Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 4

Yusuf surəsi, 11-14-cü ayələr

Yusuf surəsi, 11-14-cü ayələr



قَالُوا يَا أَبَانَا مَا لَكَ لَا تَأْمَنَّا عَلَى يُوسُفَ وَإِنَّا لَهُ لَنَاصِحُونَ .١١


أَرْسِلْهُ مَعَنَا غَدًا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُ لَحَافِظُونَ .١٢


قَالَ إِنِّي لَيَحْزُنُنِي أَنْ تَذْهَبُوا بِهِ وَأَخَافُ أَنْ يَأْكُلَهُ الذِّئْبُ وَأَنْتُمْ عَنْهُ غَافِلُونَ .١٣


قَالُوا لَئِنْ أَكَلَهُ الذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّا إِذًا لَخَاسِرُونَ .١٤


Ayələrin tərcüməsi



11\. (Bu planlarını həyata keçirmək üçün qardaşlar atalarının yanına gəlib) dedilər: “Atacan! Nə üçün Yusufu bizə etibar etmirsən? Halbuki biz onun xeyrini istəyirik.

12\. Sabah onu bizimlə göndər, yemək yeyib əylənsin. Həqiqətən, biz onu qoruyarıq!"

13\. O dedi: "Onu aparmağınız məni kədərləndirər. Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!”

14\. Onlar dedilər: "Biz güclü bir dəstə olduğumuz halda, canavar onu yesə, biz ziyana uğrayanlardan olarıq".

Ayələrin təfsiri.



Mənfurcasına səhnələşdirmə (planlaşdırma).

Yusufun (ə) qardaşları onu quyuya atmaqla bağlı son qərara gəldikdən sonra onu atalarından necə ayıracaqlarını düşünməyə başladılar. Onlar bu iş üçün plan cızdılar, yumşaq, özlərini haqlı göstərmək və irad tutmaq kimi bir halla atalarının yanına gəlib dedilər: “(Bu planlarını həyata keçirmək üçün qardaşlar atalarının yanına gəlib) dedilər: "Atacan! Nə üçün Yusufu bizə etibar etmirsən? Halbuki biz onun xeyrini istəyirik”.

(قالواياأبانامالَكَلاتَأْمَنَّاعَلىيُوسُفَوَإِنَّالَهُلَناصِحُونَ)


Gəl, bizi ittiham etməkdən əl çək, bundan əlavə, qardaşımız yeniyetmədir, onun da çəmənliyin gözəl havasından istifadə etmək va əylənməyə haqqı vardır. Onun evdə qalması düzgün deyil: "Sabah onu bizimlə göndər, yemək yeyib əylənsin".

"Həqiqətən, biz onu qoruyarıq!"

أَرْسِلْهُمَعَناغَداً


Beləliklə, onlar qardaşlarını atalarından ayırmaq planını məharətlə qurdular və hətta bu sözləri Yusufun (ə) yanında dedilər ki, o da atasından aşkarcasına getməklə bağlı icazə istəsin. Bu plan bir tərəfdən Həzrət Yǝqubu (ə) çıxılmaz vəziyyətdə qoyurdu ki, əgər Yusufu (ə) bizimlə göndərmirsənsə, deməli, bizə etimad etmirsən, digər tərəfdən isə Yusufu (ə) də şəhərdən kənarda əyləncəyə təhrik edirdi.

Bəli, gözlənilməz zərbə endirmək istəyənlərin planı belədir və onlar bütün psixoloji və duyğusal vasitələrdən istifadə edərək işlərini haqq kimi göstərirlər, lakin imanlı kəslər (Mömin ayıqdır) məsələsinəəsasən, öz qardaşları tərəfindən olsa belə, zahiri gözəl görünən bu cür hiylələrə aldanmamalıdırlar.

Yǝqub (ə) oğlanlarının sözləri müqabilində onları ittiham etmədən bildirdi: “O dedi: “Onu aparmağınız məni kədərləndirər”.

