Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 25

Yusuf surəsi, 99-101-ci ayələr

Yusuf surəsi, 99-101-ci ayələr



فَلَمَّا دَخَلُوا عَلَى يُوسُفَ آوَى إِلَيْهِ أَبَوَيْهِ وَقَالَ ادْخُلُوا مِصْرَ إِنْ شَاءَ اللَّهُ آمِنِينَ .٩٩


وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا وَقَالَ يَا أَبَتِ هَذَا تَأْوِيلُ رُؤْيَايَ مِنْ قَبْلُ قَدْ جَعَلَهَا رَبِّي حَقًّا وَقَدْ أَحْسَنَ بِي إِذْ أَخْرَجَنِي مِنَ السِّجْنِ وَجَاءَ بِكُمْ مِنَ الْبَدْوِ مِنْ بَعْدِ أَنْ نَزَغَ الشَّيْطَانُ بَيْنِي وَبَيْنَ إِخْوَتِي إِنَّ رَبِّي لَطِيفٌ لِمَا يَشَاءُ إِنَّهُ هُوَ الْعَلِيمُ الْحَكِيمُ .١٠٠


رَبِّ قَدْ آتَيْتَنِي مِنَ الْمُلْكِ وَعَلَّمْتَنِي مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ فَاطِرَ السَّمَاوَاتِ وَالْأَرْضِ أَنْتَ وَلِيِّي فِي الدُّنْيَا وَالْآخِرَةِ تَوَفَّنِي مُسْلِمًا وَأَلْحِقْنِي بِالصَّالِحِينَ .١٠١


Ayələrin tərcüməsi



99\. Onlar Yusufun yanına gəldikdə o, ata-anasını qucaqlayıb dedi: "Hamınız Misirə daxil olun! Allahın istəyi iləəmin-amanlıqda olacaqsınız."

100\. Ata-anasını taxtın üstündəəyləşdirdi. Onlar ona (Yusufa) görə səcdə etdilər. O dedi: "Atacan! Bu, daha öncə gördüyüm yuxumun yozumudur. Rəbbim onu gerçəkləşdirdi. O, yaxşlıq edib məni zindandan çıxartdı, şeytan mənimlə qardaşlarım arasına fitnə saldıqdan sonra sizi səhradan gətirdi. Rəbbim istədiyinə qarşı lütfkardır. Çünki O, biləndir, hikmət sahibidir.

101\. Ey Rəbbim! Sən mənə böyük bir hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim himayədarımsan. Canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.

Ayələrin təfsiri.



Əhvalatın sonluğu.

Özü ilə böyük müjdə daşıyan karvanın Kənana daxil olması, qoca Yǝqubun (ə) gözlərinin açılması xəbəri Kənanda titrəyiş yaratdı; xəbər ildırım sürətilə hər tərəfə yayıldı, xəbəri eşidən hər kəs hadisənin şahidlərini yaxından görmək, Yǝqubun (ə) ailəsinə gözaydınlığı vermək üçün onun evinə axışırdı. Uzun illər kədər libasını əyinlərindən çıxartmayan ailə onların hamısını bir kənara atıb, şadlıq libasına bürünmüşdü. Yəqubun (ə) ailəsini bu qədər şad görən olmamışdı. Onlar öz sevinclərini gizlətmir, Allahın bu qədər neməti onlara əta etdiyinə görə tez-tez Allaha minnətdarlıqlarını bildirirdilər.

Yusufun (ə) tapşırığına əsasən, ailə tez bir zamanda Misirə daşınmalı idi. Səfərə hazırlıq işləri artıq görülmüşdü. Təyin olunan vaxtda ailə yola düşdü. Yəqub (ə) at üstündə yol boyu zikr deyir, şükür edirdi. Vüsal eşqi onu yorulmağa qoymur, gücünə güc qatırdı. O sanki yenidən cavanlaşmışdı. Qardaşların da əvvəlki səfərlərdən fərqli olaraq bu dəfəəhvalları yerində idi. Karvanda hamı – böyük-uşaq onları gözləyən xoş günlərin şövqü ilə yolçuluğun ağır məşəqqətini hiss etmir, yorğunluq- ları olsa belə, biruzə vermirdi.

