Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 2

Yusuf surəsi, 4-6-cı ayələr

Yusuf surəsi, 4-6-cı ayələr



إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَا أَبَتِ إِنِّي رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًا وَالشَّمْسَ وَالْقَمَرَ رَأَيْتُهُمْ لِي سَاجِدِينَ .٤


قَالَ يَا بُنَيَّ لَا تَقْصُصْ رُؤْيَاكَ عَلَى إِخْوَتِكَ فَيَكِيدُوا لَكَ كَيْدًا إِنَّ الشَّيْطَانَ لِلْإِنْسَانِ عَدُوٌّ مُبِينٌ .٥


وَكَذَلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُ عَلَيْكَ وَعَلَى آلِ يَعْقُوبَ كَمَا أَتَمَّهَا عَلَى أَبَوَيْكَ مِنْ قَبْلُ إِبْرَاهِيمَ وَإِسْحَاقَ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌ .٦


Ayələrin tərcüməsi



4\. (Xatırla) bir zaman Yusuf atasına dedi: "Atacan! Mən yuxuda on bir ulduz, günəş və ayın mənə səcdə etdiyini gördüm.

5\. O dedi: "Oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Çünki şeytan insanın aşkar düşmənidir.

6\. Beləcə, Rəbbin səni seçəcək, sənə yuxuları yozmağı öyrədəcək və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yəqub nəslinə də tamamlayacaqdır. Şübhəsiz ki, Rəbbin biləndir, hikmət sahibidir".

Ayələrin təfsiri.



Ümid qığılcımı və çətinliklərin başlanğıcı.

Quranda Həzrət Yusufun (ə) dastanı onun qeyri-adi və mənalı bir yuxusu ilə başlayır, çünki bu yuxu həqiqətdə Yusufun (ə) həyatının ilkin və təlatümlü hissəsidir. Bir gün sübh çağı həyəcanla atasının yanına gələrək zahirdə o qədər dəəhəmiyyətli olmayan, lakin həqiqətdə onun həyatının yeni fəslinin başlandığını bildirən yeni bir hadisənin üzərindən pərdəni qaldırdı. Həzrət Yusuf (a) dedi: "(Xatırla) bir zaman Yusuf atasına dedi: "Atacan! Mən yuxuda on bir ulduz, günəş və ayın mənə səcdə etdiyini gördüm”.

İbn Abbas deyir: “Həzrət Yusuf (ə) bu yuxunu (tale və müqəddəratın təyin olunduğu) Qədr gecəsinə təsadüf edən cümə gecəsi görmüşdü”.

Həzrət Yusufun (ə) yuxunu gördüyü zaman neçə yaşında olması barədə təfsirçilər arasında fikirayrılığı var. Bəziləri onun doqquz, bəziləri on iki və bəziləri də yeddi yaşında olduğunu söyləmişlər. Bilinən məsələ budur ki, həmin zaman yaşı çox az idi.

Nəzərinizə çatdırırıq ki, (gördüm) feili bu ayədə təkid və qətiyyət mənasında təkrar olunmuşdur və Həzrət Yusufun (ə) öz yuxusunu unudan və onu şəkk-şübhə ilə danışan kəslərdən fərqli olaraq yuxusunu unutmadığına işarədir. Yəni Həzrət Yusuf (ə) deyir ki, mən on bir ulduz, günəş və ayın mənim qarşımda səcdə etməsini gördüyüməəminəm və buna şübhəm yoxdur.

Digər məsələ budur ki, kişi cinsinin cəmini bildirən vəəql sahibləri barəsində işlənən (hum) əvəzliyi (sacidin) sözü kimi, burada ulduz, günəş və ay barəsində də istifadə olunmuşdur və bu, onların səcdəsinin təsadüfi bir məsələ olmadığını, əksinə, aqil insanlar kimi ayıq şəkildə səcdə etməsini bildirir.

