Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 3

Yusuf surəsi, 7-10-cu ayələr

Yusuf surəsi, 7-10-cu ayələr



لَقَدْ كَانَ فِي يُوسُفَ وَإِخْوَتِهِ آيَاتٌ لِلسَّائِلِينَ .٧


إِذْ قَالُوا لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَى أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَالٍ مُبِينٍ .٨


اقْتُلُوا يُوسُفَ أَوِ اطْرَحُوهُ أَرْضًا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا مِنْ بَعْدِهِ قَوْمًا صَالِحِينَ .٩


قَالَ قَائِلٌ مِنْهُمْ لَا تَقْتُلُوا يُوسُفَ وَأَلْقُوهُ فِي غَيَابَتِ الْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ السَّيَّارَةِ إِنْ كُنْتُمْ فَاعِلِينَ .١٠


Ayələrin tərcüməsi



7\. Yusuf və qardaşlarının (hekayəsində) soruşanlar üçün əlamətlər (hidayət əlamətləri) vardır.

8\. Bir zaman (qardaşları) dedilər: "Biz güclü bir dəstə olmağımıza baxmayaraq, Yusuf və qardaşı (Benyamin) atamıza bizdən daha sevimlidir. Şübhəsiz, atamız aşkar bir yanlışlıq içindədir.

9\. Yusufu ya öldürün, ya da uzaq bir yerə atın ki, atanızın diqqəti yalnız sizə yönəlsin. Bundan sonra (günahınızdan tövbə edib) əməlisalehlərdən olarsınız".

10\. Onlardan biri dedi: "Yusufu öldürməyin! Əgər nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün!"

Ayələrin təfsiri.



Sonuncu plan.

Buradan Yusufun (ə) qardaşlarının onunla münaqişə etməsi cǝrǝ- yanı başlayır. Birinci ayədə bu dastanın bir çox tərbiyəvi dərslərinə işarə edilərək buyurulur: "Yusuf və qardaşlarının (hekayəsində) soruşanlar üçün əlamətlər (hidayət əlamətləri) vardır".

Ayədə "sual verən kəslər" dedikdə kimin nəzərdə tutulması barədə bəzi təfsirçilər (Qurtubinin “Əl-Cami” təfsiri və başqaları kimi) demişlər: "Onlar Mədinədəki bir sıra yəhudilər idi və onlar bu zəmində Peyğəmbərdən (s) soruşurdular”. Lakin ayənin zahiri mütləq (ümumi) şəkildədir və buyurulur: "Bütün araşdırma aparan kəslər üçün bu dastanda nişanə və ibrət dərsləri vardır”. Qüvvətli kəslərin həsəddən qaynaqlanan hesablanmış planlarla zahirdə zəif və tək olan bir kəsi məhv etmək üçün var-qüvvəsi ilə çalışması, lakin həmin məsələnin gözlənilmədən onu qüdrət taxtında oturtması və geniş bir ölkəyə hakim olmasına səbəb olmasından da üstün bir dərs varmı?!

Sonunda onların hamısı onun qarşısında təzim edir və bu, Allah- taalanın bir şeyi iradə etdiyi zaman onu hətta müxaliflərin əli ilə icra etdiyini nişan verir ki, imanlı və pak bir insanın yalnız olmadığını və Allah istəməsə, bütün aləm onu məhv etmək üçün çalışsa da, onun başından bir tükü əskildə bilməyəcəyini aydınlaşdırmaq üçündür.

Həzrət Yǝqubun (ə) on iki oğlu vardı və Yusufla (ə) Benyamin olmaqla onlardan ikisi bir qadından dünyaya gəlmişdilər ki, həmin qadının adı Rahil idi.

Həzrət Yǝqub (ə) bu iki oğluna, xüsusən də Yusufa (ə) çox məhəbbət bəsləyirdi, çünki birincisi, onun ən kiçik övladı idi və təbii ki, daha çox himayə və məhəbbətə ehtiyaclı idi. İkincisi, bəzi rəvayətlərəəsasən, onların anası Rahil dünyadan köçmüşdü və həmin səbəbdən daha çox sevgiyə ehtiyacları vardı. Bundan əlavə, Yusufda (ə) bilik və qeyri- adilik özünü biruzə verirdi. Bu xüsusiyyətlərin məcmusu Yaqubun (ə) onlara - Yusuf (ə) və qardaşı Benyaminə - aşkarcasına məhəbbət bəsləməsinə səbəb olmuşdu.

