Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 16
Ənfal surəsi, 41-ci ayə
Ənfal surəsi, 41-ci ayə
وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ وَاللَّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ .٤١
Ayənin tərcüməsi
41\. Əgər siz Allaha və haqla batilin ayırd edildiyi – iki dəstənin bir-biri ilə qarşılaşdığı gün (möminlərlə qeyri-möminlərin bir- birindən ayrıldığı Bədr günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bilin ki, əldə etdiyiniz hər cür qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və (pulu qurtarıb) yolda qalan müsafirlərindir. Allah hər şeyə qadirdir!
Ayənin təfsiri.
Xüms İslamın mühüm göstərişidir.
Bu surənin əvvəlində müsəlmanların Bədr döyüşündən sonra müharibə qənimətlərinin bölgüsünə görə bir-biri ilə münaqişəyə girdiklərini gördük. Allah-taala ixtilafın kökünü kəsmək məqsədi ilə qənimətləri istədiyi kimi istifadə etmək üçün Peyğəmbərə (s) həvalə etdi. Peyğəmbər də döyüşçülərin arasında bərabər şəkildə böldü. Hal- hazırda təfsir etdiyimiz ayə də, əslində, cihad ayələri sayılan və özündən əvvəl qeyd olunan ayələrə uyğun olaraq qənimət məsələlərinə işarə edir. Çünki özündən əvvəlki ayələr də cihad mövzusuna müxtəlif aspektlərdən işarə etmişdir.
Cihadla qənimət məsələsi bir-biri ilə bağlı olduğundan burada da qənimətə işarə edilmişdir. (Qurani-Kərim burada müharibə qənimətlərindən üstə çıxaraq bütün gəlirlərə işarə etmişdir. Gələcəkdə bu bərədə geniş şəkildə bəhs olunacaq.)
Ayənin başlanğıcında Allah-taala buyurur:
"Bilin ki, əldə etdiyiniz hər cür qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının (Əhli-beyt imamlarının), yetimlərin, yoxsulların və (Peyğəmbərin qohum-əqrəbasından pulu qurtarıb) yolda qalan müsafirlərindir”.
"Əgər siz Allaha və haqla batilin ayırd edildiyi – iki dəstənin bir- biri ilə qarşılaşdığı gün (möminlərlə qeyri-möminlərin bir-birindən ayrıldığı Bədr günü) bəndəmizə nazil etdiyimizə iman gətirmisinizsə, bu hökmün qarşısında təslim olmalı və əməl etməlisiniz."
# بالله وَمَا أَنزَلْنَا عَلَى عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ
İslam mücahidlərinin mömin olmasına rəğmən, yenə də onlara: “əgər Allah və Peyğəmbərinə iman gətirmisinizsə” – deyə xitab edir. Bu cümlə ilə cihad meydanında iştirakın hələ kamil iman nişanəsi olmadığını və başqa məqsədlərlə döyüşdə iştirak etmənin mümkünlüyünü göstərir. İslamın bütün göstərişlərinə, xüsusilə maliyyə məsələsində təslim olub ilahi hökmlərin arasında ayrı-seçkilik etməyən şəxs kamil mömindir.
Ayənin sonunda Özünün sonsuz qüdrətinə işarə edərək buyurur: “Allah hər şeyə qadirdir”.
( وَاللهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ)
Yəni Bədr döyüşündə siz düşməndən zəif görünsəniz də, Qüdrətli Allah onları məğlubiyyətə uğratdı və sizin qələbə çalmağınız üçün yardım etdi.
İncəliklər:
1\. Haqla batilin ayrıldığı gün.
