Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 8

Yusuf surəsi, 23-24-cü ayələr

Yusuf surəsi, 23-24-cü ayələr



وَرَاوَدَتْهُ الَّتِي هُوَ فِي بَيْتِهَا عَنْ نَفْسِهِ وَغَلَّقَتِ الْأَبْوَابَ وَقَالَتْ هَيْتَ لَكَ قَالَ مَعَاذَ اللَّهِ إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ إِنَّهُ لَا يُفْلِحُ الظَّالِمُونَ .٢٣


وَلَقَدْ هَمَّتْ بِهِ وَهَمَّ بِهَا لَوْلَا أَنْ رَأَى بُرْهَانَ رَبِّهِ كَذَلِكَ لِنَصْرِفَ عَنْهُ السُّوءَ وَالْفَحْشَاءَ إِنَّهُ مِنْ عِبَادِنَا الْمُخْلَصِينَ .٢٤


Ayələrin tərcüməsi



23\. Evində qaldığı qadın ondan kam almaq istədi və qapıları bağlayıb: "(Sənin üçün hazır olana doğru) gəl!” – dedi. O isə: "Allaha sığınıram! Axı o, (Misirin əzizi) mənim çörək verənimdir, məni əzizləmişdir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!" - dedi.

24\. Qadın ona meyil etdi. Əgər Rəbbinin dəlilini görməsəydi, o da ona meyil edərdi. Belə etdik ki, pisliyi və çirkin əməli ondan uzaqlaşdıraq. Çünki o, bizim ixlaslı qullarımızdandır.

Ayələrin təfsiri.



Misir əzizinin arvadının alovlu məhəbbəti.

Yusuf (ə) mənəvi və yaraşıqlı simasi ilə təkcə Misir əzizinin diqqətini deyil, hətta onun arvadının qəlbini də özünə cəlb etmiş və onun eşqi Yusufa (ə) "pəncəsini atmışdı". Zaman keçdikcə onun eşqi günbəgün daha da şiddətlənirdi. Amma təqvalı və pak olan Yusuf (ə) Allahdan başqasını düşünmürdü və qəlbi yalnız Allaha sevginin girovunda idi. Digər amillər də Misir əzizinin arvadının eşqini alov- landırırdı. Bir tərəfdən övlada malik deyildi, digər tərəfdən də cah- cǝlallı bir yaşayışa sahib idi.

Üçüncü tərəfdən, şəxsi həyatda - zadəganların həyatında təbii olan - heç bir problemin olmaması, dördüncü tərəfdən, Misir sarayına hakim olan vəziyyət iman və təqvaya malik olmayan bu qadında şeytani vəsvəsələr yaratdı və qəlbində gizlətdiklərini Yusufla (ə) paylaşmaq və ondan kama çatmağı istəmək qərarına gəldi. O, bu məqsədinə çatmaq sahəsində bütün vasitə və metodlardan istifadə etdi və xahiş etməklə ona təsir etməyə çalışdı. Quranda buyurulur: "Evində qaldığı qadın ondan kam almaq istədi və qapıları bağlayıb: "(Sənin üçün hazır olana doğru) gəl!”- dedi”.

(وَرَاوَدَتْهُالَّتِيهُوَفِيبَيْتِهاعَنْنَفْسه)


(ravǝdəthu) sözü (muravədə) kökündəndir və “geniş şəkildə tədqiqat" və "otlaq" mənasındadır. Məşhur (Otlağa gedən şəxs öz qövmünə yalan deməz) məsəli də həmin məsələyə işarədir.

Həmçinin onunla gözə sürmə çəkilən sürmə qabının milinə də “مرود” deyilir. Sonralar bu ifadə mülayimlik və anlayışla tələb edilən hər bir işə şamil olunmuşdur. Ayədəki "راودتة" ifadəsi Mizir əzizinin arvadının heç bir təhdid olmadan mülayimlik və Yusufa (ə) məhəbbətini bildirməklə onu bu işə dəvət etməsinə işarədir.

Sonunda qadının zehninə gələn sonuncu şey bu idi ki, bir gün onu öz otağında tələyə salsın və onu təhrik edən bütün vasitələri hazırlasın, ən cəlbedici paltarlarını geyinsin, ən gözəl şəkildə bəzənsin vəən yaxşı ətirlərdən istifadə eləsin. Elə səhnə yaratsın ki, güclü Yusufu (ə) diz çökdürsün. Quranda buyurulur: "Evində qaldığı qadın ondan kam almaq istədi və qapıları bağlayıb: “(Sənin üçün hazır olana doğru) gəl!” – dedi”.

