Təfsiri-Nümunə Ayətullah Nasir Məkarim Şirazi

Quranın rəvan, elmi, ictimai və mənəvi təfsiri.

Yusuf Surəsinin Ayələri →
Yusuf Surəsi • Təfsiri-Nümunə • Bölüm 9

Yusuf surəsi, 25-29-cu ayələr

Yusuf surəsi, 25-29-cu ayələr



وَاسْتَبَقَا الْبَابَ وَقَدَّتْ قَمِيصَهُ مِنْ دُبُرٍ وَأَلْفَيَا سَيِّدَهَا لَدَى الْبَابِ قَالَتْ مَا جَزَاءُ مَنْ أَرَادَ بِأَهْلِكَ سُوءًا إِلَّا أَنْ يُسْجَنَ أَوْ عَذَابٌ أَلِيمٌ .٢٥


قَالَ هِيَ رَاوَدَتْنِي عَنْ نَفْسِي وَشَهِدَ شَاهِدٌ مِنْ أَهْلِهَا إِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ قُبُلٍ فَصَدَقَتْ وَهُوَ مِنَ الْكَاذِبِينَ .٢٦


وَإِنْ كَانَ قَمِيصُهُ قُدَّ مِنْ دُبُرٍ فَكَذَبَتْ وَهُوَ مِنَ الصَّادِقِينَ .٢٧


فَلَمَّا رَأَى قَمِيصَهُ قُدَّ مِنْ دُبُرٍ قَالَ إِنَّهُ مِنْ كَيْدِكُنَّ إِنَّ كَيْدَكُنَّ عَظِيمٌ .٢٨


يُوسُفُ أَعْرِضْ عَنْ هَذَا وَاسْتَغْفِرِي لِذَنْبِكِ إِنَّكِ كُنْتِ مِنَ الْخَاطِئِينَ .٢٩


Ayələrin tərcüməsi



25\. Hər ikisi qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı. Bu vaxt qapının yanında qadının əri ilə rastlaşdılar. (Qadın) dedi: "Sənin ailənə xəyanət etmək istəyənin cəzası zindana salınmaqdan və ya ağrılı-acılı əzabdan başqa nə ola bilər?!"

26\. (Yusuf) dedi: "O məndən kam almaq istədi". Bu vaxt qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: "Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.

27\. Yox, əgər köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır”.

28\. (Misirin əzizi) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: "Bu, siz qadınların hiylələrindəndir. Həqiqətən də, sizin məkr və hiyləniz çox böyükdür.

29\. Yusuf, sən bu məsələni yaddan çıxart! Sən də, ey qadın, günahına görə bağışlanma dilə. Çünki sən səhvə yol verənlərdən olmusan".

Ayələrin təfsiri.



Misir əzizinin arvadı rüsvay oldu.

Həzrət Yusufun (ə) ciddi şəkildə müqavimət göstərməsi Misir əzizinin arvadını təqribən məyus etdi, lakin Həzrət Yusuf (ə) bu naz- qəmzəli və nəfsinə uyan qadına qələbə çaldığından bu yerdə bir az da qalmağın təhlükəli və özünü buradan uzaqlaşdırmalı olduğunu hiss etdi. Sürətlə qəsrin qapılarına tərəf qaçdı ki, onu açsın və çölə çıxsın. Misir əzizinin arvadı da boş durmadı, o da qapıya tərəf qaçdı ki, Yusufun (ə) çıxmasına mane olsun. Həmin məqsədlə arxadan onun köynəyindən yapışdı və geriyə çəkdi və nəticədə köynək arxadan uzununa cırıldı: "Hər ikisi qapıya tərəf yüyürdülər və qadın onun köynəyini arxadan cırdı”.

