Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 14

Yusuf surəsi, 50-53-cü ayələr

Yusuf surəsi, 50-53-cü ayələr



وَقَالَ الْمَلِكُ ائْتُونِي بِهِ فَلَمَّا جَاءَهُ الرَّسُولُ قَالَ ارْجِعْ إِلَى رَبِّكَ فَاسْأَلْهُ مَا بَالُ النِّسْوَةِ اللَّاتِي قَطَّعْنَ أَيْدِيَهُنَّ إِنَّ رَبِّي بِكَيْدِهِنَّ عَلِيمٌ .٥٠


قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَاوَدْتُنَّ يُوسُفَ عَنْ نَفْسِهِ قُلْنَ حَاشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِنْ سُوءٍ قَالَتِ امْرَأَتُ الْعَزِيزِ الْآنَ حَصْحَصَ الْحَقُّ أَنَا رَاوَدْتُهُ عَنْ نَفْسِهِ وَإِنَّهُ لَمِنَ الصَّادِقِينَ .٥١


ذَلِكَ لِيَعْلَمَ أَنِّي لَمْ أَخُنْهُ بِالْغَيْبِ وَأَنَّ اللَّهَ لَا يَهْدِي كَيْدَ الْخَائِنِينَ .٥٢


وَمَا أُبَرِّئُ نَفْسِي إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي إِنَّ رَبِّي غَفُورٌ رَحِيمٌ .٥٣


Ayələrin tərcüməsi



50\. Şah dedi: "Onu yanıma gətirin!” Lakin elçi onun (Yusufun) yanına gəldikdə (Yusuf) dedi: “Sahibinin yanına qayıt və ondan əllərini doğrayan qadınların əhvalatını soruş. Rəbbim onların hiyləsindən xəbərdardır”.

51\. (Şah onları hüzuruna çağırtdırıb) dedi: "Yusufdan kam almaq istədiyiniz vaxt hadisə necə olmuşdu?” Onlar dedilər: “Allah pak və qüsursuzdur! Biz onda pis bir şey görmədik”. (Bu vaxt) Əzizin arvadı dedi: “İndi haqq aşkara çıxdı. Ondan kam almaq istəyən mən idim. O isə doğru danışanlardandır”.

52\. Bunu ona görə dedim ki, yanımda olmadığı vaxt ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin.

53\. Mən özüməəsla bəraət qazandırmıram. Çünki nəfs pis işləri əmr edər. Yalnız Rəbbimin rəhm etdiyi istisnadır. Rəbbim bağışlayandır, rəhmlidir.

Ayələrin təfsiri.



Yusufun (ə) bütün ittihamlardan bəraət qazanması.

Qeyd etdiyimiz kimi, Yusufun (ə) Misir şahı üçün yozduğu yuxu həddən artıq ölçülüb-biçilmiş şəkildə olduğundan şah və onun ətrafın- dakıları özünə cəlb etdi. O, zindandakı tanınmayan birinin heç bir mükafat gözləmədən onun yuxusu ilə bağlı çətinliyi həll etdiyini və gələcək üçün planlı şəkildə proqram təqdim etdiyini gördükdə onun adi bir qulam olmadığını və müəyyən macəraların gedişatı nəticəsində zindana düşən qeyri-adi bir şəxsiyyət olduğunu anladı. Amma bununla belə, Misir şahı öz şahlıq təkəbbürünü kənara qoyub özü onun dalınca getmədi, əksinə, belə dedi: “Şah dedi: “Onu yanıma gətirin!”.

Yusuf (ə) uzun illər zindanda qalmasına baxmayaraq, o dəqiqə bu məsələdən özünü itirmədi və zindandan çıxmaq istəmədiyini bildirib belə dedi: “Lakin elçi onun (Yusufun) yanına gəldikdə (Yusuf) dedi: "Sahibinin yanına qayıt və ondan əllərini doğrayan qadınların əhvalatını soruş. Rəbbim onların hiyləsindən xəbərdardır”.

