Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 13
Yusuf surəsi, 43-49-cu ayələr
Yusuf surəsi, 43-49-cu ayələr
وَقَالَ الْمَلِكُ إِنِّي أَرَى سَبْعَ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعَ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي رُؤْيَايَ إِنْ كُنْتُمْ لِلرُّؤْيَا تَعْبُرُونَ .٤٣
قَالُوا أَضْغَاثُ أَحْلَامٍ وَمَا نَحْنُ بِتَأْوِيلِ الْأَحْلَامِ بِعَالِمِينَ .٤٤
وَقَالَ الَّذِي نَجَا مِنْهُمَا وَادَّكَرَ بَعْدَ أُمَّةٍ أَنَا أُنَبِّئُكُمْ بِتَأْوِيلِهِ فَأَرْسِلُونِ .٤٥
يُوسُفُ أَيُّهَا الصِّدِّيقُ أَفْتِنَا فِي سَبْعِ بَقَرَاتٍ سِمَانٍ يَأْكُلُهُنَّ سَبْعٌ عِجَافٌ وَسَبْعِ سُنْبُلَاتٍ خُضْرٍ وَأُخَرَ يَابِسَاتٍ لَعَلِّي أَرْجِعُ إِلَى النَّاسِ لَعَلَّهُمْ يَعْلَمُونَ .٤٦
قَالَ تَزْرَعُونَ سَبْعَ سِنِينَ دَأَبًا فَمَا حَصَدْتُمْ فَذَرُوهُ فِي سُنْبُلِهِ إِلَّا قَلِيلًا مِمَّا تَأْكُلُونَ .٤٧
ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَلِكَ سَبْعٌ شِدَادٌ يَأْكُلْنَ مَا قَدَّمْتُمْ لَهُنَّ إِلَّا قَلِيلًا مِمَّا تُحْصِنُونَ .٤٨
ثُمَّ يَأْتِي مِنْ بَعْدِ ذَلِكَ عَامٌ فِيهِ يُغَاثُ النَّاسُ وَفِيهِ يَعْصِرُونَ .٤٩
Ayələrin tərcüməsi
43\. Şah dedi: "Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. (Quruların yaşıllara dolanıb onları məhv etdiyini gördüm.) Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxum haqqında fikirlərinizi bildirin".
44\. Onlar dedilər: "Dağınıq və qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
45\. Xilas olan iki nəfərdən biri bir müddətdən sonra xatırlayaraq dedi: "Mən onun yozumunu sizə bildirərəm. Məni (o məhbus gəncin yanına) göndərin!"
46\. (O, zindana gəlib belə dedi:) “Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbül) barədə olan yuxunu bizə izah et ki, mən camaatın yanına qayıdım, bəlkə, onlar da xəbərdar olsunlar".
47\. Dedi: "Yeddi il cidd-cəhdləəkərlər. Biçdiklərini isə yeyər, az bir miqdar istisna olmaqla, sünbüldə saxlayarlar.
48\. Ondan sonra yeddi il quraqlıq gələcək. Əvvəlcədən həmin illər üçün tədarük etdiklərini yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarlar.
49\. Daha sonra elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və insanlar (meyvə və yağlı toxumları sıxıb) şirə çəkəcəklər”.
Ayələrin təfsiri.
Misir padşahının yuxusunun macərası.
Zahirdə kiçik olan bir hadisə onun əlbəttə, təkcə onun deyil, bütün Misir xalqı və onun ətrafındakıların - taleyini dəyişənə qədər Həzrət Yusuf (ə) zindanda illərlə unudulmuş bir şəxs kimi qaldı, onun yeganə işi zindandakılara yol göstərmək, xəstələrə baş çəkib onlara yardım etmək, özünüislah və oradakılara təsəlli vermək idi.