Bu ayədə Bədr döyüşü “haqla batilin ayrıldığı" (və ya küfr tərəfdarları ilə iman tərəfdarlarının ayrıldığı) gün kimi yad edilir.
a) Tarixi Bədr günü, Peyğəmbərin (s) haqq olduğu ortaya çıxdı. Çünki hələ döyüşdən əvvəl müsəlmanları qələbə ilə müjdələmişdi. Zahirən qələbəni göstərəcək bir şeyin olmadığı halda, müxtəlif amillər gözlənilmədən müsəlmanların qələbəsi üçün elə zəmin yaratdı ki, onu təsadüf adlandırmaq qeyri-mümkündür.
b) Bədr döyüşü, həqiqətdə, müsəlmanlar üçün böyük bir ilahi nemət idi: Onlardan bəziləri döyüşdən çəkinirdi, lakin həmin döyüş və qələbə müsəlmanların illərlə əldə edəcəkləri nəticəni qazandırdı. Belə ki onların qələbəsi bütün ərəb yarımadasına səs salıb hamını yeni gəlmiş və onun sayəsində yaranmış heyrətləndirici qüdrət barəsində düşünməyə vadar etdi.
Digər tərəfdən də, həmin gün kiçik İslam ümmətinin çox çətin günü idi. O gün həqiqi möminlərlə yalançı möminlər bir-birindən ayrıldılar. Deməli, Bədr günü hər cəhətdən haqqın batildən ayrıldığı gündür.
2\. Surənin başlanğıcında qeyd etdik ki, “Ənfal” surəsinin birinci ayəsi ilə bu ayə arasında heç bir ziddiyyət yoxdur və birinin digərini nəsx etdiyini düşünmək lazım deyildir. Çünki surənin birinci ayəsinə görə də döyüş qənimətləri Peyğəmbərə (s) məxsusdur. Lakin Həzrət (s) Bədr döyüşündə əldə olunmuş qənimətlərin beşdə dördünü döyüşçülərə bağışlayır. Qalan bir hissəsini isə ayədə təyin olunmuş digər məqsədlər üçün saxlayır. (Əlavə məlumat üçün “Ənfal” surəsinin birinci ayəsinin təfsirinə müraciət edə bilərsiniz.)
3\. Qohum-əqrəba deyəndə kimlər nəzərdə tutulur?!
Ayədə deyilən "qohum-əqrəba” ifadəsi nə müsəlmanların, nə də Peyğəmbərin (s) bütün qohum-əqrəbasını əhatə etmir. Burada Əhli-beyt imamları (ə) nəzərdə tutulur. Peyğəmbərin (s) əhli-beytindən (ə) nəql olunmuş və sünni kitablarında da işarə olunmuş mütəvatir rəvayət buna dəlildir.
Deməli, xümsün bir hissəsinin (beşdə birinin) Peyğəmbərin (s) bütün qohum-əqrəbasına aid olduğunu düşünənlər belə sual ilə üzləşirlər: İslam irqi, milli və qəbilə ayrı-seçkiliyindən üstdə olduğu halda, Peyğəmbərin (s) qohumları üçün hansı imtiyazı nəzərə ala bilər?
Ayədə "qohum-əqrəba" deyilərkən Peyğəmbərin (s) bütün qohumları deyil, Əhli-beyt (ə) imamları nəzərdə tutulur. Onların Peyğəmbərin (s) canişinləri və İslam dövlətinin rəhbərləri olduğunu nəzərə alanda xümsün qeyd olunan səhminin onlara verilməsinin səbəbi aydın olur. Başqa sözlə desək, Allahın səhmi, Peyğəmbərin (s) səhmi və Peyğəmbərin (s) qohum-əqrəbasının səhmi İslam dövlətinin rəhbərinə aiddir. O, sadə həyat tərzini onunla təmin edir, qalan hissəni isə ümmətin idarəçiliyində və cəmiyyətin ehtiyaclarının ödənilməsinə lazım olan müxtəlif sahələrə xərcləyir.
"Əl-Mənar" təfsirinin müəllifi kimi bəzi sünni alimləri ayədə işlənən "qohum-əqrəba” ifadəsini Peyğəmbərin (s) bütün qohumlarına şamil etdikləri üçün yuxarıda qeyd etdiyimiz sualın cavabından əl- ayağa düşüb Həzrətin (s) qohumlarını öz ətrafında saxlaması məqsədi ilə xümsdən istifadə etdiyini bildirmişlər. Bu kimi məntiqin dünyaya hökumət edəcək və qəbilə imtiyazlarını aradan qaldırmış bir hakimiyyətin məntiqi ilə əsla uzlaşmaması gün kimi aydındır.