Həzrət Yusuf (ə) belə sadəliklə zindandan çıxmağı və şahın əfvi ilə çıxmaq xarlığını qəbul etmək istəmədi, yaxud da azadlığını bir cinayətkar və ya ən azı, şahın əfvi ilə bağışlanmış olan müttəhim kimi əldə edərək yaşamaqdan imtina etdi.

O, əvvəlcə zindana salınma səbəbinin araşdırılmasını istədi ki, onun günahsızlığı tamamilə sübuta yetirilsin və sonra başıuca şəkildə bəraət qazansın. Bununla yanaşı, Misir hökumət aparatının çatışmamazlıqlarını və vəzirin sarayında baş verənləri isbat eləməyə çalışdı. Bəli, o, şərəf və heysiyyətinə azadlıqdan daha çox önəm verirdi və azad şəxslərin yolu məhz bu cürdür. Maraqlıdır ki, Yusuf (ə) həddən artıq böyüklük göstərdi və onun zindana salınması və ittiham olunm- asının əsas amili olan Misir əzizinin arvadının adını çəkmədi. O, təkcə bu macərada iştirak edən bir dəstə misirli qadına ümumi şəkildə işarə edərək bildirdi: Əgər Misir əhalisi və hökumət aparatı mənim zindana düşmək planımın necə və kimlər tərəfindən hazırlanmasını bilməsə belə, mənim Rəbbim ondan agahdır: "Həqiqətən, Rəbbim onların hiyləsindən xəbərdardır”.

(إِنَّرَبِّيبِكَيْدِهِنَّعَلِيمٌ)


Göndərilmiş olan xüsusi nümayəndə şahın yanına qayıtdı və ona Yusufun (ə) təklifini söylədi. Bu təklif əzəmətlə yanaşı olduğundan şah Yusufun (ə) böyüklüyünün təsiri altına düşdü. Həmin səbəbdən dərhal bu macərada iştirak edən qadınların ardınca adam göndərib onları hüzu- runa çağırtdırdı və üzünü onlara tutub dedi: "(Şah onları hüzuruna çağırtdırıb) dedi: "Yusufdan kam almaq istədiyiniz vaxt hadisə necə olmuşdu?”.

قالَمَاخَطْبُكُنَّإِذْراوَدْتُنَّيُوسُفَعَنْنَفْسِهِ


Düzünü deyin və həqiqəti aşkar edin! Onun hansısa bir günah və təqsiri varmı?

Bu zaman onların yatmış vicdanı oyandı: “Onlar dedilər: “Allah pak və qüsursuzdur! Biz onda pis bir şey görmədik”.

Özü də burada olan, şahla Misir qadınlarının sözlərinə diqqətlə qulaq asan əzizin arvadı sükut edə bilmədi və kimsə ondan bir şey soruşmamışdan illərlə davam edən vicdanının utancını Yusufun (ə) pak və günahsız, özünün isə günahkar olması barədə şəhadət verməkləəvəzləməyin vaxtının yetişdiyini hiss etdi. Xüsusilə də Yusufun (ə) nümayəndə ilə şaha göndərdiyi mesajdan onun böyüklüyünü anladı. Belə ki Yusuf (ə) öz mesajında onun barəsində söhbət açmamış, sadəcə olaraq Misir qadınları barədə üstüörtülü danışmışdı.

"(Bu vaxt) Əzizin arvadı dedi: "İndi haqq aşkara çıxdı. Ondan kam almaq istəyən mən idim. O isə doğru danışanlardandır”.

الْعَزِيزِالأَنَحَصْحَصَالْحَقُّأَنَارَاوَدْتُهُعَنْنَفْسِهِوَإِنَّهُلَمِنَالصَّادِقِينَ


Sonra o, sözlərinə belə davam etdi: "Bunu ona görə dedim ki, yanımda olmadığı vaxt ona xəyanət etmədiyimi və həqiqətən, Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin”.

