Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Niyaməddin
Cavanşir Ağayev 1999-cu il mayın 1-də Saatlı rayonunda anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Cavanşir Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlayan Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib və qəhramancasına şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə Cavanşir Ağayev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavanşir Ağayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Xaraktercə çox ciddi, ailə üzvlərinə bağlılığı ilə seçilən, vətənpərvər, fiziki cəhətdən sağlam və güclü insan olub.
Ata: Ağayev Niyaməddin Yaqubəli oğlu Ana: Ağayeva Ülviyyə Əli qızı Bacı: Ağayeva Ürvət Niyaməddin qızı Bacı: Ağayeva Məhin Niyaməddin qızı