(وَاسْتَبَقَاالْبابَوَقَدَّتْقَميصَهُمِنْدُبُر)


(istibaq) lüğətdə “iki və ya daha çox adamın bir-birini keçməyə çalışması” mənasındadır. "قط" sözü "eninə cırılmaq" mənasında olduğu kimi, “قد” sözü də "uzununa cırılmaq” mənasını ifadə edir. Belə ki hədisdə belə buyurulur:

# كانَتْضَرَبَاتُعَلِيِّبْنِأَبِيْطالبعليهالسلامأَبْكاراًكَانَإِذَااعْتَلَىقَدَّ،وَإِذَا


# اعْتَرَضَقَط


"Həzrət Əlinin (ə) zərbələri öz növündə bənzərsiz idi. Yuxarıdan zərbə vursaydı, aşağıya qədər yarılardı və ortadan zərbə endirsəydi, ikiyə bölünərdi”.

İstənilən halda Həzrət Yusuf (ə) özünü qapıya yetirdi və qapını açdı. Gözlənilmədən o, Misir əzizinin qapının arxasında olduğunu gördü. Quranda buyurulur: "Bu vaxt qapının yanında qadının əri ilə rastlaşdılar”.

(وَأَلْفَياسَيِّدَهالَدَىالْبَابِ)


(əlfəyət) sözü (əlfa) kökündəndir və “gözlənilmədən tapmaq (görmək)" mənasındadır və bəzi təfsirçilərin söylədiyinəəsasən, ərin "سيد" sözü ilə ifadəsi Misir əhalisinin adət-ənənəsinə görə idi və qadınlar ərlərinə (seyyid) deyə xitab edirdilər. Müasir dövrdə fars dilində qadınlar ərlərinə (ağa) deyirlər.

Bu zaman əzizin arvadı bir tərəfdən özünün rüsvayçılıq astanasında olduğunu gördü, digər tərəfdən isə intiqam almaq hissi onun ruhunda alovlandı. Zehninə gələn ilk şey bu oldu ki, özünü haqlı göstərsin və üzünü ərinə tutub Yusufu (ə) bu məsələdə ittiham eləyərək dedi: "(Qadın) dedi: "Sənin ailənə xəyanət etmək istəyənin cəzası zindana salınmaqdan və ya ağrılı-acılı əzabdan başqa nə ola bilər?!"

مَنْأَرادَبِأَهْلِكَسُوءاًإِلَّاأَنْيُسْجَنَأَوْعَذَابٌأَلِيمٌ


Maraqlı burasındadır ki, bu xəyanətkar qadın özünü rüsvaylıq astanasında görənə qədər Misir əzizinin arvadı olduğunu unutmuşdu, lakin həmin vaxt (sənin ailən) ifadəsini işlədərək ərinin qeyrət hisslərini təhrik etmək istəyirdi və buna görə də belə dedi: "Mən sənə məxsusam və başqası mənə tamah gözü ilə baxmamalıdır”. Bu söz Musanın (ə) zamanındakı Fironun sözlərinə bənzəyir. Belə ki Firon qüdrət taxtına arxalandığı zaman deyirdi:

أَلَيْسَلِيمُلْكُمصر


"Misir ölkəsi mənim deyilmi?"

Amma öz taxt-tacını təhlükədə və bəxt ulduzunun söndüyünü gördükdə belə dedi:

يُريدانأَنْيُخْرِجَاكُمْمِنْأَرْضِكُمْ


"Bu ikisi, doğrudan da, sehrbazdır. Onlar öz sehrləri ilə sizi torpağınızdan qovub çıxartmaq və nümunəvi ənənənizə son qoymaq istəyirlər".

Diqqəti cəlb edən digər məsələ budur ki, əzizin arvadı əsla "Yusufun (ə) mənə qarşı pis niyyəti vardı" deməmişdir. Əksinə, onun cəzalandırılmasının meyarı barədə Misir əzizi ilə danışmışdı. Belə ki guya məsələ aydındır və söhbət onun necə cəzalandırılmasının meyar və keyfiyyəti haqdadır. Bu ifadə – qadının həmin anda özünü itirməli olduğu halda, bu cür hesablanmış şəkildə danışması - onun həddən artıq hiyləgər olmasını göstərir.'

