Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 17

Ənfal surəsi, 42-44-cü ayələr

Ənfal surəsi, 42-44-cü ayələr



إِذْ أَنْتُمْ بِالْعُدْوَةِ الدُّنْيَا وَهُمْ بِالْعُدْوَةِ الْقُصْوَى وَالرَّكْبُ أَسْفَلَ مِنْكُمْ وَلَوْ تَوَاعَدْتُمْ لَاخْتَلَفْتُمْ فِي الْمِيعَادِ وَلَكِنْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا لِيَهْلِكَ مَنْ هَلَكَ عَنْ بَيِّنَةٍ وَيَحْيَى مَنْ حَيَّ عَنْ بَيِّنَةٍ وَإِنَّ اللَّهَ لَسَمِيعٌ عَلِيمٌ .٤٢


إِذْ يُرِيكَهُمُ اللَّهُ فِي مَنَامِكَ قَلِيلًا وَلَوْ أَرَاكَهُمْ كَثِيرًا لَفَشِلْتُمْ وَلَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَلَكِنَّ اللَّهَ سَلَّمَ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ .٤٣


وَإِذْ يُرِيكُمُوهُمْ إِذِ الْتَقَيْتُمْ فِي أَعْيُنِكُمْ قَلِيلًا وَيُقَلِّلُكُمْ فِي أَعْيُنِهِمْ لِيَقْضِيَ اللَّهُ أَمْرًا كَانَ مَفْعُولًا وَإِلَى اللَّهِ تُرْجَعُ الْأُمُورُ .٤٤


Ayələrin tərcüməsi



42\. Siz aşağı, onlar yuxarı (düşmən sizdən üstün olduğu), karvan isə sizdən daha aşağıda olduğu vaxt (vəziyyət o qədər çətin idi ki,) əgər siz (döyüş meydanına getmək haqqında) bir-birinizlə vədələşsəydiniz, sonda vədinizə xilaf çıxardınız. Lakin Allah etməli olacağı işi yerinə yetirmək üçün belə etdi ki, həlak olanlar (və haqq yoldan sapanlar) aşkar bir dəlillə həlak olsun, sağ qalanlar da (haqq yola yönələnlər də) aşkar bir dəlillə sağ qalsınlar. Allah eşidəndir, biləndir!

43\. O zaman Allah yuxuda sənə onların sayını az göstərdi. Əgər çox göstərsəydi, mütləq, qorxar və (döyüşə başlayıb-başlamamaqla bağlı) bir-birinizlə mübahisə edərdiniz. Lakin Allah sizi (bunların şərindən) salamat qurtardı. O, kökslərdə olanları biləndir!

44\. Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onları sizin gözünüzdə (sayca) az göstərir, (siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyə) sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qaytarılacaqdır.

Ayələrin təfsiri.



Yerinə yetirilməsi lazım olan iş.

Qurani-Kərim keçən ayələrdə istifadə olunmuş “ayrılıq günü” (Bədr döyüşü baş verən günü) ifadəsinə uyğun olaraq o qorxunc döyüş meydanında müsəlmanlara nəsib olmuş qələbənin nə qədər böyük bir nemət olduğunu anlatmaq üçün döyüşün digər nüanslarını xatırladır. İlk olaraq buyurur:

"Həmin gün siz aşağı tərəfdə yəni Mədinə yaxınlığında, onlar yuxarı tərəfdə və sizdən uzaqda idilər”.

( إِذْ أَنتُم بِالْعُدْوَةِ الدُّنْيَا وَهُم بِالْعُدْوَةِ الْقُصْوَى)


(üdvə) (sərv vəznində olan) (ǝdv) kökündəndir. O, lüğətdə "basqın" mənasında işlənsə də, bəzən bir şeyin ətraf və haşiyəsinə də deyilir. (Ədv) sözünün bu mənanı daşımasına səbəb əşyanın mərkəzdən yayınıb ətraf nöqtələrdən birinə yaxınlaşdığı üçündür. (Ədv) sözü bu ayədə də “tərəf” və “yan” mənasında işlənmişdir.

(Dünya) sözü (dunuvv) kökündəndir və daha aşağı mənasında işlənir. (Dunuvv) sözünün antonimi isə daha uzaq mənasını verən (əqsa) və (qusva) sözlərindən ibarətdir.

Bədr meydanında müsəlmanlar şimal tərəfdə yəni Mədinəyə yaxın bir nöqtədə, düşmən ordusu isə cənub tərəfdə və daha uzaqda yer almışdılar.

Belə bir ehtimal da olunur ki, müsəlmanlar düşmənlə döyüşmək üçün aşağı tərəfi, düşmən isə yüksəkliyi seçmişdi. Düşmən qoşununun yüksəklikdə olması onlar üçün daha əlverişli idi və əsas imtiyazlarından biri sayılırdı.