Kəbə eşqi tələsik aparır külək kimi

Tikanlar ayaq altda incəlir ipək kimi sop

Günlər, sanki, başa çatmaq bilmir, yerini axşama vermək istəmirdi. Saatlar, günlər niyə bu qədər ləng ötüşürdü? Vüsal şövqü hər dəqiqəni saata, hər saatı günə çevirirdi. Nəhayət, uzaqdan Misirin abad görüntüləri – asimana ucalan ağacları, yaşıl tarlaları, qəsrləri gözə dəydi.

Bizim nəql etdiyimiz bu müqəddimə Quranda gəlməmişdir. Quran öz həmişəki üslubuna uyğun olaraq bir çox hadisənin təfsilatını ixtisara salmaqla düşüncəyə həvalə edir. Bu mərhələdə Quran belə deyir: "Onlar Yusufun (ə) yanına gəldikdə o, ata-anasını qucaqladı."

فَلَمَّادَخَلُواْعَلَىيُوسُفَآوَىإِلَيْهِأَبَوَيْهِ


Rağib İsfahaninin “Müfrədat” kitabında göstərdiyi kimi, (əva) kəlməsi, əslində, bir şeyi başqa bir şeyə bitişdirməyə deyilir. Yusufun (ə) ata və anasını özünə “bitişdirməsi", yəni onları bağrına basması.

Axır ki Yǝqubun (ə) ömrünün ən şirin anı gəlib yetişdi. Uzun illərin ayrılığından sonra baş tutan bu görüşdə Yəqubla (ə) Yusufun (ə) hansı anları yaşadığını Allahdan başqa kimsə bilmir. Onlar bu dəqiqələrdə hansı hissləri keçirirdilər, sevincdən necə göz yaşları axıdırdılar bizə məlum deyil.

Sonra Yusuf (ə) onların hamısına dedi: "Hamınız Misirə daxil olun! Allahın istəyi iləəmin-amanlıqda olacaqsınız.”

Misir Yusufun (ə) hökuməti illərində özünün ən əmin-aman dövrünü yaşayırdı. Onun son cümləsindən anlaşılır ki, ailəsini qarşılamaq üçün şəhərin qala qapılarından çölə çıxmışdı. Bəlkə də, şəhərdən kənara işarə edən (3) cümləsi bizə anladır ki, Yusuf (ə) valideyn və qardaşlarını qarşılamaq üçün orada xeymələr qurulmasına, bəzi qonaqlıq tədbirlərinin görülməsinə göstəriş vermişdir.

Kənanlı qonaqlar Yusufun (ə) sarayına daxil olanda Yusuf (ə) ata və anasını yuxarı başda, kürsüdə oturtdu.

Allahın Yusufa (ə) bəxş etdiyi bu əzəməti, neməti müşahidə edən qardaşlar, ata və ana bu mənzərədən elə təsirləndilər ki, biixtiyar olaraq hamısı Yusufun (ə) qarşısında səcdəyə düşdülər: “Ata-anasını taxtın üstündəəyləşdirdi”.

الْعَرْشِوَخَرُّواْلَهُسُجَّدًا


Bu zaman Yusuf (ə) üzünü atasına tutub dedi: "Atacan! Bu, daha öncə gördüyüm yuxumun yozumudur”.

(وَقَالَيَاأَبَتِهَذَاتَأْوِيلُرُؤْيَايَمِنقَبْلُ)


Yadındadır ata, mən uşaq ikən yuxuda Günəşin, Ay və on bir ulduzun qarşımda səcdə etdiyini görmüşdüm. Bax, sən öncədən necə demişdinsə, elə də oldu. “Rəbbim onu gerçəkləşdirdi.”

(وَقَدْأَحْسَنَبِيإِذْأَخْرَجَنِيمِنَالسِّجْنِ)


O yaxşılıq edib məni zindandan çıxartdı.

