Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Əl-Ənfal Surəsinin Ayələri →
Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 3

Ənfal surəsi, 5 və 6-cı ayələr

Ənfal surəsi, 5 və 6-cı ayələr



كَمَا أَخْرَجَكَ رَبُّكَ مِنْ بَيْتِكَ بِالْحَقِّ وَإِنَّ فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ لَكَارِهُونَ .٥


يُجَادِلُونَكَ فِي الْحَقِّ بَعْدَمَا تَبَيَّنَ كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنْظُرُونَ .٦


Ayələrin tərcüməsi



5\. (Bəzilərinin Bədr qənimətlərinin bölgüsünə etiraz etməsi) bir qrup möminin narazı olmasına baxmayaraq, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzəyir!

6\. Haqq bəlli olduqdan sonra belə, onlar yenə də bu barədə səninlə mübahisə edirdilər. (Qorxu və dəhşət onları elə sarmışdı ki,) sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər.

Ayələrin təfsiri.



Bəzi müsəlmanların müharibənin başlanmasına narazılığı Surənin ilk ayəsində oxuduq ki, İslamı yeni qəbul etmiş bəzi müsəlmanlar Bədr döyüşündə əldə olunan qənimətlərin bölgüsünə etiraz etmişdilər. Hətta Allah-taala onlara xitab edərək buyurmuşdur: Sizin xeyrinizə olan işə müxalif olmanız yeni bir iş deyildir. Həmçinin, hal-hazırda qənimətlərinin bölünməsi haqqında danışdığınız Bədr döyüşünün özünün də sonda müsəlmanlar üçün necə parlaq sonluğa malik olduğunun şahidi oldunuz. Bu səbəbdən də öz məhdud baxışınızla ilahi hökmü dəyərləndirməyin. Əksinə, onun qarşısında təslim olub baş əyin və son nəticələrindən bəhrələnin.

İlk ayədə buyurulur: “(Bəzilərinin Bədr qənimətlərinin bölgüsünə etiraz etməsi) bir qrup möminin narazı olmasına baxmayaraq, Rəbbinin səni haqq uğrunda öz evindən çıxartmasına bənzəyir”.

(bilhaqq) sözü şəhərdən çıxış əmrinin ilahi vəhyə əsasən verildiyinə işarə edir.

İkinci ayədə buyurulur: “Bu səthi baxış sahibləri və hövsələsiz insanlar Bədrə gedərkən, haqq bəlli olduqdan sonra belə, yenə də səninlə mübahisə edirdilər”.

يُجَادِلُونَكَ فِى الْحَقِّ بَعْدَمَا تَبَيَّنَ


Qorxu və təşviş onların vücudunu elə bürümüşdü ki, “sanki gözləri baxa-baxa ölümə sürüklənirdilər”.

كَأَنَّمَا يُسَاقُونَ إِلَى الْمَوْتِ وَهُمْ يَنظُرُونَ


Lakin sonrakı hadisələr, heç bir səbəb olmadan nə qədər böyük səhvə yol verdiklərini və yersiz qorxuya düşdüklərini göstərdi.

Bədr döyüşünün parlaq qələbəsinin şahidi olmuş müsəlmanlar qənimətlərin bölgüsü zamanı etiraz etməməli idilər. Bu etirazın səbəbini ayədə keçən "möminlərin bəziləri" ifadəsində tapmaq olar:

1\. Bu etiraz və çəkişmə nifaq və imansızlıqdan irəli gəlmirdi, bəlkə də, imanın zəifliyindən və islami məsələlərdən kifayət qədər agah olmadıqları üçün idi.

2\. Yalnız sayca azlıq təşkil edən bir qrup müsəlman belə düşü- nürdü (qənimətin bölgüsünə etiraz edirdi.) Əslində, müsəlmanların əksəriyyəti həqiqi mücahidlər idilər və heç bir etiraz etmədən Peyğəmbərin (s) fərmanına tabe olmuş və əmrlərini sorğu-sualsız yerinə yetirmişdilər.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...