Əlbəttə, burada səcdənin təvazökarlıq anlamında olması aydındır, əks halda insanların adi şəkildə günəş, ay və ulduzlar müqabilindəki səcdəsi kimi olan səcdənin mənası yoxdur. Bu mənalı yuxu Həzrət Yəqubu (ə) fikir dəryasına qərq etdi ki, günəş, ay və səmadakı on bir ulduzun aşağı enərək oğlum Yusufun (ə) qarşısında səcdə etməsi necə də mənalıdır!

Hökmən günəş və ay mən və onun anası (yaxud mən və xalası) və on bir ulduz onun qardaşlarıdır və övladımın məqamı o qədər yüksələcək ki, səmanın ulduzları, ay və günəş onun müqabilində baş əyəcək və Allah dərgahındakı o qədər sevilən olacaq ki, səma əhli onun qarşısında təvazökarlıq edəcəkdir. Bu, necə də maraqlı və mənalı yuxudur! Həmin səbəbdən Həzrət Yǝqub (ə) narahatcasına və şadlıqla yanaşı olan bir ifadə ilə Yusufa (ə) belə dedi: "O dedi: "Oğlum! Yuxunu qardaşlarına danışma!”

قالَيَابُنَيَّلاتَقْصُصْرُؤْيَاكَعَلَىإِخْوَتِكَ


“Yoxsa sənə hiylə qurarlar".

"Həqiqətən, şeytan insanın aşkar düşmənidir”.

O, öz vəsvəsələrini başlamaq, kin və həsəd alovunu qalamaq, hətta qardaşları bir-birinin üstünə salmaq üçün bəhanə axtarır.

Maraqlıdır ki, Həzrət Yǝqub (ə) “Qorxuram, qardaşların sənin barəndə bədgüman olalar!" şəklində demədi, əksinə, sözlərini qəti bir hökm şəklində və xüsusilə də (kǝyd) sözünün təkrarı ilə bəyan etdi. Ona görə ki, digər övladlarının ruhiyyəsindən agah idi və onların Yusufa (ə) olan həssaslığını da bilirdi. Bəlkə də, qardaşları yuxunun yozumundan xəbərdar idilər. Bundan əlavə, bu yuxu yozumu mürəkkəb olan bir yuxu deyildi. Digər tərəfdən, bu yuxu uşaqcasına görülən yuxulara da bənzəmirdi. Uşağın yuxuda günəş və ay görməsi mümkündür, amma onların aqil varlıqlar kimi qarşısında səcdə etməsini görmək adi bir yuxu deyildi. Həmin cəhətdən Həzrət Yəqub (ə) Yusufa (ə) qarşı qardaşlarında həsəd yaranmasından narahat olmaqda haqlı idi.

Lakin bu yuxu yalnız Yusufun (ə) gələcəkdə maddi və mənəvi baxımdan məqamının əzəmətini bildirmirdi, əksinə, onun nübuvvət məqamına çatacağını da göstərirdi. Çünki səma əhlinin ona səcdə etməsi mənəvi məqamının yüksəlməsinə dəlil idi. Atası Yoqub (ə) ona dedi: “Beləcə, Rəbbin səni seçəcək”.

“Sənə yuxuları yozmağı öyrədəcək”.

“Və Öz nemətini bundan əvvəl ataların İbrahimə və İshaqa tamamladığı kimi, sənə və Yəqub nəslinə də tamamlayacaqdır".

أَبَوَيْكَمِنْقَبْلُإِبْرَاهِيمَوَإِسْحَاقَوَيُتِمُّنِعْمَتَهُعَلَيْكَوَعَلَىآلِيَعْقُوبَ


“Şübhəsiz ki, Rəbbin biləndir, hikmət sahibidir".

İncəliklər:



1\. Yuxu görmək.

