Bəqərə surəsi (89-93) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Xaliqiyyətdə tövhid Səsli kitab 3
Bəqərə surəsi (84-88) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Nəhcül-bəlağənin şərhi 11.04.2026
Əməllər və davranışlar
Namaz haqqında
Ata adı: Heydər
Ağazadə Mirtalıb Heydər oğlu 1994-ci il yanvarın 16-da Beyləqan rayonu İkinci Aşıqlı kəndində dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib. 2021-ci ildə könüllü olaraq ordu sıralarına qoşulub.
Ermənistan hərbi birləşmələrinin Azərbaycan dövlət sərhəddində törətdiyi genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olan Müddətdən Artıq Həqiqi Hərbi Xidmətçi Ağazadə Mirtalıb Heydər oğlu Beyləqan rayonun İkinci Aşıqlı kəndində dəfn edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirtalıb Ağazadə “Vətən uğrunda” medalı ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Mirtalıb Ağazadə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Gülərüz, mehriban, xasiyyəti ilə yaşıdlarından fərqlənirdi. Şəhid Mirtalıb ailə üzvləri və sosial çevrəsində alicənab, sözübütöv, mülayim xarakterli kimi xatırlanır.
Ata: Ağayev Heydər İmran oğlu Qardaş: Ağazadə Mirqalib Heydər oğlu Qardaş: Ağazadə Mirsadıq Heydər oğlu Həyat yoldaşı: Ağazadə Ülviyyə Şakir qızı