Həsəd edən qardaşlar bu xüsusiyyətləri nəzərə almadan həmin məsələdən ciddi şəkildə narahat idilər, xüsusilə də onların analarının ayrı olması baxımından da təbii olaraq aralarında rəqabət vardı. Belə ki qardaşlar bir yerdəəyləşərək dedilər: “Bizim qüvvətli və işgüzar bir qrup olmağımıza və atamızın işlərini idarə etməyimizə baxmayaraq, Yusuf və qardaşı atamızın nəzərində daha sevimlidirlər. Halbuki atamızın bizə məhəbbəti azyaşlı vəəllərindən bir iş gəlməyən bu iki uşaqdan daha çox olmalıdır”. Ayədə buyurulur: “Bir zaman (qardaşları) dedilər: "Biz güclü bir dəstə olmağımıza baxmayaraq, Yusuf və qardaşı (Benyamin) atamıza bizdən daha sevimlidir".

Beləliklə, onlar birtərəfli hökm verməklə atalarını ittiham edərək dedilər: “Şübhəsiz, atamız aşkar bir yanlışlıq içindədir”.

Onların həsəd alovu məsələni hərtərəfli düşünməyə və atalarının bu iki uşağa olan məhəbbətinin səbəbini öyrənməyə imkan vermirdi. Ona görə ki, həmişə insanın şəxsi mənafeyi onun düşüncəsi üzərində maneə yaradaraq onu nəticəsi haqq-ədalət yolundan çıxmaq olan bir- tərəfli hökm verməyə sürükləyir. Əlbəttə, onların məqsədi atalarının dini baxımdan yanlışlığı deyildi, çünki sonrakı ayələr onların atalarının əzəmət və nübüvvətinə imanlı olduğunu, təkcə davranış tərzinə irad tutduqlarını nişan verir. Həsəd hissi sonunda qardaşları plan cızmağa vadar etdi. Onlar bir yerdə toplaşdılar və iki təklif irəli sürərək dedilər: "Yusufu ya öldürün, ya da uzaq bir yerə atın ki, atanızın diqqəti yalnız sizə yönəlsin”.

اقْتُلُوايُوسُفَأَوِاطْرَحُوهُأَرْضاًيَخْلُلَكُمْوَجْهُأَبيكُمْ


Doğrudur ki, bununla günaha düçar olacaqsınız, lakin onun çarəsi vardır. Tövbə edər və sonra əməlisaleh kəslərdən olarsınız: “Bundan sonra (günahınızdan tövbə edib) əməlisalehlərdən olarsınız”.

بَعْدهقَوْماًصالحين


Sonuncu cümlənin təfsirində belə ehtimal edilib ki, onların məqsədi bu cür idi: Yusufu (ə) atamızın gözündən uzaqlaşdırdıqdan sonra bizim atamızla münasibətimiz düzələcək və bu baxımdan yaranan narahatçılıqlar aradan qalxacaq. Lakin birinci təfsirin daha düzgün olması nəzərə çarpır.

Ümumilikdə bu cümlə onların günah hissi keçirdiyini və qəlblərinin dərinliyində Allahdan az da olsa, qorxduqlarını və məhz həmin səbəbdən bu işdən sonra tövbə etmək təklif etdiklərini göstərir. Lakin əsas məsələ burasındadır ki, cinayəti törətməzdən əvvəl tövbədən danışmaq həqiqətdə vicdanı aldatmaq və günaha yol açmaqdır ki, əsla peşman olmağa dəlil hesab olunmur.

Başqa sözlə, həqiqi tövbə günahdan sonra insanda peşmançılıq və utanmaq hissinin yaranmasından ibarətdir. Amma günahdan öncə tövbə barəsində danışmağın mənası yoxdur.

Məsələnin izahı bu cürdür: İnsanın günah etmək qərarına gəldiyi zaman vicdanının etirazı ilə qarşılaşması və ya dini etiqadının onun qarşısında maneə yaratması mümkündür. O, bu maneəni asanlıqla aşmaq və günah yolunu açmaq üçün belə deyir: “Mən günahdan dərhal sonra onu aradan qaldırmağa çalışacağam və tövbə edəcəyəm və Allah dərgahına üz tutacağam, yaxşı əməllər edəcəyəm və sonunda günahın təsirlərini aradan aparacağam".

Yəni belə bir insan günah üçün şeytani bir plan cızdığı kimi, öz vicdanını aldatmaq vəəqidəsini təsəlli etməklə bağlı da şeytani plan qurur. Əksər halda bu şeytani plan təsirli olur və bu möhkəm səddi (maneəni) bu vasitə ilə aşır. Yusufun (ə) qardaşları da bu yola əl atdılar.