Yuxu görmək məsələsi həmişə adi insanlar və mütəfəkkirlərin diqqətini müxtəlif prizmalardan özünə cəlb edən məsələlərdən olmuşdur. İnsanın yuxuda gördüyü bu çirkin və gözəl, qorxulu və ürəkoxşayan, kədərli və sevincli səhnələr nədir?! Görəsən, bütün bunlar insanın ruhunda yer tutan keçmişlə bağlıdırmı? Yaxud özünü göstərən dəyişikliklərdirmi? Yoxsa insan ruhunun həssas ötürücüsünün sirli bir rabitə sayəsindəəldə etdiyi gələcək hadisələrin inikası iləəlaqəlidirmi? Yaxud yuxunun müxtəlif növləri vardır ki, bir qismi keçmişlə, bir qismi gələcəklə və bir qismi də insanın həyata keçməmiş arzu və istəkləri ilə bağlıdırmı?

Quranın əksər ayələrində yuxunun yaxın və ya uzaq gələcəyin inikası olduğu aydın şəkildə bildirilir. Yuxarıdakı ayələrdə oxuduğumuz Yusufun (ə) yuxusu, bu surənin 36-cı ayəsində bildirilən zindandakıların yuxusu və 43-cü ayədə Misir hökmdarının gördüyü yuxunun gələcək hadisələr üzərindən pərdəni götürdüyünün şahidi oluruq. Bu hadisələr- dən bəzisi Yusufun (ə) yuxusu kimi qırx ildən sonra reallaşmışdır.

Bəzisi də Misir padşahı və Yusufun (ə) zindan yoldaşlarının yuxusu kimi yaxın gələcəkdə baş vermişdir.

Bu surədən başqa, həmçinin “Fəth" surəsində işarə edilən Peyğəmbərin (s) yuxusu kimi yozumu olan yuxulara da işarə olunmuşdur. O cümlədən "Saffat" surəsində Həzrət İbrahimin (ə) yuxusu qeyd edilmişdir (Belə ki bu yuxu həm Allahın əmri, həm də yozuma malik idi).

Maraqlıdır ki, Peyğəmbərdən (s) nəql edilən rəvayətdə belə oxuyuruq:

# بهالإِنْسانُنَفْسَهُالرُّؤْياثَلاثَةٌبُشْرِىمِنَاللَّهِوَتَحْزِينٌمِنَالشَّيْطَانِوَالَّذِييُحَدِّثُبه


# فَيَراهُفِيمَنامه


"Yuxular üç qisimdir: Bəzən Allah tərəfindən müjdədir, bəzən şeytan tərəfindən qəm-kədər vasitəsidir, bəzən də insanın öz düşüncəsində canlandırdığı məsələlərdir ki, onu yuxuda görür”.

Təbii ki, şeytani yuxular yozumu olan yuxular deyil, amma müjdə xüsusiyyəti olan ilahi yuxuların hökmən gələcək hadisələr üzərindən pərdəni götürən yozumu vardır.

Ümumilikdə yuxunun həqiqəti barəsində söylənilən müxtəlif nəzəriyyələri diqqətinizə çatdırmağı zəruri sayırıq. Yuxunun həqiqəti haqqında çoxlu təfsirlər söylənilmişdir ki, onları iki qismə ayırmaq olar:

1\. Materialist təfsirlər

2\. Ruhi (mənəvi) təfsirlər

1\. Materialist təfsirlər

Materialistlərin fikrincə, yuxunun bir neçəsəbəbi ola bilər:

a) Yuxu insanın gördüyü gündəlik işlərin birbaşa nəticəsi ola bilər. Yəni insanın ötən günlərdə etdiyi şeylər yuxuda onun düşüncəsində təcəssüm oluna bilər.

b) Həyata keçməyən bir sıra silsiləvi arzular yuxu görülməsinə səbəb ola bilər. Susuz şəxsin yuxuda su görməsi, yaxud səfərdə olanın gəlməsi intizarında olan kəsin həmin şəxsin yuxuda gəldiyini görməsi kimi yuxular məhz bu qəbildəndir (Məsəl var, deyirlər – ac toyuq yuxuda darı görər).

c) Bir şeydən qorxmağın da insanın yuxuda onu görməsinə səbəb olması mümkündür. Dəfələrlə təcrübə olunub ki, oğrudan qorxan kəslər oğru ilə bağlı yuxu görürlər (Məşhur “dəvədən uzaqda yat ki, qorxulu yuxu görməyəsən” məsəli də həmin həqiqətə işarədir).

