Salam aleykum
Əbu Həmzə Sumali İmam Baqirin (ə) belə buyurduğunu rəvayət etmişdir
Cümə moizəsi Mövzu: Zikr və qəflət -9
Hacı Əhliman Rüstəmov - Cümə moizəsi (18 Sentyabr 2026)
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Hamiləliyin qarşısını almaq üçün uşaqlıq borusunu bağlatdırmaq və yaxud kişilik kanalın...
Ata adı: Usub
Sabit Əsədov 1981-ci ilin iyul ayının 27-də Ağdam rayonunun Sırxavənd kəndində olub. Doğma kəndlərinin işğalından sonra ailəsi ilə birlikdə Tərtər rayonunun Şıxarx qəsəbəsində məskunlaşıb. Sabit Əsədov Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Tərtər şəhərində yerləşən mülki yaşayış məntəqələrini, döyüş sahəsindən uzaqdakı mülki obyektləri ağır silahlardan atəşə tutması nəticəsində 28 sentyabr tarixində Şıxarx qəsəbəsinə düşən artilleriya mərmisi nəticəsində şəhid olub. Tərtər rayonunda dəfn olunub. Ailəli idi. 3 övladı yadigar qalıb.
Yoldaşının dediyinə görə vətənpərvər, gülərüz, şən, qayğıkeş, qorxmaz, işlərində məsuliyyətli bir ailə başçısı idi.
Ata: Əsədov Usub Ataş oğlu Ana: Əsədova Roza Abış qızı Həyat yoldaşı: Əsədova Səadət Dağlar qızı Oğlu: Əsədov Tacir Sabit oğlu Qızı: Əsədova Fidan Sabit qızı Qızı: Əsədova Nurcan Sabit qızı