Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 10

Yusuf surəsi, 30-34-cü ayələr

Yusuf surəsi, 30-34-cü ayələr



وَقَالَ نِسْوَةٌ فِي الْمَدِينَةِ امْرَأَتُ الْعَزِيزِ تُرَاوِدُ فَتَاهَا عَنْ نَفْسِهِ قَدْ شَغَفَهَا حُبًّا إِنَّا لَنَرَاهَا فِي ضَلَالٍ مُبِينٍ .٣٠


فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَأً وَآتَتْ كُلَّ وَاحِدَةٍ مِنْهُنَّ سِكِّينًا وَقَالَتِ اخْرُجْ عَلَيْهِنَّ فَلَمَّا رَأَيْنَهُ أَكْبَرْنَهُ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَاشَ لِلَّهِ مَا هَذَا بَشَرًا إِنْ هَذَا إِلَّا مَلَكٌ كَرِيمٌ .٣١


قَالَتْ فَذَلِكُنَّ الَّذِي لُمْتُنَّنِي فِيهِ وَلَقَدْ رَاوَدْتُهُ عَنْ نَفْسِهِ فَاسْتَعْصَمَ وَلَئِنْ لَمْ يَفْعَلْ مَا آمُرُهُ لَيُسْجَنَنَّ وَلَيَكُونًا مِنَ الصَّاغِرِينَ .٣٢


قَالَ رَبِّ السِّجْنُ أَحَبُّ إِلَيَّ مِمَّا يَدْعُونَنِي إِلَيْهِ وَإِلَّا تَصْرِفْ عَنِّي كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُنْ مِنَ الْجَاهِلِينَ .٣٣


فَاسْتَجَابَ لَهُ رَبُّهُ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ إِنَّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ .٣٤


Ayələrin tərcüməsi



30\. Şəhərin bir qrup qadını dedi: "Əzizin arvadı cavan köləsindən kam almaq istəyir. Bu gəncin eşqi onun qəlbinin dərinliklərinə nüfuz edib. Biz onu aşkar bir azğınlıq içində görürük”.

31\. (Əzizin arvadı) onların dedi-qodularından xəbər tutduqda onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (əzəmətli bir məclis qurdu), hər birinin əlinə (meyvə kəsmək üçün) bir bıçaq verdi və (bu vaxt Yusufa): "Onların qarşısına çıx!" - dedi. Onu gördükdə o qədər təriflədilər ki, (diqqətsizlikdən) öz əllərini kəsdilər və dedilər: “Allah qüsursuzdur! Bu, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir!”

32\. (Əzizin arvadı) dedi: "Barəsində məni məzəmmət etdiyiniz (adam), bax budur! Mən ondan kam almaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməsə, zindana atılacaq və şübhəsiz ki, xar olacaq".

33\. (Yusuf) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha yaxşıdır. Əgər bunların hiyləsini məndən uzaq etməsən, mən onlara meyil edər və cahillərdən olaram".

34\. Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Çünki O, eşidəndir, biləndir.

Ayələrin təfsiri.



Misir əzizinin arvadının başqa planı.

Dastanda bildirildiyi kimi, əzizin arvadının eşq məsələsini bəyan etməsi xüsusi olsa da (əziz də onu gizlətməyə təkid edirdi), şah vəcah-cəlal sahibi olan kəslərin sarayında belə şeylər gizli qalmır. Sonunda bu məsələ qəsrdən kənara yayıldı. Quranda buyurulur: “Şəhərin bir qrup qadını dedi: “Əzizin arvadı cavan köləsindən kam almaq istəyir".

وَقالَنِسْوَةٌفِيالْمَدِينَةِامْرَأَتُالْعَزِيزِتُرَاوِدُفَتَاهَاعَنْنَفْسِهِ


“Bu gəncin eşqi onun qəlbinin dərinliklərinə nüfuz edib”.

“Biz onu aşkar bir azğınlıq içində görürük”.

