بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ
Bağışlayan və mehriban Allahın adı ilə
Oxunuşu (Transkripsiya):
Alif-Lam-Mim
Mişkini Tərcüməsi:
Əlif, Lam, Mim. (Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur və eyni zamanda möcüzədir. Bu kitab Əlif (Allah) tərəfindən Lamın (Cəbrail) vasitəsilə Mimə (Muhəmməd (s)) nazil olunmuşdur. Bu kitabın möhkəm ayələri və bu cür də mütəşabih ayələri vardır.)
تَنزِيلُ ٱلْكِتَٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَٰلَمِينَ
﴿2﴾
Oxunuşu (Transkripsiya):
Tanzilul Kitabi 'laraiba fihi mir rabbil 'alamin
Mişkini Tərcüməsi:
Bu kitabın aləmlərin Rəbbi tərəfindən nazil edilməsində heç bir şəkk-şübhə yoxdur.
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۚ بَلْ هُوَ ٱلْحَقُّ مِن رَّبِّكَ لِتُنذِرَ قَوْمًۭا مَّآ أَتَىٰهُم مِّن نَّذِيرٍۢ مِّن قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Am yaqulunaf tarahu bal huval haqqu mir rabbika litunzira qavma ma atahum min nazirim min qablika la'allahum yahtadun
Mişkini Tərcüməsi:
Yoxsa (Məkkə müşrikləri): (Muhəmməd) Bunu (bu kitabı) özündən uydurmuşdur» – deyirlər. (Belə deyildir) əksinə, bu səndən öncə (İbrahimin (ə), yaxud İsa (ələyhissalam)ın zamanından sonra) onlara bir qorxudan (peyğəmbər) gəlməyən bir qövmü qorxutmağın üçün sənin Rəbbin tərəfindən (nazil) olan həmin haqdır və (O) sabitdir. Bəlkə doğru yola yönəlsinlər.
ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ وَمَا بَيْنَهُمَا فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ مَا لَكُم مِّن دُونِهِۦ مِن وَلِىٍّۢ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Allahul lazi xalaqas samavati val arda va ma bainahuma fi sittati ayyam;Summas tava 'alal 'arş; ma lakum min dunihi minv-vvaliyyinv-vala şafi'; afala tatazakkarun
Mişkini Tərcüməsi:
Göyləri və yeri və onların arasındakıları altı gündə (altı gündüzdə, yaxud altı gecə və gündüzdə və ya altı dövrdə uzun bir müddətdə) yaradan, sonra isə (aləmin səltənət və tədbir) ərş(in)i hökmü altına alan Allahdır. Sizin Ondan başqa heç bir haminiz (qəyyumunuz) və şəfaətedəniniz (yaradılış işlərinin axınında bir vasitə) yoxdur. Məgər öyüd-nəsihət almırsınızmı?!
يُدَبِّرُ ٱلْأَمْرَ مِنَ ٱلسَّمَآءِ إِلَى ٱلْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِى يَوْمٍۢ كَانَ مِقْدَارُهُۥٓ أَلْفَ سَنَةٍۢ مِّمَّا تَعُدُّونَ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Yudabbirul amra minas sama'i ilal ardi Summa ya'rucu ilai Summa ya'rucu ilaihi fi yavmin kana miqdaruhu alfa sanatim mimma ta'uddun
Mişkini Tərcüməsi:
O, (xilqətin əvvəlindən Qiyamət qopacağı vaxta qədər) bu dünyanın işlərini (Öz cəlal) səma(sın)dan (bu yer barəsində olan fərmanla, mələklərinin əli ilə) tədbir və tənzim edir. Sonra (tədbirdən hasil olunan nəticələr) sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə On(un dərgahın)a sarı yüksələr (və araşdırılmaq və hökm olunmaq üçün «hesab» dayanacağında Ona təqdim olunur).
ذَٰلِكَ عَٰلِمُ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ ٱلْعَزِيزُ ٱلرَّحِيمُ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Zalika 'alimul ğaybi va şahadatil 'azizur rahim
Mişkini Tərcüməsi:
O uca məqam, qeybi də, aşkarı da bilən və yenilməz qüdrət sahibi və mehriban olan (Allah)dır.
ٱلَّذِىٓ أَحْسَنَ كُلَّ شَىْءٍ خَلَقَهُۥ ۖ وَبَدَأَ خَلْقَ ٱلْإِنسَٰنِ مِن طِينٍۢ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Allazi ahsana kulla şai in xalaqa; va bada a xalqal insani min tin
Mişkini Tərcüməsi:
O, yaratdığı hər şeyi gözəl yaratmışdır (onun üzvlərini bir-birinə və bütünlükdə isə onu yaradılış məqsədinə mütənasib etmişdir) və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır).