4\. "Yetimlər”, “yoxsullar" və "yolda qalanlar" deyilərkən Haşim övladlarından olan seyidlərin yetimləri, yoxsulları və yolda qalanları nəzərdə tutulur.
Ayənin mütləq və qeyd-şərtsiz olmasına baxmayaraq, "Haşim övladlarından olan” ifadəsinin qeydinə dəlilimiz ayənin təfsirində Əhli-beytdən (ə) nəql olunmuş çoxsaylı rəvayətlərdir.
Təkcə bu ayə deyil, bəlkə də, hamımızın bildiyi kimi, Qurani- Kərimdə bir çox hökmlər mütləq şəkildə deyilsə də, şərtləri və qeydləri Peyğəmbərin (s) “sünnəsi” vasitəsi ilə bəyan olunmuşdur. Bundan başqa, Haşim övladı olmayan sair müsəlmandan alınmış zəkat Haşim övladlarından olan yoxsula haram olduğundan onların ehtiyacını başqa yerdən təmin etmək lazımdır. Bu hökmün özü göstərir ki, yuxarıdakı ayədə deyilən “yoxsullar”, “yetimlər” və “yolda qalanlar” ifadəsi Haşim övladlarını nəzərdə tutur. İmam Sadiq (ə) buyurur: “Allah zəkatı bizə haram edərkən, xümsü halal buyurdu”.
5\. Qənimətlər yalnız müharibə qənimətlərinə aiddirmi?
Bu ayədə dəqiq tədqiq edilməsi lazım olan və həqiqətdə, müzakirənin böyük bir hissəsini özündə mərkəzləşdirmiş mühüm mövzulardan biri də ayədə gəlmiş (ğənimtum) (əldə etdiyiniz qənimətlər) ifadəsinin təkcə müharibə qənimətlərinə, yoxsa əldə olunmuş hər növ gəlirə aid olmasını aydınlaşdırmaqdır.
Birinci halda, ayə yalnız müharibə qənimətlərini bəyan edir. Ayənin xüms hökmünün bir hissəsinə və ona uyğun olaraq cihad məsələlərinə işarə etməsi, qalan hissəsinin isə Peyğəmbərin (s) sünnəsi vasitəsi ilə bəyan olunmasında heç bir müşkül yoxdur. Buna misal olaraq, gündəlik vacib olan beş namaz Qurani-Kərimdə aydın şəkildə bəyan edilmiş, eləcə də vacib namazlardan sayılan təvaf namazlarına da işarə olunmuşdur. Lakin bütün müsəlmanlar, yəni həm şiə, həm də sünnilər tərəfindən qəbul edilmiş “ayat namazı" Qurani-Kərimdə qeyd edilməmişdir. Ayat namazı Qurani-Kərimdə gəlmədiyindən, yalnız Peyğəmbərin (s) sünnəsində yer aldığı üçün ona əməl etməyin vacib olmadığını deyən bir müsəlmana isə rast gəlməmişik.
Deməli, Quranın xümsün bir hissəsini bəyan edib, qalan hissəsini sünnənin öhdəsinə qoyması heç də ilk deyildir və oxşar məsələlər İslam fiqhində çoxdur.
Hər halda (əldə etdiyiniz qənimətlər) cümləsinin mənasının, həm lüğətdə, həm də ürfdə nədən ibarət olduğunu öyrənib, təkcə müharibə qənimətlərini, yoxsa hər növ gəliri əhatə etdiyini görməliyik?!