Həqiqətdə o, (əzizin arvadı) yuxarıdakı sözlərlə (zahirdən də bu cür başa düşüldüyü kimi, əzizin arvadının söylədikləridir) Yusufun (ə) pak olması və özünün günahkarlığı barədə iki dəlil gətirir:

Birincisi, vicdanı ehtimal ki, Yusufa (ə) qarşı hələ də məhəbbətinin olması -- onun bundan artıq haqqı gizlətməsinə və onun yoxluğunda bu pak cavana xəyanət etməsinə yol vermir. İkincisi, onun zamanın keçməsi və ibrət dərsi alması ilə Allahın xeyirxah və pak insanlara yardım etməsi və xainləri əsla hidayət etməməsi həqiqətini anlamasıdır.

Həmin səbəbdən qəsr yaşayışının şan-şöhrət pərdəsi onun gözlərin- dən qalxır və o, həyatın həqiqətini anlayır. Xüsusilə də eşqdə məğlub olması onun əfsanəvi şəxsiyyətinə zərbə vurur və bəsirətinin açılması ilə nəticələnir. Bu halda onun həmin məsələni aşkarcasına etiraf etməsi heç də təəccüblü deyil.

Əzizin arvadı sözlərinə davam etdi: "Mən özüməəsla bəraət qazandırmıram. Çünki nəfs pis işləri əmr edər”.

"Yalnız Rəbbimin rəhm etdiyi istisnadır”.

"Həqiqətən, Rəbbim bağışlayandır, rəhimlidir".

Bəzi təfsirçilər son iki ayəni Yusufun (ə) sözləri hesab edərək demişlər: “Bu, həqiqətdə Yusufun (ə) nümayəndə ilə göndərdiyi mesajın davamıdır və mənası belədir: "Mən Misir qadınları barədə araşdırma aparmağınızı deyirəmsə, bu, şahın (və ya Misir əzizinin) mənim onun arxasınca qadınına xəyanət etmədiyimi bilməsinə görədir və Allah- taala xainlərin hiyləsinə yol verməz. Bununla belə, mən özümə bəraət qazandırmıram, çünki nəfs insanı pis işlərəəmr edər, Allahın rəhm etdikləri istisnadır. Mənim Rəbbim bağışlayan və mehribandır".

Belə nəzərə çarpır ki, zahirin ziddinə olan bu təfsirin səbəbi təfsirçilərin əzizin arvadının bu həddə elm və mərifətə malik olmasını qəbul edə bilməməsinə görədir. Çünki əzizin arvadı xaliscəsinə və oyandığını hekayət edən bir intonasiya ilə danışırdı.

Halbuki insanın həyatda başının daşa dəyməsi ilə oyanması və günah hissinə görə utanması mümkündür. Bəzən insanın məcazi eşqdə məğlub olması onun üçün həqiqi eşqə (Allaha) tərəf yol açır. Müasir psixoloji ifadə ilə desək, geri çevrilən şiddətli meyillər aradan getməyib daha da artaraq ən ali şəkildə təcəlli edir. Bəzi rəvayətlərdəəzizin arvadının yaşı artdıqca malik olduğu halətlər barədə nəql edilənlər də onun qəflətdən ayılması məsələsinə dəlildir.

Bundan əlavə, bu iki ayəni Yusufla (ə) əlaqələndirmək o qədər zahirin əksinədir ki, heç bir ədəbi meyarlarla uyğun gəlmir. Ona görə ki, birincisi, ayənin əvvəlində qeyd edilən (zalikə) sözü əvvəki cümlənin səbəbini bildirir vəəzizin arvadının sözlərindəndir və bu cümləni çox əvvəldə gələn Yusufun (ə) sözlərinə birləşdirmək təəccüblüdür.

İkincisi, əgər bu sözlər Yusufa (ə) aid olsa, bir növ ziddiyyət və ziddiyyətli danışma hesab olunar. Belə ki bir tərəfdən Yusuf (ə) Misir əzizinə qarşı heç bir xəta etmədiyini deyir, digər tərəfdən isə “Mən özümə bəraət qazandırmıram, çünki nəfs insanı pis işlərəəmr edir” deyə söyləyir.

Belə sözləri ən kiçik bir səhvə yol vermiş kəslər deyə bilər, halbuki Yusuf (ə) heç bir səhvə yol verməmişdi.

