Oxunuşu (Transkripsiya):
Ha Mim
Mişkini Tərcüməsi:
-42|2| Ha, Mim, Eyn, Sin, Qaf. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu həriflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
كَذَٰلِكَ يُوحِىٓ إِلَيْكَ وَإِلَى ٱلَّذِينَ مِن قَبْلِكَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ
﴿3﴾
Oxunuşu (Transkripsiya):
Kazalika yuhi ilaika va ilal lazina min qablikal lahul 'Azizul Hakim
Mişkini Tərcüməsi:
Qüdrətli, hikmət sahibi olan Allah sənə və səndən öncə olmuşlara (peyğəmbərlərə) bu cür (bu kəlmələr və bu surə kimi) vəhy edir.
لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۖ وَهُوَ ٱلْعَلِىُّ ٱلْعَظِيمُ
﴿4﴾
Oxunuşu (Transkripsiya):
Lahu ma fis sama vati va ma fil ardi va Huval 'Aliyul 'Azim
Mişkini Tərcüməsi:
(Göylərlə yerin özlərindən əlavə) göylərdə və yerdə nə varsa Allahın həqiqi mülküdür. (Çünki onların yaradılışları, qorunmaları, idarə edilmələri və yox edilmələri Onun qüdrətli əlindədir.) (Zatı, sifətlərinin kamilliyi və işləri baxımından) uca və böyük Odur.
تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرْنَ مِن فَوْقِهِنَّ ۚ وَٱلْمَلَٰٓئِكَةُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيَسْتَغْفِرُونَ لِمَن فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ ٱللَّهَ هُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ
﴿5﴾
Oxunuşu (Transkripsiya):
Takadus samavatu yatafattarna min favqihinn; valmala'ikatu yusabbihuna bihamdi Rabbihim va yastağfiruna liman fil ard; ala innal laha huval Ğafurur Rahim
Mişkini Tərcüməsi:
(Mümkün varlıqların fövqündə duran vacib varlıq tərəfindən vəhy nazil olan zaman) göylər az qalır yuxarılarından (vəhy nazil olan tərəfdən) yarılsın. Və mələklər Rəbblərinə şükr etməklə birlikdə həmişə Onu (hər bir nöqsan və eybdən) pak və müqəddəs bilir və yer üzündə olan kəslər üçün bağışlanma diləyirlər. Bil ki, həqiqətən, bağışlayan və mehriban məhz Allahdır.
وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ٱللَّهُ حَفِيظٌ عَلَيْهِمْ وَمَآ أَنتَ عَلَيْهِم بِوَكِيلٍۢ
﴿6﴾
Oxunuşu (Transkripsiya):
Vallazinat taxazu min dunihi avliya'al lahu hafizun 'alaihim va ma anta 'alaihim bivakil
Mişkini Tərcüməsi:
Allah (uluhiyyət və rübubiyyətdəki şərikləri adı ilə başqalarını) Onun yerinə başçı və dost götürənlərin üzərində nəzarətçidir (onların əməlləri qeyd edir və cəzalarını verəcəkdir). Sən əsla onların işlərinə vəkil deyilsən.
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ قُرْءَانًا عَرَبِيًّۭا لِّتُنذِرَ أُمَّ ٱلْقُرَىٰ وَمَنْ حَوْلَهَا وَتُنذِرَ يَوْمَ ٱلْجَمْعِ لَا رَيْبَ فِيهِ ۚ فَرِيقٌۭ فِى ٱلْجَنَّةِ وَفَرِيقٌۭ فِى ٱلسَّعِيرِ
﴿7﴾
Oxunuşu (Transkripsiya):
Va kazalika avhaina llaika Qur-anan 'Arabiyyal litunzir aUmmal Qura va man havlaha va tunzira Yavmal Cam'ila raiba fih; fariqun fil cannati va fariqun fissa'ir
Mişkini Tərcüməsi:
Və beləcə biz sənə ərəbcə bir Quran vəhy etdik ki, Ummul-qura (Məkkə) və onun ətrafındakılara (həm vəhyin mərkəzinin, həm də dünyanın digər cəmiyyətlərin insanlarına) xəbərdarlıq edəsən və barəsində şübhə olmayan toplantı günündən (Bərzəx ruhlarının bədənlərlə, ilk insanların son insanlarla, insanların cin və şeytanlarla, boynunda vəzifə olanların öz əməlləri ilə, əməl sahiblərinin əməllərinin cəzası ilə bir yerə toplanacağı gün ilə) qorxudasan. Bir dəstə Cənnətdədir, bir dəstə alovlu odda.
وَلَوْ شَآءَ ٱللَّهُ لَجَعَلَهُمْ أُمَّةًۭ وَٰحِدَةًۭ وَلَٰكِن يُدْخِلُ مَن يَشَآءُ فِى رَحْمَتِهِۦ ۚ وَٱلظَّٰلِمُونَ مَا لَهُم مِّن وَلِىٍّۢ وَلَا نَصِيرٍ
﴿8﴾
Oxunuşu (Transkripsiya):
Va lav şa'al lahu laca'alahum ummatanv vahi datanv valakiny yudxilumany yaşa'u fi rahmatih; vaz zalimuna ma lahum minv valiyyinv va la nasir
Mişkini Tərcüməsi:
Əgər Allah (qəti iradə ilə) istəsəydi onların hamısını (məcburi şəkildə əqidə və əməl baxımından) tək bir ümmət edərdi. Lakin (Allahın ənənəvi qanunları dinin təbii ki, təfriqə doğuran ixtiyari şəkildə təqdim edilməsi üzərində qurulub və O,) istədiyi (və hidayətin kökünü qəbul etmiş) kəsləri Öz rəhmətinə daxil edir. Zalımların nə başçı və yoldaşları var, nə də yardımçıları.