Aydın məsələdir ki, bu sözləri söyləyənlər Misirin zadəgan qadınları idi və firon sarayının fəsadla dolu xəbərləri onlar üçün maraqlı idi. Nəfsə aldanmaqda əzizin arvadından heç də geri qalmayan bu qadınların əli Yusufa (ə) çatmadığından əzizin arvadını həmin eşqlə bağlı aşkarcasına azğınlıqda hesab edirdilər. Hətta bəzi təfsirçilər ehtimal edir ki, bu qrupdan olan qadınların həmin sirri yayması əzizin arvadını təhrik etmək üçün idi ki, onları saraya dəvət eləsin və onlar Yusufu (ə) görsünlər. Onlar elə güman edirdilər ki, əgər özlərini Yusufa (ə) göstərsələr, onun diqqətini özlərinə cəlb edə bilərlər. Belə ki həm özlərinin əzizin arvadından gözəl olduğunu düşünür, həm də onların simasının Yusuf (ǝ) üçün yeni olduğunu fikirləşirdilər. Həmçinin Yusufun (ə) əzizin arvadına övladın anasına olan ehtiramı kimi münasibətə malik olması onlar üçün maraqlı deyildi. Həmin səbəbdən onların Yusufa (ə) nüfuz edə bilməsi ehtimalı əzizin arvadının nüfuz edə bilməsindən daha çox idi.

(şəğəf) sözü (şiğaf) kökündəndir və “qəlbin yuxarısındakı düyün” və ya “onun üzərindəki nazik pərdə” mənasındadır. Belə ki qəlbin hər tərəfini örtmüşdür.

"şəğəfəhə hubbən" ifadəsi Yusufun (ə) məhəbbətinin onun qəlbinə nüfuz edərək tamamiləəhatə etməsinə və eşqinin şiddətinə işarədir. Alusi "Ruhul-məani” təfsirində “Əsrarul-bəlağə” kitabından sevginin dərəcələri ilə bağlı qeydlər etmişdir ki, onun bir hissəsini burada nəzərinizə çatdırırıq:

"Məhəbbətin ilkin mərhələsi meyil etmək, sonra isə qəlbdə marağın yaranmasıdır. Ondan sonra məhəbbətin şiddəti mənasında kələf dərəcəsi, sonra eşq və ondan sonra da şəğəf mərhələsi gəlir, yəni qəlb eşqdən alışıb-yanır və bu yanmaqdan ləzzət duyur. Ondan sonra ləvvəə mərhələsi, sonra isə şəğəf dərəcəsi gəlir ki, o, qəlbə tamamilə nüfuz edir. Sonra tədəllə dərəcəsidir və o, insanın ağlını əlindən alır. Sonuncu mərhələ hiyum mərhələsidir ki, o, mütləq şəkildə qərarsızlıqdır. O, aşiqi qeyri-ixtiyarsız hər tərəfəçəkir”.

Bu sirri kimin faş etməsi də diqqəti cəlb edir. Əzizin arvadı əsla belə rüsvayçılığa razı olmazdı. Əzizin özü də onu gizlətməyi təkid etmişdi. Ya da hikmətli şahid bunu faş etmişdi ki, bu da qeyri-mümkün idi. Qeyd etdiyimiz kimi, belə fəsad qəsrlərində həmin məsələ gizlədilə biləcək bir şey deyildi. Əvvəlcə qəsrin içindəkilərinin dili ilə saraydan kənara yayılmış və başqaları da ona əlavələr edərək ağızdan-ağıza yaymışdılar. Əzizin arvadı Misir qadınlarının hiyləsindən agah olduqda əvvəlcə narahat oldu, sonra çarə axtardı.

Ayədə buyurulur: "(Əzizin arvadı) onların dedi-qodularından xəbər tutduqda onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (əzəmətli bir məclis qurdu), hər birinin əlinə (meyvə kəsmək üçün) bir bıçaq verdi”.