Lüğət kitablarına görə, (ğənimtum) sözünün lüğəvi mənasında müharibə və düşməndən əldə olunmuş kimi mənalar yoxdur. Əksinə, hər növ gəliri əhatə edir. Buna misal olaraq, ərəb alimlərinin də istinad edtikləri bir neçə məşhur lüğət kitablarından sitat gətiririk:
"Lisanül-ərəb” kitabında oxuyuruq:
# وَ الْغُنْمُ الْغَنِيمَةُ وَ الْمَعْنَمُ الْفَيْىء ... وَ فِي و الْغُنْمُ الْفَوْزُ بِالشَّيْء مِنْ غَيْرِ مَشَقَّة الْحَدِيثِ الرَّهْنُ لِمَنْ رَهَنَهُ لَهُ غُنْمُهُ وَ عَلَيْهِ غُرْمُهُ غُنْمُهُ زِيادَتُهُ وَ نِمانُهُ وَ فاضِلُ قِيْمَتِه ... و عَنمَ الشَّيْء فازَ به.
(ğunm) zəhmət çəkmədən bir şeyi əldə etməyə deyilir. (Ğunm) qənimət və (məğnəm) fəy mənasındadır. (İnsanın çalışmadan əldə etdiyi şeylərə "fəy” deyilir.)
Hədisdə nəql olunmuşdur: Girov onu girov götürənin ixtiyarındadır. Həm qənimət və mənfəəti, həm də ziyan-zərəri ona məxsusdur. “Ğunm", artım, inkişaf və qiymət artımına deyilir. Filan şeyi qənimət götürdü, yani onu alda etdi demakdir.
"Tacul-ǝrus" kitabında oxuyuruq:
# وَ الْغُنْمُ الْفَوْزُ بِالشَّيْء بِلا مَشَقّة
“İnsanın zəhmət çəkmədən bir şeyi əldə etməsinə qənimət deyilir. "Qənimət" sözü "Qamus" kitabında da eyni mənada işlənmişdir. Rağibin “Müfrədat" kitabında belə qeyd olunmuşdur: "Qənimət" sözünün kökü “ğənim"- sözüdür və qoyun mənasındadır - daha sonra yazır:
# ثُمَّ اسْتَعْمِلَ فِي كُلِّ مَطْفُورِ بِهِ مِنْ جَهَةِ الْعِدِي وَ غَيْرِهِمْ
Bundan əlavə, insanın düşmən və qeyri-düşməndən əldə etdiyi hər bir şeyə “qənimət" deyilir.
Müharibə qənimətlərini qənimətin mənalarından biri kimi qeyd edən lüğətçilər də onun əsl mənasının daha geniş olduğunu və insanın zəhmət çəkmədən əldə etdiyi hər növ qənimətə şamil olunduğunu inkar etmirlər.
Adi deyilişdə də “qənimət” sözünün antonimi “qəramət” (zərər və ziyan) sözüdür. “Qəramət” sözünün geniş mənası olduğu və hər növ zərər-ziyanı əhatə etdiyi kimi, “qənimət” sözünün də geniş mənası vardır və hər növ qəniməti özündə ehtiva edir.
Bu söz "Nəhcül-bəlağə”-nin bir çox yerlərində, eyni mənada istifadə edilmişdir. Məsələn 76-cı xütbədə oxuyuruq:
"Fürsətləri qənimət saydı."
# إِعْتَنَمَ الْمُهَلَ
# مَنْ أَخَذ بها لحق وَ غَيم
120-ci xütbədə buyurulur:
“İlahi qayda-qanuna əməl edən, məqsədinə çatar və qənimət əldə edər”.
Həzrət Əli (ə) 53-cü məktubda Malik Əştərə yazır:
# وَ لا تَكُونَنَّ عَلَيْهِمْ سَبْعاً ضارياً تَغْتَنِمُ أَكَلَهُمْ
"Misir xalqı qarşısında yırtıcı heyvan kimi olub onları yeməyi qənimət (bilmə) və özün üçün gəlir mənbəyi düşünmə.”
45-ci məktubda Osman ibn Hüneyfə buyurur:
# فَوَاللهِ ما كَنَرْتُ مِنْ دُنْياكُمْ تِبْراً وَ لَا ادَّخَرْتُ مِنْ غَنَائِمِها وَفْراً
"And olsun Allaha ki, sizin dünyanızdan nə qızıl, nə də qənimət toplamışam.”
