Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 7
Yusuf surəsi, 21-22-ci ayələr
Yusuf surəsi, 21-22-ci ayələr
وَقَالَ الَّذِي اشْتَرَاهُ مِنْ مِصْرَ لِامْرَأَتِهِ أَكْرِمِي مَثْوَاهُ عَسَى أَنْ يَنْفَعَنَا أَوْ نَتَّخِذَهُ وَلَدًا وَكَذَلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي الْأَرْضِ وَلِنُعَلِّمَهُ مِنْ تَأْوِيلِ الْأَحَادِيثِ وَاللَّهُ غَالِبٌ عَلَى أَمْرِهِ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ .٢١
وَلَمَّا بَلَغَ أَشُدَّهُ آتَيْنَاهُ حُكْمًا وَعِلْمًا وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ .٢٢
Ayələrin tərcüməsi
21\. Onu alan misirli (Misir şahının vəziri) öz arvadına: "Ona yaxşı bax. Ola bilsin ki, bizə faydası dəysin, ya da onu oğulluğa götürək” dedi. Beləliklə, Yusufu həmin məmləkətdə məskunlaşdırdıq və ona yuxu yozmağı öyrətdik. Allah Öz işində qalibdir. Lakin insanların çoxu (bunu) bilmir.
22\. Yetkinlik çağına çatdıqda Biz ona hökm (peyğəmbərlik) və elm verdik. Yaxşı iş görənləri belə mükafatlandırırıq.
Ayələrin təfsiri.
Misir əzizinin (sərkərdəsinin) sarayında.
Axır ki, Həzrət Yusufin (ə) qardaşlarının onu quyuya atması ilə nəticələnmiş olan macərası sona çatdı və bu azyaşlı uşağın həyatında Misirdə yeni bir fəsil başladı.
Beləliklə, Yusufu (ə) Misirə apardılar və satışa çıxardılar. Təbii olaraq o, nəfis bir töhfə olduğundan Misir fironunun baş vəziri, yaxud vəzirlik məqamında olan Misirin əzizinə nəsib oldu. Ona görə ki, bütün dünyada hamıdan fərqlənən bu qula yalnız onlar daha çox pul ödəyə bildilər.
İndi də Misir əzizinin evində baş verənlərə nəzər salaq. Quranda buyurulur: "Onu alan misirli (Misir şahının vəziri) öz arvadına: "Ona yaxşı bax. Ola bilsin ki, bizə faydası dəysin, ya da onu oğulluğa götürək dedi”.
(وَقالَالَّذِياشْتَراهُمِنْمِصْرَلِامْرَأَتهأكرميمَنْواهُعَسىأَنْيَنْفَعَناأَوْنَتَّخِذَهُوَلَداً)
Bu cümlədən belə başa düşülür: Misir əzizinin övladı yox idi və o, övlad arzusunda idi. Bu yaraşıqlı uşağa – Yusufa (ə) gözləri sataş- dıqda ona qəlbini bağladı ki, özü üçün övlad olar. Sonra ayədə beləəlavə edilir: "Beləliklə, Yusufu həmin məmləkətdə məskunlaşdırdıq".
(وَكَذلكَمَكَنَّالِيُوسُفَفِيالْأَرْضِ)
Yusufun (ə) Misirə gəlməsi, bu məmləkətdə məskunlaşdırılması və Misir əzizinin yaşadığı mühitdə yaşaması onun gələcəkdə qeyri-adi qüdrətə malik olmasına görə idi. Ya da Misir əzizinin qəsrindəki yaşayış quyudakı yaşayışa bənzəmirdi. Həmin yalnızlıq, qorxu və aclığın vəhşəti hara, bu qədər nemət və asudəlik hara?!
Bundan sonra ayəyəəlavə olunur: "Və ona yuxu yozmağı öyrətdik”.