(وَعَلَّقَتالأَبْوابَوَقَالَتْهَيْتَلَكَ)


(ğəlləqət) sözü mübaliğəni bildirir və qadının bütün qapıları möhkəm bağladığını göstərir. Bu, onun Yusufu (ə) qəsrin içərisindəki otaqlar içində otaq olan hissəsinə tərəf çəkdiyini nişan verir. Bəzi rəvayətlərdə bildirilir ki, o, yeddi otağın qapısını bağlamışdı ki, Yusuf (ə) heç bir yerə qaça bilməsin. Bəlkə də, Yusufa (3) bildirmək istəyirdi ki, məsələnin üstünün açılmasından qorxma, çünki kimsə bu bağlı qapıları açmaq qüdrətinə malik deyil.

Bütün cərəyanların günaha doğru irəlilədiyini müşahidə edən və zahirdə heç bir yolu qalmayan Yusuf (5) Züleyxanın cavabını verməkdə sadəcə bir cümlə ilə kifayətləndi: "Dedi: "Mən Allaha sığınıram!"

(قالمعاذالله)


Beləliklə, Həzrət Yusuf (ə) əzizin arvadının qeyri-qanuni istəyini qətiyyətlə rədd etdi və ona əsla bu istəyi qarşısında təslim olmayacağını başa saldı. Ona və onunla yanaşı bütün kəslərə anlatdı ki, şeytani vəsvəsə və xüsusiyyətlərdən xilas olmaq üçün belə gərgin anlarda yalnız gizlin və aşkarın Onun üçün eyni olduğu və iradəsi müqabilində heç nəyin müqavimət göstərə bilmədiyi Allaha sığınmaq lazımdır. O, bu qısa cümlə iləəqidə vəəməl baxımından Allahın yeganəliyini etiraf etdi.

Sonra sözlərinə beləəlavə etdi: "Axı o, (Misirin əzizi) mənim çörək verənimdir, məni əzizləmişdir”.

“Şübhəsiz ki, zalımlar nicat tapmazlar!” dedi”.

Bu yerdə Yusuf (ə) vəəzizin arvadının işi ən incə və həssas yerə çatır ki, Quranda həmin məsələ çox mənalı şəkildə belə bəyan olunur: "Qadın ona meyil etdi. Əgər Rəbbinin dəlilini görməsəydi, o da ona meyil edərdi”.

(وَلَقَدْهَمَّتْبِهِوَهَمَّبهالَوْلاأَنْرَأَىبُرْهَانَرَبِّه)


Bu cümlənin mənası barədə təfsirçilər arasında ixtilaf vardır və onların hamısını aşağıda belə xülasələndirə bilərik:

1\. Əzizin arvadı Yusufdan (ə) kam almaq üçün əlindən gələni əsirgəmədi. Yusuf (ə) da insan təbiətinə uyğun olaraq cavan və subay bir şəxs olduğundan, həmçinin ən həyəcanlı ehtiras səhnəsi müqabilində olduğundan, əgər təqva, iman və ismət məsələsi olmasaydı, o da həmin qərarı verərdi.

Beləliklə, əzizin arvadının qəsdi ((qəsd eləmək)) ilə Yusufun (ə) qəsdi (niyyəti) arasındakı fərq belə idi ki, Yusufda (ə) onun həyata keçməməsi şərtinəəsaslanırdı. Lakin əzizin arvadının qəsdi mütləq şəkildə idi, belə ki o, təqva və imana malik olmadığından belə bir qərara gəlmişdi və sonuna qədər də qərarının üstündə durdu, lakin təklifi daşa dəydi.

Bu ifadənin oxşarı ərəb və fars ədəbiyyatında vardır: “Heç nəyəəhəmiyyət verməyən kəslər filan şəxsin bağını qarət etmək istəyirlər, mən dəəgər uzun illər bir ustadın məktəbində tərbiyə edilmiş olmasaydım, bu cür qərar verərdim". Beləliklə, Yusufun (ə) qərarı bir şərtəəsaslanırdı ki, həyata keçmədi və bu məsələ Yusufun (ə) ismət və təqvası ilə ziddiyyətli deyil və onun məqamının aliliyini göstərir. Bu təfsirəəsasən, Yusufdan (ə) günah hesab ediləcək heç bir hərəkət baş verməmişdir, hətta qəlbində də qərar verməmişdi. Bu səbəbdən də bəzi rəvayətlərdə Yusufun (ə) da əzizin arvadından kam almaq istəyərək paltarını çıxarması və s. bu kimi bizim qeyd etməkdən həya etdiyimiz cümlələrin hamısı əsassız və uydurmadır.

