Bəqərə surəsi (89-93) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Xaliqiyyətdə tövhid Səsli kitab 3
Bəqərə surəsi (84-88) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Nəhcül-bəlağənin şərhi 11.04.2026
Əməllər və davranışlar
Namaz haqqında
Ata adı: Əbilfət
Abbasov Ruslan Əbilfət oğlu 1995-ci il sentyabr ayının 4-də Mingəçevir şəhərində anadan olmuşdur. Ruslan Abbasov orta təhsilini Heydər Əliyev adına Hərbi liseydə aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə qəbul olmuş və leytenant rütbəsi olaraq məzun olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Abbasov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Ruslan Abbasov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Ruslan Abbasov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
İgid, qəhrəman,vətənpərvər insan idi.
Ata: Abbasov Əbilfət Nəriman oğlu Ana: Abbasova Təranə Nəcəf qızı Qardaş: Abbasov Nəriman Əbilfət oğlu