(وَلِنُعَلِّمَهُمِنْتَأْوِيلِالأحاديث)
"Təvil əhadis" deyildikdə – əvvəldə də işarə etdiyimiz kimi - yuxu- yozma elmi nəzərdə tutulur və Həzrət Yusuf (ə) onun sayəsində gələcəkdəki mühüm sirlərdən xəbərdar ola bilirdi. Yaxud da bu, ilahi vəhyə işarə idi, çünki Yusuf (ə) keçilməsi çətin olan ilahi imtahanlardan çıxdıqdan sonra Misir əzizinin sarayında risalət vəhyini daşımaq ləyaqətinə malik oldu. Lakin birinci ehtimalın daha münasib olması nəzərə çarpır.
Ayənin sonunda buyurulur: "Allah Öz işində qalibdir. Lakin insanların çoxu (bunu) bilmir.”
(وَاللهُغَالِبٌعَلَىأَمْرِهِوَلكِنَّأَكْثَرَالنَّاسِلايَعْلَمُونَ)
Allahın qüdrətinin və hər şeyə hakim olmasının qeyri-adi nişanələrindən biri budur ki, əksər halda insana qələbə və nicat vasitələrini onun düşmənlərinin əli ilə hazırlayır. Belə ki əgər qardaşlarının planı olmasaydı, Yusuf (ə) əsla quyuya düşməyəcək və quyuya düşməsəydi, Misirə getməyəcəkdi. Əgər Misirə getməsəydi, nə zindana düşəcək, nə də Fironun qeyri-adi yuxusunu yozacaq, nə də sonunda Misir hökmdarı olacaqdı.
Həqiqətdə Allah-taala Yusufu (ə) qardaşlarının əli ilə qüdrət taxtında oturtdu. Halbuki onlar Yusufu (ə) quyuda bədbəxtliklə həlak etdiklərini düşünürdülər. Yusuf (ə) Misirin mühüm siyasi mərkəzlərindən biri olan bu mühitdə yeni məsələlərlə qarşılaşırdı. Bir tərəfdən Misir zalımlarının insanı heyrətə salan və sonsuz sərvətlərini müşahidə edir, digər tərəfdən Misir bazarlarının qulsatanları onun gözlərində təcəssüm olunur və bu ikisinin müqayisəsi camaatın həddən artıq əziyyət çəkməsinə görə onun ruhu və düşüncəsində təzyiq yaradırdı. O, qüdrətə malik olacağı halda, bu vəziyyətə son qoymağı düşünürdü. O, bu mühitdə çox şeyləri müşahidə edirdi ki, onun qəlbində qəm-kədər yaradırdı. Ona görə ki, həmin şəraitdəəlindən bir şey gəlmirdi. Bu dövrdə o, özünü- tərbiyə və nəfsini paklaşdırmaqla məşğul idi. Quranda buyurulur: "Yetkinlik çağına çatdıqda Biz ona hökm (peyğəmbərlik) və elm verdik”.
(وَلَمَّابَلَغَأَشُدَّهُآتَيْنَاهُحُكْماًوَعِلْماً)
“Yaxşı iş görənləri beləmükafatlandırırıq".
(əşüddə) sözü (şuddə) kökündəndir və “möhkəm düyün" mənasını verir. Ayədə ruhi və cismi baxımdan möhkəmliyə işarədir. Bəziləri demişlər ki, "əşəddu" təki (müfrǝdi) olmayan cəmdir. Bəziləri də onu "sədd" vəznində olan "şədd"in cəmi olduğunu düşünürlər. Lakin ümumilikdə onun cəm mənasına malik olması inkaredilməzdir. Yuxarıdakı "Yetkinlik çağına çatdıqda Biz ona hökm (peyğəmbərlik) və elm verdik" ayəsi bəzi təfsirçilərin dediyi kimi, ya nübuvvət məqamına işarədir, ya da "hökm" dedikdə düzgün şəkildə qəzavət etmək və hər cür səhv və nəfsi istəkdən uzaq olan dərrakə qüvvəsi, həmçinin “elm" dedikdə cahillikdən uzaq olan agahlıq və bilik nəzərdə tutulur. Bu iki məsələ dəyərli və seçilən ilahi nemətlərdən idi ki, Allah-taala onu Yusufa (ə) paklıq, təqva, səbir və təvəkkülünə görə vermişdi. Bunların hamısı (munsinin) sözündə toplanmışdır.