Əvvəlcə zindandan söhbət açır, sonra guya ona da qane olmur və irəli gedərək şiddətli əzabdan söz salır ki, bu da edama qədər gedib çıxır.

Həzrət Yusuf (ə) bu yerdə sükutun əsla caiz olmadığını düşündü və aşkarcasına Misir əzizinin arvadının eşqi üzərindən pərdəni götürərək dedi: “(Yusuf) dedi: “O məndən kam almaq istədi".

Təbii ki, belə bir macərada işin əvvəlində kimsə cavan və subay bir qulun günahsız, lakin evli və zahirdə şəxsiyyətli bir qadının günahkar olmasına çətinliklə inanar. Beləliklə, ittiham alovu Misir əzizinin arvadından çox Yusufun (ə) ətəyini bürüyür.

Allah-taala xeyirxah və pak kəslərin hamisi olduğundan bu pak və nəfsi ilə mübarizə aparan cavanın töhmət alovunda yanmasına icazə vermədi. Quranda buyurulur: “Bu vaxt qadının ailəsindən olan bir şahid belə şahidlik etdi: "Əgər onun köynəyi öndən cırılıbsa, qadın doğru deyir, o isə yalançılardandır.”

"Yox, əgər köynəyi arxadan cırılıbsa, qadın yalan deyir, o isə doğru danışanlardandır edib”.

(وَإِنْكَانَقَمِيصُهُقُدَّمِنْدُبُرٍفَكَذَبَتْوَهُوَمِنَالصَّادِقِينَ)


Bundan da canlı dəlil ola bilərmi?! Belə ki istək əzizin arvadı tərəfindən olmuş, o, Yusufun (ə) dalınca qaçmış və Yusuf (ə) qaçdığı halda onun köynəyindən yapışmış və köynək arxadan cırılmışdı. Əgər Yusuf (ə) əzizin arvadına təcavüz etmiş olsaydı və ya qarşı-qarşıya olduqlarında qadın özünü müdafiə etsəydi, təbii ki, Yusufun (ə) köynəyi qabaqdan cırılmış olardı. Maraqlıdır ki, köynəyin cırılması kimi sadə bir məsələ günahsız bir insanın həyat yolunu dəyişir və onun paklığının sübut sənədi və günahkarın isə rüsvayçılığına səbəb olur.

Misir əzizi ölçülüb-biçilmiş olan bu hakimliyi qəbul etdi və Yusufun (ə) köynəyinə nəzər saldı və köynəyin arxadan cırıldığını gördüyündə (xüsusilə də həmin günə qədər də Yusufdan (ə) bir yalan eşitmədiyini nəzərə alaraq) üzünü arvadına tutub dedi: “(Misirin əzizi) onun köynəyinin arxadan cırıldığını gördükdə dedi: “Bu, siz qadınların hiylələrindəndir. Həqiqətən də, sizin məkr və hiyləniz çox böyükdür”.

(فَلَمَّارَأَىقَمِيصَهُقُدَّمِنْدُبُرٍقَالَإِنَّهُمِنْكَيْدِكُنَّإِنْكَيْدَكُنَّعَظِيمٌ)


Bu zaman Misir əzizi bu macəranın yayılması və onun abrının Misirdə getməsi qorxusundan bu təəssüfləndirici məsələni ört-basdır edərək bağlamağı məsləhət bildi. Ona görədə üzünü Yusufa (ə) tutub dedi: "Yusuf, sən bu məsələni yaddan çıxart!".

Sonra arvadına belə dedi: "Sən də ey qadın, günahına görə bağışlanma dilə. Çünki sən səhvə yol verənlərdən olmusan".

إِنَّكَكُنتمنَالْخاطِئِينَ


Bəziləri demişlər ki, bu sözləri deyən Misir əzizi deyildi, əksinə, həmin şahid idi, lakin bu ehtimal üçün heç bir dəlil yoxdur, xüsusilə də bu söz əzizin danışığından sonra işlənmişdir.