Adının Vəlid ibn Rəyyan olduğu söylənilən (Misir əzizi də onun vəziri hesab olunurdu) padşah pərişan bir yuxu gördü və sübh çağı yuxuyozanları və öz ətrafındakıları çağıraraq belə dedi: "Şah dedi: “Mən yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. (Quruların yaşıllara dolanıb onları məhv etdiyini gördüm”.
"Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxum haqqında fikirlərinizi bildirin”.
"Onlar dedilər: “Dağınıq və qarmaqarışıq yuxulardır. Biz belə yuxuların yozumunu bilmirik”.
(əzğas) sözü “ضغث” sözünün cəmidir və mənası “bir dəstə quru odun" və ya "bitki, ot və ya başqa bir şey” mənasındadır. (əhlam) sözü (hulum) sözünün cəmidir və “yuxu və röya” mənasındadır. Beləliklə, "əzğas" və "əhlam" sözlərinin hər ikisi “qarmaqarışıq yuxular" mənasını verir.
Sanki həmin yuxu müxtəlif əşyaların dəstəsindən təşkil olunmuşdur və ayədə “ma nəhnu bitəvil əl-əhlami bi alimiin” cümləsindəki “əl-əhlam” sözü (əlif) və (lam) hərfi ilə işləndiyindən buna işarədir ki, biz bu cür yuxuları yozmağa qadir deyilik.
Onların yuxunu yozmaqda acizliklərini bəyan etməsi, həqiqətən də, onun məfhumunun onlara aydın olmamasına görə idi. Həmin səbəbdən onu qarışıq yuxulardan hesab etdilər, çünki yuxuları iki qismə ayırmışdılar: yozumu olan mənalı yuxular və yozumu olmayan qarışıq yuxular.
Bu yuxunu təxəyyül qüvvəsinin fəaliyyətinin nəticəsi hesab edirdilər. Əksinə, birinci qrupdan olan yuxuları ruhun qeyb aləmi ilə təmasının nəticəsi olaraq düşünürdülər. Belə bir ehtimal da var ki, bu yuxudan narahatlıq yaradacaq bir hadisənin olacağını düşündüklərindən və şahların və zalımların ənənəsində olduğu kimi, ətrafındakı şəxslər şahı narahat edən hadisələri deyil, yalnız onu sevindirən məsələləri ona xəbər verdiklərindən yuxu ilə bağlı bir şey demədilər. Qeyd edək ki, zalım hakimiyyətlərin süqutu amillərindən biri də budur.
Buradan belə bir sual yaranır ki, onlar şahın müqabilində onun qarmaqarışıq yuxu görməsini söyləməyə necə cürət etdilər? Halbuki belə şəxslər şahın ən cüzi məsələləri və sadə hərəkətləri ilə bağlı “fəlsəfə” danışır və ona bir cür məna verirlər. Bunun səbəbi onların şahı yuxusuna görə narahat halda görmələri idi və şah həmin yuxudan narahat olmaqda haqlı idi. Çünki yuxuda zəif olan arıq inəklərin kök inəkləri yeməsini və quru sünbülləri görmüşdü.
Görəsən, bu, zəif şəxslərin onun hakimiyyətini əlindən almasına işarə ola bilərdimi? Beləcə, onu xatircəm etmək üçün yuxunun qarma- qarışıq olduğunu dedilər. Yəni narahat olma! Mühüm bir şey deyil və bu yuxu nəyəsə dəlil ola bilməz. Digər təfsirçilər başqa bir ehtimal söyləmişlər. Belə ki, onların fikrincə, onlar (ǝzğas) və (əhlam) deməklə yuxunun yozuma malik olmamasını nəzərdə tutmurdular, əksinə, onlar bununla demək istəyirdilər ki, sənin yuxun qarışıq və mürəkkəb bir yuxudur və biz isə belə yuxuları deyil, sadə və eyni şəkildə olan yuxuları yoza bilirik. Nəticədə, onlar mahir bir şəxsin tapılmasını və bu yuxunu yoza bilməsini inkar etmədilər. Amma özləri aciz olduqlarını bildirdilər.
