Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Əlövsət
Xəyal Əhədzadə 1998-ci il avqustun 21-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olub. Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi. O, boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olmuşdur
Azərbaycan Ordusunun giziri olan Xəyal Əhədzadə 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərdə savaşıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Xəyal Əhədzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəyal Əhədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2022-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra III dərəcəli "Rəşadət" ordeni ilə təltif edilmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Xəyal Əhədzadə “Vətən uğrunda” medalı ilə tətif edilib.
Mərd, cəsur, qorxmaz insan olub.
Ata: Əhədov Əlövsət Abbasət oğlu Ana: Əhədova Sona Qurbanəli qızı Qardaşı: Əhədzadə Əhəd Əlövsət oğlu Bacı: Əhədzadə Xoşqədəm Əlövsət qızı