Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Fəzayıl
Abbasov Tural Fəzail oğlu 1989-cu il oktyabr ayının 19-u Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. Evin tək oğlan övladı olan Turalın geriyə yadigar 2 övladı qaldı.
Azərbaycan Ordusunun əsgəri olan Elnur Nurullayev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmışdır. Ailəsi ilə axırıncı dəfə 29 sentyabr tarixində danışıb və həmin tarixdən sonra əlaqə kəsilib. 17.12.2020 tarixində doğulduğu Şəmkir rayonunun Qılıncbəyli kəndində dəfn olundu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” və “Vətən uğrunda” medalları, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Mərd, ciddi, yardımsevər, dostcanlı, ailəcanlı, səmimi, mehriban, qohumcanlı, vətənpərvər, igid, qorxmaz, gülərüz insan olub.
Ata: Abbasov Fəzayıl Abbas oğlu Ana: Aslanova Laçın Adil qızı