Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 17
Yusuf surəsi, 63-66-cı ayələr
Yusuf surəsi, 63-66-cı ayələr
فَلَمَّا رَجَعُوا إِلَى أَبِيهِمْ قَالُوا يَا أَبَانَا مُنِعَ مِنَّا الْكَيْلُ فَأَرْسِلْ مَعَنَا أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُ لَحَافِظُونَ .٦٣
قَالَ هَلْ آمَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَا أَمِنْتُكُمْ عَلَى أَخِيهِ مِنْ قَبْلُ فَاللَّهُ خَيْرٌ حَافِظًا وَهُوَ أَرْحَمُ الرَّاحِمِينَ .٦٤
وَلَمَّا فَتَحُوا مَتَاعَهُمْ وَجَدُوا بِضَاعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ قَالُوا يَا أَبَانَا مَا نَبْغِي هَذِهِ بِضَاعَتُنَا رُدَّتْ إِلَيْنَا وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍ ذَلِكَ كَيْلٌ يَسِيرٌ .٦٥
قَالَ لَنْ أُرْسِلَهُ مَعَكُمْ حَتَّى تُؤْتُونِ مَوْثِقًا مِنَ اللَّهِ لَتَأْتُنَّنِي بِهِ إِلَّا أَنْ يُحَاطَ بِكُمْ فَلَمَّا آتَوْهُ مَوْثِقَهُمْ قَالَ اللَّهُ عَلَى مَا نَقُولُ وَكِيلٌ .٦٦
Ayələrin tərcüməsi
63\. Atalarının yanına qayıtdıqdan sonra dedilər: “Ey ata! (Qardaşımız Benyamin olmadan) daha bizəərzaq verilməyəcək. Pay (ərzaq) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər. Biz onu qoruyacağıq".
64\. Dedi: "Onu sizə qardaşını (Yusuf) etibar etdiyim kimi etibar edim? Allah qoruyanların ən yaxşısı, rəhmlilərin rəhmlisidir!"
65\. Yüklərini açdıqda mallarının özlərinə qaytarıldığını görüb dedilər: "Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır. Biz ailəmizə bir daha ərzaq alıb gətirər, qardaşı- mızı qoruyar və bir dəvə yükü də artıq gətirərik. Bu, az ərzaqdır! (Misirin səxavətli və alicənab əzizi üçün elə də böyük bir şey deyil.)"
66\. Dedi: "İmkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə) onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içib söz verməsəniz, onu sizinlə (Misirə) göndərməyə- cəyəm!" Onlar and içib söz verdikdə (Yəqub): "Allah dediyimizə şahid və nəzarətçidir!” – dedi.
Ayələrin təfsiri.
Atadan razılığın alınması.
Yusufun (ə) qardaşları Kənana kefləri kök, əlidolu dönürdülər. Onlar yol boyu xəyallarında Misirə gələcək səfər barədə düşünür, atalarını necə razı salacaqlarını götür-qoy edirdilər. Arada yadlarına düşəndə ki, "birdən, atamız Benyamini bizimlə gəlməyə qoymaz və buna görə də Misirin əzizi bizi qəbul etməz, nəticədəərzaq ala bilmərik”, bu fikir onlarda xof yaradır, xoş ovqatlarını pozurdu. Buna görə də Quran onların atalarına müraciətini belə nəql edir: "Atalarının yanına qayıtdıqdan sonra dedilər: "Ey ata! (Qardaşımız Benyamin olmadan) daha bizəərzaq verilməyəcək”.
(فَلَمَّارَجَعُواإِلَىأَبِيهِمْقَالُوايَاأَبَانَامُنِعَمِنَّاالْكَيْلُ)
"Pay (ərzaq) almaq üçün qardaşımızı bizimlə birlikdə göndər.”
(فَأَرْسِلْمَعَنَاأَخَانَانَكْتَلْ)
“Biz onu qoruyacağıq”.
Yǝqub (ə) Yusufun (ə) başına gələnləri unutmamışdı. Bu xəbəri eşidəndə narahat olur, üzünü onlara tutub deyir: "Onu sizə qardaşını (Yusuf) etibar etdiyim kimi etibar edim?”
Yəni sizin keçmişdə belə bir suçunuz olduğu halda, hansı ki heç vaxt unuda bilmirəm, məndən yenə də eyni xahişi edir, gözləyirsiniz ki, sizin bu təklifə razı olum, sizə inanım? Digər əziz övladımı sizə necə tapşıra bilərəm? Özü də yad bir ölkəyəǝ, uzun bir yolçuluğa?
Yaqub (ə) sonra belə deyir: "Allah qoruyanların ən yaxşısı, rəhimlilərin rəhimlisidir”.