Bu ayədə maraqlı bir məqam Yusufun (ə) başına gələnləri atasına danışarkən ancaq Misirdə zindana düşməsini deməsidir. Yusuf (ə) qardaşlarının xatirinə Kənan quyusunun adını çəkmir. Sonra sözünə belə davam etdi: "Şeytan mənimlə qardaşlarım arasına fitnə saldıqdan sonra sizi səhradan gətirdi”.

(وَجَاءبِكُممِّنَالْبَدْوِمِنبَعْدِأَننَّزِغَالشَّيْطَانُبَيْنِيوَبَيْنَإِخْوَتِي)


Ayənin bu yerində biz yenə də Yusufun (ə) qəlbinin genişliyinin şahidi oluruq. Yusuf (ə) müqəssirin kim olduğuna diqqət çəkmədən, təkcə üstüörtülü şəkildə “şeytan araya girdi və işləri korladı" deyir. Aydın görünür ki, Yusuf (ə) qardaşlarının keçmiş günahlarından şikayət etmək istəmir.

Ayədə Kənan diyarının biyaban adlandırılması da maraq doğurur. Bunu deməklə Quran o zaman Kənanla müqayisədə Misirin daha inkişaf etmiş ölkə, sivilizasiyaya sahib olduğuna diqqəti çəkir.

Yusuf (ə) sonda bütün bu nemətlərin Allah tərəfindən olduğunu dedi: "Rəbbim istədiyinə qarşı lütfkardır." O kimin ehtiyaclı, həmçinin kimin ləyaqətli olduğunu bilir. “Çünki O, biləndir, hikmət sahibidir”.

(إِنَّهُهُوَالْعَلِيمُالْحَكِيمُ)


Yusuf (ə) üzünü həqiqi mülk sahibinə tutub təşəkkür və minnətdar- lığını bildirərək dedi: "Ey Rəbbim! Sən mənə böyük bir hakimiyyət verdin”.

(رَبِّقَدْآتَيْتَنِيمِنَالْمُلْكِ)


“Mənə yuxuları yozmağı öyrətdin."

Zahirdə sadə görünən bu elm mənim və bir çox bəndələrinin həyatında bir çox dəyişikliklərə səbəb oldu. Elm necə də bərəkətli imiş!

“Ey göyləri və yeri yaradan”. Buna görə də hər şey sənin gücünün qarşısında baş əyir, təslim olur. “Sən dünyada da, axirətdə də mənim himayədarımsan.”

“Canımı müsəlman (buyruqlarına itaət edib təslim olanlar) kimi al və məni əməlisalehlərə qovuşdur”.

Yusuf (ə) duasında bunu demək istəyir ki, mən səndən hökumətdə qalmağımı, dünya həyatını istəmirəm. Bunların hamısı fanidir. Dünya hakimiyyəti və zinəti ancaq uzaqdan cəlbedici görünür. Mənim səndən istədiyim budur ki, aqibətimi xeyir edəsən, işlərimin sonu xeyirə calansın, xeyirlə başa çatsın. Mən həyatdan sənə itaətkarlar, əmirlərin qarşısında təslim olanlar kimi getmək istəyirəm. Mənim üçün önəmli olan axirətdə salehlərin, ləyaqətlilərin, sadiq və xalis dostlarının sırasında olmaqdır.

İncəliklər:



1\. Allahdan qeyrisinə səcdəyə icazə verilirmi?

Bu kitabın birinci cildində "mələklərin Adəmə səcdə etmələri" bəhsində qeyd olunduğu kimi, səcdə "pərəstiş”, "ibadət” mənasında ancaq Allaha məxsusdur. Allahdan başqasına pərəstişi heç bir firqə qəbul etmir. Bütün peyğəmbərlərin dəvət etdiyi tövhidin və onun mühüm məsələlərindən olan "ibadətin tövhidi" məsələsinin anlamı da elə budur. Buna görə də nə Allahın peyğəmbəri olan Yusuf (ə) ona səcdə edilməsinə icazə verərdi, nə də Yǝqub (ə) kimi böyük bir peyğəmbər belə bir hərəkət edərdi. Ən başlıcası isə Quran bu əməli tərifləməz, ən azı icazəli bilməzdi. Deməli, bu səcdə Allaha edilmiş bir şükür səcdəsi olmuşdur. O Allaha ki, bütün bu nemətləri, dərəcəni, əzəmət və böyüklüyü Yusufa (ə) bəxş etmiş, Yǝqub (ə) ailəsinin çətinliklərini həll etmişdi. Belə olan surətdə Yəqubun (ə), zövcəsinin və övladlarının Allaha etdiyi səcdə Yusufa (ə) görə olduğu üçün ona hörmət və ehtiram əlaməti də sayılırdı. Bu baxımdan (ləhu) sözündəki əvəzlik Yusufa (ə) işarə edəcək və yuxarıdakı açıqlama ilə də tam uyğun gələcəkdir.