Həm də biyabanda yırtıcı canavarlar var. Mən qorxuram ki, başınız qarışar və qurd Yusufu (ə) parçalayar.

"Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız!"

أنْيَأْكُلَهُالذِّتْبُوَأَنْتُمْعَنْهُغَافِلُونَ


Qardaşların belə bir səfərdə başlarının özlərinə qarışması və Yusufdan (ə) qafil olması və canavarlar olan çöllükdə onların Yusufu (ə) parçalama ehtimalının olması tamamilə təbii idi. Əlbəttə, onların atalarının birinci sözləri barədə dəlilləri yox idi, çünki Yusufdan (ə) ayrılmağın qəm-kədərini əvəz etmək mümkün deyildi, bəlkə də, bu ifadə qardaşların həsəd atəşini daha da artırdı. Digər tərəfdən atanın bu dəlilinin hardasa cavabı vardı və onu söyləməyə ehtiyac yox idi. Belə ki övlad inkişaf və təkamül üçün istər-istəməz atadan ayrılacaq vəəgər ağacın kölgəsində qalaraq təzə yetişən bir gül kimi daima atanın sayǝsində olsa, onda təkamülə çatmayacaq. Ata övladının təkamülü üçün məcburən bu ayrılığı qəbul etməlidir. Bu gün əyləncə, sabah elm və bilik əldə etmək, o biri gün isə yaşayış üçün çalışmaq və ruzi qazanmaq məsələsi var. Nəticədə, ayrılıq qaçılmazdır.

Həmin səbəbdən qardaşlar bu dəlilə cavab vermədilər, əksinə, onların nəzərindəəhəmiyyətli olan ikinci dəlilin sorağınca getdilər: “Onlar dedilər: "Biz güclü bir dəstə olduğumuz halda, canavar onu yesə, biz ziyana uğrayanlardan olarıq”.

قالُوالَئِنْأَكَلَهُالذِّتْبُوَنَحْنُعُصْبَةٌإِنَّاإِذالَخَاسِرُونَ


Məgər biz ölmüşük ki, dayanıb baxaq və qardaşımızı canavar yesin?! Həm də bizi qardaşımızı qorumağa vadar edən qardaşlıq məhəbbətindən əlavə, camaat arasında abrımız var. Camaat bizim haqqımızda nə deyər? Deməzlərmi ki, bir dəstə güclü adam bir şey eləmədi və canavarın qardaşlarına hücumuna tamaşa etdi. Bundan sonra biz camaat arasında yaşaya bilərikmi?! Onlar bununla yanaşı, atalarının “Sizin əyləncəyə başınızın qarışması və Yusufdan (ə) xəbərsiz olmağınız mümkündür” sözünə də cavab verdilər: “Məsələ ziyana uğramaq, can və abırı əldən vermək məsələsidir. Əyləncə bizi Yusufdan (ə) qafil edə bilməz. Əgər ondan qafil olsaq, onda biz dəyərsiz və heç bir işə yaramayan kəslər olarıq". Burada belə bir sual yaranır ki, nə üçün Həzrət Yəqub (ə) bu qədər təhlükələrin arasından yalnız canavar təhlükəsinə təkid etdi? Bəziləri demişlər ki, Kənan canavarlarla dolu olan biyaban olduğundan ən çox təhlükə bu sahədən hiss olunurdu.

Bəziləri isə belə demişlər: "Bu, Həzrət Yǝqubun (ə) qabaqcadan gördüyü yuxuya görə idi. Belə ki canavarlar Yusufa (ə) hücum edirlər".

Belə ehtimal edilmişdir ki, Həzrət Yəqub (ə) kinayə ilə danışırdı və o, bununla Yusufun (ə) bəzi qardaşları kimi, canavarsifət insanlara işarə edirdi.

Lakin ümumilikdə hər cür hiylə vasitəsilə, xüsusən də Yusufun (ə) pak duyğularını təhrik etməklə və bəlkə də, ilk dəfə şəhərin kənarında əylənmək fürsətinin Yusufun (ə) əlinə düşməsi barədə təşviq etməklə atalarını təslim edə və onun razılığını ala bildilər.

