Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 5
Yusuf surəsi, 15-18-ci ayələr
Yusuf surəsi, 15-18-ci ayələr
فَلَمَّا ذَهَبُوا بِهِ وَأَجْمَعُوا أَنْ يَجْعَلُوهُ فِي غَيَابَتِ الْجُبِّ وَأَوْحَيْنَا إِلَيْهِ لَتُنَبِّئَنَّهُمْ بِأَمْرِهِمْ هَذَا وَهُمْ لَا يَشْعُرُونَ .١٥
وَجَاءُوا أَبَاهُمْ عِشَاءً يَبْكُونَ .١٦
قَالُوا يَا أَبَانَا إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِنْدَ مَتَاعِنَا فَأَكَلَهُ الذِّئْبُ وَمَا أَنْتَ بِمُؤْمِنٍ لَنَا وَلَوْ كُنَّا صَادِقِينَ .١٧
وَجَاءُوا عَلَى قَمِيصِهِ بِدَمٍ كَذِبٍ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنْفُسُكُمْ أَمْرًا فَصَبْرٌ جَمِيلٌ وَاللَّهُ الْمُسْتَعَانُ عَلَى مَا تَصِفُونَ .١٨
Ayələrin tərcüməsi
15\. Onu özləri ilə aparıb quyuya atmaq qərarına gəldikdə Biz ona belə vəhy etdik: "Sən gələcəkdə onlara gözləmədikləri bir halda, bu davranışları barəsində xəbər verəcəksən”.
16\. (Yusufun qardaşları) axşam ağlaya-ağlaya atalarının yanına gəlib
17\. dedilər: "Ey atamız! Biz Yusufiu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Qurd onu yedi. Hərçənd biz doğru danışsaq da, sən bizim sözümüzə inanmayacaqsan”.
18\. Onun köynəyinə yalançı qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi: "Sizə bu işi nəfsiniz gözəl göstərmişdir. Mən gözəl səbir sahibi olacağam. Söylədiklərinizin müqabilində Allahdan kömək diləyirəm”.
Ayələrin təfsiri.
Rüsvayedici yalan.
Sonunda qardaşlar qalib gəldilər və atalarını Yusufu (ə) onlarla göndərməyə razı saldılar. Həmin gecəni aramlıqla yatdılar. Belə ki sabah onların Yusuf (ə) barəsindəki planı həyata keçəcək və maneə sayılan qardaşlarını həmişəlik olaraq ortadan qaldıracaqdılar. Onların bircə narahatçılığı vardı: Məbada, atamız peşman olub öz fikrindən daşına! Dan yeri ağaranda atalarının yanına gəldilər və o, Yusufu (ə) qorumaqla bağlı öz tövsiyələrini bir daha təkrar etdi və onlar da atalarının dediklərinə itaət edəcəklərini bildirərək Yusufu (ə) ehtiram və məhəbbətlə onun yanından götürüb apardılar. Deyirlər ki, Həzrət Yǝqub (ə) şəhərin darvazalarına qədər onları yola saldı və sonuncu dəfə Yusufu (ə) bağrına basdı, gözlərindən yaş gəldi. Sonra Yusufu (ə) onlara tapşırıb ayrıldı."
Yǝqub (ə) gözləri ilə övladlarını ötürürdü və oğlanları atalarının gözündən yayınana qədər Yusufa (ə) nəvaziş və məhəbbətlə davranırdılar.
Amma atalarının artıq onları görmədiyindən əmin olduqdan sonra birdən onların illərlə həsəd nəticəsində toplanmış olan bütün kinləri özünü göstərdi və onlar Yusufun (ə) üstünə düşüb onu vurmağa başladılar. O, bir-bir qardaşlarına pənah aparırdı, amma ona pənah vermirdilər.
