Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 22
Ənfal surəsi, 60-ci ayə
Ənfal surəsi, 60-ci ayə
وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ .٦٠
Ayənin tərcüməsi
60\. Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri və döyüş atlarını hazır vəziyyətə gətirin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!
Ayənin təfsiri.
Düşmənlə mübarizə aparmaq üçün tam hazır olmaq və məqsəd İslam cihadı fonunda verilmiş keçmiş göstərişlərə uyğun olaraq bu ayədə də hər əsr və zamanda müsəlmanların diqqət mərkəzində saxlaması lazım olan həyati məsələyə işarə edilmişdir. Həmin məsələ düşmənlər qarşısında hərbi hazırlığın yüksək səviyyədə olmasından ibaratdir.
İlk olaraq buyurulur: “Düşmənlərə qarşı ixtiyarınızda olan bütün qüvvələri səfərbər edin (hazırlıqlı vəziyyətə gətirin.)”
Yəni düşmən sizə hücum etdikdən sonra ona qarşı güclərinizi toplayıb səfərbər etməyi gözləməyin. Düşmənin ehtimali hücumlarını dəf etmək üçün əvvəlcədən kifayət qədər hazırlıqlı olmalısınız.
Ayənin davamında buyurulur: "Kifayət qədər təcrübləli (təlim görmüş) döyüş atlarını hazırlayın."
(ribat) sözü əslində bağlamaq və əlaqə yaratmaq mənasında olsa da, daha çox heyvanı saxlandığı və bəsləndiyi yerdə bağlamaq mənasında işlənir. Buna uyğun olaraq, ümumilikdə, qorumaq, qayğısına qalmaq və bəsləmək mənasını verir.
“Mürabətə" sərhədlərin qorunması, həmçinin hər bir şeyi qorumaq mənasındadır. Heyvanların bağlandığı yerə (ribat) deyildiyindən ərəblər karvansaraya (ribat) deyirlər.
Ayənin davamında bu kimi hazırlıqların məqsədi açıqlanır: “Bu kimi vasitələri hazırlamaqla Allahın düşmənini və öz düşməninizi qorxudun."
( تُرْهِبُونَ بِهِ عَدْوَ اللَّهِ وَعَدُوَّكُمْ)
Ayə daha sonra buyurur: "Onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri qorxutmaq üçün”.
Hərbi silah-sursat və döyüşə lazım olan sair ləvazimatın təminatı üçün böyük vəsaitə ehtiyac olduğundan ayə bütün müsəlmanlara çağırış edib buyurur:
"Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz”.
Bura qədər oxuduqlarımızdan məlum olur ki, hərbi gücün artırılması istiqamətində verilən göstərişdə məqsəd Allahın, müsəlmanların tanınan və tanınmayan düşmənlərini qorxutmaq və eyni zamanda silah- sursat almaq üçün maddi vəsait verməkdir.
İncəliklər:
1\. İslam cihadının əsas prinsipi.
Ayənin əvvəlində müsəlmanların mövcudluğu, şan-şöhrəti və qürurunun qorunması Islam cihadının əsas prinsipi kimi bəyan edilmişdir. Ayənin məzmunu o qədər genişdir ki, hər bir əsrə, zamana və məkana tam şəkildə şamil olunur.
Qüvvə sözünün mənası çox genişdir. Buna görə də bu söz təkcə döyüş vasitələri, hər bir dövrün modern silahları deyil, maddi və mənəvi olmasından asılı olmayaraq, düşmənin məğlubiyyətə uğradılmasında rol oynayan bütün güc-qüvvələrə şamil olunur.
Öz mövcudluğunu qorumaq və düşmənə qələbə çalmağın yolunu silah-sursatın kəmiyyətində görənlər yanlış fikirdədirlər. Çünki biz dövrümüzdə baş vermiş döyüş meydanlarında elə millətləri gördük ki, az sayda əsgər və silahla daha güclü orduya və müasir silahlara sahib olan millətlərə qələbə çalmışlar. Buna misal olaraq Əlcəzair müsəlmanlarının Fransa dövləti qarşısındakı döyüşünü göstərmək olar.
Deməli, hər bir dövrün son model silahlarından istifadə etməklə yanaşı, ən mühüm güc və qüvvə hesab edilən əsgər və döyüşçülərin iman və ruhiyyəsinin gücləndirilməsi ilə də məşğul olmaq lazımdır. Habelə, güc və qüvvə mənasını ifadə edən, düşmənə qalib gəlməkdə çox mühüm rol oynayan iqtisadi, mədəni və siyasi qüdrətin əldə edilməsini də yaddan çıxartmaq olmaz.
