Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 11

Yusuf surəsi, 35-38-ci ayələr

Yusuf surəsi, 35-38-ci ayələr



ثُمَّ بَدَا لَهُمْ مِنْ بَعْدِ مَا رَأَوُا الْآيَاتِ لَيَسْجُنُنَّهُ حَتَّى حِينٍ .٣٥


وَدَخَلَ مَعَهُ السِّجْنَ فَتَيَانِ قَالَ أَحَدُهُمَا إِنِّي أَرَانِي أَعْصِرُ خَمْرًا وَقَالَ الْآخَرُ إِنِّي أَرَانِي أَحْمِلُ فَوْقَ رَأْسِي خُبْزًا تَأْكُلُ الطَّيْرُ مِنْهُ نَبِّئْنَا بِتَأْوِيلِهِ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ .٣٦


قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌ تُرْزَقَانِهِ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِ قَبْلَ أَنْ يَأْتِيَكُمَا ذَلِكُمَا مِمَّا عَلَّمَنِي رَبِّي إِنِّي تَرَكْتُ مِلَّةَ قَوْمٍ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ .٣٧


وَاتَّبَعْتُ مِلَّةَ آبَائِي إِبْرَاهِيمَ وَإِسْحَاقَ وَيَعْقُوبَ مَا كَانَ لَنَا أَنْ نُشْرِكَ بِاللَّهِ مِنْ شَيْءٍ ذَلِكَ مِنْ فَضْلِ اللَّهِ عَلَيْنَا وَعَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ .٣٨


Ayələrin tərcüməsi



35\. (Yusufun günahsız olduğunu təsdiq edən) dəlilləri gördükdən sonra yenə də bir müddət onu zindana salmaq qərarına gəldilər.

36\. Onunla birlikdə iki gənc də zindana düşdü. Onlardan biri dedi: "Mən yuxuda şərab (üçün üzüm) sıxdığımı gördüm”. Digəri isə belə dedi: "Mən yuxuda başımda çörək apardığımı, quşların da ondan yediyini gördüm. Bu yuxunun yozumunu bizə bildir. Çünki biz sənin yaxşı adam olduğunu düşünürük”.

37\. (Yusuf) dedi: "Yemək payınız gəlməmişdən əvvəl yuxunuzun yozumunu sizə bildirərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərindəndir. Mən Allaha iman gətirməyən və axirəti də inkar edən qövmün dinini tərk etdim.

38\. Mən atalarım İbrahim, İshaq və Yǝqubun dininə tabe oldum. Nəyisə Allaha tay tutmaq bizə yaraşmaz. Bu, Allahın bizə və insanlara olan lütfüdür, lakin insanların çoxu şükür etmir”.

Ayələrin təfsiri.



Günahsızlığa görə zindana salınmaq.

Misir qadınlarının Yusufla (ə) əzizin qəsrindəki qəribə məclisi öz coşğunluğu ilə sona çatdı, lakin təbii olaraq bu xəbər Misir əzizinin qulağına çatdı. Bu cərəyanların məcmusundan Yusufun (ə) adi bir cavan olmaması aydın oldu. Yəni Yusuf (ə) o qədər pak biridir ki, heç bir qüvvə onu çirkinliyə məcbur edə bilməz və paklığının nişanələri bir neçə baxımdan - köynəyinin arxadan cırılmasından, Misir qadınlarının vəsvəsələri müqabilindəki müqavimətindən və onun zindana getməyə hazır olmasından, əzizin arvadının onu zindan və şiddətli əzabla təhdid etməsi qarşısında təslim olmamasından – aşkara çıxdı.

Bütün bunlar onun paklığının nişanələri idi və heç kəs də onu inkar edə və ya gizlədə bilməzdi. Bu dəlillər əzizin arvadının günahkar olduğunu aşkarcasına isbat edirdi. Bu günahın isbatının ardınca camaatın nəzərində Misir əzizinin xanədanının cinsi pozğunluq və rüsvayçılığı gəlirdi və bu, günbəgün artmaqda idi.

Bunun yeganə çarəsi Misir əzizi və onun müşavirinin nəzərində Yusufu (ə) tamamilə səhnədən xaric etmək idi, belə ki camaat onun adını unutsun. Bu işin ən yaxşı yolu onu zindana göndərmək idi. Yəni həm onu yaddan çıxardar, həm də camaatın arasında əsl günahkarın Yusuf (ə) olması nəzərə çarpardı.

Quranda buyurulur: “(Yusufun günahsız olduğunu təsdiq edən) dəlilləri gördükdən sonra yenə də bir müddət onu zindana salmaq qərarına gəldilər”.

(ثُمَّبَدالَهُمْمِنْبَعْدِمارَأَوُاالأياتِلَيَسْجُنُنَّهُحَتَّىحين)


(bǝda) ifadəsi "yeni bir rəyin meydana çıxması" mənasındadır və bu, Yusufun (ə) barəsində belə bir qərarın verilmədiyini göstərir. Bu düşüncəni, çox ehtimal ki, ilk dəfəəzizin arvadı təklif etdi. Beləliklə, günahsız olan Yusuf (ə) zindana salındı. Pak və ləyaqətli bir insanın günahsız yerə zindana düşməsi nə birinci, nə də sonuncu dəfə deyil.