Bunlar napak və imansız kəslərin əməlləridir. Bu qədər ali məqam və paklıqla Yusufa (ə) belə bir şeylə necə ittiham etmək olar?!

Maraqlı burasındadır ki, birinci təfsir İmam Rzadan (ə) qısa cümlələrlə ifadə edilmişdir. Belə ki Abbasi xəlifəsi Məmun o Həzrətdən (ə) soruşdu: "Siz peyğəmbərlərin məsum olduğunu söyləmirsinizmi?” İmam (ə) buyurdu: “Bəli!”

Dedi: “Onda Qurandakı “وَ لَقَدْ هَمَّتْ بِهِ وَ هَمَّ بِهَا لَوْ لا أَنْ رَأَى بُرْهَانَ رَبِّه” ayəsinin təfsiri nədir?"

İmam (ə) buyurdu:

# وَلَقَدْهَمَّتْبِهِوَلَوْلاأَنْرَأَىبُرْهَانَرَبِّهِلَهَمَّبِهاكَماهَمَّتْبِهِ،لَكِنَّهُكَانَمَعْصُوماً


# وَالْمَعْصُومُلايَهُمُّبِذَنْبوَلايَأْتِيهِفَقالَالْمَأْمُونُلِلَّهِدَرُّكَياأَبَاالْحَسَنِ


“Misir əzizinin arvadı Yusufdan (ə) kam almaq qərarına gəldi. Əgər Yusuf (ə) da Allahın dəlilini görməsəydi, o da əzizin arvadı kimi qərar verəcəkdi. Lakin o, məsum idi və məsum əsla günah etməz və günaha doğru getməz!"

Məmun bu sözlərdən ləzzət duyduğuna görə dedi: “Əhsən sənə, ey Əbülhəsən!"

2\. Misir əzizinin arvadı və Yusufun (ə) qərarı bir-birindən cinsi ləzzət almaq barədə deyildi, əksinə, bir-birinə həmlə etmək və vurmaq baxımından idi. Əzizin arvadı eşqinin cavabsız qalması və məğlubiyyətə uğraması səbəbi ilə ondan intiqam almaq üçün, Yusuf (ə) isə ona təslim olmamaq və özünü müdafiə etmək baxımından hücum etmək istəyirdi.

Birincisi, bu mövzu ilə bağlı başqa bir məsələ budur ki, əzizin arvadı öz qərarını bundan çox öncə vermiş və onun müqəddimələrini hazırlamışdı. Həmin səbəbdən Quranda onun bu işə qərar verdiyini söyləməyə ehtiyac yoxdu, çünki həmin an qərar vermək anı deyildi.

İkincisi, bu məğlubiyyətdən sonra intiqam almaq və qəzəb halının yaranması təbii idi, çünki o, imkan daxilində Yusufla (ə) mülayimliklə danışmışdı ki, Yusufa (ə) nüfuz etsin, belə olmadıqda başqa bir yola – zorakılıqla danışmağa əl atdı.

Üçüncüsü, bu ayənin ardınca oxuyuruq: “Belə etdik ki, pisliyi və çirkin əməli ondan uzaqlaşdıraq”.

كَذلِكَلِنَصْرِفَعَنْهُالسُّوءَوَالْفَحْشاء


(fǝhşa) sözü “iffətsizliyə aludə olmaq” mənasındadır və (su) sözü isə başqasının cəngindən xilas olmaq üçün vurmaq, hətta Misir əzizinin arvadını öldürmək mənasını verir.

Hər halda, Yusuf (ə) Allahın dəlillərini gördükdə o qadından uzaqlaşmağı düşündü. Belə ki, məbada, qadın onu vurub yaralasın və onu günahkar çıxartsın. Həmin səbəbdən qapıya tərəf qaçdı.