Həzrət Əli (ə) 331-ci hikmətdə buyurur:
# إِنَّ اللهَ سُبْحانَهُ جَعَلَ الطَّاعَةَ غَنِيمَةَ الأَكْياسِ
“Allah-taala itaəti zirək (ağıllı) insanların qəniməti qərar vermişdir.”
Həmçinin 31-ci məktubda buyurur:
# وَ اغْتَنِمْ مَنِ اسْتَقْرَضَكَ فِي حالِ عَناكَ
"Zəngin olduğun vaxt səndən borc istəniləndə qənimət bil.” Bu kimi ifadələr çoxdur və onların hamısı göstərir ki, "qənimət" sözünün mənası yalnız müharibə qənimətləri ilə məhdudlaşmır.
Qənimət haqqında təfsir alimlərinin fikri.
Ayəni təfsir edən təfsirçilərdən bir çoxu "qənimət" sözünün, əslində, geniş mənanı ifadə etdiyini və müharibə qənimətlərindən başqa, insanın zəhmətsiz əldə etdiyi hər bir şeyə şamil olunduğunu bildirmişlər. Hətta sünni alimlərinin fətvasına görə “qənimət” sözünü yalnız müharibə qənimətlərinə şamil edən təfsirçilər də onun əsl mənasında “müharibə” qeydinin olmamasını etiraf etmiş və müharibə qeydini başqa səbəblərə görə əlavə etdiklərini yazmışlar.
Məşhur sünni təfsirçisi Qurtubi öz kitabında yuxarıdakı ayəni təfsir edərkən yazır: "Qənimət” lüğətdə bir fərdin, yaxud bir cəmiyyətin zəhməti ilə əldə olunmuş xeyirə deyilir... Bilmək lazımdır ki, (sünni alimlərinin) nəzərinə görə, (bilin ki, əldə etdiyiniz hər cür qənimətin) ayəsində qeyd olunan “qənimət” sözü qələbə vasitəsi ilə xalqa (insanlara) çatan əmlakı nəzərdə tutur. Lakin əvvəldə dediyimiz kimi, “müharibə” qeydi onun lüğəvi mənasında yoxdur və şəriət qanunları tədqiq olunarkən əlavə olunmuşdur.
"Fəxr Razi” təfsir kitabında yazır:
# الْغُنْمُ الْفَوْزُ بِالشَّيْء
“İnsanın bir şeyi əldə etməsinə "qənimət" deyilir."
Fəxr Razi “qənimət” sözünün lüğətdə geniş məfhumu ifadə edən mənasını yazdıqdan sonra əlavə edir: “(Sünni fəqihlərin nəzərinə görə) “qənimət” sözünün şəri mənası müharibə qənimətləridir.”
Həmçinin "Əl-Mənar" təfsiri də şəri qeydi nəzərə alaraq ayənin mənasının yalnız müharibə qənimətlərini əhatə etdiyi qənaətində olmasına baxmayaraq, "qənimət" sözünün (lüğəvi) mənasının geniş olduğunu və müharibə qənimətlərinə məxsus olmadığını yazmışdır.
Tanınmış sünni məzhəbli təfsirçi alim “Alusi" "Ruhul-məani” adlı kitabında yazır: “Ğunəm lüğətdə hər növ gəlir və mənfəətə deyilir.”
"Məcməül-bəyan" təfsiri "qənimət" sözünü ilk olaraq müharibə qəniməti kimi təfsir etmiş, daha sonra ayənin mənasını şərh edərkən yazmışdır:
# قالَ أَصْحابُنَا إِنَّ الْخُمْسَ وَاجِبٌ فِي كُلِّ فائِدَة تَحْصُلُ لِلإِنْسَانِ مِنَ الْمَكاسب وَ أَرْباحِ التِّجَارَاتِ وَ فِي الْكُنُوزِ وَ الْمَعادِنِ وَالْغَوْصِ وَغَيْرِ ذَالِكَ مِمَّا هُوَ مَذْكُورٌ فِي الْكُتُبِ وَ يُمْكِنُ أَنْ يُسْتَدَلَّ عَلي ذالِكَ بِهذِهِ الْآيَةِ فَأَنْ فِي عُرْفِ اللُّغَةِ يُطْلَقُ عَلي جَمِيعِ ذالِكَ اسْمُ الْغُنْم وَ الْغَنِيمَةِ
"Şiə alimlərinə görə, qazanc, ticarət, tapıntı (dəfinə), mədən, dənizdən qəvvaslıqla çıxarılan və fiqh kitablarında qeyd olunmuş sair yerlərdə əldə olunan gəlirlərin hamısından xümsün verilməsi vacibdir. Lüğətdə yuxarıda deyilənlərin hamısına "qənimət” deyildiyindən, iddianı əsaslandırmaq üçün bu ayəyə istinad etmək olar."