Görünür Yǝqub (ə) bu cümləsi ilə qardaşlara bildirmək istəyirmiş ki, etibarınızı sındırdığınız üçün yenidən Benyamini sizlərə etibar etmək mənə çətindir. Göndərsəm də, bunu sizə etibarıma görə yox, ancaq Allahın ən yaxşı qoruyan və rəhmlilərin rəhmlisi olduğuna güvənərək edəcəyəm.
Yǝqubun (ə) bu sözü onun qardaşlarla tam razılaşmadığını bildirir. Onun bu sözündə qəti qərar yoxdur. Ehtimal olunur ki, onlarla razılaşsın. Sonrakı ayələrdən məlum olur ki, Yǝqub (ə) onların təklifini əvvəlcə qəbul etməmişdir. Onlardan ǝhd-peyman aldıqdan və bəzi hadisələr baş verəndən sonra Yǝqub (ə) Benyaminin getməyinə razılıq verir.
Ola bilsin ki, Yəqub (ə) bu sözü deməklə Yusufu (ə) yada salmaq istəmişdir. Çünki o, bu məqamda Yusufu (ə) yad edirdi.
Yǝqub (ə) əvvəlcədən onun həyatda olmasından xəbərdar idi. (Sonrakı ayələrin təfsirində biz bu barədə oxuyacaq, Yusufun (ə) sağ olmasına Yǝqubun (ə) əmin olduğunu görəcəyik.) Buna görə idi ki, Yǝqub (ə) onun amanda olması üçün dua edirdi: “İlahi! Onu harada olursa olsun, salamat saxla!"
Bu söhbətdən sonra elə ki qardaşlar yüklərini açırlar, öz mallarını yüklərin arasında görəndə təəccübdən donub qalırlar. Ərzaq payının müqabilində Misir əzizinə verdikləri malların hamısı onların özünə, geri qaytarılmışdı”.
وَلَمَّافَتَحُواْمَتَاعَهُمْوَجَدُواْبِضَاعَتَهُمْرُدَّتْإِلَيْهِمْ
Onlar bu məsələni öz təkliflərinə tutarlı sənəd bilirlər, atalarının yanına gedib deyirlər: “Ata! Daha nə istəyirik? Bu bizim özümüzə qaytarılmış mallarımızdır”.
(قَالُوايَاأَبَانَامَانَبْغِيهَذهِبِضَاعَتُنَارُدَّتْإِلَيْنَا)
Bundan da böyük alicənablıq? Yad bir ölkənin böyüyü belə bir qıtlıqda bizə həm ərzaq verir, həm də onun haqqını özümüzə, geri qaytarır! Özü də bunu gizli şəkildə, bizim bilməyəcəyimiz bir tərzdə edir ki, utanmayaq. Daha bundan yaxşı necə olmalıdır? Atacan, niyə məəttəl qalmışıq, nəyi gözləyirik? Qardaşımızı bizimlə göndər, biz ailəmizə bir daha ərzaq alıb gətirərik”.
"Və biz qardaşımızı qoruyacağıq."
“Və bir dəvə yükü də artıq gətirərik."
"Bu, az ərzaqdır! (Misirin səxavətli və alicənab əzizi üçün elə də böyük bir şey deyil”.
(ذَلكَكَيْلٌيَسيرٌ)
Bütün bunlara baxmayaraq Yǝqub (ə) Benyamini onlarla göndərmək istəmirdi. Amma qardaşların aydın məntiqləri üzərində israrı Yəqubu (ə) onların təkliflərinə təslim olmağa vadar edirdi. Başqa çıxış yolu görməyən Yǝqub (ə) nəhayət onlarla bir şərt əsasında razılaşır. Onlara belə deyir: “Mən onu sizinlə heç vaxt göndərmərəm. İmkanlarınız daxilində (ölüm və ya başqa hadisələr baş vermədiyi təqdirdə) onu qaytarıb yanıma gətirəcəyinizə dair Allaha and içib söz verməsəniz, onu sizinlə (Misirə) göndərməyəcəyəm”.
Ayədəki (Allaha and içib söz verməsəniz) ifadəsi Allahın adı ilə olan əhd-peymanı, andı bildirən ilahi sənəd, vəsiqə anlamına gəlir.
“illəən yuhatə bikum” ifadəsinin mənası əslində belədir: “Hadisələrin sizi əhatə etməsi istisna olmaqla." Yəni siz hadisələrə məğlub olsanız, artıq bir günahınız yoxdur. Bu cümlə ola bilsin ki, ölümə və ya insanı diz çökdürən digər bir hadisəyə işarə edir. Belə halda insanın gücü əlindən alınır, artıq heç nə edə bilmir."