Bəzi təfsirçilər ayədəki hökm və elmlə bağlı ehtimalların məcmusunu üç ehtimal olaraq qeyd etmişlər:
1\. Hökm nübüvvət məqamına işarədir (çünki peyğəmbər haqqa hakimdir) və elm din elminə işarədir.
2\. Hökm nəfsi istəklər müqabilində özünü gözləməkdir və burada əməli hikmətə və elm nəzəri hikmət və biliyə işarədir. Hökmü elmdən öndə qeyd etməyin səbəbi budur ki, insan özünü islah etmədikcə düzgün elmə yol tapmır.
3\. Hökm insanın "mütməinnə (aram) nəfs" məqamına çatması və özünə hakim olması mənasındadır. Belə ki insan bu məqamda əmmarə və vəsvəsə edən nəfsi idarə edə bilir. Elm müqəddəs nur və ilahi feyzin bir şüası mənasındadır ki, mələkut aləmindən pak insanın qəlbinə sayə salır.
İncəliklər:
1\. Nə üçün Misir əzizinin adı çəkilmir?
Sözügedən ayələrdə diqqəti cəlb edən məsələlərdən biri də Misir əzizinin adının çəkilməməsidir. Yalnız Misirdən olan bir şəxsin Yusufu (ə) alması qeyd edilmişdir. Amma həmin şəxsin kim olması ayədə bəyan olunmamışdır. Gələcək ayələrdə də bu şəxsin kimliyi birdən-birə bildirilmir və o, tədricən tanıtdırılır. Məsələn, bu surənin 25-ci ayəsində bildirilir:
وَأَلْفَياسَيِّدَهالَدَىالْبَابِ
“(Hər ikisi qapıya tərəf yüyürdülər və) bu vaxt qapının yanında qadının əri ilə rastlaşdılar”.
Bu ayələrdən sonra 30-cu ayəyə çatırıq ki, orada (əzizin arvadı) ifadəsi ilə rastlaşırıq. Bu tədrici bəyan ya Quranın hər bir şeyi zəruri miqdarda bəyan etməklə bağlı metoduna əsaslanır ki, onun fəsahət və bəlağətindən xəbər verir, ya da günümüzdə qrammatikada bilindiyi kimi, bir dastandan danışılan zaman hansısa qaranlıq bir məsələdən başlayırlar ki, dinləyəndə maraq yaratsın və onun diqqətini dastana cəlb etsin.
2\. Yuxuyozma elmi ilə Misir əzizinin sarayı arasındakı rabitə Yuxarıdakı ayələrdə sual doğuran digər bir məsələ yuxuyozma elmi ilə Yusufun (ə) Misir əzizinin qəsrinə gəlməsi arasında hansı rabitənin olması məsələsidir. (linüəlliməhu) sözündə məqsədi bildirən (lam) hərfi ilə ona işarə olunmuşdur. Lakin Allahın əksər elmi nemətləri günahdan çəkinmək və nəfsi istəklər müqabilindəki müqavimət sayəsində verməsi məsələsinə diqqət yetirməklə bu sualın cavabı aydınlaşmış olar. Başqa sözlə, qəlbi aydınlığa malik olmaq kimi təsiri olan bu nemətlər Allahın bu cür şəxslərə verdiyi ilahi mükafatlardır. Məşhur yuxuyozan İbn Sirin barəsində oxuyuruq: “O, parçasatan və həddən artıq yaraşıqlı bir şəxs idi. Bir qadın ona aşiq olur və xüsusi hiylələrlə onu evinə gətirərək qapını bağlayır. Amma o, həmin qadının istəyinə təslim olmur və davamlı olaraq bu böyük günahın fəsadlarını ona sadalayır. Lakin qadının nəfsi istəyinin alovu o qədər şiddətli idi ki, moizə suyu onun alovunu söndürmür.
