Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Şamil
Bayramov Davud Şamil oğlu 2000-ci il yanvar ayının 1 -də Salyan rayonu, Xələc kəndində anadan olmuşdur. Davud Bayramov orta təhsilini Salyan rayonu, Təhməz Şirnov adına Xələc kənd orta məktəbində almış, orta məktəbi bitirdikdən sonra isə Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur.
Davud Bayramov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu Harov kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Davud Bayramov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Bayramov Şamil Şahlar oğlu Ana: Bayramova Sona Əliqulu qızı Bacı: Səfərova Aytac Şamil qızı Həyat yoldaşı: Bayramova Ceyhunə Seymur qızı