أَمِ ٱتَّخَذُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۖ فَٱللَّهُ هُوَ ٱلْوَلِىُّ وَهُوَ يُحْىِ ٱلْمَوْتَىٰ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ
﴿9﴾
Oxunuşu (Transkripsiya):
Amit taxazu min dunihi avliya'a fallahu Huval Valiyyu va Huva yuhyil mavta va Huva 'ala kulli şai'in Qadir
Mişkini Tərcüməsi:
Yoxsa Allahın yerinə özlərinə başçı və yardımçılar götürüblər? Halbuki yeganə başçı və yardımçı Allahdır və ölüləri dirildən və hər şeyə qadir olan Odur.
10
Əş-Şura Surəsi, Ayə 10
وَمَا ٱخْتَلَفْتُمْ فِيهِ مِن شَىْءٍۢ فَحُكْمُهُۥٓ إِلَى ٱللَّهِ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّى عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ
﴿10﴾
Oxunuşu (Transkripsiya):
Va max-talaftum fihi min şai'in fahukmuhu ilallah; zalikumul lahu Rabbi 'alaihi tavakkaltu va ilaihi unib
Mişkini Tərcüməsi:
Barəsində ixtilafda olduğunuz (dini və dünyəvi) mövzuların hökmü Allaha qayıdır. Mənim Rəbbim belə Allahdır. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam.
11
Əş-Şura Surəsi, Ayə 11
فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ جَعَلَ لَكُم مِّنْ أَنفُسِكُمْ أَزْوَٰجًۭا وَمِنَ ٱلْأَنْعَٰمِ أَزْوَٰجًۭا ۖ يَذْرَؤُكُمْ فِيهِ ۚ لَيْسَ كَمِثْلِهِۦ شَىْءٌۭ ۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلْبَصِيرُ
﴿11﴾
Oxunuşu (Transkripsiya):
Fatirus samavati val ard; ca'ala lakum min anfusikum azvacanv va minal an'ami azvacany yazra'ukum fih; laisa kamislihi şai'unv va Huvas Sami'ul Basir
Mişkini Tərcüməsi:
(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş şəkildə) yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!
12
Əş-Şura Surəsi, Ayə 12
لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ وَيَقْدِرُ ۚ إِنَّهُۥ بِكُلِّ شَىْءٍ عَلِيمٌۭ
﴿12﴾
Oxunuşu (Transkripsiya):
Lahu maqalidus samavati val ardi yabsutur rizqa limany yaşa'u va yaqdir; innahu bikulli şai'unv va Huvas Sami'ul Basir
Mişkini Tərcüməsi:
Göylərin və yerin xəzinələri (ruzinin xammal və mənbələri və onların Allahın istəyindən ibarət açarları) Ona məxsusdur. Ruzini istədiyi kəs üçün genişləndirir (artırır) və ya daraldır (azaldır). Çünki O, hər şeyi biləndir.
13
Əş-Şura Surəsi, Ayə 13
۞ شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحًۭا وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِۦٓ إِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓ ۖ أَنْ أَقِيمُوا۟ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُوا۟ فِيهِ ۚ كَبُرَ عَلَى ٱلْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ ۚ ٱللَّهُ يَجْتَبِىٓ إِلَيْهِ مَن يَشَآءُ وَيَهْدِىٓ إِلَيْهِ مَن يُنِيبُ
﴿13﴾
Oxunuşu (Transkripsiya):
Şara'a lakum minad dini ma vassa bihi Nuhanv vallazi avhaina ilaika va ma vassaina bihi Ibrahima va Musa va 'Eesa an aqimud adina va la tatafarraqu fih; kabura 'alal muşrikina ma tad'uhum ilaih; Allahu yactabi ilaihi many yaşa'u va yahdi ilaihi mai yunib
Mişkini Tərcüməsi:
(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəsi Özünə (və bu dinə) tərəf cəlb edir və (tovhid dinini qəbul etməklə) Ona tərəf qayıdan kəsi Özünə doğru yönəldir.
14
Əş-Şura Surəsi, Ayə 14
وَمَا تَفَرَّقُوٓا۟ إِلَّا مِنۢ بَعْدِ مَا جَآءَهُمُ ٱلْعِلْمُ بَغْيًۢا بَيْنَهُمْ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى لَّقُضِىَ بَيْنَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ أُورِثُوا۟ ٱلْكِتَٰبَ مِنۢ بَعْدِهِمْ لَفِى شَكٍّۢ مِّنْهُ مُرِيبٍۢ
﴿14﴾
Oxunuşu (Transkripsiya):
Va ma tafarraqu illa mim ba'di ma ca'ahumul 'ilmu bağyam bainahum; va lav la Kalimatun sabaqat mir Rabbika ila acalim musammal laqudiya bainahum; va innal lazina urisul Kitaba mim ba'dihim lafi şakkim minhu murib
Mişkini Tərcüməsi:
(Bütün şəriət sahibləri müxtəlif əqidə və yollara) yalnız onlara kamil elm gəldikdən sonra aralarındakı zülm, həsəd və məğrurluq üzündən parçalandılar. Əgər Rəbbindən (Onun əzəli elmindən Lövhi-Məhfuzda) keçmiş (və orada qeyd edilmiş: «hər bir şəxs və qövm üçün) müəyyən müddətədək (möhlət vardır») sözü olmasaydı, onların arasında (batil əhlinin məhvi barəsində) mütləq qəti hökm olunardı. Əlbəttə, onlardan sonra kitabın varisi olan kəslər(in də çoxu) tərəddüd doğuran şübhə içərisindədirlər.