Bu zaman şahın şərabpaylayanı illərləəvvəl zindanda olarkən Həzrət Yusufun (ə) yuxunu yozmasını xatırladı və üzünü şaha tutub dedi: “Xilas olan iki nəfərdən biri bir müddətdən sonra xatırlayaraq dedi: “Mən onun yozumunu sizə bildirərəm. Məni (o məhbus gəncin yanına göndərin”.
Bəli, zindanın bir guşəsində imanlı, ayıq fikirli bir şəxs vardır ki, qəlbi gələcək hadisələrin aynasıdır, o, bu yuxunu yoza və sirrin üzərindən pərdəni qaldıra bilər. (Məni onun dalınca göndərin) cümləsi Yusufun (ə) zindanda görüşü qadağan olunan məhbuslardan biri olması məsələsinə işarə ola bilər. O, bu cümlə ilə oradakılardan bu məsələ ilə bağlı icazə vermələrini istəyirdi. Bu söz məclisin ab-havasını dəyişdi və məclisdəkilərin hamısı gözlərini saqiyə dikdi. Sonunda ona icazə verildi ki, tez bir zamanda gedib yuxunun yozumunu öyrənsin və cavab gətirsin.
Saqi haqqında çoxlu vəfasızlıq etmiş qədim dostu olan Yusufun (3) yanına getdi və bilirdi ki, Yusufun (ə) böyüklüyü onun gileylənməsinə mane olacaq.
“(O, zindana gəlib belə dedi:) "Yusuf! Ey düz danışan kişi! Yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru (sünbül) barədə olan yuxunu bizə izah et ki, mən camaatın yanına qayıdım, bəlkə, onlar da xəbərdar olsunlar”.
(Ən-nas) sözü şahın yuxusunun günün ən mühüm hadisəsi ünvanında şahın ətrafındakı yaltaq kəslər tərəfindən camaat arasında yayılmasına və kütlə arasında da bu narahatlığın olmasına işarə ola bilər.
Həzrət Yusuf (ə) qeyd-şərtsiz və heç bir mükafat gözləmədən dərhal yuxunu ən ali şəkildə və gələcək çətinliklərin üzərindən pərdəni qaldıracaq və onlara yol göstərəcək qaydada yozdu: “Dedi: “Yeddi il cidd-cəhdləəkərlər. Biçdiklərini isə yeyər, az bir miqdar istisna olmaqla, sünbül şəklində saxlayarlar”.
Yeddi il davamlı olaraq əkinçiliklə məşğul olun, çünki bu yeddi ildə çoxlu yağışlar yağacaq, lakin biçdiyiniz məhsulu sünbül şəklində anbarlara yığın, ehtiyacınız olan miqdarda saxlamaq istisnadır.
Belə bir ehtimal da söylənmişdir ki, bu sözlərlə Yusuf (ə) onların ciddi şəkildəəkinçiliyə davam etmələrinə təkid edirdi. (Dəəb) və (dǝub) sözləri “çalışmaq" və "yorğunluq" mənasında gəlmişdir. Yəni "yorulana qədər ciddi şəkildə çalışın” mənasındadır.
ثُمَّيَأْتيمنْبَعْدذلكَسَبْعٌشَدَادٌيَأْكُلْنَمَاقَدَّمْتُمْلَهُنَّ
"Ondan sonra yeddi il quraqlıq gələcək. Əvvəlcədən həmin illər üçün tədarük etdiklərini yeyər, yalnız az bir miqdar (toxumluq üçün) saxlayarlar”.
(ثُمَّيَأْتِيمِنْبَعْدِذلِكَسَبْعٌشِدَادٌيَأْكُلْنَماقَدَّمْتُمْلَهُنَّإِلَّاقَلِيلًامِمَّاتُحْصِنُونَ)
"Daha sonra elə bir il gələcək ki, onda insanlara bol yağış veriləcək və insanlar (meyvə və yağlı toxumları sıxıb) şirə çəkəcəklər".
