Bəqərə surəsi (89-93) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Xaliqiyyətdə tövhid Səsli kitab 3
Bəqərə surəsi (84-88) - Hacı Rahib | Ruhunuzu dinləndirin
Nəhcül-bəlağənin şərhi 11.04.2026
Əməllər və davranışlar
Namaz haqqında
Ata adı: Əli
Əsədov Əlibala Əlioğlu 2004-cü il aprel ayının 2-də Xəzər rayonu Qala kəndində anadan olmuşdur. Əlibala Əsədov orta təhsilini 185 saylı orta məktəbində almışdır.
Əlibala Əsədov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əlibala Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.
Mərd, cəsarətli, vətənpərəvər insan idi.
Ata: Əsədov Əli Əmir oğlu Ana: Əsədova Cahan Məmməd qızı Bacı: Əsədova Çimnaz Əli qızı