قلماسمعتبمَكْرهِنَّأَرْسَلَتْإِلَيْهِنَّوَأَعْتَدَتْلَهُنَّمُنكَاًوأنتكُلِّواحدةمنْهُنَّ


سكيناً


Onun bu işi ərindən çəkinmədiyini vəəvvəlki rüsvayçılıqdan dərs almadığını göstərir: "Və (bu vaxt Yusufa): "Onların qarşısına çıx!" - dedi”.

(وقالتاخْرُجْعَلَيْهِنَّ)


(daxil ol) demək yerinə" (çölə gəl) ifadəsi onu göstərir ki, əzizin arvadı onu çöldə saxlamamışdı, əksinə, daxildəki otaqda, çox ehtimal ki, meyvə və yemək verilən otaqda başını qarışdır- mışdı ki, onun içəri daxil olması giriş qapısından olmasın və tamamilə gözlənilməz və şoka salan olsun! Bəzi rəvayətlərdə bildirilir ki, on nəfər və ya daha çox olan qadınlar onun gözəl qaməti və nurani simasını gördükdəəllərindəki meyvə ilə barmaqlarını səhv salaraq onları bir- birindən ayırd edə bilmədilər.

“Onu gördükdə o qədər təriflədilər ki, (diqqətsizlikdən) öz əllərini kəsdilər”.

(فَلَمَّارَأَيْنَهُأَكْبَرْنَهُوَقَطَّعْنَأَيْدِيَهُنَّ)


(وَقُلْنَحَاشَلِلَّهِماهذابَشَراًإِنْهذاإِلَّامَلَكَكَريمٌ)


"Və dedilər: "Allah qüsursuzdur! Bu, bəşər deyil. Bu, ancaq hörmətə layiq bir mələkdir”.

Misir qadınlarının hansı miqdarda əllərini kəsməsi barədə təfsirçilər arasında ixtilaf vardır. Onların bəzisi həmin məsələni mübaliğəli şəkildə qeyd etmişlər, lakin Qurandan onların əllərini yaralayacaq qədər kəsdikləri başa düşülür. Bu zaman Misir qadınları məsələni uduzduqlarını öz vəziyyətləri və heykəl kimi donub qaldıqları vəəllərindən qan axdığı halda nişan verdilər və heç dəəzizin arvadından geri qalmadıqlarını bildirdilər. O, bu fürsətdən istifadə edərək dedi: (Əzizin arvadı) dedi: “Barəsində məni məzəmmət etdiyiniz (adam), bax budur!”.

قالَتْفَذلكنَّالَّذيلُمْتُنَّنيفيه


Sanki əzizin arvadı onlara demək istəyirdi ki, siz onu bir dəfə görməklə belə hala düşdüyünüz, ağlınız başınızdan çıxdığı vəəllərinizi kəsdiyiniz və onu təriflədiyiniz halda, necə məni məzəmmət eləyirsiniz, halbuki mən səhər-axşam onu görürəm. Əzizin arvadı qurduğu planın baş tutmasından qürur hissi keçirdiyi vaxt gözlənilmədən bütün pərdələri kənara qoyaraq tamamilə aşkar şəkildə özünü üzrlü göstərdikdən sonra günahını etiraf edərək dedi: “Mən ondan kam almaq istədim, o isə imtina etdi”.

وَلَقَدْراوَدْتُهُعَنْنَفْسهفَاسْتَعْصَمَ


Sonra bu günahdan peşmançılıq çəkmədən, yaxud qonaqların yanında zahirdə abrını gözləmədən həyasızcasına onun ciddi olduğunu göstərən bir intonasiya ilə aşkar şəkildə belə dedi: “Əgər əmrimi yerinə yetirməsə, zindana atılacaq".

Təkcə zindana atılmaqla yaxasını qurtarmayacaq: “Və şübhəsiz ki, xar olacaq”.

