Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Taryel
Rəşad Taryel oğlu Aslanov 1984-cü il martın 16-da Goranboy rayonunda anadan olub.
Kəşfiyyatçı Rəşad Aslanovun son döyüşü Murov zirvəsi uğrunda olub. Sentyabrın 29-dan ailəsi ondan xəbər tutmayıb. Dekabrın 26-da Rəşadın şəhid xəbəri gəlib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Aslanov Rəşad ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və ”Vətən uğrunda” medalları ilə təltif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Aslanov Rəşad Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Qorxmaz, vətənpərvər, mərd, cəsur insan idi.
Ata: Aslanov Taryel İmamqulu oğlu Ana: Abbasova Züleyxa Müzəffər qızı Qardaş: Aslanov Ceyhun Taryel oğlu Qardaş: Aslanov Asdan Taryel oğlu Həyat yoldaşı: Aslanova Elnarə Sahib qızı Qızı: Aslanova Ceyhunə Rəşad qızı Oğlu: Aslanov Fərid Rəşad oğlu