Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 26
Yusuf surəsi, 102-107-ci ayələr
Yusuf surəsi, 102-107-ci ayələr
ذَلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوا أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ .١٠٢
وَمَا أَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ .١٠٣
وَمَا تَسْأَلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ .١٠٤
وَكَأَيِّنْ مِنْ آيَةٍ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ .١٠٥
وَمَا يُؤْمِنُ أَكْثَرُهُمْ بِاللَّهِ إِلَّا وَهُمْ مُشْرِكُونَ .١٠٦
أَفَأَمِنُوا أَنْ تَأْتِيَهُمْ غَاشِيَةٌ مِنْ عَذَابِ اللَّهِ أَوْ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ .١٠٧
Ayələrin tərcüməsi
102\. Bu sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar qərara gəlib plan qurduqları vaxt sən onların yanında deyildin.
103\. Sən nə qədər israrlı olsan da, insanların çoxu iman gətirməyəcək.
104\. Sən onlardan bir mükafat istəmirsən. Bu, aləmlər üçün yalnız bir xatırlatmadır.
105\. Göylərdə və yerdə nə qədər əlamət vardır ki, onların yanından üz çevirib keçirlər.
106\. Allaha iman gətirdiklərini iddia edənlərin çoxu müşrikdir
107\. Məgər onlar Allahın (hər tərəfi) bürüyən əzabından yaxa qurtaracaqlarına, ya da gözləmədikləri bir vaxt saatın (Qiyamətin) qəfildən gəlməyəcəyinəəmindirlər?
Ayələrin təfsiri.
Bütün nəql olunan bu hekayə heç bir tarixi xurafatın, əfsanənin yer almadığı tam bir gerçəklik idi. Yusufun (ə) əhvalatı bütün ibrətləri, qiymətli dərsləri ilə başa çatdıqdan sonra bu sözü bir daha təsdiqləyir- miş kimi, Quran sözünü peyğəmbərə yönəldərək deyir: “Bu sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir”.
ذَلكَمِنْأَنبَاءِالْغَيْبِنُوحيهإِلَيْكَ
"Onlar qərara gəlib plan qurduqları vaxt sən onların yanında deyildin”.
(وَمَاكُنتَلَدَيْهِمْإِذْأَجْمَعُواأَمْرَهُمْوَهُمْيَمْكُرُونَ)
Hadisənin təfərrüatlarını, xırda detallarını ancaq Allah bilir və ya hadisənin canlı şahidləri bilirdilər. Sən isə orada yox idin. Buna görə də sən yalnız ilahi vəhy yolu ilə bu məlumatları əldə etmişsən.
Buradan aydın olur ki, Yusufun (ə) hekayəsi Tövratda öz əksini tapsa da, hətta təbii olaraq yaxın coğrafiya olduğu üçün Hicazda bu hekayədən xəbərdar olsalar belə, yenə də bütün əhvalat təfərrüatları ilə nəql olunmurdu. Üstəlik, camaat arasında nəql olunan bu hekayənin xurafatdan, hər cür kənar müdaxilədən xali olduğunu heç kəs iddia edə bilməzdi. Belə olan halda, insanlar vəhyin bütün əlamətlərini gördük- dən, ilahi nəsihətləri eşitdikdən sonra iman gətirməli, günahdan çəkinməli idilər. Amma Qurani-Kərim bildirir ki, ey peyğəmbər! "Sən nə qədər israrlı olsan da, insanların çoxu iman gətirməyəcək."
Ayədəki (hərəs) kəlməsi peyğəmbərin xalqın iman gətirməsi üçün necə narahatçılıq keçirdiyini, həddən artıq maraqlı olduğunu göstərən bir dəlildir. Amma nə faydası? İnsanların iman gətirməsi üçün peyğəmbərin narahatçılığı, israrı təkcə yetərli ola bilməz. Bunun üçün həm də insanların yetərli tutumları, qabiliyyətləri olmalıdır. Biz görürük ki, peyğəmbər ocağında böyüməsinə, peyğəmbər tərbiyəsini görməsinə baxmayaraq, Yəqubun (ə) övladları nəfslərinin çəngində giriftar qaldılar. Nəfsləri onları o yerə qədər sürüklədi ki, hətta öz qardaşlarını öldürməyə qalxdılar. Bir halda ki, peyğəmbərin övladları nəfslərinin əlindəəsir olur, bütün xalqın nəfs zəncirini qırıb, şəhvət, qəzəb divinin çəngindən xilas olacağını necə gözləmək olar? Xalqın hamısı bir nəfər kimi kamil surətdə Allaha iman gətirərmi?