Bir rəvayətdə belə oxuyuruq: "Bu bəla tufanı Yusufun (ə) başına gəldiyi və o, göz yaşları axıtdığı, yaxud onu quyuya atmaq istədikləri zaman gözlənilmədən Yusuf (ə) gülməyə başladı. Qardaşları çox təəccüb elədilər ki, axı gülmək yeri deyil! Sanki Yusuf (ə) məsələni zarafat hesab edir və gününün qara olacağından xəbərsizdir. O, öz sözləri ilə bu sirrin üstündən pərdəni götürərək hamıya həyat dərsi verdi:
“Yadımdan çıxmaz, bir gün qüvvətli qol və güclü cismə malik olan qardaşlarıma - sizə nəzər salıb şad oldum və öz-özümə dedim ki, belə güclü-qüvvətli qardaşları olan adamın çətin hadisələr zamanı nə qəm-qüssəsi ola bilər? Həmin gün sizə arxalandım və sizin qollarınıza güvəndim. İndi isə sizin cənginizə keçmişəm və sizdən sizə pənah aparıram, amma mənə pənah vermirsiniz. Allah-taala sizi mənə müsəllət etdi ki, Ondan başqa heç kimə, hətta qardaşlarıma belə arxalanmamaq dərsini öyrənim”.
Hər halda, Quranda buyurulur: "Onu özləri ilə aparıb quyuya atmaq qərarına gəldilər”.
(فَلَمَّاذَهَبُوابهوَأَجْمَعُواأَنْيَجْعَلُوهُفيغَيابَتِالْجُبِّ)
Onlar zülm və sitəm etməklə bağlı əllərindən gələn hər şeyi elədilər.
(əcmǝu) ifadəsi onun öldürülməsində nəzər ayrılığına sahib olsalar da, bütün qardaşların bu məsələdə fikir birliyinə malik olduğunu nişan verir. (əcməu) sözü (cəm) kökündəndir və “toplamaq” mənasındadır, bu məsələdə “fikir və düşüncələrin toplanması" mənasını bildirir.
Sonra əlavə edilir ki, qəmlənmə: “Biz ona belə vəhy etdik: "Sən gələcəkdə onlara gözləmədikləri bir halda, bu davranışları barəsində xəbər verəcəksən”.
وَأَوْحَيْنَاإِلَيْهِلَتُنَبِّنَّهُمْبأَمْرِهِمْهذاوَهُمْلايَشْعُرُونَ
Həmin gün sən qüdrət taxtına söykənəcəksən və qardaşların sənə ehtiyac əllərini uzadacaq, eyni zamanda səhralıqda saf suya üz gətirən təşnələr kimi, həddən artıq təvazökarlıqla sənin yanına gələcəklər. Amma sən o qədər ucalmış olacaqsan ki, onlar sənin onların qardaşı olduğuna inanmayacaqlar. Həmin gün onlara belə deyəcəksən: “Kiçik qardaşınız Yusufla filan şəkildə davranan kəslər sizlər deyildinizmi?” Həmin gün onlar nə qədər də peşman olacaq və xəcalət çəkəcəklər!
Bu ilahi vəhy həmin surənin 22-ci ayəsinəəsasən, nübüvvət vəhyi deyildi, əksinə, Həzrət Yusufun (ə) qəlbinə olan ilham idi ki, tək olmadığını və onu qoruyanın olduğunu anlasın. Bu vəhy onun qəlbinə ümid nuru səpələdi və onun ruhundan ümidsizlik zülmətini kənarlaşdırdı. Yusufun (ə) qardaşları onun barəsində cızmış olduqları öz planlarını istədikləri kimi icra etdilər. Amma sonunda bir şey fikirləşmək lazım idi ki, atalarının yanına qayıtdıqda onu Yusufun (ə) planlı şəkildə deyil, təbii yolla ortadan qalxmasına inandıra bilsinlər və bununla da atalarının duyğularını özlərinə cəlb etsinlər.
Bu məqsədlə cızdıqları plan belə idi ki, eynilə atalarının qorxduğu məsələdən başlasınlar və Yusufu (ə) canavarın parçalamasını deyǝrǝk öncədən bu barədə dəlil hazırlasınlar. Quranda buyurulur: “(Yusufun qardaşları) axşam ağlaya-ağlaya atalarının yanına gəldilər".
Onlar yalandan ağlayaraq atalarının yanına gəldilər. Bu, ağlamağın da saxta ola bilməsinin mümkünlüyünü nişan verir və təkcə göz yaşı axıdanlara aldanmaq olmaz.
