Əl-Ənfal Surəsi • Təfsiri-Nümunə • Bölüm 9
Ənfal surəsi, 24-26-cı ayələr
Ənfal surəsi, 24-26-cı ayələr
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اسْتَجِيبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا يُحْيِيكُمْ وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ .٢٤
وَاتَّقُوا فِتْنَةً لَا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنْكُمْ خَاصَّةً وَاعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ .٢٥
وَاذْكُرُوا إِذْ أَنْتُمْ قَلِيلٌ مُسْتَضْعَفُونَ فِي الْأَرْضِ تَخَافُونَ أَنْ يَتَخَطَّفَكُمُ النَّاسُ فَآوَاكُمْ وَأَيَّدَكُمْ بِنَصْرِهِ وَرَزَقَكُمْ مِنَ الطَّيِّبَاتِ لَعَلَّكُمْ تَشْكُرُونَ .٢٦
Ayələrin tərcüməsi
24\. Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat bəxş edəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!
25\. Siz təkcə zalımlara toxunmayacaq bəladan qorxun. (Baş- qaları da susduğu üçün təkcə zalımlara deyil, bütün cəmiyyətə üz verəcək bəladan qorxun.) Bilin ki, Allah şiddətli əzab verəndir!
26\. Xatırlayın, bir zaman siz yer üzündə az idiniz; zəif (aciz) sayılırdınız, adamların sizi ələ keçirməsindən qorxurdunuz. Ancaq Allah sizə sığınacaq verdi, köməklik göstərib sizi gücləndirdi və təmiz ruzilərdən verdi ki, bəlkə, şükür edəsiniz!
Ayələrin təfsiri.
Həyat və yaşamağa çağırış.
Keçən ayələr kimi bu ayələr də müsəlmanları elm, əməl və itaətə dəvət edərək əvvəlki ayələrin hədəfini təqib edir.
Allah-taala ilk ayədə (24-cü ayədə) buyurur: "Ey iman gətirənlər! Peyğəmbər sizi, sizlərə həyat bəxş edəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin."
اسْتَجِيبُوا لِلهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُم لِمَا يُحْيِيكُمْ
Bu ayədə açıq-aşkar bəyan edilir ki, İslamın çağırışı həyata – mənəvi, maddi, mədəni, iqtisadi, siyasi, əxlaqi, sosial və sair həyata, yaşamağa çağırışdır. Bu, İslam və haqq din barəsində deyilmiş ən qısa və eyni zamanda ən əhatəli bir tərifdir. Əgər bir adam soruşsa ki, İslamın məqsədi nədir və bizə nə verə bilər, çox qısa bir cümlə ilə deyə bilərik: İslamın məqsədi bütün sahələrdə həyatı təmin etməkdir.
İslamdan əvvəlki insanlar ölmüşdülər ki, Quran onları yaşamağa dəvət edir?
Sualın cavabı belədir: Bəli! Onlar, Quranın nəzərdə tutduğu həyatdan məhrum idilər və ölü sayılırdılar. Çünki həyat və yaşayış sözlərinin müxtəlif mənaları var. Qurani-Kərim onların hamısına işarə etmişdir. Quranda "həyat" deyilərkən bəzən bitki həyatı nəzərdə tutulur:
اعْلَمُوا أَنّ اللَّهَ يُحْيِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا
"Bilin ki, Allah torpağı öldükdən sonra dirildir." Bəzən heyvan həyatı nəzərdə tutulur:
"Torpağı dirildən kəs (Allah), ölüləri də dirildəcəkdir." Bəzən fikri və əqli həyat nəzərdə tutulur:
"Ölü ikən diriltdiyimiz, sonra insanlar arasında gəzməsi üçün nur bəxş etdiyimiz şəxs zülmət içində qalıb oradan çıxmayan şəxs kimi ola bilərmi?"
Bəzən axirət aləmində əbədi həyat nəzərdə tutulur:
يا لَيْتَنِي قَدَّمْتُ لحَياتي
"O: "Kaş (bu) həyatım üçün öncədən bir şey göndərəydim!” - deyəcəkdir."
Bəzən isə yenilməz qüvvət sahibi olan Allahın sonsuz elm və qüdrətini ifadə edən həyat nəzərdə tutulur:
الْحَيُّ الَّذِي لا يَمُوتُ
“O, ölməz (ölümsüz) əbədi yaşayandır.”
Həyat və yaşayışın yuxarıda sadalanan növlərini nəzərə aldıqda məlum olur ki, cahiliyyət dövrünün insanları maddi və heyvani həyata malik olsalar da, insani, mənəvi və əqli həyatdan məhrum idilər. Quran gəldikdən sonra onları mənəvi və əqli həyata dəvət etdi.
Elə buradan məlum olur ki, dini quru və ruhsuz proqram hesab edib onu həyat çərçivəsindən kənar, elmi və sosial layihələrin haşiyəsində düşünənlər səhv edirlər. Çünki həqiqi din odur ki, həyatın bütün sahələrini canlandırsın, yeni ruh versin, fikir və düşüncələri təzələsin, məsuliyyət hissi yaratsın, birlik, tərəqqi və təkamülə səbəb olsun, bir sözlə, bütün sahələrdə həyatı təmin etsin.