Üçüncüsü, əgər bu sözlər Misir əzizinin onun günahsız olduğunu bilməsinə görədirsə, o, şahidin şahidliyindən sonra həmin məsələni anlamış, həmin səbəbdən arvadına demişdi ki, günahından tövbə elə! Yox, əgər bu sözlərin mənası "Mən şaha xəyanət eləməmişəm" deməkdirsə, qeyd edək ki, bu məsələnin şahla heç bir rabitəsi yox idi. Əzizə xəyanət etməyin şaha xəyanət hesab edilməsi çox zəif bir üzr və bəhanədir. Xüsusilə də saray əhli bu məsələyə daxil deyillər. Xülasə, ayələrin bir-biri ilə rabitəsi deyilənlərin hamısının əzizin arvadının sözləri olduğunu göstərir. O, qəflətdən oyanmış və öz günahını etiraf etmişdir.

İncəliklər:



1\. Paklığın nəticəsi.

Nəhayət, dastanın bu cümlələrindən Yusufun (ə) inadkar düşməninin onun paklığını, özünün isə günahkar olmağını etiraf etməsini başa düşürük. Təqva və paklığın nəticəsi budur!

"Kim Allahdan qorxsa, Allah ona xilas yolu göstərər və ona güman etmədiyi yerdən ruzi bəxş edər”.

(وَمَنْيَتَّقِاللَّهَيَجْعَلْلَهُمَخْرَجاوَيَرْزُقُهُمِنْحَيْثُلايحتسب)


Sən pak ol və paklıq yolunda addımla! Allah napakların sənin heysiyyətini aradan aparmasına icazə verməz!

2\. Məğlubiyyətlər oyanışa səbəbdir.

Məğlubiyyətlər həmişə məğlubiyyət deyil, əksinə, bəzən zahirdə məğlubiyyət və batində mənəvi qələbədir. Əlbəttə, bu, insanın oyanışına səbəb olan, təkəbbür pərdələrini aradan qaldıran və insanın həyatında həlledici düyün nöqtəsi sayılan məğlubiyyətlərə şamildir. Adı Züleyxa və ya Rail olan Misir əzizinin arvadı öz əməlindəən pis məğlubiyyətə uğramasına baxmayaraq, günah yolundakı bu məğlubiyyət onun qəflətdən ayılmasına səbəb oldu və yatmış vicdanı ayıldı. Nəticədə o, öz pis əməllərindən peşman olaraq Allah dərgahına üz tutdu.

Hədislərdə Yusuf (ə) Misirin əzizi olduqdan sonra onun Yusufla (ə) görüşməsinin nəql edilməsi də bu iddianı təsdiqləyir. Çünki üzünü ona tutub dedi:

# الْحَمْدُلِلَّهِالَّذِيجَعَلَالْعَبيدَمُلُوكاًبِطاعَتِهِوَجَعَلَالْمُلُوكَعَبِيداًبِالْمَعْصِيَة


"Qulları əmrinə itaət etdiyinə görə malik edən və malikləri günah etdiklərinə görə də qula çevirən Allaha həmd olsun!" Həmin hədisin sonunda Yusufla (ə) Züleyxanın evləndiyini oxuyuruq.

Xoşbəxt o kəslərdir ki, məğlubiyyətdən qələbəyə, nakamlıqdan kama yetir və öz səhvlərindən sonra düzgün yolda addımlayır, bəxtiqara kəslərin arasında özünün xoşbəxt olduğunu anlayır. Bütün şəxslərin məğlubiyyət müqabilindəki reaksiyası bu cür deyil. Zəif və iradəsiz şəxslər məğlub olduqları zaman ümidsizlik və məyusluq tamamilə onların varlığını bürüyür və onlar bəzən intihar həddinə qədər gedib çıxırlar. Bu, kamil şəkildə olan məğlubiyyətdir. Lakin iradəli şəxslər onunla təkamül üçün pillə və zəfərə körpü yaratmağa çalışırlar.