Rəvayətlərdə "qüvvə” sözü üçün deyilmiş müxtəlif təfsirlər onun məfhumunun genişliyindən danışır. Məsələn, bəzi rəvayətlərdə Peyğəmbərin (s) “qüvvə deyilərkən ox nəzərdə tutulur”, - deyə buyurduğu nəql edilir.
Əli ibn İbrahimin təfsirində nəql olunmuş başqa rəvayətlərdə "ox" deyilərkən bütün silah növlərinin nəzərdə tutulduğu qeyd edilmişdir." Əyyaşinin təfsirində nəql olunmuş rəvayətə görə isə “ox” dedikdə qılınc və qalxan nəzərdə tutulur.
Və nəhayət, “Mən la yəhzuruhul-fəqih” kitabında nəql olunmuş hədisdə oxuyuruq:
"Ayədə deyilmiş “qüvvə” sözünün tətbiq olunduğu yerlərdən biri də ağ saçların qara rənglə boyadılmasıdır."
Yəni İslam dini düşməni qorxutmaq üçün yaşlı döyüşçüyə gənc siması bəxş etmək üçün saçların rənglədilməsi məsələsini diqqətdən kənar saxlamır. Bütün bunlar ayədəki “qüvvə” sözünün çox geniş məzmuna malik olduğunu göstərir.
Deməli, bir sıra rəvayətləri oxuyub "qüvvə" sözünü yalnız bir mənaya tətbiq etməklə onun geniş məzmununu məhdudlaşdıranlar danılmaz yanlışlığa yol vermişlər.
Təəssüflər olsun ki, müsəlmanların belə aydın göstərişləri olduğu halda, sanki, onu unutmuşlar. Onlar düşmənlə mübarizə aparmaq üçün nə mənəvi hazırlıqlar görür, nə də iqtisadi, mədəni, siyasi və hərbi güclərini təkmilləşdirirlər. Əfsuslar olsun ki, belə unutqanlıqla və bu kimi aydın göstərişi arxa plana atmaqla yenə də özümüzü müsəlman sayır və geriləməyimizin səbəbini İslamın boynuna atıb deyirik: Əgər İslam tərəqqi, inkişaf və qələbə dinidirsə, onda biz nə üçün geridə qalmışıq?!
Bizim fikrimizcə, İslamın böyük göstərişi olan və ayədə öz əksini : “düşmənlərə qarşı (mədəni, siyasi, iqtisadi, ictimai, hərbi və sair kimi) bütün qüvvələrinizi səfərbər edin" - cümləsini alim, yazıçı, natiq, əsgər, zabit, əkinçi, ticarətçi və bir sözlə, bütün müsəlmanlar uşaqdan böyüyə qədər hamılıqla şüar şəklində hər yerdə təbliğ edib, şəxsi həyatımızda tətbiq etsək, geri qalmağımızı üstələyə bilərik.
İslam Peyğəmbəri (s) və böyük rəhbərlərin həyatları göstərir ki, düşmənlə mübarizə aparmaq üçün hər hansı fürsəti qaçırmamışlar. Onlar silah-sursat tədarükü, əsgərlərin səfərbərliyi, onların ruhiyyəsinin gücləndirilməsi, hərbi düşərgələrin salınması, düşmənə hücum etmək üçün münasib vaxtın seçilməsi, bütün növ hərbi taktikalardan istifadə kimi mühüm məsələləri nəzərdən qaçırmamışlar.
Hüneyn döyüşü ərəfəsində Peyğəmbərə (s) xəbər verirlər ki, Yəməndə yeni silah ixtira edilmişdir. Həzrət (s) həmin silahın alınması üçün dərhal bir neçə nəfəri Yəmənə göndərir.
Ühüd müharibəsinə aid xəbərlərdə oxuyuruq: Peyğəmbər (s) müsəlmanlara bütpərəstlərin dedikləri (Ey böyük büt Hübǝl, başıuca ol!) - şüarının qarşısında bu təkbiri deməyi öyrətdi:
Müşriklər dedilər :
(Allah hər şeydən uca və üstündür).
(Böyük büt Üzza bizimdir, sizin isə Üzzanız yoxdur.) Müsəlmanlar onlara cavab olaraq dedilər:
"Bizim himayəçimiz Allahdır, amma sizin himayədarınız yoxdur.
Rəvayətlərdən məlum olur ki, Peyğəmbər (s) və müsəlmanlar düşmən qarşısında güclü şüarın təsirindən belə, yararlanır və ən gözəl şüarları seçirdilər.