İncəliklər:



1\. Şahid kim idi?

Həzrət Yusufla (ə) Misir əzizinin arvadının işini belə tezliklə həll edib yekunlaşdıran və günahsızı günahkardan ayırd edən həmin şahidin kim olması barədə təfsirçilər arasında fikirayrılığı vardır. Bəziləri demişlər: "O, Misir əzizinin qohumlarından biri idi və ayədəki (Misir əzizinin arvadının xanədanından olan şahid) ifadəsi də buna dəlildir. O, hikmətli, alim və ayıq bir şəxs idi ki, heç kəsin şahid olmadığı bu macərada köynəyin cırılmasından məsələnin həqiqətini anlaya bilmişdi. Onun Misir əzizinin müşavirlərindən biri olmasını və həmin vaxt Misir əzizinin yanında olduğunu deyirlər”.

Başqa bir təfsir belədir: "Misir əzizinin arvadının qohumlarından birinin südəmər uşağı ora yaxın yerdə idi və Yusuf (ə) Misir əzizindən hökm verməyi bu uşaqdan tələb etməsini istədi.

Misir əzizi əvvəlcə təəccüb etdi ki, məgər belə bir şey mümkündürmü?!

Amma südəmər körpə Həzrət İsa (ə) kimi beşikdə dilə gəldikdə və günahkarı günahsızdan ayırmaqla bağlı meyarı onlara dedikdə o, Yusufun (ə) qul olmadığını, əksinə, peyğəmbər və ya peyğəmbər kimi olmasını başa düşdü”.

Əhli-beytdən (ə) nəql edilən vəəhli-sünnə vasitəsilə gəlib çatan rəvayətlərdə də həmin təfsirə işarə edilmişdir. O cümlədən İbn Abbas Peyğəmbərdən (s) belə nəql edir: “Dörd nəfər körpəlikdə danışmışdır: Fironun bəzənmə işlərinə baxanın övladı, Yusufun (ə) şahidi, yara sahibi, İsa ibn Məryəm (ə)”.

Əli ibn İbrahimin təfsirində də İmam Sadiqdən (ə) belə nəql edilmişdir: “Şəhadət verən şəxs beşikdəki uşaq idi”.

Diqqət yetirmək lazımdır ki, yuxarıdakı iki hədisdən heç biri tutarlı sənədə malik deyil, yalnız "mərfu" hədisdir.

Üçüncü ehtimal belədir ki, şahid cırılan köynək idi və zəban- halla məsələni bildirmişdir. Lakin (Misir əzizinin arvadının xanədanından olan şahid) sözünü nəzərə aldıqda məlum olur ki, bu ehtimal çox uzaq ehtimaldır və hətta inkarolunasıdır.

2\. Nə üçün Misir əzizi ciddi reaksiya vermədi?

Bu dastanda insanın diqqətini cəlb edən məsələlərdən biri də Misir əzizinin arvadının namusla bağlı belə çirkin bir işə bulaşdığı zaman onun bir cümlə ilə kifayətlənərək sadəcə "Xəta edənlərdən olduğun üçün öz günahından tövbə elə!" deməsidir. Bəlkə də, elə həmin məsələ bu sirrin Misirdə faş olmasına görəəzizin arvadının zadəgan qadınları xüsusi məclisə dəvət edərək öz eşq dastanını aşkarcasına deməsinə səbəb olmuşdu. Görəsən, əzizin rüsvay olmaq qorxusu onu bu məsələdə səhlənkarlıq etməyə vadar etmişdimi? Yoxsa təkəbbürlü və zalım hakimlər üçün namus və qeyrət məsələsi o qədər dəəhəmiyyət daşımır? Ya da onlar o qədər günah və iffətsizliyə aludədirlər ki, həmin mövzunun əhəmiyyət və böyüklüyü onların nəzərində aradan qalxmışdırmı? İkinci ehtimalın daha qüvvətli olması nəzərə çarpır.