Eşq divanında (məhkəməsində) günahsızlıq heç də az günah deyil, Yusuf (ə) öz paklığı ilə zindana getdi.

Bəli, aludə bir mühitdə azadlıq suyunun məcrası ilə hərəkət edən aludəliyə məxsusdur, təkcə azadlıq deyil, hər bir şey onlara aiddir. Yusuf (ə) kimi pak və dəyərli insanlar mühitlə uyğun olmadıqlarından və suyun axarının əksinə hərəkət etdiklərindən cəmiyyətdən kənarlaş- dırılmalıdırlar. Amma nə vaxta qədər? Həmişəlikmi? Xeyr! Təbii ki, həmişəlik yox!

"Onunla birlikdə iki gənc də zindana düşdü”.

İnsan adi yolla xəbərlərdən agah ola bilmədiyindən onun digər hissləri işə düşür ki, hadisələrin gedişatından xəbərdar olsun. Beləcə, yuxu və röya da onun üçün mühüm bir məsələyə çevrilir.

Həmin səbəbdən biri şahın su içmək məsələlərinə, digəri isə yemək və mətbəx işlərinə baxan və düşmənlərin vasitəsilə şahı zəhərləməkdə ittiham edilərək zindana atılmış olan bu iki şəxs Həzrət Yusufun (ə) yanına gəlib keçən gecə gördükləri və onlar üçün qeyri-adi sayılan yuxunu ona danışdılar.

"Onlardan biri dedi: "Mən yuxuda şərab (üçün üzüm) sıxdığımı gördüm”.

قالَأَحَدُهُماإِنِّيأَرانيأَعْصِرُخَمْراً


“Digəri isə belə dedi: “Mən yuxuda başımda çörək apardığımı, quşların da ondan yediyini gördüm”.

Sonra onlar sözlərinə beləəlavə etdilər: “Bu yuxunun yozumunu bizə bildir. Çünki biz sənin yaxşı adam olduğunu düşünürük”.

Bu iki cavanın Həzrət Yusufun (ə) yuxu yozmasını hardan bilməsi barədə təfsirçilər arasında ixtilaf vardır. Bəziləri Yusufun (ə) şəxsən özünün yuxu yozmağı bilməsini onlara bildirməsini deyirlər. Bəzilərinin isə fikrincə, Yusufun (ə) mənəvi siması onun adi adam olmadığını, əksinə, agah, fikir sahibi olan bir kəs olduğunu göstərirdi vəən azı, bu şəxs onların yuxularının yozumu ilə bağlı problemi həll edə bilərdi. Bəziləri də demişlər ki, Yusuf (ə) zindana daxil olduğu ilk andan onlarla yaxşı davranmış, təsəlli vermək və xəstələrə xidmət göstərməklə xeyirxah və düyünləri açan bir kəs olduğunu nişan vermişdi. Bu səbəbdən də çətinlikdə ona pənah gətirmiş və ondan yardım istəmişdilər.

Qeyd etmək lazımdır ki, Quranda (qul) sözünün yerinə (cavan) sözü işlədilmişdir və bu, bir növ ehtiramdır. Hədislərin birində oxuyuruq:

لايَقُولُنَّأَحَدُكُمْعَبْدىوَأَمَتىوَلَكِنْفَناىوَفَتَاتِي


"Sizlərdən heç biriniz "mənim qulum” və ya “mənim kənizim” deməsin, əksinə, "mənim cavanım" desin (ki, İslamın qulların tədrici azadlığı ilə bağlı dəqiq planı olduğundan onlar təhqirdən amanda qalsınlar)!"

(Mən şərab sıxıram) cümləsi ya onun yuxuda şərab hazırlamaq üçün üzüm sıxmasına, yaxud da üzümdəki şərabı çıxarmasına görədir. Yaxud da şərab düzəltmədən üzümü sıxırdı ki, onun suyunu hökmdara versin. Üzüm şəraba çevrilmək qabiliyyətinə malik olduğundan bu ifadə ona şamil olunmuşdur.

(Mən görürəm ki) ifadəsi onu göstərir ki, adətən – “Mən yuxuda görürəm” deməli olduğu halda – cümləni bu cür işlətmək indiki zamanın hekayətidir, yəni yuxunu gördüyü zamanı xatırlayır və onu hazırda təsəvvür edərək bəyan edir.

Zindandakıları istiqamətləndirmək və hidayət etməklə bağlı fürsəti əsla əldən verməyən Yusuf (ə) bu iki nəfərin müraciətini yuxunun yozumu üçün qənimət bildi və bu bəhanə ilə onların və bütün insanların işlərinin həlli üçün əhəmiyyət daşıyan həqiqətləri bəyan etdi. Əvvəlcə, yuxu yozmaqla bağlı məharətinə malik olduğunu bildirmək və onların bu məsələyə diqqətini daha çox cəlb etmək üçün dedi: “(Yusuf) dedi: "Yemək payınız gəlməmişdən əvvəl yuxunuzun yozumunu sizə bildirərəm”.