15
Əş-Şura Surəsi, Ayə 15
فَلِذَٰلِكَ فَٱدْعُ ۖ وَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ ۖ وَلَا تَتَّبِعْ أَهْوَآءَهُمْ ۖ وَقُلْ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٍۢ ۖ وَأُمِرْتُ لِأَعْدِلَ بَيْنَكُمُ ۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمْ ۖ لَنَآ أَعْمَٰلُنَا وَلَكُمْ أَعْمَٰلُكُمْ ۖ لَا حُجَّةَ بَيْنَنَا وَبَيْنَكُمُ ۖ ٱللَّهُ يَجْمَعُ بَيْنَنَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ
﴿15﴾
Oxunuşu (Transkripsiya):
Falizalika fad'u vastaqim kama umirta va la tattabi' ahva'ahum va qul amantu bima anzalal lahu min Kitab, va umirtu li a'dila bainakum Allahu Rabbuna va Rabbukum lana a'ma luna va lakum a'malukim la huccata bainana va baina kumul lahu yacma'u bainana va ilaihil masir
Mişkini Tərcüməsi:
Buna görə də (insanları) ona (həmin şəriətə) tərəf dəvət et, sənə əmr olunduğu kimi səbatlı ol, onların (kafir və müşriklərin) nəfsi istəklərinə tabe olma və de: «Allahın nazil etdiyi bütün kitablara iman gətirdim və mənə sizin aranızda ədalətli davranmaq əmr olunmuşdur. Allah bizim və sizin Rəbbinizdir. Bizim əməllərimiz(in nəticəsi) bizə, sizin əməlləriniz özünüzə məxsusdur. Artıq (həqiqətlər aydınlaşdıqdan və sizin inadkarlığınız aşkar olduqdan sonra) bizimlə sizin aranızda mübahisə (etməyə) və dəlil (gətirməy)ə (ehtiyac) yoxdur. Allah (Qiyamət günü) bizim hamımızı bir yerə toplayacaqdır və hamının qaydışı Ona tərəfdir».
16
Əş-Şura Surəsi, Ayə 16
وَٱلَّذِينَ يُحَآجُّونَ فِى ٱللَّهِ مِنۢ بَعْدِ مَا ٱسْتُجِيبَ لَهُۥ حُجَّتُهُمْ دَاحِضَةٌ عِندَ رَبِّهِمْ وَعَلَيْهِمْ غَضَبٌۭ وَلَهُمْ عَذَابٌۭ شَدِيدٌ
﴿16﴾
Oxunuşu (Transkripsiya):
Vallazina yuhaccuna fil lahi mim ba'di mastuciba lahu huccatuhum dahidatun 'inda Rabbihim va 'alaihim ğadabunv va lahum 'azabun şadid
Mişkini Tərcüməsi:
Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır.
17
Əş-Şura Surəsi, Ayə 17
ٱللَّهُ ٱلَّذِىٓ أَنزَلَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ وَٱلْمِيزَانَ ۗ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ قَرِيبٌۭ
﴿17﴾
Oxunuşu (Transkripsiya):
Allahul lazi anzalal Kitaba bilhaqqi val Mizan; va ma yudrika la'allas Sa'ata qarib
Mişkini Tərcüməsi:
Allah haqq olaraq (və yüksək və ağılın qəbul etdiyi bir hədəf üçün) kitabı (bütün əsrlərin səma kitablarını) və ölçünü (maddi və mənəviliyindən asılı olmayaraq həm ölçülən şeyləri, həm də onların ölçü meyarlarını) nazil edəndir. Sən nə bilirsən, bəlkə (sorğu-sual edilmək və əməllərin ölçülməsi üçün) Qiyamət yaxındır?
18
Əş-Şura Surəsi, Ayə 18
يَسْتَعْجِلُ بِهَا ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِهَا ۖ وَٱلَّذِينَ ءَامَنُوا۟ مُشْفِقُونَ مِنْهَا وَيَعْلَمُونَ أَنَّهَا ٱلْحَقُّ ۗ أَلَآ إِنَّ ٱلَّذِينَ يُمَارُونَ فِى ٱلسَّاعَةِ لَفِى ضَلَٰلٍۭ بَعِيدٍ
﴿18﴾
Oxunuşu (Transkripsiya):
Yasta'cilu bihal lazina la yu'minuna biha vallazina amanu muşfiquna minha va ya'lamuna annahal haqq; ala innal lazina yumaruna fis Sa'ati lafi dalalim ba'id
Mişkini Tərcüməsi:
Ona imanı olmayanlar onun gəlməsinə tələsir, ona imanı olanlar isə ondan qorxur və onun həqiqət olduğunu bilirlər. Bil! Qiyamət barəsində şübhə edənlər şübhəsiz, uzun-uzadı azğınlıq içərisindədirlər.
19
Əş-Şura Surəsi, Ayə 19
ٱللَّهُ لَطِيفٌۢ بِعِبَادِهِۦ يَرْزُقُ مَن يَشَآءُ ۖ وَهُوَ ٱلْقَوِىُّ ٱلْعَزِيزُ
﴿19﴾
Oxunuşu (Transkripsiya):
Allahu latifum bi'ibadihi yarzuqu mai yaşa'u va Huval Qaviyyul 'Aziz
Mişkini Tərcüməsi:
Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə (mənəvi və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir.
20
Əş-Şura Surəsi, Ayə 20
مَن كَانَ يُرِيدُ حَرْثَ ٱلْءَاخِرَةِ نَزِدْ لَهُۥ فِى حَرْثِهِۦ ۖ وَمَن كَانَ يُرِيدُ حَرْثَ ٱلدُّنْيَا نُؤْتِهِۦ مِنْهَا وَمَا لَهُۥ فِى ٱلْءَاخِرَةِ مِن نَّصِيبٍ
﴿20﴾
Oxunuşu (Transkripsiya):
Man kana yuridu harsal Aaxirati nazid lahu fi harsihi va man kana yuridu harsad dunya nu'tihi mnha va ma lahu fil Aaxirati min nasib
Mişkini Tərcüməsi:
Kim axirət əkini istəsə (axirət məhsulu üçün əməl toxumu əksə) onun əkinini artırarıq (lütfkarlıqla ona ədalətli dəyərin ən azı on bərabərini verərik) və kim dünya əkini istəsə (əməli dünya məqsədi ilə etsə, Biz Öz yazımıza əsasən) ondan ona verərik və həmin şəxsin daha axirətdə bir payı olmayacaqdır.