Səbirsizliklə sevimli övladı Yusufun (ə) qayıtması intizarında olan ata onlara nəzər salıb aralarında Yusufu (ə) görmədikdə şiddətli şəkildə narahat oldu və onun barəsində xəbər aldı. Onlar "Dedilər: "Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Qurd onu yedi”.
(قالواياأباناإِنَّاذَهَبْنَانَسْتَبِقُوَتَرَكْنَايُوسُفَعِنْدَمَتاعنافَأَكَلَهُالذِّئب)
Bizim başımız yarışa o qədər qarışdı ki, Yusufdan (ə) qafil olduq və bu zaman qurd onu parçaladı.
"Hərçənd, biz doğru danışsaq da, sən bizim sözümüzə inanmayacaqsan”.
(وَماأَنْتَبِمُؤْمِنٍلَناوَلَوْكُنَّاصادِقِينَ)
Ona görə ki, sən özün əvvəlcədən belə bir şeyi ehtimal etmişdin və bunu Yusufu (ə) aparmağımızla bağlı bir bəhanə hesab edəcəksən.
Qardaşların sözləri ölçülüb-biçilmişdi. Birincisi, atalarını duyğulu xüsusiyyətə malik olan (ey bizim atamız) ifadəsi ilə səslədilər. İkincisi, qüvvətli olan qardaşların kiçik qardaşı əşyalarının yanında keşikçi qoyub yarış keçirməsi təbii idi. Bundan əlavə, atalarını qəflətə salmaq üçün qabaqdangəlmişlik edərək ağlar gözlərlə dedilər ki, biz doğru söyləsək də, sən əsla bizə inanmayacaqsan.
Atalarına canlı bir nişanə göstərmək üçün Yusufun (ə) köynəyini yalandan qana (ya keçi, ya quzu, ya da ceyran qanına) bulamışdılar: "Onun köynəyinə yalançı qan ləkəsi sürtüb gətirdilər".
Yalançının yaddaşı olmadığından və həqiqi hadisə öz ətrafında olan məsələlər və keyfiyyətlərlə rabitəyə malik və onları tənzimləmək qeyri-mümkün olduğundan, qardaşlar Yusufun (ə) köynəyini bir neçə yerdən cırmağı unutdular ki, ən azı canavarın hücumuna dəlil olsun. Onlar köynəyi Yusufun (ə) əynindən çıxartdıqları kimi qana bulaşdırmış və atalarının yanına gətirmişdilər. Ayıq və təcrübəli atanın gözləri köynəyə sataşdıqda hər şeyi anlayaraq dedi: “(Yǝqub) dedi: “Sizə bu işi nəfsiniz gözəl göstərmişdir”.
قالَبَلْسَوَّلَتْلَكُمْأَنْفُسُكُمْأَمْراً
Bəzi rəvayətlərdə oxuyuruq ki, Həzrət Yǝqub (ə) köynəyi əlinə alıb o yan-bu yana çevirdi və dedi: “Bəs nə üçün onda caynaq və diş izləri yoxdur?"
Başqa bir rəvayətəəsasən, o, köynəyi üzünə atdı, fəryad çǝkǝrǝk ağladı və dedi: "Bu necə də mehriban bir canavar imiş ki, övladımı yemiş, lakin onun köynəyinə heç bir zərər vurmamışdır!" Sonra Yǝqub (ə) huşunu itirdi və qurumuş ağac kimi yerə sərildi. Qardaşlardan bəziləri fəryad etdilər ki, Qiyamət günü Allahın ədalət məhkəməsində vay bizim halımıza! Qardaşımızı əldən verdik, atamızı öldürdük. Ataları beləcə sübhə qədər huşsuz qaldı, lakin səhərin soyuq küləyi üzünə toxunduqda özünə gəldi.
Qəlbinin odlanması və canının yanmasına baxmayaraq, əsla naşükürlük, ümidsizlik və şikayət nişanəsi olan sözləri dilinə gətirmədi, əksinə, belə dedi: “Mən gözəl şəkildə, şükür etməklə yanaşı olan səbir edəcəyəm".
Sonra sözlərinəəlavə etdi: “Söylədiklərinizin müqabilində Allahdan kömək diləyirəm”.