3\. Şübhəsiz, nəfsi istəkləri əql və imanına tabe olmasına baxmayaraq, Yusuf (ə) cavanlıq hisslərinə malik olan bir gənc idi. Təbii ki, belə həyəcanlı vəziyyətə düşdükdə onun da daxilində tufan yaranır və nəfsləəql bir-biri ilə mübarizəyə qalxır. Təhrikedici amillər nə qədər qüvvətli olsa, cinsi qərizələr bir o qədər güclənir və bir anda onların kulminasiya nöqtəsinə çatması mümkündür. Əgər bir qədər də irəli getsə, təhlükəli vəziyyət yaranar. Gözlənilmədən iman və təqva qüvvəsi hərəkətə gələrək instinktlərə qələbə çalır və onları geri oturdur.

Quranda bu böhranlı anlardakı bir anlıq aramlıq yuxarıdakı ayələrdə belə tərənnüm edilir və “هَمَّ بِها لَوْ لا أَنْ رَأَى بُرْهَانَ رَبِّه” cümləsi ilə aşağıdakı mətləbə işarə edilir: "Yusufun (ə) əqli ilə cinsi hissləri arasında mübarizə kulminasiya nöqtəsinə çatdı və bir anda əql və imanın qeyri-adi qüvvəsi cinsi hisslər tufanını yatırtdı".

Kimsə Yusufun (ə) özünü belə vəziyyətdən xilas etməsini asan bir iş hesab etməsin. Güman etməsinlər ki, onda cinsi hisslər zəif idi. Xeyr! Əksinə, o da bu həssas anlarda öz paklıq və imanını qorumaq üçün ən çətin olan cihadla mübarizə mərhələsindən keçdi.

Quranda bildirilir ki, məhz Allahın lütfü Yusufu (ə) belə bir çətinlikdən xilas etdi: "Belə etdik ki, pisliyi və çirkin əməli ondan uzaqlaşdıraq”.

( كَذلِكَلِنَصْرِفَعَنْهُالسُّوءَوَالْفَحْشَاءَ)


“Çünki o, bizim ixlaslı qullarımızdandır”.

Bu, ona işarədir ki, Bizim ona mənəvi qeybi yardım göstərməyimiz səbəbsiz deyildi. O, Bizim pak, özünü islah edən və təqvalı bəndəmiz idi və onun qəlbi və ruhu şirkin zülmətindən pak idi. Elə bu səbəbdən də o, ilahi yardımın göstərilməsinə layiq idi. Bu mətləbin xatırlanması – Yusuf (ə) kimi peyğəmbərə çətin anlarda qeybi yardımların göstərilməsi heç də bunun yalnız peyğəmbərlərə məxsus olmadığını bildirir. Kim Allahın müxlis bəndələrinin zümrəsinə daxil olsa, sözsüz ki, bu ilahi lütf ona da şamil olunacaq.

İncəliklər:



1\. “إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَاي” cümləsində “رب” (rəbb) sözü deyildikdo nə nəzərdə tutulur?

(rəbb) sözü deyildikdə kimin nəzərdə tutulması barədə təfsirçilər arasında ixtilaf vardır. Əksər təfsirçilər, o cümlədən mərhum Təbərsi "Məcməül-bəyan"da və "Əl-Mənar" təfsirinin müəllifi öz əsərində (rəbb) sözünü geniş mənada götürmüş və bu barədə belə yazmışlar: (rǝbb) deyildikdə Misir əzizi nəzərdə tutulur. O, Yusufa (ə) ehtiram göstərirdi və eləəvvəldə arvadına əkrimi məsvah” deməklə Yusufu (ə) tapşırmışdı".

(rǝbb) sözünün bu mənada işlənmədiyini güman etmək tamamilə yanlışdır, çünki həmin surədə dəfələrlə bəzən Yusufun (ə) və bəzən də başqalarının dilindən (rəbb) sözü Allahdan başqasına şamil edilmişdir. Məsələn, zindandakıların yuxusunun yozumu ilə bağlı oxuyuruq:

وَقالَللَّذيظَنَّأَنَّهُناجِمِنْهُمَااذْكُرْنِيعِنْدَرَبِّكَ


“O iki nəfərdən (birinin) xilas olacağına əmin olduğuna dedi: "Rəbbinin (Misir şahının) yanında məni yada sal!"

Bir daha Yusufun (ə) dilindən oxuyuruq:

فَلَمَّاجَاءَهُالرَّسُولُقالَارْجِعْإِلىرَبِّكَفَسْئَلْهُمَابَالُالنِّسْوَةِاللَّاتِيقَطَّعْنَأَيْدِيَهُن


"Lakin elçi onun (Yusufun) yanına gəldikdə (Yusuf) dedi: "Rəbbinin yanına qayıt və ondan əllərini doğrayan qadınların əhvalatını soruş. Rəbbim onların hiyləsindən xəbərdardır”.