Freyd və onun məktəbinin tərəfdarları yuxu ilə bağlı fərqli və materialist bir yozuma malikdirlər. Onlar geniş müqəddimələrdən sonra deyirlər ki, yuxu aşağıdakılardan ibarətdir: “Yuxu - həmişə dəyişikliklər vasitəsilə "mən"i aldatmaqla şüur səhnəsində meydana gələn və təmin edilməmiş olan nəfsi istəklərdir”.

Bir qədər izah verək. İnsan psixologiyası şüurlu və şüuraltı olmaqla iki hissədən ibarətdir. Şüurlu hissə insanın gündəlik düşüncəsi və iradəsi ilə bağlı olan məlumatlarla əlaqəlidir. Şüuraltı hissə isə insanın batinində təmin olunmamış şəkildə gizlənmiş olan nəfsi istəklərlə bağlıdır.

Onlar bu məsələni qəbul etdikdən sonra deyirlər: "Bizim təmin edə bilmədiyimiz, lakin batinimizdə olan istəklər yuxuda olduğumuz və şüurumuz qüvvədən düşdükdə təxəyyüli bir qaraltı kimi bizim şüurumuzda canlanır. Bəzən dəyişiklik olmadan, eynilə aşiqin əldən verdiyi məşuqunu yuxuda görməsi kimi əks olunur, bəzən də müəyyən şəkillərdə canlanır ki, bu halda onun yozumuna ehtiyac vardır”.

Beləliklə, yuxu həmişə keçmişlə bağlıdır və gələcəkdən əsla xəbər vermir. Yuxu yalnız şüuru səsləmək vasitəsi ola bilər və həmin səbəbdən psixoloji xəstələrin müalicəsində şüuraltı hissəyə istinad edən yuxulardan istifadə etmək həddən artıq təsirlidir. Qidaların tanınması ilə məşğul olan bəzi alimlər yuxu (röya) və bədənin qidalanmaqla bağlı ehtiyacları arasında rabitənin olması fikrindədirlər. Məsələn, əgər insan yuxuda dişi ilə qan sorduğunu görsə, bu, onun bədənində S vitamininin azlığına işarədir. Əgər yuxuda saçının ağardığını görsə, bədənindəki B vitamininin çatışmamazlığına işarədir.

2\. Mənəvi təfsirlər.

İlahiyyatçı filosoflar yuxunun yozumu ilə bağlı başqa təfsir irəli sürmüşlər. Onlar yuxu və röyanın aşağıdakı qisimlərinin olduğunu deyirlər:

1\. İnsan yuxusunun önəmli hissəsini təşkil edən və insan həyatının keçmişi, eləcə də arzu və istəklərlə bağlı olan yuxular

2\. Psixoloji məqsədlərin olmasına baxmayaraq, təxəyyülün fəaliyyətlərindən doğan anlaşılmaz və qorxulu yuxular.

3\. Gələcəklə bağlı olan və ondan xəbər verən yuxular.

Şübhəsiz, insanın həyatı boyu gördüyü və keçmişlə bağlı olan yuxuların xüsusi yozumu yoxdur. Həmçinin insanın pərişanlıq halında gördüyü yuxular eynilə insanın qızdırmalı halda söylədiyi mənasız düşüncələrə bənzəyir, eyni zamanda psixoloq və psixiatrların yuxulardan psixoloji xəstəlikləri müalicə etməkdə və insanın şüuraltı hissəsinə yol tapmaqda kiçik bir qapı kimi istifadə etməsinə baxmayaraq, onların həyatın gələcəklə bağlı məsələləri haqda xüsusi yozumu ola bilməz.