Başqa bir nüans onların bu cür söyləmələridir: Yusufu (ə) uzaqlaşdırdıqdan sonra atanız sizə diqqət yetirəcək “يَخْلُ لَكُمْ وَجْهُ» أَبيكُمْ”, onlar demədilər ki, atanızın qəlbini ələ alacaqsınız.

Çünki onlar atalarının bu tezliklə Yusufu (ə) unutmayacağından əmin idilər və atalarının zahiri diqqəti onlara yetərli idi. Bir ehtimal da vardı ki, sima və göz qəlbin qapısı olduğundan ataları onlara diqqət yetirərdisə, tədricən onun qəlbində yer tuta bilərdirlər.

Amma qardaşların arasında daha ağıllı və daha vicdanlı biri vardı və həmin səbəbdən o, həm Yusufun (ə) öldürülməsi, həm də onun ölmək təhlükəsi olan uzaq bir yerə sürgün edilməsi təklifinə qarşı çıxdı və üçüncü bir təklifi edərək dedi: “Onlardan biri dedi: “Yusufu öldürməyin! Əgər nə isə etmək istəyirsinizsə, onda onu bir quyuya atın ki, karvanlardan biri onu götürsün”.

İncəliklər:



1\. (cubb) sözü “ətrafı düzəldilməmiş quyu”ya deyilir. Bəlkə də, biyabandakı bütün quyular bu cür idi. (ğiyabət) sözü gözlərdən uzaq olmaq baxımından "quyunun içində gizlədilmək” mənasındadır. Bu ifadə çöllükdəki quyulara işarədir. Belə ki quyunun dibində suya yaxın olan yerdə taxça kimi bir şey düzəldirdilər ki, bir nəfər su götürmək üçün quyuya endikdə suya düşmədən qaba su doldura bilsin və quyunun ağzından baxdıqda o taxça gözə çarpmırdı. Bu səbəbdən də ona (ğiyabǝt) deyirdilər.

Bizim zamanımızda da belə quyular vardır.

2\. Şübhəsiz, bu təklifi edənin məqsədi Yusufun (ə) məhv olması üçün quyuya atılması deyildi, əksinə, onun hədəfi quyunun dibindəki həmin taxça idi ki, Yusuf (ə) orada qalsın və sağ-salamat karvanın əlinə düşsün.

3\. “إِن كُنتُمْ فاعلين” cümləsindən həmin təklifi edən şəxsin bu təklifi qəti şəkildə söyləmədiyi, əksinə, Yusufun (ə) əleyhinə plan cızılmayacağını düşündüyü anlaşılır.

4\. Həmin şəxsin adının nə olması barədə təfsirçilər arasında ixtilaf vardır. Bəziləri onun Rubin olduğunu və hamıdan daha ağıllı hesab edildiyini, bəziləri Yəhuda olduğunu, digərləri də Lavi olduğunu söyləmişlər.

5\. İnsanların həyatında həsədin dağıdıcı rolu.

Bu dastandan öyrənilən mühüm dərs həsədin necə insanı öz qardaşını öldürə biləcək həddə çatdırmasından və ya ciddi problemlər yaratmasından ibarətdir. Əgər bu batini alov söndürülməzsə, həm insanın özünü, həm də digərlərini yandırar. Ümumilikdə başqasına nemət verilsə və insan ondan məhrum olsa, onda dörd müxtəlif halət yaranır:

1\. Digərlərində olduğu kimi, həmin nemətin onda da olmasını arzu edir. Bu halətə "qibtə" deyilir və bəyəniləndir. Çünki insanı sey və çalışqanlığa sövq edir və cəmiyyətdə dağıdıcı təsirə malik deyil.

2\. Digərlərinin əlindən həmin nemətin çıxmasını istəyir və bu sahədə səy göstərir. Heç şübhəsiz, bu, həddən artıq pislənilən və dağıdıcı təsirə malik olan həsəddir. Həsəd təkcə Yusufun (ə) qardaşlarını onu öldür- məyə vadar eləmir, əksinə, bəzən insanın özünün də məhvinə səbəb olur.

3\. Özünün həmin nemətə sahib olmasını və digərlərinin ondan məhrum olmasını arzu edir. Bu, paxıllıq xüsusiyyətidir ki, insan hər şeyin ona məxsus olmasını istəyir və digərlərinin məhrumiyyətindən zövq alır.