(وَاللَّهُالْمُسْتَعانُعَلىماتَصفُونَ)
Allahdan mənə səbirin acılığını şirin etməsini və mənə bu əzəmətli tufan müqabilində səbirli olub özümü itirməmək və dilimi xoşagəlməz sözlərə aludə etməmək üçün daha artıq qüvvət verməsini diləyirəm. O, belə demədi ki, Allahdan Yusufun (ə) ölümü ilə bağlı mənə səbir verməsini diləyirəm, çünki onun ölmədiyini bilirdi. Əksinə, Yǝqub (ə) belə dedi: "Sizin vəsf etdiklərinizin nəticəsi olan mənim Yusufla (ə) ayrılığım məsələsində Allahdan özümə səbir diləyirəm".
İncəliklər:
1\. Bir tərki-övla qarşısında.
Əbu Həmzə Somali nəql edir: “Cümə günü Mədinədə idim və sübh namazını İmam Səccadla (ə) qıldım. İmam namaz və zikrdən ayrıldıqdan sonra evinə doğru hərəkət etdi. Mən onunla idim. Xidmətçi qadını səsləyib dedi: "Diqqətli ol ki, evin qapısından keçən hər bir dilənçi və möhtaca yemək verəsən, çünki bu gün cümə günüdür”.
Əbu Həmzə deyir: "Dedim ki, kömək istəyən hər kəs köməyə möhtac deyil". İmam (ə) buyurdu: “Düzdür, lakin mən qorxuram ki, onların arasında köməyə möhtac kəslər olsun və biz onlara yemək verməyək və evimizin qapısından qovaq və bizim ailəmizin başına Yǝqub (s) və Ali-Yǝqubun başına gələnlər gəlsin”. Sonra buyurdu: “Onların hamısına yemək verin. Məgər eşitməmisiniz, Yəqub (ə) hər gün bir qoyun kəsər, bir qismini möhtac olanlara verər və bir qismini də özü və övladları yeyərdi. Bir gün ehtiyaclı, mömin və oruc tutmuş olan və Allah yanında məqama malik bir şəxsin yolu həmin şəhərdən düşdü. Cümə axşamı idi. İftar vaxtı Yǝqubun (ə) qapısına gələrək dedi: “Qərib və ehtiyaclı bir qonağa öz yeməyinizin artıq qalmış hissəsindən verməklə yardım edin”. Bu sözləri neçə dəfə təkrar etdi, onlar da eşitdilər və onun sözlərinə inanmadılar. O, məyus olduğu və hər yeri axşamın zülməti bürüdüyü zaman ağlayaraq geri qayıtdı və aclıqdan Allaha şikayət elədi. Həmin gecəni ac qaldı və sübhdə də səbirli olduğu və Allaha şükür etdiyi halda, yenə oruc tutdu. Amma Həzrət Yəqub (ə) və onun ailəsi tamamilə tox idi və sübh vaxtı onların yeməyi artıq qalmışdı”. İmam (ə) sonra sözlərinəəlavə etdi: “Allah-taala həmin sübhdə Yǝquba (ə) vəhy etdi: “Sən, ey Yǝqub (ə)! Mənim bəndəmi xar etdin və Məni qəzəbləndirdin. Səni və övladlarını ədəbləndirmək üçün cəza göndərilməsinə səbəb oldun. Ey Yǝqub! Mən dostlarımı düşmənlərimdən daha tez cəzalandırıram və bu, onları sevdiyimə görədir”.
Diqqəti cəlb edən məsələ budur ki, bu hədisin ardınca belə oxuyuruq: Əbu Həmzə deyir: "İmam Səccaddan (ə) soruşdum: "Həzrət Yusuf (ə) həmin yuxunu nə zaman gördü?” İmam (ə) buyurdu: “Həmin gecə”.
Bu hədisdən belə başa düşülür ki, peyğəmbərlər və ya övliyalar tərəfindən baş verən cüzi bir səhvlik və ya daha dəqiq desək, günah hesab edilməyən bir tərki-övla (Belə ki möhtac olanın vəziyyəti Həzrət Yǝquba (ə) aydın deyildi) baş verdikdə bu məsələ Allahın onları ciddi şəkildə cəzalandırmasına olur və bu, onların üstün məqamlarının daima ən kiçik danışıq və rəftarlarına diqqət yetirməsi tələbinə görədir. Ona görə ki, adi insanların yaxşı əməlləri seçilmişlər üçün nöqsandır (həsənətul-əbrar səyyiatul-muqərrəbin).