Maraqlıdır ki, bəziləri qərəzli şəkildə ictimai düşüncəni zəhərləmək üçün vəzifələnmiş və xüms haqqında yazdıqları kitabda "Məcməül- bəyan" təfsirinin mətnini təhrif etmişlər. Belə ki təfsirin müəllifinin xüms haqqında yazdığı ilk sətirlərdə qənimətin yalnız müharibə qənimətlərinə şamil olunduğunu bildirən cümlələrini qeyd etmiş və cümlənin şərhində qənimətin lüğəvi mənasını, həmçinin ayənin daha geniş məna kəsb etdiyini bildirən cümlələri görməzlikdən gəlmişlər. Sanki, "Məcməül-bəyan" kitabı təkcə onların əlində imiş kimi, bu böyük təfsir aliminə iftira atmışlar. Onların xəyanəti bununla bitmir. Başqa mövzularda da öz xeyirlərinə olan hissəyə istinad etmiş, əleyhlərinə olanı qeyd etməmişlər."
“Əl-Mizan” təfsiri də lüğət alimlərinin sözlərinə istinad edərək bəyan etmişdir ki, ticarət, qazanc və müharibə yolu ilə əldə olunmuş bütün növ gəlirə "qənimət" deyilir. Ayənin nazilolma səbəbi müharib qənimətlərinin olmasına baxmayaraq, ayənin müəyyən bir məsələ ilə bağlı nazil olmasının ümumi məfhumu əhatə etməsinə mane olmadığını bilirik.
Deyilənlərdən belə nəticə almaq olar ki, “Qənimət” ayəsi geniş mənaya malikdir. Belə ki hər növ gəlir, qazanc və mənfəətə şamil olunur. Çünki onun lüğəvi mənası genişdir və məfhumunu məhdud- laşdıracaq aydın bir dəlil yoxdur.
Sünni alimlərindən bəziləri onun məfhumunu məhdudlaşdıran dəlil kimi, özündən əvvəlki və sonrakı ayələrin cihad haqqında olduğunu göstərmişlər. Məhz bu səbəbdən də qənimətin yalnız müharibə qənimətlərinə şamil olunması qənaətindədirlər.
Nazilolma səbəbi ayənin ümumi məfhumunu məhdudlaşdırmadığını bilirik. Başqa sözlə desək, ayənin mənası ümumi məfhum daşıdığı halda, müharibə qənimətləri kimi xüsusi məsələ ilə bağlı nazil ola bilər. Yəni müharibə qənimətləri həmin ümumi hökmün bir nümunəsi məqamındadır. Bu kimi hökmlərə Quran və sünnədə rast gəlmək mümkündür. Buna misal olaraq, "Həşr" surəsinin 7-ci ayəsində oxuyuruq:
و ما آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَ مَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا
"Peyğəmbər sizə nəyi gətiribsə, onu götürün, nəyi də qadağan edibsə, ondan çəkinin."
Bu ayə Peyğəmbərə itaət etməyin lazım olduğunu çatdıran ümumi bir hökmü bəyan etsə də, düşmənlə müharibə etmədən və zəhmətsiz əldə olunmuş qənimətlər haqqında nazil olmuşdur. Fiqh terminində bu kimi qənimətlərə "fǝy" deyilir.