4\. Özü məhrumiyyətdə olsa belə, digərlərinin nemət içərisində olmasını xoşlayır və hətta əlində olanları başqalarının ixtiyarında qoymağa, öz mənafeyindən keçməyə də hazırdır. Bu, üstün olan fədakarlıq və isar sifətidir və o, ən dəyərli insani keyfiyyətdir.

Bu səbəbdən də islami hədislərdə bu rəzil sifətlə mübarizə aparmaq barədə sarsıdıcı ifadələr işlədilmişdir. Misal üçün, aşağıdakılara diqqət yetirək:

Peyğəmbərdən (s) belə nəql edilmişdir: Allah-taala Musa ibn İmrani həsəddən çəkindirdi və ona buyurdu:

# إِنَّالْحاسِدَساخِطٌلِنِعْمَتِيصاةٌلِقَسْمِيالَّذِيقَسَمْتُبَيْنَعِبَادِيوَمَنْيَكُكَذِلِكَ


# فَلَسْتُمِنْهُوَلَيْسَمِنِّي


"Həqiqətən, həsəd edən kəs mənim bəndələrimə nemət verməyimdən qəzəblənir və mənim bəndələrimə qismət etdiklərimə mane olmaq istəyir. Kim belə olsa, nə Mən ondanam, nə də o Məndəndir".

İmam Sadiqdən (ə) belə nəql edilir:

# آفَةُالدِّينِالْحَسَدُوَالْعُجْبُوَالْفَحْرُ


“Dinin bəlası üç şeydir: həsəd, təkəbbür və özünügöstərmə”.

Başqa bir hədisdə də İmam Sadiqdən (ə) belə oxuyuruq:

# إِنَّالْمُؤْمِنَيَغْبِطُوَلايَحْسُدُوَالْمُنافِقُيَحْسُدُوَلايَغْبِطُ


"Həqiqətən, mömin şəxs qibtə edər, həsəd etməz, münafiq isə həsəd edər, qibtə etməz".

6\. Övladlara məhəbbət bəsləməyin həddi.

Dastanın bu hissəsindən valideynlərin övlada məhəbbət göstərmək məsələsində həddən artıq diqqət yetirməli olduğu mətləbləri dəəldə etmək olar. Həzrət Yəqubun (ə) bu məsələdə, şübhəsiz ki, xətaya yol verməməsinə, əvvəldə işarə etdiyimiz kimi, Yusufla (ə) Benyaminə qarşı məhəbbəti hesab-kitab üzündən olmasına baxmayaraq, bu macəra həmin məsələdə son dərəcədə diqqətli və ciddi olmağın zəruriliyini nişan verir. Ona görə ki, bəzən bir övlada fərqli olaraq çox məhəbbət göstərmək digər övladın qəlbində elə bir kin yaradır ki, onu hər şeyə məcbur edir və o, öz şəxsiyyətini alçalmış sayır, onun şəxsiyyətini məhv etmək üçün heç bir sərhəd tanımır.

Əgər heç bir reaksiya verməsə də, bu hiss daxildən onu didib- dalayır və bəzən də psixoloji xəstəliyə düçar olur. Bir məsələ heç yadımdan çıxmaz. Belə ki dostlarımdan birinin övladı xəstə və təbii olaraq həddən artıq məhəbbətə ehtiyaclı idi. Atası böyük oğlunu onun xidmətində durması üçün vəzifələndirmişdi. Çox keçmədən böyük oğlu bilinməyən psixoloji bir xəstəliyə tutuldu. Mən dostuma dedim: “Heç düşünmüsənmi ki, bunun mənşəyi övladlarına məhəbbət göstərməkdə sənin ədalətə riayət etməməyin ola bilər?” Bu sözlərimə inanmayan dostum mütəxəssis olan psixoloqa müraciət etdi və həkim ona demişdi ki, oğlunuzun xüsusi xəstəliyi yoxdur, sadəcə kiçik qardaşına bu qədər sevgi göstərildiyi halda, ona az sevgi göstərilməsi şəxsiyyətinə zərbə vurub.

Beləliklə, islami hədislərdə oxuyuruq:

"Bir gün İmam Baqir (ə) buyurdu: "Mən bəzən bəzi övladlarıma məhəbbət göstərir və onları dizim üstündə oturdaraq əlinə qələm verir, ağzına şəkər qoyuram. Halbuki haqqın o birisi ilə olduğunu bilirəm. Bu işi onun digər övladlarıma qarşı təhrik olmaması və Yusufun (ə) qardaşlarının ona etdiklərini etməməsi üçün edirəm".

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...