Qeyd etmək lazımdır ki, ayəni yalnız cihad, iman, Quran, yaxud Cənnət kimi təfsir edib bunları təkcə həyat amili kimi təqdim edənlər, əslində, ayənin məfhumunu məhdudlaşdırmışlar. Çünki ayənin məfhumu bunların hamısını əhatə edir. Deməli, ayə insan həyatını canlandıra biləcək istənilən göstəriş, proqram və hər cür fikri özündə cəmləmişdir.
Daha sonra ayənin davamında buyurulur: "Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cǝm ediləcəksiniz!”
وَاعْلَمُواْ أَنَّ اللهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ وَأَنَّهُ إِلَيْهِ تُحْشَرُونَ
Şübhəsiz ki, qəlb deyilərkən ruh və ağıl nəzərdə tutulur. Amma Allah-taalanın insan və onun ruhu və ağlı arasında necə yerləşdiyi barədə müxtəlif fikirlər vardır:
Allahın bəndələrinə olan yaxınlığına işarədir. Sanki, Allah taala insanın daxilində və canında yerləşmişdir. Quran buyurur:
وَ نَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ
"Biz ona şah damarından da yaxınıq."
İnsanın qəlb və fikirlərinin Allahın əlində olmasına işarədir. Duaların birində oxuyuruq:
# يا مُقَلِّبَ الْقُلُوبِ وَ الأَبْصارِ
"Ey qəlbləri və gözləri (fikirləri) döndərən (ulu Tanrı.)"
2 - Buna işarədir ki, Allahın mərhəməti olmasaydı, insan heç vaxt haqqın haqq və batilin batil olduğunu başa düşə bilməzdi.
Buna işarədir ki, yəni insan fürsət varkən yaxşı işlərlə məşğul olmalıdır. Çünki Allah insanla qəlbi arasında ölüm vasitəsi ilə pərdə çəkmişdir.
Qeyd olunan bütün bu nəzəriyyələrin hamısını vahid təfsirdə toplamaq mümkündür. Yəni Allah hər yerdə hazır və nazirdir; bütün yaradılış aləmini əhatə edir; bu dünyadakı varlıqlarla bir olmadığı halda, onlardan ayrı və onlara yad deyil; ölüm, həyat, elm, qüdrət, əmin-amanlıq, uğur və səadət Onun əlində, Onun qüdrəti daxilindədir, buna görə insan Ondan heç nəyi gizlədə bilməz, Onun razılığı və istəyi olmadan uğur və qələbə qazana bilməz, Ondan başqasına üz tutmaq və ondan başqasından yardım diləmək rəva deyildir. Çünki O, hər şeyin sahibidir və insanın bütün varlığını əhatə edir.
Növbəti ayə Allah və Peyğəmbərin (s) həyatverici dəvətini qəbul etməyənlərin pis aqibətinə işarə edib buyurur: "Siz təkcə zalımlara toxunmayacaq bəladan qorxun. (Başqaları da susduğu üçün təkcə zalımlara deyil, bütün cəmiyyətə üz verəcək bəladan qorxun.)"
فِتْنَةٌ لا تُصِيبَنَّ الَّذِينَ ظَلَمُوا مِنكُمْ خَاصَّةً
"Fitnə" sözü Qurani-Kərimdə müxtəlif mənalarda işlənmişdir. Belə ki bəzən imtahan və sınaq, bəzən bəla, müsibət və əzab mənalarında gəlmişdir.
Əslində, ictimai (sosial) hadisələrin xarakteri belədir: Cəmiyyət öz missiyasını yerinə yetirməkdə səhlənkarlıq edərsə və onun nəticəsində cinayət, xaos və təhlükə yaranarsa, pis və yaxşılığından asılı olmayaraq, həmin cəmiyyətdə yaşayanların hamısı onun odunda yanar. Bu, Allah-taalanın ayədə bütün İslam cəmiyyətlərinə verdiyi bir xəbərdarlığıdır ki, məfhumu bundan ibarətdir: Cəmiyyətin fərdləri təkcə öz vəzifələrini yerinə yetirməkdə deyil, həm də digərlərini vəzifələrini yerinə yetirməyə vadar etməkdə borcludurlar. Çünki ictimai məsələlərdə ixtilaf, pərakəndə- lik və ahəngsizlik proqramların uğursuzluğuna səbəb olar və nəticədə, necə deyərlər, tüstüsü hamının gözünü acıdar. Bu zaman heç kəs deyə bilməz ki, öz vəzifə börcumu yerinə yetirdiyim üçün başqasının məsuliyyətsizliyinin pis nəticəsindən xilas olacağam. Bunu da qeyd etmək lazımdır ki, ictimai məsələlərin nəticəsi bir fərdə və ya bir şəxsə aid deyil. Fərz edək ki, bir düşmənin hücumunu dəf etmək üçün yüz min nəfər güclü əsgərə ehtiyac olduğu zaman onlardan müəyyən sayda, məsələn, əlli min nəfər öz vəzifəsini yerinə yetirərsə, bu, düşməni məğlub etməyə kifayət etməz. Sonda həm vəzifələrini yerinə yetirmiş və düşmənin hücumunu dəf etməyə çıxmış əlli min döyüşçü, həm də bu vəzifədən boyun qaçırmış insanlar məğlubiyyətin acı nəticələrinə düçar olacaqlar. Əvvəldə qeyd etdiyimiz kimi, ictimai məsələlərin xarakteri belədir.