Qeyd olunan bu istisna Yəqubun (ə) aşkar zəkasının göstəricisidir. Yǝqub (ə) Benyamini çox istəməsinə baxmayaraq, qardaşlara gücləri çatmayacaq halları şərt qoymur, istisna edir. O, qardaşlara deyir: "Mən Benyamini sizdən tələb edəcəyəm. Amma sizin ixtiyarınızda, gücünüzdə olmayan hallar baş verərsə, bu halda sizin heç bir günahınız yoxdur."
Aydın məsələdir ki, qardaşlardan bəzisi çıxılmaz vəziyyətə düşsəydi, yerdə qalan qardaşlar Benyamini qorumaq iqtidarında olacaqdılar. Buna görə də Yəqub (ə) şərt edərkən deyir: “əgər sizin hamınız hadisələrin əlində aciz qalsanız”.
Beləliklə, Yusufun (ə) qardaşları atalarının təklifini qəbul edirlər. "Onlar and içib söz verdikdə (Yəqub): “Allah dediyimizə şahid və nəzarətçidir!” - deyir.
فَلَمَّاآتَوْهُمَوْثِقَهُمْقَالَاللهُعَلَىمَانَقُولُوَكِيلٌ
İncəliklər:
1\. Müzakirə etdiyimiz ayələrləəlaqəli qarşıya çıxan ilk sual budur: Qardaşlarının Yusufun (ə) başına açdıqları oyunu Yaqub (ə) bilə-bilə, onları yaxşı tanıdığı halda, yenidən eyni işə necə razı oldu, Benyamini onlara niyə həvalə etdi? Həm də biz bilirik ki, qardaşların kin və paxıllıqları təkcə Yusufa (ə) qarşı deyildi. Onlar – Yusufa (ə) bəslədikləri kin və nifrət qədər olmasa da, az da olsa Benyaminə qarşı da kinli idilər. Biz bunu surənin başlanğıc ayələrində gördük:
إذْقَالُواْلَيُوسُفُوَأَخُوهُأَحَبُّإِلَىأَبِينَامِنَّاوَنَحْنُعُصْبَةٌ
“Bir zaman (qardaşları) dedilər: “Biz güclü bir dəstə olmağımıza baxmayaraq, Yusuf (ə) və qardaşı (Benyamin) atamıza bizdən daha sevimlidir.
Bir incəliyə diqqət yetirməklə bu sualın cavabı aydınlaşır: Yusufun (ə) hadisəsindən 30-40 il keçmişdi. Yusufun (ə) cavan qardaşları bu illər ərzində yaşlaşmış, təbii olaraq, əvvəlki illərə nisbətən əqli və təcrübə baxımından yetişmişdilər. Bundan başqa, Yusufun (ə) başına gətirdikləri oyunun ailədə, dinclik tapmayan vicdanlarında hansı təlatümləri yaratdığını çox gözəl hiss edir, bilirdilər. Təcrübə onlara göstərdi ki, Yusufun (ə) "yoxluğu" atalarının mehri-məhəbbətini nəinki onlara yönəltdi, əksinə, atalarını onlara qarşı bir az da bədbin etdi. Bunlar hamısı bir tərəfə, qardaşların budəfəki səfəri həyati bir məsələ idi. Qardaşlar o zaman Yusufun (ə) könlünün, kefinin açılması bəhanəsi ilə gəzməyə çıxmışdılarsa, bu dəfə aclıqla çarpışan böyük bir ailənin ərzaq təminatı üçün yola düşürdülər. Bütün bu hallar Yəqubun (ə) onların təklifi qarşısında təsliminə səbəb oldu. Əlbəttə, Yǝqub (ə) onlarla ilahi əhd-peyman bağladı ki, Benyamini sağ-salamat ona qaytarsınlar.
2\. Qarşıya çıxan digər bir sual budur: And içmək, ilahi əhd-peyman bağlamaq Benyamini onlara tapşırmağa kifayət edirdi?
Cavab: Əlbəttə, təkcə and içmək bu məsələyə kifayət etmirdi. Amma bütün əlamətlər qardaşların reallıqdan çıxış etdiklərinə, arada bir hiylə olmadığına dəlalət edirdi. Bu dəfə onlar gerçəkdən həyati bir məsələ dalınca gedirdilər. And içdirmək, əhd-peyman bağlamaq işi bir az da möhkəmləndirmək, əlavə təkid üçün idi. Eyni ilə bizim öz zəmanəmizdə bəzi siyasi şəxslərin - məsələn, prezident, deputat seçilərkən - vəzifələrinə layiqincəəməl edəcəklərinə and içmələri kimi.