İkinci bir yanaşmaya görə, ayədəki “səcdə” kəlməsi özünün geniş mənasında işlənmiş və təvazökarlığı, səmimi təzimi ifadə etmişdir. Çünki səcdə heç də həmişə özünün məşhur mənasında işlənmir, hərdən bütün növ təvazökarlığı bildirən mənada da işlənir. Bu baxımdan bəzi müfəssirlər belə demişlər: "O dövrdə salamlaşarkən, səmimi görüşərkən bir-birinə baş əymək, ehtiramla təzim etmək adi hal idi. Sözügedən ayədəki "səcdə” kəlməsi də bu mənada işlənmişdir."

Amma mənası “yerə düşmək" olan (xərru) sözünə diqqət etdikdə, səcdəyə düşənlərin “səcdəsinin" salamlaşmaq, ehtiram əlaməti olaraq baş əymək mənası ilə uzlaşmadığını görürük.

Böyük təfsirçilərdən bəzisinin fikri isə belədir: “Yəqubun (ə), qardaşların və onların analarının səcdəsi Allah üçün olmuşdur. Yusuf (ə) isə Kəbə evi kimi onlara qibləgah durmuşdu. Bu üzdən ərəblərin danışığında hərdən belə deyildiyini eşidirik: "Filankəs qibləyə sarı namaz qıldı”.

( فلانصلىللقبلة)


Bizim nəzərimizə görə, birinci yanaşma daha inandırıcı görünür. Xüsusi ilə də Əhli-beytdən (ə) nəql olunmuş hədislərə nəzər salanda, onların da oxşar açıqlamanı verdiyini görürük. Həmin hədislərdə belə qeyd olunmuşdur:

“كانَ سُجُودُهُم لله” və ya “عبادةً لله” “Onların səcdəsi (bir ibadət kimi) Allaha görə olmuşdur.”

Hədislərin bəzisində oxuyuruq:

# كانَطاعةًللهوَتَحيَّةًلِيُوسُفَ


"Bu səcdə Allaha itaət, (amma eyni zamanda həm də) Yusufa (ə) ehtiram üçün edilmişdir.

Adəmə mələklərin səcdə etməsi əhvalatında da mələklərin səcdəsi Allah üçün idi. Mələklər belə bir heyrətamiz varlığı yaratdığı üçün Allaha ibadət etməklə yanaşı, həm də Adəmin məqam vəəzəməti qarşısında ona ehtiram əlaməti olaraq səcdə etdilər. Bu, ona bənzəyir ki, bir nəfər çox mühüm bir iş görür və biz də belə bir bəndəni yarat- dığı üçün Allaha səcdə edirik. Bu səcdə həm Allah üçündür, həm də həmin şəxsə ehtiramımızı bildirmək üçün.

2\. Şeytanın vəsvəsələri.

“تَزغَ الشَّيْطَانُ بَيْنِي وَبَيْنَ إِخْوَتِي” -cümləsində fəsad məqsədi ilə bir işə qatılmaq anlamını verən “nəzğə” kəlməsi bir dəlil olaraq bizə göstərir ki, insanın qarşılaşdığı beləəhvalatlarda şeytan həmişə mühüm rol ifa edir. Öncə də qeyd etmişdik ki, şeytanın vəsvəsəsi təklikdə bir iş görə bilmir. Son qərarı qəbul edən insandır. İnsan özü qəlbinin qapısını şeytana açır və onun içəri daxil olmasına icazə verir. Buna görə də yuxarıdakı ayədən iradə azadlığının əleyhinə istifadə olunacaq bir məna çıxartmaq olmur.