İbn Sirin bu qadının cəngindən xilas olmaq üçün çarə düşünür və özünü evdəki murdar şeylərə bulayır. Qadın bu iyrənc mənzərəni müşahidə etdikdə ondan iyrənir və onu evdən qovur. Deyirlər ki, bu hadisədən sonra İbn Sirinə qeyri-adi bir yuxuyozrna istedadı bəxş edilir”.
Onun yuxuyozması ilə bağlı kitablarda qəribə hekayələr nəql edilmişdir ki, onun bu sahədəki dərin bilik və məlumatını göstərir. Ola bilsin ki, Həzrət Yusuf (ə) yuxuyozma elmini Misir əzizinin qadınının qeyri-adi cazibəsi müqabilində öz nəfsinə hakim olmasına görəəldə etmişdir.
Bundan əlavə, həmin dövrdə hakimlərin sarayı yuxuyozanların mərkəzi idi, həmçinin cavan və zirəng olan Həzrət Yusuf (ə) Misir əzizinin sarayında digərlərinin təcrübəsindən agah ola və bu zəminədə ilahi elmin artırılması üçün ruhi hazırlıq əldə edə bilərdi. Ümumilikdə isə bu, Allahın nəfslə mübarizə meydanında özbaşınalıq edən nəfsə qalib gəlmiş müxlis bəndələrinə elm və bilik verməklə bağlı nə birinci, nɔ də sonuncu neməti deyildi və bunlar maddi miqyaslarla ölçülə bilməz.
Məşhur “أَلْعِلْمُ نُورٌ يَقْذِفُهُ اللهُ في قَلْبِ مَنْ يَشَاء” (Elm bir nurdur və Allah onu istədiyi kəsin qəlbində yerləşdirər) hədisi də həmin məsələyə işarə edir. Bu, müəllim yanında öyrənilən və ya ölçülüb-biçilmədən kiməsə verilən elmlərdən deyil. Bunlar nəfslə mübarizə yarışmasında qalib gələnlərə verilən mükafatdır.
3\. (buluğun əşuddə) deyildikdə nə nəzərdə tutulur?
"Əşəddu" sözünün "cismi və ruhi möhkəmlik” mənasında olduğunu söylədik. Ayədəki (buluğun əşuddə) sözü də həmin mərhələyə yetişmək mənasındadır. Lakin bu ad Quranda insan ömrünün müxtəlif mərhələlərinə şamil edilmişdir. Bəzən həddi-büluğ yaşı mənasında işlənmişdir:
وَلاتَقْرَبُوامَالَالْيَتِيمِإِلَّابِالَّتِيهِيَأَحْسَنُحَتَّىيَبْلُغَأَشُدَّهُ
"Yetim həddi-büluğa çatana qədər xeyirxahlıq məqsədi istisna olmaqla, onun malına yaxınlaşmayın!”
Bəzən də qırx yaşına yetişmək mənasındadır:
حَتَّىإِذَابَلَغَأَشُدَّهُوَبَلَغَأَرْبَعِينَسَنَة
"Nəhayət, o, güc və inkişafın yüksək həddinə yetişib qırx yaşa çatdıqda...”
Bəzən də qocalıqdan qabaqkı mərhələ mənasında istifadə edilmişdir:
ثُمَّيُخْرِجُكُمْطِفْلًاثُمَّلِتَبْلُغُواأَشُدَّكُمْثُمَّلِتَكُونُواشُيُوخاً
"Sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan yaradan, körpə surətində dünyaya gətirən Odur. Sonra siz böyüyüb yetkinlik yaşına çatır, daha sonra da qocalırsınız".
