مَا يَشَآءُ وَيَخْتَارُ ۗ مَا كَانَ لَهُمُ ٱلْخِيَرَةُ ۚ سُبْحَٰنَ ٱللَّهِ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿68﴾

Oxunuşu (Transkripsiya): Va Rabbuka yaxuluqu ma yaşa'u va yaxtar; ma kana lahumul xiyarah; Subhannal lahi va Ta'ala 'ammma yuşrikun
Mişkini Tərcüməsi: Sənin Rəbbin hər nə istəsə (varlıq aləmində) yaradar və seçər, onlar üçün seçim ixtiyarı yoxdur. Allah pakdır və Ona şərik qoşulanlardan ucadır!
69 Əl-Qəsəs Surəsi, Ayə 69

وَرَبُّكَ يَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ ﴿69﴾

Oxunuşu (Transkripsiya): Va Rabbuka ya'lamu ma tukinnu suduruhum va ma yu'linun
Mişkini Tərcüməsi: Və sənin Rəbbin onların sinələrinin gizli saxladığı və (dillə, qələmlə, ya əməllə) aşkar etdikləri hər şeyi bilir.
70 Əl-Qəsəs Surəsi, Ayə 70

وَهُوَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ لَهُ ٱلْحَمْدُ فِى ٱلْأُولَىٰ وَٱلْءَاخِرَةِ ۖ وَلَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿70﴾

Oxunuşu (Transkripsiya): Va Huval lahu la ilaha illa Huva lahul hamdu fil ula val Aaxirati va lahul hukmu va ilaihi turca'un
Mişkini Tərcüməsi: Ondan başqa heç bir tanrı olmayan Allah Odur. Dünyada və axirətdə həmd (sitayiş) yalnız Ona məxsusdur (çünki, hər iki aləmdə olan bütün gözəlliklər Ondandır). Hakimiyyət və hökm vermək (də hər iki aləmdə) Ona məxsusdur. Siz (hamınız) Ona tərəf qaytarılacaqsınız.
71 Əl-Qəsəs Surəsi, Ayə 71

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلَّيْلَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ مَنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِضِيَآءٍ ۖ أَفَلَا تَسْمَعُونَ ﴿71﴾

Oxunuşu (Transkripsiya): Qul ara'aitum in ca'alal lahu 'alaikumul laila sarmadan ila Yavmil Qiyamati man ilahun ğairul lahi ya tikum bidiya'in afala tasma'un
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) de: «Mənə deyin görüm, əgər Allah gecəni sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə qədər həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı tanrı (hətta günəşdən deyil, başqa bir yerdən) sizə bir işıq gətirə bilərdi? Məgər eşitmirsinizmi?!»
72 Əl-Qəsəs Surəsi, Ayə 72

قُلْ أَرَءَيْتُمْ إِن جَعَلَ ٱللَّهُ عَلَيْكُمُ ٱلنَّهَارَ سَرْمَدًا إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ مَنْ إِلَٰهٌ غَيْرُ ٱللَّهِ يَأْتِيكُم بِلَيْلٍۢ تَسْكُنُونَ فِيهِ ۖ أَفَلَا تُبْصِرُونَ ﴿72﴾

Oxunuşu (Transkripsiya): Qul ara'aitum in ca'alal lahu 'alaikumun nahara sarmadan ila Yavmil Qiyamati man ilahun ğairul lahi yatikum bilailin taskununa fihi afala tubsirun
Mişkini Tərcüməsi: De: «Mənə deyin görüm, əgər Allah gündüzü sizin üçün (yer kürəsini dayandırmaqla) Qiyamət gününə kimi həmişəlik bərqərar etsəydi, yeganə Allahdan başqa hansı bir tanrı aramlıq tapdığınız gecəni sizə gətirə bilərdi? Məgər görmürsünüz?!»
73 Əl-Qəsəs Surəsi, Ayə 73

وَمِن رَّحْمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيْلَ وَٱلنَّهَارَ لِتَسْكُنُوا۟ فِيهِ وَلِتَبْتَغُوا۟ مِن فَضْلِهِۦ وَلَعَلَّكُمْ تَشْكُرُونَ ﴿73﴾