Həzrət Yǝqub (ə) bir möhtacın halından xəbərsiz olduğu üçün bu qədər çətinliklər yaşayırsa, onda az bir hissəsi tox, əksər hissəsi isə ac olan bir cəmiyyətin Allahın qəzəbindən amanda qalacağını və onlara ilahi cəza gəlməyəcəyini düşünmək olarmı?!
2\. Həzrət Yusufun (ə) duaları.
Əhli-beytdən (ə) vəəhli-sünnə vasitəsilə nəql edilən rəvayətlərdə oxuyuruq: "Yusuf (ə) quyuya atıldığı zaman onun ümidi hər yerdən kəsildi vəbütün diqqətini Allahın pak zatına yönəltdi. Allah ilə münacat etdi və Cəbrailin təlimi ilə Allahla razü-niyaz etdi. Həmin münacatlar müxtəlif ifadələrlə rəvayətlərdə qeyd edilmişdir”.
Rəvayətlərin birində belə oxuyuruq: “O, Allahla belə münacat etdi:
# أَللَّهُمَّيامُونسَكُلِّغَريبوياصاحبَكُلِّوَحيدوَيَامَلْجَأَكُلِّخائفويا
# كاشِفَكُلِّكُرْبَةٍوَيَاعَالِمَكُلِّنَجْوىويامُنْتَهىكُلِّشَكُوىوَيَاحَاضِرَكُلِّمَلَاءِيَاوَحيياقيومُأسْفَلكَأنْتَقْذَفَرَجالكفيقلبيحتىلايكونلىهمولاشغلغَيْرُكويَكُونَأنْتَجْعَلَلِىمِنْأَمْرِىفَرَجاًوَمَخْرَجًاإِنَّكَعَلَىكُلِّشَيْءٍقَدِيرٌ
“İlahi! Ey bütün qərib və tək olanların munisi! Ey bütün qorxanların pənahı! Ey bütün qəm-kədəri aradan qaldıran! Hər bir pıçıltıdan agah olan! Hər bir şikayət edənin son ümidi! Hər bir toplumda hazır olan! Ey diri olan və Öz zatına əsaslanan! Səndən başqa heç bir şeyi düşünməməyim üçün ümidini mənim qəlbimə salmağını diləyirəm. Səndən bu böyük çətinlikdən mənə bir nicat yolu hazırlamağını istəyirəm. Həqiqətən, Sən hər şeyə qadirsən!"
Maraqlı burasındadır ki, həmin hədisin izahında belə bildirilir: "Mələklər Həzrət Yusufun (ə) səsini eşitdilər və dedilər:
# الدُّعاءُدُعاءُنَبِيٍّصبیوإِلَهَنانَسْمَعُصَوْتاًوَدُعاءً : أَلصَّوْتُصَوْتُ
“İlahi! Biz bir səs eşidirik ki, səs uşaq səsi, amma dua peyğəmbər duasıdır". ("Qurtubi" təfsirinin 5-ci cildində, 3373-cü səhifədə)
Diqqət yetirmək lazımdır ki, Yusufun (ə) qardaşları onu quyuya atdıqları zaman onun köynəyini əynindən çıxarmışdılar və bədəni çılpaq idi. Bu zaman o dedi ki, an azı köynayimi verin ki, agar sag qalsam, onunla bədənimi örtüm, əgər ölsəm, mənə kəfən olsun. Qardaşları dedilər: "Yuxuda gördüyün günəş və aydan və on bir ulduzdan istə ki, sənin munisin olsunlar vəəyninə paltar geyindirsinlər” (O, Allahdan başqasından tamamilə ümidini üzərək həmin duanı oxudu).
İmam Sadiqdən (ə) belə nəql edilmişdir: "Qardaşları Yusufu (ə) quyuya atdıqlarında Cəbrail gəlib dedi: “Ay uşaq, burada nə edirsən?” Cavab verdi: "Qardaşlarım məni quyuya atdılar".