Bu surənin 41-ci ayəsində Yusufun (ə) dilindən və 42-ci ayəsində Quranın dilindən “rəbb" sözünün “nemət sahibi” və “malik” mənasına şamil olunmasını oxuyuruq. Diqqət edin ki, bu ayədən başqa həmin surənin dörd yerində “rəbb” sözü Allahdan başqasına şamil edilmişdir. Halbuki Quranın bu və digər surələrində həmin söz yalnız Allaha şamil edilmişdir. Beləliklə, bu sözün müştərəkliyinə işarə edilir və hər iki mənaya şamil olunur.

Lakin Misir əzizinin "əkrimi məsvah" cümləsini deyərək arvadına tövsiyə etməsi və sözügedən ayələrdə onun təkrarı birinci mənanı gücləndirir. Tövratda "Yaradılış sifri"nin 39-cu fəslində 7, 8 və 9-cu bəndlərdə belə qeyd edilmişdir:

"Bu müqəddimələrdən sonra, sahibinin arvadı ona göz dikdi və dedi: “Mənimlə yaxınlıq elə!” Lakin o, bu işdən çəkindi və sahibinin arvadına dedi: “Hazırda sahibin mənimlə evdə baş verənlərdən xəbərdar deyil və bütün sahib olduqlarını mənə tapşırmışdır. Bu evdə məndən böyüyü yoxdur. Mənə səndən başqa bir şeylə bağlı irad tutmaz, çünki sən onun arvadısan. Belə isə, mən Allahıma qarşı bu böyük qəbahət və günahı necə edə bilərəm..."

Tövratın bu cümlələri dəəvvəlki mənadadır.

2\. "Allahın aşkar dəlili” deyildikdə nə nəzərdə tutulur?

(bürhan) sözü, əslində, (bərǝhə) məsdərindən ibarətdir və mənası “ağ olmaq"dır. Sonradan məqsədin aydınlaşması ilə bağlı olan hər bir tutarlı dəlilə (bürhan) sözü şamil edilmişdir. Beləliklə, Yusufun (ə) nicatına səbəb olan dəlil bir növ aydın ilahi dəlil idi və təfsirçilər onun barəsində ixtilafdadırlar:

1\. Elm, iman və insani tərbiyə, həmçinin səciyyəvi xüsusiyyətlər

2\. Onun zinanın haram olması hökmündən agah olması

3\. Günahdan uzaq olmaqla bağlı ismət və nübüvvət məqamı

4\. Yaxşı əməlləri müqabilində belə həssas bir anda köməyinə gələn bir növ ilahi yardım

5\. Rəvayətlərin birindən belə başa düşülür: “Otaqda bir büt vardı vəəzizin arvadının gözü ona sataşdıqda elə başa düşdü ki, o, qəzəblə onun işlərinə tamaşa edir. Həmin səbəbdən bütün üstünü paltarla örtdü. Bu mənzərəni müşahidə edən Yusufun (ə) qəlbində tufan yarandı və dedi: "Sən belə ağılsız, şüursuz və hissiyyatsız bir bütdən həya etdiyin halda, mənim hər şeydən xəbərdar olan, gizli və aşkarı bilən Allahdan hǝya etməməyim mümkündürmü?”

Bu hiss Yusufa (ə) yeni bir qüvvə verdi ki, o, əqllə duyğular arasındakı mübarizədə nəfsə qalib gələ bilsin.

Həmçinin bütün bu mənaların birlikdə qeyd olunmasında heç bir maneə yoxdur, çünki bunların hamısı (bürhan) sözünün ümumi məfhumunda toplanmış, Quran ayələri və rəvayətlərdə bu söz həmin mənaların çoxuna şamil edilmişdir. Amma təfsirçilərin bəzi sənədsiz rəvayətlərə istinad edərək günah etmək qərarına gəlmiş Yusufun (ə) bir anda mükaşifə edərək Cəbrailin, yaxud Yǝqubun (ə) əlini ağzına aparıb dişlədiyini görməsini və bundan sonra günahdan daşınmasını söyləməsi yanlışdır və israiliyyat rəvayətlərinə bənzəyir. Bu, dardüşüncəli insanların uydurmasıdır və onlar əsla nübüvvət məqamını anlamamışlar.