Sadəcə, ürəyi geniş olan Yusuf (ə) insanlıq dərsi nümayiş etdirərək, kifayət qədər xəcalət hissi keçirən qardaşlarının hər şey yaxşılığa doğru getdiyi bir vaxtda xoş ovqatını korlamamaq, onları bir daha utandırmaq istəmədiyi üçün işi kimin gördüyünə işarə etmir, təkcə ikinci dərəcəli səbəbkarı, yəni şeytanın vəsvəsəsini qeyd edir.

3\. Əmin-amanlıq, sabitlik Allahın ən böyük nemətidir Misirdəki bütün nemətlərin arasında Yusuf (ə) "barmağını" əmin- amanlığın üstünə qoydu və ata, ana və qardaşlarına dedi: "Hamınız Misirə daxil olun! Allahın istəyi iləəmin-amanlıqda olacaqsınız." Yusufun (ə) bu sözü onu göstərir ki, sabitlik, əmin-amanlıq bütün nemətlərin köküdür. Həqiqətən də, bu belədir. Çünki əmin-amanlıq aradan getdiyi zaman digər maddi-mənəvi nemətlərə təhlükə yaranır. Qeyri-sabit mühitdə nə ibadət etmək mümkün olur, nə rahat nəfəs almaq, nə də sərbəst gəzib-dolaşmaq; cəmiyyət öz nizamlı axarını itirir, insanlar daim qorxu içində yaşayırlar.

Mümkündür ki, Yusuf (ə) bu cümlə ilə Misir ölkəsinin onun hakimiyyəti altında dünənki "firon" ölkəsi olmadığını nəzərə çatdırmaq İstəyirmiş. Anlatmaq istəyirmiş ki, artıq bu ölkədə insanların istismarına, əzilməsinə son qoyulmuş, ədalətsizlik aradan qalxmış, azad nəfəs almaq, qorxusuz yaşamaq, işləyib-yaratmaq üçün hər bir imkan yaradılmışdır.

4\. Elmin əhəmiyyəti.

Yusuf (ə) bu dəfə də hadisələrin yekununda yenidən yuxuyozma elminə toxunur, diqqəti zahirdə sadə görünən bu elmin doğurduğu böyük işlərə yönəldir. Elmin sayəsində böyük bir hökumətə sahiblənməsindən danışır və bununla, nə qədər sadə olsa belə, elmin əhməmiyyətini, insan həyatına, cəmiyyətə təsirini açıqlayır. Yusuf (ə) deyir: "Ey Rəbbim! Sən mənə böyük bir hakimiyyət verdin və mənə yuxuları yozmağı öyrətdin”.

رَبِّقَدْآتَيْتَنِيمِنَالْمُلْكِوَعَلَّمْتَنِيمِنتَأْوِيلِالأَحَادِيثِ


5\. Xoş aqibət.

İnsan ömrü boyu bir çox vəziyyətlərə düşə, taleyində mühüm hadisələrlə qarşılaşa bilər, amma onun həyatının həlledici məqamları, əsas dönüşü ömrünün son səhifələri ilə bağlı olur. Çünki ömür kitabı sona yaxınlaşır; onu necə bağlamaq, hansı sonluqla başa vurmaq qərarı insanın yekun hökmünə bağlıdır. Bu üzdən imanlı, sayıq şəxslər həmişə Allahdan ömürlərinin bu səhifələrinin nurlu olmasını diləyirlər. Yusufun (ə) da Allahdan dilədiyi bu idi: “Canımı müsəlman kimi al və məni əməlisalehlərə qovuşdur”.

تَوَفَّنِيمُسْلِمًاوَأَلْحِقْنِيبِالصَّالِحِينَ


Səhv anlaşılmasın, Yusuf (ə) Allahdan ölüm istəmirdi. Necə ki İbn Abbas belə güman etmiş, Yusufun (ə) bu diləyi barədə demişdir: "Yusuf (ə) peyğəmbərdən başqa heç bir peyğəmbər Allahdan ölüm arzulamamışdır. Hökuməti bərkidiyi bir zamanda Yusufun (ə) qəlbində Allaha eşqi elə şölələndi ki, həmin anda Yusuf (ə) məhbubuna qovuşmağı arzuladı."