4\. İlahi nemətlər hesab-kitabsız deyil!
Burada diqqət yetirilməli olan sonuncu məsələ belədir: Qurani- Kərimdə sözügedən ayələrdə Yusufa (ə) hikmət və elm verilməsindən söhbət açılarkən beləəlavə edilir: "Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq”. Yəni ilahi nemətlərin hətta peyğəmbərlərə verilməsi də hesab-kitabsız deyil. Hər kəs öz yaxşılıq və xeyirxahlığı miqdarında sonsuz ilahi feyz dəryasından bəhrələnə bilir. Bu, eynilə Yusufun (ə) həmin çətinliklər müqabilindəki səbri sayəsində böyük səhmə nail olduğu kimidir.
Bu ifadə fərqliliyi, bəlkə də, insanın cismi və ruhi möhkəmliyə malik olması baxımından müəyyən mərhələləri keçməsinə görə ola bilər və şübhəsiz ki, həddi-büluğa çatmaq onlardan biridir, əqli və ideoloji baxımdan püxtələşmək hesab edilən qırx yaş da həmin mərhələlərdən digəridir. Həmçinin insan tənəzzül dövrünü yaşamamışdan öncə həmin süstlük və qocalıq mərhələsini keçirir. Beləliklə, sözügedən ayədə məhz Həzrət Yusufda (ə) cavanlığının başlanğıcında formalaşan cismi və ruhi həddi-büluğ mərhələsinə işarə olunur.
Fəxr Razinin öz təfsirində bu zəmində qələmə aldığı məsələlər vardır ki, onu aşağıda nəzərinizə çatdırırıq:
“Ayın dövretmə müddəti (yer əhlinin gözündə görünməyəcəyi son üçüncü gecədəki mənzilinə çatanadək) 28 gündür. Onu dörd hissəyə böldüyümüz zaman hər bir hissəsi yeddi gün edəcək (ki, həftənin günlərini təşkil edir). Beləliklə, insan bədəninin xüsusiyyətlərini öyrənməklə məşğul olan alimlər onu yeddiillik dörd dövrə bölmüşlər. Birincisi, dünyaya gəldiyi zaman insan həm cismi, həm də ruhi baxımdan zəif və aciz olur. Amma yeddi yaşına çatdıqda onda ağıl, cismi qüvvə və zəka öz nişanələrini büruzə verir. Bu zaman insan ikinci mərhələyə daxil olur və on dörd yaşını geridə qoyub on beş yaşına daxil oluncaya qədər öz təkamülünə davam edir. Bu zaman cismi və ruhi baxımdan yetkinlik yaşına çatır və cinsi hisslər onda fəaliyyətə başlayır (və on beş yaşının tamamlanması ilə) dini cəhətdən məsuliyyət daşıyır.
Sonra yenə də öz təkamülünə davam edir ki, üçüncü dövrü başa çatdırsın və yeni mərhələyə başlasın. Sonunda dördüncü dövrü başa vurub 28 yaşına çatdıqda cismi inkişaf və təkamül də sona yetir və insan dayanma dövrü olan yeni bir dövrə qədəm qoyur. Bu, həmin ""dövrüdür. Bu ətalət dövrü beşinci dövrə, yəni 35 yaşına qədər davam edir və ondan sonra tənəzzül dövrü başlayır".
Yuxarıdakı bölgü müəyyən həddə qəbulolunası olsa da, dəqiq deyil. Ona görə ki, birincisi, yetkinlik dövrü ikinci dövrün sonunda deyil və həmçinin müasir alimlərin söylədiklərinəəsasən, cismani inkişafın sonu 25 yaşdadır. Kamil düçüncə yetkinliyi isə bəzi rəvayət- lərəəsasən, qırx yaşdadır. Bunlardan əlavə, yuxarıda qeyd edilən qanun bütün şəxslərə şamil olunan ümumi qanun hesab olunmur.