Beləliklə, onların yuxularının yozumu gələcək hadisələrin öyrənil- məsi üçün deyil, psixologiyalarının sirləri və xəstəliklərinin mənşəyini öyrənmək üçündür. Gələcəklə bağlı yuxular da iki hissəyə bölünür: Onların bir qismi o qədər aydındır ki, yozuma ehtiyaclı deyil. Bəzən təəccüb doğursa da, bu cür yuxular azacıq dəyişikliklərlə yaxın və ya uzaq gələcəkdə reallaşır. İkinci qismi isə gələcək hadisələrdən xəbər verməklə yanaşı, xüsusi zehni və psixoloji amillərin təsiri ilə şəklini dəyişən və yozuma ehtiyaclı olan yuxular təşkil edir. Hər iki qisimdən olan yuxular üçün çoxlu sayda nümunələr vardır ki, onların hamısını inkar etmək olmaz. Onlar dini mənbələr və tarixi kitablarda qeyd olunmaqla yanaşı, bizim və ya tanıdığımız kəslərin xüsusi həyatında dəfələrlə baş vermişdir və onları təsadüfləəlaqələndirmək olmaz.

Qəribə yuxular.



İndi isə qəribə şəkildə gələcək hadisələrin üzərindən sirləri qaldıracaq və etimadlı şəxslər tərəfindən görülmüş olan yuxu nümunələrini qeyd edirik:

1\. Həmədanın məşhur və mötəbər alimlərindən biri mərhum Axund Molla Əli Tehranın böyük alimlərindən biri olan Ağa Mirzə Əbdün-nəbidən belə nəql edir: "Samirrada olduğum müddətdə hər il mənə Mazandarandan yüz tümən pul göndərilirdi və mən də ona əsaslanaraq ehtiyacım olduğu zaman əvvəlcədən borc alar və pul gəldikdə onu qaytarardım.

İllərin birində mənə xəbər verdilər ki, bu il məhsulun vəziyyəti pis olduğundan pul göndərə bilməyəcəklər. Çox narahat oldum və bu düşüncə ilə yatdım. Gözlənilmədən Peyğəmbəri (s) yuxuda gördüm.

Məni səsləyərək belə buyurdu: "Filankəs, ayağa qalxıb dolabdakı (dolaba işarə etdi) yüz tüməni götür". Yuxudan oyandım. Bir qədər keçməmiş qapı döyüldü. Günortadan keçirdi. Gördüm ki, gələn şiələrin böyük mərcəyi-təqlidi mərhum Mirzayi Şirazinin göndərdiyi şəxsdir.

Dedi: "Mirzə sizi çağırır". Mən təəccübləndim ki, nə üçün bu vaxtı məni çağırır? Gedib gördüm ki, öz otağında oturub (Mən öz yuxumu tamamilə unutmuşdum). Gözlənilmədən Mirzə mənə dedi: "Mirzə Əbdün-nəbi, o dolabı aç və oradakı yüz tüməni götür”. Dərhal yuxum yadıma düşdü və bu hadisədən çox təəccübləndim. İstədim ki, bir şey deyim, gördüm, o, bu barədə nəsə danışmağımı istəmir. Pulu götürdüm və çölə çıxdım”.