(وَلَيَكُونَامِنَالصَّاغِرِينَ)


Təbii ki, Misir əzizi arvadının aşkarcasına xəyanəti müqabilində yalnız ayədə vurğulanan (Günahından tövbə elə!) cümləsi ilə kifayətlənərsə, onda arvadı rüsvayçılığı bu mərhələyə gətirib çatdıracaqdır. Qeyd etdiyimiz kimi, bu məsələ fironlar, şah və hökmdarların sarayında yeni bir məsələ deyil.

Bəziləri burada təəccüblü bir rəvayəti nəql edirlər: “Bu məclisdə iştirak edən bir dəstə Misir qadını əzizin arvadını himayə edərək ona haqq verdi və Yusufun (ə) ətrafına toplaşaraq hər bir qadın onun təslim olması üçün bir söz dedi.

Onlardan biri dedi: "Ey cavan, bu qədər təqva nəyə lazımdır? Nə üçün bu aşiqə rəhm etmirsən? Məgər sən bu heyrətə salan gözəl camalı görmürsən? Məgər sən cavan deyilsən, gözəllik və eşqdən ləzzət duymursan? Axı sən daş-qayasan?!"

İkincisi dedi: "Deyək ki, gözəllik və eşqdən bir şey anlamırsan, lakin onun Misir əzizinin arvadı və burada qüdrətli biri olmasını da bilmirsən? Əgər onun qəlbini ələ alsan, bütün bunların sənin ixtiyarında olacağını və hansı məqamı istəsən, sənin üçün hazır olacağını da heç düşünmürsənmi?"

Üçüncüsü dedi: “Tutaq ki, nə onun camalı və gözəlliyinə, nə də məqama marağın yoxdur, amma onun intiqam alan və təhlükəli bir qadın olduğunu bilmirsənmi? İntiqam almaq vasitələri tamamilə onun ixtiyarındadır. Dəhşətli zindanda və onun qaranlığında tək qalmaqdan qorxmursanmi?!"

Bir tərəfdən əzizin arvadının aşkarcasına zindan və xarlıqla təhdidi və digər tərəfdən də bu dəllal qadınların vəsvəsələri bir anlıq Yusufda (ə) gərgin vəziyyət yaratdı və çətinlik tufanı onu hər yerdən bürüdü.

Amma əvvəlcədən özünü yetirşdirdiyindən, iman və təqva nuru onun ruhunda xüsusi aramlıq yaratdığından şücaət və cəsarətlə öz qərarını verdi və nəfsinə aldanmış qadınlarla danışmadan Allah dərgahına üz tutub dua etməyə başladı: “(Yusuf) dedi: "Ey Rəbbim! Mənim üçün zindan bunların məni sövq etdikləri işi görməkdən daha yaxşıdır".

قالَرَبِّالسِّجْنُأَحَبُّإِلَيَّمِمَّايَدْعُونَنِيإِلَيْهِ)


(وَإِلَّاتَصْرِفْعَنِّيكَيْدَهُنَّأَصْبُإِلَيْهِنَّوَأَكُنْمِنَالْجاهِلينَ)


“Əgər bunların hiyləsini məndən uzaq etməsən, mən onlara meyil edər və cahillərdən olaram”.

İlahi! Mən sənin əmrinə tabe olmaq və paklığımı qorumaq üçün mənim ruhumun orada azad və özümün pak olduğu dəhşətli zindanı qəbul edir və şəhvətin əsirinə çevriləcəyim və paklığımı itirəcəyim bu zahiri azadlığı rədd edirəm. İlahi! Mənə yardım et, qüdrət, əql və iman ver ki, bu şeytani vəsvəsələrə qalib gəlim.

Allahın vədəsi nəfs və ya düşmən olmasından asılı olmayaraq, müxlis şəkildə onlarla mübarizə aparan bəndələrini yalnız qoymamaq olduğundan Allah ona yardım etdi. Quranda buyurulur: “Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaqlaşdırdı".

رَبُّهُفَصَرَفَعَنْهُكَيْدَهُنَّ


“Çünki O, eşidəndir, biləndir".

