Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Gülməmməd
Əliyev Elvin Gülməmməd oğlu 1 mart 1990-cı ildə Tovuz rayonunun Azaflı kəndində anadan olub. Tovuz rayonu, Azaflı kənd orta məktəbində orta təhsilə yiyələnib. Daha sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, "Kapitan" hərbi rütbəsinə qədər yüksəlib.
Vətən Müharibəsi zamanı Füzulinin, Cəbrayılın və Suqovuşanın azadlığı uğrunda qəhrəmancasına döyüşüb.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərdiyi üçün “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Əliyev Elvin Gülməmməd oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdam rayonunda şəhid olub.
Ailəli idi. Bir övladı yadigar qalıb.
Mərd, cəsur, qoçaq insan olub.
Ata: Əliyev Gülməmməd Rza oğlu Ana: Əliyeva Zenfira Tağı qızı Qardaş: Əliyev Rza Gülməmməd oğlu Qardaş: Əliyev Şükür Gülməmməd oğlu Həyat yoldaşı: Əliyeva Samirə Elman qızı Oğlu: Əliyev Adəm Elvin oğlu