3\. Nəfslə mübarizə.

İslamda ən üstün cihadın nəfslə cihad olduğunu bilirik və Peyğəmbərin (s) məşhur hədisində o, "böyük cihad" adlandırılmışdır. Yəni "kiçik cihad" olan düşmənlərlə mübarizədə nəfslə mübarizə olmadan qələbə çalmaq mümkün deyil.

Quranda peyğəmbər və digər övliyaların böyük cihadla bağlı mübarizə meydanındakı səhnələri müxtəlif şəkillərdə qeyd edilmişdir. Əzizin arvadının Yusufa (ə) olan odlu eşq dastanı da həmin əhəmiyyətli məsələlərdən biridir. Quran bu dastanın bütün xüsusiyyətlərini müəyyən səbəbdən geniş şərh etməsinə baxmayaraq “بُرْهَانَ رَبِّهِ وَ هَمَّ بِها لَوْ لا أَنْ رَأى” cümləsi ilə bu tufanın şiddətini nəzərə çarpdırmışdır.

Yusuf (ə) üç dəliləəsasən, bu meydandan üzüağ çıxmışdır: Birincisi, özünü Allaha tapşırdı və Onun lütfünə sığındı. İkincisi, Misir əzizinin evində qalması və ya Allahın onu quyudan çıxarması və ona verdiyi çoxlu nemətlərlə bağlı keçmiş və indiki halını düşündü və tez ötüb-keçən hisslərə qapılmadı.

Üçüncüsü, özünü islah etməsi və "innəhu min ibədinal muxləsin" cümləsindən anlaşıldığı kimi, ixlasla bəndəlik etməsi bu mübarizə meydanında daxildən və xaricdən gələn vəsvəsələr qarşısında diz çökməməsi üçün ona qüvvət verdi.

Bu, nəfslə mübarizə meydanında təhlükəli düşmənə qalib gəlmək istəyən bütün kəslər üçün bir ibrət dərsidir. Həzrət Əli (ə) "Sabah" duasında necə də gözəl buyurmuşdur:

# وَإِنْخَذَلَنِينَصْرُكَعِنْدَمُحارَبَةِالنَّفْسِوَالشَّيْطانِفَقَدْوَكَلَنِيخِزْلانُكَإِلىحَيْثُ


# النصبوالحرمان


"Əgər nəfs və şeytanla mübarizə meydanında Sənin yardımından məhrum olsam, bu məhrumiyyət məni çətinliyə salar və mənim nicat tapmağa ümidim olmaz".

Hədisdə oxuyuruq:

# أنَّالنَّبِيَّصلىاللهعليهوآلهبَعَثَسَرِيَّةًفَلَمَّارَجَعُواقَالَمَرْحَباًبِقَوْمٍقَضَوُاالْجِهَادَالأَصْغَرَوَبَقِيَعَلَيْهِمُالْجهادُالأَكْبَرُ،فَقِيلَيارَسُولَاللهمَاالْجِهَادُالأَكْبَرُقَالَجَهادُ


# النفس


Peyğəmbər (s) bir dəstə müsəlmanı cihada göndərdi və onlar mübarizədən yorğun və yaralı halda qayıtdıqları zaman o Həzrət (ə) belə buyurdu: “Əhsən kiçik cihadı yerinə yetirən kəslərə! Lakin böyük cihad vəzifəsi hələ onların öhdəsindədir". Soruşdular: "Ey Allahın Rəsulu (s)! Böyük cihad nədir?" Buyurdu: "Nəfslə mübarizə!"

Həzrət Əli (ə) buyurur:

# الْمُجَاهِدُمَنْجَاهَدَنَفْسَهُ


“Həqiqi mücahid öz nəfsi ilə mübarizə aparan kəsdir”.

İmam Sadiqdən (ə) belə nəql edilmişdir:

# مَنْمَلَكَنَفْسَهُإِذارَغِبَ،وَإِذارَهِبَ،وَإِذااشتهى،وَإِذاغَضِبَ،وَإِذارَضِيَ،


# حَرَّمَاللَّهُجَسَدَهُعَلَىالنَّارِ


"Bir neçə məsələdə - kiməsə meyilli olduqda, qorxu və şəhvət zamanı, qəzəb vərazılıq zamanı insan bu işlərin onu Allahın əmrindən çıxarmayacaq şəkildə özünə hakim olsa, Allah onun bədəninə atəşi haram edər”.

4\. İxlasın mükafatı.