İslam fiqhinin mühüm göstərişlərindən olan ox atmaq və cıdır yarışları İslamın düşmən qarşısında hazırlıqlı olma kontekstinda gördüyü tədbirlərdən bir nümunədir. Ox atmaq və cıdır yarışlarında pul qoyub, udub-uduzmağa da icazə verilmiş, bu yolla müsəlmanları yarışlara dəvət etmişdir.
2\. İslamın ümumbəşəri və əbədi olmasının sirri.
Ayənin bu cümləsindən istifadə olunan mühüm məsələ isə İslamın ümumbəşəri və əbədi olmasının sirridir. Çünki ayənin məfhum və məzmunu o qədər genişdir ki, zaman keçdikcə köhnəlmir. Ayədə keçən “وَأَعِدُّوا لَهُم مَّا اسْتَطَعْتُم مِّن قُوَّةٍ” cümləsinin min il əvvəl canlı məfhumu olduğu kimi, bu gün də var və on min il də keçsə, yenə də onun mənası canlı olaraq qalacaqdır. Çünki (məstətətum) cümləsi ümumi və (qüvvə) sözü “qeyri-müəyyən” isim olduğundan onun ümumiliyini gücləndirir və hər növ gücü ehtiva edir.
Belə bir sual yaranır ki, bu qədər geniş mənaya malik olan "qüvvə” sözündən sonra təcrübəli döyüş atlarına işarə edilməsinin səbəbi nədir? Sualın cavabını bir cümlə ilə vermək olar, belə ki ayə ümumi göstəriş olaraq bütün dövr və əsrlərə şamil olunduğu kimi, Peyğəmbərin dövrünü də əhatə edir.
Əslində, “qüvvə” sözünün ümumi məfhumu aydın bir nümunə vasitəsi ilə o dövrün ehtiyacı üçün tətbiq edilmişdir. Çünki at tankların, zirehli maşınların, təyyarələrın və vertolyotların olduğu bugünkü döyüş meydanlarında öz rolunu itirsə də, həmin dövrdə şücaətli döyüşçülər üçün ən mühüm vasitələrdən biri hesab edilirdi.
3\. Hər an hazırlıqlı olmağın humanitar və məntiqi hədəfi Yuxarıdakı göstərişin ardınca onun humanitar və məntiqi hədəfi bəyan edilir. Dünya xalqlarının hər zaman düşmən qarşısında tam hazır olmalarının hədəfi hətta öz millətlərini dağıdıcı silahlarla məhv edib, əraziləri yerlə yeksan etmək, başqalarının var-dövlətinə sahib çıxmaq, istila və quldarlığı dünyada yaymaq deyildir. Onların məqsədi, ayədə deyildiyi kimi, "Allahın düşmənlərini və öz düşmənlərinizi qorxutmaqdır”.
تُرْهِبُونَ به عَدُوَّ الله وَعَدُوَّكُمْ
Çünki bəzi düşmənlər məntiqdən kənardırlar, anladıqları yeganə məntiq güc məntiqidir. Müsəlmanlar zəif olduqca güclü düşmənlər onlarla istədikləri kimi davranırlar. Lakin kifayət qədər güclü olduqda haqq və ədalət, istiqlal və azadlıq düşmənləri qorxuya salır və öz yerlərini tanıyırlar.
(ǝduvvǝllah) və (ǝduvvǝkum) sözlərinin bir-birinə yaxın qeyd olunması göstərir ki, İslamda cihad və müdafiə xarakterli döyüşlər şəxsi prinsiplər əsasında deyil, İslam məktəbini qorumaq üçündür. Yəni sizinlə düşmənçilik edənlər bir növ Allahla düşmənçilik edirlər. Haqq, ədalət, iman, tövhid və humanitar proqramlarla düşmənçiliyə qalxdıqlarından bu kimi mövzularda sizin hücum, yaxud müdafiənizlə üzləşməlidirlər.
(Allah yolunda) cümləsi də göstərir ki, İslamda cihad və müdafiə xarakterli döyüşlər keçmişdə padşahların hökmranlıq etdikləri əraziləri daha da genişləndirməsi, yaxud bugünkü müstəmləkəçi dövlətlərin işğal və yaxud da cahil ərəb qəbilələrinin qarətçilik prinsipi əsasında deyildir. Əksinə, hər şey Allah üçün, Allah yolunda və haqq-ədalət uğrundadır.
4\. Tanınmayan düşmənlər.
Ayədə diqqət edəcəyimiz məsələlərdən biri də budur ki, müsəlmanların hərbi gücü artdıqca tanımadıqları düşmənləri də qorxuya düşürlər. "Onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləriniz də qorxacaqlar”.