Ayənin davamında buyurulur: "Təqib etdiyiniz karvan (Əbu Süfyanın başçılıq etdiyi, Qüreyşə məxsus ticarət karvanı) isə sizdən daha aşağıda idi”.

(وَالرَّكْبُ أَسْفَلَ مِنكُمْ)


Ötən səhifələrdə dediyimiz kimi, Əbu Süfyan müsəlmanların onun başçılıq etdiyi karvana doğru hərəkət etdiyindən xəbər tutan kimi, karvanın hərəkət istiqamətini dəyişdirib, Qırmızı dənizin sahili ilə özünü sürətlə Məkkəyə çatdırmışdır. Bəlkə də, müsəlmanlar karvanın izini itirməsəydi, onları təqib edər və Qüreyş ordusu ilə döyüşə girməzdilər.

Bundan əlavə, müsəlmanlar hər tərəfdən, yəni həm say, həm də silah-sursat baxımından Məkkə ordusundan çox zəif və aşağı səviyyədə idi. Ona görə də Quran buyurur:

“(Vəziyyət o qədər çətin idi ki, əvvəldən xəbər tutsaydınız) əgər siz (döyüş meydanına getmək haqqında) bir-birinizlə vədələşsəydiniz, sonda vədinizə xilaf çıxardınız”.

وَلَوْ تَوَاعَدتُّمْ لاَخْتَلَفْتُمْ فِي الْمِيعَادِ


Çünki bəziləriniz düşmənin zahirdə görünən hazırlığının təsirinə düşüb döyüşdən imtina edəcəkdiniz.

"Lakin Allah etməli olacağı işi yerinə yetirmək üçün belə etdi.”

( وَلَكِن لِّيَقْضِيَ اللَّهُ أَمْراً كَانَ مَفْعُولاً)


Möcüzəli və gözlənilməz qələbə sayəsində haqqın batildən seçilməsi üçün belə etdi ki, “həlak olanlar (və haqq yoldan sapanlar) aşkar bir dəlillə həlak olsun, sağ qalanlar da (haqq yola yönələnlər də) aşkar bir dəlillə sağ qalsınlar”.

لِّيَهْلِكَ مَنْ هَلَكَ عَن بَيِّنَةِ وَيَحْيَى مَنْ حَيَّ عَن بَيِّنة


Ayədə deyilən "həyat" və "həlakət” sözü “hidayət” və “zəlalət”ə işarədir.

Ayənin sonunda buyurulur: "Allah eşidəndir, biləndir!"

Allah-taala sizin yalvarış və dualarınızı eşitdi və niyyətinizdən agah olduğu üçün, düşmənə qələbə çalmağınıza yardım etdi.

Bütün bu əlamətlər göstərir ki, müsəlmanların bəzisi bəzi düşmən ordusunun hansı gücə malik olduğunu bilsəydilər, şübhəsiz, döyüşdən imtina edərdilər. Bununla belə, onların əksəriyyəti Peyğəmbərin (s) iradəsinə tabe olan xalis möminlər idilər ki, istənilən hadisə ilə üzləşməyə hazır idilər. Məhz bu səbəbdən Allah-taala hər iki dəstənin (Peyğəmbərə (s) bağlı xalis müsəlmanların və bəzi çətinlikləri görüb döyüşdən imtina edə biləcəkləri ehtimal olunan müsəlmanların) düşmənlə döyüşməsi üçün bir sıra tədbirlər gördü. Görülən tədbirlərdən biri də Peyğəmbərin (s) döyüş səhnəsini yuxuda görməsi idi. Həzrət (s) yuxuda görmüşdü ki, az sayda düşmən müsəlmanlarla döyüşə girir.

Yuxunun özü müsəlmanların qələbəsinə bir müjdə idi. Peyğəmbər (s) yuxusunu müsəlmanlara danışır və onların ruh yüksəkliyinə səbəb olur.

Əlbəttə, Peyğəmbərin (s) yuxusu düz çıxmışdı. Çünki düşmən əsgərinin sayı zahirdə çox görünsə də, əslində, zəif və gücsüz idilər. Bildiyimiz kimi, doğru yuxular, əslində, işarət missiyalıdır və doğru yuxu bir hadisənin həqiqi simasından xəbər verir.

Peyğəmbər (s) gördüyü yuxunu müsəlmanlara danışdıqdan sonra bəziləri üçün sual yaranmışdır ki, Həzrət (s) onların həqiqi simasını görübsə, bəs nə üçün müsəlmanlara məlumat vermədi?

