99

Əz-Zəlzələ Surəsi

8 Ayə 30-ci Cüz Mədinə
سُورَةُ الزلزلة Ayətəllah Mişkini Tərcüməsi
Canlı Səsli İzləmə Surə 99 • Qiraətə Hazırdır

Qari: Şeyx Məhəmməd Siddiq Minşavi

Əz-Zəlzələ Surəsinin Tam Səsli Qiraətləri və Tərcüməsi (Archive.org)

Əbdülbasit + Azərbaycan Tərcüməsi MP3
Azərbaycan Dilində Səsli Tərcümə MP3

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

Bağışlayan və mehriban Allahın adı ilə

1 Əz-Zəlzələ Surəsi, Ayə 1

إِذَا زُلْزِلَتِ ٱلْأَرْضُ زِلْزَالَهَا ﴿1﴾

Oxunuşu (Transkripsiya): Iza zul zilatil ardu zil zalaha
Mişkini Tərcüməsi: Yer özünə məxsus (yaradılışın tarixində yalnız bircə dəfə baş verəcək) bir titrəyişlə titrədiyi zaman,
2 Əz-Zəlzələ Surəsi, Ayə 2

وَأَخْرَجَتِ ٱلْأَرْضُ أَثْقَالَهَا ﴿2﴾

Oxunuşu (Transkripsiya): Va ax racatil ardu asqalaha
Mişkini Tərcüməsi: Yer öz qiymətli yüklərini və çox dəyərli mallarını (ölüləri, mədənləri və xəzinələri) çıxarıb atacağı zaman,
3 Əz-Zəlzələ Surəsi, Ayə 3

وَقَالَ ٱلْإِنسَٰنُ مَا لَهَا ﴿3﴾

Oxunuşu (Transkripsiya): Va qalal insanu ma laha
Mişkini Tərcüməsi: Və (onun köksündən çıxan) insan (təəccüb və dəhşətlə): «Buna, nə olub?!» – deyəcəyi zaman
4 Əz-Zəlzələ Surəsi, Ayə 4

يَوْمَئِذٍۢ تُحَدِّثُ أَخْبَارَهَا ﴿4﴾

Oxunuşu (Transkripsiya): Yavma izin tuhad disu axbaraha
Mişkini Tərcüməsi: Məhz o gün yer öz xəbərlərini açıb söyləyər. (Köksündəkiləri çıxarıb atmağı onun elə danışmasıdır. Yaxud da o elə dilə gələrək danışar).
5 Əz-Zəlzələ Surəsi, Ayə 5

بِأَنَّ رَبَّكَ أَوْحَىٰ لَهَا ﴿5﴾

Oxunuşu (Transkripsiya): Bi-anna rabbaka avha laha
Mişkini Tərcüməsi: Ona görə ki, sənin Rəbbin ona vəhy etmişdir.
6 Əz-Zəlzələ Surəsi, Ayə 6

يَوْمَئِذٍۢ يَصْدُرُ ٱلنَّاسُ أَشْتَاتًۭا لِّيُرَوْا۟ أَعْمَٰلَهُمْ ﴿6﴾

Oxunuşu (Transkripsiya): Yavma iziy yas durun nasu aş tatal liyurav a'malahum
Mişkini Tərcüməsi: O gün insanlar əməllərinin (haqq-hesabının) özlərinə göstərilməsi üçün (qəbirlərdən) dəstə-dəstə çıxıb (haqq-hesab səhnəsinə tərəf) gələrlər və əməlləri(nin qarşılığı, ya eyni ilə təcəssümü) onlara göstərilsin deyə (haqq-hesab mərkəzindən öz əbədi məskənlərinə doğru) çıxarlar.
7 Əz-Zəlzələ Surəsi, Ayə 7

فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًۭا يَرَهُۥ ﴿7﴾

Oxunuşu (Transkripsiya): Famaiy ya'mal misqala zarratin xai raiy-yarah
Mişkini Tərcüməsi: Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir.
8 Əz-Zəlzələ Surəsi, Ayə 8

وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍۢ شَرًّۭا يَرَهُۥ ﴿8﴾

Oxunuşu (Transkripsiya): Va maiy-y'amal misqala zarratin şarraiy-yarah
Mişkini Tərcüməsi: Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir.
Əvvəlki: 98. Əl-Bəyyinə Bütün Surələr ↑ Növbəti: 100. Əl-Adiyat

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...