3\. Zahiri azadlıqdan da üstün olan şey.

Yusufun (ə) paklığa görə zindana düşdüyünü, hətta azad edildiyini ona bildirdikdən sonra da nümayəndəni geri qaytararaq günahsızlığının sübutu üçün Misir qadınları barədə araşdırma aparılmasını tələb etdiyi zamana qədər zindandan çıxmaq istəmədiyini oxuduq. O, zindandan şahın əfvinə layiq görülən və heysiyyəti olmayan alçaq bir cinayətkar kimi deyil, oradan başıuca çıxmaq istəyirdi. Bu keçmiş, indiki və gələcək bütün insanlar üçün böyük ibrət dərsidir.

4\. İtaət eləməyən nəfs.

Əxlaq alimləri insan nəfsinin (hiss, qərizə və insani duyğuların) üç mərhələyə malik olmasını düşünürlər. Quranda buna işarə edilmişdir: Birincisi, insanı pis işlər və günaha dəvət edən əmmarə nəfsdir. Bu mərhələdə insanın əql və imanı onunla mübarizə aparmaq qüdrəti əldə etməmişdir. Bəzi hallarda onun müqabilində təslim olur. Yaxud da onu məğlub etmək istəsə, əmmarə nəfs ona qalib gəlir. Bu mərhələ yuxarıdakı Quran ayəsindəəzizin arvadının işarə etdiyi həmin məsələdir və insanın bütün bədbəxtlikləri ona görədir.

İkinci mərhələ ləvvamə nəfsdir. Təlim, tərbiyə və nəfslə mübarizə- dən sonra insan bu mərhələyə çatır. İnsanın bu mərhələdə bəzən günah etməsi mümkündür, lakin dərhal peşman olur və özünü məzəmmət edir və günahı təlafi etmək qərarına gəlir. Qəlbini tövbə ilə paklayır. Başqa sözlə desək, əllə nəfsin mübarizəsində bəzən əql, bəzən də nəfs qalib gəlir. Amma məsələnin əsasını əql və iman təşkil edir. Əlbəttə, bu mərhələyə çatmaq üçün böyük cihad, ilahi sözlər və rəhbərlərin sünnəsindən ilham almaq lazımdır. Bu Quranın "Qiyamət” surəsində onunla bağlı Allahın and içdiyi bir mərhələdir və andın əzəmətini göstərir:

# لاأُقْسِمُبِيَوْمِالْقِيامَةِوَلاأُقْسِمُبِالنَّفْسِاللُّوَّامَةِ


"And olsun Qiyamət gününə! And olsun ayıq vicdana, tənə edən nəfsə (ki, Qiyamət haqdır)!"

Üçüncü mərhələ mütməinnə nəfsdir. Bu, nəfsi saflaşdırdıqdan və kamil şəkildə tərbiyələndirdikdən sonra insanın qərizələrinin onun müqabilində ram olduğu bir mərhələdir. Nəfs bu mərhələdəəql və imanla mübarizə aparmaq qüvvəsinə malik olmur, çünki əql və iman o qədər güclənmişdir ki, nəfs onun müqabilində heç nədir. Bu, böyük okeanlara hakim olan aramlıq mərhələsidir. Bu, elə bir aramlıqdır ki, ən böyük tufanlar belə onda dalğalar yarada bilmir.

Bu, ənbiya və övliyaların və onların həqiqi tərəfdarlarının - ilahi şəxsiyyətlərin məktəbində iman və təqva dərsi alan, illərlə nəfsini paklaşdıran və böyük cihadı son mərhələsinə çatdıran kəslərin - məqamıdır. Quranın “Fǝcr” surəsində ona işarə edilmişdir:

يا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ ارْجعي إلى رَبِّك راضِيَةً مَرْضِيَّةً فَادْخُلي في عبادي\*


وَ ادْخُلِي جَنَّتى


“Ey arxayın olan nəfs! Sən ondan, o da səndən razı olduğu halda, öz Rəbbinə tərəf dön! Bəndələrimin arasına keç! Cənnətimə daxil ol!”

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...