43-cü ayə bunun hikmətinə işarə edir və Allahın bu vasitə ila müsəlmanlara bəxş etdiyi nemətdən söz açır:

"O zaman Allah yuxuda sənə onların sayını az göstərdi. Əgər çox göstərsəydi, mütləq, qorxar və zəiflik göstərərdiniz."

Yalnız zəiflik göstərməzdiniz, həm də ixtilafa düşüb, “(döyüşə başlayıb-başlamamaqla bağlı) bir-birinizlə mübahisə edərdiniz."

قَلِيلاً وَلَوْ أَرَاكَهُمْ كَثِيرًا لِّفَشِلْتُمْ


( وَلَتَنَازَعْتُمْ فِي الأَمْرِ)


"Lakin Allah sizi, Peyğəmbərin yuxusu vasitəsilə zəiflikdən, ixtilafdan, bir-birinizlə münaqişədən və pərişanlıqdan qorudu və salamat qurtardı”.

وَلَ كنَّ اللَّهَ سَلَّمَ


“O, kökslərdə olanları biləndir!"

Növbəti ayədə Bədr döyüşünün əvvəlki mərhələsindən daha fərqli bir mərhələsinə işarə edilir. Bu mərhələdə müsəlmanlar Peyğəmbərin (s) alovlu nitqinin, ilahi vədələrin və vaxtında yağan yağış vasitəsi ilə susuzluqlarını təmin edəcək suyun əldə olunması və ayaqlarının altında qumsal səhranın (yağış vasitəsilə) bərkiməsi kimi hadisələrin sayəsində daha da ruhlanırlar. Bununla da qələbə çalacaqlarına ümid bağlayıb elə arxayınlaşırlar ki, düşmənin böyük ordusu onların gözündə kiçilir. Quran buyurur: "Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədi ilə onları sizin gözünüzdə (sayca) az göstərdi."

التقييم في أعبدكم قليلة


Lakin düşmən müsəlmanların ruh yüksəkliyindən və əldə etdikləri mövqelərindən xəbərsiz olduğu üçün onların sayına baxır və gözlərinə həqiqi saylarından belə az görünürdü.

(siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyə) sizi də onların gözündə azaldırdı”.

ويُقَلِّلُكُمْ في أعينهم


Müsəlmanlar düşmənin gözündə o qədər az görünürdü ki, Əbu Cǝhl deyirdi:

"Muhəmməd və tərəfdarlarının sayı dəvənin bir qarın yeməyi qədərdir." (Ərəblər arasında bir şeyi kiçiltmək üçün istifadə olunan idiomadır - red.)

Yuxarıda deyilən iki məsələ müsəlmanların qələbəsində böyük rol oynadı. Yəni Allah-taala bir tərəfdən müsəlmanların döyüşdən qorxmamaları üçün düşmənin sayını gözlərində az göstərdi. Digər tərəfdən də düşmənin döyüşdən imtina etməməsi, yaxud əlavə qoşunun çağırılmaması üçün müsəlmanların sayını onların gözündə az və zəif göstərdi. Quran ayənin davamında buyurur:

"Allah olacaq işi yerinə yetirmək məqsədi ilə onları sizin gözünüzdə (sayca) az göstərir, (siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyǝ) sizi də onların gözündə azaldırdı”.

لِيَقْضِيَ اللهُ أَمْرًا كَانَ مَفْعُولاً


"Bütün işlər axırda Allaha qaytarılacaqdır."

"Ali-İmran" surəsinin 13-cü ayəsində Bədr döyüşünün 3-cü mərhələsinə işarə olunmuşdur: Düşmən ordusu döyüş başladıqdan sonra İslam əsgərləri tərəfindən başlarına ildırım kimi çaxan ölümcül zərbələri görüb qorxuya düşdü. Bu dəfə Peyğəmbərin (s) tərəfdarlarının sayının artdığını, hətta döyüşdən əvvəlki saylarının iki qatına çıxdığını güman edirdilər. Beləliklə, Məkkə ordusunun ruhiyyəsi zəiflədi və məğlubiyyətə uğradı.

Bu ayələrin bir-biri ilə və həmçinin “Ali-İmran" surəsinin 13-cü ayəsi ilə heç bir ziddiyyəti yoxdur. Çünki ayələrin hər biri Bədr döyüşünün bir mərhələsinə işarə etmişdir.

Birinci mərhələ: Döyüş başdamazdan əvvəl Peyğəmbərə (s) yuxuda düşmənin sayı az göstərildi.

İkinci mərhələ: Bədr çölünə daxil olarkən müsəlmanlar düşmənin sayının çox olduğunu bildilər və hətta bəziləri qorxuya düşdü.

Üçüncü mərhələ: Döyüş başlayarkən düşmənin sayı müsəlmanların gözündə az göründü.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...