Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 20

Yusuf surəsi, 77-79-cu ayələr

Yusuf surəsi, 77-79-cu ayələr



قَالُوا إِنْ يَسْرِقْ فَقَدْ سَرَقَ أَخٌ لَهُ مِنْ قَبْلُ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفْسِهِ وَلَمْ يُبْدِهَا لَهُمْ قَالَ أَنْتُمْ شَرٌّ مَكَانًا وَاللَّهُ أَعْلَمُ بِمَا تَصِفُونَ .٧٧


قَالُوا يَا أَيُّهَا الْعَزِيزُ إِنَّ لَهُ أَبًا شَيْخًا كَبِيرًا فَخُذْ أَحَدَنَا مَكَانَهُ إِنَّا نَرَاكَ مِنَ الْمُحْسِنِينَ .٧٨


قَالَ مَعَاذَ اللَّهِ أَنْ نَأْخُذَ إِلَّا مَنْ وَجَدْنَا مَتَاعَنَا عِنْدَهُ إِنَّا إِذًا لَظَالِمُونَ .٧٩


Ayələrin tərcüməsi



77\. Onlar dedilər: "Əgər o oğurlayıbsa, (heç də təəccüblü deyil,) daha öncə qardaşı (Yusuf) da oğurluq etmişdi”. Yusuf (çox narahat oldu) bunu (narahatlığını) gizlədib onlara biruzə vermədi və (öz- özünə:) "Siz (mənim gözümdə) daha pis mövqedəsiniz. Allah, haqqında danışdığınızdan daha çox xəbərdardır.” – dedi.

78\. Onlar dedilər: "Ey vəzir! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür. Biz səni yaxşı adam hesab edirik”.

79\. O dedi: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq. Onda biz zalımlardan olarıq”.

Ayələrin təfsiri.



Yusufun (ə) qardaşlarının səy və fədakarlıqları niyə qəbul olunmadı?

Hadisədən sarsılmış və təəccüblənmiş qardaşlar sonda Benyaminin oğurluq etdiyinə inanmalı olurlar. Misirin əzizinin yanında qazandıqları hörməti itirdiklərinə görə qardaşlar narahatçılıq keçirirdi. Buna görə də özlərini təmizə çıxartmaq, yaxalarını kənara çəkmək üçün deyirlər: "Əgər o oğurlayıbsa, (heç də təəccüblü deyil,) daha öncə qardaşı (Yusuf) da oğurluq etmişdi.”

(قَالُواإِنيَسْرِقُفَقَدْسَرَقَأَخٌلَّهُمِنقَبْلُ)


Onların hər ikisi bir ata-anadan olan (anabir) qardaşlardır. Bizim analarımız ayrıdır.

Qardaşlar bu sözü deməklə Benyaminlə öz aralarına sərhəd çəkmək, özlərini təmizə çıxartmaq istəyirdilər. Buna görə də Yusufun (ə) da bir zaman oğurluq etdiyini xatırladır, Benyaminin də eyni hərəkəti etməsinə təəccüblənmədiklərini bildirirlər. Yusuf (ə) bu sözü eşidəndə çox narahat olur, amma narahatçılığını biruzə vermir, gizlədir.

يُوسُفُفِينَفْسِهِوَلَمْيُبْدِهَالَهُمْ


Yusuf (ə) qardaşların ona necə böyük töhmət vurduqlarını bildiyi halda dinmir, yalnız üstüörtülü şəkildə bu sözləri deməklə kifayətlənir: “Siz (mənim gözümdə) daha pis mövqedəsiniz.”

Sonra Yusuf (ə) "Allah, haqqında danışdığınızdan daha çox xəbərdardır. dedi”.

(وَاللهُأَعْلَمْبمَاتَصِفُونَ)


Gördüyümüz kimi, qardaşları Yusufa (ə) iftira yaxmaqla özlərini böhranlı vəziyyətdən xilas etmək istəyirdillər. Amma maraqlı olan budur ki, qardaşların bu böhtanı deməkdəəllərindəəsasları, bəhanələri olmalı idi.