Yuxarıdakı ayələrin təfsirində işarə etdiyimiz kimi, Yusufun (ə) əzizin arvadının təhlükəli tələsindən nicat tapması Quranda Allaha aid edilir: "Biz onu pisliklərdən xilas etdik”. Daha sonra belə buyurulur: “O, bizim müxləs bəndələrimizdən idi". Bu, Allahın ixlaslı bəndələrini belə çətin anlarda tək qoymadığını və qeybi yardımlarla onlara nicat verdiyini göstərir. Həmçinin Allah-taala izahı qeyri-mümkün olan gizli lütflərlə Öz bəndəsini qoruyur. Bu, Onun pak və ixlaslı bəndələrinə verdiyi mükafatdır.

Qeyd etməliyik ki, yuxarıdakı ayələrdə Yusuf (ə) "xalis edən” mənasında deyil, ismi-məful (feili-sifət) qəlibində və mütləq şəkildə “müxləs”, yəni xalis olunmuş kimi qeyd edilmişdir. Quran ayələrinə diqqət yetirməklə "müxlis” sözünün ən çox insanın özünün təkamül mərhələsini keçdiyi və özünü islah etməklə məşğul olduğu hallara şamil olunduğu anlaşılır. Məsələn, Quranda buyurulur:

فَإِذارَكِبُوافِيالْفُلْكِدَعَوُااللَّهَمُخْلِصِينَلَهُالدِّينِ


وَماأُمِرُواإِلَّالِيَعْبُدُوااللَّهَمُخْلِصِينَلَهُالدِّينَ


"Gəmiyə mindikləri zaman Allahı ixlasla çağırarlar".

"Halbuki onlara dinlərini məhz Allah üçün xalis etmələri əmr olunmuşdu”.

Amma "muxləs" bir müddət nəfslə mübarizədən sonra hasil olan mərhələyə şamildir. Həmin mərhələdə şeytanın vəsvəsə ilə insana nüfuz etməsi qeyri-mümkündür. Allah da onu pisliyə bulaşmaqdan qoruyur. Yəni xalis edən (müxlis) Allahdır və pak olan (muxlǝs) insandır və həqiqətdə ilahi sığortaya malikdir. Quranda buyurulur:

قالَفَبِعِزَّتِكَلَاغُوِيَنَّهُمْأَجْمَعِينَإِلَّاعِبَادَكَمِنْهُمُالْمُخْلَصِينَ


"Dedi: “Sənin izzətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam, onların arasından təkcə Sənin xalis (olunmuş) bəndələrin istisnadır!"

Yusuf (ə) belə çətin anlarda dağ kimi dayanmaq mərhələsinə çatmışdı və bu mərhələyə çatmaq üçün çalışmaq lazımdır.

5\. Bəyanetmədəki iffət və mətanət.

Quranın möcüzələrindən biri də onda xoşagəlməz, pis sözlərin işlədilməməsidir və hər kəsin söz və düşüncəsi onun yaşadığı mühitə uyğun olduğu halda, bu, dərs oxumayan və cəhalət mühitində yaşayan bir şəxsdən gözlənilən bir şey deyil. Quranın nəql etdiyi bütün dastanlar arasında bir məhəbbət dastanı vardır və o da Misir əzizinin arvadı ilə Yusufun (ə) dastanıdır. Bu dastanda gözəl və nəfsinə tabe olan bir qadının pak qəlbli və mahir bir cavana olan alovlu məhəbbətindən söz açılmışdır. Natiq və yazıçılar bu cür səhnələrlə qarşılaşdıqda qəhrə- manların həqiqi simasını və yaxud həmin səhnələri canlandırmaqda ya qələmini azad buraxmağa və min cür təhrikedici və qeyri-əxlaqi ifadələri işlətməyə, ya da bəzi səhnələri qaranlıq şəkildə çatdırmağa məcbur olurlar.

Natiq və ya yazıçı nə qədər məharətli olsa da, bu iki məsələdən biri ilə qarşılaşır. Dərs oxumamış bir şəxsin belə həssas məhəbbət səhnələrini bəyan edərkən ən azı təhrikedici kəlmələrdən istifadə etməməsi və iffəti gözləməsinə inanmaq olarmı?!