Cəbrail dedi: "Quyudan çıxmaq istəyirsənmi?”
Dedi: "Allahın ixtiyarındadı, əgər istəsə, məni quyudan çıxardar". Cəbrail dedi: "Sənin Rəbbin bu duanı oxuyaraq quyudan çıxmağını əmr edir".
Dedi: "Hansı duadır?"
Cəbrail dedi: "Belə dua et:
# اللهُمَّإِنِّيأَسْأَلُكَبِأَنَّلَكَالْحَمْدَلَاإِلَهَإِلاأَنْتَالْمَنَّانُ،بَدِيعُالسَّمَاوَاتِوَالْأَرْضِ،ذُوالْجَلالِوَالإِكْرامِ،أَنْتُصَلِّيَعَلىمُحَمَّدٍوَآلِمُحَمَّدٍوَأَنْتَجْعَلَلِيمِمَّاأَنَافِيهِفَرَجاوَمَخْرَجًا
İlahi! Ey həmd-sənanın yalnız Sənə məxsus olduğu! Səndən başqa heç bir məbud yoxdur! Bəndələrinə nemət verən, göylə yeri yaradan Sənsən! Sən əzəmət və mərhəmət sahibisən! Səndən Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndərməyini və mənim olduğum vəziyyətdən mənə nicat verməyini diləyirəm".
Həzrət Yusufun (ə) bu duaları oxumasında heç bir maneə yoxdur.
3\. “وَ أَجْمَعُوا أَنْ يَجْعَلُوهُ فِي غَيابَتِ الْجُبِّ” (Onlar Yusufu (ə) quyunun dibinə atmaqla bağlı fikir birliyinə gəldilər) cümləsi.
Bu cümlə qardaşların Yusufu (ə) sadəcə quyunun dibinə atmadıqlarını, əksinə, əvvəldə də qeyd etdiyimiz kimi, onu su götürmək istəyənlərin suya yaxın yerdə düzəltdikləri və orada dayana biləcəkləri yerə salladıqlarını göstərir. Həmin məqsədlə onun belinə kəndir bağlayıb quyuya salladılar. Yuxarıdakı ayələrin təfsiri ilə bağlı nəql edilən rəvayətlərdən də həmin mətləb əldə olunur.
4\. Nəfsin pis işləri zinətli göstərməsi.
(səvvəltə) sözü (təsvil) kökündəndir və “zinətləndirmək” mənasındadır. Onu bəzən "rəğbətləndirmək”, bəzən də “vəsvəsə etmək” mənasına yozmuşlar ki, təqribən hamısı bir mənaya qayıdır. Yəni "Sizin nəfsi istəkləriniz bu işi sizin gözünüzdə yaxşı göstərdi”.
Bu, nəfsi istəklərin ruh və düşüncəyə qalib gəldiyi zaman insanın qardaşını öldürməsi və ya uzaqlaşdırması kimi ən çirkin cinayətləri insanın gözündə zinətləndirərək müqəddəs və zəruri bir məsələ kimi cilvǝləndirməsinə işarədir. Həmin məsələ psixoloji bir prinsiplə bağlıdır. Belə ki həmişə bir şeylə bağlı ifrat meyillər əxlaqi baxımdan çirkin şeylərlə yanaşı olarsa, insanın müəyyənləşdirmə hissi üzərinə pərdə salaraq həqiqətləri onun nəzərində fərqli şəkildə göstərir. Beləliklə, düzgün hökm vermək və həqiqəti olduğu kimi dərk etmək nəfsi paklaşdırmadan əsla mümkün deyil. Hakimin ədalətli olmasının şərt edilməsi həmin səbəbdəndir. Qeyd edək ki, Quranın “Bəqərə” surəsinin 282-ci ayəsində (Allahdan qorxun, Allah sizə elm və bilik verəcək) kimi buyurulması bir daha həmin rəvayətə işarədir.
5\. Yalançının yaddaşı yoxdur.