Oxunuşu (Transkripsiya): Va mir rahmatihi ca'ala lakumul laila vannahara litaskunu fihi va litabtağu min fadlihi va la'allakum taşkurun
Mişkini Tərcüməsi: Gecə dincəlməniz və (gündüz iş-güc ilə) Allahın fəzl və kərəmindən (ruzi) axtarmanızdan ötrü sizin üçün (yer kürəsinin hərəkəti ilə) gecə və gündüzü yaratması Onun (Allahın) mərhəmətindəndir. bəlkə şükr edəsiniz!
74 Əl-Qəsəs Surəsi, Ayə 74

وَيَوْمَ يُنَادِيهِمْ فَيَقُولُ أَيْنَ شُرَكَآءِىَ ٱلَّذِينَ كُنتُمْ تَزْعُمُونَ ﴿74﴾

Oxunuşu (Transkripsiya): Va Yavma yunadihim fa yaqulu aina şuraka'iyal lazina kuntum tazz'umun
Mişkini Tərcüməsi: Və (yada sal) o günü ki, (Allah) onlara xitab edib deyəcəkdir: «(Tanrılıq, ibadət və ya itaətdə Mənimlə şərik olduqlarını) güman etdiyiniz o şəriklər (bütlər, ulduzlar, cinlər və başqaları) haradadırlar?!»
75 Əl-Qəsəs Surəsi, Ayə 75

وَنَزَعْنَا مِن كُلِّ أُمَّةٍۢ شَهِيدًۭا فَقُلْنَا هَاتُوا۟ بُرْهَٰنَكُمْ فَعَلِمُوٓا۟ أَنَّ ٱلْحَقَّ لِلَّهِ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ ﴿75﴾

Oxunuşu (Transkripsiya): Va naza'na min kulli ummatin şahidan faqulna hatu burhanakum fa'alimu annal haqqa lillahi va dalla 'anhum ma kanu yaftarun
Mişkini Tərcüməsi: (O gün) hər bir ümmətdən bir şahid (məsum şəxs, ya ədalətli bir alim, yaxud saleh bir adil) çıxararıq, beləliklə (şahidin hüzurunda o ümmətə) deyərik: «(Dininiz barədə) dəlil-sübutunuzu gətirin!» Onlar (elmül-yəqin və eynül-yəqinlə) biləcəklər ki, (bütün səmavi kitablardakı xəbərlərdə, hökmlərdə, şəriətlərdə, vədlərdə) Haqq Allaha məxsusdur. İftira (ilə) düzəltdikləri şey onların nəzərindən qeyb olar, yoxa çıxar.
76 Əl-Qəsəs Surəsi, Ayə 76

۞ إِنَّ قَٰرُونَ كَانَ مِن قَوْمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيْهِمْ ۖ وَءَاتَيْنَٰهُ مِنَ ٱلْكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلْعُصْبَةِ أُو۟لِى ٱلْقُوَّةِ إِذْ قَالَ لَهُۥ قَوْمُهُۥ لَا تَفْرَحْ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْفَرِحِينَ ﴿76﴾

Oxunuşu (Transkripsiya): Inna Qaruna kana min qavmi Musa fabağa 'alaihim va atainahu minal kunuzi ma inna mafati hahu latanu'u bil'usbati ulil quvvati iz qala lahu qavmuhu la tafrah innal laha la yuhibbul farihin
Mişkini Tərcüməsi: Həqiqətən, Qarun Musanın qövmündən (onun əmisi oğlu) idi. (Fironun vergisini İsrail övladlarından almaq üçün məmur olunmuşdu.) (O) onlara qarşı həddini aşdı və zülm etdi. Ona o qədər xəzinələr vermişdik ki, onların açarları güclü bir dəstəyə ağırlıq edirdi. (Yada sal,) o zamanı ki, qövmü ona dedi: «(Malına qürrələnib) sevinmə. Çünki Allah (malına qürrələnib) sevinənləri sevməz».
77 Əl-Qəsəs Surəsi, Ayə 77

وَٱبْتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلْءَاخِرَةَ ۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنْيَا ۖ وَأَحْسِن كَمَآ أَحْسَنَ ٱللَّهُ إِلَيْكَ ۖ وَلَا تَبْغِ ٱلْفَسَادَ فِى ٱلْأَرْضِ ۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلْمُفْسِدِينَ ﴿77﴾

Oxunuşu (Transkripsiya): Vabtaği fima atakal lahud Daral Aaxirata va la tansa nasibaka minad dunya va ahsin kama ahsanal lahu ilaika va la tabğil fasada fil ardi innal laha la yuhibbul mufsidin
Mişkini Tərcüməsi: «Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz».
78 Əl-Qəsəs Surəsi, Ayə 78

قَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلْمٍ عِندِىٓ ۚ أَوَلَمْ يَعْلَمْ أَنَّ ٱللَّهَ قَدْ أَهْلَكَ مِن قَبْلِهِۦ مِنَ ٱلْقُرُونِ مَنْ هُوَ أَشَدُّ مِنْهُ قُوَّةًۭ وَأَكْثَرُ جَمْعًۭا ۚ وَلَا يُسْـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلْمُجْرِمُونَ ﴿78﴾

Oxunuşu (Transkripsiya): Qala innama uti tuhu 'ala 'ilmin 'indi; avalam ya'lam annal laha qad ahlaka min qablihi minal quruni man huva aşaddu minhu quvvatanv va aksaru cam'a; va la yus'alu 'an zunubihimul mucrimun
Mişkini Tərcüməsi: (Qarun) dedi: «Həqiqət budur ki, bu mal-dövlət məndə olan elm (Tövrata, kimyagərliyə, ticarətə və əkinçiliyə yaxşı bələd olmaq) sayəsində mənə verilmişdir». Məgər o (Qarun) Allahın ondan öncə (gəlmiş) ondan da qüvvətli, sərvətli və sayca çox olan insan cəmiyyətlərini məhv etdiyini bilmirdimi? Və (əzab nazil olan zaman) əsla günahkarlardan günahları barədə soruşulmayacaq (Allahın əzabı qəfildən nazil olacaqdır).
79 Əl-Qəsəs Surəsi, Ayə 79

فَخَرَجَ عَلَىٰ قَوْمِهِۦ فِى زِينَتِهِۦ ۖ قَالَ ٱلَّذِينَ يُرِيدُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا يَٰلَيْتَ لَنَا مِثْلَ مَآ أُوتِىَ قَٰرُونُ إِنَّهُۥ لَذُو حَظٍّ عَظِيمٍۢ ﴿79﴾

Oxunuşu (Transkripsiya): Faxaraca 'ala qavmihi fi zinatih; qalal lazina yuridunal hayatad dunya yalaita lana misla ma utiya Qarunu innahu lazu hazzin 'azim
Mişkini Tərcüməsi: (Bir gün Qarun) şəxsi zinət və ehtişamı içində öz qövmünün qarşısına çıxdı. Dünya həyatını istəyənlər dedilər: «Kaş Qaruna verilən qazanc bizə də veriləydi! Həqiqətən, o (dünyada) böyük bir qazanc sahibidir».
80 Əl-Qəsəs Surəsi, Ayə 80

وَقَالَ ٱلَّذِينَ أُوتُوا۟ ٱلْعِلْمَ وَيْلَكُمْ ثَوَابُ ٱللَّهِ خَيْرٌۭ لِّمَنْ ءَامَنَ وَعَمِلَ صَٰلِحًۭا وَلَا يُلَقَّىٰهَآ إِلَّا ٱلصَّٰبِرُونَ ﴿80﴾

Oxunuşu (Transkripsiya): Va qalal lazina utul 'ilma vailakum savabul lahi xairul liman amana va 'amila saliha; va la yulaq qaha illas sabirun
Mişkini Tərcüməsi: (İlahi və din) elm(i) verilmiş şəxslər isə, dedilər: «Vay sizin halınıza! İman gətirən və yaxşı iş görən şəxs üçün Allahın mükafatı (Qarunun bütün sərvətindən) yaxşıdır və onu da yalnız səbirlilər əldə edərlər».
81 Əl-Qəsəs Surəsi, Ayə 81