Bu ayə həm də təsəlliverici səciyyə daşıyır. Peyğəmbərə (s) ürək verib deyir ki, xalqın öz küfründən əl çəkməməsinə görə ürəyini sıxmasın; iman gətirənlərin sayı azdırsa, buna görə yorulub, məyus olmasın. Oxşar tövsiyə ilə Quranın digər ayələrində də rastlaşırıq:
فَلَعَلَّكَبَاخِعٌنَفْسَكَعَلَىآثَارِهِمْإِنلَّمْيُؤْمِنُوابِهَذَاالْحَدِيثِأَسَفًا
“Əgər bu kəlama inanmırlarsa, etdikləri əməllərə görəözünü qəm- qüssədən həlakmı edəcəksən?"
Quran bu sözün ardınca əlavə edib deyir ki, onların artıq sənin dəvətini qəbul etməmələrinə bir bəhanələri, üzrləri yoxdur. Çünki sənin söylədiklərində haqqın aydın nişanələri var və bundan başqa, axı sən onlardan bir mükafat da istəmirsən”.
(وَمَاتَسْأَلُهُمْعَلَيْهِمِنْأَجْرِ)
Bunu bəhanə gətirib, müxalif olsunlar.
Bu, ümumi bir dəvətdir, hamı üçün açılmış geniş bir süfrədir. "Bu, aləmlər üçün yalnız bir xatırlatmadır”.
إِنْهُوَإِلَّاذِكْرٌلِّلْعَالَمِينَ
Onlar görən gözləri, eşidən qulaqları olmadığı üçün yollarını azmışlar. “Kor” və “kar” olduqları üçün də “göylərdə və yerdə nə qədər əlamət vardır ki, onların yanından üz çevirib keçirlər.”
آيَةٍفِيالسَّمَاوَاتِوَالأَرْضِيَمُرُّونَعَلَيْهَاوَهُمْعَنْهَامُعْرِضُونَ
Onlar hər gün gözləri ilə Günəşin şərqin üfüqündən baş qaldırıb qızılı şüaları ilə dağlara, düzlərə şəfəq saçdığını, qürub vaxtı isə qərbin üfüqündə öz yatağına çəkildiyini, hər yerin zülmətə büründüyünü görürlər.
Təbiətdə müşahidə etdiyimiz heyrətamiz nizam-intizam – Günəşin batıb-çıxması, insanın, heyvan və bitkilərin quruluşu, yaşam tərzi, çayların, şəlalələrin zümzüməsi – bir sözlə, adi daş-qaya, gördüyümüz hər canlı və cansız varlıq o qədər aşkar şəkildə Yaradanı anladır ki, bunları görüb düşünməyən insanın özü daş, qayadır!
Biz, demək olar ki, hər gün üzdə sadə görünən bir çox şeylərin yanından etinasız ötüb keçir, onlara əhəmiyyət vermirik. Bir gün eşidirik ki, hansısa alim bizim əhəmiyyət vermədiyimiz həmin əşya, ya canlının üzərində uzun müşahidə, tədqiqat işləri apardıqdan sonra dünyanı təəccübdə qoyacaq heyrətamiz bir sirri kəşf etmişdir.
Bir qayda olaraq mühüm olan budur ki, biz bu aləmdə heç bir şeyin üzdə göründüyü qədər sadə vəəhəmiyyətsiz olmadığını bilək. Çünki hər bir varlıq elmi və hikməti sonsuz olan Allahın əsəridir. Sadə vəəhəmiyyətsiz olan, yaradılışı sadə vəəhəmiyyətsiz hesab edənlərin özləridir.
Quran bunları nəzərdə tutaraq Peyğəmbərə (s) deyir ki, onların sənə nazil olan ayələrə iman gətirmədiklərinə təəccüblənmə. Çünki onlar hər tərəfdən əhatə olunduqları yaradılış ayələrinə də iman gətirməmişlər. Sonrakı ayədə isəəlavə edərək deyir: "Allaha iman gətirdiklərini iddia edənlərin çoxu müşrikdir”.
(وَمَايُؤْمِنُأَكْثَرُهُمْبِاللهِإِلَّاوَهُممُّشْرِكُونَ )
Quran bu ayədə demək istəyir ki, iman gətirənlərin çoxu özlərini xalis mömin hesab edə bilərlər, amma onların əksəriyyətinin düşüncə, söz vəəməllərində şirkin zərrələri gizlənmişdir. İman insanın ancaq Allahın varlığına etiqadından ibarət deyil. Tövhidə xalis etiqadı olan o şəxsdir ki, Allahdan başqa onun ruhunda, qəlbində heç bir məbud yer tutmasın. Həqiqi möminin sözü də, əməli də ancaq Allah üçün olmalıdır; onun üçün Allahın qanunundan yüksək qanun olmamalıdır; mömin Allahın bəndəlik zəncirindən başqa heç bir halqanı boynuna keçirməməlidir; ilahi fərmanları könlü istəsə də, istəməsə də, cani-dildən qəbul etməlidir; Allah, yoxsa nəfs – deyib, iki yol ayrıcında qalanda, Allahı deyən yolu seçməlidir. Hər cür şirkdən – əqidədə, sözdə, əməldə şirkdən təmizlənmiş xalis iman budur!