21
Əş-Şura Surəsi, Ayə 21
أَمْ لَهُمْ شُرَكَٰٓؤُا۟ شَرَعُوا۟ لَهُم مِّنَ ٱلدِّينِ مَا لَمْ يَأْذَنۢ بِهِ ٱللَّهُ ۚ وَلَوْلَا كَلِمَةُ ٱلْفَصْلِ لَقُضِىَ بَيْنَهُمْ ۗ وَإِنَّ ٱلظَّٰلِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ
﴿21﴾
Oxunuşu (Transkripsiya):
Am lahum şuraka'u şara'u lahum minad dini ma lam yazam bihil lah; va lav la kalimatul fasli laqudiya bainahum; va innaz zalimina lahum 'azabun alim
Mişkini Tərcüməsi:
Yoxsa (Allahdan qeyrisinin şəriət hökmü çıxarmaq haqqı olmadığı halda) onların dinin hökmlərindən Allahın icazə vermədiyi şeyi onlar üçün qanun etmiş şərikləri var? Əgər o qəti söz (hər bir şəxs və qövmə möhlət vermək barəsində Allahın Lövhi-Məhfuzda yazılmış əzəli hökmü) olmasaydı onların arasında mütləq (məhv edilmələri haqqında) qəti hökm çıxarılardı. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır.
22
Əş-Şura Surəsi, Ayə 22
تَرَى ٱلظَّٰلِمِينَ مُشْفِقِينَ مِمَّا كَسَبُوا۟ وَهُوَ وَاقِعٌۢ بِهِمْ ۗ وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فِى رَوْضَاتِ ٱلْجَنَّاتِ ۖ لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمْ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَضْلُ ٱلْكَبِيرُ
﴿22﴾
Oxunuşu (Transkripsiya):
Taraz zalimina muşfiqina mimma kasabu va huva vaqi'um bihim; vallazina amanu va 'amilus salihati fi ravdatil cannati lahum ma yaşa'una 'inda Rabbihim; zalika huval fadlul kabir
Mişkini Tərcüməsi:
(Cəza günü) zalımları kəsb etdiklərindən qorxan görəcəksən, halbuki özlərinin qazandıqlarının təzahürü eyni ilə onların başlarına gələcəkdir (və ondan qaça bilməyəcəklər). İman gətirərək yaxşı işlər görmüş kəslər isə Cənnətin təravətli bağlarında olacaqlar. Rəbblərinin dərgahında onlar üçün istədikləri şey hazırdır. Bu, həmin böyük lütfdür.
23
Əş-Şura Surəsi, Ayə 23
ذَٰلِكَ ٱلَّذِى يُبَشِّرُ ٱللَّهُ عِبَادَهُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ ۗ قُل لَّآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا ٱلْمَوَدَّةَ فِى ٱلْقُرْبَىٰ ۗ وَمَن يَقْتَرِفْ حَسَنَةًۭ نَّزِدْ لَهُۥ فِيهَا حُسْنًا ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ شَكُورٌ
﴿23﴾
Oxunuşu (Transkripsiya):
Zalikal lazi yubaş şirul lahu 'ibadahul lazina amanu va 'amilus salihat; qul la as'alukum 'alaihi acran illal mavaddata fil qurba; va mai yaqtarif hasanatan nazid lahu fiha husna; innal laha Ğafurun Şakur
Mişkini Tərcüməsi:
Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm». Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən, Allah bağışlayan və qədirbiləndir.
24
Əş-Şura Surəsi, Ayə 24
أَمْ يَقُولُونَ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًۭا ۖ فَإِن يَشَإِ ٱللَّهُ يَخْتِمْ عَلَىٰ قَلْبِكَ ۗ وَيَمْحُ ٱللَّهُ ٱلْبَٰطِلَ وَيُحِقُّ ٱلْحَقَّ بِكَلِمَٰتِهِۦٓ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ
﴿24﴾
Oxunuşu (Transkripsiya):
Am yaqulunaf tara 'alal lahi kaziban fa-iny yaşa il lahu yaxtim 'ala qalbik; va yamhul lahul batila va yuhiqqul haqqa bi Kalimatih; innahu 'Alimum bizatis sudur
Mişkini Tərcüməsi:
Yoxsa onlar «(Muhəmməd peyğəmbərlik və Quranın Allah tərəfindən olması barəsində) Allaha iftira yaxmışdır» deyirlər? (Belə deyil! Çünki iş Allahın əlindədir.) Buna görə də əgər istəsəydi sənin qəlbini möhürləyərdi (və səndən ayələri bəyan etmək qüdrətini alardı). Allah (həmişə Öz ənənəvi qanunlarına əsasən) özünün (peyğəmbərlərə vəhy etdiyi) kəlmələri vasitəsi ilə batili məhv edir və haqqı gerçəkləşdirir. Həqiqətən, O, ürəklərdə olanları bilir.
25
Əş-Şura Surəsi, Ayə 25
وَهُوَ ٱلَّذِى يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَعْفُوا۟ عَنِ ٱلسَّيِّـَٔاتِ وَيَعْلَمُ مَا تَفْعَلُونَ
﴿25﴾
Oxunuşu (Transkripsiya):
Va Huval lazi yaqbalut tavbata 'an 'ibadihi va ya'fu 'anis saiyiati va ya'lamu ma taf'alun
Mişkini Tərcüməsi:
Bəndələrindən tövbələri qəbul edən, günahlardan keçən və etdiklərinizi bilən Odur.