بعدذلكعامفيهيُغَاثُالنَّاسُوَفِيهِيَعْصِرُونَ
İncəliklər:
1\. Ölçülüb-biçilmiş şəkildə yuxu yozmaq.
Yusufun (ə) bu yuxu üçün yozduqları necə də ölçülüb-biçilmiş şəkildə idi. İnək qədim əfsanələrdə ilin simvolu idi, onun köklüyü nemətin bolluğuna, arıq olması isə quraqlıq və çətinliyə işarə idi. Arıq inəklərin hücum çəkməsi bu yeddi ildəəvvəlki illərin ehtiyatından istifadə etməyə dəlil idi.
Yeddi qurumuş sünbülün yeddi yaşıl sünbülə dolaşması bir daha bu iki quraqlıq və firavanlıq dövrünə təkid mənasında idi. Bundan əlavə, anbarlara ehtiyat olaraq yığılan məhsul da sünbül şəklində yığılmalı idi ki, tezliklə çürüməsin və yeddi il ərzində saxlanıla bilsin.
Həmçinin arıq inəklər və qurumuş sünbüllərin sayının yeddidən artıq olmaması bu çətin yeddi ilin başa çatması ilə vəziyyətin dəyişəcəyini və qarşıda yağışlı və bərəkətli illərin gələcəyini göstərir. Beləliklə, həmin ildəki əkini düşünmək və onun üçün də zəxirə saxlamaq lazımdır. Həqiqətdə Yusuf (ə) sadə bir yuxuyozan deyildi, əksinə, zindanın bir guşəsindən ölkənin gələcəyi üçün plan cızan bir rəhbər idi və bir neçə maddədən ibarət proqramla ən azı onbeşillik gələcək təqdim edirdi. Qeyd edəcəyimiz kimi, gələcəklə bağlı məsələləri istiqamətləndirməklə bağlı olan bu yozum zalım şah və onun ətrafındakıları hərəkətə gətirdi və həm camaatın ölümcül qıtlıqdan xilas olmasına, həm Yusufun (ə) zindandan azad olması və hökumətin zalımların əlindən çıxmasına səbəb oldu.
2\. Kiçicik bir şeydən Allahın qüdrətinin təcəllisi.
Bir daha bu dastan bizə Allahın qüdrətinin bizim təsəvvür etdiyimizdən də artıq olması ilə bağlı böyük bir dərs verir. Dövrün zalım hakiminin sadə bir yuxusu sayəsində həm böyük bir milləti faciədən qurtaran, həm də illərlə zindanda əziyyət çəkən Öz xas bəndəsini xilas edən Odur! Misir hökmdarı bu yuxunu görməli, həmin anda onun şərabpaylayanı orada hazır olmalı, zindandakı yuxunu xatırlamalı və sonunda əhəmiyyətli hadisə baş verməli idi. Kiçik işlərlə böyük hadisələr yaradan məhz Odur! Bəli, belə bir Allaha qəlb bağlamaq lazımdır.
3\. Yusufun (ə) yuxu yozması, yoxsa möcüzəsi?
Bu surədə Yusufun (ə) öz yuxusundan tutmuş Misir fironunun yuxusuna qədər işarə edilən müxtəlif yuxular və o dövrün əhalisinin yuxu- yozmaya verdiyi əhəmiyyət həmin zamanda yuxuyozmanın mütərəqqi elmlərdən biri olmasını bildirir.
Bəlkə də, həmin səbəbdən dövrün peyğəmbəri olan Həzrət Yusuf (ə) də belə bir elmdən ali səviyyədə yararlanmış idi və onun üçün bir möcüzə hesab olunurdu. Məgər hər bir peyğəmbərin elmi zəmanənin ən qabaqcıl elmlərindən olmamalıdırmı ki, o dövrün alimləri onunla üzləşdiklərində aciz qaldıqlarını görüb həmin elmin ilahi mənbədən qaynaqlandığını anlasınlar?