Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Heydər
Cavadov Mahmud Heydər oğlu 13 aprel 1999-cu ildə, Bakı şəhərində anadan olub. Əslən Cəbrayıl şəhərindən olan M.Cavadov 2005-2016-cı illərdə Yasamal rayon, A. Ağaverdiyev adına 31 nömrəli tam orta məktəbdə orta təhsilini tamamlamış, 2016-2020-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsilə yiyələnmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Goranboy rayonunda keçirmişdir.
İkinci Qarabağ savaşında Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda döyüşlərdə böyük şücaət göstərən M.Cavadov 27 noyabr 2020-ci il tarixdə Ağdərə istiqamətində qəhrəmancasına şəhid olmuşdur.
İkinci Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Cavadov Mahmud Heydər oğlu ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medallarıı ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş hərbi qulluqçu, Cavadov Mahmud Heydər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Heç kimə baş qoşmayan, sakit təbiətli biri idi. Şəkil çəkdirməyi sevməzdi.
Ata: Cavadov Heydər Mahmud oğlu Ana: İbrahimova Səkinə Alı qızı Bacı: Cavadzadə Züleyxa Heydər qızı Bacı: Cavadzadə Fidan Heydər qızı