3\. Çətin anlarda Allahın himayəsi.

Yusuf (ə) dastanının bu hissəsinin bizə verdiyi böyük ibrət dərsi Allahın insanın ən çətin anlarında onu geniş şəkildə “يَجْعَلْ لَهُ مَخْرَجاً وَ يَرْزُقُهُ مِنْ حَيْثُ لا يَحْتَسِب” “Allahdan qorxana Allah xilas yolu göstərir və ona güman etmədiyi yerdən ruzi bəxş edir" ayəsinin tələbinə uyğun olaraq əsla ağlına gəlməyən yerdən himayə etməsindən ibarətdir. Hadisəni səhnələşdirmək üçün Həzrət Yusufun (ə) köynəyini atalarına apardıqda onun cırılmaması qardaşların atalarının yanında rəzalətinə səbəb olduğu kimi, indi köynəyin cırılması onun bəraəti və Misir Əzizinin arvadının rüsvayçılığı üçün yetərlidir.

Başqa bir gün isə həmin köynək Həzrət Yəqubun (ə) görməyən gözlərinə nur verəcək və onun tanış qoxusu sübh çağı Misirdən Kənana əsən küləklə səfər edəcək və Kənan ağsaqqalını müjdələyəcək. Ümumilikdə Allahın elə gizli lütfləri vardır ki, heç kəs onun dərinliyindən agah deyil. Bu lütf nəsimi əsdiyi zaman səhnələr elə dəyişilir ki, heç bir kəs, hətta ən zirək adamlar üçün belə, onu qabaqcadan proqnozlaşdırmaq qeyri-mümkün olacaq. Köynək özünün kiçikliyi ilə haradasa dəyərli bir şeydir. Bəzən bir neçə hörümçək torunun bir millət və ya qövmün yolunu həmişəlik olaraq dəyişməsi mümkündür. Bu, eynilə Sur mağarası və Peyğəmbərin (s) hicrəti məsələsində baş verənlər kimidir.

4\. Misir əzizinin arvadının planı.

Yuxarıdakı ayələrdə Misir əzizinin arvadı kimi nəfsinə uyan qadınların hiyləsinə işarə edilmiş və bu hiylə və məkr böyüklüklə vəsf edilmişdir. Belə ki ayədə "innə kəydə kunnəəzim" deyə buyurulur.

Tarixdə və tarixin bir sayəsi olan dastanlarda bu zəmində çoxlu mətləblər nəql edilmişdir. Onların məcmusunun mütaliəsindən nəfsinə tabe olan qadınların öz məqsədlərinə çatmaq üçün bənzəri olmayan planlar qurması aydınlaşır. Sözügedən dastanda Misir əzizinin arvadının eşqdə məğlubiyyətə uğradıqdan və rüsvay olduqdan sonra xüsusi məharətlə özünə necə bəraət qazandırıb, Həzrət Yusufu (ə) müqəssir kimi göstərməsini və Yusufun (ə) ona qarşı pis niyyətinin olduğunu söyləmədiyini, əksinə, onu aydın bir məsələ kimi göstərdiyini və yalnız belə bir kəsin cəzalandırılmasını istədiyini oxuduq.

Cəzalandırma yalnız zindanla xülasələnmirdi, əksinə, naməlum və naməhdud şəkildə bəyan edilirdi. Sonrakı ayələrdə Misir qadınlarının öz qulamına aşiq olması ilə bağlı məzəmmətini bildirdikləri bu qadının özünə bəraət qazandırmaq üçün ölçülüb-biçilmiş bir hiylədən istifadə etdiyini müşahidə edirik. Bu, belə qadınların hiyləgərliyi barədə digər bir təkiddir.

İslam AI — Müsəlmanın Bələdçisi

Dini Süni İntellekt Sual-Cavab Mərkəzi

İslam AI Bələdçisi yüklənir...