قالَلايَأْتيكُماطَعامٌتُرْزَقانهإلانَباتُكُمابتأويلهقَبْلَأَنْيَأْتِيَكُما


Beləliklə, Həzrət Yusuf (ə) onları əmin etdi ki, yemək payınız gəlməmişdən öncə mən sizin axtardığınızı sizə verəcəyəm. Bu cümlənin təfsiri ilə bağlı təfsirçilər arasında çoxlu ehtimallar vardır. O cümlədən bir ehtimala görə, Yusuf (ə) dedi: “Mən Allahın izni ilə sirlərin bir qismindən agaham, sizin yuxunuzu yozmaqla yanaşı, indi sizə gətiri- ləcək yeməyin hansı yemək və ya hansı keyfiyyətdə olduğunu, onun xüsusiyyətlərini də deyə bilərəm”.

Buna əsasən, ayədəki (təvil) sözü həmin yeməyin xüsusiyyətlərinin sadalanmasına işarədir, əlbəttə, (təvil) sözü nadir hallarda bu mənada işlənmişdir. Xüsusən dəəvvəlki cümlədə həmin söz “yuxu yozmaq” mənasındadır. Digər ehtimal belədir ki, Yusufun (ə) məqsədi belə idi: "Mən sizin yuxuda gördüyünüz hər növ yeməyin yozumunu deyə bilərəm”. (Lakin bu ehtimal “qəbləən yətiyəkumə” cümləsi ilə uyğun deyil.) Beləliklə, bu cümlənin təfsiri ilə bağlı ən yaxşı ehtimal əvvəldə qeyd etdiyimizdir.

Sonra Həzrət Yusuf (ə) imanla və bütün varlığını tövhidin bürüdüyü allahpərəst bir şəxs kimi hər bir şeyin Allahın iradəsi ilə həyata keç- diyini aydınlaşdırmaq üçün sözlərinə belə davam etdi: “Bu, Rəbbimin mənə öyrətdiyi elmlərindəndir”.

(ذلكماممَّاعَلَّمَنيرَبِّي)


Həmçinin o, Allahın kiməsə hesab-kitabsız bir şey verdiyini düşünməmələri üçün dedi: “Mən Allaha iman gətirməyən və axirəti də inkar edən qövmün dinini tərk etdim”.

Burada "qövm və cəmiyyət" deyilərkən ya Misir, ya da Kənan bütpərəstləri nəzərdə tutulur.

Yusuf (ə) əlavə edir: Mən bu cür etiqadlardan uzaq olmalıyam, çünki bu, pak insan fitrətinə ziddir, bundan əlavə, mən vəhy və nübüvvət xanədanında böyümüşəm: “Mən atalarım İbrahim, İshaq və Yǝqubun dininə tabe oldum”.

وَاتَّبَعْتُمِلَّةَآبائيإِبْراهيمَوَإِسْحَاقوَيَعْقُوبَ


Bəlkə də, bu, Həzrət Yusufun (ə) özünü zindandakılara bu cür – vəhy və nübüvvət xanədanında doğulmuş olan bir kəs kimi – tanıt- dırması birinci dəfə idi və onlara bildirmək istəyirdi ki, o da zalım rejimlərdə olduğu kimi, digər günahsız insanların zindana düşməsi şəklində və günahsız olaraq zindana düşmüşdür. Sonra o, təkid olaraq beləəlavə edir: “Nəyisə Allaha tay tutmaq bizə yaraşmaz”.

نشْرِكَبِاللَّهِمِنْشَيْءٍ


Çünki bizim xanədanımız tövhid xanədanı və bütsındıran İbrahi- min (ə) ailəsidir. "Bu, Allahın bizə və insanlara olan lütfüdür".

فَضْلِاللَّهِعَلَيْنَاوَعَلَىالنَّاسِ


Beləliklə, bu nemətin yalnız bizim xanədana şamil olunduğunu təsəvvür etməyin, əksinə, o, Allah bəndələrinə fitrət olaraq əmanət qoyulmuş və peyğəmbərlərin rəhbərliyi ilə təkmilləşdirilmiş olan ümumi bir nemətdir.

"Lakin insanların çoxu şükür etmir”.

İnsanlar iman və tövhid yolundan sapırlar.

Maraqlı burasındadır ki, yuxarıdakı ayədə İbrahim (ə) və İshaq (ə) Yusufun (ə) ataları “əba" ünvanında qeyd edilmişdir. Halbuki biz Yusufun (ə) Yǝqubun (ə) oğlu, Yəqubun (ə) da İshaqın (ə) oğlu və onun isə İbrahimin (ə) oğlu olduğunu bilirik. Nəticədə, (ata) sözünün babaya da şamil olunduğunu başa düşürük.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...