Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 6

Yusuf surəsi, 19-20-ci ayələr

Yusuf surəsi, 19-20-ci ayələr



وَجَاءَتْ سَيَّارَةٌ فَأَرْسَلُوا وَارِدَهُمْ فَأَدْلَى دَلْوَهُ قَالَ يَا بُشْرَى هَذَا غُلَامٌ وَأَسَرُّوهُ بِضَاعَةً وَاللَّهُ عَلِيمٌ بِمَا يَعْمَلُونَ .١٩


وَشَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَرَاهِمَ مَعْدُودَةٍ وَكَانُوا فِيهِ مِنَ الزَّاهِدِينَ .٢٠


Ayələrin tərcüməsi



19\. Bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, qabını quyuya salladı və (qəfildən): "Şad xəbər! Bu, (gözəl və sevimli) bir oğlan uşağıdır!” – deyə səsləndi. Bunu qənimət kimi başqalarından gizlətdilər. Allah isə onların nə etdiklərini bilirdi.

20\. Onu dəyərsiz bir qiymətə - bir neçə dirhəmə satdılar. Onların ona (onu satmağa) meyilləri yox idi. (Çünki sirlərinin aşkara çıxacağından qorxurdular.)

Ayələrin təfsiri.



Həzrət Yusuf (ə) quyunun dəhşətli zülmət qaranlığında çətin saatlar yaşadı, lakin Allaha iman və imandan qaynaqlanan aramlıq onun qəlbində ümid yaratdı ki, bu dəhşətli yalnızlığa sinə gərsin və imtahandan qalib çıxsın. Bu macəradan neçə gün keçdiyini təkcə Allah bilir. Bəzi təfsirçilər iki gün, bəziləri də üç gün keçdiyini qeyd etmişlər.

(وَجاءَتْسَيَّارَة)


“Misirə doğru bir karvan gəldi”.

Quyuya yaxın olan yerdə istirahət üçün dayandılar. Məlum məsələdir ki, karvanın ilkin ehtiyacı suyu təmin etməkdir. Bu səbəbdən də su gətirmək üçün təyin edilmiş şəxsi su dalınca göndərdilər.

“Və suçularını (su dalınca) göndərdilər”.

Daha sonra suyu gətirməklə vəzifəli olan şəxs öz su qabını (vedrəsini) quyuya salladı.

Həzrət Yusuf (ə) quyunun dibindən quyunun ağzında səs-küyün olmasını başa düşdü və bunun ardınca da kəndirlə quyuya vedrəni salladılar. O, fürsəti qənimət bilib Allahın bu nemətindən yararlandı və ondan bərk-bərk yapışdı.

Suyu gətirməklə vəzifəli olan şəxs vedrəsinin həddən artıq ağırlaşdığını hiss elədi və onu qüvvətlə yuxarı çəkdikdə gözləri ay parçası kimi olan azyaşlı uşağa sataşdı. Fəryad elədi: “O, qabını quyuya salladı və (qəfildən): "Şad xəbər! Bu, (gözəl və sevimli) bir oğlan uşağıdır!” — deyə səsləndi”.

Tədricən karvandakılardan bir qrupu bu məsələdən agah oldular, lakin digərlərinin xəbər tutmaması və özləri bu gözəl uşağı aparıb Misirdə qul kimi sata bilmələri üçün həmin məsələni nadir bir tapıntı kimi gizli saxladılar: "Bunu qənimət kimi başqalarından gizlətdilər”.

(وَأَسَرُّوهُبضاعَةً)


Əlbəttə, bu cümlənin təfsiri ilə bağlı başqa ehtimallar da söylənilmişdir, o cümlədən aşağıdakı ehtimala nəzər salaq:

Həzrət Yusufu (ə) tapanlar onu quyudan tapdıqlarını gizlətdilər vədedilər: “Bu, quyu sahiblərinin bizim ixtiyarımızda qoyduğu quldur ki, onu aparıb Misirdə sataq”.

