Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Dilafət
Əhmədov Vilayət Dilafət oğlu 1999-cu il iyul ayının 1-də Ağcabədi rayonu Minəxorlu kəndində anadan olmuşdur. Vilayət Əhmədov orta təhsilini Minəxorlu kənd orta məktəbində almışdır.
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vilayət Əhmədov 44 günlük Vətən Müharibəsində iştirak etmiş və “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir.
Vilayət Əhmədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd rayonu harov qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Vilayət Əhmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, vətənpərvər insan idi.
Ata: Əhmədov Dilafət Nəsir oğlu Ana: Əhmədova Zöhrə İlyas qızı Qardaş: Əhmədov Nicat Dilafət oğlu Qardaş: Əhmədli Ruslan Dilafət oğlu Bacı: Əhmədova Natavan Dilafət qızı Bacı: Əhmədova Məleykə Dilafət qızı