26
Əş-Şura Surəsi, Ayə 26
وَيَسْتَجِيبُ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۚ وَٱلْكَٰفِرُونَ لَهُمْ عَذَابٌۭ شَدِيدٌۭ
﴿26﴾
Oxunuşu (Transkripsiya):
Va yastacibul lazina amanu va 'amilu salihati va yaziduhum min fadlih; val kafiruna lahum 'azabun şadid
Mişkini Tərcüməsi:
İman gətirib yaxşı işlər görmüş kəsləri(n istəklərini) qəbul edir və Öz lütfündən onları (onların mükafatını) artırır. (Qiyamət günü) kafirlər üçün şiddətli bir əzab vardır.
27
Əş-Şura Surəsi, Ayə 27
۞ وَلَوْ بَسَطَ ٱللَّهُ ٱلرِّزْقَ لِعِبَادِهِۦ لَبَغَوْا۟ فِى ٱلْأَرْضِ وَلَٰكِن يُنَزِّلُ بِقَدَرٍۢ مَّا يَشَآءُ ۚ إِنَّهُۥ بِعِبَادِهِۦ خَبِيرٌۢ بَصِيرٌۭ
﴿27﴾
Oxunuşu (Transkripsiya):
Va lav basatal lahur rizqa li'ibadihi labağav fil ardi va lakiny yunazzilu biqadarim ma yaşa'; innahu bi'ibadihi Xabirum Basir
Mişkini Tərcüməsi:
Əgər Allah bəndələrinin ruzisini bol etsəydi şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər. Lakin O, istədiyini qədər və ölçü ilə nazil edir. Çünki O, bəndələrin(in vəziyyətin)dən xəbərdar və (onların halını) görəndir.
28
Əş-Şura Surəsi, Ayə 28
وَهُوَ ٱلَّذِى يُنَزِّلُ ٱلْغَيْثَ مِنۢ بَعْدِ مَا قَنَطُوا۟ وَيَنشُرُ رَحْمَتَهُۥ ۚ وَهُوَ ٱلْوَلِىُّ ٱلْحَمِيدُ
﴿28﴾
Oxunuşu (Transkripsiya):
Va Huval lazi yunazzilul ğaisa mim ba'di ma qanatu va yanşuru rahmatah; va Huval Valiyyul Hamid
Mişkini Tərcüməsi:
(İnsanlar) naümid olduqdan sonra faydalı yağışı nazil edən və Öz rəhmətini yayan Odur və Odur başçı, dost, yardımçı və (bütün sifət və işləri) təriflənmiş!
29
Əş-Şura Surəsi, Ayə 29
وَمِنْ ءَايَٰتِهِۦ خَلْقُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَثَّ فِيهِمَا مِن دَآبَّةٍۢ ۚ وَهُوَ عَلَىٰ جَمْعِهِمْ إِذَا يَشَآءُ قَدِيرٌۭ
﴿29﴾
Oxunuşu (Transkripsiya):
Va min Aayatihi xalqus samavati val ardi va ma bassa fihima min dabbah; va Huva 'ala cam'ihim iza yaşa'u Qadir
Mişkini Tərcüməsi:
Göylərin, yerin və onlarda yaydığı canlıların yaradılışı Onun (qüdrət, əzəmət və hikmət) nişanələrindəndir. O, istəyəndə (Qiyamətdə) onları bir yerə toplamağa qadirdir.
30
Əş-Şura Surəsi, Ayə 30
وَمَآ أَصَٰبَكُم مِّن مُّصِيبَةٍۢ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ
﴿30﴾
Oxunuşu (Transkripsiya):
Va ma asabakum mim musibatin fabima kasabat aydikum va ya'fu 'an kasir
Mişkini Tərcüməsi:
Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
31
Əş-Şura Surəsi, Ayə 31
وَمَآ أَنتُم بِمُعْجِزِينَ فِى ٱلْأَرْضِ ۖ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ
﴿31﴾
Oxunuşu (Transkripsiya):
Va ma antum bimu'cizina fil ardi va ma lakum min dunil lahi minv va liyyinv va la nasir
Mişkini Tərcüməsi:
Siz yer üzündə (Allahı) aciz qoya (bilə)n deyilsiniz (ki, müsibətdən qaçasınız və ya onu dəf edəsiniz). Sizin Allahdan başqa əsla başçı və yardımçınız yoxdur.
32
Əş-Şura Surəsi, Ayə 32
وَمِنْ ءَايَٰتِهِ ٱلْجَوَارِ فِى ٱلْبَحْرِ كَٱلْأَعْلَٰمِ
﴿32﴾
Oxunuşu (Transkripsiya):
Va min Aayatihil ca varifil bahri kal a'lam
Mişkini Tərcüməsi:
Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir.
33
Əş-Şura Surəsi, Ayə 33
إِن يَشَأْ يُسْكِنِ ٱلرِّيحَ فَيَظْلَلْنَ رَوَاكِدَ عَلَىٰ ظَهْرِهِۦٓ ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّكُلِّ صَبَّارٍۢ شَكُورٍ
﴿33﴾
Oxunuşu (Transkripsiya):
Iny yaşa yuskinir riha fa yazlalna ravakida 'ala zahirh; inna fi zalika la Aayatil likulli sabbarin şakur
Mişkini Tərcüməsi:
Əgər istəsə (onların hərəkət etmələri üçün vasitə olan) küləyi saxlayar, beləliklə, gəmilər suyun üzündə hərəkətsiz qalarlar. Həqiqətən, bunda (dənizin dərin suyunda, gəmi ləvazımatının yaradılması və insanın onu düzəltməyə istiqamətləndirilməsində) çox səbr və şükr edən (yaradılışın sirlərini tapmaq yolunda səbirli olan və nemətlərin müqabilində şükr edən) hər bir kəs üçün nişanələr vardır.
