Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Elman
Əliyev Talıb Elman oğlu 2003-cü il dekabr ayının 7-də Gəncə şəhərində anadan olmuşdur. Talıb Əliyev orta təhsilini Gəncə şəhəri 24 saylı orta məktəbdə almışdır.
Talıb Əliyev Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 21 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Talıb Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsur, vətənpərvər insan idi.
Ata: Əliyev Elman Talıb oğlu Ana: Əliyeva Vəfa Fazil qızı Bacı: Əliyeva Aysel Elman qızı Bacı: Əliyeva Göyçək Elman qızı