Həzrət Yusuf (ə) və onun qardaşları ilə bağlı sərgüzəştindən bir daha məşhur olan bir prinsip başa düşülür: Yalançı öz sirrini həmişə gizlədə bilməz, çünki həqiqi hadisələrin öz ətrafındakı məsələlərlə çoxlu sayda rabitəsi vardır və yalançı öz yalanları ilə qeyri-düzgün səhnə yaratmaq istəyir. O, nə qədər zirəng və mahir olsa da, bu rabitələrin hamısını yadda saxlaya bilməz. Əgər bir neçə yalançı rabitəni bir-biri iləəlaqələndirsə belə, onların hamısını həmişəlik olaraq yadda saxlamaq o qədər də asan iş deyil. Ondan azacıq qəflət etmək ziddiyyətli danışığa səbəb olacaq. Bundan əlavə, həmin rabitələrin əksəriyyəti qəflətdə qalır və məhz bunlar həqiqəti faş eləyir. Bu, abırlı və şəxsiyyətli kəslərin yalana üz tutmaması ilə bağlı böyük bir dərsdir ki, onlar təfriqə yaratmasın və Allahın qəzəbinə şamil olmasınlar.
6\. Gözəl şəkildə səbir etmək nədir?
Çətin hadisələr müqabilində səbirli olmaq insanın geniş ruhiyyəyə malik və şəxsiyyət sahibi olmasının nişanəsidir. Belə ki o, böyük hadisələri həzm edə bilir və büdrəmir. Kiçik bir hovuzun suyunu yavaş əsən külək hərəkətə gətirə bilir, lakin okean böyük tufanlara sinə gǝrir və onun aramlığı aradan getmir. Bəzən insan zahirdə səbir göstərir, amma bu səbirliliyin simasını naşükürlük və hadisəyə səbir etməmənin nişanəsi olan sözlərlə bədnam edir.
Amma imanlı, iradəsi güclü və tutumlu insanlar belə hadisələrdə asla səbir kasaları daşmayan və naşükürlük, küfr və səbirsizlik nişanəsi olan sözləri dilinə gətirməyən kəslərdir. Onların səbri gözəl səbirdir.
Bu surənin digər ayələrində belə oxuyuruq: "Həzrət Yǝqub (ə) o qədər ağladı və qüssələndi ki, sonunda gözləri kor oldu”. Burada belə bir sual yaranır: “Görəsən, bu məsələ gözəl şəkildə səbir etməklə ziddiyyətə malik deyilmi?"
Bu sualın cavabı bir cümlədən ibarətdir və belədir: “İlahi şəxslərin qəlbi duyğular məkanıdır və övladın ayrılığında gözlərindən sel kimi yaşın gəlməsi heç də təəccüblü deyil. Bu, duyğusal bir məsələdir. Əhəmiyyətli olan məsələ onların səbri əldən verməməsidir, yəni Allahın razılığının əksinə bir söz deməmələri vəəməl etməmələridir”.
İslami hədislərdən belə başa düşülür ki, həmin məsələ İslam Peyğəmbəri (s) oğlu İbrahimin ölümü ilə bağlı ağladıqda da qarşıya çıxmış və ona demişlər ki, siz bizi ağlamaqdan çəkindirdiyiniz halda, özünüz ağlayırsınızmı?
Peyğəmbər (s) cavabında buyurdu:
# تَدْمَعُالْعَيْنُوَيَحْزَنُالْقَلْبُوَلانَقُولُمايُسْخَطُالرَّب
"Göz ağlayır, qəlb kədərlənir, lakin Allahı qəzəbləndirən bir şey demirik".
Başqa bir yerdə belə buyurduğunu oxuyuruq:
# لَيْسَهَذَابُكاءًوَإِنَّماهذهرَحْمَةٌ
“Bu ağlamaq səbirsizlik deyil, əksinə, rəhmətdir (duyğusal şəkildə ağlamaqdır)".
Bu, insanın sinəsində daş deyil, qəlbin olmasına və duyğusal məsələlərlə bağlı, təbii ki, reaksiya verəcəyinə bir işarədir. Ən sadə reaksiya isə gözlərdən yaşın gəlməsidir. Bu, eyib deyil, bəyəniləndir. Eyib budur ki, insan bir söz deyib Allahı qəzəbləndirməsin.