34
Əş-Şura Surəsi, Ayə 34
أَوْ يُوبِقْهُنَّ بِمَا كَسَبُوا۟ وَيَعْفُ عَن كَثِيرٍۢ
﴿34﴾
Oxunuşu (Transkripsiya):
Av yubiqhunna bima kasabu va ya'fu 'an kasir
Mişkini Tərcüməsi:
Yaxud onları (gəmidəkiləri) qazandıqlarının (günahlarının) müqabilində məhv edər. O, (günahların) çoxundan da keçir.
35
Əş-Şura Surəsi, Ayə 35
وَيَعْلَمَ ٱلَّذِينَ يُجَٰدِلُونَ فِىٓ ءَايَٰتِنَا مَا لَهُم مِّن مَّحِيصٍۢ
﴿35﴾
Oxunuşu (Transkripsiya):
Va ya'lamal lazina yucadiluna fi Aayatina ma lahum mim mahis
Mişkini Tərcüməsi:
(Belə edirik ki, qorxsunlar) və Bizim ayə və nişanələrimiz barəsində höcətləşərək mübahisə edənlər bilsinlər ki, onların (Bizim qüdrətimizdən) qaçmaq yerləri yoxdur.
36
Əş-Şura Surəsi, Ayə 36
فَمَآ أُوتِيتُم مِّن شَىْءٍۢ فَمَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ وَمَا عِندَ ٱللَّهِ خَيْرٌۭ وَأَبْقَىٰ لِلَّذِينَ ءَامَنُوا۟ وَعَلَىٰ رَبِّهِمْ يَتَوَكَّلُونَ
﴿36﴾
Oxunuşu (Transkripsiya):
Fama utitum min şai'in famata'ul hayatid dunya va ma 'indal lahi xairunv va abqa lillazina amanu va 'ala Rabbihim yatavakkalun
Mişkini Tərcüməsi:
Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.
37
Əş-Şura Surəsi, Ayə 37
وَٱلَّذِينَ يَجْتَنِبُونَ كَبَٰٓئِرَ ٱلْإِثْمِ وَٱلْفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُوا۟ هُمْ يَغْفِرُونَ
﴿37﴾
Oxunuşu (Transkripsiya):
Vallazina yactanibuna kaba'iral ismi val fava hişa va iza ma ğadibu hum yağfirun
Mişkini Tərcüməsi:
(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
38
Əş-Şura Surəsi, Ayə 38
وَٱلَّذِينَ ٱسْتَجَابُوا۟ لِرَبِّهِمْ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ وَأَمْرُهُمْ شُورَىٰ بَيْنَهُمْ وَمِمَّا رَزَقْنَٰهُمْ يُنفِقُونَ
﴿38﴾
Oxunuşu (Transkripsiya):
Vallazinas tacabu li Rabbhim va aqamus Salata va amruhum şura bainahum va mimma razaqnahum yunfiqun
Mişkini Tərcüməsi:
Və o kəslər (üçün) ki, Rəbblərini(n iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar, işləri aralarında məşvərət ilə aparılır və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
39
Əş-Şura Surəsi, Ayə 39
وَٱلَّذِينَ إِذَآ أَصَابَهُمُ ٱلْبَغْىُ هُمْ يَنتَصِرُونَ
﴿39﴾
Oxunuşu (Transkripsiya):
Vallazina iza asabahumul bağyu hum yantasirun
Mişkini Tərcüməsi:
Və onlara (cəmiyyətlərinə və ya dini hədəflərinə) zülm olunduqda bir-birlərindən kömək istəyən və bir-birlərinə kömək edən (və düşməndən intiqam alan) kəslər (üçün).
40
Əş-Şura Surəsi, Ayə 40
وَجَزَٰٓؤُا۟ سَيِّئَةٍۢ سَيِّئَةٌۭ مِّثْلُهَا ۖ فَمَنْ عَفَا وَأَصْلَحَ فَأَجْرُهُۥ عَلَى ٱللَّهِ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلظَّٰلِمِينَ
﴿40﴾
Oxunuşu (Transkripsiya):
Va caza'u saiyi'atin saiyi'tum misluha faman 'afa va aslaha fa acruhu 'alal lah; innahu la yuhibbuz zalimin
Mişkini Tərcüməsi:
Hər bir pisliyin cəzası onun kimi bir pislikdir (öldürmək, kəsmək və yaralamağın cəzası eyni ilə özü kimidir və malın tələf edilməsi müqabilində onun əvəzi və ya maddi dəyəridir). Bununla belə əgər kimsə əfv etsə və (Allahla öz arasını və özü ilə tərəf müqabilinin arasını) düzəltsə onun mükafatı Allahın öhdəsinədir. Həqiqətən, O, zalımları (pislikdə başlayan tərəf olanları və cəzalandırmaqda həddi aşanları) sevmir.
41
Əş-Şura Surəsi, Ayə 41
وَلَمَنِ ٱنتَصَرَ بَعْدَ ظُلْمِهِۦ فَأُو۟لَٰٓئِكَ مَا عَلَيْهِم مِّن سَبِيلٍ
﴿41﴾
Oxunuşu (Transkripsiya):
Va lamanin tasara ba'da zulmihi fa ula'ika ma 'alaihim min sabil
Mişkini Tərcüməsi:
Həqiqətən, zülmə məruz qaldıqdan sonra intiqam alan kəslərə qarşı (həddi aşmaq və təcavüz etməyə ağıl və şəriət baxımından) əsla bir yol yoxdur.
42
Əş-Şura Surəsi, Ayə 42
إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَظْلِمُونَ ٱلنَّاسَ وَيَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۚ أُو۟لَٰٓئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ
﴿42﴾
Oxunuşu (Transkripsiya):
Innamas sabilu 'alal lazina yazlimunan nasa va yabğuna fil ardi biğairil haqq; ula'ika lahum 'azabun alim
Mişkini Tərcüməsi:
(Cəza və tənbeh) yol(u) yalnız insanlara zülm edən və yer üzündə haqsız yerə hökmranlıq və fəsad axtaran kəslərə qarşıdır (belələrinə qarşı açıqdır). Onlar üçün ağırılı bir əzab vardır.