İncəliklər:



Burada dastanın bu hissəsindən əldə olunan canlı dərsə diqqət yetirmək lazımdır:

1\. Dost simasında düşmənlərin hiylələri.

Adətən düşmənlər zərbə vurmaq üçün aşkarcasına meydana girmirlər, əksinə, qarşı tərəfi qəflətə salmaq və istənilən müdafiə imkanını ondan almaq üçün öz işlərini hiyləgərcəsinə gizlədirlər. Yusufun (ə) qardaşları onun ölümü və ya uzaqlaşdırılması planını həm Yusuf (ə) üçün təhrikedici, həm də zahirdə ataları üçün qəbul ediləsi olan ən ali qardaşlıq duyğuları altında gizlədirdilər. Bu, bizim gündəlik həyatımızda geniş şəkildə qarşılaşdığımız və and içmiş düşmənlərimizdən ağır zərbələr aldığımız həmin metoddur.

Həmin zərbələr bəzən “iqtisadi yardım”, bəzən “mədəni rabitələr”, bəzən də “bəşər hüquqlarının himayəsi” adı altında baş verir. Bəzən isə müdafiə sazişləri ünvanında zəif millətləri və o cümlədən bizi çirkin istismar müqavilələri bağlamağa vadar etmişlər.

Lakin bu qədər tarixi təcrübə ilə o qədər ayıq-sayıq olmalıyıq ki, canıyanan insanlar donunda özünü göstərən bu qaniçən canavarların məhəbbətinə, duyğu ovuna bir daha aldanmayaq. Biz dünyaya hakim olan bəzi qüdrətlərin Afrikanın müharibə gedən məntəqəsinə həkim və dərman preparatları göndərmək adı ilə öz muzdurlarına silah göndərdiyini və diplomat, səfir və mütəxəssislərinin simasında özünün ən təhlükəli casuslarını dünyanın müxtəlif məntəqələrinə yolladığını unutmamışıq. Onlar mürəkkəb və modern silahları öyrətmək və hərbi nümayəndələr adı ilə bütün hərbi sirləri özləri ilə aparır və texnoloq, mütəxəssis adı altında iqtisadi vəziyyəti özləri istəyən istiqamətə yönəldirdilər. Görəsən, bu qədər tarixi təcrübə bizim yalançı və gözəl libaslara bürünənlərin hiyləsinə aldanmamağımız və zahirdə insancasına olan simalarında gizlənən canavarları görməyimiz üçün kifayət deyilmi?!

2\. İnsanın sağlam əyləncəyə olan fitri və təbii ehtiyacı.

Maraqlıdır ki, Həzrət Yǝqub (ə) qardaşların Yusufun (ə) əyləncəyə ehtiyacının olması barədə söylədikləri dəlillər müqabilində bir söz demədi və praktiki olaraq onu qəbul etdi. Bunun özü heç bir sağlam əqlin insanın təbii və fitri ehtiyacını inkar edə bilməməsinə bir dəlildir. İnsan dəmirdən olan bir maşın deyil ki, istədikləri qədər ondan istifadə etsinlər, əksinə, onun cismi kimi, yorula bilən bir ruhu və psixologiyası var. Cismin yuxu və istirahətə ehtiyacı olduğu kimi, ruhun da sağlam əyləncəyə ehtiyacı vardır. Təcrübələr insanın eyni işlə məşğul olmasının onun şadlığını tədricən azaltdığını nişan verir. Əksinə, bir neçə saat əyləncə və istirahətdən sonra onun iş fəaliyyəti və şadlığının bir neçə dəfə artdığı müşahidə edilir. Həmin səbəbdən istirahət vəəyləncəyə sərf edilən vaxt iş fəaliyyətinə yardımçı olur.

