Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Tələt
Zabil Azadlı 1999-cu il yanvarın 1-də Lerik rayonunun Biləvər kəndində anadan olub. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Zabil Azadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Zabil Azadlı oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Lerik rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zabil Azadlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zabil Azadlı ölümündən sonra "Füzulinin azad olunmasına görə" və “İgidliyə görə” medalları ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Zabil Azadlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Mehriban, sakit, ailəcanlı, vətənpərvər bir gənc olub.
Ata: Azadov Tələt Ağababa oğlu Ana: Həsənova İradə Mirzəbaba qızı Qardaş: Azadlı Amil Tələt oğlu Bacı: Azadlı Xədicə Tələt qızı Bacı: Həsənova Səidə Tələt qızı Bacı: Əliyeva Sülhanə Tələt qızı