43
Əş-Şura Surəsi, Ayə 43
وَلَمَن صَبَرَ وَغَفَرَ إِنَّ ذَٰلِكَ لَمِنْ عَزْمِ ٱلْأُمُورِ
﴿43﴾
Oxunuşu (Transkripsiya):
Va laman sabara va ğafara inna zalika lamin 'azmil umur
Mişkini Tərcüməsi:
Əlbəttə kim (intiqam almaq qüdrəti ola-ola) səbr etsə və bağışlasa, bu, doğrudan da mühüm işlərdəndir.
44
Əş-Şura Surəsi, Ayə 44
وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن وَلِىٍّۢ مِّنۢ بَعْدِهِۦ ۗ وَتَرَى ٱلظَّٰلِمِينَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ يَقُولُونَ هَلْ إِلَىٰ مَرَدٍّۢ مِّن سَبِيلٍۢ
﴿44﴾
Oxunuşu (Transkripsiya):
Va mai yudlilil lahu fama lahu minv valiyyim mim ba'dih; va taraz zalimina lamma ra avul 'azaba yaquluna hal ila maraddim min sabil
Mişkini Tərcüməsi:
Allahın boşladığı (və üzərindən lütf nəzərini götürdüyü) kəsə Allahdan başqa əsla bir başçı və yardımçı olmayacaqdır. Zalımların (Cəhənnəm) əzabı(nı) görən zaman «(dünyaya və ya iman və tövbəyə) qayıtmaq üçün bir yol varmı?» deyən görəcəksən.
45
Əş-Şura Surəsi, Ayə 45
وَتَرَىٰهُمْ يُعْرَضُونَ عَلَيْهَا خَٰشِعِينَ مِنَ ٱلذُّلِّ يَنظُرُونَ مِن طَرْفٍ خَفِىٍّۢ ۗ وَقَالَ ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ ٱلْخَٰسِرِينَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَأَهْلِيهِمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ ٱلظَّٰلِمِينَ فِى عَذَابٍۢ مُّقِيمٍۢ
﴿45﴾
Oxunuşu (Transkripsiya):
Va tarahum yu'raduna 'alaiha xaşi'ina minazzulli yanzuruna min tarfin xaifiyy; va qalal lazina amanu innal xasirinal lazina xasirun anfusahum va ahlihim Yavmal Qiyamah; ala innaz zalimina fi'azabim muqim
Mişkini Tərcüməsi:
Onları zillət və xarlıqdan (doğan) itaətkarlıqla (qorxudan) gözaltı baxa-baxa oda göstərilən görəcəksən. Və iman gətirənlər (onların barəsində) deyəcəklər: «Doğrudan da, ziyana düşənlər özlərini və öz (dünya və ya Cənnət) adamlarını verməklə Qiyamət günü ziyana uğrayan kəslərdir». Bil ki, zalımlar mütləq daimi əzab içərisində olacaqlar.
46
Əş-Şura Surəsi, Ayə 46
وَمَا كَانَ لَهُم مِّنْ أَوْلِيَآءَ يَنصُرُونَهُم مِّن دُونِ ٱللَّهِ ۗ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِن سَبِيلٍ
﴿46﴾
Oxunuşu (Transkripsiya):
Va ma kana lahum min avliya'a yansurunahum min dunil lah; va mai yudlilil lahu fama lahu min sabil
Mişkini Tərcüməsi:
Onların Allahın müqabilində onlara kömək edəcək bir başçı və dostları olmayacaq. Allahın (rəhmətini kəsməklə) azğınlıqda boşladığı kəsin əsla bir (nicat) yolu yoxdur.
47
Əş-Şura Surəsi, Ayə 47
ٱسْتَجِيبُوا۟ لِرَبِّكُم مِّن قَبْلِ أَن يَأْتِىَ يَوْمٌۭ لَّا مَرَدَّ لَهُۥ مِنَ ٱللَّهِ ۚ مَا لَكُم مِّن مَّلْجَإٍۢ يَوْمَئِذٍۢ وَمَا لَكُم مِّن نَّكِيرٍۢ
﴿47﴾
Oxunuşu (Transkripsiya):
Istacibu li Rabbikum min qabli any yatiya Yavmul la maradda lahu minal lah; ma lakum mim malca iny yavma'izinv va ma lakum min nakir
Mişkini Tərcüməsi:
Allah tərəfindən bir qayıdışı olmayan gün (Qiyamət) gəlib çatmamışdan qabaq Rəbbinizi(n iman və əmələ dəvətini) qəbul edin. Həmin gün sizin üçün nə bir sığınacaq olar və nə də (əməllərinizi) bir inkar etmək (qüdrətiniz).
48
Əş-Şura Surəsi, Ayə 48
فَإِنْ أَعْرَضُوا۟ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًا ۖ إِنْ عَلَيْكَ إِلَّا ٱلْبَلَٰغُ ۗ وَإِنَّآ إِذَآ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ فَرِحَ بِهَا ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ فَإِنَّ ٱلْإِنسَٰنَ كَفُورٌۭ
﴿48﴾
Oxunuşu (Transkripsiya):
Fa-in a'radu fama arsalnaka 'alaihim hafizan in 'alaika illal balağ; va inna iza azaqnal insana minna rahmatan fariha biha va in tusibhum saiyi'atum bima qaddamat aydihim fa innal insana kafur
Mişkini Tərcüməsi:
Beləliklə, əgər (sənin dəvətindən) üz döndərsələr (bunun üçün sən məzəmmət edilməzsən. Çünki Biz) səni onlara gözətçi göndərməmişik. Sənin öhdəndə (dinin tapşırıqlarını) çatdırmaqdan başqa bir şey yoxdur (onların ürəkdən etiqad bəsləmələri, əməli bağlılıqları, dünya və axirətdə cəzalandırılmaları sənin vəzifən deyil). Biz insana Öz tərəfimizdən bir mərhəmət daddıran zaman ona sevinər. Əldə etdikləri müqabilində onlara bir pislik və müsibət yetişəndə isə, şübhəsiz, insan çox nankordur (həmin müsibətə görə bütün nemətləri yaddan çıxarır).