Təfsirçilər bu məsələni araşdırmış, qədim tarixi mənbələrə söykənərək üç rəvayət nəql etmişlər. Birinci rəvayətdə deyilir ki, Yusuf (ə) anası vəfat etdikdən sonra bibisinin yanında yaşayırdı. Bibisi qardaşı oğlunu həddən ziyadə çox istəyirdi. Onlar mehrlərini bir-birinə salmış, bir-birinə çox bağlanmışdılar. Yusuf (ə) böyüdükdən sonra Yəqub (ə) onu bibisindən ayırmaq, geri aparmaq istəyir. Vəziyyəti belə görən bibi Yusufu (ə) yanında saxlamaq üçün çarə axtarmağa başlayır. Onların ailəsində İshaq peyğəmbərdən (ə) bir şal və ya kəmər yadigar qalmışdı. Bibi həmin kəməri köynəyin altından Yusufun (ə) belinə bağlayıb atasının yanına göndərir. Sonra Yǝqubun (ə) yanına gəlib iddia qaldırır ki, Yusuf (ə) o kəməri oğurlamışdır. Adət-ənənəyə görə, Yəqubun (ə) bacısı qardaşı oğlunu həmin kəmərin müqabilində öz yanında saxlayır.

Başqa bir rəvayətə görə Yusufun (ə) ana qohumlarından birinin bir bütü varmış. Yusuf (ə) həmin bütü götürüb sındırmış, yola atmışdı. Bu hərəkətinə görə onu oğruluqda ittiham etmişdilər. Halbuki Yusufun (ə) bu işi oğurluq deyildi.

Üçüncü bir rəvayətdə nəql olunur ki, Yusuf (ə) hərdən süfrədən bəzi yeməkləri “çırpışdırır", aparıb imkansızlara, yoxsullara verirmiş. Qardaşları Yusufla bağlı nəql olunan bu işləri bəhanə gətirərək onu oğurluqda ittiham edirdilər.

Diqqət etdikdə, biz nəql olunan hər üç rəvayətin heç birində qəbahətli bir iş, günah görmürük. Bir nəfər birinə köynək geyindirsə və o da bilməsə ki, geyindiyi köynək başqasınındır, sonra onu həmin köynəyə görə oğurluqda ittiham etmək düzgün sayılarmı?

Bütü götürmək, sındırmaq günahdırmı?

İnsanın öz atasının halal süfrəsindən yemək götürməsi və bu işə də atasının etirazı olmadığına yəqin olduğu halda yoxsullara verməsinin eybi nədir?

Qardaşlar özlərinin razılıq verdikləri qanunun mühakiməsi ilə kiçik qardaşları Benyaminin Misirin əzizi yanında qalacağını gördükdəəl-ayağa düşməyə, çıxış yolu axtarmağa başlayırlar. Çünki onlar ataları iləəhd-peyman bağlamış, Benyamini sağ-salamat qaytaracaqlarına, bu yolda sona qədər səy göstərəcəklərinə and içmişdilər. Onlar hələ də tanıya bilmədikləri qardaşları Yusufa (ə) üz tutub deyirlər: “Onlar dedilər: “Ey vəzir! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi götür.”

(قَالُوايَاأَيُّهَاالْعَزِيزُإِنْلَهُأَبًاشَيْخًاكَبِيرًافَخُذْأَحَدَنَامَكَانَهُ)


Ey Misirin əzizi! Ey böyük başçı! Benyaminin pirani, nurani atası var. O, bu ayrılığa tab gətirə bilməz. Biz Benyamini sizin xahişinizlə, israrınızla atasından ayırıb gətirdik. Onu gətirəndə atamıza söz verdik, and içdik ki, nəyin bahasına olursa olsun, Benyamini geri qaytaracağıq. Sən gəl bir dəfə də böyüklük göstər, bizim birimizi onun yerinə kölə götür. Çünki “biz səni yaxşı adam hesab edirik”.

Siz birinci dəfə deyil ki, bizə mərhəmət göstərmiş, yaxşılıq etmiş- siniz. Bu xahişimizi də yerinə yetirməklə bizə etdiyiniz yaxşılığı sona çatdırın.

Yusuf onların bu təklifini qəti şəkildə rədd edir və deyir: “Allah eləməsin ki, yanında malımızı tapdığımız kəsdən başqasını tutub saxlayaq”.

(قَالَمَعَاذَاللهأنتَأْخُذَإِلامَنوَجَدْنَامَتَاعَنَاعِندَهُ)


Heç indiyə qədər eşitdinizmi ki, insaflı adam günahsız birini başqasının etdiyi cinayətə görə cəzalandırsın?

“Onda biz zalımlardan olarıq".

Diqqət çəkən məqam budur ki, Yusuf (ə) qardaşlarının oğurluq etdiyini dilinə gətirmir, yalnız "biz yanında malımızı tapdığımız...” deyir. Bu da onun həyatda yalana yol verməmək üçün çox diqqətli olduğunu göstərir.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...