Doğrusu, göstərilmiş xüsusiyyətləri nəzərə alıb dəqiqliyi ilə araş- dırma aparsaq, görəcəyik ki, xalis iman sahibləri çox azdır. Bu üzdəndir ki, hədislərin birində İmam Sadiq (ə) belə deyir: “İnsanın işlərindəki şirk qarışqanın hərəkətindən daha gizlidir."
Başqa bir hədisdə oxuyuruq: “Kiçik şirki sizin üçün ən təhlükəli, ən çox qorxduğum şey hesab edirəm." Səhabələri soruşdular: “Kiçik şirk nədir ey Allahın Rəsulu?” Peyğəmbər (s) dedi: “Riyakarlıq. Qiyamət günü insanlar öz əməlləri ilə Allahın hüzuruna çıxacaqları gün Allah dünyada riyakarlıq edənlərə deyəcək: “Gedin riyakarlıq etdiyiniz şəxslərin yanına, görün sizə mükafat verirlərmi?"
Sözügedən ayənin təfsiri barədə İmam Baqirdən (ə) belə nəql olunur: “Bu ayədə “şirk” deyərkən, ibadətdəki yox, itaətdəki şirk nəzərdə tutulmuşdur. İnsanların etdikləri günahlar itaətkarlıqda şirkdir. Çünki günah edənlər şeytana itaət edir, Allaha itaətdə şeytanı da Allaha ortaq edirlər. "
Rəvayətlərin bəzisində belə nəql olunur: “Ayədəki şirk nemətlə bağlı şirkdir. Məsələn, bir nəfər deyir: “Bu yerə, bu çörəyə filankəsin sayəsində çatmışam. Əgər filankəs olmasaydı, mən məhv olmuşdum. Bu şəxs Allaha idarəedici ortaqlar qoşmuş, onları ruziverən, bəla və müsibətləri dəf edən hesab etmişdir."
Xülasə, sözügedən ayədə “şirk” deyərkən, küfr, rəsmi olaraq Allahı inkar etmək, bütpərəstlik nəzərdə tutulmur. Necə ki İmam Rzadan (ə) nəql olunan bir hədisdə deyilir: "Şirk hələ “küfr” demək deyil (küfrü tam olaraq ifadə etmir, çatdırmır).
Amma "şirk” özünün geniş mənasında bütün deyilənlərə şamil olunur.
Qurani-Kərim sonrakı ayədə iman gətirməyən, Allahın aydın ayələrinin yanından xəbərsiz ötüb keçənlər, əməllərində müşrik olanlara xəbərdarlıq edərək deyir: “Məgər onlar Allahın (hər tərəfi) bürüyən əzabından yaxa qurtaracaqlarına, ya da gözləmədikləri bir vaxt saatın (Qiyamətin) qəfildən gəlməyəcəyinəəmindirlər?"
عَذَابِاللهِأَوْتَأْتِيَهُمُالسَّاعَةُبَغْتَةًوَهُمْلَايَشْعُرُونَ
Ayədə keçən (ğaşiyə) kəlməsi “örtük”, “örtən” mənasını verir. Məsələn, atın yəhərinin üzərinə onu tamam örtən böyük bir parça salırlar. Bu parçaya “ğaşiyə” deyilir. Sözügedən ayədə bu kəlmənin ifadə etdiyi məna budur ki, Allahın cəzası, bəlası bütün günahkarları bürüyəcəkdir.
(əs-saə) sözü Qiyaməti nəzərdə tutur. Digər ayələrdə də bu söz eyni mənadan çıxış etmişdir. Amma belə bir ehtimal da var ki, (əs-saə) sözü qəfil hadisələrə işarədir. Çünki Quran ayələri dəfələrlə bildirmişdir ki, Qiyamət zəlzələ, tufan, ildırım kimi bir sıra tükürpədici fövqəladə hadisələrlə yanaşı başlayacaqdır.
Digər bir ehtimala görə isə sözügedən kəlmə ölüm saatına işarədir. Amma birinci təfsir daha məqbul görünür.