49
Əş-Şura Surəsi, Ayə 49
لِّلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ يَهَبُ لِمَن يَشَآءُ إِنَٰثًۭا وَيَهَبُ لِمَن يَشَآءُ ٱلذُّكُورَ
﴿49﴾
Oxunuşu (Transkripsiya):
Lillahi mulkus samavati val ard; yaxluqu ma yaşa'; yahabu limai yaşa'u inasanv va yahabu limai yaşa'uz zukur
Mişkini Tərcüməsi:
Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusur. (Çünki onların yaradılması, qorunması, iradə edilməsi və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir.
50
Əş-Şura Surəsi, Ayə 50
أَوْ يُزَوِّجُهُمْ ذُكْرَانًۭا وَإِنَٰثًۭا ۖ وَيَجْعَلُ مَن يَشَآءُ عَقِيمًا ۚ إِنَّهُۥ عَلِيمٌۭ قَدِيرٌۭ
﴿50﴾
Oxunuşu (Transkripsiya):
Av yuzavvicuhum zukrananv va inasanv va yac'alu mai yaşa'u 'aqima; innahu 'Alimun Qadir
Mişkini Tərcüməsi:
Yaxud da (başqa biri üçün) oğlan və qızları birlikdə, bir yerə toplayır. İstədiyini də sonsuz edir. Çünki O, doğrudan da (hər şeyi) bilən və qüdrətlidir (yaradılışın ən kamil quruluşunun xeyirini bilir və həyata keçirir).
51
Əş-Şura Surəsi, Ayə 51
۞ وَمَا كَانَ لِبَشَرٍ أَن يُكَلِّمَهُ ٱللَّهُ إِلَّا وَحْيًا أَوْ مِن وَرَآئِ حِجَابٍ أَوْ يُرْسِلَ رَسُولًۭا فَيُوحِىَ بِإِذْنِهِۦ مَا يَشَآءُ ۚ إِنَّهُۥ عَلِىٌّ حَكِيمٌۭ
﴿51﴾
Oxunuşu (Transkripsiya):
Va ma kana libaşarin any yukallimahul lahu illa vahyan av minv vara'i hicabin av yursila Rasulan fa yuhiya bi iznuhi ma yaşa'; innahu 'Aliyyun Hakim
Mişkini Tərcüməsi:
Heç bir insana Allahla danışmaq yaraşmaz və mümkün olmaz (mətləbin duyğuların rolu olmadan, ya yuxuda ya da oyaq vaxtı, birbaşa və ya mələk vasitəsi ilə gizli şəkildə sürətlə təlqin edilməsindən ibarət) vəhy, yaxud (qeyb) pərdə(si) arxasından (danışmaq) və ya (mələklərdən) bir elçi göndərərək Öz izni (və nəzarəti) ilə istədiyini (şəxsin görməsi və səsini eşitməsi ilə) vəhy etməsi istisnadır. Həqiqətən, Allah uca məqamlı və hikmət sahibidir.
52
Əş-Şura Surəsi, Ayə 52
وَكَذَٰلِكَ أَوْحَيْنَآ إِلَيْكَ رُوحًۭا مِّنْ أَمْرِنَا ۚ مَا كُنتَ تَدْرِى مَا ٱلْكِتَٰبُ وَلَا ٱلْإِيمَٰنُ وَلَٰكِن جَعَلْنَٰهُ نُورًۭا نَّهْدِى بِهِۦ مَن نَّشَآءُ مِنْ عِبَادِنَا ۚ وَإِنَّكَ لَتَهْدِىٓ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ
﴿52﴾
Oxunuşu (Transkripsiya):
Va kazalika avhaina ilaika ruham min amrina; ma kunta tadri mal Kitabu va lal imanu va lakin ca'alnahu nuran nahdi bihi man naşa'u min 'ibadina; va innaka latahdi ila Siratim Mustaqim
Mişkini Tərcüməsi:
Və beləcə (bu üç yolla) sənə Öz əmrimizdən bir ruh (Öz fərmanımızdan qaynaqlanan Quran və dini təlimlər) vəhy etdik. Sən (bundan öncə) kitabın nə, imanın (dinin hökmlərinin əsas və şaxələrinin) hansı(lar) olmasını bilmirdin. Lakin Biz bu Quranı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi (dinin əsasını qəbul etdikdən sonra, sonrakı kamillik mərtəbələrinə) istiqamətləndirdiyimiz bir nur etmişik. Şübhəsiz, sən (insanları) doğru yola yönəldirsən.
53
Əş-Şura Surəsi, Ayə 53
صِرَٰطِ ٱللَّهِ ٱلَّذِى لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ أَلَآ إِلَى ٱللَّهِ تَصِيرُ ٱلْأُمُورُ
﴿53﴾
Oxunuşu (Transkripsiya):
Siratil lahil lazi lahu ma fis samavati va ma fil ard; ala ilal lahi tasirul umur
Mişkini Tərcüməsi:
O Allahın yoluna ki, göylərdə və yerdə olanlar(ın hamısı onların özləri də daxil olmaqla) Onun həqiqi mülküdür. (Çünki yaratmaq, qorumaq, idarə etmək və vəd edilmiş vaxtda yox etmək Onun istəyindən asılıdır.) Bil! (Dünyanın və bəndələrin) bütün işlər(i Məhşər günü) Ona tərəf qayıdacaqdır.