ثُمَّ جَعَلَ نَسْلَهُۥ مِن سُلَٰلَةٍۢ مِّن مَّآءٍۢ مَّهِينٍۢ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Summa ca'ala naslahu min sulalatim mim ma'immahin
Mişkini Tərcüməsi:
Sonra da onun nəslini zəif və dəyərsiz bir su damcısından (nütfədən) əmələ gətirdi.
ثُمَّ سَوَّىٰهُ وَنَفَخَ فِيهِ مِن رُّوحِهِۦ ۖ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَٱلْأَفْـِٔدَةَ ۚ قَلِيلًۭا مَّا تَشْكُرُونَ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Summa savvahu va nafaxa fihi mir ruhihih; va ca'ala lakumus sam'a val-absara val-af'idah; taqalilam ma taşkurun
Mişkini Tərcüməsi:
Sonra onun (bədən) üzvlərini (ananın bətnində) kamil etdi və ona Öz ruhundan üfürdü; sizin üçün (insanlar üçün hiss edilənləri dərk etmə vasitəsi olan) qulaq və göz və (ağılla qavranılanları dərk etmə vasitəsi olan) ürək verdi, halbuki, çox az şükr edirsiniz.
10
Əs-Səcdə Surəsi, Ayə 10
وَقَالُوٓا۟ أَءِذَا ضَلَلْنَا فِى ٱلْأَرْضِ أَءِنَّا لَفِى خَلْقٍۢ جَدِيدٍۭ ۚ بَلْ هُم بِلِقَآءِ رَبِّهِمْ كَٰفِرُونَ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Va qalu 'a-iza dalalna fil ardi 'a-inna lafi xalqin cadid; bal hum biliqa'i rabbihim kafirrun
Mişkini Tərcüməsi:
(Müşriklər) dedilər: «Məgər (biz) torpağın köksündə dağılıb yox olduqdan sonra, yenidənmi yaradılacağıq?!» (Bizim qüdrətimiz məhdud deyildir). Əksinə, onlar öz Rəbbi ilə görüşü inkar edirlər.
11
Əs-Səcdə Surəsi, Ayə 11
۞ قُلْ يَتَوَفَّىٰكُم مَّلَكُ ٱلْمَوْتِ ٱلَّذِى وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Qul yatavaffakum malakul mavtil lazi vukkila bikum Summa ila rabbikum turca'un
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»
12
Əs-Səcdə Surəsi, Ayə 12
وَلَوْ تَرَىٰٓ إِذِ ٱلْمُجْرِمُونَ نَاكِسُوا۟ رُءُوسِهِمْ عِندَ رَبِّهِمْ رَبَّنَآ أَبْصَرْنَا وَسَمِعْنَا فَٱرْجِعْنَا نَعْمَلْ صَٰلِحًا إِنَّا مُوقِنُونَ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Va lav tara izil mucrimuna nakisu ru'usihim 'inda rabbihim rabbana absarna va sami'na farci'na na'mal salihan inna muqinun
Mişkini Tərcüməsi:
Kaş günahkarlar öz Rəbbinin hüzurunda başlarını aşağı salaraq «Ey Rəbbimiz! (vəd verdiyin şeyi öz gözümüzlə və qulaqlarımızla) gördük və eşitdik, belə isə bizi geri qaytar ki, yaxşı işlər görək, şübhəsiz, biz tam yəqinliklə inananlardanıq!» – (deyəndə) görəydin.
13
Əs-Səcdə Surəsi, Ayə 13
وَلَوْ شِئْنَا لَءَاتَيْنَا كُلَّ نَفْسٍ هُدَىٰهَا وَلَٰكِنْ حَقَّ ٱلْقَوْلُ مِنِّى لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Va lav şi'na la-ataina kulla nafsin hudaha va lakin haqqal qavlu minni la amla'anna cahannama minal cinnati vannasi acma'in
Mişkini Tərcüməsi:
«Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə – istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi (Mənim dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»
14
Əs-Səcdə Surəsi, Ayə 14
فَذُوقُوا۟ بِمَا نَسِيتُمْ لِقَآءَ يَوْمِكُمْ هَٰذَآ إِنَّا نَسِينَٰكُمْ ۖ وَذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ بِمَا كُنتُمْ تَعْمَلُونَ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Fazuqu bima nasitum liqa'a yavminkum haza inna nasinakum va zuqu 'azabal xuldi bima kuntum ta'malun
Mişkini Tərcüməsi:
(Onlara deyərik:) «Belə isə, bu günkü günümüzün görüşünü unutmağınızın cəzasını (Cəhənnəmin əzabını) dadın, biz də sizi unutduq (Öz mərhəmətimizdən sildik)və etdiklərinizin cəzası olaraq dadın əbədi əzabı».