Digər ehtimal belədir: Yusufun (ə) bəzi qardaşları ondan xəbər bilmək və ya ona yemək gətirmək üçün bəzən quyunun başına gələrdilər. Bu məsələdən xəbərdar olduqda Yusufla (ə) qardaş olduqlarını gizlətdilər və təkcə bunu dedilər: "O, bizim qaçan və burada gizlənmiş olan qulamımızdır”. Yusufu (ə) də təhdid etdilər ki, əgər bu sirrin üstünü açsa, onu öldürəcəklər. Lakin birinci təfsir bu təfsirlərin hamısından daha düzgün nəzərə çarpır.

Ayənin sonunda belə oxuyuruq: “Allah isə onların nə etdiklərini bilirdi”.

(وَاللهُعَلِيمٌبِمايَعْمَلُونَ)


Sonunda Yusufu (ə) çox az bir qiymətə - bir neçə dirhəmə satdılar. “Onu dəyərsiz bir qiymətə – bir neçə dirhəmə satdılar”.

بَخْسٍدَرَاهِمَمَعْدُودَةٍ


Onu satanların kimliyi barədə ixtilaf olmasına baxmayaraq, bəziləri onların Yusufun (ə) qardaşları olduğunu hesab etmişlər. Lakin ayənin zahirindən karvandakıların belə bir işəəl atdığı məlum olur. Ona görə ki, əvvəlki ayədə qardaşlardan danışılmır vəəvvəlki ayənin bitməsi ilə qardaşlarla bağlı söhbətlər də bitir və (ǝrsǝlu), (əsərru) və (şǝrǝvhu) kimi topluluq bildirən əvəzliklər istifadə edilir ki, onların hamısı bir məsələyə, yəni karvandakılara qayıdır.

Burada belə bir sual yaranır: "Nə üçün onlar Həzrət Yusufu (ə) ən azından baha qiymətə satıla bilən bir qulam dəyərində olmasına baxmayaraq, Quranın ifadəsi ilə desək, "bisəmənin bəxsin", yəni çox az qiymətə satdılar?"

Cavab belədir: "Bu, oğrular və ya zəhmət çəkmədən əhəmiyyətli bir sərmayəni əldə edən kəslər arasındakı təbii qaydadır ki, başqalarının anlaması qorxusundan onu dərhal satırlar və aydın məsələdir ki, onlar bu məsələdən çoxlu pul əldə edə bilməzlər. (bəxs) sözü, əslində, "bir şeyi zalımlıqla azaltmaq” mənasındadır. Həmin səbəbdən Quranda buyurulur:

وَلاتَبْخَسُواالنَّاسَأَشْيَاءَهُم


"Camaatın malını zalımcasına əskiltməyin və haqlarını kəsməyin!”

Yusufu (ə) neçə dirhəmə satmaları və pulu öz aralarında necə bölüşdürmələri barədə təfsirçilər arasında fikirayrılığı vardır. Belə ki bəziləri bunu 20, 22 dirhəm, bəziləri 40 və bəziləri də 18 dirhəm kimi qeyd etmişlər. Onu satanların sayının on nəfər olduğunu nəzərə alsaq, onların bu dəyərsiz puldakı səhmi məlum olur. Ayənin sonunda buyurulur: "Onların ona (onu satmağa) meyilləri yox idi. (Çünki sirlərinin aşkara çıxacağından qorxurdular).

Həqiqətdə bu cümləəvvəlki cümlənin səbəbini bəyan etmək üçündür. Belə ki onların Yusufu (ə) az qiymətə satmasının səbəbi həmin müamiləyə meyilsiz olmaları idi.

Bu məsələ ya karvandakıların Həzrət Yusufu (ə) ucuz qiymətəəldə etdiklərinə görə idi – insan ucuz əldə etdiyi şeyi ucuz da əldən verir - ya da qorxurdular ki, sirləri faş olar və iddia edən birisi çıxar. Yaxud da Həzrət Yusufda (ə) qul nişanələrini görməmələrinə, əksinə, onun azad biri olması simasından görsənməsinə görə idi. Həmin səbəbdən nə onu satanların onu satmağa, nə də alanların almağa o qədər də meyli yox idi.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...