Lakin Quranda bu dastanın həssas səhnələri bəyan edilərkən bəyanetmədəki diqqət və mətanətlə iffət bir-birinə qarışdırılmış və həqiqət gizlənilmədən olduğu kimi, həmçinin əxlaqi məsələlərə riayət olunmaqla şərh edilmişdir. Həmin dastanın ən həssas səhnəsinin əzizin arvadının hazırladığı gizli eşq otağı olması məlumdur.

Quranda bu barədə bütün sözlər söylənilmiş, lakin azacıq beləəxlaqi məsələlərdən kənara çıxılmamışdır:

وراوَدَتْهُالَّتِيهُوَفِيبَيْتِهاعَنْنَفْسهوَعَلَّقَتالأَبْوابَوَقَالَتْهَيْتَلَكَقَالَمَعَاذَ


اللَّهِإِنَّهُرَبِّيأَحْسَنَمَثْوَايَإِنَّهُلايُفْلِحُالظَّالِمُون :


“Evində qaldığı qadın ondan kam almaq istədi və qapıları bağlayıb: "(Sənin üçün hazır olana doğru) gǝl!"- dedi. O isə: "Allaha sığınıram!

Axı o (Misirin əzizi) mənim çörək verənimdir, məni əzizləmişdir. Şübhəsiz ki, zalımlar nicat tapmazlar!" – dedi”.'

6\. Bu ayədə diqqətolunası mətləblər

1\. (ravǝd) sözü kiminsə başqa birisindən israrla, amma mülayimliklə bir şey istədiyi zaman istifadə edilir. Misir əzizinin arvadının Yusufdan (ə) nə istəməsi aydın olduğundan, Quranda ona aşkar şəkildə işarə olunmuş və onun adı çəkilməmişdir.

2\. Quranda hətta (əzizin arvadı) ifadəsi işlədilmir, əksinə, belə deyilir: “(Yusufun (ə) onun evində olduğu qadın). Bu, ört-basdır etmək və həyalı şəkildə bəyan olunmağa daha yaxındır. Bununla yanaşı, Yusufun (ə) təslim olmadığı təqdirdə başına gələ biləcək çətinliklər və həyatının həmin qadının ixtiyarında olduğu təcəssüm etdirildiyi kimi, Yusufun (ə) qədirbilənliyi də təcəssüm olunmuşdur.

3\. (qapıları bağladı) cümləsi mübaliğəni çatdırır və qadının bütün qapıları möhkəm bağlamasına dəlalət edir ki, bu, hǝyǝ- canlandırıcı bir səhnənin təsviridir.

4\. "Sənin üçün hazırlanmış olan şeyə doğru tələs", yaxud, "Gəl, mən sənin ixtiyarındayam" mənasını verən “qalət həytə ləkə” cümləsi əzizin arvadının öz məqsədinə çatması üçün işlətdiyi son sözlərdir ki, onda heç bir təhrikedici şey yoxdur və mənalı sözlərdir.

5\. Əksər təfsirçilərin dediyinəəsasən, Yusufun (ə) gözəl və fisunkar qadının cavabında dediyi “مَعَاذَ الله إِنَّهُ رَبِّي أَحْسَنَ مَثْوَايَ” cümlənin mənası belədir: "Mən Allaha pənah aparıram. Misirin əzizi sənin ərin və mənim böyüyümdür. O, mənə ehtiram və etimad etmişdir. Mən ona necə xəyanət edə bilərəm? Bu iş həm xəyanət, həm də zülmdür.

(Həqiqətən, zalımlar nicat tapmazlar!)

Beləcə, ayələr Yusufun (ə) Misir əzizinin arvadındakı insanlıq duyğularını oyatmağa çalışdığını bəyan edir."

6\. “وَ لَقَدْ هَمَّتْ به وَ هَمَّ بها لَوْ لا أَنْ رَأى بُرْهَانَ رَبِّه” cümləsi bir tərəfdən eşqin xəlvət yeri olan həmin məkanın dəqiq təsviridir. Belə ki əgər Yusuf, əql, iman və ya ismət məqamında olmasaydı, ona düçar olacaqdı. Digər tərəfdən Yusufun (ə) şəhvət divinə qələbə çalması çox gözəl şəkildə vəsf olunmuşdur.

Maraqlıdır ki, sadəcə (həmmə) sözündən istifadə edilmişdir. Yəni əzizin arvadı öz qərarını vermişdi vəəgər Yusuf (ə) da Allahın dəlilini görməsəydi, öz qərarını verəcəkdi. Görəsən, burada "niyyət və qərar" sözündən də yaxşı bir söz tapmaq olardımı?

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...