فَخَسَفْنَا بِهِۦ وَبِدَارِهِ ٱلْأَرْضَ فَمَا كَانَ لَهُۥ مِن فِئَةٍۢ يَنصُرُونَهُۥ مِن دُونِ ٱللَّهِ وَمَا كَانَ مِنَ ٱلْمُنتَصِرِينَ ﴿81﴾

Oxunuşu (Transkripsiya): Faxasafna bihi va bidarihil arda fama kana laho min fi'atiny yansuru nahu min dunil lahi va ma kana minal muntasirin
Mişkini Tərcüməsi: Beləliklə, onu (Qarunu) və evini yerə batırdıq. Allahın (əzabı) müqabilində ona kömək edə biləcək (dostlarından və nökərlərindən ibarət) bir dəstə də yox idi. Onun özü də özünü müdafiə edə bilmədi.
82 Əl-Qəsəs Surəsi, Ayə 82

وَأَصْبَحَ ٱلَّذِينَ تَمَنَّوْا۟ مَكَانَهُۥ بِٱلْأَمْسِ يَقُولُونَ وَيْكَأَنَّ ٱللَّهَ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ ۖ لَوْلَآ أَن مَّنَّ ٱللَّهُ عَلَيْنَا لَخَسَفَ بِنَا ۖ وَيْكَأَنَّهُۥ لَا يُفْلِحُ ٱلْكَٰفِرُونَ ﴿82﴾

Oxunuşu (Transkripsiya): Va asbahal lazina tamannav makanahu bil amsi yaquluna vaika annal laha yabsutur rizqa limany ya şa'u min 'ibadihi va yaqdiru lav la am mannal lahu 'alaina laxasafa bina vaika annahu la yuflihul kafirun
Mişkini Tərcüməsi: Dünən (mal-dövlət və məqam baxımından) onun (Qarunun) yerində olmağı arzu edənlər, elə hala düşdülər ki, deyirdilər: «Vay-vay, sən demə Allah öz bəndələrindən istədiyi hər bir kəsin ruzisini artırar və azaldarmış! Doğrudan Allah bizə lütf etdi (və bizi Qarunun gününə salmadı), yoxsa bizi də torpağa batırardı. Vay-vay, sən demə kafirlər nicat tapmayacaqlarmış!»
83 Əl-Qəsəs Surəsi, Ayə 83

تِلْكَ ٱلدَّارُ ٱلْءَاخِرَةُ نَجْعَلُهَا لِلَّذِينَ لَا يُرِيدُونَ عُلُوًّۭا فِى ٱلْأَرْضِ وَلَا فَسَادًۭا ۚ وَٱلْعَٰقِبَةُ لِلْمُتَّقِينَ ﴿83﴾

Oxunuşu (Transkripsiya): Tilkad Darul Aaxiratu nac'aluha lillazina la yuriduna 'uluvvan fil ardi va la fasada; val 'aqibatu lilmuttaqin
Mişkini Tərcüməsi: Biz bu yüksək və uca axirət evini yer üzündə təkəbbürlük, (başqaları üzərində) hökmranlıq və fitnə-fəsad iddiasında olmayanlara nəsib edirik. (Gözəl) aqibət (ancaq) təqvalılara məxsusdur.
84 Əl-Qəsəs Surəsi, Ayə 84

مَن جَآءَ بِٱلْحَسَنَةِ فَلَهُۥ خَيْرٌۭ مِّنْهَا ۖ وَمَن جَآءَ بِٱلسَّيِّئَةِ فَلَا يُجْزَى ٱلَّذِينَ عَمِلُوا۟ ٱلسَّيِّـَٔاتِ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿84﴾