15
Əs-Səcdə Surəsi, Ayə 15
إِنَّمَا يُؤْمِنُ بِـَٔايَٰتِنَا ٱلَّذِينَ إِذَا ذُكِّرُوا۟ بِهَا خَرُّوا۟ سُجَّدًۭا وَسَبَّحُوا۟ بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Innama yu'minu bi ayatinal lazina iza zukkiru biha xarru succadanv va sabbahu bihamdi rabbihim va hum la yastakbirun
Mişkini Tərcüməsi:
Həqiqətən, Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyb və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirər.
16
Əs-Səcdə Surəsi, Ayə 16
تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ ٱلْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًۭا وَطَمَعًۭا وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Tatacafa cunubuhum 'anil madaci'i yad'una rabbahum xavfanv va tama'anv va mimma razaqnahum yunfiqun
Mişkini Tərcüməsi:
(Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər.
17
Əs-Səcdə Surəsi, Ayə 17
فَلَا تَعْلَمُ نَفْسٌۭ مَّآ أُخْفِىَ لَهُم مِّن قُرَّةِ أَعْيُنٍۢ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَعْمَلُونَ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Fala ta'lamu nafsum ma uxfiya lahum min qurrati a'yunin caza'am bima kanu ya'malun
Mişkini Tərcüməsi:
Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!
18
Əs-Səcdə Surəsi, Ayə 18
أَفَمَن كَانَ مُؤْمِنًۭا كَمَن كَانَ فَاسِقًۭا ۚ لَّا يَسْتَوُۥنَ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Afaman kana mu'minan kaman kana fasiqa; la yasta vun
Mişkini Tərcüməsi:
Belə isə, məgər imanlı olanlarla fasiq olanlar eynidirmi? Əsla (onlar) eyni deyildir!
19
Əs-Səcdə Surəsi, Ayə 19
أَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَلَهُمْ جَنَّٰتُ ٱلْمَأْوَىٰ نُزُلًۢا بِمَا كَانُوا۟ يَعْمَلُونَ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Ammal lazina amanu va 'amilus salihati falahum cannatul mava nuzulam bima kanu ya'malun
Mişkini Tərcüməsi:
Lakin iman gətirib saleh əməllər edənlər üçün «Məva» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır.
20
Əs-Səcdə Surəsi, Ayə 20
وَأَمَّا ٱلَّذِينَ فَسَقُوا۟ فَمَأْوَىٰهُمُ ٱلنَّارُ ۖ كُلَّمَآ أَرَادُوٓا۟ أَن يَخْرُجُوا۟ مِنْهَآ أُعِيدُوا۟ فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا۟ عَذَابَ ٱلنَّارِ ٱلَّذِى كُنتُم بِهِۦ تُكَذِّبُونَ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Va ammal lazina fasaqu famavahumn Naru kullama aradu any yaxrucu minha u'idu fiha va qila lahum zuqu 'zaban Naril lazi kuntum bihi tukazzibun
Mişkini Tərcüməsi:
Fasiqlərə gəldikdə isə olanların məskəni (cəhənnəm) odudur, hər zaman oradan çıxmaq istəsələr (qapılara və ya divarlara yaxınlaşsalar) oraya qaytarılarlar və onlara deyilər: «Dadın təkzib və inkar etdiyiniz odun əzabını!»
21
Əs-Səcdə Surəsi, Ayə 21
وَلَنُذِيقَنَّهُم مِّنَ ٱلْعَذَابِ ٱلْأَدْنَىٰ دُونَ ٱلْعَذَابِ ٱلْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Va lanuziqan nahum minal 'azabil ladna dunal 'azabil akbari la'allahum yarci'un
Mişkini Tərcüməsi:
Biz ən böyük əzabdan (axirət əzabından) öncə onlara mütləq ən yaxın əzabı (dünya əzabını – qıtlıq, xəstəlik, məğlubiyyət və sairə) daddıracağıq, bəlkə (düz yola) qayıdalar!
22
Əs-Səcdə Surəsi, Ayə 22
وَمَنْ أَظْلَمُ مِمَّن ذُكِّرَ بِـَٔايَٰتِ رَبِّهِۦ ثُمَّ أَعْرَضَ عَنْهَآ ۚ إِنَّا مِنَ ٱلْمُجْرِمِينَ مُنتَقِمُونَ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Va man azlamu mimman zukkira bi ayati rabbihi summa a'rada 'anha; inna minal mucrimina muntaqimmon
Mişkini Tərcüməsi:
Öz Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər?! Biz mütləq günahkarlardan intiqam alanıq.