İslami rəvayətlərdə bu həqiqət maraqlı şəkildə bir göstəriş kimi bəyan edilmişdir. Belə ki Həzrət Əli (ə) buyurur:

# بَيْنَنَفْسه


# لِلْمُؤْمِنِثَلَاثُساعاتفَساعَةٌيُناجِيفِيهارَبَّهُوَسَاعَةٌيَرُمُّمَعَاشَهُوَسَاعَةٌيُخَلِّيوَبَيْنَلَذَّتهافيمايَحلُّوَيَجْمُل


"Möminin üç saatı var (gecə-gündüz saatlarını üç hissəyə bölməlidir): Rəbbi ilə razü-niyaz etdiyi saat (vaxtının səkkiz saatını Allahın işlərinə sərf etməlidir); öz məişətini (yaşayış ehtiyacını) təmin etdiyi saat (gecə-gündüzünün səkkiz saatını ticarət, müəyyən peşə və ya digər işlərə sərf etməlidir); özü ilə halal və gözəl şeylər arasında ləzzət almaq üçün ayırdığı saat".

Diqqət edilməlidir ki, həmin məzmunlu bir hədis Allahın Rəsulundan da (s) nəql edilmişdir və onun cümlələri aşağıdakı kimidir:

# فَإِنَّهذهالسَّاعَةَعَوْنَلِتِلْكَالسَّاعَاتِوَاسْتَجامُلِلقلوب


“Ona görə ki, istirahət vəəyləncə vaxtı digər proqramlar üçün yardım və qəlblər üçün aramlıq və rahatlıqdır".

Bəzilərinin dediyi kimi, istirahət vəəyləncə maşının təkərlərini dəyişmək və boltları yağlamaq kimidir. Bu işlərdən ötrü maşının bir saat dayanmasına baxmayaraq, sonradan bu, onun daha yaxşı işləməsinə və uzunömürlü (davamiyyətli) olmasına səbəb olacaq. Mühüm olan məsələəyləncənin sağlam əyləncə olmasıdır, əks təqdirdə problem həll etməməklə yanaşı, onu daha da artıracaq. Qeyri-sağlam əyləncələrin əksər halda insanın psixologiya və ruhiyyəsini məhv edərək əsəblərini korlaması və nəticədə müəyyən müddət şəxsin iş fəaliyyətini itirməsinə, yaxud ən azı, onu azaltmasına səbəb olması da mümkündür.

Həqiqətdə İslamda sağlam əyləncəyə o qədər əhəmiyyət verilir ki, hətta bəzi oyun vəəyləncələr üçün şərt kəsmək də nəzərdə tutulmuşdur. Tarix onların Allahın Rəsulunun (ə) hüzurunda, bəzən də onun nəzarət və hakimliyi ilə keçirildiyini, hətta şəxsən özünün dəvəsinə minərək müsabiqədə iştirak etdiyini və ya onu oyunçuların ixtiyarında qoyduğunu xəbər verir.

İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə oxuyuruq:

# أنالنَّبِيَّصلىاللهعليهوآلهأَجْرَىالإِبلَمُقْبِلَةٌمِنْتَبُوكَفَسَبَقَتِالْعَصْباءُوَعَلَيْهَا


# أَسامَةُ،فَجَعَلَالنَّاسُيَقُولُونَسَبَقَرَسُولُاللهِوَرَسُولُاللَّهِيَقُولُسَبَقَأَسامَةُ


"Peyğəmbər (s) Təbuk döyüşündən qayıtdığı zaman səhabələri arasında yarışma təşkil etdi. Allah Rəsulunun (ə) Əzba adlı məşhur dəvəsinə minmiş olan Üsamə hamını ötüb keçdi. Dəvə Allah Rəsuluna (s) aid olduğu üçün camaat dedi ki, Peyğəmbər (s) qalib gəldi, amma o Həzrət (s) buyurdu: “Üsamə ötüb keçdi və qalib gəldi”. (Bu, miniyin deyil, ona minən kəsin mühüm olmasına işarədir. Yaxşı nəqliyyatın naşı adamların əlinə düşməsi və heç bir işə yarımaması halları nə qədər də çoxdur.)"

3\. Atanın kölgəsində övlad.