Allah həm bəndələri eşidir, həm onların batinlərindən agahdır, həm də çətinliklərinin həlli yolunu biləndir.

İncəliklər:



1\. Şirnikləndirmə və təhdid.

Məlum olduğu kimi, əzizin arvadı və Misir qadınları öz məqsədlərinə çatmaq üçün müxtəlif vasitələrəəl atdılar. Onlar əvvəlcə eşq elan etdilər, sonra şirnikləndirdilər, ondan sonra da təhdid etdilər. Başqa sözlə, şəhvət və bər-bəzək, sonra isə məqam məsələsindən yapışdılar. Bu, bütün zalım və öz kamına çatmaq istəyən kəslərin arxalandığı məsələlərdir. Hətta biz özümüz bu cür insanların haqq yolundakı şəxsləri təslim etmək üçün məclisin başlanğıcında qeyri-adi mülayimlik və xoş üz göstərdiyini, sonra şirnikləşdirməyəəl atdığını və həmin məclisin sonunda təhdid etdiyini görmüşük. Onlar bir məclisdə bu qədər ziddiyyətli şeylərin nə qədər alçaldıcı və çirkin olduğunu başa düşmürlər.

Bunun səbəbi aydındır, onlar hədəflərinə çatmaq istəyirlər və bu yolda vasitəəhəmiyyət daşımır. Başqa sözlə desək, hədəfə çatmaqda istənilən vasitədən istifadə edirlər.

Bu arada zəif və ya qeyri-mütərəqqi kəslər ya ilkin mərhələdə, ya da axırda təslim olur və həmişəlik olaraq onların tələsinə düşürlər. Amma ilahi övliyalar iman nuru sayəsindəəldə etdikləri şücaət və cəsarətlə bütün bu mərhələləri keçərək razılığa girməyəcəklərini tamamilə ciddi şəkildə büruzə verirlər və bu, hətta ölməyə qədər gedib çıxır. Bunun sonu da qələbədir. Ya özlərinin, ya da ən azı, məktəblərinin qələbəsidir!

2\. Yersiz iddia.

Misir qadınları kimi, çalanın kənarından özlərini pak-pakizə göstə- rən və təqvadan dəm vuran vəəzizin arvadının aludəliyini “aşkarcasına azğınlıq" hesab edən kəslər çoxdur. Amma ayaqları çalaya düşdükdə elə birinci zərbədəcə yerə yıxılan və dediklərinin sözdən başqa bir şey olmadığını nişan verənlər az deyil. Əgər əzizin arvadı Yusufla (ə) uzun illər tanışlıqdan sonra ona aşiq olursa, onlar elə ilk məclisdə həmin taleyə düçar oldular və meyvə yerinə öz əllərini kəsdilər.

3\. Nə üçün Həzrət Yusuf (ə) qadınlar məclisində iştirak etdi? Burada belə bir sual yaranır: "Nə üçün Yusuf (ə) əzizin arvadının sözünü qəbul etdi və onun günah və ya günahkara bəraət qazandırmaq üçün təşkil etdiyi məclisdə iştirak etməyə razı oldu?”

Amma Yusufun (ə) zahirdə qulam olmasını nəzərə alsaq, o, sarayda xidmət etməyə məcbur idi. Əzizin arvadının həmin bəhanədən istifadə etməsi və yemək və ya içmək üçün qabı gətirməsini söyləyərək onu məclisə çağırması mümkündür. Məlum məsələdir ki, Yusufun (ə) qadınların bu plan və hiyləsindən xəbəri yox idi. Xüsusilə də Quranda (Onların qarşısına çıx!) ifadəsinin işlənməsindən onun kənarda deyil, əksinə, həmin otağın yaxınlığındakı yemək və ya meyvə otağında olması məlum olur.

4\. Cinayətə şərik olanlar.