23
Əs-Səcdə Surəsi, Ayə 23
وَلَقَدْ ءَاتَيْنَا مُوسَى ٱلْكِتَٰبَ فَلَا تَكُن فِى مِرْيَةٍۢ مِّن لِّقَآئِهِۦ ۖ وَجَعَلْنَٰهُ هُدًۭى لِّبَنِىٓ إِسْرَٰٓءِيلَ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Va laqad ayaina Musal Kitaba fala takun fi miryatim mil liqa'ihi va ca'alnahu hudal li Bani Isra'il
Mişkini Tərcüməsi:
Şübhəsiz, Biz Musaya (səmavi) kitab (Tövrat) verdik, belə isə (sən) onunla görüş (meracda, yaxud Qiyamətdə Allahla və ya Musa ilə görüş) barəsində şəkk və şübhədə olma. Biz onu İsrail övladları üçün doğru yol göstərən bir vasitə etdik.
24
Əs-Səcdə Surəsi, Ayə 24
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةًۭ يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا۟ ۖ وَكَانُوا۟ بِـَٔايَٰتِنَا يُوقِنُونَ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Va ca'alna minhum a'immatany yahduna bi amrina lamma sabaru va kanu bi ayatina yuqinun
Mişkini Tərcüməsi:
Səbr etdikləri və ayələrimizə (Tövratın ayələrinə) yəqinliklə inandıqları üçün Biz onlardan əmrimizlə (insanlara) haqq yolu göstərən imamlar təyin etdik.
25
Əs-Səcdə Surəsi, Ayə 25
إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Inna rabbaka huva yafsilu bainahum yavmal qiyamati fima kanu fihi yaxtalifun
Mişkini Tərcüməsi:
Həqiqətən, sənin Rəbbin Özü Qiyamət günü onların arasında ixtilafda olduqları şey barəsində hökm verəcəkdir.
26
Əs-Səcdə Surəsi, Ayə 26
أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِن قَبْلِهِم مِّنَ ٱلْقُرُونِ يَمْشُونَ فِى مَسَٰكِنِهِمْ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍ ۖ أَفَلَا يَسْمَعُونَ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Avalam yahdi lahum kam ahlakna min qablihim minal quruni yamşuna fi zalika la ayatin afala yasma'un
Mişkini Tərcüməsi:
Məgər (bu) onları hidayət etmədimi, onlar uçun aydın olmadımı ki,onlardan öncə (indi) yurdlarında gəzib dolandıqları (və məhv olma nişanələrini və evlərinin viran qaldığını gördükləri) neçə-neçə dəstələri məhv etdik?! Həqiqətən, bu işdə (Allahın tovhidi və qüdrətinə dair) nişanələr vardır, məgər (onlar qəlb qulağı ilə) eşitmirlərmi?!
27
Əs-Səcdə Surəsi, Ayə 27
أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَسُوقُ ٱلْمَآءَ إِلَى ٱلْأَرْضِ ٱلْجُرُزِ فَنُخْرِجُ بِهِۦ زَرْعًۭا تَأْكُلُ مِنْهُ أَنْعَٰمُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Avalam yarav anna nasuqul ma'a ilal lardil curuzi fanuxricu bihi zar'an takulu minhu an'amuhum va anfusuhum afala yubsirun
Mişkini Tərcüməsi:
Məgər görmədilərmi ki, Biz suyu (yağış, çay, çeşmə və bulaq şəklində) otsuz yerə tərəf axıdıb, onun vasitəsilə heyvanlarının və özlərinin yedikləri əkinlər yetişdiririk?! Məgər (onlar bütün bunları öz gözləri ilə və qəlblərinin gözü ilə) görmürlərmi?!
28
Əs-Səcdə Surəsi, Ayə 28
وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْفَتْحُ إِن كُنتُمْ صَٰدِقِينَ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Va yaquluna mata hazal fat hu in kuntum sadiqin
Mişkini Tərcüməsi:
Və (müşriklər istehza ilə) dedilər: «Sizin bu qələbəniz nə vaxt olacaqdır, əgər düz danışansınızsa?!»
29
Əs-Səcdə Surəsi, Ayə 29
قُلْ يَوْمَ ٱلْفَتْحِ لَا يَنفَعُ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِيمَٰنُهُمْ وَلَا هُمْ يُنظَرُونَ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Qul yavmal fat hi la yanfa'ul lazina kafaru imanuhum va la hum yunzarun
Mişkini Tərcüməsi:
(Ya Peyğəmbər) de: «Fəth günü (əzabın nazil olma zamanı, yaxud Qiyamət günü) kafir olanların iman gətirmələrinin heç bir faydası olmaz və onlara heç bir möhlət verilməz!»
30
Əs-Səcdə Surəsi, Ayə 30
فَأَعْرِضْ عَنْهُمْ وَٱنتَظِرْ إِنَّهُم مُّنتَظِرُونَ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Fa a'rid 'anhum vantazir innahum muntazirron
Mişkini Tərcüməsi:
Belə isə (hələlik) onlardan üz döndər və (İlahinin vədini) gözlə ki, onlar da (sənin məğlubiyyətini, ya ölümünü) gözləyirlər.