Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 12

Ənfal surəsi, 30-cu ayə

Ənfal surəsi, 30-cu ayə



وَإِذْ يَمْكُرُ بِكَ الَّذِينَ كَفَرُوا لِيُثْبِتُوكَ أَوْ يَقْتُلُوكَ أَوْ يُخْرِجُوكَ وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ .٣٠


Ayənin tərcüməsi



30\. (Yadına sal ki,) bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxarmaq üçün bir çıxış yolu fikirləşdilər (plan cızdılar). Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!

Ayənin nazilolma səbəbi.



Təfsir və hədis alimləri bu ayənin Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti ilə nəticələnən hadisələrə işarə etdiyini bildirmişlər. Bu hadisə tarix kitablarında müxtəlif versiyalarla nəql olunsa da, hamısı eyni həqiqəti təqib edir. Yəni Allah-taala möcüzəli şəkildə Peyğəmbəri (s) böyük və qaçılmaz təhlükədən xilas etmişdir. "Əd- Durrul-mənsur" kitabında nəql olunmuş rəvayətə əsasən, hadisə belə baş vermişdir:

Qüreyş və Məkkənin müxtəlif qəbilələrindən ibarət bir qrup zadǝ- gan “Darun-nüdvə"də toplaşıb Peyğəmbərə (s) qarşı tədbir görməyi qərarlaşdırırlar. Yolda, əslində, şeytan olan, gözəl görkəmli bir kişi ilə rastlaşırlar. Ondan soruşurlar: - Kimsən?

Deyir: - Nəcddən olan bir qoca. Sizin qərarınızdan xəbər tutanda fikir və xeyirxahlığımı əsirgəməmək üçün iclasınızda iştirak etmək istədim.

Deyirlər: - Çox yaxşı. İçəri daxil ol! - O da "Darun-nüdvǝyǝ" daxil olur. Onlardan biri iclas iştirakçılarına üzünü tutub deyir: - Bu kişi (Peyğəmbər (s)) haqqında bir şey fikirləşmək lazımdır. And olsun ki, qorxuram sizə qələbə çalsın.

Bir nəfər təklif edir ki, onu bir yerdə ölənə qədər həbs etsinlər. Nəcddən olan qoca kişi bu təklifi rədd edib deyir: - Ola bilsin ki, tərəfdarları münasib fürsətdə onu xilas edərək ölkədən uzaqlara apar- sınlar. Buna görə də köklü şəkildə tədbir görmək lazımdır.

—Bir başqası deyir: – Onun əlindən rahat olmaq üçün sürgün edək. Çünki bizim aramızdan uzaqlaşsa, heç bir zərər vura bilməyəcək və başı başqalarına qarışacaq.

Nəcd qəbiləsindən gələn qoca deyir: - And olsun ki, bu da düzgün fikir deyildir. Onun şirin danışığını, gözəl sözlərini və qəlblərdəki nüfuzunu görmürsünüzmü?! Buradan sürgün etsəniz, başqa ərəblərin yanına gedəcək (və tez bir zamanda) onun ətrafına toplaşacaqlar. Daha sonra böyük bir kütlə ilə yanınıza qayıdıb sizi şəhərinizdən qovacaq və böyüklərinizi öldürəcək.

\-İştirakçılar deyirlər: - Bəli! Düz deyir. Başqa bir şey fikirləşin! O vaxta qədər sakit oturub, təklifləri dinləyən Əbucǝhl deyir: - Mənim bir fikrim var və ondan başqasını əsla düzgün hesab etmirəm.

Deyirlər: - O, hansı fikirdir?

Deyir: - Hər qəbilədən bir şücaətli döyüşçü seçir və iti qılınclarla təmin edirik. Onlar münasib fürsətdə Muhəmmədə hücum edib öldürürlər. Onu bu şəkildə öldürsəniz, qanı bütün qəbilələrin boynunda qalacaq. Bu zaman Bəni-Haşim qəbiləsi intiqam almaq üçün bütün Qüreyş tayfaları ilə döyüşə bilmədiyindən qanpulu almağa razı olacaq. Biz də onun əlindən qurtarmış olacağıq.

\-Nəcd qəbiləsindən olan qoca (sevinərək) deyir: Bax, bu, ən doğrusudur. Mən də bu təkliflə razıyam. Beləliklə, Əbucǝhl tərəfindən irəli sürülmüş təklif hamı tərəfindən qəbul edilir.

—Cəbrail nazil olub, Peyğəmbərə (s) gecəni öz yatağında yatmamağı əmr edir. Peyğəmbər (s) gecə "Sur" mağarasına tərəf yola düşür və Əliyə (ə) tapşırır ki, onun yatağında yatsın.