Oxunuşu (Transkripsiya): Man ca'a bilhasanati falahu xairum minha va man ca'a bissaiyi'ati fala yuczal lazina 'amilus saiyiati illa ma kanu ya'malun
Mişkini Tərcüməsi: Hər kəs (əqidə və əməl mərhələsində) yaxşı əməllə gəlsə, onun üçün (dünyada və axirətdə) ondan daha yaxşısı (mükafat) vardır və hər kəs pis əməllə gəlsə, pis iş görənlər yalnız günahları ölçüsündə cəzalandırılarlar.
85 Əl-Qəsəs Surəsi, Ayə 85

إِنَّ ٱلَّذِى فَرَضَ عَلَيْكَ ٱلْقُرْءَانَ لَرَآدُّكَ إِلَىٰ مَعَادٍۢ ۚ قُل رَّبِّىٓ أَعْلَمُ مَن جَآءَ بِٱلْهُدَىٰ وَمَنْ هُوَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ ﴿85﴾

Oxunuşu (Transkripsiya): Innal azi farada 'alaikal Qur-ana laradduka ila ma'ad; qur Rabbi a'lamu man cca'a bil huda va man huva fi dalalim mubin
Mişkini Tərcüməsi: (Ya Peyğəmbər!) Şübhəsiz, bu Quranı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: «Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir».
86 Əl-Qəsəs Surəsi, Ayə 86

وَمَا كُنتَ تَرْجُوٓا۟ أَن يُلْقَىٰٓ إِلَيْكَ ٱلْكِتَٰبُ إِلَّا رَحْمَةًۭ مِّن رَّبِّكَ ۖ فَلَا تَكُونَنَّ ظَهِيرًۭا لِّلْكَٰفِرِينَ ﴿86﴾

Oxunuşu (Transkripsiya): Va ma kunta tarcu ai yulqa ilaikal Kitabu illa rahmatam mir Rabbika fala takunanna zahiral lilkafirin
Mişkini Tərcüməsi: Bu kitabın sənə nazil olacağına ümid etmirdin, lakin (o) sənin Rəbbin tərəfindən olan bir rəhmət sayəsində nazil oldu. Buna görə də əsla kafirlərə arxa olma.
87 Əl-Qəsəs Surəsi, Ayə 87

وَلَا يَصُدُّنَّكَ عَنْ ءَايَٰتِ ٱللَّهِ بَعْدَ إِذْ أُنزِلَتْ إِلَيْكَ ۖ وَٱدْعُ إِلَىٰ رَبِّكَ ۖ وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ ﴿87﴾

Oxunuşu (Transkripsiya): Va la yasuddunnaka 'an Aayatil lahi ba'da iz unzilat ilaika vad'u ila Rabbika va la takonanna minal muşrikin
Mişkini Tərcüməsi: Və məbada (Quran) sənə nazil edildikdən sonra (düşmənlər) səni Allahın ayələrinə (əməl etməkdən və camaata çatdırmaq)dan saxlayalar. (İnsanları) Rəbbinə sarı dəvət et və əsla müşriklərdən olma!
88 Əl-Qəsəs Surəsi, Ayə 88

وَلَا تَدْعُ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ ۘ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ كُلُّ شَىْءٍ هَالِكٌ إِلَّا وَجْهَهُۥ ۚ لَهُ ٱلْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ ﴿88﴾

Oxunuşu (Transkripsiya): Va la tad'u ma'al lahi ilahan axar; la ilaha illa Hu; kullu şai'in halikun illa Vachah; lahul hukkmu va ilaihi turca'un
Mişkini Tərcüməsi: Və yeganə olan Allahla yanaşı başqa bir tanrı çağırma, Ondan başqa (heç) bir tanrı yoxdur. Yalnız Onun zatından başqa (vücudu mümkün olan) hər şey məhv və puç olmağa məhkumdur. (Çünki O, vücudu vacib olandır, varlıq aləmi üzərində) hakimiyyət (varlıq aləmində olan ən nüfuzlu əmr və bütün ixtilaflarda haqq üzrə hakimlik) Ona məxsusdur. Və (siz) Ona tərəf qaytarılacaqsınız!
Əvvəlki: 27. Ən-Nəml Bütün Surələr ↑ Növbəti: 29. Əl-Ənkəbut

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...