( وَآخَرِينَ مِن دُونِهِمْ لاَ تَعْلَمُونَهُمُ اللهُ يَعْلَمُهُمْ)
Təfsirçilər arasında bu qrup haqqında fikir ayrılıqları vardır: Bəzi təfsir alimlərinə görə, onlar öz düşmənçiliklərini gizlədən Mədinə yəhudiləri idilər.
Bəzi təfsirçilər isə müsəlmanların gələcəkdə düşmənləri olacaq Rum imperiyası və sasanilər sülaləsinə işarə edildiyini bildirmişlər.
O dövrdə müsəlmanlar onlarla qarşılaşacaqlarını bilmədikləri üçün tanımadıqları düşmənləri ola bilərdi.
Lakin "tanınmayan düşmənlər" dedikdə münafiqlərin nəzərdə tutul duğunun daha düzgün olması görünməkdədir. Çünki onlar tanınmaz bir şəkildə müsəlmanların sıralarına sızmışdılar. İslam ordusu güclən- dikcə onlar da qorxuya düşürdülər. Buna dəlil olaraq “Tövbə” surəsinin 101-ci ayəsini qeyd etmək olar:
وَمِنْ أَهْلِ الْمَدِينَةِ مَرَدُواْ عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ نَحْنُ نَعْلَمُهُمْ
“Mədinə əhalisindən (də) bir qrupu inadkar münafqdir. Sən onları tanımırsan, Biz isə onları tanıyırıq.
Əlbəttə, ayənin məfhumunun İslamın bütün düşmənlərini, yəni münafiq və sair düşmənlərinin hamısını əhatə etdiyi də mümkündür.
Ayə bu günün müsəlmanları üçün digər göstərişin də daşıyıcısıdır. Yəni müsəlmanlar hazırlıqlarını yalnız tanımadıqları düşmənləri ilə məhdudlaşdırmamalıdırlar. Həm də potensial düşmənlərini nəzərə almalıdırlar ki, heç zaman gözlənilməz hücuma məruz qalmasınlar.
5\. Hərbi vasitələrin tədarükü.
Ayənin işarə etdiyi məsələlərdən biri də hərbi vasitələrin alınması, yaxud hazırlanması üçün lazım olan vəsaitin təmin edilməsidir. Ordu təsisatı, şəxsi heyət, silah-sursat, hərbi avadanlıq və müdafiə bazası yaratmaq üçün böyük məbləğdə maddi vəsaitə ehtiyac olduğundan müsəlmanlara xitab edərək buyurur:
"Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz”.
وَمَا تُنفِقُوا مِن شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ
Allah yolunda xərclədiyiniz vəsaitin hamısı və hətta ondan çoxu sizə veriləcəkdir.
"Sizə heç bir haqsızlıq edilməz.”
Sizə vəd olunan mükafat bu dünyada İslamın qələbəsidir, ən böyük mükafat isə axirət aləmində veriləcəkdir.
Ayədə diqqəti cəlb edən məsələlərdən biri də geniş məzmuna malik “şey" sözünün istifadə olunmasıdır. Yəni Allah yolunda xərclədi- yiniz yalnız maddi vəsait deyil, həm də can, mal və intellektual güc kimi müsəlmanların müdafiə və hərbi gücünün artırılmasında göstərdiyiniz bütün maddi və mənəvi yardımların hamısına şamildir.
6\. İslamda cihad proqramı.
Ayənin aşıladığı məsələlərdən biri də cihada hazırlıqlı olmağın məqsədi haqqındadır. Bununla da cihad proqramının məqsədindən məlumatı olmayan bəzi insanların iradlarına da cavab vermiş olur. Ayǝ aydın şəkildə buyurur ki, cihadda məqsəd insanları qırğına vermək və ya başqalarının hüququnu pozmaq deyil, əvvəllərdə dediyimiz kimi, məqsəd düşmənləri qorxutmaqdır. Həqiqətən də, müdafiə bazasının yaradılması düşmənin hücumlarının qarşısının alınması və müdafiənin təmin olunmasında mühüm əhəmiyyət daşıyır.
Müxaliflər Quranda açıq-aşkar bəyan edilmiş cihadın təsvirini öz düşüncələrində bizim təfsir etdiyimiz kimi canlandırmışdırlar ki, durmadan ona hücum edirlər? Bəzən: "İslam qılınc dinidir", yaxud: "İslam öz inancını yaymaq üçün silaha sarılmışdır" - kimi yanlış yozumlarla ortaya düşürlər. Hətta İslam Peyğəmbərini (s) dünya fatehləri ilə müqayisə etməkdən belə çəkinmirlər.