Həmçinin, “Bəqərə” surəsinin 233-cü ayəsində ümumi qanun (Heç kəs gücü çatdığından artıq vəzifə daşımır.) şəklində bəyan olunmasına rəğmən, ayə uşaq əmizdirən qadınların südvermə müddətində xərclərinin təmin olunması haqqında nazil olmuşdur və yeni doğulmuş uşağın atasına imkanı həddində onlara maddi yardım etməyə göstəriş verir.
Deməli, ayə cihad ayələri sırasında yer alsa da, bildirir ki, əldə etdiyiniz bütün gəlirlərdən, o cümlədən müharibə qənimətlərindən xüms verin. Cümlədə istifadə olunmuş (şəyin) ifadəsinin ümumi olması bu məsələni bir daha təsdiqləyir.
6\. Xümsün yarısının Haşim övladlarına verilməsi ayrı-seçkilik deyilmi?
Bəziləri belə düşünür ki, bütün əmlakın iyirmi faizini təşkil edən və onun yarısı seyidlərə və Peyğəmbərin (s) qohumlarına verilən İslam vergisi bir növ ayrı-seçkilikdir və bu dinin ədalətsevərlik ruhu ilə əsla uyğun gəlmir.
Cavab:
Bu fikirdə olanlar İslam vergilərinə aid hökmü və onun şərtlərini araşdırmadan belə nəticəyə gəlmişlər. Çünki məsələnin cavabı onun şərtləri, xüsusiyyətləri və bölgü qaydalarında mövcuddur.
Bölgü qaydaları:
Birincisi, xümsün seyidlərə və Haşim övladlarına aid olan hissəsi yalnız ehtiyacı olan seyidlərə aiddir. Verilən miqdar isə bir ilin ehtiyaclarının təminatı qədər olmalıdır, ondan artığını vermək olmaz. Buna görə də həmin hissədən iş qabiliyyəti olmayan, xəstə, yetim uşaq, yaşayış xərclərini tamamilə ödəyə bilməyən seyidlər yararlana bilərlər. İş qabiliyyəti olanlar, yaşayış təminatını ödəyə biləcək imkana malik olanlar xümsün bu hissəsindən istifadə edə bilməzlər. İnsanlar arasında dolaşan "hətta evlərinin damındakı navalçaları da qızıldan olsa, seyidlər xüms ala bilərlər” fikri yanlışdır və heç bir əsası yoxdur. İkincisi, Haşim övladları və seyidlərin yoxsul və ehtiyaclıları zəkatdan əsla istifadə edə bilməzlər, onun əvəzinə xümsün onlara aid olan hissəsi ilə kifayətlənməlidirlər. Üçüncüsü, əgər seyidlərin xümsdəki payı onların ehtiyaclarından çox olarsa, həmin artıq hissə beytülmala daxil edilməli və digər xərclərə sərf edilməlidir. Əgər seyidlərin səhmi onların ehtiyaclarını təmin etməzsə, o zaman beytülmaldan və zəkat səhmindən onlara pay verilməlidir. Bu üç cəhətə diqqət yetirdikdə məlum olur ki, əslində, maddi cəhətdən seyidlərlə qeyri-seyidlər arasında heç bir fərq qoyulmamışdır. Seyid olmayan ehtiyaclılar illik xərclərini zəkatdan ödəyə bilərlər, onlar xümsdən məhrumdurlar. Seyidlər də ehtiyaclarını ödəmək üçün xümsdən istifadə edirlər, onların zəkatdan istifadə etməyə haqları çatmır.
Xümsün bölgü keyfiyyətlərinə diqqət etməyən bəzi şəxslər elə düşünür ki, seyidlər üçün beytülmaldan çox pay ayrılır və onlar üçün xüsusi imtiyaz nəzərdə tutulur. Lakin bu, yanlış fikirdir və həqiqəti əks etdirmir.
Burada ortaya belə bir sual çıxır: əgər nəticə etibarilə bu iki hökm arasında heç bir fərq yoxdursa, bəs bu proqramın nə əhəmiyyəti var?