Ata və ananın övladına şiddətli məhəbbəti onu daima öz yanında saxlamasını tələb edir, lakin bu məhəbbətin fəlsəfəsinin yaradılış qanunu baxımından övladın ehtiyaclı olduğu zamanlarda himayəni ondan əsirgəməməkdən ibarət olduğu məlumdur. Həmin səbəbdən yuxarı yaş həddində məhəbbəti azaltmaq və övladın həyatda müstəqilliyə doğru addımlamasına icazə vermək lazımdır. Ona görə ki, əgər təzə yetişən fidan kimi, həmişə qollu-budaqlı ağacın kölgəsində olsa, yetəri qədər inkişaf edə bilməyəcək. Bəlkə də, Həzrət Yəqub (ə) bu səbəbdən Yusufa (ə) olan çoxlu məhəbbətinə rəğmən, qardaşlarının təklifi müqabilində onu özündən ayırmasına razı olaraq şəhərin kənarına əylənmək üçün getməsinə icazə verdi. Bu məsələ Həzrət Yǝquba (ə) həddən artıq ağır olmasına baxmayaraq, Yusufun (ə) məsləhəti və onun müstəqil şəkildə inkişafı tədricən onun atasından saatlar və günlərlə ayrı qalmasına icazə verməsini tələb edirdi.

Bu əksər ata və anaların ondan qafil olduğu, başqa sözlə desək, övladlarını ata-ananın himayəsindən kənarda yaşaya bilməyəcək şəkildə yetişdirməsinə gətirib çıxardığı mühüm tərbiyəvi bir məsələdir. Belə fərdlər həyatın çətinlikləri müqabilində diz çökür və hadisələrin təzyiqi onları yerə sərir. Həmin səbəbdən böyük şəxsiyyətlərin əksəriyyəti uşaqlıqda ata-anasını əldən verən və hədsiz çətinliklər arasında yetişən şəxslərdən ibarətdir. Ata-analar bu mühüm tərbiyəvi məsələyə diqqət yetirməli və yalançı məhəbbətlərin övladlarının müstəqillik əldə etməsinə mane olmasına əsla yol verməməlidirlər.

Maraqlı burasındadır ki, bu məsələ instinktiv olaraq bəzi heyvanlarda da müşahidə olunmaqdadır. Məsələn, cücələr başlanğıcda analarının qanadları altında olurlar və anaları onları şirin canı kimi bütün hadisələrdən qoruyur. Bir qədər böyüdükdən sonra isə anaları onlardan öz himayəsini kəsməklə yanaşı, onlardan biri ona yaxın gəldikdə dimdiyi ilə vuraraq ciddi şəkildə onu kənarlaşdırır. Yəni gedin, müstəqil şəkildə yaşamağı öyrənin. Nə zamana qədər asılı şəkildə yaşamaq istəyirsiniz? Siz də özünüz üçün bir varlıqsınız. Amma bu mövzunun qohumluq və məhəbbət əlaqələrini qorumaqla heç bir ziddiyyəti yoxdur, əksinə, o, hər iki tərəfin məsləhəti üçün olan dərin məhəbbət və ölçülüb-biçilmiş rabitədir.

4\. Cinayətdən öncə nə qisas almaq, nə də ittiham etmək.

Dastanın bu ifadələrindən Həzrət Yǝqubun (ə) qardaşların Yusufa (ə) bəslədikləri həsədindən agah olduğu yaxşı şəkildə anlaşılır. Buna görə də o, Yusufa (ə) qeyri-adi yuxusunu qardaşlarından gizlətmək göstərişi verdi vəəsla onları Yusuf (ə) barəsində pisniyyətli olmaları haqda ittiham etmədi, əksinə, onun üzrü Yusufun (ə) uzaqlığına səbirsizliyi və çöllükdəki qurdların qorxusu barədə idi. Əxlaqi və insani meyarlar, həmçinin ədalətli qəzavət qaydası da kimdənsə cinayətin əlamətləri görünmədikcə onu ittiham etməməyi tələb edir vəəksi sübuta yetənə qədər əsas prinsip onun günahsız olmasıdır.