Səhər açılanda əli qılınclı Qüreyş cavanları evə girib axtarmağa başlayırlar. Peyğəmbərin (s) yatağında Əlinin yatdığını görürlər. Beləliklə, Allah-taala onların planını pozur.

Onlar uca səslə deyirlər: - Muhəmməd haradadır?

Əli deyir: - Bilmirəm.

Onlar Peyğəmbərin izi ilə hərəkət edib dağa qədər gedirlər. Mağaraya daxil olmaq istədikdə görürlər ki, mağaranın girişində hörümçək yuvası var. Bir-birinə deyirlər: – O, mağaraya girsəydi, hörümçək toru zədələnərdi. - Beləliklə, geri dönməyə məcbur olurlar.

\-Peyğəmbər (s) üç gün mağarada qalır. Düşmən Məkkənin ətrafındakı bütün səhraları axtarıb onu tapmadıqda məyus olur. Onlar şəhərə qayıtdıqdan sonra Peyğəmbər (s) Mədinəyə doğru hərəkət edir.

Ayənin təfsiri.



Hicrətin başlanğıcı.

Bəzi təfsirçilərə görə, həm bu ayə, həm də özündən sonra gələn beş ayə Peyğəmbərin (s) hicrətinə işarə etdiyi üçün Məkkədə nazil olmuşdur. Lakin ayənin bəyan forması, yəni nəqli formada bəyan edilməsi onun hicrətdən sonra nazil olduğunu göstərir.

Deməli, ayə hicrət hadisələrinə işarə etsə də, Mədinədə nazil olmuşdur. O, böyük bir xatirəni və Allahın Peyğəmbərə (s) və müsəlmanlara bəxş etdiyi böyük neməti nəql edərək buyurur: “(Yadına sal ki,) bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) sürgün etmək üçün plan cızdılar).

“Məkr” sözü, (ötən səhifələrdə qeyd etdiyimiz kimi) ərəb lüğətində tədbir, çıxış yolu axtarmaq və plan cızmaq kimi mənalarda işlənir. Lakin günümüzdə “ziyanverici gizli plan" mənasında da işlənir.

Ayənin davamında buyurulur: “Onlar plan cızır və çıxış yolu axtarırdılar. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır!”

( وَيَمْكُرُونَ وَيَمْكُرُ اللَّهُ وَاللَّهُ خَيْرُ الْمَاكِرِينَ)


Peyğəmbərin (s) hicrət məsələsi haqqında bir az düşünsək, başa düşərik ki, müşriklər bütün maddi və mənəvi imkanlarından istifadə edib Peyğəmbəri (s) məhv etmək istəyirdilər. Hətta Peyğəmbər (s) onların əlindən xilas olduqdan sonra onu tapmaq üçün yüz dəvə mükafat təyin etdilər. Bir çox insanlar öz dini adət-ənənələrinə sədaqətləri üzündən, bəziləri isə təyin olunmuş böyük mükafatı qazanmaq üçün Məkkənin ətrafında yerləşən səhraları axtarıb, nəhayət, Sur mağarasına qədər gəldilər. Lakin Allah sadə və kiçik vasitə (hörümçək toru) ilə onların bütün planlarını puç etdi. Hicrətin İslam tarixinin və hətta bəşəriyyət tarixinin yeni mərhələsinin başlanğıcı olduğunu nəzərə alaraq, belə qənaətə gəlirik ki, Allah hörümçək toru ilə bəşər tarixinin istiqamətini dəyişdi.

Bu, təkcə Peyğəmbərin (s) hicrətinə aid deyil, peyğəmbərlərin tarixi göstərir ki, Allah-taala üsyankarları məhv etmək üçün ən sadə vasitələrdən istifadə etmişdir. Bəzən, külək, bəzən milçək, bəzən də “əbabil” adlı kiçik quşlardan istifadə edərək, öz sonsuz qüdrəti qarşısında insanın zəif olduğunu aşkar etmiş və üsyankarı itaətsizlik fikrindən daşındırmışdır.

Bunu da nəzərə almalıyıq ki, “həbs", "sürgün" və “ölümlə” qorxutmaq kimi təhdidlər təkcə Məkkə müşriklərinə məxsus deyildir. Əksinə, zalımlar tarix boyu islahatçıların səsini boğmaq və onların nüfuzuna xələl gətirmək üçün bu üç vasitədən birinə əl atmışdırlar. Lakin Məkkə müşriklərinin planı əks-nəticə verərək İslamda yeni dövrün başlanğıcına səbəb olduğu kimi, sair yerlərdə də əks-nəticə vermişdir.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...