Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Qulam
Abuşov Habil Qulam oğlu 2004-cü il iyun ayının 28 -də Neftçala rayonu Qazaqbərə kəndində anadan olmuşdur. Habil Abuşov orta təhsilini Neftçala rayonu Qaçaqkənd tam orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Abuşov Habil Qulam oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Abuşov Habil Qulam oğlu Neftçala rayonu Qazaxbərəsi kənd qəbiristanlığında dəfn edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Abuşov Habil Qulam oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Döyüş yoldaşlarının xatirələrin Habil olduqca əxlaqlı, sakit və mərd biri kimi qalmaqdadır. Onun sakit olması ilə yanaşı döyüşdə göstərdiyi şücaət təsəvvür edilməzdir
Ata: Abuşov Qulam Habil oğlu Ana: Abuşova Natavan Rafiq qızı Qardaş: Abuşov Ülvi Qulam oğlu Bacı: Abuşova Sona Qulam qızı