Bəqərə surəsi (89-93) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Xaliqiyyətdə tövhid Səsli kitab 3
Bəqərə surəsi (84-88) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Nəhcül-bəlağənin şərhi 11.04.2026
Əməllər və davranışlar
Namaz haqqında
Ata adı: Vahid
Ağayev Kənan Vahid oğlu 9 sentyabr 2002-ci ildə Oğuz rayonu, Xalxal kəndində anadan olub. Oğuz rayonu İntizam Rəhimov adına Qumlaq kənd orta məktəbində orta təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağayev Kənan Vahid oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocalı rayonunda şəhid olub.
Kənanın lap uşaqlığından hərb sənətinə marağı var idi. Elə uşaqlıqdan mən böyüyəndə hərbiçi olub, torpaqlarımızı qoruyacağam deyirdi. Kənanı tanıyan hər kəs, Kənan hərbiçi olmaq üçün doğulmuşdu elə bil, deyirdilər.
Atası- Ağayev Vahid Qasım oğlu Anası- Ağayeva Raminə Rəşid qızı Qardaşı- Ağayev Nurlan Vahid oğlu Bacısı- Ağayeva Mətanət Vahid qızı Qardaşı-Ağayev Tural Vahid oğlu