Mümkündür ki, Yusufun (ə) bu xahişi, sadəcə, bir şərtin xahişi olsun. Yəni Yusuf (ə) Allahdan xahiş edir ki, ölüm ayağında Allah onu imanla, İslamla dünyadan aparsın. Necə ki İbrahim (ə) və Yəqub (ə) öz övladlarına oxşar tövsiyəni vermiş, demişlər: “siz dünyadan yalnız müsəlman olaraq (Allahın fərmanına təslim olaraq) köçməlisiniz”.

تَمُوتُنَّإِلَّاوَأَنتُممُّسْلِمُونَ


Əksər müfəssirlər məhz bu izahı məqbul hesab etmişlər.

6\. Yusufun (ə) Misirə (doğma) anası gəlmişdimi?

Ayənin zahirindən Yusufun (ə) anasının həmin dönəmdə Misirə gələnlər arasında olduğunu, səcdə edənlərlə birgə səcdəyə düşdüyünü görürük. Amma bəzi müfəssirlərin israrla bildirdiyinə görə, Yusufun (ə) anası Rahil çoxdan dünyasını dəyişmişdi. Misirə gələn “ana” isə Yusufun (ə) xalası olmuşdur. Çünki Yusufun (ə) xalası ona analıq etdiyi üçün onun anası sayılırdı. Tövratda bu məsələ başqa cür verilmişdir.

Tövratın "yaradılış sifri" bölümü, 35-ci fəslində oxuyuruq: "Rahil Benyamini dünyaya gətirdikdən sonra vəfat etdi."

Vəhəb ibn Münəbbə və Kəbül-Əhbardan nəql olunmuş bəzi hədis- lərdə də eyni fikir söylənmişdir. Görünür, onların bu fikri Tövratdan götürülmüşdür. Bununla belə, Yusufun anasının həmin gün sağ olması barədə Quran ayəsinin zahirdə dediyi bu sözünü qəti bir sübutumuz olmadan təvil, başqa cür təfsir edə bilmərik.

7\. Yusuf (ə) başına gələnləri atasına niyə demədi?

Rəvayətlərin birində İmam Sadiqdən belə nəql olunur: "Yaqub (ə) Yusufa (ə) qovuşduqdan sonra bir gün ona dedi: "Övladım! Başına nə gəldiyini dəqiqliyi ilə bilmək istəyirəm. Danış görüm, qardaşların sənin başına nə oyunu açdılar?”

Yusuf (ə) atasından xahiş etdi ki, bu marağından vaz keçsin, keçmişdə olanları ondan soruşmasın, amma Yǝqub (ə) onu Allaha and verdi, danışmasını istədi. Yusuf (ə) başına gələnlərin ancaq bir hissəsini atasına danışdı. Onun dedikləri bu oldu: Qardaşlarım məni tutdular, quyunun başına gətirdilər. Mənəəmr etdilər ki, köynəyimi çıxarım. Mən onlara - sizi and verirəm atamız Yaquba, köynəyi əynimdən çıxartmayın, məni çılpaq qoymayın deyib, yalvardım. Onlardan biri üzərimə bıçaq çəkib, qışqıraraq - soyun! -dedi."

Yusufun (ə) son cümləsini eşidəndə Yəqub dözmədi, fəryad edib huşunu itirdi. Özünə gələndə Yusufdan (ə) xahiş etdi ki, əhvalatın ardını danışsın. Yusuf (ə) dedi: "Səni and verirəm İbrahimin, İsmailin, İshaqın Allahına! Bunu məndən istəmə, məni üzrlü bil... Yusufun (ə) bu andından sonra Yəqub fikrindən daşındı.”

Nəql etdiyimiz hədisdən anlaşılır ki, Yəqubun maraq hissi onu rahat buraxmasa da, Yusuf (ə) keçmişin acı xatirələrini danışıb, yenidən həm özünə, həm də atasına əzab yaşatmaq istəmirdi.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...