Bu həqiqəti başqa sözlə də bəyan etmək mümkündür. Cəmiyyətin dürüst insanları pislərin qarşısında sükut etməməlidirlər. Əks-təqdirdə, onların taleyi ilə şərik olacaqlar. Peyğəmbərdən (s) nəql olunmuş məşhur hədisdə oxuyuruq:
# إِنَّ اللَّهَ عَزَّ وَ جَلَّ لا يُعَذِّبُ الْعامَّةَ بِعَمِلِ الْخاصَّةِ حَتَّى يَرَوُا الْمُنْكَرَ بَيْنَ ظَهْرانِيهِمْ وَ
# هم قادرونَ عَلي أَنْ يُنْكِرُوهُ فَإِذا فَعَلُوا ذالكَ عَذَّبَ اللَّهُ الْحَاصَّةَ وَ الْعَامَّةَ
"Pis vərdişlər (günahlar, münkirat) xalq arasında açıq şəkildə, aşkara yayılmayana və ona etiraz etmək mümkün olduğu təqdirdə səssiz qalmayana qədər Allah bir qrupun əməlinə görə cəmiyyəti (xalqı) cəzalandırmaz. Əks-təqdirdə Allah-taala həm günah edənləri, həm də kütləni (cəmiyyəti) cəzalandıracaqdır.
Allah-taala ayənin sonunda təhdid dili ilə deyir: "Bilin ki, Allah şiddətli əzab verəndir”.
وَاعْلَمُوا أَنَّ اللهَ شَدِيدُ الْعِقَابِ
Allahın mərhəməti insanları qəflətə salmamalı və ilahi cəzaların ağır olduğunu əsla unutmamalıdırlar ki, bu kimi ilahi ənənələri unutduqları üçün tənəzzülə uğramış İslam cəmiyyətləri tək xaos və fitnə onları öz çənginə almasın.
Müasir dövrün İslam cəmiyyətlərinə nəzər saldıqda düşmən qarşısında bir-birinin ardınca uğradıqları məğlubiyyətlər, müstəmləkəçilərin fitnələri, dinsizlik (ateizm), materializm, əxlaqsızlıq, ailələrin dağılması, gənclərin əxlaqsızlığa yuvarlanması və elmin tənəzzülü ayənin məfhumunu təcəssüm etdirdiyini, həmçinin həmin fitnələrin - böyük və kiçik, yaxşı və pis, alim və cahil olmasından asılı olmayaraq - hamını əhatə etdiyini aydın şəkildə görərik. Bu kimi fitnələrin isə – müsəlmanlar ictimai ruhiyyə tapmayana, "yaxşılığa əmr və pislikdən çəkindirmək” kimi (dini və ictimai) vəzifələri qəti və pozulmaz vəzifə ünvanında icra etməyənə qədər davam edəcəyinin şahidi olacağıq.
Sonuncu ayədə (Ənfal - 26) Qurani-Kərim müsəlmanları bir daha keçmişə apararaq keçən ayələrdən aldıqları dərsi yaxşı dərk etmələri üçün onların keçmişdə hansı vəziyyətdə olduqlarını və indi hansı mərhələyə çatdıqlarını göstərib buyurur: "Xatırlayın, bir zaman siz yer üzündə az idiniz; zəif (aciz) sayılırdınız".
“Adamların sizi ələ keçirməsindən qorxurdunuz."
Bu incə ifadə həmin dövrdə müsəlmanların sayının çox az və sonsuz dərəcədə zəif olduğunu göstərir. Onlar o qədər zəif idilər ki, düşmən onları asanlıqla tapıb aradan götürə bilərdi.
Ayə hicrətdən əvvəl Məkkədə acınacaqlı vəziyyətdə yaşayan müsəlmanlara, yaxud hicrətdən sonra, dövrün hegemon gücləri sayılan İran və Rum imperiyaları ilə üz-üzə qalan müsəlmanlara işarə edir.
Daha sonra buyurulur: “Ancaq Allah sizə sığınacaq verdi” “Köməklik göstərib sizi gücləndirdi."
“və təmiz ruzilərdən verdi."
“Bəlkə, şükür edəsiniz!"
Amma indi elə bir mərhələyə çatmısınız ki, Məkkə müşriklərinin ordusunu məğlub edir və bütün Hicaz yarımadasında yaşayan qəbilələrin zalımları üçün qorxu mənbəyinə çevrilmisiniz.