Cavab: Xüms ilə zəkat arasındakı mühüm fərq ondan ibarətdir ki, zəkat İslam cəmiyyətinin ümumi mallarından hesablanan gəlirlərdən verilir. Buna görə də onun istifadə yerləri məhz həmin istiqamətlərdir. Lakin xüms İslam hökumətinə aid olan vergilərdəndir. Yəni İslam höküməti və onun idarəçilərinin xərcləri onun vasitəsi ilə təmin edilir. Buna görə də seyidlərin ümumi camaatın malından (zəkatdan) məhrum edilməsi, Peyğəmbərin (s) qohumlarının bu paydan uzaqlaşdırılmasına hesablanmışdır. Nəticədə, müxaliflərin "Peyğəmbər (s) öz qohumlarını camaatın malına daraşdırıb" məzmunlu bəhanələrinə son qoyulur. Digər tərəfdən, seyidlərin ehtiyaclıları da başqa bir vasitə ilə təmin olunmalıdır. Bu məsələ İslam qanunlarında elə tənzimlənmişdir ki, ehtiyaclı seyidlər ümumi büdcədən deyil, İslam hökumətinin büdcəsindən təmin olun- sunlar. Əslində, xüms seyidlər üçün imtiyaz deyil, ümumi maraqlar və insanların bədgüman olmasının qarşısını almaq üçün çıxış yoludur.
Məsələyə, həm sünni, həm də şiə hədislərində işarə olunmuşdur: İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə oxuyuruq:
"Haşim övadlarından bir neçə nəfər Peyğəmbərin (s) hüzuruna gələrək heyvanların zəkat vergisini yığmağı onların öhdəsinə qoymasını xahiş edib dedilər: - Zəkatı toplamağa biz daha layiqik.
Həzrət (s) buyurdu: - Ey Əbdülmüttəlibin övladları, zəkat nə mənə, nə də sizə halaldır. Sizin zəkatdan məhrum olmağınız müqabilində şəfaət vədəsi verirəm... Allah və Peyğəmbərin sizə təyin etdiyinə razı olun (zəkata aid işlərə baş qoşmayın).
Onlar dedilər: - Biz razıyıq.
Hədisdən məlum olur ki, Haşim övladları bunu özləri üçün bir növ məhrumuyyət hesab edirdilər və Peyğəmbər (s) onlara şəfaət vədəsi verdi. Sünnilərin ən məşhur kitablarından biri olan "Səhihi-Müslüm” kitabında nəql olunmuş hədisi ixtisarla qeyd edirik:
"Abbas və Rəbiə ibn Haris Peyğəmbərin (s) yanına gəlirlər. Onlar övladları Əbdülmüttəlib ibn Rəbiə və Fəzl ibn Abbası müsəlmanlardan zəkat vergilərini toplayıb digər zəkat məmurları kimi, onlar da topladıqları vergidən bir pay götürmələrini və bununla da evlənmək üçün lazım olan xərcləri təmin etmələri üçün icazə verməsini xahiş edirlər. Peyğəmbər (s) imtina edir və onların evlənməsi üçün lazım olan xərci başqa yerdən təmin etməyə göstəriş verir və həyat yoldaşlarının mehriyyəsi xümsdən ödənir."
Bu hədisdən də aydın olur ki, Peyğəmbər (s) qohumlarının zəkatdan uzaq olmasında israrlı idi.
7\. Allahın səhmi (pay) dedikdə nə nəzərdə tutulur?
Ayə "əldə etdiyiniz hər cür qənimətin beşdə biri Allahındır" cümləsi ilə Allahın payı olduğunu qeyd etməklə, xüms məsələsinin əhəmiyyətini, həmçinin Peyğəmbər (s) və İslam dövlətinin rəhbərlərinin vilayətini təsbit etmiş olur. Yəni Allah özü üçün səhm nəzərə aldığı və onun istifadəsində Özünü daha layiqli bildiyi kimi, Peyğəmbər (s) və imama da vilayət və istifadə haqqı vermişdir. Çünki Allah üçün nəzərdə tutulan səhmin Peyğəmbər (s) və imamın ixtiyarında olduğu, onu məsləhət bildikləri yerlərdə sərf edəcəkləri və bu arada Allahın heç bir səhmə (paya) ehtiyacı olmadığı məlumdur.