2\. Etimad etdiyim bir dostum belə nəql edirdi: "Reyhanətul-ədəb” kitabının müəllifi mərhum Təbrizinin övladı vardı və onun sağ qolunda revmatizm olduğundan əziyyət çəkirdi. Belə ki qələmi çətinliklə tuta bilirdi. Onu Almaniyaya aparmaq qərarına gəldim. O deyir: “Gəmidə olduğum zaman yuxuda anamın öldüyünü gördüm. Təqvimi açıb günü və saatı qeyd etdim və bir müddət sonra İrana qayıtdım. Qohumlarımdan bir qismi məni qarşılamağa gəldilər. Onların qara paltar geyindiyini görüb təəccübləndim. Yuxum tamamilə yadımdan çıxmışdı. Onlar tədriclə mənə anamın vəfat etdiyini başa saldılar. Dərhal yuxum yadıma düşdü və təqvimi açıb öldüyü günü soruşduqda anamın həmin gün vəfat etdiyini anladım”.

3\. Müsəlman yazıçısı Seyid Qütb "Fi zilalil-Quran" adlı təfsir kitabında “Yusuf” surəsinin ayələri ilə bağlı belə yazır: "Əgər mən yuxu ilə bağlı dediklərinizin hamısını inkar etsəm belə, əsla mənim üçün Amerikada olduğum zaman baş verənləri inkar edə bilmərəm. Mən orada yuxuda gördüm ki, bacımın uşağının gözlərinə qan dolub və o, görə bilmir (Bacımın uşağı digər ailə üzvlərimlə birlikdə Misirdə yaşayırdı). Mən bu hadisədən qorxuya düşdüm və dərhal Misirdə olan ailəmə məktub yazdım, xüsusilə də bacım uşağının gözünün vəziyyətini soruşdum. Çox keçmədən məktub gəldi ki, onun gözləri daxili qanaxmaya düçar olub və görə bilmir, hazırda müalicə olunur. Diqqət yetirin ki, uşağın gözündəki daxili qanama adi halda görülmürdü və onu yalnız tibbi aparatlarla müşahidə etmək mümkün idi. Nəticədə, o, görməkdən məhrum olmuşdu. Mən hətta bu daxili qanaxmanı da yuxuda aşkarcasına görmüşdüm”.

Həqiqət üzərindən pərdəni qaldıran və gələcək və ya indiki zamanla bağlı sirləri bildirən yuxular inanmayan kəslərin onları misal göstərib təsadüf olmalarını söyləməsindən qat-qat çoxdur. Yaxın dostlarınız arasında araşdırma aparmaqla da belə yuxuların nümunələrini görə bilərsiniz. Bu cür yuxuların yozumu materialist təfsirləəsla uyğun deyil, onları yalnız psixologiya fəlsəfəsi və ruhun müstəqilliyinə etiqad bəsləməklə yozmaq olar. Nəticədə, belə yuxuların məcmusundan ruhun müstəqilliyinə şahid ünvanında istifadə edə bilərik.

2\. Həzrət Yǝqubun (ə) Yusufun (ə) yuxusundan çıxardığı nəticə Sözügedən ayələrdən oxuyuruq ki, Həzrət Yəqub (ə) Yusufu (ə) yuxusunu qardaşlarına danışmaqdan çəkindirir. Bundan əlavə, ayədə yuxunu icmali şəkildə ona yozması və belə deməsi də bildirir: “Sən Allahın seçdiyi, yuxu yozmağı öyrətdiyi kəssən və Allah nemətini sənə və Ali-Yǝquba tamamlayacaq". Yuxunun Həzrət Yusufun (ə) gələcəkdə maddi və mənəvi baxımdan böyük məqama çatacağına dəlalət etməsi tamamilə dərkolunasıdır. Lakin belə bir sual yaranır: Yusufun (ə) gələcəkdə yuxu yozması məsələsi Həzrət Yǝqub (ə) üçün Yusufun (ə) yuxusundan necə anlaşıldı? Görəsən, bu, Yǝqubun (ə) Yusufa (ə) təsadüfən verdiyi bir məlumat idi, yoxsa onu Yusufun (ə) yuxusundan başa düşdü? Qeyd edək ki, Həzrət Yǝqubun (ə) bunu Yusufun (ə) yuxusundan anladığı başa düşülür və bu iki yolla ola bilər:

Birincisi, Yusuf (ə) azyaşlı olmasına baxmayaraq, bu yuxunu qardaşlarından gizli və xüsusi şəkildə atasına nəql etdi – çünki atası yuxunu gizlətməyi ona tövsiyə etmişdi – və bu, Yusufun (ə) öz yuxu- sundan xüsusi şeylər hiss etdiyini nişan verir ki, həmin səbəbdən də yuxunu hamının yanında danışmamaq qərarına gəlir. Yusuf (ə) kimi azyaşlı bir uşaqda belə bir hissin olması onda yuxuların yozumu ilə bağlı ruhi bir hazırlığın olmasını göstərir və atası onun bu hazırlığını artırmaqla o Həzrətin (ə) gələcəkdə bu sahədə geniş biliyə malik olacağını düşündü.

İkincisi, peyğəmbərlərin qeyb aləmi ilə rabitəsi bir neçə vasitə sayəsində idi. Bəzən qəlbi ilhamlar, bəzən vəhy mələyinin nazil olması, bəzən də yuxu vasitəsilə baş verirdi.

Həmin vaxtlarda Həzrət Yusufun (ə) nübüvvət məqamına çatmamasına baxmayaraq, belə mənalı bir yuxunun görülməsi ona bu yolla qeyb aləmi ilə rabitədə olacağını nişan verdi və təbii olaraq o, yuxusunun məfhumu və yozumunu bilməlidir ki, belə bir rabitəyə malik olsun.

3\. Sirri saxlamaq

Bu qəbildən olan ayələrin bizə verdiyi dərslər sirri qorumaqla bağlıdır və hətta qardaşlarımızın müqabilində də bu cür etmək lazımdır. Həmişə insanın həyatında elə sirlər vardır ki, əgər faş olsa, onun gələcəyini və ya yaşadığı cəmiyyəti təhlükəyə ata bilər. Belə sirləri saxlamaq insan ruhunun böyüklüyü və iradəsinin qüdrətli olması nişanələrindən biridir. Bu məsələdə zəif olan və öz taleləri və ya cəmiyyətlərini təhlükəyə atan kəslər çoxdur. Sirri saxlamamaq nəticəsində insan üçün baş verən narahatlıqlar da az deyil.

İmam Rzadan (ə) belə bir hədis oxuyuruq:

# لايَكُونُالْمُؤْمِنُمُؤْمِناًحَتّىتَكُونَفِيهِثَلاثُخصالسُنَّةٌمِنْرَبِّهِوَسُنَّةٌمِنْنَبِيِّهِفَأَمَّاالسُّنَّةُمِنْرَبِّهِفَكثمانُالسِّرِّوَأَمَّاصلىاللهعليهوآلهوَسُنَّةٌمِنْوَلِيهعليهالسلام


# الْبَأْسَاءوَالضَّرَّاءِالسُّنَّةُمِنْنَبِيِّهِفَمُداراةالنَّاسوَأَمَّاالسُّنَّةُمِنْوَلَيِّهِفَالصَّبْرُفِي


“Mömin üç xislətə – ilahi sünnə, Peyğəmbərin (s) sünnəsi və imam (ə) və rəhbərinin sünnəsinə sahib oluncaya qədər mömin olmaz. Allahın sünnəsi sirri gizlətməkdir, Peyğəmbərin (s) sünnəsi camaatla yaxşı rəftar etməkdir, İmamın (ə) sünnəsi çətinlik və problemlər müqabilində səbirli olmaqdır (Əlbəttə, sirri gizlətmək burada daha çox başqalarının sirrini gizlətməklə bağlıdır)”.

İmam Sadiqdən (ə) nəql edilən hədisdə oxuyuruq:

# سِرُّكَمِنْدَمِكَفَلَايَجْرِيَنَّمِنْغَيْرِأَوْداحِكَ


“Sənin sirrin sənin qanın kimidir, yalnız öz damarlarında axmalıdır”.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...