“يَدْعُونَنِي إِلَيْهِ” (qadınların məni dəvət etdiyi şey) və “كَيْدَهُنَّ” (onların hiyləsi) ifadələri aydın şəkildə Misir qadınlarının əllərini kəsdikdən və Yusufa (ə) aşiq olub qəlblərini əldən verdikdən sonra onların da bir növ meydana daxil olduğunu, Yusufu (ə) onlara və ya əzizin arvadına təslim olmağa dəvət etmələrini göstərir. Yusuf (ə) onların hamısını geri çevirdi. Bu, əzizin arvadının öz cinayətində tək olmadığını və şəriklərə malik olduğunu bildirir.

5\. Mütləq şəkildə bağlılıq.

Problemlərə düçar olduqda və çətinliklər insanı uçuruma sürüklədikdə insan yalnız Allaha pənah aparmalı və Ondan yardım istəməlidir, çünki Onun lütfü olmasa, heç nə etmək olmaz. Bu, Həzrət Yusufun (ə) bizə öyrətdiyi dərslərdən biridir. O, belə deyir: "İlahi! Əgər onların pis hiylələrini məndən uzaqlaşdırmasan, mən də onlara meyil edərəm. Əgər məni bu həlakət məkanında tək qoysan, hadisələrin tufanı məni özü ilə aparacaqdır. Məni qoruyan mənim təqva və imanım deyil, Sənsən!"

Allaha mütləq şəkildə bağlılıq bəndələrə sonsuz səbir və qüdrət verməklə yanaşı, Allahın gizli lütfündən faydalanmağa da səbəb olur. Bu cür lütfü vəsf etmək qeyri-mümkündür, onu yalnız müşahidə və təsdiq etmək lazımdır. Bunlar həm bu, həm də o biri dünyada ilahi lütfün sayələridir.

Peyğəmbərdən (ə) belə bir hədis nəql edilir:

# سبعة يظلهم الله في ظله يوم لا ظل إلا ظله: إمامٌ عَادِلٌ، وَ شَابٌ نَشَأُ فِي عِبادَةِ يَوْمٌ الله عَزَّوَجَلَّ، وَ رَجُلٌ قَلْبُهُ، مُتَعَلِّق بالْمَسْجِد إذا خَرَجَ مِنْهُ حَتَّى يَعُودَ إِلَيْهِ، وَ رَجُلان كانا طاعَةِ اللَّهِ عَزَّوَجَلَّ فَاجْتَمَعَا عَلى ذلكَ وَ تَفَرَّقا، وَرَجُلٌ ذَكَرَ اللَّهَ عَزَّوَجَلَّ خالياً فَفَاضَتْ عَيْنَاهُ، وَ رَجُلٌ دَعَتْهُ امْرَأَةٌ ذاتُ حَسَبٍ وَ جَمَالٍ فَقالَ إِنِّي أَخَافُ اللَّهَ تَعالى، وَ رَجُلٌ تَصَدَّقَ بِصَدَقَةٍ فَأَخْفَاهَا حَتَّى لا تَعْلَمَ شِمَالُهُ مَا تَصَدَّقَ بِيَمِينِهِ


"Allahın sayəsindən başqa bir kölgənin olmadığı gündə yeddi dəstə Allah ərşinin kölgəsi altında olacaq: ədalətli rəhbər, ömrünün əvvəllərindən Allaha bəndəlik edərək yetişən cavan, Allaha ibadət yerləri və məscidə qəlbi bağlılığı olan, oradan xaric olduqdan sonra oraya qayıtmağı düşünən kəs, Allahın əmrinə itaət etməkdə vəhdət şəklində çalışan və bir-birindən ayrıldıqda da mənəvi bağlılıqları qalmış olan kəslər, Allahın adını eşitdikdə (məsuliyyət hissi və ya günah qorxusundan) gözlərindən yaş axıdan kəs, gözəl simalı bir qadının onu özünə tərəf dəvət etdiyində ona cavabında: "Mən Allahdan qorxuram!" deyən kişi, ehtiyaclılara yardım edən və öz sədəqəsini gizli saxlayan kəs, belə ki onun sağ əlinin verdiyini sol əli bilməsin".

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...