5\. Düşmənin təlqinləri.

Yuxarıdakı ayələrin izahında Peyğəmbərdən (s) belə bir rəvayət nəql edilmişdir:

# لاتُلَقِّنُواالكَذَّابَفَتَكْذِبُفَإِنَّبَنِييَعْقُوبَلَمْيَعْلَمُواأَنَّالذَّنْبَيَأْكُلُالإِنْسَانَحَتَّى


# لَقْنَهُمْأَبُوهُمْ


“Yalançıya sizə yalan deməsini təlqin etməyin. Ona görə ki, Yəqubun (ə) oğlanları həmin zamana qədər canavarın insana həmlə edərək onu yeyə bilməsinin mümkün olduğunu bilmirdilər. Ataları bu sözləri dediyi zaman ondan öyrəndilər”.

Bu, qarşı tərəfin bəzən üzr və bəhanə gətirmək və yanlış yolu seçməklə bağlı diqqətinin olmadığı zaman sizin diqqətli olmağınız və xatırlatdığınız müxtəlif ehtimallarla ona yanlış yolu göstərməməyinizlə bağlı bir işarədir.

Bu, eynilə insanın azyaşlı uşağına öz topunu lampaya vurmamasını deməsinə bənzəyir. Həmin vaxta qədər topu lampaya vurmağın mümkün olduğunu bilməyən uşaq belə bir işin mümkünlüyünü başa düşür və bunun ardınca maraq hissi onu təhrik edir ki, görüm, topu lampaya vursam, nə olar? Beləliklə, onu sınaqdan keçirir və nəticədə lampanın qırılmasına səbəb olur.

Bu, sadəcə uşaqlar üçün olan sadə bir mövzu deyil, böyük bir cəmiyyət səviyyəsində də bəzən yanlış qadağa və çəkindirmələr camaatın bilmədikləri çox şeylərdən agah və onları sınaqdan keçirməsinə səbəb olmasına gətirib çıxarır. Belə hallarda məsələni imkan daxilində ümumi şəkildə bəyan etmək lazımdır ki, pis öyrətməyə səbəb olmasın. Əlbəttə, Həzrət Yǝqub (ə) pak qəlblə bu məsələni övladlarına bəyan etdi, amma azğın övladlar atalarının sözlərindən sui-istifadə etdilər.

Əlbəttə, belə bir ehtimal da var: Həzrət Yǝqub (ə) qardaşların Yusuf (ə) barəsində pisniyyətli olduğunu bildiyi üçün həmin məsələni söylədi ki, onlar bu işi görüb Yusufu (ə) öldürməkdən daşınsınlar.

Bu mövzunun oxşarına müəyyən yazılarda da rastlaşırıq. Məsələn, kimsə narkotik maddələr və ya istimnanın (ononizm) zərərlərindən danışmaq istədikdə onu o qədər şərh edir və ya səhnələrini filmlə elə nümayiş etdirir ki, insanlar qeyri-ixtiyari olaraq onun sirləri ilə tanış olurlar və sonra onun tənqidi və bu işlərdən xilas olmağın yolları ilə bağlı söyləmək istədikləri şeylər unudulur. Həmin səbəbdən belə yazı və filmlərin zərəri onların faydasından daha artıqdır.

6\. Sonuncu məsələ.

Yusufun (ə) qardaşlarının “Biz olduğumuz halda, qurd onu yesə, biz ziyankarlardan olarıq" deməsi insanın məsuliyyəti götürdükdə onu son nəfəsinə qədər qəbul etməli olduğunu nişan verir. Əks təqdirdə insan şəxsiyyət, abır-həya, ictimai mövqe və vicdan kimi sərmayəsini əldən verəcəkdir. Belə isə, ayıq vicdana, üstün şəxsiyyətə malik və ictimai mövqeyinə bağlı olduğu halda, insanın öhdəsinə götürdüyü məsuliyyətlərdən boyun qaçırması və ona əhəmiyyət verməməsi necə mümkündür?!

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...